İsrailin digər xüsusi xidmət orqanları:
AMAN-hərbi kəşfiyyat xidməti (Rəis - Aharon Zeevi)
Şin Bet (Şabak adı ilə də tanınır, (Şerut bitahon klali - "ölkədaxili təhlükəsizlik xidməti") ölkədaxilində təhlükəsizlik işlərinə cavabdehdir.
Struktur quruluşu
Dəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir:
Toplanış bölməsi - ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur. Qismən məxfi, qismən də açıq şəkildə - İsrailin diplomatik konsulluqlarında olmaqla bütün dünyada filialları mövcuddur. Ehtimallara görə şöbə özü də regionlar üzrə bölünür.
Siyasi işlər və əməkdaşlıq üzrə şöbə dost ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq və İsrailnən birbaşa rəsmi diplomatik münasibətləri olmayan ölkələrnən əlaqələr saxlamaq işlərinə baxır. İsrailin bir qədər iri konsulluqlarının hər birində bu şöbənin işçiləri çalışır.
Xüsusi təyinatlı əməliyyatlar şöbəsi, və ya Meçada, hücum, sabotaj və hərbi aksiyaların təşkili və ən yüksək məxfilik şəraitində psixoliji müharibələrin aparılması məsələləri ilə məşğuldur.
LAP - psixoloji müharibələr və təbliğatlar aparılması və aldadıcı manevrlərin işlənilməsi ilə məşğul olur.
Tədqiqatlar şöbəsi - burada dünyanın müxtəlif bölgələrindəki durum haqqında vaxtaşırı hesabatlar hazırlanır. 15 regional qrupa bölünür və xüsusi diqqət Yaxın Şərqə yönəlmişdir. Şöbə daxilində atom silahları ilə məşğul olan qrup da mövcuddur.
Texniki şöbə - Mossadın həyata keçirdiyi əməliyyatların maddi-texniki təminatına və xüsusi təyinatlı texniki avadanlıqların işlənib hazırlanması məsələlərinə cavabdehlik daşıyır.
Mossad- mülki strukturdur, orada hərbi rütbələrdən istifadə olunmur. Bununla belə işçilərinin əksəriyyəti orduda xidmət etmiş, çoxları isə orduda zabit rütbəsinə sahibdir.
