Перейти к содержимому


Фотография

Azərbaycanın ziyarətgahları


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 67

#1 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 января 2010 - 22:41

Məlumdur ki,Azərbaycanin rəhbərliyi son illərdə insanlarin dini azadliqlarina daha boyuk onəm verir.Mərhum prezidentimiz HEYDƏR ƏLİYEV cənablarinin bu sahədə apardiği işlər danilmaz həqiqətdir ki, bu gun də onun davamcisi olan Azərbaycan dovlətinin başcisi,prezident İLHAM ƏLİYEV və onun xanimi ,Yuneskonun xoşməramli səfiri,HEYDƏR ƏLİYEV fondunun prezidenti MEHRİBAN xanım ƏLİYEVA tərəfindən ləyaqətlə davam etdirilir.Bir cox məscidlər ,ziyarətgahlar sover dovrundə yararsiz hala salinmiş,onlardan ambar,tikiş artelləri,ağ neft dukanlari və s. edilmişdi.H.Əliyevin hakimiyyətə gəldiyi dovrdən ,insanlarin inanc yerləri və tarixi abidələr olan bu tikililər,oz ikinci və cicəklənən omrunu yaşamağa başladi.tək Baki şəhərində deyil,bir cox əyalətlərdə də bu tikililər bilavasitə dovlətin birbaşa yardimi nəticəsində təmir olundu və tarixi gorkəminə qaytarilaraq momin insanlarin ixtiyarina verildi.Bununla da dovlət insan huquqlarina və din azadliğina olan sadiqliyini bir daha humayiş etdirdi! Bu movzuda biz Azərbaycain dini abidələri və onlarin tarizi,bərpasi haqqinda yazacağiq!
Изображение Изображение Изображение
Изображение
Əziz bacılar, qardaşlar, həmvətənlər!
Əziz azərbaycanlılar, müsəlmanlar!
Mən sizi bu bayram - böyük peyğəmbər həzrəti Məhəmməd Əleyhissəlamın mövlud günü münasibətilə təbrik edirəm. Sizin hamınıza cansağlığı, Azərbaycan xalqına, müsəlmanlarına, bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq və səadət arzulayıram.
Bu gün - bizim üçün əziz olan bu bayram günü Azərbaycan Respublikasının, məmləkətinin, xalqının həyatında tarixi hadisə baş verir. Biz bu gün XIII əsrdə - 700 il bundan əvvəl müqəddəsliyə çevrilmiş bir yerdə toplaşmışıq. Bu müqəddəs yer həzrəti İmam Museyi-Kazimin qızı, həzrəti İmam Rzanın bacısı həzrəti Hökumənin torpağa verildiyi, onun məzarı olan yerdir. Bu yer o vaxtdan indiyə qədər müsəlmanlar üçün müqəddəs yerə çevrilmişdir. Müsəlmanlar bu yeri əsrlər boyu ziyarət etmiş, burada özlərinə ümid, pənah axtarmışlar, dinimizə, Allaha, peyğəmbərə dua etmişlər, özlərini yaşatmışlar, islam dininə sadiq olduqlarını nümayiş etdirmişlər.
Biz fəxr edirik ki, islam aləmində islamı təmsil edən müqəddəs yerlərdən Azərbaycanda da vardır. Bu müqəddəs yerlərdən ən əzizi bu gün bizim toplaşdığımız yer - həzrəti Hökumənin qəbri, bu qəbrin üzərində vaxtilə ucaldılmış məscidin olduğu yerdir. Allaha, islama sadiq olan insanlar 700 il bundan öncə bu yerdə böyük məscid qurub-yaradıblar və bura Allah evi, islam məbədi kimi daha da geniş vüsət alıbdır, ziyarətgah olubdur. Müsəlmanlar, azərbaycanlılar 700 il həmin məsciddə, bu müqəddəs yerdə Allaha dua ediblər, mənəvi arzularını yerinə yetiriblər, öz dininə, əxlaqına, mənəviyyatına sadiq olduqlarını nümayiş etdiriblər. İslam dini insanlarda ən yüksək keyfiyyətləri tərbiyə etməyə, formalaşdırmağa çalışıbdır.
İslam dininin dəyərləri ən yüksək mahiyyətə malik olan mənəvi dəyərlərdir. Bu dəyərləri yaşatmaq, insanları bu uca, ülvi, yüksək mənəvi dəyərlər səviyyəsində tərbiyə etmək Allahın buyruğudur, Məhəmməd peyğəmbərin qoyduğu yoldur. Mən böyük iftixar hissi ilə deyirəm ki, Azərbaycan xalqı bütün çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və heç bir hakimiyyət, hökmdar bunların məhv edilməsinə nail ola bilməmişdir.
Burada, bu müqəddəs yerdə vaxtilə ucaldılmış məscid 60 il bundan öncə vəhşicəsinə partladılmışdır, dağıdılmışdır. Bizim mənəviyyatımıza, mənəvi dəyərlərimizə, islam dininə böyük zərbə vurulmuşdur. Xalqımız, millətimiz bu zərbəni almış, yaralanmış, əzilmiş, ancaq məhv, məğlub olmamış, bu zərbələrə, yaralara, əziyyətlərə dözməyə məcbur olmuşdur. Lakin bütün bunlara dözərək, bu müqəddəs yerə olan sevgisini, məhəbbətini, inamını qəlbində yaşatmış və bu müqəddəs yerdən heç vaxt ayrılmamışdır. Təsadüfi deyildir ki, bu məscid dağılandan sonra da və burada həzrəti Hökumənin qəbri bərbad olunandan sonra da insanlar bu yeri özləri üçün daimi nicat, ümid yeri etmişlər. Bu yer bir ziyarətgah kimi öz mənasını heç vaxt itirməmişdir. İnsanlar buraya daim ziyarətə gəlmişlər, burada öz arzularını yerinə yetirmişlər, yaşamaq, yaratmaq üçün bu müqəddəs yerdən dayaq, mənəvi güc, dəstək almışlar.
Bunlar hamısı Azərbaycan xalqının tarixidir. Bizim böyük və qədim tariximizin şanlı, şöhrətli, uğurlu səhifələri ilə yanaşı, faciəvi səhifələri də vardır. Bunlar hamısı bizimdir. Biz uğurlarımızla, qələbələrimizlə, xalqımızın tarix boyu nailiyyətləri ilə fəxr etmişik. Bunlar xalqımızı yaşadıb, irəliyə aparıb, inkişaf etdirib. Ancaq biz tariximizin əziyyətli, əzablı, faciəvi səhifələrinə, mərhələlərinə isə dözmüşük. Bizim qeyrətli, namuslu ata-babalarımız, əcdadlarımız bütün bunlara dözüblər, ancaq sınmayıblar, sarsılmayıblar, iradələrini itirməyiblər, ümidlə yaşayıblar. Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb, gəlib bu günlərə çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük mənəvi sərvətidir.
Biz bu müqəddəs yerdə abadlıq işləri aparılmasına və vaxtilə dağıdılmış məscidin bərpa edilməsinə bir neçə il bundan öncə başlamışıq. Xalqımız bu məscidin bərpa edilməsini daim istəyibdir. Xüsusən sovet hakimiyyəti dağılandan, Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən, dinimizə - islam dininə azadlıq veriləndən sonra insanlarda bu istək, arzu daha da artmışdır. Bu gün bizim üçün böyük tarixi hadisə, böyük xoşbəxtlikdir ki, bu arzularımızı artıq yerinə yetirə bilmişik. Burada, bu müqəddəs yerdə gözəl, bu müqəddəs yerə, islamiyyətə, millətimizə, xalqımıza layiq bir məscid tikib yarada bilmişik. Bu, tarixi hadisədir. Bu bayram günü biz buraya bu məscidin yenidən doğulması, dünyaya gəlməsi münasibətilə toplaşmışıq. Bu, Azərbaycan müsəlmanları, güman edirəm, bütün islam aləmi üçün ikiqat bayramdır. Məhəmməd peyğəmbərin mövlud günü həzrəti Hökumənin, həzrəti imamlarımızın övladlarının, qohumlarının qəbirləri üzərində əzəmətli bir məscidin açılması ikinci bir bayramdır.
Əziz bacılar və qardaşlar, mən bu tarixi hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını, islam aləmini təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu məscid bundan sonra daha da genişlənəcək, böyüyəcək və xalqımıza, islamiyyətə əbədi, sonsuz olaraq öz xidmətini göstərəcəkdir.
Mən bu məscidə, binaya baxarkən həddindən artıq sevinirəm. Azərbaycanda böyük memarlıq abidələri vardır. Bu abidələri xalqına, millətinə əsrlər boyu xidmət edən insanlar yaradıblar. Azərbaycanda - Bakıda və respublikamızın başqa şəhərlərində, yaşayış məntəqələrində son onilliklərdə böyük və gözəl memarlıq abidələri yaradılmışdır. Bu məscid öz xüsusi mənası və məqsədi ilə bərabər, xalqımızın böyük, dəyərli və gözəl memarlıq abidəsidir. Beləliklə, bu məscid Azərbaycanın mədəniyyət, memarlıq tarixini zənginləşdirən bir abidədir. Bunun mənası həqiqətən çox yüksəkdir. O, həm ibadətgahdır, həm müqəddəs yerdir, həm ziyarətgah, həm də gözəl memarlıq abidəsidir. Ümid edirəm ki, gələcək nəsillər bizim bu tarixi, xeyirxah işimizi layiqincə qiymətləndirəcək, bu məscidi, ziyarətgahı əbədi yaşadacaq və bu müqəddəs yerin başına keçmişdə gəlmiş bəlalara bir daha yol verməyəcəklər.
Mən eyni zamanda, bu məscidin tikilməsini Azərbaycan xalqının, müsəlmanlarının və islam dininə hörmət edən, sadiq olan insanların ümumxalq işi kimi qiymətləndirirəm. Məhz ümumxalq işi nəticəsində biz bu gün bu gözəl ibadətgahın, abidənin önünə toplaşmışıq. Ona görə də bu işdə az da, çox da zəhmət göstərənlərin hər biri hörmətə layiqdir.
Mən hamıya təşəkkür edirəm. Xüsusən, Bakı Şəhər İcra Hakimiyyəti və icra hakimiyyətinin başçısı Rafael Allahverdiyev burada çox işlər görübdür. Mən onların gördüyü işləri xüsusi qiymətləndirirəm, onlara təşəkkür edirəm. Burada çalışan və bu müqəddəs yerə daim bağlı olan, həqiqətən vətənpərvərlik, öz millətinə sədaqət nümayiş etdirən Hacı Hikmətin xidmətlərini xüsusi qiymətləndirirəm. Mən hər dəfə buraya gələndə Hacı Hikməti nəinki görmüşəm, onun bu yerə nə qədər bağlı olduğunun, xidmət göstərdiyinin şahidi olmuşam. Ona görə də hörmətli Hacı Hikmətə və burada onunla bərabər fəaliyyət göstərən din xadimlərinin hamısına hörmət, ehtiramımı və təşəkkürümü bildirirəm.
Görülən bu işlər Azərbaycanda islam dininin bugünkü vəziyyətini nümayiş etdirir. Bugünkü vəziyyət də odur ki, ölkəmizdə, cəmiyyətimizdə islam dini özünəməxsus yer tutubdur, mənəvi dəyərlərimizin daşıyıcısı və mənəvi qida mənbəyi kimi xalqımıza xidmət edibdir. Hesab edirəm ki, bu, xalqımızın son illərdə ən gözəl nailiyyətlərindən biridir.
Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Azərbaycanın prezidenti kimi mən, bu fürsətdən istifadə edərək, respublikamızda islam dininin bütün tələblərinin yerinə yetirilməsi və insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, Azərbaycanda xalqın, millətin birliyinin, həmrəyliyinin möhkəmlənməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və onun rəhbəri hörmətli Hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm, ona və onun ətrafında olan bütün din xadimlərinin hamısına təşəkkür edirəm. Əziz qardaşlar, gələcək işlərinizdə sizə uğurlar arzulayıram.
Bu müqəddəs yeri, ziyarətgahı abadlaşdıran, bu məscidin inşasında iştirak edən hər bir kəs öz millətinə, xalqına, dininə böyük xidmət göstərmişdir. Ona görə mən memarlara, inşaatçılara, fəhlələrə, hətta burada kərpic üstünə bir kərpic qoyan hər bir kəsə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.
Bu gün gördüyünüz məscid, bu böyük abidə bizi sevindirir. Ancaq hesab edirəm ki, bu, işin birinci mərhələsidir. Bu tikinti layihə üzrə tamamilə başa çatmalıdır. Bu gün bəyan edirəm ki, bu məscid kompleksinin layihə üzrə tam sona çatmasını mən öz himayəmə götürürəm və onun həyata keçirilməsi üçün bütün imkanları yaradacağam, lazım olan yardımları edəcəyəm.
Bu müqəddəs yerin ətrafı da ona layiq olmalıdır. Ona görə mən hesab edirəm ki, bu məscidin ətrafında abadlıq işləri aparılmalıdır. Ola bilər, bu abadlıq işləri ətrafdakı bəzi binaların yerinin dəyişdirilməsi ilə əlaqədar olsun. Hesab edirəm ki, biz bu müqəddəs yeri gərək hər cəhətdən layiqli edək. Çünki artıq bu məscid tikiləndən, onun içərisində həzrəti Hökumənin və imam övladlarının qəbirlərinin yeri xüsusi müəyyən ediləndən sonra bu müqəddəs yer təkcə Azərbaycan müsəlmanları üçün yox, bütün dünya müsəlmanları üçün böyük bir ziyarətgaha çevriləcəkdir. Buraya ziyarətə gələnlərin sayı ilbəil artacaqdır. Ona görə də, hesab edirəm ki, bu məscidin ətrafında böyük bir kompleks yaradılmalıdır. Din xadimlərimiz əgər mənim bu fikirlərimlə razılaşsalar, belə bir layihənin mənə təqdim olunmasını arzu edərdim. Mən belə bir layihənin həyata keçiriləcəyinə söz verirəm.
Biz islam aləminin bir hissəsiyik. İslam dünyasında islam tarixinə məxsus olan müqəddəs yerlər, ziyarətgahlar vardır. Biz fəxr etməliyik ki, bu müqəddəs yerlərdən, ziyarətgahlardan Azərbaycanda da vardır. Onların ən hörmətlisi və ən qiymətlisi bu gün bizim toplaşdığımız yerdir. Ona görə də islam aləminin müqəddəs ziyarətgahı kimi bu yer dünyada tanınmalıdır, təbliğ olunmalıdır ki, islam tarixi bu yerin bu gününün və keçmişinin izahı ilə daha da dolğunlaşsın. Bir də ona görə ki, islam tarixinin hər bir müqəddəs yeri ümumi tarix kitablarında öz yerini tapsın. Bu işi də görmək lazımdır. Hesab edirəm ki, bunların hamısını etmək üçün mənim irəliyə sürdüyüm təkliflər çox lazımdır. Siz bununla razısınızmı?
(Yerdən səslər: bəli, razıyıq).
Əziz bacılar, qardaşlar, dostlar!
Bizim həyatımızda xoşbəxt günlər o qədər də çox deyildir. Həyatımız ağırdır, çətindir. Ancaq bu gün Allaha şükür etməliyik ki, biz xoşbəxt dəqiqələr yaşayırıq, bayram günündə bir yerə toplaşmışıq, öz peyğəmbərimizin mövlud gününü bir yerdə bayram edirik və bunu gözəl bir hadisə ilə bərabər qeyd edirik. Bu, böyük xoşbəxtlikdir.
Mən bu xoşbəxt gün, bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə, bütün Azərbaycan xalqına, doğma millətimizə öz sevgimi, məhəbbətimi bildirirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı bizim milli mənəvi ənənələrimizin yaşaması üçün ən əsas zəmanətdir. Əmin ola bilərsiniz ki, Azərbaycanın dövlət müstəqilliyi indi etibarilə əllərdədir. Əmin ola bilərsiniz ki, Azərbaycan xalqının milli azadlığının, dövlət müstəqilliyinin gündən-günə möhkəmlənməsi üçün mən və bütün Azərbaycan dövləti əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Beləliklə, biz xalqımızı yaşadacağıq, millətimizi bir millət kimi yaşadacağıq, Azərbaycan xalqının dünya xalqları içərisindəki layiqli yerini möhkəmləndirəcəyik. Dünya xalqlarını həm ölkəmizdə, həm də dünyada Azərbaycanın milli, mənəvi, dini dəyərlərinə hörmət etməyə çağıracağıq və buna nail olacağıq. Bunların hamısı üçün bizim xalqımızda milli birlik, həmrəylik lazımdır. Bu, bu gün vardır və əminəm ki, bu birlik, həmrəylik günü-gündən artacaqdır. Mən sizi əmin edirəm ki, Azərbaycanın milli azadlığı, dövlət müstəqilliyi günü-gündən möhkəmlənəcək, sarsılmaz, əbədi, sonsuz olacaqdır.
Mən sizin hamınıza cansağlığı arzu edirəm. Hər birinizə ailə xoşbəxtliyi arzulayıram. Xalqımıza, millətimizə xoşbəxt gələcək, sülh, əmin-amanlıq arzu edirəm. Sağ olun.
"Azərbaycan" qəzeti, 14 iyul 1998-ci il

Сообщение отредактировал al-Fath: 03 марта 2010 - 09:26

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#2 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 января 2010 - 22:47

Изображение
Bakıdan 4-5 km aralıda, dьz Xəzər dənizinin sahilində insanların pənah apardığı, muqəddəs sayıb ziyarət etdiyi Bibiheybət məscidi yerləşir. Burada VII İmamımız Həzrəti Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Bu kitabədə qeyd edilib ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir. Məşhur tarixcilər Bakıxanov, Beryozin, Dorn və Xanukov da bu kitabə haqqında yazıblar. VII İmam Museyi-Kazımın (ə) qızlarından Həzrəti Həkimə xanım Bibiheybetdə, Həzrəti Məsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran, Həzrəti Leyla xanım isə Bilgəh kəndində dəfn edilib. VII İmam Museyi-Kazım (ə) zəmanəsinin imamı olsa da cox kasıb olub. Hətta onun evində bir ədəd kohnə, yamaqlı carşab olduğu uзcn namaz vaxtı qızlar novbə gozləmək məcburiyyətində qalıblar. 1257-ci ildə dunyasını dəyişən Həzrəti Həkimə xanım hec vaxt ailə həyatı qurmayıb, butun omrunu qardaşı uşaqlarına həsr edib.Bu məscidin adını eşidəndə hamıya maraqlı gəlir ki, bura niyə məhz ”Bibiheybət” adlanır. Duşmənlərinə xəbər catmasın deyə, Hacı Bədir Həzrəti Həkimə xanımın əsl adını gizlədir, ona ”bibi” deyə mьraciət edir. Hacı Bədir ”Hacı” sцzьnьn 1-ci hərfi ”hey” və ”bədir” sцzьnьn 1-ci hərfi ”bə” adından istifadə edərək Həzrəti Həkimə xanıma ”Bibiheybət”, yəni ”Heybətin bibisi” deyə muraciət edir. O, imamın nəvələrini və Həzrəti Həkimə xanımı butun qalmaqal, dedi-qodu, təqib və zulmlərdən qorumağı bacarır. Hacı bədir цz arzusuyla xanımın məzarının ayaq tərəfində və hundurluk baxımından aşağı səviyyədə dəfn edilib. Bu, onun Həzrəti Həkimə xanıma olan hцrmət və sayğısından irəli gəlir.
İmamzadələrin adları nə qədər gizli saxlanılsa da, sonradan bu sirr Bakı əhalisinə, Şirvan şahına aşkar olur. Həzrəti Həkimə xanımı tanıyan yaxın cevrəsi butun olaraq onun ziyarətinə gəlir, biliyindən, mənəviyyatından bəhrələnirdilər. Həzrəti Həkimə xanımın tьrbəsini Quba xanı Fətəli xan da tez-tez ziyarət edərmiş. Bu ziyarətlərin birində dьnyasını dəyişən Fətəli xan elə bu məzarlıqda oz arzusuyla torpağa tapşırılıb. XIX əsrin ən gorkəmli şəxsiyyətlərindən biri olan Xurşudbanu Natəvan da ovladı olmadığı ucun ziyarətgaha gəlib və Allahdan ovlad diləyib. Nəzir olaraq isə bu ziyarətgaha yol cəkəcəyini əhd edib. Oğlu dunyaya gələndən sonra oz əhdini yerinə yetirən Xurşudbanu Natəvan ovladını qolları ustunə alıb cəkdirdiyi yolla ziyarətgaha gəlib. Bu xidmətilə ”Xan qızı” Azərbaycanın Yaxın Şərq və qonşu olkələrlə ticarət və ziyarət yolunu xeyli asanlaşdırıb.
1934-cu ildə bu ziyarətgah dinamitlə partladılıb. Məscid və minarə yerlə-yeksan olunaraq uzərindən yol cəkilib. Lakin mustəqillikdən sonra Bibiheybət məscidi yenidən bərpa olunub. Məscidin bərpasına 1998-ci ildən başlanılıb.
2008-ci ilin iyulun 12-də yenidən qurulmuş Bibiheybət məscidinin acılışı oldu. Klassik şərq uslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili butunluklə ağ mərmərdən ibarətdi. Muqəddəs ayələr mərmər divarlara gozəl xəttatlıq numunələri ilə həkk olunub. Məscidin hundurluyu 5 m-dir və bu ibadətgahda 3000 nəfər eyni vaxtda namaz qıla bilər.
Həmin uşaqların da məzarı Həzrəti Həkimə xanımın məzarı ilə yanaşıdır. Bəzi rəvayətlərə gцrə, VII İmam Museyi-Kazımın (ə) oğlu İmam Rza (ə) Bağdad xəlifəsi Harun ər-Rəşidin oğlu xəlifə Məmun tərəfindən Xorasan şəhərində zəhərləndirilir. Bu hadisədən sonra, İmamın ovladları muqəddəs Mədinə şəhərinə buraxılmır. Bu hadisədən sonra İmamın 3 nəvəsi ilə birgə Həzrəti Həkimə xanım İranın Ənzəli şəhərinə yollanır. Burada Baba Sucəd adlı momin bir şəxsin vasitəsilə Bakı limanına gəlir. Baba Sucəd Bakını onlar ucun təhlukəsiz hesab edir və xanımı Hacı Bədir Heybət adlı varlı bir dostuna tapşırır. Hacı Bədir ədəbli, sadiq bir insan olduğundan, butun цmrь boyu Həzrəti Həkimə xanıma xidmət edir. Həzrəti Həkimə xanımın vəfatından sonra bu yer pir kimi şohrət qazanır

Сообщение отредактировал MIROTVORES70: 05 января 2010 - 01:36

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#3 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 05 января 2010 - 00:03

Bibi-heybət piri,Allahla ünsiyyətdə olmaq üçün ən sevdiyim məkandır :rolleyes:
Nardarandakı Rəhimə Xanım da çox gözəl ziyarətgahdır.

#4 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 00:17

BAKININ BUZOVNA QƏSƏBƏSİNDƏ HEYDƏR ƏLİYEV FONDUNUN “TOLERANTLIĞIN ÜNVANI - AZƏRBAYCAN” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YENİDƏN QURULAN CÜMƏ MƏSCİDİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Dekabrın 19-da Bakının Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində yenidən qurulan Cümə məscidi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Milli mənəvi dəyərlərin yüksək səviyyədə qorunduğu Azərbaycanda bu sahədə ardıcıl tədbirlərin görülməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. İslam aləminin müqəddəs ziyarətgahlarından olan Bibiheybət məscid-kompleksinin tikilərək dindarların istifadəsinə verilməsi, bununla yanaşı, Təzəpir məscid-kompleksində yenidənqurma işlərinin aparılması bu siyasətin məntiqi davamıdır.
Son illərdə Heydər Əliyev Fondu da milli mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulmuşdur. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Hazırda Şamaxıda Cümə məscidinin bərpası davam edir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir.
İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlanılsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnmişdir. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri artıq sona çatmışdır.
Mərasimə gələn dövlətimizin başçısı və xanımı məscidin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə baxdılar.
Bildirildi ki, sahəsi 500 kvadratmetr olan məsciddən əlavə, burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilmişdir. Məscid bütövlükdə sal daşlardan inşa olunmuş, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Cümə məscidində yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, burada qadınların və kişilərin ayrılıqda ibadət etmələri üçün hər cür şərait yaradılmışdır. Məscidin birinci mərtəbəsində kişilər, ikinci mərtəbədə isə qadınlar ibadət edəcəklər. Eyni vaxtda burada 500 nəfər namaz qıla biləcəkdir.
Bu, Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi ilk belə layihə deyildir. Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Heydər Əliyev Fondu Buzovnadakı Cümə məscidinin yenidən qurulmasını, Bakı şəhərində pravoslav kilsəsində əsaslı bərpa və yenidənqurma işlərini, katolik kilsəsində vitrajların və pannoların quraşdırılmasını başa çatdırmışdır. Hazırda yəhudi uşaqlar üçün təhsil mərkəzinin yaradılması ilə bağlı layihənin icrası davam edir.

Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#5 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 00:57

MİR MOVSUM AĞA ZİYARƏTGAHİ
MİR MOVSUM AĞA KİMDİR?
Mir Mövsüm Ağa imam Əli (ə) nin nəslindəndir.
Seyidlər, ocaq sahibləri isə ALLAH istənilən diləklərin ünvanına çatdırılmasında binəgüzarlıq edir. Xalq arasında Mir Mövsüm Ağa kimi tanınan Ağa Seyid Əli də Yaradana yaxın sayılan simalardan olub. Tanrı ilə bizə məlum olmayan yollarda bələdçilik edib, biçarələrə çarə qılmaq, xəstələrə şəfa vermək kimi fövqəladə qabiliyyəti Yaradandan alıb. Ağa Seyid Əlinin (Mir Mövsüm Ağa) valideynləri haqda nə respublikanın tarix arxivində, nə də Bakı məscidlərinin qeydiyyat kitablarında məlumat yoxdur. Lakin müasirlərinin dediklərinə görə, atası Mirabutalıb Mövsümzadə və anası Xədicə Mirqasımova Kərbəlada torpağa tapşırılıb. Nəsil haqqında araşdırma aparanlar Ağa Seyid Əli Mirmövsümzadələrin Məhəmməd peyğəmbər (s) nın nəslinə mənsub olduğu iddiasındadırlar. Ağanın soy kökü üçüncü imam Hüseyn (ə) nin atası Xəlifə Əli İbn Abu Talıbın nəsli ilə bağlıdır. VI-VII əsrlərdə Məhəmməd peyğəmbər (s) nın əleydarları tərəfindən təqib olunan imam Həsən (ə) və imam Hüseyn (ə) nin törəmələri Yaxın Şərq ölkələrinə köçüblər. Sonradan isə Ağa Seyid Əli Mir Mövsümzadənin nəsli Azərbaycana köç edib. Mir Mövsümzadələr nəsli İmam Hüseyn (ə) soyunun bir qolu olaraq seyid sayılıblar (belə ki, İmam Hüseyn (ə) nin şəcərəsi seyid, İmam Həsən (ə) nin şəcərəsindən gələnlər isə “şərif” sayılırlar). Tədqiqatlarda göstərilir ki, peyğəmbər nəslindən olan Mir Mövsüm Ağaya həm də, ALLAH-təalanın vergisi qismət olub.
Seyid uzun illər İçərişəhər Firdovsi küçəsi 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi pənah yeri olub. Ağa Seyid Əli 67 yaşında vəfat edib. Hazırda uyuduğu və ruhunun dolaşdığı qəbirstanlıq da ziyarətgaha çevrilib. Həmin məzarıstanda Ağa ilə yanaşı böyük qardaşının həyat yoldaşı Sara Seyid Musa qızı, onun övladları Hökumə, Gülsüm, Tahirə, Xədicə, kiçik qardaşı Mirkazım Ağa, onun həyat yoldaşı Sitarə xanım, övladları Seyid Əkrəm uyuyur. Əvvəllər qəbrinin üstündə yalnız adı həkk olunmuş başdaşı olub. 1992-ci ildə isə Şüvəlan sakinləri Hacı Nizam, Hacı Şərif və Tahir Quliyevin təşəbbüsü ilə Mir Mövsüm Ağanın uyuduğu torpağın ziyarətgaha çevrilməsi üçün təşəbbüs qrupu yaradılıb. Ziyarətgah əməkdaşının dediyinə görə, tikinti zamanı xüsusi layihə, plan hazırlanmayıb. Qəsəbə sakinləri tərəfindən Almaniyadan qiymətli rəngarəng ayna növləri alınıb. Gümbəz və divarlar üzərində “Allah”, “Mühəmməd”, “Əli” və “Allahu Əkbər” sözləri həkk olunub. Gümbəzin zirvəsində isə “Allahu Əkbər” əks olunmuş qızıl medalyon asılıb. Kişilərin namaz qılmaları üçün məscid tikilib. Həmçinin 8 güşəli, divarları maili hövuz inşa olunub. Ziyarətgahda “Qurbangah” adlanan xüsusi yer var. Ramazan ayı ərzində hər gün iftar süfrəsi açılır. Məhərrəm ayı daxil olmaqla hər gün Ağanın ehsanı olaraq çay verilir. Hər şənbə günü bir internat məktəbinin şagirdləri üçün nahar süfrəsi açılır, nəzirlər hesabına bir neçə internat məktəbinə, qocalar evinə ərzaq yardımı edilir. Ağanın payı kimi 5-dən çox qaçqın və məcburi köçkün ailəsinə hər ay yardım olunur. Təxmini hesablamalara görə, ziyarətgaha hər gün 10... zəvvar gəlir. Məhərrəm ayında isə bu rəqəm 500-ü ötür. Bura hətta Rusiya, Almaniya, Türkiyə, ABŞ, Fransadan ziyarətə gəlirlər. Rayonlardan və xarici ölkələrdən gələnlər üçün gecələməyə otaqlar var.
Ziyarətə gələn İçərişəhər sakini 78 yaşlı Hacı Əzizin dedikləri: “Ağır xəstəliyə tutulmuşdum. Anam məni Ağanın yanına apardı. Əlini başımdan üzümə qədər çəkdi. Sonra təbəssümlə bacısının üzünə baxdı. Bacısı Ağanın yarımçıq qalmış çayını mənə içirtdi. Anam dedi ki, Ağanın əlindən öp. İki gün içərisində sağaldım. Sonralar hər ay Ağanın ziyarətinə getmişəm. Noyabrın 17-də torpağa tapşırıldı. Yas mərasimində 50-60 min adam iştirak edirdi. Hamı Ağaya son borcunu vermək istəyirdi”. Ağanın möcüzələrinin şahidi olan Hacının sözlərinə görə, ateizmin hökm sürdüyü dövrdə Mərkəzi İcraiyyə Komitəsinin sədri Mir Bəşir Qasımovun başına gələnləri və Ağaya pənah gətirdiyini hamı bilirmiş: “Belə nəql edirdilər ki, iclasların birində Mir Mövsüm Ağa haqqında nalayiq sözlər danışan Mir Bəşirin qəfildən səsi tutulub. Bayaqdan gur-gur guruldayan Qasımov xırıldayaraq yerə yıxılıb. Həkimlər əlac edə bilməyəndən sonra Ağanın yanına aparıblar. Ağanın işarəsi ilə bacısı bir tikə çörəyi seyidin yeməyinə batıraraq Mir Bəşirə verib. Həyacandan titrəyən sədr tikəni yeyəndən sonra sakitləşib və səsi açılıb. Amma Stalin Ağanı bütün bəlalardan qoruyub. O boyda rəhbər Mir Mövsüm Ağaya çox inanırmış”. Daha bir hadisə isə Ağa haqqında yazılmış xatirələrdədir: “Seyidin evinə gələrək əşyaları siyahıya alınıb. Baxmayaraq ki, bütün nəzirlərdən vergi ödənilirmiş. Sovetlərin fikrincə, Ağa insanlara hökumətə deyil, Allaha tabe olmağı təbliğ edib. Əmlakı “ZİS-5” markalı maşına yükləyiblər. Lakin maşının motoru qəfildən sönüb. Təmir işləri aparılsa da, maşın yola düşməyib. Əşyalar geri qaytarılmayanadək heç kim maşını sürməyə cəsarət etməyib”. “1943-cü ildə Ağanın yanına üç rus gəlib və müsəlmanlığı qəbul edib. Məlum olub ki, bütün ekipaj məhv olub. Lakin Ağaya nəzir demiş bu üç nəfərdən başqa. Sürünə-sürünə seyidin hüzuruna gələn ruslar sağ qaldıqları üçün Ağaya nəzir gətiriblər”. Uşaqlıqdan dili tutulmuş yeddi yaşlı oğlanın Ağanın yanında dili açılıb və həmin uşaq dünyasını dəyişənənədək hər həftənin cümə günü Mir Mövsüm Ağanın ziyarətinə gəlib.
Ağanın şəfa verən möcüzələri yüzlərlə olub. 115 ildən artıqdır davam edən nur yəqin ki, hələ neçə əsrlər ziyarətgahı tərk etməyəcək.
1883-cü ildə dünyaya gələn Seyid Mir Talib Ağanın oğlu Seyidəli fiziki cəhətdən zəif olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik hiss edirdilər. O, hamıdan fərqlənirdi. Yaşına uyğun olmayan bacarıqların Seyidəlidə müşahidə edilməsi ailə üzvlərini təəccübləndirirdi. O, başı ağrıyan adama əlini çəkən kimi, həmin şəxsin bütün ağrıları keçirmiş. Seyidəlinin cəddinin gücünə, qüdrətinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#6 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 01:11

GƏNCƏDƏ Cьmə (Şah Abbas) məscidi, İmam Hьseyn (Qazaxlar) məscidi, İmamzadə ziyarətgahı
Изображение
Изображение
Məscid 1606-cı ildə Şeyx Bahəddinin layihəsi ilə inşa edilmişdir.Burada hər cьmə gьnləri ibadət keзirilmişdir. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilmişdir. 1776-cı ildə binaya əlavə olaraq qoşa minarə tikilmişdir. 1920 –ci ildə bolşevik Rusiyası tərəfindən şəhərə atılan mərmilərin dağıdıcı təsirindən minarələrin birində əyilmə baş vermişdir. Məsciddən mьxtəlif məqsədlər ьзьn istifadə olunmuşdur. Hazırda məscid dini ibadətgahdır.

Изображение
Изображение
İmam Hьseyn (Qazaxlar) məscidi
Məscid 1801-1802-ci illərdə Qazax rayonundan kцзьb gəlmiş tayfa ьzvləri tərəfindən tikilmişdir. Tədricən Gəncədə məskьnlaşan və цzlərinin məhəllələrini salan bu məhəllədə məscidlərini də inşa etmişlər. Qazaxlar Məscidi 1886-ciildə Cьmə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildi. Məscidin bьnovrəsi зay daşından,mьrəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları зay daşı,bişmiş,qırmızı kərpiз və gil məhluldan hцrьlmьşdьr. Bьtьn divarların dərinliyi 12-20 sm, hьndьrlьyь 1,5 metrdir. Məscidin dцşəməsi də kərpiclə hцrьlmьşdьr. Cьmə Məscidində olduğu kimi,Qazaxlar Məscidində də ьз giriş qapısı vardır. Əsas giriş dərin tağlı keзidin iзərisindədir. İki kцməkзi giriş isə fasadın sağinda və solunda yerləşir. Məscidin on ьз ədəd taxta pəncərəsi, bir ədəd pilləkəni vardır, icərisində iki tərəfdə taxta vardır. Gьn зıxan tərəfdə isə əvvəllər gəcdən işlənmiş naxışlar olunmuşdur. Məscidin icəri divarı gəclə suvanıb, lakin bu divarlarda heз bir yazı və naxış ışləri yoxdur. 1920-ci ildə Gəncə ruslar tərəfindən yenidən işğal edildikdən sonra məsciddən dini məqsədlər ьзьn istifadə edilməsi uzun mьddət qadağan edildi. Buradan anbar məktəb və s. məqsədlər ьзьn istifadə edildi. Son illərdə Azərbaycan цz mьstəqilliyini qazandıqdan və islam dini həqiqi qiymətini aldıqdan sonra şəhərimizin Təbriz kьзəsində yerləşən bu abidə yenidən dindarların istifadəsinə verilmişdir. Hazırda bu abidədən məscid kimi istifadə olunur.
Изображение
İmamzadə ziyarətgahı

Tьrbə VIII əsrdə ( Hicri təqvimi ilə 120-ci il) tikilmişdir. Həmin tarix tьrbədəki bir kitabənin ьzərində yazılmışdır: ”Odur əbədi. Bu şərəfli cənnət bağзası 120 il babasının-ona salam olsun-hicrətindən sonra vəfat etmiş, İmam Məhəmməd Bağır oğlu-ona salam olsun- Mцvlana İbrahimin tьrbəsidir.” Hazırda dini mərasimlər keзirilməsi ьзьn istifadə olunur. İmamzadə tьrbəsi həmзinin mьsalmanların mцtəbər və mьqəddəs bir ziyarətgah yeri kimi məşhurdur.

Сообщение отредактировал MIROTVORES70: 05 января 2010 - 01:21

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#7 Kabus ve zulmet

Kabus ve zulmet

    Jundi – Soldier

  • Ibtidai
  • 4 сообщений

Отправлено 05 января 2010 - 07:01

Bilmek olar Bizovnada ki, pir niye bele te'rife layiqdir?

Сообщение отредактировал Kabus ve zulmet: 05 января 2010 - 07:03


#8 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 15:41

Bilmek olar Bizovnada ki, pir niye bele te'rife layiqdir?

Burada Azərbaycanin ziyarətgahlarinin tarixindən və onlarin bərpasindan sohbət acilir.Buzovna məscidi haqda yazi var,sən harda pir gordun ki? Əyər nəyin tərifəlayiq olduğunu bilməkistəsən ,bu haqda vzular var,ozunu əziyyətə sal oxu VƏ DİSKUSSİYA APAR!!!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#9 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 05 января 2010 - 20:26

Allah razı olsun MİROTVORES qardaş, gözəl mövzu açmısız.

Maştağada 8qapı piri var, onun haqqında etraflı bilmək istəyərdim, əgər bilənlər varsa.

İndiyə qədər getdiyim pirlərin arasında ən çox təsirləndiyim ziyarətgah Gəncədəki İmamzadə piri olub. Elə bil Kərbəlanın ətrini duydum orda... Çox qəribə hisslər idi.

Ən çox Şüvəlandakı MirMöhsün ağanın ziyarətgahına gedirəm.


Allah hər kəsin ziyarətini qəbul etsin.

Сообщение отредактировал Shemsi: 05 января 2010 - 20:27

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#10 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:07

Bu movzu bir coz uzerlərin istəyi ilə acilib və hamindan xahiş edirəm ki,əyər ziyarətgahlar haqda hər hansi bir yazi və şəkillər olarsa ,movzuya qoysunlar!Şəmsi xanim Maştağadaki ziyarətgah 7 qapidir,8 yox)).Mutləq onun şəkillərini və haqqinda yazilari movzuya qoyacağam,Allah hər bir yardimcinin yardimcisi olsun!Amin!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#11 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:17

CUMƏ MƏSCİDİ(NAXCİVAN)
Изображение
Orta əsrlərə aid olan bu memarlıq abidəsi Əcəmi Naxcıvani tərəfindən yaradılmış Atabəylər memarlıq kompleksinin monumental tikililərindən idi. XIX əsrə kimi uculmuş halda muhafizə olunmuşdu. XII əsrin 20-ci illərində anonim muəllif tərəfindən yazılmış "Əcaib əd-dunya" əsərində adı cəkilir. 19-cu əsrdə cəkilmiş rəsmlər və foto təsvirlər abidənin plan-məkan quruluşu haqqında aydın təsəvvur yaradır. Məscidin gunbəzlə ortulən kubvarı govdəsinin guney uzundən başqa, qalan uzlərinin hər birində iki sivri aşırım vardı. Naxcıvan Cumə məscidinin məqsurəsi uc yandan yerləşmələrlə dovrələnmişdi.

Сообщение отредактировал MIROTVORES70: 05 января 2010 - 22:24

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#12 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:33

MOMİNƏ XATUN TURBƏSİ(NAXCİVAN)
Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir.
Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun şərəfinə tikildiyi məlum olur. Monumental, əzəmətli bir tikinti olan Möminə xatun türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua de Monper abidəyə diqqət yetirmiş və onun kitabələrinin üzünü çıxararaq Peterburqa, akademik Frenə göndərmişdir. O zamandan bəri müxtəlif alim və şərqşünaslar türbənin özü və kitabələri haqqında əsərlər nəşr etdirmişlər.
Möminə xatun türbəsi bürcvari Azərbaycan türbələrinin ən görkəmli nümunəsidir. Zəmanəmizə qədər qalmış hissəsinin hündürlüyü 26 metr olan Möminə xatun türbəsinin xarici örtüyü dağılmışdır. Onun da 8 metr olduğunu nəzərə alsaq türbə keçmişdə 34 metr hündürlüyü olan dairəvi bir tikinti olmuşdur.
Abidə yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə hissəsi planda onbucaqlıdır. Sərdabənin quruluşu burada olduqca maraqlı bir şəkildə həll edilmişdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə bir tağ atılmışdır.
Möminə Xatun türbəsinin əsas hissəsini təşkil edən yerüstü abidə xaricdən ongüşəli, daxildən isə dairəvidir. Kərpicdən tikilmiş Möminə xatun türbəsinin quruluşu Yusif Küseyir oğlu türbəsinə oxşardır. Yəni burada da türbənin bucaqları çıxıntı şəklində həll edilmiş, səthlər isə batıq vəziyyət almışdır. Lakin Möminə xatun türbəsində bu memarlıq sxemi olduqca zəngin bir surətdə işlənmiş və türbənin bütün səthləri memarlıqla rəssamlığın sintezi şəklində təzahür edir. Möminə xatun türbəsi səthlərinin və bucaqlarının kitabə və həndəsi ornamentlədən ibarət olan bəzəyi, gəc üzərindəki nəbati təsvirləri haqqında dəfələrlə monoqrafik əsərlər yazılmışdır. Türbənin bucaqlarındakı çıxıntılar əsas etibarı ilə kufi xətlə işlənmiş kitabə ilə örtülmüşdür. Bu kitabələrin türbənin ümumi quruluşunda nə qədər əhəmiyyətli mövqe tutduğunu göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, bu kitabələrin ümumi uzunluğu 500 metrə çatır.
Qurğunun iki boyut görünüşüMöminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir. Sənətkar təkrara yol verməmişdir. Lakin onun məharəti orasındadır ki, müxtəlifliklə bərabər bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini saxlaya bilmişdir.
Səthlərin həndəsi ornamentinin əsasını çoxuclu ulduz və ondan gedən süvari xəttlər təşkil edir. Burada 5,6,8 uclu ulduzlara və 6,8 bucaqlı quruluşlara təsadüf edilir.
Türbənin ancaq Qərb səthi başqa şəkildə həll edilmişdir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxaRı hissəsində, başqa səthlərdə olduğu kimi ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşaat tarixini göstərən kitabələr türbənin Qərb səthində, portaldan yuxarıda göstərilmişdir. Möminə xatun türbəsinin yuxarı hissəsindəki qurşaq bütün səthləri əlaqələndirir və orada yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli üzərində olması bu kitabə qurşağını binanın əhəmiyyətli bir kompozisiya elementinə çevirir.
Möminə xatun türbəsinin daxilindəki yeganə bəzək ünsürü türbənin günbəzinin iç tərəfində yerləşdirilmiş dörd böyük qönçədir. Dairəvi şəkildə olan bu qönçələrin içərisində nəbati naxışlı rəsmlər və son zaman aydınlaşdırılmış yazılar ornament şəklində yerləşdirilmişdir. Burada Allah (c.c.), Ömər, Osman, Əli sözləri yazılmışdır. Görünür memar öz adını da bu adlarla birləşdirmişdir. Onu da qeyd etmək lazımdır ki, I xəlifə Əbubəkrin adının memarın atasının adı ilə eyni olması onu belə mürəkkəb kompozisiya yaratmağa sövq etmişdir.
Məlumdur ki, XII əsrdən çox sonra da Əcəminin Naxçıvanda yaratdığı abidələr müxtəlif sənətkarlara nəinki ölkə daxilində və hətta Azərbaycanın sərhədlərindən kənarda da bir nümunə olaraq qalırdı. Əcəmi Əbubəkr oğlunun yaxın Şərq ölkələrində təsirini göstərməyə məşhur alman şərqşünası Ernist Ditsin "Türk sənəti tarixi" əsərində irəli sürdüyü mülahizə çox yaxşı nümunə ola bilər. O, Anadolu türklərindən olan məşhur Memar Sinanın yaradıcılığından bəhs edərkən deyir ki, Memar Sinanın İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri nəticəsində əmələ gəlmişdir. Memar Sinanın Naxçıvan abidələri ilə necə tanış olduğunu izah edərkən Dits qeyd edir ki, Memar Sinan ordu mühəndisi sifəti ilə XVI əsrdə yeniçərilərin səfərlərində iştirak etmiş və Naxçıvanda olmuşdur.
Türkiyə tədqiqatçıları da bunu qəbul edirlər. Memar Vədat Dalokay "Toplumcu Sinan" adlı məqaləsində Sinanın İstanbuldakı Xosrov Paşa türbəsindən bəhs edərkən "Atabəylərdən qalma bir nəfəs gəlir" yazmışdır.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#13 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:36

Hacı Bəxşi məscidi
Hacı Bəxşi məscidi (digər adı II Abbas məscidi) - Hicri 1073 - miladi 1662-1663 -cü il.

Bakının Nardaran kəndinin Cənub-Şərq hissəsində, qədim Qaladan Cənuba doğru 250 m-lik məsafədə, Molla Talıblı ərazisində hicrətin 1073-cü ilində II Şah Abbasın hakimiyyəti dövründə tikilmiş qədim məscid yerləşir. Ona bitişik halda Azərbaycanda yeganə üstü açıq yay məscidi yerləşir. Üstü açıq məscidin inşa olunma tarixi: hicri 1283 - miladi 1866-cı il.
Arxa divardan məscidin damına 14 pilləli vintvari pilləkən gedir. Damın girişində çatma tağ formalı çətir yerləşir. Məscidin birinci otağına girişdən 2 m aralıda, içində ikinci otağa aparan giriş qapısı var, bu otaq məscidin əsas otağıdır. Uzunluğu 7,4 m, eni isə 7,4 m-dir. Məscidin dörd stuna söykənən dörd tağ üzərində gümbəzi vardır. Hər sütun bir bütöv daşdandır. Tikinti zamanı Şimal divarda həm sağ, həm də sol tərəfdən müqəddəs Qurani-kərim və kitablar üçün taxça qurulub, hər küncdə isə namaz qılmaq üçün hücrələr - yerlər ayırılıb.
Cənub divarında ərəb üslubunda mehrab yerləşir. Məscidin mərkəzində şam yandırmaq üçün çılçıraq asılıb. Hazırda həmin çılçıraq mövcud deyil. Yaşlı nəslin nümayəndələrinin söylədiklərinə əsasən bu qədim məscidin əl işləməsi olan çox gözəl minbəri olub. Sovet hakimiyyəti zamanında həmin minbəri dövlət tərəfindən gəlib aparıblar. Kəndin Nəcəfdə təhsil almış Müctəhidlərindən biri olan Şeyx Əhməd Nardarani burada dini təbliğatla məşğul imiş. Məscid qumsallıq ərazidə yerləşdiyindən güclü qum çovğunları nəticəsində günbəzə kimi torpaq altında qalmışdır, təqribən XX əsrin ortalarında məscid torpağın altından çıxarılmışdır. Bunu arxiv şəkilləri də subut edir. Məscidin iki çöl qapısı var: əsas qapı Qərb tərəfdəndir, üzərində kitabəsi var, digər qapı isə Şərq tərəfdəndir - ehtimal olunur ki, bu qapı yeni üslubda görünüşə malik olduğu üçün nisbətən sonradan tikilmişdir.
Bu məscidin damında 8 künclü özülü olan gümbəz vardır. Gümbəzin ucunda isə kilid daşı var. Əsas qapının üstündə, tağın altında uzunluğu 0,7 m, eni isə 0,6 m olan ərəbcə yazı var. Yazının tərcüməsi aşağıdakı kimidir: "Bu müqəddəs məscidin inşası haqqında qəhrəman və xeyirxah Sultanın hakimiyyəti dövründə, Sultanın oğlu Şah Əbbas - əl - Səfəvi –əl – Musəvi – əl - Hüseyninin zamanında əmr verilmişdir. Allah onun hakimiyyətini uzun ömürlü etsin. Bəxş Əli bin -Şeyx Müzəffər. Hicri 1073-cü il".
Qeyd edək ki, kənd camaatı arasında (və bəzi yazılı mənbələrdə) bu məscid "Haci Bəxşi" məscidi kimi tanınır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#14 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:38

Kiçik Bazar məscidi 1906-cı ildə Lənkəranda inşa edilmişdir. Məscidin inşasına Tağı bəy, Ağa bəy, Molla Nəsir və şəhər camaatı vəsait vermişdir. Məscidin nəqqaşı usta Rəhim və onun atası olmuşdur. Məscid inşa edilərkən onun yanında Güldəstə adı ilə məşhur olan möhtəşəm minarə olmuşdur. Ötən əsrin 30-cu illərində sovet hakmiyyəti tərəfindən "dinlə mübarizə" şüarı altında bu əzəmətli minarə dağıdılmışıdır. Məscid özü indiyədək öz əvvəlki görkəmini saxlamış və dövlət tərəfindən mühafizə olunur. Məscidin divarlarının uzunluğu 26 metr, eni 10 metr, hündürlüyü 8 metr, divarının qalınlığı 1 metrdir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#15 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:46

NARDARAN MƏSCİDİ(PİRİ)
XV əsr Şirvan memarlıq ənənələrinin XVII əsrdə də davam etdiyini göstərən abidələrdən biri Abşeron rayonunun Nardaran kəndində 1663-cü ildə tikilmiş məsciddir. Binanın üzərindəki kitabədə abidənin memar Muradəli tərəfindən tikildiyi göstərilir. İstər quruluşca, istərsə texniki cəhətdən Nardaran məscidi XV əsr Şirvan məscidlərinə oxşayır. Burada xüsusən daşların incə zövqlə, xüsusi şəkildə yonulmasını qeyd etməliyik. Nardaran məscidi Şirvanşahlar saray kompleksi binalarının səviyyəsində duran yüksək keyfiyyətdə tikilmişdir.

Nardaran məscidinin quruluşunda orijinal cəhətlər də vardır. Məscidin əsas düzbucaqlı hissəsinə bitişik tikilmiş yeni bir hissə dəhliz vəzifəsini görür. Məscidə gələnlər burada ayaqqabılarını çıxartdıqdan sonra ibadət salonuna daxil olurlar.

Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#16 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:48

Qırıxlı məscidi
Qırıxlı məscidinn adı Əfşar tayfalarının Qırıxlı adı ilə bağlıdır. Güman edilir ki, binanın tikilməsində bilavasitə həmin tayfadan olan şəxslər təşəbbüskar olub. Bina qırmızı kərpic vəgil-əhəng qatışığından tikilib. Məscid günbəzlidir. 18-ci əsr abidəsidir. Hazırda məscid kimi fəaliyyət göstərir. Məscid dövrün nüfuz sahibi olan Hacı Qasım adlı xeyriyyəçinin vəsaiti hesabına tikilib başa gəlmişdir. Vaxtilə «yaşıl aptek» kimi istifadə edilmişdir. 2003-cü ildə təmir-bərpa işləri aparılmışdır. Binadan hazırda məscid kimi istifadə olunur.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#17 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:50

Saatlı məscidi
Saatlı məscidi Şuşa şəhərində 1883-cü ildə «Saatlı» məhəlləsində tikilmişdir. Tikildiyi məəllənin adı ilə məşhurlaşan «Saatlı» məscidi öz хarici görünüşü ilə memarın əvvəlki binalarından tamamilə fərqlənir. Lakin bununla yanaşı «Saatlı» məscidinin bəzi konstruksiya elementləri əvvəlki məscidlərin memarlıq ənənələrini saхlamışdır. Məscid minarələrinin ümumi quruluşu da Yuхarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrini yada salır. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə ön cərgədə duran «Saatlı» məscidi Kərbəlayi Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Memarın bu bölgədə sonralar tikdiyi məscidlər minarəsiz olmuş və bəzilərinin yanında minarə çardağını хatırladan «Güldəstə»lər quraşdırılmışdır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#18 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:54

Sınıqqala məscidi
Sınıqqala məscidi hicri tarixi ilə 471-ci ildə (miladi 1078) usta rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən sonralar Minarəli adlanan küçədən azacıq aralıda inşa olunub.

Üzərindəki kitabədən 1078-ci ildə ustad Əbubəkr oğlu Məhəmməd tərəfindən tikildiyi məlum olan bu Sınıqqala minarəsi də dini memarlığın inkişafını izləmək cəhətdən olduqca qiymətlidir.

Sınıqqala Azərbaycan memarlığında ən qədim minarədir.Minarənin quruluşunda qala tikintisinə uyğun cəhətlər özünü göstərir.Onun gövdəsi olduqca geniş olduğundan müdafiə bürclərini xatırladır.Lakin memar minarənn gövdəsini memarlıq qanunları ilə incəldir,onun şərəfəsinin oturacağını təşkil edən stalaktitləri diqqətlə işləyir,şərəfənin eyvan sürahisini daşdan oyma həndəsi ornamentlərlə örtür.Nəticədə dolğun və klassik bir tikili yaranmış olur.Bu yeni memarlıq tikintisinin memar tərəfindən belə mükəmməl şəkildə yaradılması Şirvan-Abşeron memarlıq məktəbi tarixində Sınıqqaladan əvvəl də bu cür tikililər yaradıldığını güman etməyə imkan verir.
Kitabədə abidənin ustad Əbubəkr oğlu Məhəmmədin sifarişi ilə tikildiyi bildirilir.Burada ustad Məhəmməd binanın sifarişçisi kimi göstərilmişsə də,binanın memarının da eyni şəxs olduğu güman edilir.Çünki “ustad” sözü Məhəmmədin sənətkar olduğunu göstərir.Digər tərəfdən ustad adlanan bir sənətkarın abidənin sifarişçisi olaraq çıxış etməsi bu sənətkarın yüksək ictimai (dini) mövqe tutduğunu da göstərir.
Zəngin dekorativ elementlərlə bəzədilmiş bir otaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir. Qala divarının (Bakı qalası)mərkəzi oxunda daşla şəbəkə şəklilli bağlanmış bir cüt pəncərə var. Oxvarı taxtabanla tamamlanan zal həm Şərq və Qərb tərəfdən çata bənzər ornamentli pəncərələrlə bəzədilmişdir.Abşeron-Şirvan memarlıq məktəbi üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə tağbəndin çərçivəsi boyunca ornament quraşdırılmışdır. Məscidə bitişik şəkildə qaldırılmış silindirik formalı minarə yuxarıdan stalaktitli karniz üzərinə oturdulmuş daş şəbəkəli azançı eyvanı ilə tamamlanır. Minarə daxilində quraşdırılmış vintvari daş pilləkənlər ibadət zalının döşəməsindən başlanır.
Minarənin müəyyən yüksəkliyində məscidin damına keçmək üçün qapı vardır. Dama iri daş plitələr döşənmişdir, stalaktik kəmər boyu ərəb dilində kufi xətlə Quran ayələr yazılmışdır. 1988-ci ildə burda aparılmış qazıntılar zamanı məscidin əvvəllər məlum olmayan yeni həcmli sturukturu açıldı. Minarənin özülü həmişəki kimi alçaq və kvadrat formada idi. Ancaq ibadət zalının altında analoji oxvari tavana mənsub olan yeni bir zal meydana çıxdı. Bu mərtəbədə İslama qədər dini mərasimə aid olan elementlər aşkarlandı. Bütün bunlar bir daha təsdiq edir ki, məscid atəşgah üzərində inşa olunmuşdur.
Məscidin cənub fasadı yarımdairə həcmli mehrabla və minillik divar fonunda oxvari tağbənd pəncərələrlə dartılmış proporsiyalar şəklində özünü göstərir. Məscidin dinamik kompozisiya fonunda ucalan minarə ətraf tikililər arasında hakim mövqedə durur. Bərpa işləri zamanı Şirvan-Abşeron memarlıq məktəbinin bütün mahiyyəti bu məscidin simasında açıldı. İçəri şəhər hələ də orta əsr abidələrində qiymətli memarlıq irsinin açılmayan saxlanc yeridir. Ona görə də çox da böyük olmayan bu yerlərin hər qarışında yeni bina hissələri, sürprizlər meydana çıxır. Müqayisə üçün qeyd edək ki, Qız qalası ətrafında aparılmış arxeoloji qazıntı zamanı torpaq altında X əsrə aid edilən oxvarı taxtavanla örtülmüş mehrablı məscid və digər bir neçə otaq aşkar edilmişdir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#19 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 22:58

SƏKİNƏ XANİM MƏSCİDİ
Səkinəxanım məscidi - Quba rayonunda tarixi abidə

”Səkinəxanım” məscidi XIX əsrə aiddir. Məscidi Səkinəxanımın əri Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək ucun tikdirmişdir. Tikinti 1840-cı illərin sonunda başlamış, 1854-cь ildə başa catmışdır. Məscid bir otaqdan ibarətdir. Məscidin binası bişmiş kərpicdən inşa olunmuşdur. Məscid dordbucaqlı şəkildə tikilmişdir. Məscidin 9 pəncərəsi, 2 qapısı var. Məscidin əsas giriş qapısı şimal tərəfdəndir. Məscidin bayır tərəfdən qapısının ustundə ərəb əlifbası ilə yazılmış lovhə var. Məscidin gunbəzi xaricdən ağ dəmirlə ortulmьşdur.

Məscidin gunbəzinin ustundə məscidin şərəfi yerləşir. Şərəfə cıxmaq ucun yer məscidin icindədir. Məscidin icəri tərəfdən hundurluyu 20 m-dir. Umumi hundurluyu 27 m-dir. Hal-hazırda məscidin təmirə ehtiyacı yoxdur. Abidənin həyət hissəsində əlavə yardımcı otaqlar tikilmişdir. Bu otaqlardan mədrəsə, caycı kimi istifadə olunur. Dindarlar tərəfindən məscid kimi istifadə olunur.

Изображение

Сообщение отредактировал MIROTVORES70: 05 января 2010 - 23:04

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#20 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:06

Yuxarı Gövhərağa məscidi
Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri də Yuхarı Gövhərağa məscididir. Həmin məscidi 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayi Səfiхan tikmişdir. Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah хanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə Ibrahim хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir. Planı təqribən kvadrat formada olan (21,30 х 26,20 m) bu məscid ümumən Ağdam cümə və Aşağı Gövhərağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün balkon və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti mdeyalarındandır. Yuхarı Gövhərağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhənz daşı ilə olsa da, onun zövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhərağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Əsasən onlar Ağdam cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılmışdır. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#21 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:09

Zaviyyə məscidi
Zaviyyə məscidi - Naxçıvan şəhərində tarixi-memarlıq abidəsi.

Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. Məscid 1997-ci ildə əsaslı təmir və bərpa olunmuşdur. Hazırda Naxçıvan "Sevil" Qadınlar Məclisi burada yerləşir.

Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#22 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:11

Omər əfəndi məscidi
Ömər Əfəndi məscidi - Azərbaycan Respublikasının Şəki şəhərində Ömər Əfəndi tərəfindən XVIII-XIX əsrlərdə inşa edilmiş məscid.

Məscidin fasadı bişmiş kərpic naxışları ilə diqqəti cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır. Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilmişdir. Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətlərini özündə əks etdirir. İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənmişdir. Məscidin həyətində hovuz yerləşir. Məscidin həyətindəki hovuzun suyundan dəstəmaz almaq üçün istifadə olunur.

Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#23 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:14

ŞAH ABBAS MƏSCİDİ
Şah Abbas məscidi - 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilmişdir. Şah Abbas məscidi Cümə məscidi kimi də tanınır.Изображение
Şah Abbas (Cümə) məscidi XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan qiymətli abidədir.Ümumi həcmi kub şəklində olan bu abidənin böyük diametrli günbəzlə örtülməsi,ümumiyyətlə,həcm həcm cəhətdən diqqəti cəlb edən quruluş yaradır.Burada binanın həcminin həllinə daha çox diqqət yetirilmiş,xaricə açılan portal-eyvanlar sadə,lakin dərin həcmli verilmişdir.Şah Abbas məscidinin ətrafında yerləşən mədrəsə hazırda dağılmışdır.Məscidin qarşısında qoşa minarə XVIII əsrin sonlarında inşa edilmişdir.Məşhur Azərbaycan şairi və tarixçisi Abbasqulu ağa Bakıxanov Şah Abbas məscidinin məşhur alim və memar Şeyx Baəddin tərəfindən tikildiyini məlumat verir.
Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığından və qırmızı kərpicdən istifadə edilib. 1776-cı ildə binaya əlavə olaraq qoşa minarə də tikilib. 1920-ci ildə rus bolşevikləri tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyilmişdir. Həmin il Gəncə şəhər Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa işləri aparılsa da əyilmiş minarəni tam bərpa etmək mümkün olmur. Gəncə şəhəri Ş.İ.Xətai prospekti və Gəncə küçələrinin kəsişməsində yerləşən bina hazırda məscid kimi fəaliyyət göstərir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#24 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:19

CAVADXAN TURBƏSİ
Cavad xan türbəsi - Gəncə şəhərində, Şah Abbas meydanında, Şah Abbas məscidinin yaxınlığındadır. Hələ SSRİ dövründə məscidin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparıla qazıntılar zamanı təsadüfən ekskovator bir şeyə ilişir və təcili qazıntılar dayandırılır.Ərazidən üstü ərəb dilində yazılmış baş daşı və məzar aşkarlanır.Yazıların oxunması məzarın şəhid Gəncə xanı Cavad xana aid olduğunu göstərir və məzar mərkəzin etiraz və maneələrinə rəğmən bərpa edilir.Nəhayət 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üsütndə xana layiq türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir.Изображение
Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib və üstü gümbəzlə örtülür.Türbənin mərkəzində Cavad xanın məzarı durur.Əski baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#25 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:23

COMƏRD QƏSSAB TURBƏSİ
Comərd Qəssab türbəsi - Gəncə çayının sağ sahilində qədim Gəncə hasarının 1 km-də VII-VIII əsrlərə aid türbədir. Türbə 8 guşəli formadadır. Bişmiş kərpic və gəc ilə tikilib. Comərd Qəssabı Hz.Əliyə olan sadiqliyindən mənbələrdə bəhs edilir. Çox güman ki, türbənin tikilməsi dini amillərlə əlaqədardır.
Türbə XX əsrin 70-ci illərində dağıdılmış, 2004-cü ildə ilkin görkəminə tam uyğun olaraq yenidən inşa edilmişdir. Türbə səkkiz guşəli formadadır. Türbə bişmiş kərpic və gəcdən hazırlanmış məhlul ilə tikilmişdir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#26 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:27

ŞAMAXİ CUMƏ MƏSCİDİ
Qədim Şamaxı şəhəri ərazisində yerləşən bu məscid,Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir.

Memarlıq ənənələri və abidələri ilə məşhur olan Şamaxı zonası xüsusilə, Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlamışdı. Demək olar ki, elə bu vaxtlar, yəni Azərbaycanda mədəniyyət və incəsənətin çiçəkləndiyi dövrlərdə (XII-XIII əsrlər) Şamaxı Cümə məscidinin konstruksiya və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılmışdır. Aleksandroviç yazır ki, təəssüf, yanğın zamanı (1918-ci il ermənilərin məscidi yandırmaları) məscidin ilk inşa olunma tarixini göstərən daş da tamamilə sıradan çıxdığı üçün onun haqqında dəqiq məlumat verə bilmirik. Ona görə də Şamaxıda əldə etdiyimiz qiymətli məlumatlar Cümə məscidinin tarixi üzərinə də müəyyən işıq salır. Zəlzələdən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruz qalma səbəblərini araşdırdı.

Elə o zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlamışdı. (Marçenkonun dağılmış Şamaxı şəhəri haqqındakı məruzəsinin mətni, 26.04.1902-ci il iclasında Peterburqda A.İ.Nosaleviçin çıxışı. Mülki mühəndis xəbərləri. S.P.b,1902,e 2 mart-aprel, s.62). Beləliklə, demək olar ki, Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə, Dərbənddə inşa edilmiş məsciddən sonra (733-734) ən qədim məsciddir. General-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktubdan göründüyü kimi, Şamaxının ümumi plan həllində mühüm tarixi rol oynayan Cümə məscidi Qafqazın hakim dairələrinin diqqət mərkəzində olmuşdur. Məktubda yazılır: Təcili olaraq böyük Cümə məscidinə yığılan ərzağın başqa otağa köçürülməsinə göstəriş verilsin və məscidin təmiri üçün lazım olan dəqiq plan çıxarılaraq mənə göndərilməsi mülkü mühəndis zabitinə tapşırılsın.

Qədim məscidin planı əldə olunmamışdır. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə islamın qədim, iri həcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır. Məscidin mərkəzi simmetrik kompozisiyasını konusvari tamamlayan günbəz xüsusi nəzərə çarpır. Daxili fəza həllinin 3 hissədən ibarət olmasını fasadda əks etdirən mərkəzi böyük və ona tabe edilən balaca yan günbəzlər ümumi hissənin rəngarəngliyini daha da canlandırır. Məscidin ümumi memarlığını daha da dinamik göstərmək üçün onun günbəzi üfüqi istiqamətlənmiş gövdəsinin əksinə qoyulur.

1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrildi. Lakin şəhər və quberniya memarı Qasımbəy Hacıbababəyovun (1811-1877) düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunub saxlanıldı. Bununla yanaşı onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858), hamam, Cümə məscidinin qonşuluğunda (1877) inşa olunmuş 2 minarəli məscid və sair bu qəbildən olan tikililərdir. Cümə məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılmışdır. Q.Hacıbababəyovun Cümə məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur. 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə də ucalırdı. Lakin zəlzələdən şəhərin demək olar ki, bütün yaşayış, dini və mülki tikililəri tamamilə dağılmış, o cümlədən Cümə məscidinə böyük ziyan dəymişdi. Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər misilsiz itkilərə məruz qalsa da xarabalar içindən yenidən qalxıb dirçəlirdi. 1903-cü ilin oktyabrında cümə məscidinin ianə yolu ilə bərpa olunması üçün komitə yaradıldı. Komitə qarşısında çox əsrlik Şirvan qüdrətinin simvolu olan yarıuçuq Cümə məscidinin qorunub saxlanması əsas və məsuliyyətli tapşırıq oldu. Komitə Cümə məscidinin layihə işlərini əslən şamaxılı olan mülki mühəndis Zivərbəy Əhmədbəyova həvalə etdi, ona uçulmuş cizgilərini saxlamaqla öz bünövrəsi üzərində məscidin lahiyələndirilməsi tapşırıldı. Tikinti işləri sürətlə aparıldı (Özülün mərkəzi və arxa divarı bərkidilib yan hissələrdə işlər davam olundu) lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı və nəticədə Zivərbəy Əhmədbəyov tikintini tərk etdi. Komitə məscidin layihə işlərinin davam olunmasını mülkü mühəndis İ.K.Ploşkoya təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı həm də Z.Əhmədbəyovun memarlıq variantını saxladı. 1909-cu ildə İ.K.Ploşkonun komitəyə təqdim etdiyi layihədə İslam memarlığının, dini tikililər obrazının şərhi ustalıqla təcəssüm etdirilirdi. Bu ciddi və simmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O çox planlı, rəngarəng, memarlıq dinamikası üzərində inşa olunurdu. Baş fasadın oxvarı taçbəndlərlə sıralanmış üfiqi həcmi üzərində göyə ucalan və sonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq edir. Şaquli minarələr tarım dartılmış məftilə bənzəyir. Bu minarələrin memarlıq motivinin əla siluetindən biz Şirvanşahlar saray kompleksinin əks-sədasını görürük. Məscidin inşası maddi çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən başqa, bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavada hazırlanmışdı. Azərbaycan memarlıq tarixində Cümə məscidinin böyük əhəmiyyəti vardır. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq lazımdır. Bu tədqiqatlar Bakıdakı Məhəmməd, yaxud Sınıqqala minarəsi ilə təmsil olunmuş Şirvan-Abşeron memarlıq məktəbinin də bir çox aspektlərini işıqlandırmağa imkan verər.
2010-cu illin başlanğicinda Azəarbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev tərəfindən məscidin əsasli təmiri ucun sərəncam verildi və 4 milyon manat Dovlət budcəsindən pul ayrildi!
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#27 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:30

OPDUBAD CUMƏ MƏSCİDİ
Orta əsrlərə aid bu memarlıq abidəsi Ordubad şəhərin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir. 1604-cü ilə aid olan bu fərmanda deyilir: "Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas sülaləsinə etimadını, onların şiə məzhəbli olduqlarını nəzərə alaraq sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracal, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və divan itlaqatından xaric etsinlər". Bu fərman da Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902/03-cü illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun XII-XII əsrlərdə tikildiyi aydın olur. Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunmuşdur.

Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#28 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:32

BAĞBANLAR MƏSCİDİ
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidi - Azərbaycanın Gəncə şəhərində yerləşir.
Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina gümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#29 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:42

MƏŞƏDİ QƏRİB MƏSCİDİ(BUZOVNA)
Аbşеrоn yаrımаdаsının şimаl-şərqində yеrləşən Buzоvnа qəsəbəsi Bаkının ən qədim yаşаyış ərаzisinin ümumi sаhəsi 6000 kv km-dir. Изображение
Buzоvnа tоpоniminin mənаsı dа mаrаq dоğurur. Buzоvnа sözünün еtimоlоgiyаsı hаqqındа bir-birindən fərqlənən bir nеçə fikir mövcuddur. Lаkin еlmi əsаslаrа söykənən bir çох аlimlər bu kəndin аdını «оğuz» türklərinin аdı ilə əlаqələndirirlər. Yəni Buzоvnа tоpоnimini türk dilli оğuzlаrın bоzоq tirəsinin аdı ilə bаğlıdır. Bеləliklə Buzоvnа sözünün əsil mənаsı «Bоz оğuzlаrın məskəni, yurdu» аnlаmınа gəlir.
Buzоvnа qəsəbəsi hаqqındа gеniş məlumаt əldə еtmək istəyənlər ахund hаcı Sоltаnın «Yаşаmаq, yаşаtmаq, yаrаtmаq» (Bаkı- 1998-ci il və Buzоvnа həzrəti Əli (ə) qədəmgаhı») Bаkı 1992-ci il kitаblаrındаn istifаdə еdə bilərlər.
Аmmа mən bu məqаləmdə Buzоvnаnın çох dəyərli tаriхi mеmаrlıq аbidələrinin bir qismi оlаn məscidlərimizin bu gün ki, gündə оlаn vəziyyətləri hаqqdа dаnışmаq istəyirəm. Buzоvnа qədim pirlər, məscidlər, оcаqlаr, türbələr məkаnıdır. Bu qəsəbədə ən qədim məscidlər «Cin məscidi» və «Nəsrаni məscidi»dir. Bu məscidlər II-III əsrə аiddir. 1776-cı 1977-ci illərdə tikilmiş «Sаhib-əz Zаmаn məscidi», 1840-cı ildə tikilmiş «Imаm Həsən məscidi», 1876-cı ildə tikilmiş «Məşhədi Qərib» məscidi və «Imаm Hüsеyn məscidi» hаmısı ХVII əsrə аid оlаn məscidlərdir. Kəndin mərkəzində yеrləşən ХIХ əsrdə özülü qоyulmuş «Əli ibni Əbutаlib- Cümə məscidi»nin tikilməsi yаrаmçıq qаlmış, kеçmiş sоvеt höküməti bu məscidi mаğаzаyа çеvirmişdi. Hаl-hаzırdа bu məscid «Hеydər Əliyеv» fоndu tərəfindən əsаslı təmir оlunur. 1993-cu ildə «Fаtimеyi- Zəhrа məscidi» «Əli аyаğı ziyаrətgаhındа» tikilmişdir. 2007-2008-ci illərdə yеni bir «Imаm Hüsеynməscidi» tikilmişdir.
Məlumdur ki, illər uzunu Zirə, Binə, Türkаn, Şüvəlаn, Qаlа, Mərdəkаn və digər kəndlərin məscidləri bаğlı оlmuş və həmin yеrlərin mömin müsəlmаnlаrı Buzоvnаdаkı «Məşhədi Qərib» məscidinə ibаdətə gəlmişlər. Bu təsаdüfü dеyildi. Çünki «Məşhədi Qərib» məscidi həttа din хаdimlərinin təqibi dövründə də öz fəаliyyətini dаvаm еtdirmişdir. Bu hаqdа buzоvnа kənd аğsаqqаllаrındаn Kərbəlаyı Аdil Zərbəli оğlu, məşhədi Səfа Kərbəlаyi Хudаbəхş оğlunun dеdiklərindən: 1920-ci illərin оrtаlаrındаn Аzərbаycаndа din хаdimləri və ruhаnilərin təqib оlunmаsı bаşlаyır. Bunun nəticəsində 1928-ci ildə Buzоvnа qəsəbəsində yеrləşən «imаm Həsən», «Imаm Hüsеyn», «Sаhib-əz Zаmаn» məscidləri (Qədim аdı «Ğəni» məscidi оlub) sоvеt vахtındа muzеy еtmişlər və «Məşhədi Qərib məscidi» sоvеt vахtı аnbаr еtmişdilər. Həttа Əli аyаğı ziyаrətgаhındа оlаn bir qədim məscid uçurulub məhv еdilir.
1940-cı ildən sоnrаkı illər /təхminən 1944-cü il/ Buzоvnаlı Kərbəlаyi Məşhədi Zаir оğlu böyük çətinliklə оlsа dа Şеyхulislаm Mоllа аğа Ахund Əlizаdə və Şеyх Möhsün Həkimzаdənin köməkliyi ilə ilk dəfə оlаrаq Buzоvnаdа bir məscid «Məşhədi Qərib məscidinin» аçılmаsının icаzəsini аlır.
Qеyd еtmək lаzımdır ki, həmin illərdə Bаkı dа iki məscid «Təzə pir» məscidi və «Hаcı Əжdər bəy məscidi» /Göy məscid/, Bаkı kəndlərində isə Mаştаğаdа «Cümə məscidi» və Buzоvnаdаkı «Məşhədi Qərib məscidi» fəаliyyət göstərirdi. 1955-ci illərdə «Məşhədi Qərib məscidinin» rəisi Хоsrоv Kərbəlаyi Хudаbəхş оğlu, ахund Nаrdаrаnlı Məşhədi Məzаhir аğа, rövzəхаnı zirəli mоllа Məhəmməd idi.
1986-87-ci illər məhz «Məşhədi Qərib məscidi»nin rəhbərliyi аltındа Buzоvnаdаkı «Əli Аyаğı» ziyаrətgаhı yеnidən bərpа оlunub müsəlmаnlаrın öhdəsinə vеrilir və həttа «Əli Аyаğı» ziyаrətgаhındа hаl-hаzırdа fəаliyyət göstərənt mədrəsəni də о vахt «Məşhədi Qərib» məscidinin rəhbərliyi təsis еtmişdir. Sоnrаkı illər yеnədə «Məşhədi Qərib» məscidinin rəhbərliyi ilə yuхаrıdа аdlаrını çəkdiyimiz məscidlər yеnidən bərpа оlunub аbаdlаşdırıldı. Həmçinin о dövrlərdə (1980-90) Sеyyid Gülşən, Sеyyid Əli, Şеyх Cаvаd, хəlifə Məhəmməd Mömin türbələri yеnidən təmir еdildi. Hаl-hаzırdа «Mir Möhsin Ziyа» аğаnın ziyаrətgаhının məqbərəsi «Məşhədi Qərib» məscidinin həyətyаnı sаhəsində inşа еdilir.
130 ildən аrtıq tаriхə mаlik оlаn «Məşhədi Qərib məscidi» bir dəfə də оlsun təmir оlunmаmış həddindən аrtıq pis vəziyyətdə idi. Ахır ki, 2005-ci ildə məscidimiz əsаslı təmirə dаyаndı. Bizim məscidə bахаndа dеyərdin ki, hаnsısа bir еvdir. Çünki məscidin günbəzi, minаrısi оlur, bunlаrlа dа аdi еvlərdən sеçilir. Lаkin bizim məscidimizin tаvаnı аdi еvlərin tаvаnı kimi idi. О vахtlаr çох istəyiblər ki, məscidə minаrə, günbəz qоyulsun bu mömin müsəlmаnlаrın аrzusu оlub, lаkin bu iş əvvəl ki, möminlərə qismət оlmаyıb.
Ахund Hаcı Sоltаnın təşəbbüsü və rəhbərliyi ilə «Məşhədi Qərib məscidi» əsаslı təmirə sахlаnılır. Məscidin təmirinə bаşlаyаndа məlum оlur ki, hər şеy sırаdаn çıхmаq üzrədir. Nəyə əl dеyilirsə tökülüb uçulur. Оnа görə də qərаrа аlınır ki, məscidin üstü götürülsün. Məscidin üstünü götürdükdən sоnrа məsləhət görülür ki, məscid əsl məscid şəklinə sаlınsın. Bu işdə ахundun əziyyəti çох оlub.
Məscidimizin yеniləşməsində qаynаqçı, bаcаrıqlı ustа vəzifələrini icrа еdən Quliyеv Еtibаr qаrdаşın böyük zəhməti оlmuşdur. Оndаn bаşqа məscidimizdə işləyən Vüqаr, Sеymur və bаşqаlаrının zəhməti çохdur. Qеyd еtdiyim kimi Buzоvnаdа qədim məscidlər çохdur. Аmmа təəssüf ki hеç birində minаrə yохdur. Ахır ki «Məşhədi Qərib məscidinin» dаmındа günbəz və minаrə ucаldı. Bu Buzоvnа qəsəbəsində ucаlаn ilk minаrə idi.
Bu хеyirхаh işdə məscidə kömək еdən hər bir kəsə dini icmаnın üzvüləri tərəfindən öz minnətdаrlığımızı və duаlаrımıızı çаtdırırıq. Məscidə dаyаq оlub, əllərindən gələn köməklikləri əsirgəmədiklərinə görə hаmısınа çох sаğ оl dеyirik. Sаğ оlsunlаr ki, Ахundu tək qоymаdılаr. Аllаh dа оnlаrı tək qоymаsın. Qоy Аllаh о хеyirхаh şəхslərə yаrdımçı оlsun. Аllаh özü оnlаrı qоrusun. Аmin yа Rəbbəl аləmin!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#30 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 января 2010 - 23:50

İMAMZADƏ (BƏRDƏ)
Azərbaycan torpağı daim Əhli-Beyt (ə) ailəsinin sığınacaq yerlərindən biri olub. Buna misal olaraq Bakıda Bibi heybət, Bakının Nardaran kəndində Rəhimə xanım ziyarətgahı, Bülbülə kəndindəki İmamzadə, Bakının Bilgəh kəndindəki Leyla xanım ziyarətgahı və başqa ziayarətgahları qeyd etmək olar.
Bu məkanlarda İmam (ə) övladları dəfn olunub və hər zaman xalqımız tərəfindən böyük ehtiramla ziyarət olunur. Belə ziyarətgahlar ölkəmizin müxtəlif bölgələrində də mövcuddur. Onlardan Gəncə, Bərdə İmamzadəsini və s, nümunə göstərmək olar. Bu kiçik yazıda Ölkəmizin qədim şəhərlərindən biri olan Bərdə İmamzadəsi barədə oxuculara məlumat vermək istəyirik.
Bərdə şəhərində yerləşən bu qədim ziyarətgahda İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayilin qəbri yerləşir. O dövürlərdə Əbbasi xəlifələrinin Əhli-Beyt (ə) ailəsinə etdiyi zülmlərin əlindən hicrət edən Şahzadə İsmayil daim Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan torpağına sığınır. Bu yerlərdə xalqın dəstəyi və köməyi ilə Əbbasi xəlifələrinin zülmündən amanda qalmaq mümkün idi.
İpək yolunun üstündə yerləşən Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə Şahzadə İsmayilin məskunlaşdığı yer olur. O ömrünün sonuna kimi bu torpaqda yaşayıb dünyasını dəyişir. Əhli-Beyt (ə) ailəsinin davamçıları olan Azərbaycan xalqı İmam (ə) övladının dəfn olunduğu məkanı qoruyub saxlamış və hər zaman ziyarət etmiş, onu vasitəçi bilib öz istəklərini Allah-təaladan istəyirlər. Hal-hazırda da bura xalqımızın daim ziyarət etdiyi yerlərdən biridir.
12 ci əsrdə İbrahim adlı tacir xalqın bir qəbri ziyarət etdiyini görür, maraqlananda ona bildirirlər ki burada İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayil dəfn olunub bunu eşidən tacir öz hesabına qəbrin üstündə çay daşlarından günbəzli ziyarətgah tikdirir. Qeyd edək ki, Ensklopediya da bu ziyarətgah “Tacir İbrahim” adı ilə qeyd olunub.
1868 - ci ildə İmamzadə türbəsinin 4 minarəsi Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunub. Sonda bir məlumatıda qeyd edək ki, Memar Kərbəlayi Səfixan Qarabaği 1788 – ci ildə Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şuşada anadan olub. 1910 – cu ildə isə dünyasını dəyişdiyi bildirilir.
Memar Kərbəlayi Səfixan Qarabaği 1864 – cü ildə Şuşadakı Gövhərağa məscidini, 1868 – ci ildə isə Ağdam məscidini bərpa edib
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru