http://muselman.ws/m...hzhk-daedr.htmlÇox dəyərli mömin bacı və qardaşlar.Artıq bir neçə müddətdir ki saytda Məşədiyeva Xatirə anamız haqqında məlumat yerləşdirmişdik.Qısa olaraq Xatirə ananın xəstəliyi və həyatından qeyd edib sonra sözümün əsas məğzinə keçmək istəyirəm.İlk əvvəl Mövlanadan bir cümlə demək istərdim: Rəbbim neylər neylərsə gözəl eylər deyə buyurdu Mövlana.Xatirə ana Bakıdan çox kənarda yerləşən Pirallahı qəsəbəsində məskunlaşan və Allahdan qeyri kimsəsi olmayan bir xanımdır.Uzun illərdir şəkər xəstəliyinin ucbatından həyatında çox acılı izlər qalıb.Xatirə xanımın hər iki gözü tutulub və gün işığına həsrətdir.Keçən il qanqren səbəbindən bir ayağı kəsilərək ömürlük əlil arabasına məhkum olub.Və bir qızı var.Məşədiyeva Fatimə.14 yaşı var.Anasına baxmaq üçün 1ildir məktəbə getmir
Bu xanım barədə məlumat əldə etdikdən sonra bir qrup gənc xanımın yaşadığı yerə yollandıq və vəziyyəti gözümüzlə gördük.Çox acınacaqlı bir durumdur.Bəlkə də ilk dəfə mən də eşitdiyimdə Allah yardım etsin deyib keçmişdim amma içimdən bir səs `niyə sən özün də bu işin üstünə düşmürsən?` dedi.Və bir vəzifə olaraq bunu özümə borc bildim
Artıq 15gündən çoxdur ki sizlər kimi mərhəmətli insanların dəstəyi nəticəsində niyyətdə olan göz əməliyatına olan məbləğin böyük bir hissəsi toplanıb.Bəlkə də hisslər sözlərə töküsəydi hər biriniz göz yaşınızı saxlaya bilməzdiniz.Pirallahı qəsəbəsinə yollanmağa can atan mömin qardaş və bacılarımızın canfəşanlığı,xalanı tək qoymamaqları və hər dəfə bizimlə ora yollanan insanların ürəyində olan Allaha olan bağlılıq bir daha bizi həyatda gözəlliyin daha da çox olmasını sübut etdi
Bu gun Məşədiyeva Xatirə xanım Bakıya gətirildi və Əhmədlidə yerləşən 7 saylı klinikanın protesləşdirmə korpusuna yatırıldı.Xanımın ayağına protes ayaq qoyulacaq.Nəzərinizə çatdırmaq istəyirəm ki Pirallahıya gedə bilməyən bacı qardaşlarımız 7 saylı klinikada protesləşdirmə korpusunda 8ci palatada xanımın ziyarətinə gedə bilər
Göz əməliyyatı İranın Tehran şəhərində keçiriləcəkdir.Göz professorlarının son bildirdiyinə görə xanım şəkər xəstəliyi səbəbilə günü gündən gözünün tor qişasını itirir və tez bir zamanda gözünə yığılan tor təmizlənməli və əməliyyat olunmalıdır.Əməliyyat üçün 3000 Azn vəsait lazım idi və sizlərin səyi nəticəsində məbləğin artıq 2000 AZNə qədəri toplanıb!!!!
İndi üzümüzü sizlərə tutaraq sadəcə Allah kömək olsun deyib keüçməyin deyirik.Bizlər bir olmalıyıq.Bizlər Peyğəmbər ümmətinin gül ətirli çıraqları olmalıyıq.İmkan verməyək bir anamız belə vəziyyətdə qalsın.İmkanı olmayanlar əsla utanmasın getsin xanıma baş çəksin.Necə ki indiyə kimi gələn gənclər hətta orta məktəb tələbələri gəlirdi.Həftədə 1saatınızdan keçməklə ömür gödəlməz.İnsana insanlığın müqabilində hörmət qalır inanın.
SONDA MADDİ DƏSTƏYİN TAMAMI ÜÇÜN YENİDƏN SİZLƏRƏ MÜRACİƏT EDİRİK VƏ XANIM ÜÇÜN DƏSTƏK İSTƏYİRİK!!!
Bu işdə səsimizə səs verən və səfərbər olan hər bir kütləvi informasiya vasitələrinə təşəkkürümüzü bildirir və Allahdan sizlərə sağlam bir ömür arzu edirik.
Maddi dəstək üçün əlaqə vasitələri
(050) 560 64 48 Zeynəb xanım