Перейти к содержимому


Фотография

Doyuş alnimiza yazilib!


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 56

#1 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 09 января 2010 - 23:37

Bu movzuda biz sizinlə silah,sursat və hərbi texnikanin taktiki-texniki xassələri (ttx) ilə taniş olacaq,onlarla rəftari oyrənəcək və hərbi biliklərimizi artiracağiq. DOYUŞ UZAQDA DEYİL!

Сообщение отредактировал MIROTVORES70: 09 января 2010 - 23:38

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#2 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 09 января 2010 - 23:59

Ми-28Н
Doyuş helikopteri(vertolyotu)"gecə ovcusu" (Rusiya)
Bu helikopter muharibə teatrinda zərbə maşini olaraq,gecə və alcaq uşuş tavani ucun nəzərdə tutulmuşdur!Adətən alcaq ucuş tavani olan ucuş aparatlari RLS(radiolokasiya sistemləri) ucun gorunməzdir. Bu maşinlar 5-ci nəsl inteqrasiya kompleksləri ilə təhciz olunaraqŞgecə və az gorunuşlu vaxtlarda ucmaq qabliyyətinə malikdir!
İnteqrasiya sistemi gecə və gunduz əyilmiş bucaq altinda həm avtomatik ,həm də əl idarəsi ilə ucuş aparmağa imkan verir.Avtomatik rejim ucun kartoqrafik-topoqrafik məlumatlardan istifadə olunur.Butun lazer-teplovizion-uzaqolcmə cihazlarindan başqa,pilotun şleminin eynəyində qurulmuş nişangahlar və gecə gormə cihazi,hədəfi uzaqdan təyin etməyə,qrup şəklində olan hədəfləri avtomatik nişangahda saxlamağa imkan verir.Silahlanmada olan səssurətindən yuksək və yuksək-dəqiq "Ataka" raketləri ,alinan komanda ilə radioelektron pozucu sistemlərin maneəsini dəf edərək,hədəfi 2sm yayinma ilə məhv etmək qabliyyətinə malikdir.
silahlanmasi: 80,130 mm-lik idarə olunmayan raketlər,
qş-23 aviasiya avtomatik topu,
"atdin-yadindan cixdi"tipli"ATAKA" raketləri,
2a42 tipli 30mm-lik avtomatik top qurğusu
Изображение
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#3 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 10 января 2010 - 20:29

Изображение
7.62 mm-lik DRAQUNOVUN SNAYPER TUFƏNGİ(RUSİYA)
Draqunovun 7.62 mm-lik snayper tufəngi,peyda olan,hərəkət edən,gilənmiş tək hədəfləri məhv etmək ucun hazirlanmişdir! Tufəng snayperin ştat silahidir.
Silahdan atəş acmaq ucun,adi,trasser,zirehdeşən-tandirici və snayper gullələrindən istifadə olunur.Atəş tək-tək aparilir.Optik nişangah gecə infraqirmizi avadanliğa və pis horunən vaxtlarda atəş acmaq ucun nəzərdə tutulub.Bundan əlavə olaraq gunduz hədəfi məhv etmək ucun də istifadə olunur!Gecə infraqirmizi alətlərin şualari nişangaha duşərək,yaşil rəngli işiqli ləkə gostərir ki,bununla da həmən obyekti dəqiq susdurmaq olur.
TTX.
Atəş uzaqliği-1300m-aciq nişangahla 1200m.
Kalibr 7.62
gullənin oldurucu gucunun saxlanmasi- 3000m
Cəkisi,bicaq,optik nişangah və doldurumamiş halda-4.3kq
Xəzinənin tutumu(maqazin)-10əd
hədəfin optik boyudulməsi-4dəfə
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#4 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 10 января 2010 - 22:15

Изображение
Piyadanin Doyuş Maşini(PDM-3)(BMP-3)
Piyadanin doyuş maşini piyada və motoatici hissələri atəşlə təminati,onlarin mobil və qorunmasi ucun nəzərdə tutulmuşdur.Başqa qoşun novləri ucun də modernizə edilmiş numunələri də vardir! Maşin"Kurqanmaşzavod" istehsalat birliyində buraxilir.Silah kompleksi "KBP"(Tula) tərəfindən işlənilmişdir.Maşin şəxsi heyəti cevrəvari olaraq qəlpə və aticiliq silahindan,uz hissəsi isə 30mm-lik mərmilərdən qoruyur,bundan əlavə maşinin tustu pərdəsi qoyma(Tuca) imkani da vardir.
Silahlanma:
2A70 tipli 100mm-lik reaktiv top qurğusu,
2A70 topuna bərkidilmiş 30 mm-lik 2A72 avtomatik top qurqusu,
7,62 mm-lik PKT pulemyotu,
2 əd 7.62 mməlik, kurs uzrə PKT pulemyotu,
desant ucun:
1- RPQ-7(RPQ-16) qumbaraatani
5-reaktiv RPQ-18(RPQ-22) qumbarasi,
2-daşinan zenit-raket kompleksi İQLA-2
bundan əlavə 100mm-lik 2A70 top qurğusundan kumulyativ və qəlpələnən mərmilərdən maşqa TƏİM(PTUR)" BASTİON"-dan da atəş acmaq mumkindur.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#5 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 21:48

QP-30(OBUVKA) luləalti qumbaraatan
Gilizsiz ,qəlpələnən sursatlarla atəş acaraq,duşmənin aciq və ustu aciq movqelərini məhv etmək ucun istifadə olunur.Əsasən AK-47,AKM,AK-74,AKS-74,AKMS avtomatlarina lulənin altina bərkidilir.Həm duz,həm də asqili atəş aca bilir.
cəkisi-1.6kq
kalibr-40mm
atəş uzaqliği-400m
Изображение
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#6 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2010 - 22:20

Coxşaxəli raket -top sistemi A3 (Anti-air, Anti-armor, Anti-terrorism) RUSİYABir cox dovlət,istehsal,hərbi obyektlərin təyyarə,helikopter,pilotsuz ucuş obyektləri və yuksək dəqiqlikli silahlaradan(idarə olunan bomba və raketlərdən)qorunmaq ucun istifadə olunur.Bundan əlavə qurğu duşmənin cali quvvəsi,zirehli texnikasi(tank,Bmp və zirehli transportyor)ilə də mubarizə ucun istifadə olunur. Qurğu gunun hər bir vaxti və hər cur şəraitdə istifadə oluna bilər.(texniki xassələri məxfidir)
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#7 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 января 2010 - 22:28

ОЦ-03АС SNAYPER AVTOMATİ(RUSİYA)
Aciq şəkildə irəliləyən və qorunma vəsaitləri olan canli quvvəni məhv etmək ucun nəzərdə tutulmuşdur.Bundan əlavə zirehsiz texnikni da məhv edə bilir.
Gullə tutumu-10 əd
Kalibr-7.62 mm
Cəkisi 5.5 kq
Nişan uzaqliği-800m
Kullənin tipi-7h1(7.62x54R)
Изображение
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#8 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 февраля 2010 - 22:35

Smerc (9K58) 300mm-lik reaktiv artilleriya qurğusu.
Reaktiv artilleriya qurğusu 80-ci illərdə istehsala buraxilib və dunyada atəş gucunə gorə analoqu yoxdur.
Bu qurğu,duşmənin canli quvvəsini aciq və yaxud bağli qorunma vasitələrində(blindaj,dot,dzot),zirehli texnika və atəş vasitələrini,zenir artilleriya və zenit raket komplekslərini,aciq və anqarlarda oan vertolyot və təyyaələrini,aerodromlarini,hərbi-sənaye komplekslərini ,kommunikasiyalarini məhv etmək ucun nəzərdə tutulmuşdur!
Atəş həm tək,həm də kut halda aparıla bilir(38can)
Bir maşınin atəşi 400.000 kv.m sahəni məhv etmək quvvəsinə qadirdir.
Atəş uzaqliği 70-90km-dir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#9 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:06

İstiqlal” İST-14,5 Anti-Material Rifle
"İstiqlal" snayper tüfəngiİstiqlal Azərbaycanın istehsal etdiyi ilk milli atıcı silahdır. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. “İstiqlal” snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. “Telemexanika” zavodu tərəfindən istehsal edilmiş silahın ağırlığı 20 kq, uzunluğu 2015 mm-dir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan “İstiqlal” -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür. Tüfəng hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Türkiyə, Pakistan və Bolqarıstanın müdafiə nazirlikləri də silaha maraqlarını ifadə ediblər.

Сообщение отредактировал MIROTVORES70: 05 сентября 2010 - 22:39

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#10 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:11

Mechem NTW-20 (Denel NTW-20)
CAR-ın “Denel” firması tərəfindən istehsal olunan bu snayper əsasən yüngül zirehli texnikalara, bu texnikalarda daşınan şəxsi heyətə, təyyarə və helikopterlərə qarşı tətbiq olunur. Darağı 3 güllə tutan NTW-20-nin doldurulması əllə həyata keçirilir. Seriya ilə istehsalına 1998-ci ildən başlanmış bu tüfəngin NTW-20 və NTW-14,5 modifikasiyaları mövcuddur. Dünyanın ən böyük çaplı snayper tüfəngləri sayılan bu silahlardan NTW- 20-nin çəkisi 26 kq, uzunluğu 1795 mm-dir. Bu tüfəng 20×83,5 və 20×110 mm çaplı güllələrdən atəş açır. NTW-14,5-in çəkisi isə 29 kq, uzunluğu 2015 mm-dir. Bu modifikasiya isə 14,5×114 mm çaplı güllələrdən atəş açır. Güllənin başlanğıc sürəti 720 metr/saniyə (NTW-20) və 1080 m/saniyədir (NTW-14,5). NTW-20-nin hədəf uzaqlığı 1400, NTW-14,5-ki isə 2300 metrdir.Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#11 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:18

Gepard
Macarıstan istehsalı olan bu iri çaplı snayper tüfəngin 12,7×108 mm çaplı güllələrdən atəş açan M1 (çəkisi 21 kq) modifikasiyası dünyanın ən dəqiq snayperlərindən sayılır. Cəmi 25 ədəd istehsal olunmuş bu silah vasitəsi ilə 1300 metr məsafədə 25 sm radiuslu dairənin tam mərkəzinə atəş açmaq mümkün olub. “Gepard”ın M2 (əllə doldurulan), M2A2 (hava desant və xüsusi təyinatlılar üçün variantı), M3 (14,5 mm çaplı modifikasiyası, çəkisi 21 kq), M4 və M5 variantları (12,7×108 mm və 12,7×99 mm) modifikasiyaları mövcuddur. “Gepard” snayperlərini üstünlüklərinə görə, Macarıstanın özündən savayı ABŞ, Türkiyə, Xorvatiya və Rusiya da silahlanmaya qəbul edib. Bu snayperlər 3-12X50 Schmidt & Bender optik nişangahları ilə təchiz edilib.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#12 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:25

Çin Xalq Respublikasının “China South Industries Group” şirkətinin istehsalı olan AMR-2 1990-cı illərdə silahlanmaya qəbul edilib. Snayper tüfəngi 12,7×108 mm çaplı güllələrdən atəş açır və açılıb-yığıla bilir. Çəkisi 11 kq, uzunluğu 1450 mm, o cümlədən lüləsinin uzunluğu 850 mm-dir. Barıt qazının təsiri ilə hərəkətə gətirilən atış mexanizmi mövcuddur. Darağı 5 güllə tutur.

Сообщение отредактировал MIROTVORES70: 05 сентября 2010 - 22:39

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#13 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:28

AR-50
ABŞ-ın “Armalite” şirkəti tərəfindən 1997-1999-cu illərdə hazırlanaraq silahlanmaya daxil edilib. Çəkisi 15,5 kq olan tüfəngin uzunluğu 1511 mm, o cümlədən lüləsinin uzunluğu 787 mm-dir. 12,7×99 mm çaplı güllələrdən atəş açan AR-50 tüfənglərinin effektiv atəş uzaqlığı 1800 metrdir. Patron lüləyə tək-tək ötürülür.

Сообщение отредактировал MIROTVORES70: 05 сентября 2010 - 22:41

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#14 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:31

Accuracy International AS50
Böyük Britaniyanın “Accuracy International Ltd.” şirkəti tərəfindən istehsal edilmiş bu tüfəng 12,7×99 mm (M99B-II) çaplı gülələrdən atəş açır. Avtomatik şəkildə özünüdolduran mexanizmə malikdir. 2006-cı ildə istehsal olunmuş snayper tüfəngi ABŞ İngiltərə və İrlandiya ordusunun inventarına daxildir. İraqda keçirilən hərbi əməliyyatlarda tətbiq edilib. Çəkisi 14,1 kq olan tüfəngin uzunluğu 1369 mm, hədəfi məhvetmə uzaqlığı 2000 metrdir.
Accutacy International AW-50. “Accuracy International Ltd.” şirkəti tərəfindən istehsal edilib. 12,7×99 mm (.50 Brauninq) çaplı güllələrdən atəş açır. Optik nişangahla təchiz olunur. İngiltərə, Avstraliya, Almaniya, İrlandiya, Tailand və Portuqaliya ordularının inventarına daxildir. Çəkisi 15 kq (boş şəkildə), uzunluğu 1420 mm, lüləsinin uzunluğu isə 686 mm-dir. Mexanizmlər barıt qazı ilə hərəkətə gətirilir. Fiksasiya olunmuş 10X, 3-12X və ya 4-16X nişangahları ilə təchiz olunur.

Сообщение отредактировал MIROTVORES70: 05 сентября 2010 - 22:42

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#15 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:34

Barrett M99
ABŞ-ın məşhur “Barrett Firearms” şirkəti tərəfindən istehsal edilib. 12,7×99 mm (.50 BMG) çaplı güllələrdən atəş açır. Bəzi modellərində güllə lülə qutusuna tək-tək, əllə, bəzi modellərində isə avtomatik ötürülür. Çəkisi 11,34 kq (lüləsi 813 mm olanlarda), 10,43 kq (737 mm lüləli), 9,07 kq (635 mm lüləli) olan M99 snayperləri müxtəlif optik nişangahlarla təchiz oluna bilir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#16 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:37

Falcon”[Çexiyanın ZVI firması tərəfindən istehsal edilir. 12,7x108 (M99B-I, M06) və ya 12,7x99 / .50BMG (M99B-II) çaplı güllələrdən atəş açır. Mauzer tipli çaxmaqğa malikdir. Darağı 2 güllə tutur. Snayperin OP96, OP99 modelləri var. Çəkisi 13,4 kq (OP96), 12,9 kq (OP99), uzunluğu 1380 mm (OP96), 1260 mm (OP 99) təşkil edir. OP96 snayperləri 12,7x99 mm, OP99 snayperləri isə 12,7x108 mm çaplı güllələrdən atəş açır.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#17 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:38

M-93 “Black Arrow” (“Çernaya strela”)
Serbiyanın istehsalı olan bu snayper tüfəngi 12,7×99 mm, ixrac variantları isə 12,7×108 mm çaplı güllələrdən atəş açma imkanına malikdir. Darağı 5 patron tutur. 1990-cı illərdə Zastava zavodu tərəfindən istehsal edilən bu snayper tüfəngi daha çox Ermənistan ordusunun xüsusi təyinatlı birləşmələrinin arsenalına daxildir. M93 həmçinin Montoneqro, Konqo Demokratik Respublikası, Makedoniyanın ordularında da istifadə olunur. Çəkisi 16 və 14 kq təşkil edən bu snayperlərin iki variantı (12,7×108 mm və 12,7×99 mm çaplı) mövcuddur. M93-ün güllələrinin başlanğıc sürəti 820 və 888 metr/saniyədir və 1600 metr məsafədə hədəfləri vurma imkanı var.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#18 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:40

M99B/M06
Çin istehsalı olan M99 tüfəngi 12,7×108 mm (M99B-I, M06) və ya 12,7×99 mm (M99B-II) kalibrli güllələrdən atəş açır. Çəkisi təxminən 12 kq olan snayperin uzunluğu 1250 mm-dir.
“McMillan TAC-50”. ABŞ-ın “McMillan Brothers Rifle Co.” şirkəti tərəfindən hazırlanmış bu silahın kalibri 12,7×99 mm-dir. Müxtəlif optik nişangahlarla təchiz oluna bilir. 2000-ci ildən istehsalına başlanan bu silah hazırda ABŞ və Kanada ordusunun xüsusi təyinatlıları tərəfindən istifadə olunur. Əfqanıstanda keçirilən əməliyyatlarda tətbiq edilib. Tüfəngin çəkisi 11,8 kq, uzunluğu 1448 mm, güllənin başlanğıc sürəti 823 metr/saniyədir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#19 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:42

PGM UR Hecate II
Fransanın “PGM Precision” şirkətinin istehsalı olan tüfəng silahlanmaya 1993-cü ildə qəbul edilib. 2001-ci ildə Əfqanıstan müharibəsində tətbiq edilib. Ümumilikdə bu günə qədər qeyd olunan modeldən 250 ədəd tüfəng istehsal olunub. Nişangahsız çəkisi 13,8 kq olan tüfəngin uzunluğu 1380/1140 mm təşkil edir və tüfəng 12,7x99 mm çaplı güllələrdən atəş açır. Güllənin başlanğıc sürəti 825 m/saniyə, maksimum atəş uzaqlığı 2000 metrdir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#20 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:45

Steyr HS .50.
Avstriyanın məşhur “Steyr Mannlicher Gmbh & Co KG.” şirkəti tərəfindən istehsal edilir. 12,7×99 mm (.50 Brauninq) və 11,7 mm çaplı (HS .460) güllələrdən atəş açır. Silah 2004-cü ildən istehsal edilir çəkisi 12,4 kq, uzunluğu 1370 mm-dir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#21 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:47

OM 50 Nemesis
İsveçrənin istehsalı olan OM50 tüfənglərinin çapı12,7×99 mm-dir. Silahın Mk I, Mk II i Mk III modifikasiyaları mövcuddur. 2001-ci ildə AMSD şirkəti tərəfindən istehsal olunmuş snayper tüfənginin çəkisi nişangahsız və patronsuz 10—15 kq, uzunluğu 1029—1562 mm təşkil edir. Silah Azərbaycan Sərhəd Qoşunlarının xüsusi təyinatlı birlikləri tərəfindən istifadə edilir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#22 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 20:48

WKW Wilk
“Volk” yəni “Canavar” adlanan snayper tüfənginin istehsalçısı Polşanın “Zakłady Mechaniczne TARNÓW S.A.” şirkətidir. 2005-ci ildən bu yana zavod adıçıkilən tüfəngdən 6 min ədəd buraxıb. Tüfəngin çəkisi 16,1 kq, uzunluğu 1350 mm, güllə çapı 12,7×99 mm (.50 BMG), gülləsinin başlanğıc sürəti 882 metr/san, maksimal hədəf uzaqlığı 3 min metrdir. Snayper tüfəngi Schmidt & Bender X3−12 P/MII optik nişangahı ilə təchiz olunur.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#23 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 21:01

Raket silahları
Exocet gəmi əleyhinə raket uçuş zamanı
FIM-92 Stinqer raketi ilə nişanalma zamanıRaket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar.
Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir:
Idarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar,
Buraxma qurğuları,
Texniki təchizat vasitələri, nəqletmə və saxlama.
Daşıyıcı sistemlərinə görə bölünürlər:
"Yer hədəfi əleyhinə"
"Yer-yer"
"Tank əleyhinə"
"Hava hədəvi əleyhinə"
"Yer-göy"
"Göy-göy"
"Raket əleyhinə"
"Dəniz hədəfi əleyhinə"
"Süni peyk əleyhinə" və s.
Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn "Stinqer" ("Stinger") raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir.
Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
İlk dəfə raket silahı Verner fon Braunun rəhbərliyi altında alman mütəxəssisləri tərəfindən hazırlanıb V2 adı altında İkinci dünya müharibəsində tətbiq olunmuşdur.
Изображение
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#24 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 21:05

BM-24
Qrad (indeski 9K51) - reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır.
Qrad yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün, artilleriya və minomyot bataeriyalarını susdurmaq, möhkəmləndirilmiş səddlərin dağıdılması üçün tətbiq edilə bilər. SSRİ-nin Əfqanıstanda apardığı müharibə zamanı (1979—1989) geniş tətbiq olunmuşdur.
Orduda istifadəyə 1963-cü ildə götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırlır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıçı qurğunun hərəkət sürəti 75-90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün "Vivariy" kompleksi tətbiq edilir.
Qrad"da aşağıdakı raketlərdən istifadə edilə bilər:

9M22U mərmi qırıntılıarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 19,4 kg, uçuş məsafəsi 20 km.
9M22M mərmi qırıntılıarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 18,4 kg, uçuş məsafəsi 21 km.
9M22S mərmi yandırıcı başlıqla təchiz olunmuş, çəkisi 19,4 kg, uçuş məsafəsi 20 km.
9M22D təşviqat üçün vərəqlərlə təchiz olunmuş başlıq, uçuş məsafəsi 21 km.
9M22K "Kəpənək minaları" ilə təchiz olunmuş, uçuş məsafəsi 15 km.
9M22K1 5 ədəd POM-2 minlaları. uçuş məsafəsi 13 km.
9M22K2 3 ədəd PTM-3 tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
9M28F mərmi qırıntılıarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 21 kg, uçuş məsafəsi 15 km.
9M28K tank əleyhinə minalarlar, uşuç məsafəsi 13 km.
9M42 işıqlandırıcılarlatəcz olunmuş, uçuş məsafəsi 20 km.
9M43 tüstü və alov yaratmaq üçün 4 ədəd boboletlər, uçuş məsafəsi 20 km.
9M53F paraşütlə əylənclənən mərmi başlıqları cəmi 26 kq, uçuş məsafəsi 20 km.
9M217 3 ədəd MOTV-3F tipli özü hədəfini axtaran kiçik güllələr, uçuş məsafəsi 30 km.
9M218 45 ədəd tank əleyhinə bombolettlər, uçuş məsafəsi 30 km.
9M519 rabitə siqnallarının pozulması üçün ötürücü, uçuş məsafəsi 18,5 km.
9M521 mərmi qırıntılıarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 21 kg, uçuş məsafəsi 40 km.
9M522 paraşütlə əylənclənən mərmi başlıqları cəmi 25 kq, uçuş məsafəsi 38 km.
PRC-60 su altı hədəfləri məhv etmək üçün mərmi qırıntıları, çəkisi 20 kg, uçuş məsafəsi 15 km
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#25 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 04 февраля 2010 - 21:09

Nüvə silahı (atom silahı) — nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili everjidən baş verən partlayış təsirli silahların ümumi adı. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan everji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindəv ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var. Zədələyici amillərinin xarakteri eyni olduğu üçün hər ikisinə nüvə silahı deyilir. Neytron döyüş sursatı, habelə hidrogen-uran döyüş sursatları nüvə silahının xüsusi növləridir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir; inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, çanlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. Raket-nüvə silahının meydana çıxması hərb elminin inkişafına güclü təkan verdi, döyüş əməliyyatlarının aparılması üsullarının xeyli dəyişməsinə səbəb oldu.

Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#26 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 февраля 2010 - 15:24

İkinci Dünya Müharibəsindən sonra xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başlandı. Artıq bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı Qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Изображение
1994-cü ildə atəşkəs imzalandıqdan sonra Azərbaycanda da xüsusi təyinatlı qüvvələrin yaradılmasına başlanıb və rəsmi məlumatlara görə, artıq Azərbaycanın istənilən şəraitdə, hətta cəbhə xəttinin bir neçə yüz kilometr dərinliyində döyüş, diversiya əməliyyatları apara bilən hərbi qüvvələri mövcuddur.
Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-da «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#27 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 февраля 2010 - 15:25

«Hər əsgər komando ola bilməz»
Bu araşdırmamızda dünyanın bir sıra ölkələrində ordu xüsusi təyinatlılarının hazırlanmasından söhbət açmağa çalışacağıq. Hansı ki, digər qurumların – təhlükəsizlik və polis qüvvələrinin anoloji birliklərindən fərqli olaraq bu xüsusi təyinatlılar tam fərqli situasiyalar üçün hazırlanır. Onlar bilavasitə çətin şəraitlərdə, ölkə sərhədləri daxili və kənarda hərbi əməliyyatlar apara bilir, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Ordu xüsusi təyinatlıları əsasən müddətli və kontrakt əsasında hərbi xidmətə çağrılmış şəxslərdən formalaşdırılır.
Türkiyənin xüsusi təyinatlı məktəblərində belə bir fikir səsləndirilir: «Hər oğul əsgər ola bilər. Amma hər əsgər kommando ola bilməz».
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#28 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 февраля 2010 - 15:31

Türk komandosunun «cəhənnəm həftəsi»
Dünyanın ən bacarıqlı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Savunma (SAS) və Su Altı Taaruz (SAT) xüsusi təyinatlıları istənilən şəraitdə həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadirdir. Seçimin ilk mərhələsində komandolar boş bir adaya götürülür. Üzərlərində paltardan savayı heç nə olmayan əsgərlər 6 km məsafəni bir saata qət etmək tapşırığı qoyulur. Komandolar gedəndən 10 dəqiqə sonra onların ardınca vəhşi köpəklər buraxılır. Çətin ərazini keçmək tapşırığı alan komandolar eyni zamanda bu itlərlə də mübarizə aparmalıdırlar. Təlimləri izləyən jurnalistlərin yazdığına görə, çox zaman silahsız komandolar həmin köpəkləri yalın əllə və dişləri ilə həmin parçalamalı olurlar.
Seçimin sonrakı mərhələsində komandolar dənizin ortasına aparılır və suya buraxılırlar. Onların bir saat sonra başqa bir qayıqla aparılacağı bildirilir. Amma qayıq 3 saat sonra gəlir. Qayıq onların yanında dayanmadan keçir. Komandolar bacarıb qayığa minməlidirlər. Minə bilməyənlər daha 3 saat suda gözləməlidirlər. SAS-SAT komandoları su altında əməliyyatlar aparmaq üçün ən müasir silahlarla təchiz olunublar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, SAS-SAT komandoları Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının hazırlanmasında, onlara kursların keçirilməsində yaxından iştirak edirlər. Bəzi məlumatlara görə, hər il təlimlərin çətinliyinə dözməyib dünyasını dəyişənlərin sayın onlarladır.
Komandolar kursun sonunda «cəhənnəm həftəsi» deyilən sınaqdan da keçməli olurlar. Əsgərə bir bıçaq verərək kimsəsiz meşəyə buraxırlar. Əsgərlər bir həftə ərzində kimsəsiz meşədə ilan və qurbağaları yeməklə yaşamalı olur. Sonuncu təlimlərin ən ağır mərhələsi sayılır.
Komandoların komandosu
Türkiyə Silahlı Qüvvələrinin «Bordo berelilər» adlanan məşhur xüsusi təyinatlıları da mövcuddur. Türkiyədə təhsil almış Azərbaycan hərbçilərinin «komandoların komandosu» adlandırdıqları «Bordo berelilər» digər komando birliklərindən hazırlıqları, təlim və bacarıqları ilə fərqlənirlər. Bu komando birlikləri tamamilə kiçik zabitlərdən və gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçməlidirlər. Onlar ölkə daxilində 72 həftəlik təməl kursu, daha sonra ixtisaslarına uyğun olaraq Türkiyədə və xarici ölkələrdə 10-52 həftə arası ixtisas təlimləri alırlar. «Bordo berelilər»in adı Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən qorunur.
Kurslarda «bordo bereli» olmaq istəyən namizədlərə hərbi təlimlər, əlbəyaxa döyüş, uzaqdan kəşfiyyat, düşmən arxasına keçmə, tanıma, həyatda qalma, qaçış, atəş hazırlığı, psixoloji hazırlıq, paraşüt, amfibiya, qeyri-nizami döyüş və s. aşılanır. İxtisasartırma kurslarında isə onlara istehkam, ilkin yardım, partlayıcıların və minaların zərərsizləşdirilməsi, yüngül və ağır silahların öyrədilməsi, kəşfiyyat və s. öyrədilir. Xaricdə isə onlar əsasən reyncer, hava desant, mülki işlər, ictimaiyyətlə əlaqələr, psixoloji hazırlıq və s. kursların iştirakçısı olurlar. «Bordo berelilər»in hamısı yaxşı paraşütçü sayılır, həmçinin müxtəlif xarici dillərdə mükəmməl danışmağı bacarırlar.
Qeyd edək ki, müxtəlif dövrlərdə xüsusi təyinatlı qüvvələr arasında keçirilən yarışmalarda türk «Bordo berelilər»i «Amor» və «Delta Forçe»dən üstün nəticələr nümayiş etdiriblər. Almaniya, Fransa və s. Avropa dövlətlərinin xüsusi təyinatlıları «Bordo berelilər»in təlim məşqlərinin 30%-ə qədərini keçirlər. Türkiyə «Bordo berelilər»i 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlı Qüvvələri çempionatında 26 ölkənin xüsusi təyinatlıları arasında birinci yerə çıxıb. «K.loca» adlı qıfılı «Delta Forçe»də daxil olmaqla əksər ölkələrin xüsusi təyinatlıları 10,13 saniyəyə açdıqları halda, «Bordo berelilər» bunu 7 saniyəyə açaraq dünya rekordunu özlərində saxlayıblar.
«Bordo berelilər»in özəl xüsusiyyətlərindən biri də lazım gələrsə, öz yaxınlarını belə öldürə bilmələridir. Onlar hətta komandirləri belə «məni vurun!» desə bunu sözsüz yerinə yetirirlər.
PKK sığınacaqlarının birinin divarında türk xüsusi təyinatlıları ilə bağlı belə bir yazılara rast gəlinir: «Əgər bir əsgər sizə dayanmadan atəş açırsa, bilin ki, o gənc və təcrübəsizdir. Gözləyin gülləsi bitsin və gedib qafasına sıxın! Əgər biri sizi gördüyü zaman atəş açır, daldalandığınız zaman durursa, o bir komandodur. Qaçıb canınızı qurtarın!
Əgər sizi gördüyü zaman ortadan qeyd olmuşsa və ətraf səssizsə bilin ki o, «Bordo bereli»dir. Narahat olmayın o, sizi tapacaq».
Türkiyə ordu xüsusi təyinatlıları Foçada və Eğirdir Dağ Komando Məktəbində təlim alırlar. Təlimlərin 90%-i çətin şəraitdə və 60%-i gecə şəraitində keçirilir.
Türkiyə komandolarının əməliyyat zamanı daşıdığı yükün çəkisi 40 kq-dan çoxdur. Bunun 30 kq-nı yatacaq, yemək və sursat, 10-kq-nı isə silahları təşkil edir. NATO standartlarında hər biri ən azı 40 kq yük daşyıan komando saatda 4 km məsafə qət etdiyi halda, türk komandoları 7 km məsafə hərəkət edir. Türk komandosunun gündəlik qidalanma rasionu 5 min kilokaloridir. Şəxsi heyəti 27 nəfərdən ibarət olan bir komando tağımı gün ərzində 30-40 kq yüklə orta hesabla 30 km məsafə qət edə bilir.
Türk Silahlı Qüvvələrində komando birlikləri G3, G41, HK33, M16 tüfəngləri, Browning, Colt, Astra tapançaları, HK MP5 tapança pulemyotu, M4A1 Carabine, M4A1 Commando, karabinləri, Kanasa, Accuray qumbaraları, Mc.Millan snayperi, 60 mm çaplı Komando minaatanı, RPQ-7 qumbaraatanı, PKMS, HK23, MG-3, M-60 pulemyotları, SAW, M240 yüngül pulemyotlar, Browning ağır pulemyotları və 40 mm-lik qumbaraatanlarla təchiz olunur.
Komando birlikləri qarşılarına qoyulmuş vəzifələrə görə, lazer tuşlayıcı, gecə görmə gözlüyü, gecəgörmə durbini, termal kamera, «Nikon» əl durbini, işarə tapançası, duman şaşkaları, əl radiostansiyaları, GPS və s. istifadə edirlər.
Əfsanəvi reyncerlər
ABŞ Silahlı Qüvvələrində xüsusi təyinatlı qüvvələrin - reyncerlərin hazırlığını FM-7-85 «Kiçik reyncer qruplarının əməliyyatları» səhra nizamnaməsi istiqamətləndirir. Reyncerlər Corciya ştatında yerləşən Fort-Benninq hərbi bazasında 72 günlük ağır imtahanlardan, fiziki və psixoloji sınaqlardan keçməli olurlar.
Reyncer hazırlıq kursunun əsas mərhələsi 338 saatdır. Bu mərhələdə reyncerliyə namizədlərə nəzəri və praktiki biliklər aşılanır, həmçinin taktika, düşmən arxasında əməliyyatlar, topoqrafiya, paraşüt-desant hazırlığı, rabitə vasitələri ilə işləmə, şəxsi silahlar, yerli və xarici ölkələrin istehsalı olan silah və döyüş texnikaları barədə məlumatlar verilir. Bu müddətdə reyncerlərə xəritə üzərində oriyentirləri təyin etmək, artilleriya atəşini istiqamətləndirmək və s. öyrədilir.
Reyncerlərə bundan əlavə 309 təlim saatı həcmində dağ hazırlığı keçirlər. Onlar bu tədris saatlarını əsasən dağlıq ərazilərdə, dəniz səviyyəsindən müxtəlif yüksəkliklərdə əməliyyatlar aparma, silah və texnikalarla davranış əməliyyatlarına həsr edirlər.
Təlimlərin 376 saatlıq üçüncü mərhələsi taktiki əməliyyatlara və müasir döyüşlərə həsr olunur. Şəxsi heyət bu zaman düşmənin müxtəlif qrupları ilə döyüşlər, raket və nüvə hücumları və bu zaman görüləcək işlər, düşmənin ehtiyat qüvvələri və obyektlərinin ələ keçirilməsi taktikalarını mənimsəyirlər. Bu mərhələdə reyncerlərə təcrübəli mütəxəssislər təlimlər verilir.
ABŞ-da reyncer kursunun iştirakçıları gün ərzində 20 kq yüklə 90 dəqiqəyə 10 km məsafəni qət etməlidirlər.
Reyncerlərin qida rasionunu xüsusi hazırlanmış və 3 min kilokalori enerjiyə malik MRE (Meals Ready to Eat) yeməyi təşkil edir.
Müqayisə üçün bildirək ki, ABŞ-da reyncer hazırlığı üzrə təməl kurs 72 gün çəkdiyi halda Türkiyədədə bu 155 gündür. Reyncerlər türklərdən fərqli olaraq su təlimləri, alpinistçilik, qış şəraitində və şiddətli soyuqda təlimlər keçmirlər. Qeyd edək ki, türk komandoları həmçinin, əlavə 9 həftəlik xüsusi kurs da keçirlər ki, bu da reyncerlərin hazırlıq proqramında yoxdur.
Gürcüstan xüsusi təyinatlıları
Gürcüstanda bir neçə dövlət struktrunun xüsusi təyinatlı qüvvələri mövcuddur. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarına şəxsi heyəti 1500 nəfər olan Xüsusi əməliyyatlar Qrupu, 1-ci piyada briqadasıın şəxsi heyəti 600 nəfər olan 12-ci batalyonu (kommondos), Hərbi Dəniz Qüvvələrinin 50 nəfərlik xüsusi təyinatlı qüvvələri,
DİN-in Antiterror Mərkəzinin «Omeqa» xüsusi təyinatlı dəstəsi, DİN-in xüsusi əməliyyatlar Departamentinin «Qiya Qulua», keçmiş Qiya Quluaçılardan ibarət xüsusi operativ departamentinin xüsusi təyinatlı qrupu, DİN-in sərhəd polisinin 250 nəfərlik xüsusi təyinatlıları, həmçinin OMON xüsusi təyinatlıları var.
Müdafiə Nazirliyinin Kocordidə yerləşən Xüsusi Əməliyyatlar Qrupu komandanlıq, qərargah, qərargah bölüyü, 3 xüsusi əməliyyat və 3 kəşfiyyat, rabitə və təchizat bölüyündən ibarətdir.
Kocoridəki xüsusi təyinatlı tabor 3 bölükdən ibarətdir və şəxsi heyəti 250 nəfərdir. Bundan başqa batalyona qərargah bölüyü və 6 xüsusi dəstə daxildir.Operativ dəstələrdə (A kod adlı) 12-14 nəfər təmsil olunur. Onlar silah, atıcılıq, mühəndis hazırlığı, tibbi hazırlıq, rabitə, kəşfiyyat, paraşütlə tullanma və s. Hazırlıqları keçirlər.operativ dəstələr istənilən şəraitdə quruda və dənizdə əməliyyat keçirmək qabilyyətinə malikdir. Hər üç tabor fasiləsiz döyüş növbətçiliyində olur. Bu taborların şəxsi heyəti dincəldikdə, məzuniyyətə və ya icazə alıb harasa getdikdə belə ekiprovkada və silahları ilə buraxılırlar.
Gürcü xüsusi təyinatlılarının bazaları aşağıdakılardır.
Xüsusi Əməliyyatlar Qrupu Tiflis yaxınlığındakı Vaşlidcvari də yerləşir. Baza qərargah, kazarma, təlim korpusu, idman kompleksi, geyim və silah anbarı, qapalı atəş kompleksi, poliqon, vertolyot meydançasından ibarətdir. Qrupun silahlanmasında 5,45 mm AK-74, AKS-74 və AKS-74U, 7,62 mm çaplı AK-47, AKM və AKMS, 5,56 mm çaplı ABŞ istehsalı olan COLT M-16 avtomatının A1 (model 699) və A2 (model 711, model 733 «Commando»), COLT M-4 karabini, 5,56 mm çaplı İsrail istehsalı olan Tavor TAR-21, 9 mm çaplı AS «Val» xüsusi avtomatı, 7,62 mm SVD snayper tüfəngi (SSRİ), 7,2 mm M24 snayperi (ABŞ), 9 mm-lik «Vintorez» snayperi, 12,7 mm çaplı M-93 Black Arrow/Falcon/OM-50 Nemesis snayper tüfəngi, PM, PB, PSS tapançaları, NRS-2 xüsusi bıçaqları, 9 mm çaplı Ingram MAC M10 və M11 tapança pulemyotu, 9 mm çaplı Heckler&Koch MR-5A1 (Almaniya) tapança pulemyotu, 5,45 mm çaplı RPK-74, 7,62 mm RPK əl pulemyotu, 5,56 mm çaplı FN Minimi / M249 (Belçika-ABŞ), 7,62 mm FN MAG / M240, 12,7 mm çaplı Browning M2HB və M2HQCB, 12,7 mm çaplı NSV-12,7 «Utyos», 7,62 mm çaplı PK pulemyotları, 40 mm çaplı QP-25, 40 mm çaplı M203 (M203PI) lüləaltı qumbaraatan, 30 mm AQS-17 avtomatik qumbaraatanı, 66 mm M72 / LAW72 (ABŞ-İngiltərə-Türkiyə birgə istehsalı) birdəfəlik qumbaraatan, 84 mm AT4 / M136 (İsveç - ABŞ) tank əleyhinə birdəfəlik qumbaraatan, 83 mm Mark 153 (Mk.153) SMAW reaktiv qumbaraatanı, 73 mm çaplı tank əleyhinə birdəfəlik reaktiv RPQ-22 (Bolqarıstan) qumbaraatanı, RPQ-18, tank əleyhinə RPQ-7 qumbaraatanı, 60 mm M224 (ABŞ), 81 mm L-16 / M252 (İngiltərə-ABŞ) minaatanları; 9K111«Faqot» və 9K113 «Konkurs» tank əleyhinə idarəolunan raketlər, «İqla» və «Strela» daşınan zenit sistemləri, NATO ölkələrinin ordularında istifadə olunan peyk və GPS rabitə sistemləri, gecəgörmə cihazları, ABŞ istehsalı olan HMMWV M998 – HUMMER hərbi maşınları, İngiltərə istehsalı olan Land Rover Defender 90 və Land Rover Defender 110, Yaponiya istehsalı olan oyota Land Cruiser hərbi maşınları, motodeltoplan və s. daxildir.
Xüsusi əməliyyatlar qrupu ölkə daxilində və digər ölkələrin ərazilərində düşmən hədəflərinə qarşı əməliyyatlar keçirmək, diversiyalar yaratmaq məqsədi ilə təşkil olunur. Gürcüstanın ordu xüsusi təyinatlılarının hazırlanmasında ABŞ Müdafiə Nazirliyindən göndərilmiş 60 təlimatçı məşğul olub. Bu işlər üçün 2 illik «Öyrət və təchiz et!» (GTEP) proqrammı çərçivəsində ABŞ rəsmi Tiflisə 64 mln. ABŞ dolları civarında maddi yardımlar ayırıb, həmçinin texniki köməkliklər göstərilib. Qrupun zabit heyəti Milli Müdafiə Akademiyasını, kapral (çavuş) heyəti isə Krsaniki təlim mərkəzində hazırlanıblar. Qrupun şəxsi heyəti ABŞ-ın Fort-Breqq xüsusi qoşunların təlim mərkəzi, Fort-Benniqdəki Reyncerlərin təlim briqadası, Green Eyes - 10-th Special Operations Group (10-cu göy beretlər qrupu), Dəniz piyadaları korpusu (USMC) «Military Professional Resources Inc.» şirkətinin təlim mərkəzi, İngiltərənin xüsusi aviadesant xidməti (SAS), Türkiyənin «Kommandos», Baş Qərargahın xüsusi təyinatlıları və dağ atıcı briqadalarında təlimlər, ixtisasartırma kursları keçiblər.
Gürcüstan xüsusi təyinatlıları təlim kursunda topqorafiya, taktika, kəşfiyyat, düşmənin arxasında diversiya əməliyyamtları, partizan döyüşləri, həmçinin paraşütlə tullanma, fiziki hazırlıq və tibbi yardım, müxtəlif atıcı silahlardan atəş açmaq, mina zərərsizləşdirmə, sualtı əməliyyatlar, xarici dil və s. Keçirlər.
ikinci mərhələdə isə onlara fərdi hazırlıq yoxlanılır.
Gürcü xüsusi təyinatlıları kurs ərzində müxtəlif fiziki və psixoloji sınadan keçirlər, Gün ərzində xüsusi təyinatlılar 32 kq yüklə 10 km məsafəyə qaçır, kursun yekununda isə onlar bu yüklə 30 km məsafəyə qaçaraq imtahan verməlidirlər.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#29 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 февраля 2010 - 15:38

QADİNLAR SİLAHLI QUVVƏLƏRDƏ.
İkinci Dünya Müharibəsində sovet və alman cəbhəsində qadınların dəniz donanmasından hərbi aviasiyaya qədər müxtəlif qoşun birləşmələrində xidmət etməsi faktları mövcuddur. Müharibədən sonrakı dövrdə müxtəlif ölkələrin ordularında qadınlar həm döyüşən hərbi birləşmələrdə, həm də qərargah sistemlərində müəyyən hərbi vəzifələr tutmağa başladılar. Bir sıra dövlətlərdə qadınlar ordunun komplektləşdirilməsi üçün əlavə qüvvə sayılmaqla yanaşı, hətta müdafiə naziri vəzifəsinə çəkilməyə başladı. Bu gün dünya ölkələrinin əksəriyyətinin ordularında zərif cinsin nümayəndələrinə rast gəlmək olur.
Avropa ordularında qadınların sayının artması nəticəsində NATO-nun tərkibində Qadın Hərbi Komitəsi yaradıldı. Bu komitə NATO ordularında hərbi xidmət keçən qadınların işləri, onların hüquqlarının qorunması, problemlərinin həlli ilə məşğul olur.
NATO-da ən böyük hərbi qüvvəyə malik olan ABŞ ordusunun şəxsi heyətinin tərkibində qadınların çəkisi 14% və ya 198 min 452 nəfərdir. NATO-ya üzv olan 26 ölkə arasında qadın əsgərlərinin sayına görə sonuncu yerdə Türkiyədir - 1000 nəfər.
NATO ölkələri arasında qadın əsgərlərinin sayına görə birinci üçlükdə ABŞ-dan sonrakı yerləri 11,4%-lə Kanada (6 558 nəfər), 9,6%-lə Macarıstan tutur. Ordusunda 27 516 qadının xidmət etdiyi Fransa isə faiz göstəricisinə görə (8,5%) dördüncü yerdə dayanır. Son üçlüyə isə Türkiyə ilə yanaşı 0,1% göstərici ilə İtaliya (3500 nəfər) və Polşa düşüb.
NATO ölkələrindən Böyük Britaniya ordusunda qadınların çəkisi 8,1% (16 623 nəfər), Belçikada 7,6%, Yunanıstanda 3,8%, Almaniyada isə 2,8% təşkil edir.
NATO-nun üzvü olmayan İsrail, Çin, Şimali Koreya, İran, Rusiya kimi dövlətlərin Silahlı Qüvvələrində də çağırış və müqavilə əsasında çoxlu sayda qadın xidmət keçir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#30 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 февраля 2010 - 22:51

S125 zenit raket kompleksi (ZRK) - yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir.
Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 - 18 000 m hündürlükdə və 3,5 - 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir.
S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir.
1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir.
İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir.
S300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır. Köhnə sistemləri xaricə satmaq üçün onları təkmilləşdirmək qərarına gəlinir. Bu məqsədlə 2000-ci ildə hazırlanmış "Peçora-2" sistemi daha uzaq məsafədən eyni zamanda bir neçə hədəfi yüksək dəqiqliklə vurmaq imkanı verir. Atıcı qurğu yük avtomobilinə quraşdırılır, bu da ona qısa zamanda yerini dəyişməyə imkan verir. Peçora-2 sistemini həm də qanadlı raketlərə qarşı tətbiq etmək olur.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru