Перейти к содержимому


Фотография

Gözlərin zəifləməsi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 12 января 2010 - 15:14

Bu komputer deyilən avadanlığı çıxardanı adam bilmir tərifləsin ya tənqid eləsin?! Bir tərəfdən də fikirləşirəm ki, tənqid ediləsi şəxs varsa, o da özüməm. Kimsə məni zorla onun qabağına oturtmayıb ki?!

Nə isə keçək mətləbə. Haman bu cihaz mənim kimi yüzlərlə, bəlkə də 100 milərlə əhalinin gözlərində öz təsirini qoyub. Təcrübəli forum iştirakçılarından soruşmaq istəyirəm, bəs bunun qarşısını necə almaq olar? Gözlərin zəifliyinin qarşısını?!

Bir yerdən məsləhətlər oxumuşdum buna dair, tapsam yazaram. Ancaq onun da elə ciddi faydası olmadı

P.S: Xahiş edirəm bu dəfə mövzunu zarafata salmayaq

#2 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 января 2010 - 15:43

Mən gündə 6-12 saat kompyuter qarşısında olduğum üçün, öz etdiklərimi deyə bilərəm!
1. İmkan daxilində uzaqdan baxmaq. Ən azı 30-40 sm məsafə saxlamaq. Mən bəzən 1 metr məsafə saxlayıram.
2. Word proqramında işləyərkən, böyük ölçülü şriftlə işləyib, sonra onu istədiyiniz ölçüyə gətirə bilərsiniz. Məsələn, 18-22 saylı ölçülərlə, 70-sm, 1 metrlik məsafədən yaza bilərsiniz. Sonra isə, yazdıqlarınızı istədiyiniz ölçüyə (12-14) gətirə bilərsiniz.
3. Monitorun şüası gözün suyunu qurudur. Bunu üçün isə, gözü tez-tez qırpmaq məsləhət görülür. Bu məsləhət mənim yadımdan tez-tez çıxdığı üçün, mən adətən gözümü 20-40-dəqiqədən bir yuyuram. :) Üzümü yuyarkən, gözümü açıq qoyuram ki, gözümə su dəysin və yuyulsun.
4. Eynəkdən istifadə etmək də məqsədəuyğundur. Göz zəifsə-mənfi ölçülü, zəif edyilsə-adi ölçülü eynəklərdən istifadə...

Məndən bu qədər... Başqalarının da məsləhətinə ehtiyacımız var... Sizin də dəyərli fikir və yazılarınızı gözləyirik...

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 13 января 2010 - 16:26

Mümkün qədər nazik ekranlardan istifadə etməli. Amma istər-istəməz zəiflədir, xeyri yoxdu...Bunun qarışısını almaq mümkün deyil.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru