Ay camaat başa düşün Allahdan qeyrisini çagırmaq olmaz, itər Məhəmməd peygəmbər olsun istər hansısa bir mələk.Allahdan qeyrisini çagırmaq şirkdir.Allah teala Qurani kərimdə buyurur ki, şirki bagışlamır, diqqətli olun təhlükəli məsələdir
Guranda Allah teala mushrukleri necis adlandirir.Onlar hetda gedib Hz.Peygamberden komek dileseydiler Allah onlari bagishlayardi.Biz neye gore isteye bilmerik?Allah edalet sahibidir,bizim ne gunahimiz var ki biz o dovrde yashamamishig?Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.
Ay qardaş o başqa şeydir, məsələləri qarışdırma, mən o istəməkdən danışmıra, onda peygəmbər sag idi, söhbət ondan gedir ki, ölüdən istəmək olar ya yox? sən qarışdırmısan, Allahın dinindən belə savadsız danışmaq olmaz, sen nə dəlil gətirə bilərsən ki, ölünü çagırmaq olar? mən ölünü çagırmaqdan danışıram, indi Məhəmməd peygəmbərdə ölüb imam Əlidə, ona görə çagərmaq olmaz, əbədi olan dirini çagırmaq lazımdır o da Aləmlərin Rəbbi olan Allah təaladır.
Sən nə danışırsan? Kim burda ölünü çağırmaqdan danışır? Hər ağlıva gələni bura niyə yazırsan? Kim burda ölüdən nə isə istəməkdən söz açdı? İndi özün qarışdırırsan.
Burda söhbət vasitədən və təvəssüldən gedir. Məsələn: Kimsə günahlarına görə duasının qəbul olmayacağından çəkinir deyə, Peyğəmbəri (s.a.a.s) vasitə tutur və deyir ki, "Ya Rəbbim, sən özün Peyğəmbərin xatirinə günahlarımı bağışla".
İndi sən de görək, burda kimsə ölünü çağırır, yoxsa kiminsə bu dünyadakı xatirəsini vasitə tutur? Diqqətli ol qardaş. Böhtan atma. Müsəlmana belə şey yaraşmaz. Olmayan şeydən yazmaq özü şirkdir. Allah şirki bağışlamır.
Məgər öluyə xitab yoxdu?bəs onda niyə namazda slsmlarda Peygəmbər(s)a salam verilir?ölülərədə xitab var...