Vallah sizə yazığım gəlir. Çünki, Quran ayəsini oxuyub üzərində düşünmürsünüz. Ta sənin vəhhabilərdən nə fərqln oldu ki?
Əmmarın qatili Əbül Ğadiyə də ağacın altında beyət edənlərdən idi. Sonra noldu? Əmmarı (Allah ondan razı olsun) öldürdü. Peyğəmbər (s) nə demişdi? Əmmarı cəhənnəm əhli qətlə yetirəcək.
İkinci məsələ budur ki, Allah onlardan yalnız həmin andakı əməlləri üçün razı qalmış və üzərlərinə səkinət endirmişdir. Ayənin özü bunu təsdiqləyir:
Möminlər ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Fəth, 48/18)
Səhabənin ədalətini isbat etməyə çalışanların yanıldıqları məqamlardan biri budur ki, sanki Allahın razı olduğu insan sonradan Onun qəzəbinə gələ bilməz. Quran ayələrini incələdikdə, haqq açıq-aydın üzə çıxır:
Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik. (Casiyə, 45/16)
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi aləmlərdən üstün etdiyimi xatırlayın. (Bəqərə, 2/122)
O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. (Maidə, 5/20)
Həmçinin digər ayələrdən də görmək olar ki, səhabələr sonradan Allahın qəzəbinə düçar ola bilərlər:
Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər. (Fəth, 48/10)
Beyət edib ondan sonra ona riayət etməmək necədir bəs?
Baxmayaraq ki, onlar bundan əvvəl (cihaddan) boyun qaçırmayacaqlarına dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar. (Əhzab, 33/15)
Shafii, Hüdeybiyyədə bir dəfə Peyğəmbərə (s) beyət ediblər deyə, ondan sonra ürəkləri istədiklərini edə bilərlər? Ayələr açıq-aydın göstərir ki, yalnız beyətə sonadək sadiq qalanlar üçün mükafat vəd edilmişdir. Ayənin birini oxuyub, digərini gözardı etmə. O cümlədən DÖYÜŞ MEYDANINDAN QAÇMAMAQ DA, BEYƏTİN BİR HİSSƏSİ İDİ. NEÇƏ NƏFƏR QAÇMADI? Qaçanları sayıb qutarammarsan, ona görə qaçmayanları soruşuram.
Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq! Kehf 105
Quranda bunun kimi ayeler var ve bildirilir ki, kafirlerin emelleri bosh faydasiz ishlerdi. Allah sonunun cehennem olacagini bildiyi halda birinin emelinden razi olar? Allah bosh ishden razi olar?
Israilogullari haqqinda yazdigin ayelerde Allah onlardan razi oldugunu bildirmir ve bu bir qovm haqqindadir. Qovmde olan ferdler, nesiller deyishe bilir. Amma menim yazdigim aye orda olan sehabeler haqqindadir, yeni nesil deyishmekle onlarin terkibi deyishmir.
Diger yazdiqlariniz da onlarin sonradan beyetden donmelerine delil deyil.
Hansi savashdan qachanlari deyirsen?
(Həzrət-i) Əli'ni hər sevənə şiə deyirlərsə, ey insi cin bilin ki, mən də oldum şiə. İmam Şafii.