Перейти к содержимому

Фотография

Şumer Tarixi ve ya Şumer kilidi

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 32

#1 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 21 января 2010 - 22:02

Yüz əlli beş il bundan əvvəl, 1853-cü ildə bütün dünyanı heyrətə gətirən bir siirinüstü açıldı. Mesopatamiyadan, Dəclə və Fərat çayları arasındakı düzəngahdan qədim şəhərlərin xarabalıqlarından tapılan "gil kitabə"ləri oxuyan alimlər, nəhayət, bəşər sivilizasiyasının ilkin beşiyini - Şumer torpağını kəşf etdilər.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#2 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 21 января 2010 - 22:12

ser Henri Roulinson Britaniya Şərqşünaslarının Kral Cəmiyyətinə məruzəsində göstərirdi ki, bu imperiyanın dili nə semit, nə də Hind-Avropa dillərinə daxil deyil, naməlum tayfaların dilinə və ya dillərinə aiddir.
Kimdi Şumerlər? Bu yerlərə kənardan gəlmiş yarımvəhşi köçəri tayfamı, yoxsa uzaq, naməlum planetdən gəlmiş, fövqəltəbii ağla malik insanlarmı?

Şumerlər öz dövrlərində və hətta bundan minilliklər boyu sonra yaşayan insanlardan o qədər güclü şəkildə fərqlənirdilər ki. XX yüzilliyin ən böyük mütəxəssislərindən biri sayılan Landsberger onların yerli xalq ola biləcəyinə şübhə ilə yanaşdı və şumerlərin bu ərazidə köçmən kimi yaşaya biləcəkləri qənaətinə gəldi. Alim belə hesab edirdi ki, Şumerin yüksək inkişaf səviyyəsini yalnız bununla izah etmək olar. Landsberqer Şumer dühasının Ərəbistan dənizi vasitəsilə Hind vadisindən "ixrac" olunduğu barədə düşünürdü. Lakin Landsberqer kimi zəka sahibi də Hind vadisindən gələn "köçmən tayfanın" bu yüksək biliyə necə nail olması barədə suala cavab tapa bilməmişdi. Çünki problemin həllində "naməlum xalq"ın hardan köçüb gəlməsi önəmli deyildi. O dövr üçün ağlasığmaz olan YÜKSƏK İNKİŞAF SƏVİYYƏSİNƏ NECƏ ÇATA BİLMƏSİ VACİBDİR.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#3 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 21 января 2010 - 22:17

Şumerlər barədə bilgilərimi, bildiklərimi sizinlə payalaşmaq ve tebii ki, sizlerin de fikirlerini bilmek isterdim. Çünki, oxuduğum bir çox elmi tedqiqat eserlerinde Şumer gil kitabələrində təsvir olunan mifler, hekayələr deyilene göre hem Tövrat, hem de Quranda tesvir olunan bezi meqamlarla üst -üstə düşür. Menim dini görüşlerim yeterince olmadığı üçün, İnşallah ki, mene yardı eder ve bezi meqamları menim üçün aydınlaşdırarsınız.
Men zaman -zaman onları burda yazacam İnşallah
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#4 Coldunya

Coldunya

    Mulazzim – lieutenant

  • Murid
  • 337 сообщений

Отправлено 22 января 2010 - 10:40

Salam Amine. Mövzunu davam etdirərərk...

Şumer - eramızdan əvvəl 6-cı minillikdən başlayaraq cənubi İkiçayarasında mövcud olmuş ən qədim insan sivilizasiyası. Sakinləri Şumer dilində danışmışlar. Şumer dövləti Mesopotomiyada (Mesopotomiya yunan dilində "İkiçayarası" deməkdir.) Dəclə, Fərat çaylarının kəsişməsində yerləşmişdir. Mesopotomiyanın cənubu Şumerlər ölkəsi adlanırdı. B.e.ə. III minilliyin I yarısında burada Ur, Uruk, Nippur, Laqaş şəhər dövlətləri meydana gəlmişdir. B.e.ə. XXI əsrdə Ur şəhərində Ay allahı məbədi şumerlərin memarlıq nümunəsidir. Aypara həmin dövrdən türkçülüyün rəmzi olaraq qalmışdır. Onun ərazisi Urmiya gölündən İran körfəzinədək uzandı. III minilliyin sonunda qiyamlar nəticəsində Kuti dövləti süquta uğradı. Kutilər süqutdan sonra Mesopotomiyada hakimiyyət şumerlərin əlinə keçdi və turukkilər Mesopotomiya üzərinə yürüş etməyə başladı. B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və Azərbaycan ərazisində yaşayan tayfaları özündən asılı vəziyyətə saldı.

Turukkilər barədə bir biliyiniz var? :rolleyes:
Хорошо быть черепахой – всю жизнь тащишься.

#5 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 22 января 2010 - 15:33

Şumerin tarixi o qədər qədimdir ki, adam qorxur o haqda nəsə bir iddia etsin. Çünki dəqiqlik, konkretlik yoxdur bu tarixlə bağlı. Ona görə də, kökünün şumerə gedib çıxdığını iddia edən millətlər çoxdu. Bir şey deyə bilərəm ki, hansı millət bu iddianı etsə, qəbulumdur, ermənidən başqa )) Erməni o iddianı edəndə gülməyim gəlir. 

Məncə, şumerlərə ən çox haqqı çatan elə bizlərik. Buna səhih sübut çoxdur. )

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#6 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 22 января 2010 - 16:52

Ola bilsin ki, bütün bunlar Arçaxın adı ilə bağlıdır...

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#7 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 22 января 2010 - 17:00

Ola bilsin ki, bütün bunlar Arçaxın adı ilə bağlıdır...

Qardaş, Arçax deyəndə Ərsakı nəzərdə tutursuz?
Ər- bəllidir nə demək olduğu
Sak (saq, saka) - da qədim türk tayfalarıdır, Şəkinin və Zaqatala toponimlərinin adı bu addan çevrilmədir.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 22 января 2010 - 17:02

Ola bilsin ki, bütün bunlar Arçaxın adı ilə bağlıdır...

Qardaş, Arçax deyəndə Ərsakı nəzərdə tutursuz?
Ər- bəllidir nə demək olduğu
Sak (saq, saka) - da qədim türk tayfalarıdır, Şəkinin və Zaqatala toponimlərinin adı bu addan çevrilmədir.

Yox, mən, ulu erməni xalqının öndəri-Arçaxı nəzərdə tuturam :)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 22 января 2010 - 17:04

Saklar gedip çıxır Şm Qafqaza... Bə onlara qədər də həmin ərazilərdə yaşayanlar olup daaa.
Turukkilər kim olacaq, tayfaaa...)) Türklərin adı onlarla bağlanır. Dövlət yarada bilməsə də, güclü tayfa olup

#10 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 22 января 2010 - 19:23

Salam Amine. Mövzunu davam etdirərərk...

Şumer - eramızdan əvvəl 6-cı minillikdən başlayaraq cənubi İkiçayarasında mövcud olmuş ən qədim insan sivilizasiyası. Sakinləri Şumer dilində danışmışlar. Şumer dövləti Mesopotomiyada (Mesopotomiya yunan dilində "İkiçayarası" deməkdir.) Dəclə, Fərat çaylarının kəsişməsində yerləşmişdir. Mesopotomiyanın cənubu Şumerlər ölkəsi adlanırdı. B.e.ə. III minilliyin I yarısında burada Ur, Uruk, Nippur, Laqaş şəhər dövlətləri meydana gəlmişdir. B.e.ə. XXI əsrdə Ur şəhərində Ay allahı məbədi şumerlərin memarlıq nümunəsidir. Aypara həmin dövrdən türkçülüyün rəmzi olaraq qalmışdır. Onun ərazisi Urmiya gölündən İran körfəzinədək uzandı. III minilliyin sonunda qiyamlar nəticəsində Kuti dövləti süquta uğradı. Kutilər süqutdan sonra Mesopotomiyada hakimiyyət şumerlərin əlinə keçdi və turukkilər Mesopotomiya üzərinə yürüş etməyə başladı. B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və Azərbaycan ərazisində yaşayan tayfaları özündən asılı vəziyyətə saldı.

Turukkilər barədə bir biliyiniz var? :shades:

Əleyküm salam.
Turukkiler barədə melumatlarım çoxdur. İnşallah ki zamanı yetişende yaacam. mesele burasındadır ki, men ilk önce Orxan-Yenisey abidələrindəki yazılarla maraqlandım. Elifbasını öyrendim yazıları oxumaq üçün. Ve Menbe sayı çoxaldıqca "ilk evvel gerek Şumerden başlayardım" - fikri heç cür başımdan çıxmırdı. Araşdırdığım her yol Şumere gedib çıxırdı. Ona göre ilk önce Şumerlərdən söhbet açdım.
Şumerdeki dini baxışları öyrendikce ise daha çox heyrətləndim. Bu barədə evvel yazmışam.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#11 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 22 января 2010 - 19:30

Öz cəsarətli səyahətləri və qeyri-adi mülajhizələri ilə dünyanı heyrətə gətirən Tur Heyerdal belə Şumer kilidi qarşısında öz acizliyini dilə gətirmişdi. O deyirdi: "Elə suallar var ki, mən qətiyyən cavab tapa bilmirəm. İlk Şumer çarlarının qəbirləri cürbəcür qiymətli metallarla, qızılla, gümüşlə, platinlə bəzədilib, AMMA BU METALLARI MESOPATAMİYADA TAPA BİLMƏZSƏN. Nə cür ola bilər ki, "yerli əhali" "qəfildən" harda qızıl və başqa qiymətli metallar olduğunu öyrəndi. Bunun üçün Dünyanın coğrafiyasını bilmək lazımdır.

Doğrudan da İkiçay arasında nə qara, nə əlvan, nə də başqa qiymətli metallar olmasa da dünyada ilk metakəritmə sənayesi və ilk metallurgiya şəhəri BAD-TİBİRA məhz Şumer ərazisində yaradılmışdır.Bunu necə izah etmək olar?
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#12 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 22 января 2010 - 19:40

İkiçay arasında aparılan qazıntlar müasir elmin və məntiqin heç cür izah edə bilmədiyi çox qəribə əşyaları üzə çıxarmışdır. Bağdad ətrafındakı arxeoloji qazıntılar zamanı ELEKTROBATAREYA tapılmışdır. Yaşı 5 MİN İLDƏN çox olan qalvanik quruluşlu bu batareya Bağdad muzeyində saxlanılırdı. Elktrobatareya ixtira etmək üçün fizikaya, riyaziyyata digər sahələrə aid dərin bilgi tələb olunur. Yeni daş dövründə yaşayan insanlar bunu necə bacarmışdılar?

İraqda və Misirdə aşkar edilən, çox diqqətlə cilalanmış büllur LİNZA hər cür ehtimalı alt-üst edir. Bu nadir optik vasitəni yaratmaq üçün o dövrün insanları tibbin və mühəndisllik elminin ən uca zirvəsinə çatmalı, elektrokimyəvi prosesləri dərindən bilməli idilər.

Ən maraqlısı isə bilirsinizmi nədir (Mənim fikrimcə)? Misirdə və Ekvadorda yerin dərin qatlarından ALTI MİN İL ƏVVƏLƏ aid edilən MİNİATÜR TƏYYARƏ MODELİ aşkarlanmışdır. Sual olunur: uçmağı bacarmayan və təyyarənin nə olduğunu bilməyən neolit dövrünün daş qafalı insanı ömründə üzünü görmədiyi uçağın miniatür modelini necə və nə məqsədlə yarada bilərdi? (Yəni artıq onlar uçağın nə olduğunu bilirdilər ki, modelini də yarada bilmişdilər, həm də moder quruluşlu uçaq)
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#13 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 22 января 2010 - 19:58

Tədqiqatlar nəticəsində alimlər İkiçayarasında bir çox mədəniyyətlərin izini tapdılar. 7500 il əvvələ aid edilən samarra mədəniyəti, Uruk dövrü.
Bu mədəniyyətlərə zamanı yazılan gil kitabələrdə tez-tez Ümumdünya daşqınından söhbət açılır. Məsələ burasındadır ki, Nuhun tufanı ilə o kitabələrəd qeyd olunan Daşqın arasında xeyli məsafə fərqi var. yeri gəlmişkən Şumer mətnlərində her şey, esas da tarix Ümumdünya daşqını ilə bağlıdır. Bu mətnlərdə Nuh peyğəmbər -Ziusudra kimi adlandırılır. Və maraqlı burasıdır ki, qalan bütün əhvalat Quranda təösvir edilən əhvalata bənzəyir.
Babilistanlı kahin Berosun "Tarix" kitabında göstərilir ki, "Ümumdünya daşqınından əvvəl Yerdə ömrü 120 şar (432.000 il) çəkən 10 çar olmuşdur. Həmin çarların idarə etdiyi şəhərlər:
Eridu
Sippar
Bad-Tibira
Nippur

Şumer çar siyahısı Berlində W -b/144 nömrə altında saxlanan "Çar siyahısı" ilə üst-üstə 432.00 il (120 şar) hökmdarlıq edən "göydən göndərilənlərin" adları öz əksini tapır. Bu siyahıya görə "göydən göndərilən çarların" ilk taxt-tacı Eridu (hərfi mənası "evdən uzaqda olan") şəhərində idi.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#14 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 22 января 2010 - 20:00

İndi mənim üçün bir şeyi mümkündürsə izah edin. Lütfən. İslama görə Allahın 124 min peyğəmbəri olub. Şumer kitabələrində adları çəkilməsə də qeyri-adi istedada malik insanlar DİNQİRLƏR
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#15 Amine

#16 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 22 января 2010 - 20:06

İndi mənim üçün bir şeyi mümkündürsə izah edin. Lütfən. İslama görə Allahın 124 min peyğəmbəri olub. Şumer kitabələrində adları çəkilməsə də qeyri-adi istedada malik insanlar DİNQİRLƏR ADLANDIRILIRDILAR. Dinqirlər Şumer panteonuna görə "allahlar" kimi qəbul edilsələrdə onlar insan kimi yaşayır, öyrədir, nümunə olur, şexsi heyatları olur ve s. Men bezi alimlerin işletdikler "allahlar" ifadesinin eksine peyğəmbərlər ifadəsini işlədərdim. (eger sehvim varsa bağışlayın). Bir də üst-üstə bizə neçə Peyğəmbərin adı məlumdur?

TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#17 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 23 января 2010 - 14:22

Əleyküm salam.
Turukkiler barədə melumatlarım çoxdur. İnşallah ki zamanı yetişende yaacam. mesele burasındadır ki, men ilk önce Orxan-Yenisey abidələrindəki yazılarla maraqlandım. Elifbasını öyrendim yazıları oxumaq üçün. Ve Menbe sayı çoxaldıqca "ilk evvel gerek Şumerden başlayardım" - fikri heç cür başımdan çıxmırdı. Araşdırdığım her yol Şumere gedib çıxırdı. Ona göre ilk önce Şumerlərdən söhbet açdım.
Şumerdeki dini baxışları öyrendikce ise daha çox heyrətləndim. Bu barədə evvel yazmışam.

Maşallah, bacı. Allah elmini artırsın.
Kəşflərini də yığ, toparla, kitab şəklinə sal, bizlər də faydalanaq.

İndi mənim üçün bir şeyi mümkündürsə izah edin. Lütfən. İslama görə Allahın 124 min peyğəmbəri olub. Şumer kitabələrində adları çəkilməsə də qeyri-adi istedada malik insanlar DİNQİRLƏR

Müqəddəs kitabımızda 28 nəfərin adı çəkilir. Onlardan 25-inin peyğəmbərliyi dəqiqdir, qalan 3 nəfərinə isə "hikmət verilmişlər" deyirik. Onların peyğəmbərliyi haqda əlimizdə dəqiq məlumat yoxdur.
Digər islami və qeyri-islami mənbələrdə keçən peyğəmbər adlarını da inşallah tapıb yazaram, bacı.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#18 Black knight

Black knight

    Aqid – Colonel

  • Emir
  • 2 006 сообщений

Отправлено 23 января 2010 - 18:10

Mende olan melumatlara gore shumerlerde choxtanriliq movcud olub. Shumer panteonunda 50-ye yaxin tanri var ki, bunlarin da bashinda "Bash Tanrilar" durur.
Shumerlerin mofologiyasina gore , insan tanri qani ile qarishdirilmish gilden yaranmsihdir. Shumerlerin fikrince onlar tanrilara xidmet uchun yaranmishlar . Guya onlarla tanrilar arasinda six elaqe vardir. Shumerler bele fikirleshirdiler ki, oz emekleri, zehmetleri ile tanrilari qidalandirirlar. Eger shumerler olmasa tanrilar olmaz , tanrilar olmasa shumerler olmaz.
Heleilk bu qeder.
Я сам себе судья и никто на этом Свете не может меня судить

#19 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 23 января 2010 - 19:43

Mende olan melumatlara gore shumerlerde choxtanriliq movcud olub. Shumer panteonunda 50-ye yaxin tanri var ki, bunlarin da bashinda "Bash Tanrilar" durur.

Teshekkurler/ Men de ilk önce bele düşünürdüm. Lakin sonralar elde etdiyim materiallar ve oxuduğum eserler fikirlerimi tamamile alt-üst etdi.
İLk önce onu qeyd edim ki, ne üçün onlara peyəmbərlər demek fikrini üstün tuturam. Çünki Şumer gil kitabələrində o insanlar göydən gələnlər -Dinqirlər- deyə adlandırılır.
"Allah" anlayışını bəşəriyyətə bəxş edən şumerlərdir. Amma nə qədər qəribə görünsə də, İkiçayarasından tapılmış heç bir qədim mətndə nə "allah" nə də "allahlar" ifadəsi işlədilməyib. Əslində, bu termini onların əvəzində tədqiqatçılar uydurublar. qarışıqlıq yaranmasın və mətnlər hamı tərəfindən başa düşülsün deyə.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#20 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 23 января 2010 - 19:51

"Allah" termini qədim şumerlərdən min illər sonra ilk dəfə yunan yazılarında yer alıb. Yunanlar öz allahlarını antropomorf, yəni sevinən, gülən, şexsi heyatı olan, uşaqlar dünyaya gətirən, intiqamçı, öldürənvə s. kimi adi insan şəklində təsəvvür edirdilər. Eynən "Şumer" mətnlərindəki "allahlar" kimi.
Bu gün dünyanın qəbul etdiyi yekdil qənaətə görə, çoxallahlılıq Şumerdən yunanlara, aradan isə bütün dünyaya yayılmışdır. BUnu təsdiq etmək - şumerlərin ayağına böyük bir günah yazmaqdır, bunu inkar etmək - Şumer panteonunun mahiyyətini anlamamaq, onu etmək deməkdir. Məsələnin qəlizliyi də məhz bundadır.
İndi özünüz nəticə çıxarın: çoxallahlılıq ideyasını yunanlar şumerlərdən götürüblər. Amma türklər də təkallahlılıq ideyasını Şumerdən əxz etmişlər.
İndi sizcə mümkündürmü ki, eyni sivilizasiyanın simasında həm təkallahlılıq, həm də çoxallahlılıq cəmlənsin? Ən azı, məntiqi baxımdan bu mümkün deyil.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#21 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 23 января 2010 - 19:58

Qədim Şumer inancına görə yerin və göyün baş hökmdarı AN (Akkadca ANU) idi və onun simvolik işarəsi səkiztilli ulduz formasındadır. Amma bu simvolik işarə nədənsə tədqiqatçılar tərəfindən "allah", "ilahi", həm də hökmdar, "ulduz" kimi oxunur.
Yerin və göyün baş hökmdarı - ANLA bağlı bir maraqlı məqmı da qeyd edim. İkiçayarasında aparılan arxeoloji qazıntılar zamanı bu günəcən aşkar edilmiş yüzlərlə heykəlin arasında nədənsə Anın abidəsi tapılmamışdır. onun rəsmlərinə də daş sütunlarda, konusvari möhürşəkillərdə rast gəlmək mümkün deyildir. Amma əvəzində gil kitabələrəd Anın simvolik işarələri vardır. sizcə bu işarələr necədir?
bu simvolik işarələr:
TAC
ƏSA
ÇOMAQ- dan ibarətdir!!!
Həm qədim Şumerdə, həm də bu gün tac hökmdarlıq, əsa müdriklik, çomaq isə hakimiyyət rəmzidir
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#22 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 23 января 2010 - 20:09

"Şumer" gil kitabələri Ümumdünya daşqınından hələ çox əvvəl Yer üzündə sivilizasiya yaradanları iki zümrəyə bölürdülər:
Dinqirlər və
Anunnaklar.
Birincilər Anın sülaləsinə mənsub idilər, ikincilər sadə adamalrdı. Çoxsaylı Şumer əfsanələrinə görə, dinqirlər Yerdə qayda-qanun yaratmaq, insanları və şəhərləri idarə etmək üçün An tərəfindən göndərilmişdilər.
Məsələn, ENKİ Anın böyük oğlu idi. Enkinin adı piktoqramla "en" fonetik səslərinin simvolik işarəsi olan qələm və "ki" fonetik səsləri ehtiva edən paralel və perpendikulyar xətlərlə cizgilənmiş şar şəklində yazılırdı. "EN" hökmdar, "Kİ" isə ölkə, yer, torpaq kimi oxunduğundan EN.Kİ yerin, yaxud sadəcə ölkənin hökmdarı anlamını verir.
Anın digər oğlu EN.LİL-in piktoqrammı da QƏLƏM-ŞƏBƏKƏ şəklində yazılırdı.
EN.Ki-nin və EN.LİL-in yerin və göyün hökmdarı tərəfindən göndərildiyini və toxunulmaz olduqlarını bildirmək üçün kəlmələrin əvvəlində yuxarı küncdən SƏKKİZTİLLİ ULDUZ yaxud D işarəsi qoyulurdu. Qədim Şumer mətnlərini tərcümə ednlər, görünür, piktoqraın bütün məna çalarlarını özündə birləşdirən ifadə tapa bilmədiklərinə, yaxud başqa səbələrə görə bu kəlimələri "Allah Enki" və "Allah Enlil" kimi tərcümə etmişlər ki, bu da yanlışdır.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#23 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 23 января 2010 - 20:13

Müqəddəs kitabımızda 28 nəfərin adı çəkilir. Onlardan 25-inin peyğəmbərliyi dəqiqdir, qalan 3 nəfərinə isə "hikmət verilmişlər" deyirik. Onların peyğəmbərliyi haqda əlimizdə dəqiq məlumat yoxdur.
Digər islami və qeyri-islami mənbələrdə keçən peyğəmbər adlarını da inşallah tapıb yazaram, bacı.

[/quote]
Teşekkürler bacı.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#24 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 23 января 2010 - 23:00

"Allah" anlayışını bəşəriyyətə bəxş edən şumerlərdir. Amma nə qədər qəribə görünsə də, İkiçayarasından tapılmış heç bir qədim mətndə nə "allah" nə də "allahlar" ifadəsi işlədilməyib. Əslində, bu termini onların əvəzində tədqiqatçılar uydurublar. qarışıqlıq yaranmasın və mətnlər hamı tərəfindən başa düşülsün deyə.

Şəxsi düşüncəm budur ki, "allah" (məbud) anlayışı Şumerdən yox, elə ilk insanla bərabər yaranıb. Dini aspektdən baxsaq, Adəmlə, materialist aspektdən baxsaq, ibtidai insan kimdirsə onunla da "allah" anlayışı başlayıb.
Əgər sivilizasiya nöqteyi-nəzərdən baxsaq və hesab etsək ki, şumer ilkin sivilizasiyadır, o zaman səninlə raızyam.

Сообщение отредактировал Shemsi: 23 января 2010 - 23:01

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#25 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 23 января 2010 - 23:05

"Allah" termini qədim şumerlərdən min illər sonra ilk dəfə yunan yazılarında yer alıb. Yunanlar öz allahlarını antropomorf, yəni sevinən, gülən, şexsi heyatı olan, uşaqlar dünyaya gətirən, intiqamçı, öldürənvə s. kimi adi insan şəklində təsəvvür edirdilər. Eynən "Şumer" mətnlərindəki "allahlar" kimi.
Bu gün dünyanın qəbul etdiyi yekdil qənaətə görə, çoxallahlılıq Şumerdən yunanlara, aradan isə bütün dünyaya yayılmışdır. BUnu təsdiq etmək - şumerlərin ayağına böyük bir günah yazmaqdır, bunu inkar etmək - Şumer panteonunun mahiyyətini anlamamaq, onu etmək deməkdir. Məsələnin qəlizliyi də məhz bundadır.
İndi özünüz nəticə çıxarın: çoxallahlılıq ideyasını yunanlar şumerlərdən götürüblər. Amma türklər də təkallahlılıq ideyasını Şumerdən əxz etmişlər.
İndi sizcə mümkündürmü ki, eyni sivilizasiyanın simasında həm təkallahlılıq, həm də çoxallahlılıq cəmlənsin? Ən azı, məntiqi baxımdan bu mümkün deyil.

Deməli, bizə şumerdəki "çoxallahlılıq" adıyla təqdim olunan və yunanlara keçdiyi iddia edilən məsələ elə çoxpeyğəmbərlilikdir və türklrin şumerdən əxz etdiyi təkallahlılıq isə o peyğmbərlərin gətirdiyi həqiqi təkallahlılıqdır.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#26 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 24 января 2010 - 14:52

[ İndi sizcə mümkündürmü ki, eyni sivilizasiyanın simasında həm təkallahlılıq, həm də çoxallahlılıq cəmlənsin? Ən azı, məntiqi baxımdan bu mümkün deyil.[/quote]

Deməli, bizə şumerdəki "çoxallahlılıq" adıyla təqdim olunan və yunanlara keçdiyi iddia edilən məsələ elə çoxpeyğəmbərlilikdir və türklrin şumerdən əxz etdiyi təkallahlılıq isə o peyğmbərlərin gətirdiyi həqiqi təkallahlılıqdır.
[/quote]

Məncə belədir. Yəni əslində Şumermətnlərində adları çəkilən qeyri adi istedada malik, (ölüləri dirildən, xestelere şəfa verən, dövlətləri, şəhərləri, insanları idarə edən vəs) İnsanalar eslinde Quranda söylənilən 124 minpeyğəmbərdir. Axı biz bele (yəni müsəlmanlar) mence üst-üstə heç 200 peyğəmbərin adını çəkə bilmərik.
Bundan əlavə mən biləni belə bir ayə var ki, (səhv edirəmsə düəzldin) Allah hər zümrəyə, yəni hər millətə peyğəmbər göndərib.
Şumer gil kitabələrində də bu mövzuya toxunulur, Hətta Amerika torpaqlarının qedim sakinləri mayyaların belə Nuh peyğəmbər efsanəsi var. Yəni onların belə Ümumdünya daşqını, insanın yaradılması ve. s ilə bağlı efsaneleri var. Bunlara efsane deyirem çünki Mayyalarda sonralar çoxallahlılıq ve allahlara qurban kesme kimi adetler de peyda olmuş, ve gerçək din unudulmuşdur (belke de buna Amerikanın daşqından sonra digər materiklerden ayrı qalması sebeb olmuşdur)

İndi bir suala cavab tapmağa çalışıram : Nə üçün adları göydən göndərilənlər kimi yazılan insanaları nə üçün Allahlar adlandırır tədqiqatçılar Peğəmbərlər yox?
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#27 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 07 марта 2010 - 01:25

Bacim mene ela gelirki gadim yunan va roma tarixcilari oz dovrunun egidasine gore yaziblar, onlarin dovrunda tak Allahli inancli olan hokmdar olmayib.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#28 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 07 марта 2010 - 02:02

Əlbəttə mən tarixçi deyiləm amma mənim fikrimcə şumerlər elə Nuh(ə) peyğəmbərin gəmi ilə xilas olan camaatıdır. Çünki. şumerlərdə həmin əraziyə su vasitəsilə gəlib çıxmışlar. Əlbəttə yenə qeyd edirəm bu mənim şəxsi fikrimdir.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#29 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 12 марта 2010 - 16:08

Əlbəttə mən tarixçi deyiləm amma mənim fikrimcə şumerlər elə Nuh(ə) peyğəmbərin gəmi ilə xilas olan camaatıdır. Çünki. şumerlərdə həmin əraziyə su vasitəsilə gəlib çıxmışlar. Əlbəttə yenə qeyd edirəm bu mənim şəxsi fikrimdir.

Mən də sizin kimi fikirləşirdim. Amm Şumer tarixini araşdırarkən məlum olur ki, Şumer gil kitabələrində Nuhun tufanından əvvəl baş vermiş daha 4 daşqının adı çəkilir. Eyni zamanda bu 4 dövr ərzində yaşamış insanlar əvvəlcə nəhng, sonra get-gedə daha az bol uzununa sahib kimi təsvir olunurlar. Yəni birinci daşqına qədər yaşayan insanların boyu 10 metr ve ya daha çox uzun olubmuş.
Daha maraqlı bir fakt isə odur ki, Əfqanıstan ərazisindəki 4 həhəng insan heykəli alimlərin fikrincə məhz Şumerlərdən qalməşdə ki, bu heykəllər öz-özlüyündə həmin dövr insanalrının təcəssüm edirdi. 4 Dünya daşqınını.
Təəssüf ki, o abidə indi yerlə-yeksan edilmişdir.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#30 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 12 марта 2010 - 16:19

Şumerdə Dədə Qorqud və ya Türk izləri

Qədim Şumerin ən inkişaf etmiş Laqaş şəhərinin piktoqrafik yazılışına diqqətlə fikir versək görərik ki, "Laqaş" sözünü yazmaq üçün "Şir" və "cam" idoqramlarından istifadə olunurmuş. Bu zaman "şir" qədim Şumer dilindəki UR.QULA kimi deyil, bu gün bizim istifadə etdiyimiz "şir" kimi tələffüz olunub.
Laqaş şəhərinin adı çox zaman Şirburla - Laqqaş kimi yazılmışdır.

Bəs sözün kökündəki "şir" totemi hansı anlamda işlədilmişdir? bu məsəlini araşdırdıqda maraqlı faktlar meydana çıxır:

"Dədə Qorqud" dastanlarında basat öz soy-kökündən belə danışır:

Anam adın sorar olsan - Qaba Ağac
Atam adın deyərsən - Qağan Aslan
Mənim adım sorarsan
Aruz oğlu Basatdır, - dedi

İlk baxışda Qaba Ağac və Qağan Aslan mifik təsir bağışlayır. Məhz bundan çıxış edərək bir çox alimlər Qağan Aslan sözünü Kükrəmiş aslan kimi yozmuşlar. Əslində isə Qağan - Kağan - Xaqan yəni Hökmdar Aslan kmi yozulmalıdır.

Daha sonra Qazan xan öz soy-kökünü bu sözlərlə tanıdır:

Ağ qayanın qaplanının erkəgində bir köküm var
Ağ sazın aslanında bir köküm var
Ağ sunqur quşunun erkəgində bir köküm var
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru