Namazların birləşdirilməsi
#31
Отправлено 09 ноября 2009 - 20:58
1-İbni Abbas; 2-Cabir ibni Əbdüllah Ənsari; 3-Əbu Əyyub Ənsari; 4-Əbdüllah ibni Ömər; 5-Əbu Hüreyrə.
İndi onların bir qismini əziz oxucuların diqqətinə çatdırırıq:
1-Əbu Zübeyr, Səd ibni Cübeyrdən, o da İbni Abbasdan belə nəql edir:
صَلَّي رَسُولُ اللّه الظُّهْرَ وَالْعَصْرَ جَمِيعًا وَالْمَغْرِبَ وَالْعِشَاءَ جَمِيعًا فِي غَيْرِ خَوْفٍ وَلَا سَفَرٍ
«Rəsulullah (S) zöhrlə əsr, məğribli işa namaz¬larını birlikdə qıldı, halbuki nə qorxu var idi, nə də səfərdə idi.»
Əbu Zübeyr deyir ki, Səid ibni Cübeyrdən soruşdum: «Peyğəmbər nə üçün belə bir iş gördü?» Səid dedi: «Mən də həmin sualı İbni Abbasdan soruşmuşdum, o isə cavabında:
اَرَادَ اَنْ لَا يَحْرُجَ اُمَّتَهُ
«Həzrətin məqsədi bu idi ki, ümmətindən heç biri zəhmətə və məşəqqətə düşməsin»-deyə cavab vermişdi.»
«Səhihi Müslüm», 2-cild, səh.151
2. Digər bir hədisdə İbni Abbasdan belə nəql olunur:
جَمَعَ رَسُولُ اللّه بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَالْمَغْرِبِ وَالْعِشَاءِ فِي الْمَدِينَةِ فِي غَيْرِ خَوْفٍ وَ لَا مَطَرٍٍ
«Peyğəmbər (S) Mədinədə zöhrlə əsr, məğ¬riblə işa namazlarını, heç bir qorxu və yağış olmadan, birlikdə qıldı.»
Bir hədisdə də belə deyilir: İbni Abbasdan soruş¬du¬lar ki, Peyğəmbərin məqsədi nə idi? Cavabında dedi: «Onun məqsədi bu idi ki, müsəlmanlardan heç biri məşəqqətə düşməsin.»
3-Əbdüllah ibni Şəqiq deyir:
خَطَبَنَا اِبْنُ عَبَّاسٍ يَوْمًا بَعْدَ الْعَصْرِ حَتَّي غَرُبَتِ الشَّمْسُ وَ بَدَتِ النُّجُومُ وَ جَعَلَ النَّاسُ ييَقُولُونَ الصَّلَوةَ الصَّلَوةَ! قَالَ فَجَائَهُ رَجُلٌ مِنْ بَنِي تَمِيمٍ لاَ يفتر و لا يتني الصَّلَوةَ الصَّلَوةَ! فَقَالَ ابْنُ عَبَّاسٍ اَتُعَلِّمُنِي بِالسُّنَّةِ لاَ اُمَّ لَكَ؟! ثُمَّ قَالَ رَاَيْتُ رَسُولَ اللّهِجَمَعَ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ، وَالْمَغْرِبِ وَالْعِشَاءِ. قَالَ عَبْدُ اللّهِ بْنُ شقِيق فَحَاكَ فِي صَدْرِي مِنْ ذلِكَ شَيْءٌ فَاَتَيْتُ اَبَا هُرَيْرَةَ فَسَاَلْتُهُ فَصَدّقَ مَقَالَتَهُ
Bir gün İbni Abbas bizim üçün axşam çağından gün ba¬tana qədər xütbə söylədi, nəhayət ulduzlar göründü. Ca¬ma¬at «namaz, namaz!» - deyə səsləndi. Bəni-təmim tayfa¬sın¬dan bir nəfər gəlib «namaz, namaz! - dedi. İbni Abbas dedi: «Sən mənə Peyğəmbər (S) sünnəsini öyrətmək is¬tə¬¬yir¬¬sən, ey köksüz?! Rəsulullahın (S) zöhrlə əsr, (həm¬¬¬çi¬nin) məğriblə işa namazlarını bir yerdə qıldı¬ğı¬nı görmüşdüm.»
Əbdüllah ibni Şəqiq deyir: «Mənim qəlbimdə şəkk yarandı, Əbu Hüreyrənin yanına gəlib ondan soruşdum. O da İbni Abbasın sözünü təsdiqlədi.»
«Səhihi Müslüm», 2-cild, səh.151
#32
Отправлено 09 ноября 2009 - 20:59
صَلَّي النَّبِيّ سَبْعًا جَمِيعًا وَ ثَمَانِيًا جَمِيعًا
«Peyğəmbər (S) yeddi rəkət namazı (məğriblə işa¬¬nı) və səkkiz rəkət namazı (zöhrlə əsri) birlikdə qıl¬dı.»
«Səhihi Buxari», 1-ci cild, səh. 140 (vəqtül-məğrib babı)
5-Səid ibni Cübeyr ibni Abbasdan belə nəql edir:
جَمَعَ رَسُولُ اللّهِ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاء فِي الْمَدِينَةِ مِنْ غَيْرِ خَوْفٍ وَ لا مَطَرٍ فَقِيلَ لِابْنِ عَبَّاسٍ مَا اَرَادَ بِذَلِكَ؟ فَقَالَ اَرَادَ اَنْ لاَ تَحْرجَ اُمَّتَهُ
«Rəsulullah (S) Mədinədə zöhrlə əsr, məğ¬riblə işa namazlarını birlikdə qıldı, halbuki nə (düş¬mən¬dən) qorxu, nə də yağış yox idi. İbni Abbasdan soruş¬dular ki, «bu işdən Peyğəmbərin (S) məqsədi nə idi?» O de¬di: «Peyğəmbər istəyirdi ki, üm¬məti çətinliyə düş¬¬məsin.»
6-Əhməd ibni Hənbəl bu mənanın oxşarını özünün «Müsnəd» kitabında İbni Abbasdan nəql etmişdir.
«Müsnəd», Əhməd, 1-ci cil, səh. 223
7-Sünnülərin məşhur imamı Malik özünün «Müvəttə’» kitabında «Mədinə» sözünü qeyd etmədən İbni Abbasdan belə nəql edir:
صَلَّي رَسُولُ اللّهِ الظُّهْرَ وَ الْعَصْرَ جَمِيعًا وَالْمَغْرِبَ وَالْعِشَاءَ جَمِيعًا فِي غَيْرِ خَوْفٍ وَ لَا سَفَرٍ
«Rəsulullah (S) zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qıldı, halbuki nə (düşməndən) qorxu, nə də yağış var idi.»
«Müvəttə», Malik, 1-ci cild, səh. 144
8-Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında qeyd olunur ki, Əbdüllah ibni Ömər belə deyirmiş:
جَمَعَ لَنَا رَسُولُ اللّهِ مُقِيمًا غَيْرَ مُسَافِرٍ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فَقَالَ رَجُلٌ لِابْنِ عُمَرَ لِمَ تَريَ النَّبِيَّ فَعَلَ ذلِكَ؟ قَال لِاَنْ لَا يحْرجَ اُمّتهُ اِنْ جَمَعَ رَجُلٌ
«Rəsulullah (S) səfərdə olmadığı halda (bi¬zim¬lə) zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qıl¬dı.» Bir nəfər ibni Ömərdən soruşdu: «Səncə, Pey¬ğəm¬bər belə bir işi nə üçün gördü?» O dedi: «Ona görə ki, üm¬mət¬dən heç kəs iki namazı birlikdə qılarsa, zəhmətə düş¬məsin (irada məruz qalmasın).»
«Müsənnəf», Əbdür-Rəzzaq, 2-ci cild, səh. 556
9-Cabir ibni Əbdüllah deyir:
جَمَعَ رَسُولُ اللّهِ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَالْمَغْرِبِ وَ الْعِشاءِ فِي الْمَدِينَةِ لِلرُّخْصِ مِنْ غَيْرِ خَوْفٍ وَ لاَ عِلَّةٍ
«Rəsulullah (S) zöhrlə əsr və məğriblə işa na¬maz¬¬larını Mədinədə bir yerdə qıldı ki, hətta xovf və baş¬¬qa bir müşkül olmayan yerlərdə belə, ümməti üçün bir ica¬zə olsun.»
«Məanil-asar», 1-ci cild, səh. 161
10-Əbu Hüreyrə də belə deyir:
جَمَعَ رَسُولُ اللّهِ بَيْنَ الصَّلاتَيْنِ فِي الْمَدِينَةِ مِنْ غَيْرِ خَوْفٍ
«Rəsulullah (S) Mədinədə, (düşməndən) qorxu olmadan iki namazı birlikdə qıldı.»
«Müsnədi Bəzzaz», 1-ci cild, səh. 283
11-Əbdüllah ibni Məsud da belə nəql edir:
جَمَعَ رَسُولُ اللّهِ بَيْنَ الْاُوليٰ وَ الْْعَصْرِ وَ الْمَغْرِبِ و الْعِشاءِ وَ فَقِيلَ لَهُ فَقَال صَنَعْتُهُ لِئَلاَّ تَكُونَ اُمَّتِي فِي حَرَجٍ
Rəsulullah Mədinədə zöhrlə əsr, məğriblə işa namaz¬larını bir¬lik¬də qıldı. Bir şəxs bunun səbəbini soruş¬duqda, Həzrət (S) buyurdu: «Mən bu işi gördüm ki, ümmətim-əzab əziyyətə, məşəqqətə düş¬məsin.»
«Əl-möcəmül-kəbir», Təbərani, 10-cu cild, səh. 219, hədis: 10505
#33
Отправлено 09 ноября 2009 - 21:00
1-Yuxarıdakı hədislərin xülasəsi
Yuxarıda sünnülərin birinci dərəcəli, ümdə və məş¬hur kitablarında qeyd olunan, sənədi səhabə böyük¬lərinə ça¬tan hədislərin hamısında təqribən iki mühüm məsələyə tə¬kid edilmişdir:
Birincisi budur ki, Peyğəmbəri-Əkrəm (S) iki na¬mazı elə bir halda birlikdə qılırdı ki, xüsusi bir çə¬tin¬lik, o cümlədən yağış, səfər, düşməndən qorxu və s. yox idi.
Digəri də budur ki, o Həzrət bu işlə öz ümmətinə im¬kan yaratmış, çətinlik, əzab-əziyyəti aradan qaldır¬mış¬dır. Bununla belə, bəzilərinin irad tutaraq «bu namaz¬la¬rın birlikdə qılınması iztirar və çıxılmaz vəziyyətlərə aid¬dir!» - deməsi rəvadırmı?! Nə üçün həqiqətlər qar¬şı¬sında gözlərini yumur və əziz Peyğəmbərimizin (S) sözlərinə etina etmədən şəxsi mühaki¬mələrini yürü¬dür¬lər?! Allah və Onun Rəsulu bu işə icazə verir, lakin ümmətin təəssübkeşləri icazə vermirlər! Axı nə üçün?!
Nə üçün cavan müsəlmanların hər bir halda və hər bir yerdə – islam ölkələrində və xaricdə, institutlarda və ali təhsil ocaqlarında, idarə, zavod və fabriklərdə ən mühüm İla¬hi vəzifəni (gündəlik namazları) yerinə yetirmə¬lə¬rinə imkan vermirlər?! Bizim əqidəmizcə, İslam dini dün¬yanın sonuna qədər hər bir zaman və hər bir məkanda hərtərəfli proqram tökmüşdür.
Şübhəsiz, Rəsuli-Əkrəm (S) özünün geniş nəzərləri ilə bütün dövrlərdə və əsrlərdəki bütün dünya müsəlmanlarını görür və bilirdi ki, əgər hamını 5 dəfə namaz qılmağa vadar etsə, bəziləri namazı tərk edəcəklər (hal-hazırda mövcud olan vəziyyət kimi). Buna görə də öz ümmətinə minnət qoyaraq onların imkanlarını artır¬mışdır ki, hamı gündəlik namazları hər bir zamanda və hər bir məkanda asanlıqla qıla bilsin. Quran buyurur:
وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ
«Allah dində sizin üçün heç bir çətinlik qərar verməyibdir.»
«Həcc» surəsi, ayə:78
#34
Отправлено 09 ноября 2009 - 21:00
Müslüm 2 cild. Səh 151-153 (Babul cəmi bəynəs-səlatəyni fil-həzər) Hədis 705 (Misir çapı).
Buxarinin “Səhih” kitabının yığcam forması olan “Müxtəsər” kitabından olan hədisi Rus dilində olduğu kimi sizlərə təqdim edirik.Qeyd edirik ki, əvvəlinci nömrə “Müxtəsər”-in, mötərizədə olan isə “Səhih” də olan hədisin nömrəsidir:
Глава 255: Откладывание полуденной молитвы до (наступления времени совершения) послеполуденной.
319 (543). Передают со слов Ибн ‘Аббаса, да будет доволен Аллах ими обоими, что (иногда) в Медине пророк, да благословит его Аллах и приветствует, совершал молитвы в семь и восемь ракатов (, объединяя) полуденную молитву с послеполуденной, а закатную — с вечерней1.
________________________________________
1 У комментаторов нет единого мнения о причине этого, а сам пророк, да благословит его Аллах и приветствует, в ответ на вопрос об этом сказал, что не желает создавать затруднений для членов своей общины. С уверенностью можно говорить лишь о том, что подобное объединение молитв носило не постоянный, а эпизодический характер и могло быть вызвано, например, сильным дождём.
Buxari, hədis 543 (kitabul məvaqit) (Təxiriz-zöhr-iləl-əsri babı) Hədis 562 (Babul vəqtil məğrib); Hədis 1174 (Əbvabut-tətəvvun) fəsil 30.
“İbni Abbas deyir: “Rəsuli Əkrəm (S) zöhr və əsr, həmçinin məğrib və işa namazlarını səfər və qorxu olmadığı bir halda ardıcıl qıldı”.
İmam Malik “Əl Muvatta” 1 cild, səh 144, 161.
Zərqani Təbəranidən, o da ibni Məsuddan belə nəql edir:
جَمَعَ النَّبِيُّ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فَقِيلَ لَهُ فِي ذلِكَ فَقَالَK صَنَعْتُ هذَا لِئَلاّ تَحْرجَ اُمَّتِي
Peyğəmbəri Əkrəm (s.ə.v.v) zöhrlə əsr, məğriblə işa namazlarını arada fasilə olmadan qıldı. Ondan bu barədə soruşulduqda buyurdu: “Səbəbi budur ki, ümmətim çətinliyə, əzab-əziyyətə düşməsin.”
Zərqani “Şərhi Muvatta” 1 cild.Səh 294
“İbni Abbas deyir: Peyğəmbər (S) Mədinədə ikən günorta və ikindi, axşam və xüftən namazlarını heç bir səbəb və yağışlı havanın hakim olmadığı zaman birləşdirərək qılmışdır. İbni Abbasdan Rəsulallahın nə üçün belə etməsini soruşduqda O, dedi: “Ümmətinin zəhmətə düşməməsi üçün belə etmişdir”.
Sünən Termizi.1 cild səh 354 (138-ci bab).
#35
Отправлено 09 ноября 2009 - 21:01
خَطَبَنَا اِبْنُ عَبَّاسٍ يَوْمًا بَعْدَ الْعَصْرِ حَتَّي غَرُبَتِ الشَّمْسُ وَ بَدَتِ النُّجُومُ وَ عَلَّقَ النَّاسُ يُنَادُونَهُ الصَّلَوةُ وَ فِي الْقَوْمِ رَجُلٌ مِنْ بَنِي تَمِيمٍ فَجَعَلَ يَقُولُK الصَّلَوةَ الصَّلَوةَ قَالَ فَغَضِبَ قَالَ اَتُعَلِّمُنِي بِالسُّنَّةِ؟ شَهِدْتُ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ جَمَعَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ، وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ قَالَ عَبْدُ اللّهِ فَوَجَدْتُ فِي نَفْسِي مِنْ ذلِكَ شَيْئًا فَلَقِيْتُ اَبَا هُرَيْرَةَ فَسَاَلْتُهُ فَوَافَقَهُ
“Bir gün İbni Abbas əsr namazından sonra bizim üçün o qədər çıxış etdi ki, günəş batdı, ulduzlar göründü, camaat “Namaz! Namaz” deyə səsləndilər. Bu zaman Bəni-Səlim qəbiləsindən bir kişi hey namaz kəlməsini təkrarlayırdı. İbni Abbas qəzəblənib dedi: Sən mənə Peyğəmbər (s.ə.v.v) sünnəsinimi öyrətmək istəyirsən?! Mən özüm şahid idim ki, Peyğəmbər (s.ə.v.v) zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qılmışdı. Əbdüllah deyir: Mənim üçün bu məsələdə şübhə yarandı, ona görə də Əbu Hüreyrənin görüşünə gedən zaman bu barədə soruşdum. O da ibni Abbasın sözünü təsdiqlədi.”
Əhməd ibni Hənbəl “ Müsnəd” 1 cild. səh 251.
İmam Sadiq (Ə) belə buyurmuşdur: “ALLAH Rəsulu (S) günorta və ikindi, axşam və xüftən namazlarını heç bir səbəb olmadan bir Azan və iki İqamə oxumaqla birləşdirib qılmışdır”.
“Vəsailüş Şiə” 2 cild. səh 160.
Malik ibni Ənəs, Məaz ibni Cəbələdən nəql edir:
فَكَانَ رَسُولُ اللّهِ¸يَجْمَعُ بَيْنَ الظُّهْرِ وَ الْْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ
“Peyğəmbəri Əkrəm (S) zöhr ilə əsri, məğrib ilə işa namazlarını birlikdə qılırdı”.
Müslüm, 2 cild səh.152 (Misir çapı)
Malik “Muvatta” səh. 124 hədis 176. (Namaz bölməsi) (Beyrut çapı).
Nafe deyir:
اِنَّ عَبْدَ اللّهِ ابْنَ عُمَرَ كَانَ اِذَا جَمَعَ الْعُمَرَاءُ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فِي الْمَطَرِ جَمَعَ مَعَهُمْ
“Hər vaxt əmirlər məğrib ilə işa namazlarını birlikdə qılırdılarsa, Əbdüllah ibni Ömər də hər iki namazını birlikdə qılırdı”.
Malik “Muvatta” səh. 125 hədis 179.
#36
Отправлено 09 ноября 2009 - 21:02
اَخْبَرَنِي جَابِرُ بْنُ زَيْدٍ اَنَّهُ سَمِعَ ابْنَ عَبَّاسٍ يَقُولُK صَلَّيْتُ مَعَ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ ثَمَانِيًا جَمِيعًا وَ سَبْعًا جَمِيعًا قَالَ قُلْتُ لَهُ يَا اَبَا الشَّعْثَاءِ اَظُنُّهُ اَخَّرَ الظُّهْرَ وَ عَجَّلَ الْعَصْرَ وَ اَخَّرَ الْمَغْرِبَ وَ عَجَّلَ الْعِشَاءَ قَالَ وَ اَنَا اَظُنُّ ذلِكَ
“Cabir ibni Zeyd deyir: ibni Abbasın belə dediyini eşitdim: Peyğəmbər (s.ə.v.v)-lə səkkiz rəkəti (zöhrlə əsri) və yeddi rəkəti (məğriblə işanı) birlikdə qıldıq. O deyir ki, Əbu Şəşaya dedim: Mən belə fikirləşirəm ki, Peyğəmbər zöhr namazını təxirə saldı və əsr namazını tez qıldı, eləcə də məğrib namazını təxirə saldı və işa namazını tez qıldı. (Əbu Şəsa) dedi: Mən də belə fikirləşirəm.”
Əhməd ibni Hənbəl. “Müsnəd” 1 cild səh 221.
قَالَ عَبْدُ اللّهِK جَمَعَ لَنَا رَسُولُ اللّهِ¸ مُقِيمًا غَيْرَ مُسَافِرٍ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فَقَالَ رَجُلٌ لِابْنِ عُمَرَK لِمَ تَريَ النَّبِيَّ ¸ فَعَلَ ذلِكَ؟ قَالَK لِاَنْ لَا يحْرجَ اُمَّتهُ اِنْ جَمَعَ رَجُلٌ
Əbdüllah ibni Ömər deyir: “Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz yaşayış yerində (vətənində) olduğu, səfərə getmədiyi zaman zöhrlə əsri, məğriblə işanı birlikdə qılırdı.” Bir nəfər ibni Ömərdən soruşdu: “Nə üçün Peyğəmbər (s.ə.v.v) belə bir iş görürdü?” Cavab verdi: “Ona görə ki, əgər bir şəxs iki namazı bir yerdə qılmaq istəyərsə, öz ümmətini əzab əziyyətə məşəqqətə salmasın.”
Müttəqi Hindi “Kənzul-ummal”, kitabus-səlat, əl-babur-rabiu fi səlatil-musafir, babul-cəm`, cild-8, səh.246, Hələb çapı, 1391
”Kənzul-ummal” kitabında ibni Abbasdan belə rəvayət olunur:
جَمَعَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ بِالْمَدينَةِ بغَيْرِ سَفَرٍ وَ لَا مَطَرٍ قَالَK قُلْتُ لِابْنِ عَبَّاسٍK لِمَ تَرَاهُ فَعَلَ ذلِكَ؟ قَالَK اَرَادَ التَّوْسِعَةَ عَلَي اُمَّتِهِ
“Peyğəmbər (s.ə.v.v) Mədineyi-Münəvvərədə zöhrlə əsr, məğriblə işa namazlarını birliklə qıldı. Halbuki səfərdə deyildi, yağış da yağmırdı. Ravi deyir: İbni Abbasdan “nə üçün Peyğəmbər (s.ə.v.v) iki namazı birlikdə qıldı?” - deyə sual etdikdə cavab verdi: Çünki Peyğəmbəri Əkrəm (s.ə.v.v) istəyirdi ki, ümmətinin əməl və rəftarında genişlik (asanlıq) icad etmiş olsun.”
Müttəqi Hindi “Kənzul-ummal” cild-8
“Cabir ibni Əbdüllah deyir:
عَنْ جَابِرٍ اَنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ جَمَعَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ بِاَذَانٍ وَ اِقَامَتَيْنِ
Peyğəmbər (s.ə.v.v) zöhrlə əsr namazlarını bir azan, iki iqamə ilə – birlikdə qıldı.”
Müttəqi Hindi “Kənzul Ummal” 8-ci cild, səh 847. (Hələb çapı) “kitabus-səlat, babur-rabiu fi səlatil-müsafir” babı
İmam Sadiq (Ə) buyurur: “Peyğəmbər (S) zöhr ilə əsr namazını bir Azan və iki İqamə ilə cəm etdi.Həmçinin,öz vətənində heç bir üzrü olmadan məğrib və işa namazlarını bir Azan və iki İqamə ilə cəm etdi”.
Şeyx Saduq. “Mən la yəhzurul fəqih” 1 cild səh 46.
#37
Отправлено 09 ноября 2009 - 21:05
Kuleyni “Üsuli Kafi” 3 cild səh 286.
Peyğəmbərin (S) sünnəsi üç yerə bölünür:
1) O, Həzrətin (S) etdiyi əməllər.
2) O, Həzrətin (S) tapşırdığı (tövsiyyə və təşviq etdiyi) əməllər.
3) O, Həzrətin (S) susub razılığını bildirdiyi ( qarşısını nəhiy etmədiyi, çəkindirmədiyi) əməllər.
Biz də Peyğəmbərin (S) sünnəsinə sarılaraq, O Həzrətin (S) bizlər üçün qoyduğu, bu günlərimizdə bizlər üçün çətinlik yaratmayan, əksinə, rahatlıq yaradan əməllərdən bəhrələnirik.
#38
Отправлено 09 ноября 2009 - 21:08
#39
Отправлено 10 ноября 2009 - 11:03
Saqi_73 forumda kopi-peysp və böyük həcimli məlumatları yerləşdirmək qadağandər. Onlara əgər internetdə mövcuddursa ssılka vermək lazımdır. Əgər mövcud deyilsə foruma yükləyə bilərsiz.Haqq axtaran İNSANa bu qədər kifayətdir!
Qaydaları oxuyun!
#40
Отправлено 28 марта 2010 - 18:26
3namaz vaxti quranda.doc 43К 24 Количество загрузок:
#41
Отправлено 28 марта 2010 - 18:49
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#42
Отправлено 29 марта 2010 - 07:15
Çox heyiflər olsun ki, forumda nasazlıqlar üzündən yerləşdirə bilmədim. Əvəzində fayla qoydum. Qurani Kərimdə 3 namaz vaxtının bildirilməsi (3 ayə və təfsiri)
3namaz vaxti quranda.doc 43К 24 Количество загрузок:
Gardashim, men bele dushunmurem.Menim oz shexsi fikrimce namaz 5 vaxtdadir,amma bir zerurriyet olarsa zohrden sonra esri,megribden sonra ishani gilmag olar.3 vaxtda olsaydi zohr namazi 8,megrib namazi ise 7 ruket olardi.Hz.Peygamber(s.a.a.s.)namazlari bezen ardicil gilib,amma hemishe yox.
وزلفا من اللیل (və zuləfən minəl-ləyli) (gecə vaxtı); Bu aye ise mence gece namazina isharedir,cunki axsham namazlari megrib (sham) vaxtindan bashlayir.
Сообщение отредактировал Ehli beyt ashigi: 29 марта 2010 - 07:23
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#43
Отправлено 29 марта 2010 - 14:48
Çox heyiflər olsun ki, forumda nasazlıqlar üzündən yerləşdirə bilmədim. Əvəzində fayla qoydum. Qurani Kərimdə 3 namaz vaxtının bildirilməsi (3 ayə və təfsiri) 3namaz vaxti quranda.doc 43К 24 Количество загрузок:Gardashim, men bele dushunmurem.Menim oz shexsi fikrimce namaz 5 vaxtdadir,amma bir zerurriyet olarsa zohrden sonra esri,megribden sonra ishani gilmag olar.3 vaxtda olsaydi zohr namazi 8,megrib namazi ise 7 ruket olardi.Hz.Peygamber(s.a.a.s.)namazlari bezen ardicil gilib,amma hemishe yox.وزلفا من اللیل (və zuləfən minəl-ləyli) (gecə vaxtı); Bu aye ise mence gece namazina isharedir,cunki axsham namazlari megrib (sham) vaxtindan bashlayir.Qardaşım, əgər müfəssirlər bu cür fikirləşirsə, bizim özümüzdən düşünüb Qurana şərh verməyə ixtiyarımız yoxdur - kifayət qədər elmimiz olmadığı təqdirdə. Namaz 5-dir. Buna heç kəs şəkk eləmir. Fiqh alimləri də namazın 5 fəzilətli vaxtını deyiblər. Amma 3 Quran ayəsində namazın 3 vaxtından söhbət gedir. Günorta və axşam namazlarının birləşdirilməsi, 8 və 7 rəkət olmaq anlamına gəlməz. zöhr namazında 3 dəfə təkbiri dedin vəssəlam, zöhr namazının vaxtı çıxdı, oldu əsr namazı. Amma fəqihlər də fəzilətli vaxtını fərqləndirirlər burda. Əsr namazının fəzilətli vaxtı təxminən elə zöhrün girdiyi vaxtla məğribin girdiyi vaxt arasındakı fərqin yarısı qədər zöhr azanından sonradı. Burda kölgə məsələsi də var idi yadımdan çıxdı.
Bir də qeyd etdiyin gecə vaxtına gəldikdə, nəyə əsasən deyirsən ki o gecə namazıdır? Halbuki, həmən ayədə:
Günün başlanğıcında, sonunda, və gecənin vaxtında namaz qıl ki
qeyd olunub. Gördüyün kimi, Allah sübh namazına işarə edib - günün başlanğıcı, günorta namazlarına işarə edib - günün sonu, amma axşam namazlarına işarə etməyib? Axşam namazı vacibdir, ancaq gecə müstəhəb. və sən haradan bu nəticəyə gəldin ki, gecənin vaxtında sən dediyin kimi, gecə namazına işarədir? Gecənin hansı vaxtı olduğunu nəyə əsasən dedin?
#44
Отправлено 29 марта 2010 - 15:25
Çox heyiflər olsun ki, forumda nasazlıqlar üzündən yerləşdirə bilmədim. Əvəzində fayla qoydum. Qurani Kərimdə 3 namaz vaxtının bildirilməsi (3 ayə və təfsiri)
3namaz vaxti quranda.doc 43К 24 Количество загрузок:
Gardashim, men bele dushunmurem.Menim oz shexsi fikrimce namaz 5 vaxtdadir,amma bir zerurriyet olarsa zohrden sonra esri,megribden sonra ishani gilmag olar.3 vaxtda olsaydi zohr namazi 8,megrib namazi ise 7 ruket olardi.Hz.Peygamber(s.a.a.s.)namazlari bezen ardicil gilib,amma hemishe yox.
وزلفا من اللیل (və zuləfən minəl-ləyli) (gecə vaxtı); Bu aye ise mence gece namazina isharedir,cunki axsham namazlari megrib (sham) vaxtindan bashlayir.
Əziz qardaşım, hər şeydən əvvəl bilməliyik bizim heç birimizin İslam haqqında "şəxsi rəy"imiz ola bilməz. Əgər biz ictihada çatsaq, onda deyə öz şəxsi nəzərimizi bildirə bilərik.
Namazın 3 əda vaxtı var. Mən bəzən qəribə hallarla rastlaşıram. Təəssüf ki, sünni təsiri altına düşən bəzi qardaş-bacılarımız namazların ardıcıl qılınması məsələsinə şübhə ilə yanaşır. Bunu sizin dediyiniz kimi zərurət halında uyğun görürlər...
Sünnilərin belə bir ifadəsi var: "Bəzi halarda sünnəti tərk etmənin özü sünnətdir". Amma onlar (əsasən hənəfilər)heç o bəzəni də caiz bilmirlər...
Nəysə bu məsələ ilə bağlı bir hədisi göstərmək istərdim:
Zürarə (r.ə.) rəvayət edir ki, İmam Sadiqə, “Mən oruc tuturam və gün qərbə yönələnə qədər yatmıram. Günəş qərbə yönələndə (zenit nöqtəsini keçəndə) nafilə namazımı qılır, sonra zöhr namazını qılıram, daha sonra nafilə qılır, əsr namazını qılıram. Bütün bunlar camaatın namazın qılmasından əvvəl olur”. İmam Sadiq (ə) cavabında buyurdu: “Ey Zürarə, gün qərbə yönələndə vaxt daxil olur, ancaq sənin bu vaxta adət etməni məsləhət görməzdim” (“Vəsailüş-şiə”, cild 3, səhifə 98).
Hədisdən göründüyü kimi günorta azanı ilə zöhr və əsr namazlarının vaxtı daxil olur. Sadəcə olaraq İmam (ə) səhabəsinin daim olaraq fəzilət vaxtını tərk etməsini, savabdan məhrum olmasını istəmir.
Həmçinin namazları birləşdirməyin savabı haqqında hədisləri də nəzərdən qaçırmamalıyıq:
İmam əmir əl-muminin Əli (ə) buyurmuşdur: “Bəzi şeylər kasıblığa səbəb olar, bəzi işlər isə sərvət gətirər... Kasıblığa səbəb olan işlər... şam (məğrib) və xiftən (işa) namazları arasında yatmaq... və sairədir. Amma var-dövlət və ruzi gətirən işlər isə... zöhrlə əsr, məğriblə xiftən namazlarını birlikdə qılmaq və sairədir” (“Hilyətul-müttəqin” kitabı,“Xatimə” bölməsi).
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#45
Отправлено 29 марта 2010 - 18:37
Gardashim, eger 3 tekbir demekle esr namazinin vaxti daxil olursa,onda esr namazinin en feziletli vaxti derhal zohrden sonra olardi duzdur?Cunki, namazin en feziletli vaxti daxil olan vaxtidir,daha neye gore gozlemek lazimdir ki,feziletli vaxti daxil olsun.zöhr namazında 3 dəfə təkbiri dedin vəssəlam, zöhr namazının vaxtı çıxdı, oldu əsr namazı. Amma fəqihlər də fəzilətli vaxtını fərqləndirirlər burda Əsr namazının fəzilətli vaxtı təxminən elə zöhrün girdiyi vaxtla məğribin girdiyi vaxt arasındakı fərqin yarısı qədər zöhr azanından sonradı.
Bu ayenin tefsirinde ise deyilib ki,(Gunun bashlangicinda)subh namazina isharedir.Meger gun bashlayanda subh namazi gezaya galmir?Subh namazi (fecrden)bashlayir.Bir də qeyd etdiyin gecə vaxtına gəldikdə, nəyə əsasən deyirsən ki o gecə namazıdır? Halbuki, həmən ayədə:
Günün başlanğıcında, sonunda, və gecənin vaxtında namaz qıl ki
Biz dilimiznen deyirik ki,(gun orta) gunorta hara,gunun sonu hara.Meger gunun sonu gunorta ola bilermi? Gardashim,bu ayeleri derk etmek ucun ne muctehid,nede ki alim olmag lazimdir.Bezi shie alimleri de meselen:Şeyx Fəzlullah, geti hokm vermesede namazi 5 vaxtda gilmagi tovsiyye edir.Birde ki, biz namazi,Hz.Peygambere nece gelibse elede gilmaliyig.günorta namazlarına işarə edib - günün sonu
«Rəsulullah (S) Mədinədə zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qıldı, halbuki nə (düşməndən) qorxu, nə də yağış yox idi. İbni Abbasdan soruşdular ki, «bu işdən Peyğəmbərin (S) məqsədi nə idi?» O dedi: «Peyğəmbər istəyirdi ki, ümməti çətinliyə düşməsin.»
Bu hedisi butun mezhebler gebul edirler,ve shielerde buna istinaden namazlari birleshdirib gilirlar.Eger Hz.Peygamberin bu ishi geyri adi olmasaydi,neye gore hami teecuble sehabelerden sorushurdular ki,Hz.Peygamber neye gore namazi bele gilib?
Bu neticeye gelmek olar ki,Hz.Peygamberimiz esasen namazlarini 5 vaxtda gilib,amma bezende birleshdirib 3 vaxtda gilib ki,bizler ucun cetin olmasin>
Сообщение отредактировал Ehli beyt ashigi: 29 марта 2010 - 18:42
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#46
Отправлено 29 марта 2010 - 20:02
"Günün iki tərəfində və gecənin bir qismində namazı bərqərar et"
"Tərəfin-nəhar"(günün iki tərəfi) dedikdə əvvəla sübh namazına işarə olunur ki, günün əvvəlində qılınmalıdır. İkincisi isə zöhr və əsr namazıdır ki, onların vaxtı qüruba qədər davam edir. Zöhr və əsr namazlarının vaxtının Günəşin qürub etməsinə qədər olması da bu ayədən aşkar şəkildə məlum olur.
Amma "zülfən minəl-leyl" kəlməsinə gəldikdə isə "Muxtari_sihah"da və Rağıbın "Müfrədat" kitablarında dediklərinə əsasən "Zülf" - "Zülfə"nin cəmidir ki, "gecənin əvvəllərinin müəyyən hissələri" mənasındadır. Bununla da məğrib və işa namazlarına işarə olunur.
أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْءَانَ الْفَجْرِ İsra surəsi - 78
"Namazı Günəşin zavalından gecə qaranlığına qədər bərqərar et, həmçinin Qurani-fəcri(sübh namazını).
Bu ayədəki "duluk" kəlməsi "təmayül etmək" deməkdir və günəşin nisfun-nəhardan keçməsi yəni zəvali-zöhr nəzərdə tutulur.
"Ğəsəqül-leyl" də 2gecənin qaranlığı" mənasındadır ki, bəziləri onu gecənin əvvəlləri, bəziləri isə gecə yarısı kimi təfsir etmişlər. Çünki Rağibin "Müfrədat"da qeyd etdiyi kimi !ğəsəq" şiddətli gecə qaranlığına deyilir ki, bu da gecə yarısıdır.
Deməli, "dulukuş-şəms" zöhr namazının vaxtının başlanması, "ğəsəqül-leyl" məğriblə işa namazlarının vaxtının sona çatması, Qurani-fəcr də sübh namazına işarədir.
Fəxr Razi bu ayənin təfsirində maraqlı bir bəyan irəli sürmüşdür: "Əgər "ğəsəq"i gecənin başlanğıcındakı ilk qaranlığın zahir olmasını götürsək - İbni Abbas, Əta və Nəzr ibni Şəmil də buna inanırlar - ğəsəq məğribin əvvəl vaxtı olacaqdır. Ayədə qeyd olunanlara əsasən 3 vaxt təyin olunur: "zəval vaxtı məğribin əvvəl vaxtı və fəcr vaxtı". (Sonra əlavə edir) "Bu da onu tələb edir ki, zəval, zöhrlə əsr namazlarının vaxtı olsun. Deməli, bu vaxt iki namazın arasında müştərək vaxtıdır. Həmçinin, məğribin əvvəli də məğriblə işa namazlarının vaxtıdır. Buna əsasən, qeyd olunan iki namaz da müştərək vaxta malikdir. Bunların nəticəsi belə olur ki, zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qılmaq mütləq şəkildə caizdir". (Daha sonra isə yazır ki, amma bu belə olmaz. Buna ancaq yağış və səfərdə icazə verilir.)
Bütün bu yazdıqlarım Ayətullah Məkarim Şirazinin "10 mühüm məsələ barəsində İslam alimlərinin nəzəri" kitabından götürülmüşdür.
Sonda bir şey üzərində düşünməyinizi məsləhət görürəm. Əgər ayeyi-şəriflər ancaq 3 vaxtdan söhbət açmış olsaydılar onda deməli, Rəısuli-Əkrəm(s) Allahın buyruqlarını qulaqardına vurmuşdur(nəuzu billah). Yəni ayeyi-şərifləri ilk təfsir edən Rəsuli-Əkrəm(s)dir ki. O da namazları birləşdirmişdir.
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#47
Отправлено 30 марта 2010 - 01:37
Sonda bir şey üzərində düşünməyinizi məsləhət görürəm. Əgər ayeyi-şəriflər ancaq 3 vaxtdan söhbət açmış olsaydılar onda deməli, Rəısuli-Əkrəm(s) Allahın buyruqlarını qulaqardına vurmuşdur(nəuzu billah). Yəni ayeyi-şərifləri ilk təfsir edən Rəsuli-Əkrəm(s)dir ki. O da namazları birləşdirmişdir.
Duzdur,bu ayelerin en duzgun tefsirini Hz.Resuli Ekrem bilib.Eger Hz.Peygamber namazi 3 vaxtda gilibsa,bes neye gore bizlere tovsiyye edirler ki,esr ve isha namazlarini vaxtinda gilmag mustehebdir?
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#48
Отправлено 30 марта 2010 - 07:44
"Vaxtında" dedikdə nəyi nəzərdə tutursan? Müştərək vaxtnan, müstəhəb vaxtı səhv salma.Sonda bir şey üzərində düşünməyinizi məsləhət görürəm. Əgər ayeyi-şəriflər ancaq 3 vaxtdan söhbət açmış olsaydılar onda deməli, Rəısuli-Əkrəm(s) Allahın buyruqlarını qulaqardına vurmuşdur(nəuzu billah). Yəni ayeyi-şərifləri ilk təfsir edən Rəsuli-Əkrəm(s)dir ki. O da namazları birləşdirmişdir.
Duzdur,bu ayelerin en duzgun tefsirini Hz.Resuli Ekrem bilib.Eger Hz.Peygamber namazi 3 vaxtda gilibsa,bes neye gore bizlere tovsiyye edirler ki,esr ve isha namazlarini vaxtinda gilmag mustehebdir?
Günün 5 vaxtında qılmaq müstəhəbatdır ki, Peyğəmbər (s) daima müstəhəbatnan məşğul olub. Amma, misal üçün, əsr namazını adı (giriş) vaxtı zöhrə təsadüf edir ki, dərhal zöhr namazından sonra qılınır. Peyğəmbər (s) zöhrdən dərhal sonra əsr namazını qılanda sözsüz ki vacibatı yerinə yetirmişdir və səhabələrin təəcüblənməsi isə onun bəzi hallarda müstəhəbatdan çəkinməsindən irəli gəlirdi. Biz də daim namazları müstəhəb vaxtlarında qılsaq və bəzi günlərdə adi vaxtında qılsaq, kənarkılar elə başa düşə bilərlər ki, səhv qıldıq, fəqət biz sadəcə müstəhəb bir əməli yerinə yetirmişik və vacibata riayət etmişik. Misal üçün, bir nəfər ömür boyu səcdəyə gedəndə bir 5 dəqiqə müstəhəb olaraq səcdədə qalarmış və kənardakılar buna öyrəşərmişlər. Bir gün o səcdəyə gedib, 10 saniyədən sonra qalxır. Cammat nə başa düşəcək? Təbii ki, bunun səbəbini soruşacaqlar, çünki gözlər artıq onun 5 dəqiqə müstəhəb səcdədə qalmağına öyrəşib.
Əgər vacibatdan əlavə müstəhəbə də riayət etmək istəyirsənsə, bu təbii ki yaxşıdır, fəqət namazları birləşdirmək vacibata riayət etməkdir, qəbahəti yoxdur və Peyğəmbər (s) və imamlarımızın (a) sünnətidir. Peyğəmbər (s) çox müstəhəblərə riayət edib. Gecə namazları (bu onun üçün vacib idi), müstəhəb oruclar, gündə 70 dəfə istiğfar, nafilələr və s. Bunların hamısı gözəldir, amma vacib deyil.
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
#49
Отправлено 30 марта 2010 - 17:37
Gardashım,onda elə cıxır ki,sübh,zöhr ve məgrib namazlarının müstəhəb vaxtları yoxdur,amma əsr və işa namazlarının var?Məntig görmürəm,cünki,vacib namazlarln müstəhəb vaxtları daxil olan vaxtlardır.Nece olur ki,bütün namazların müstəhəb vaxtları daxil olan vaxt olur, amma əsr və işa namazlarının müstəhəb vaxtı daxil olandan 2-3 saat kecdikdən sonra?Əgər Hz.Peyğəmbər müstəhəbatı yerinə yetirirdisə elə namaz vaxtı daxil olan kimi bunu etməli olardi,daha neye gore bir nece saat gozleyirdi?"Vaxtında" dedikdə nəyi nəzərdə tutursan? Müştərək vaxtnan, müstəhəb vaxtı səhv salma.
Günün 5 vaxtında qılmaq müstəhəbatdır ki, Peyğəmbər (s) daima müstəhəbatnan məşğul olub. Amma, misal üçün, əsr namazını adı (giriş) vaxtı zöhrə təsadüf edir ki, dərhal zöhr namazından sonra qılınır. Peyğəmbər (s) zöhrdən dərhal sonra əsr namazını qılanda sözsüz ki vacibatı yerinə yetirmişdir və səhabələrin təəcüblənməsi isə onun bəzi hallarda müstəhəbatdan çəkinməsindən irəli gəlirdi.
Mənim fikirlərimi gərəzli gəbul etməyin,mənim fikrim yalnız haggı araşdırmag və bəzi məsələlərə aydınlıg gətirməkdir.
Сообщение отредактировал Ehli beyt ashigi: 30 марта 2010 - 17:47
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#50
Отправлено 30 марта 2010 - 21:13
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
#51
Отправлено 30 марта 2010 - 22:21
Ehli beyt ashigi, bir-az diqqətli olsaydın nə demək istədiyimi anlayardın. Burda məgər başa düşməməli nə var? Zöhr namazının fəzilət, yanı müstəhəb, vaxti - giriş vaxtidir. Eləcə də məğrib namazının fəzilət vaxtı - giriş vaxtidir. Yani müstəhəb vaxtlarıynan, giriş vaxtları üst-üstədir, fəqət digər namazlarda belə deyil. Biz 3-cü (əsr) və 5-ci (işa) namazlarınıb müstəhəb vaxtlarını müzakirə edirik. Görək bu namazı (əsri) dərhal zöhrdən sonra və işanı dərhal məğribdən sonra qılmaq olar, ya yox. Sadəcə sənin nəyi başa düşmədiyini anlamıram.
Gardashim,men seni basha dushurem sen ne demek isteyirsen.Sen deyirsen ki,Subh,zohr ve megrib namazinin musteheb vaxtlari girish vaxtlaridir.Men ise demek isteyirem ki,butun vacib namazlarin musteheb vaxti girish vaxtidir.Zohrden sonra esri,megribden de sonra ishani gilmagi muctehidler deyirler ki,olar.Amma deyirler ki, mustehebdir ki,oz vaxtinda gilinsin.Demeli bele cixir ki,hele esrin vaxti daxil olmayib ki deyirler ki mustehebdir oz vaxtinda gilinsin.Hz.Peygamberede deyende ki,neye gore bele edib(yani bezen birleshdirib) O,demeyib ki,zohrden derhal sonra esrin vaxti daxil olur,deyib ki bunu ona gore bele edirem ki,ummetim ucun cetin olmasin.
Eger zohrden derhal sonra esrin vaxti daxil olsaydi,onda demeli gun erzinde zohrun vaxti 3 degige olur amma esrin vaxti 8 saat,axi hec cure agila sigmir.Ve yaxud bunlarin ikisininde birge olmagi da mumkun deyil,cunki gun erzinde her vaxtin oz adi var,subh,zohr,esr,megrib,isha ve heresininde arasinda bir nece saat ferg var.
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#52
Отправлено 31 марта 2010 - 18:55
Gardashim,men seni basha dushurem sen ne demek isteyirsen.Sen deyirsen ki,Subh,zohr ve megrib namazinin musteheb vaxtlari girish vaxtlaridir.Men ise demek isteyirem ki,butun vacib namazlarin musteheb vaxti girish vaxtidir.Zohrden sonra esri,megribden de sonra ishani gilmagi muctehidler deyirler ki,olar.Amma deyirler ki, mustehebdir ki,oz vaxtinda gilinsin.Demeli bele cixir ki,hele esrin vaxti daxil olmayib ki deyirler ki mustehebdir oz vaxtinda gilinsin.Hz.Peygamberede deyende ki,neye gore bele edib(yani bezen birleshdirib) O,demeyib ki,zohrden derhal sonra esrin vaxti daxil olur,deyib ki bunu ona gore bele edirem ki,ummetim ucun cetin olmasin.
Eger zohrden derhal sonra esrin vaxti daxil olsaydi,onda demeli gun erzinde zohrun vaxti 3 degige olur amma esrin vaxti 8 saat,axi hec cure agila sigmir.Ve yaxud bunlarin ikisininde birge olmagi da mumkun deyil,cunki gun erzinde her vaxtin oz adi var,subh,zohr,esr,megrib,isha ve heresininde arasinda bir nece saat ferg var.
Həmçinin deyirlər ki, əgər həmin namazları camaatla qılmağa imkan varsa fürəda və ayrı qılmaqdan daha fəzilətlidir.
Əgər demirdisə amma namazı qılırdısa, onda Peyğəmbər(s) həmin namazları vaxtından əvvəl qılmışdır ki, bu da həmin namazların batil olması deməkdir. Bu sözü demək daha doğrusu bu nisbəti Peyğəmbərə(s) vermək isə absurddur.
Hər gün sünnüləri görürəm. Peyğəmbəri(s) mən başa düşürəm. Qalıblar məscidlə ünvanlarının arasında. Yayda yenə namazların arasında fasilə var. Qışda məsciddən ünvana çatan kimi o biri namaz üçün məscidə qayıtmalı olursan. Peyğəmbər(s) də ümmətə çətin olmasın deyəndə bunu nəzərdə tuturdu.
Hər bir namazın 3 cür vaxtı vardır:
1. Xüsusi vaxt. Xüsusi vaxt o vaxta deyilir ki, həmin vaxtda yalnız həmin namazı qılmaq olar. Sübh, zöhr və şam namazlarında bu vaxt azandan sonra həmin namazları yerinə yetirməyə lazım olacaq vaxtdır. Əsr və xiftən namazlarında bu vaxt namaz qəzaya gedənədək namazı qılmağa yetəcək vaxtdır. Yəni insan əgər zöhr və əsr yaxud çam və xiftən namazlarını o vaxta kimi gecikdirir ki, qəzaya getməsinə yalnız bir namazı yerinə yetirməyə vaxt kəsiyi qalıb, həmin şəxs yalnız əsr və ya xiftən namazını qılmalıdır.
2. Fəzilətli vaxt. O vaxta deyilir ki, bu vaxt kəsiyində yalnız həmin namazları yetirdikdə daha çox savab verilir.
3. Ümumi vaxt. Ümumi vaxt o vaxtdır ki, həmin vaxtda bütün namazları qılmaq olar.
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#53
Отправлено 02 апреля 2010 - 16:36
Ehli beyt ashigi, bir-az diqqətli olsaydın nə demək istədiyimi anlayardın. Burda məgər başa düşməməli nə var? Zöhr namazının fəzilət, yanı müstəhəb, vaxti - giriş vaxtidir. Eləcə də məğrib namazının fəzilət vaxtı - giriş vaxtidir. Yani müstəhəb vaxtlarıynan, giriş vaxtları üst-üstədir, fəqət digər namazlarda belə deyil. Biz 3-cü (əsr) və 5-ci (işa) namazlarınıb müstəhəb vaxtlarını müzakirə edirik. Görək bu namazı (əsri) dərhal zöhrdən sonra və işanı dərhal məğribdən sonra qılmaq olar, ya yox. Sadəcə sənin nəyi başa düşmədiyini anlamıram.
Gardashim,men seni basha dushurem sen ne demek isteyirsen.Sen deyirsen ki,Subh,zohr ve megrib namazinin musteheb vaxtlari girish vaxtlaridir.Men ise demek isteyirem ki,butun vacib namazlarin musteheb vaxti girish vaxtidir.Zohrden sonra esri,megribden de sonra ishani gilmagi muctehidler deyirler ki,olar.Amma deyirler ki, mustehebdir ki,oz vaxtinda gilinsin.Demeli bele cixir ki,hele esrin vaxti daxil olmayib ki deyirler ki mustehebdir oz vaxtinda gilinsin.Hz.Peygamberede deyende ki,neye gore bele edib(yani bezen birleshdirib) O,demeyib ki,zohrden derhal sonra esrin vaxti daxil olur,deyib ki bunu ona gore bele edirem ki,ummetim ucun cetin olmasin.
Eger zohrden derhal sonra esrin vaxti daxil olsaydi,onda demeli gun erzinde zohrun vaxti 3 degige olur amma esrin vaxti 8 saat,axi hec cure agila sigmir.Ve yaxud bunlarin ikisininde birge olmagi da mumkun deyil,cunki gun erzinde her vaxtin oz adi var,subh,zohr,esr,megrib,isha ve heresininde arasinda bir nece saat ferg var.
Qardaş, sübh namazının bütün vaxtı onun fəzilət vaxtı deyil: Sübh azanından hava işıqlananadəkdir. Halbuki, onun əda vaxtı gün çıxanadəkdir.
Əgər Həzrət Peyğəmbər (s) əsri zöhrdən dərhal sonra qılıbsa bu artıq həmin namazın vaxtının daxil olmasına işarədir. Siz sübh namazını nə qədər zərurət olsa belə vaxtından əvvəl qıla bilərsiniz? Xeyr, çünki batildir, qəza etmək daha üstündür. O halda necə ola bilər ki, Allahın rəsulu (s) namazı vaxtından əvvəl qılıb batil eləsin?!
Həmçinin onlarla hədis buna sübutdur axı?! Axı mən yuxarıda da hədis göstərdim, yenə də göstərim:
İmam Rzadan (ə) nəql olunan hədisdə isə deyilir: “Əgər günəş zəvaldan adlasa artıq iki namazın (zöhr və əsr) vaxtı daxil olmuşdur” (“Vəsailüş-şiə”, cild 5, səhifə 146).
“Günəş batdısa məğrib namazının vaxtı girir və bir insanın üç rəkətlik namaz qılması qədərinədək davam edir. Bu qədər vaxt keçəndən sonra məğrib və işa namazlarının müştərək vaxtı başlayır və gecə yarısına bir insanın dörd rəkətli namaz qılması qədər qalanadək davam edir. Bu qədər vaxt qalanda məğrib namazının vaxtı bitir və gecə yarısınadək ancaq işa namazının vaxtı qalır” (“əl-Vəsail”, cild 3, səhifə 134).
“Müsnədi Əhməd”in 2156-ci hədisində Abdullah ibn Şəqiq deyir ki, “Bir gün İbn Abbas əsr namazından sonra sözünü uzatdı və günəş batıb ulduzlar görünməyə başlayanda insanlar (digər rəvayətdə Bəni Təmim qəbiləsindən bir şəxs) ona “Namaz, namaz” deyə çar çəkdi. İbn Abbas bunu görüb hirsləndi və “Mənə sünnətimi öyrədəcəksən? Mən Peyğəmbərin (s) zöhrlə əsr və məğriblə işa namazlarını birlikdə qıldığını gördüm”.
Сообщение отредактировал al-Islam: 02 апреля 2010 - 16:41
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#54
Отправлено 09 мая 2013 - 20:43
#55
Отправлено 10 мая 2013 - 09:09
buda bu
Gündəlik vacibi namazlar neçə vaxtda qılınmalıdır?
Namazlarin ardicil qilinmasi
Sən hələmdə Abu Zeyd`ə (Şahinə) qulaq asırsansa... Nəysə, bala...
#56
Отправлено 10 мая 2013 - 16:06
Heç görəsən Əbu Zeydin dinində sübhü zöhrə birləşdirib qılmaq olar? Məsələn, müharibə şəraitində?
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#57
Отправлено 10 мая 2013 - 16:18
Qulaq asmaq qəbahətdir?... Ssılkaya görə təşəkkür edirəm, Elnur bala.Gündəlik vacibi namazlar neçə vaxtda qılınmalıdır?
Namazlarin ardicil qilinmasi
Sən hələmdə Abu Zeyd`ə (Şahinə) qulaq asırsansa... Nəysə, bala...
#58
Отправлено 10 мая 2013 - 16:23
Qulaq asmaq qəbahətdir?... Ssılkaya görə təşəkkür edirəm, Elnur bala.
Allah eləməsin, lakin bəzi məsələlərdə Cavid qardaş onun elə payını veribki...(мама не горюй) />
Allah razı olsun.
#59
Отправлено 10 мая 2013 - 16:29
Bu Abu Zeydin ştab-kvartirası harda yerləşir7Allah eləməsin, lakin bəzi məsələlərdə Cavid qardaş onun elə payını veribki...(мама не горюй) />/>
Allah razı olsun.
#60
Отправлено 21 мая 2013 - 14:27
Salam qardas . o videoya qulaq asdinsa Abu zeyd hedisdeki"Peygember bu isi ummete asanliq olsun deye etdi" sozunu delil kimi getirir .demek isteyir ki orda ummete cetinlik oldugu ucun Peygember (s)namazlari birlesdirdi .Fiqhi məsələlər arasında bəlkə deyərdim ki, "namazların cəm edilməsi" qədər sünnilərin və sair bidət əhlinin aciz qaldığı ikinci bir məsələ yoxdur. Mən Əbu Zeyddən bundan artığını da gözləmirdim. Çünki onun böyükləri bu məsələdə diz üstə qalıblarsa, o neyniyə bilər? Hər halda Əbu Zeyd də sələfləri kimi Peyğəmbərə (s) böhtan atmaqla öz əqidəsinin xilasına çalışır. 1cə sual verən yoxdu ki, ay vəhhabi demək istəyirsən ki, Allahın elçisi (s) ömründə 1 dəfə olsa belə (!) namazı vaxtı girməmiş qılıb? Əgər vaxtı girməmişdisə necə Rəsul (s) zöhrün ardınca əsri və məğribin ardınca işanı qıldı? Vaxtından əvvəl namaz qılmaq mümkündürmü? Axı bütün İslam aləmi deyir ki, namazı vaxtı girməmiş qılmaq batildi.
Heç görəsən Əbu Zeydin dinində sübhü zöhrə birləşdirib qılmaq olar? Məsələn, müharibə şəraitində?
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей