Перейти к содержимому


Фотография

Təhrif olunmuş hədislər


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 01 февраля 2010 - 13:50

Buyurun qardaşlar təhrif olunmuş hədislərdən yazaq görək həqiqət necədir.

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#2 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 01 февраля 2010 - 13:51

Əbu Səid əl-Xudru (Allah ondan razı olsun!) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanlara xütbə verərkən dedi: "Allah bir bəndəyə ya dünyanı ya da Onun nəzdində olanı seçməkdə ixtiyar etmişdir. O bəndə Allahın nəzdində olanları ixtiyar etdi". Bu zaman Əbu Bəkr ağlamağa başladı. Biz isə onun ağlamasından təəcübləndik. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir bəndənin ixtiyar etməsindən danışır. Və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ixtiyar edən idi, Əbu Bəkr isə bizim elmlimiz idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Mənim dostluğunda və malında ən arxayın olduğum adam Əbu Bəkrdir. Əgər mən özümə Allahdan başqasını xəlil seçəsi olsaydım Əbu Bəkri seçərdim. Lakin bu sadəcə İslam qardaşlığı və nəvazişidir. Məsciddə olan bütün qapılar bağlansın yalnız Əbu Bəkrin qapısı açıq qalsın"(Buxari: Kitab Fədailus Səhabə, Bab: Qavlun Nəbiyy Səddu əl-Əbvab, № 3654)

Bu hədis yalan deyilmi?

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#3 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 01 февраля 2010 - 14:00

"إِنِّي تَارك فِيكم الثقلين: كتاب الله و عترتي أهل بيتي"

“Mən sizin üçün iki şey qoyub gedirəm. Biri Allah kitabı və digəri isə mənim yaxın qohumlarımdan (itrətim) olan ailəm və Əhli Beytimdir”.

Şeyx Abdullah Əl Əziz bin Baz hicri şəmsi tarixinin 1364-cü ilində kiçik kitabçada keçirilən aksiyaların bidət olduğunu söyləyib, Fələstin və Livan kimi xalqların təriflənməsi, Amerika və İsrail kimi ölkələrin məzəmmət olunmasının günah olduğunu demişdir. Bu kitabçanın 8-ci səhifəsində yuxarıdakı hədisi belə nəql etmişdir:

"إِنَّهُ (ص) خَطَبَ النَّاس يَوْمَ عَرَفَة‘ فَقَال: إنِّى تارك فيكم ما لَنْ تَضِلُّوا إِنْ اعْتَصَمْتُمْ بِهِ كتابَ الله و سُنَّتِي"

“Peyğəmbər (s) Ərəfə günü camaata xitab edərək dedi: Mən sizin üçün bir yadigar qoyuram ki, ona arxalansanız heç vaxt yolunuzu azmazsınız: Allah kitabı və öz ailəm (itrətim)”.

“Fəthul Məcid” kitabında bu məzmunda hədis belə nəql olunur:

"إِنَّي تارك فيكم ما إِنْ تمسّكتُم بِهِ لَنْ تَضِلُّوا كتاب الله"

“Bir məsləyin davamçıları olan, “Fəthul Məcid” və Abdullah bin Bazın nəql etdikləri arasındakı təhrifin fərqini açıq-aşkar müşahidə edirik. Onların nəql etdikləri rəvayətlərdən birində “Allah kitabı və sünnəm”, digərində isə “Allah kitabı” zikr olunmuşdur. Əhl sünnə mənbələri və sənədlərinə əsasən, hər iki rəvayəti təhrif olunmuşdur. Çünki, Sünnə əhlinin kitablarında “Allah kitabı və Əhl Beyt” kimi nəql olunmuşdur. Ancaq vahabilər bu mötəbər rəvayətdə - Peyğəmbər ailəsinə diqqəti cəlb edib şiəni təsdiqlədiyinə görə - hədisdə dəyişikliklər aparmışlar. Həmən rəvayət isə “Səhih Muslim”də belə nəql olunur:

"إِنَّهُ (ص) قال: أَلا أَيُّهَا النَّاسُ يُوشكُ أنْ يَأْتِي رَسُولُ رَبِّي فَأجِيبُ وَ أَنَا تَاركٌ فِيكُمْ الثَّقَلَيْنِ: أوَّلُهُمَا كِتَابَ الله. فيه الهدى والنّور فَخُذوا بكتابِ اللهِ واستَمْسِكُوا بِهِ فَحثَّ عَلَى كتابِ اللهِ وَ رَغَّبَ فِيه. ثُمَّ قال: وأهلُ بَيْتِي أُذَكِّرْكُمُ لله في أهل بيتي

“Musnəd Əhməd” (səh. 17 və 59), “Səvaiqu ibn Həcər” (səh. 136) və Sünnü qardaşların digər kitablarında buna oxşar rəvayətlərdə “Əhl beyt” qeydi ilə təkrar olunmuşdur. Amma “Məscidun Nəbi” kitabxanası və Məkkədə çap olunmuş “Fəthul Məcid”, Abdullah bin Bazın kitabçalarında qüsur, nöqsan, dəyişilmə və təhriflər mövcuddur. Bu, təhrif olunmamış məşhur və mütəvatir hədislərin bir nümunəsidir.

Сообщение отредактировал Farisi: 01 февраля 2010 - 14:01

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#4 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 27 февраля 2010 - 19:37

En geribasida budur ki salafiler bazan oz hadislerini gabul etmirler

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549





Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru