Перейти к содержимому


Фотография

Ölüm hökmü


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 28

#1 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 10 февраля 2010 - 11:45

Necə fikirləşirsiz, ölüm hökmü ölkədə olan hansısa cinayətlərin qarşısını ala bilərmi?
Ölüm hökmü bizim ölkədə ləğv edilib, amma bəzi ölkələrdə var. Sizcə bizim ölkədə yenidən tətbiqi zəruridirmi?

Islamda hansı hallarda və ya hansı cinayətləri işlədənlər ölüm hökmünə məhkum edilir?

Сообщение отредактировал fidan: 10 февраля 2010 - 12:11

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#2 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 10 февраля 2010 - 11:52

Не надо казнить. Нужно сразу после 100% доказательства вины отдавать в руки близких жертвы. Пусть делают с ним\ней что хотят.

Это похуже будет..

А если серьезно: АЛЛАХ уже наказал, чего же больше..

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#3 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 10 февраля 2010 - 12:24

Necə fikirləşirsiz, ölüm hökmü ölkədə olan hansısa cinayətlərin qarşısını ala bilərmi?
Ölüm hökmü bizim ölkədə ləğv edilib, amma bəzi ölkələrdə var. Sizcə bizim ölkədə yenidən tətbiqi zəruridirmi?

Islamda hansı hallarda və ya hansı cinayətləri işlədənlər ölüm hökmünə məhkum edilir?


Əlbəttə ala bilir! Bu və ya digər cinayəti törətmək istəyən şəxs fikirləşir ki, qarşıda ölüm cəzası da var. Amma sadəcə həbs olunacağını fikirləşdikdə istənilən cinayəti törədir.

İslamda siyasi və ictimai fəsada səbəb olan ağır cinayətlər ölümlə cəzalandırılır.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#4 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 10 февраля 2010 - 15:42

Ölüm hökmü İslamda var və bu Allahın əmridir. Mənim səlahiyyətim yoxdu ki, buna etiraz bildirim.
Amma onu deyim ki, Azərbaycanda (dünyəvi dövlət kimi) ölüm hökmünün ləğvi yaxşıdır. Onsuz da məhkəmə sistemi işləmir. Təsəvvür eliyin, kimin kimdən xoşu gəlmədi-məhkəmədə adamı ya pulu varsa nə gəldi boynuna qoyacaq, ölüm hökmü çıxartdıracaq. Lazım deyil, qoy oturmuşuq :scenic:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#5 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 10 февраля 2010 - 16:47

Şəriətlə idarə edilən ölkələrdə dinin dəyişən insanlara, yəni islamdan başqa bir dinə keçən insanlara ölüm hökmü varmı?
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#6 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 10 февраля 2010 - 17:25

Necə fikirləşirsiz, ölüm hökmü ölkədə olan hansısa cinayətlərin qarşısını ala bilərmi?
Ölüm hökmü bizim ölkədə ləğv edilib, amma bəzi ölkələrdə var. Sizcə bizim ölkədə yenidən tətbiqi zəruridirmi?

Islamda hansı hallarda və ya hansı cinayətləri işlədənlər ölüm hökmünə məhkum edilir?


Cinayətkara cəza verilməlidi. Çünki cəza verilməyəndə, 2ci cinayətə yol açılır. Cinayəti törədəndə, hər halda, Allah qorxusu yoxdur, ya da çox aşağıdır. Axirəti düşünmür, heç olmazsa, dünyada alacağı cəzanı düşünüb, bəlkə, çəkinər.
Əgər biri islami hökmlərlə ölüm cəzasına layiq görülübsə, həmin cinayətkarın öldürülməsi cəmiyyətin təhlükəsizliyi üçün lazımdır. Bir də başqalarının dərs alması üçün. Hökm ədalətli ola...

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#7 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 10 февраля 2010 - 18:16

MƏNİM FİKRİMCƏ MİNALANMİŞ COLƏ BURAXMAQ LAZİMDİ,CİXDİ,YAŞAYACAQ,CİXMADİ CİXMADİ DAAA!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#8 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 10 февраля 2010 - 20:25

Hacı Şahin Həsənli: “Praktika sübut edir ki, bir çox hallarda ölüm cəzasının ləğvi fəsadların, qəddarlığın, əxlaqsızlığın artmasına, sərt cəza hökmləri isə bütövlükdə cəmiyyətin xeyrinə səbəb olur”
Hacı Şahin Həsənli: “Praktika sübut edir ki, bir çox hallarda ölüm cəzasının ləğvi fəsadların, qəddarlığın, əxlaqsızlığın artmasına, sərt cəza hökmləri isə bütövlükdə cəmiyyətin xeyrinə səbəb olur”

“İslam ölüm hökmünün tətbiqini mütləq mənada məqsədəuyğun hesab etməsə də, bəzi hallarda insanların xilası üçün bunu vacib bilir”

10 il əvvəl Rusiyada ləğv edilən ölüm hökmü 2010-cu il yanvarın 1-dən etibarən yenidən tətbiq ediləcək. Ölüm cəzasının ləğvinin ölkədə ağır cinayətlərin sayını artırdığını bildirən Rusiya rəhbərliyi hesab edir ki, bununla həmin cinayətləri azaltmaq mümkün olacaqdır. Bəzi ölkə rəsmiləri hətta “ağ ölüm” yayanları “kütləvi qətl törədənlər” kimi qiymətləndirərək, narkotik maddələrin satışı, istehsalı və trafikinə görə cəzanın sərtləşdirilməsini tələb ediblər. Rusiya ictimaiyyəti də uşaqlara qarşı cinayət törədənlərə və narkomafiyaya qarşı ölüm hökmünün tətbiqinə tərəfdardır.

Qeyd edək ki, başda ABŞ olmaqla, dünyanın bir çox müsəlman və qeyri-müsəlman dövlətlərində ölüm cəzası qüvvədə qalmaqdadır. Əksər amerikalılar da ölüm hökmünü dəstəkləyir. Bu nəticə Qellupun (Gallup) keçirdiyi növbəti sorğulardan əldə edilib. Həmin sorğuda iştirak edən və yaşı 18-dən yuxarı olan minlərlə amerikalının 64%-i hesab edir ki, xüsusi amansızlıqla qətl törədənlər ölüm hökmü ilə cəzalanmalıdırlar. Ümumiyyətlə, dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlərə, qəsdən adam öldürməyə, casusluğa, vətənə xəyanətə, narkoticarətə və sairəyə görə tətbiq edilir. Bəzi müsəlman ölkələrində müəyyən əxlaqsız hərəkətlərə yol verənlər də edam olunur.

Azərbaycana gəlincə, ölkəmizdə ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. Belə ki, Azərbaycan Avropa Şurasına (AŞ) üzv olandan sonra üzərinə götürdüyü öhdəliklərə görə bu cəza mexanizmini ömürlük həbs cəzası ilə əvəzlədi. Hərçənd qeyd etdiyimiz kimi, bir çox dövlətlərdə ölüm cəzası qüvvədə qalır və bu ölkələrin bəziləri AŞ-nın tamhüquqlu üzvləridir. O vaxt ölüm hökmü ləğv ediləndə ölkə rəhbərliyi xalqı əmin etdi ki, bu “humanistlik siyasəti” Azərbaycanda cinayət hadisələrini öz-özlüyündə azaldacaq. Amma təəssüf ki, deyilən humanistlik ölkədə böyük fəsadlara yol açdı. Ölüm cəzasının ləğvindən sonra Azərbaycanda da ağır, xüsusi qəddarlıqla həyata keçirilən cinayət hadisələrinin, bilərəkdən insan həyatına son verənlərin, cəmiyyəti zəhərləyən narkoticarətçilərin, namusa təcavüz edənlərin, insan alverçilərinin sayı getdikcə artmağa başladı. Bu cinayətləri törədənlər bağışlanmaz və mütləq ölmə məhkum olduqları halda, onlara ya 10-15 il, ya da ömürlük həbs cəzası kəsilir. Ən dəhşətlisi isə qəddar canilərin bir çoxunun müəyyən vaxtdan sonra əfv, yaxud amnistiya vasitəsilə azadlığa çıxıb yenidən cinayətkar əməllərini həyata keçirmələridir. Bu baxımdan əslində ölüm hökmü yox, onun ləğvi humanizmdən uzaqdır. Bəs, bu barədə İslam və ondan qaynaqlanan şəriət hökmləri nə deyir? Məsələyə ilahiyyatçı alim Hacı Şahin Həsənlinin nəzərləri ilə aydınlıq gətirməyə çalışmışıq.

Ş.Həsənli istənilən cəmiyyətdə cinayətkarlığın qarşısının cəza və eyni zamanda mənəvi-əxlaqi dəyərlərin təbliği vasitəsi ilə alındığını söylədi. Onun fikrincə, İslam dini cinayətkarların daha çox islahat və nəsihət yolu ilə islah olunmasını məsləhət görür: “Heç şübhəsiz cinayətkarlığın, mənəvi-əxlaqi aşınmanın qarşısını almaq üçün ilk növbədə cəmiyyətdə həmin dəyərlərin bərqərar olmasına ehtiyac var. Məhz bu amil insanların islah olunması üçün ən təsirli vasitədir. Amma İmam Əli (ə) buyurur ki, nəsihətlə islah olunmayan insanı sərt cəzalar islah edə bilər. Çünki burda artıq söhbət bir insandan yox, bütün cəmiyyətin taleyindən gedir. Əxlaqsızlıqla, mənəviyyatsızlıqla məşğul olan insanlar cəmiyyətin tədricən xəstələnməsinə, cinayətkarlıq girdabına yuvarlanmasına səbəb olurlar”.

İlahiyyatçı düşünür ki, hansısa insanın əməli qatı cinayətlərə, mənəvi aşınmaya yol açırsa, o zaman daha sərt cəza tətbiq edilməlidir: “Əlbəttə, cəzanın necəliyi barədə müasir dünyada fikir müxtəlifliyi var. Və bir çox ölkələrdə, xüsusən də Avropa dövlətlərində ölüm hökmü tamamilə ləğv olunub. Avropa məkanına inteqrasiya yolu tutan ölkələr qarşısında da bu bir şərt kimi qoyulub. Azərbaycan da məhz bu səbəbdən ölüm hökmünü ləğv edən ölkələr sırasındadır. Lakin təcrübə göstərir ki, ayrı-ayrı şəxslərə humanist yanaşmaq bəzən qəddarlığın, əxlaqsızlığın artmasına, sərt cəza hökmləri isə bütövlükdə cəmiyyətin xeyrinə olur. Yəni bunu eyni ilə insan bədənində aparılan cərrahiyyə əməliyyatına bənzədirlər. Bəzən insanın hansısa orqanında çürümə baş verirsə, artıq onun müalicəsinə ümid qalmırsa, o zaman bütün bədənin xilası üçün həmin orqan kəsilib atılır. Ölüm hökmü də buna bənzəyir ki, İslam müəyyən hallarda bu cəzaya əl atılmasını məqbul hesab edir”.

Qurani-Kərimdə də bu hökmün təsbit olunduğunu vurğulayan Ş.Həsənli bunları dedi: “Bəziləri deyir ki, insana ömrü Allah verib və Allah da kimin ömrünü nə zaman alacağını bilir. Ancaq Yaradan canı veribsə, bəzi hallarda hökmün də insanlar vasitəsi ilə icra olunmasını qəbul edir. Və bunu bütövlükdə cəmiyyətə qarşı humanist addım kimi qəbul etmək lazımdır. Yəni insanların xilası üçün bəzi hallarda belə kəskin tədbirlərə əl atılmasına İslam da icazə verir. Həmçinin praktika da sübut edir ki, bir çox hallarda ölüm cəzasının ləğvi cəmiyyətdə fəsadların, daha ağır cinayətlərin artmasına səbəb olur”.

Bununla belə, müsahibimiz İslamın ölüm hökmünün tətbiq olunmasını mütləq mənada məqsədəuyğun hesab etmədiyini xatırlatdı: “Yəni elə başa düşülməməlidir ki, dinimiz cinayət törətmiş insanların öldürülməsini dəstəkləyir. Amma qeyd etdiyim kimi bəzi hallarda bunu vacib bilir. Və bu, İslam dini tərəfindən bütövlükdə insanların islahı üçün atılmış humanist addımdır”.

Hacı Şahin müharibə şəraitində olan Azərbaycanda belə bir hökmün tətbiq olunmamasının daha ağır cinayətlərə, vətənə xəyanətə asanlıqla rəvac verə biləcəyini ifadə etdi: “Ölkəmizdə ölüm cəzasının həyata keçirilməsi effektiv vasitə kimi qəbul oluna bilər. Lakin əfsuslar olsun ki, qanunvericiliyimizdə həmin cəza növü nəzərdə tutulmur. Və düşünmürəm ki, AŞ qarşısında öhdəlik götürən Azərbaycan asanlıqla bu hökmü yenidən bərpa etsin. Amma bütün hallarda Azərbaycan müsəlman dövlətidir və İslam ənənələrinə sədaqətini yalnız məscidləri, ibadətgahları təmir etməklə deyil, eyni zamanda hüquqi, əxlaqi məsələlərdə dini mənsubiyyətini təsdiq etməlidir”.

Cəvahir


Faktxeber.com


#9 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 10 февраля 2010 - 21:31

MƏNİM FİKRİMCƏ MİNALANMİŞ COLƏ BURAXMAQ LAZİMDİ,CİXDİ,YAŞAYACAQ,CİXMADİ CİXMADİ DAAA!

Ay maşAllah, öpdüüüm :rolleyes:
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#10 Fatime-Zahra

Fatime-Zahra

    Mulazzim – lieutenant

  • Murid
  • 343 сообщений

Отправлено 10 февраля 2010 - 23:09

Человек создан так, что обязательно подчиняется чему-то. И по-моему, в государстве должен быть этот закон. Даже, в школах должна быть серьезная мера наказания. Вот представьте, насильник детей, и ему дают пожизненную. Для чего? Его надо, просто четвертовать на глазах у других, чтоб другим был пример и урок. Я за того, чтоб смертная казнь существовала.
ДА БЛАГОСЛОВИТ АЛЛАХ ПРОРОКА И ЕГО СЕМЬЮ !

#11 indulqentsiya

indulqentsiya

    Mulazzim – lieutenant

  • Murid
  • 403 сообщений

Отправлено 12 февраля 2010 - 17:24

MƏNİM FİKRİMCƏ MİNALANMİŞ COLƏ BURAXMAQ LAZİMDİ,CİXDİ,YAŞAYACAQ,CİXMADİ CİXMADİ DAAA!

Ay maşAllah, öpdüüüm :rolleyes:


олмаз ай брат.бунунчюн Гуран вар шюкюр Аллаха.Гурана бах ,хёмк еля.
Huseyni,Kerbelani ve Ashurani derk etmek ucun,en azi,gerek doqulduqun etek Peygember balasinin qatillerinin doqulduqlari etekden ferqlensin.
قال رسول اللّه (ص): ان الحسين مصباح الهدى و سفينة النجاة
-------------------------------------------------
"Ey Kitab Ehli! Niye haqqı batılla qarıştırır ve bile bile gerçeyi gizlidirsiniz?" (Âl-i İmrân, 3/71),...........
<Bu kishi sayiqlayir....ALLAHIN KITABI BIZE BES EDER>............
---------------------------------------------------

#12 indulqentsiya

indulqentsiya

    Mulazzim – lieutenant

  • Murid
  • 403 сообщений

Отправлено 12 февраля 2010 - 17:25

Şəriətlə idarə edilən ölkələrdə dinin dəyişən insanlara, yəni islamdan başqa bir dinə keçən insanlara ölüm hökmü varmı?

бахыр ёлкяйядя гардашым)
Huseyni,Kerbelani ve Ashurani derk etmek ucun,en azi,gerek doqulduqun etek Peygember balasinin qatillerinin doqulduqlari etekden ferqlensin.
قال رسول اللّه (ص): ان الحسين مصباح الهدى و سفينة النجاة
-------------------------------------------------
"Ey Kitab Ehli! Niye haqqı batılla qarıştırır ve bile bile gerçeyi gizlidirsiniz?" (Âl-i İmrân, 3/71),...........
<Bu kishi sayiqlayir....ALLAHIN KITABI BIZE BES EDER>............
---------------------------------------------------

#13 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 12 февраля 2010 - 17:53

Şəriətlə idarə edilən ölkələrdə dinin dəyişən insanlara, yəni islamdan başqa bir dinə keçən insanlara ölüm hökmü varmı?

бахыр ёлкяйядя гардашым)




offtop da olsa yazajam)))

ay qardaş, fidan nikində qardaş heç eşitmisiz?
Mənə çox "qardaş" deyilib, amma bunu başa düşmək olur. Amma fidan qardaaaaaaaaaaaşş.... bəlkə var???? :rolleyes:

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#14 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 февраля 2010 - 15:14

Şəriətlə idarə edilən ölkələrdə dinin dəyişən insanlara, yəni islamdan başqa bir dinə keçən insanlara ölüm hökmü varmı?

бахыр ёлкяйядя гардашым)


offtop da olsa yazajam)))

ay qardaş, fidan nikində qardaş heç eşitmisiz?
Mənə çox "qardaş" deyilib, amma bunu başa düşmək olur. Amma fidan qardaaaaaaaaaaaşş.... bəlkə var???? :tommy:

indi var)))


İran parlamenti dinini dəyişən müsəlmanların ölüm hökmünə məhkum edilməsi barədə qanun qəbul edib
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#15 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 19 февраля 2010 - 01:22

Olmalıdır və bəzən də zəruridir. Elə insanlar var ki, onlar yaşamağa layiq deyillər. Zorakarlar, açıq-aydın livat edənlər və s. Allah Təala belələrinin başına tarixi boyu daş yağdırıb.
Misal üçün, zorakılığın cəzası İslamda ölüm hökmündədir. Həmçinin livat edənlərin (həmcinsbazların). Birdə, burda mürtədlər barədə soruşuldu. Mürtəd iki növ olur: Mürtədi-fitri və mürtədi-milli. Hansı birini nəzərdə tutursunuz?Mürtədi-milliyə dərhal rəcm hökmü çıxartmırlar və tövbə etməyə müəyyən vaxt verirlər (fiqhi kitablarda bu vaxt 3 gün kimi qeyd olunub).

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#16 Coldunya

Coldunya

    Mulazzim – lieutenant

  • Murid
  • 337 сообщений

Отправлено 19 февраля 2010 - 13:15

iranda gunde neche dene adami camaatin gozunun qabaginda asirlar meger bu duzgundur? indi kimse prezidentin siyasetiyle razilashmir islam adiyla sheriet hokmuyle camaati edam etmek ne qeder duzgundur? axirda ele edecekler ki vaxtiyken milletin eliyle olan inqilab neticesinde qurulan hakimiyyeti ele milletin eli ile de devirecekler.
Хорошо быть черепахой – всю жизнь тащишься.

#17 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 19 февраля 2010 - 15:57

iranda gunde neche dene adami camaatin gozunun qabaginda asirlar meger bu duzgundur? indi kimse prezidentin siyasetiyle razilashmir islam adiyla sheriet hokmuyle camaati edam etmek ne qeder duzgundur? axirda ele edecekler ki vaxtiyken milletin eliyle olan inqilab neticesinde qurulan hakimiyyeti ele milletin eli ile de devirecekler.

Yəqin bunlar ölkədə fitnə-fəsad törədənlərdir. Bir-ikisini cəzalandırmasalar axırı pis olar.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#18 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 21 февраля 2010 - 00:27

Necə fikirləşirsiz, ölüm hökmü ölkədə olan hansısa cinayətlərin qarşısını ala bilərmi?

Narkotikadan istiafdə edən insanlar sagalmaz bəlaya düçar olurlar və cəmiyyətdə onların varlıgı neqativ hallara gətirib çıxarır..
Bu cür insanalrı cəmiyyətdən neytrallaşdırmaq üçün ən münasib vasitə..... ölüm hökmdür.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#19 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 21 февраля 2010 - 01:59

Necə fikirləşirsiz, ölüm hökmü ölkədə olan hansısa cinayətlərin qarşısını ala bilərmi?

Narkotikadan istiafdə edən insanlar sagalmaz bəlaya düçar olurlar və cəmiyyətdə onların varlıgı neqativ hallara gətirib çıxarır..
Bu cür insanalrı cəmiyyətdən neytrallaşdırmaq üçün ən münasib vasitə..... ölüm hökmdür.

Amma belənçinə bir şey də vardaa, biz ona axı o həyatı verməmişik ki. biz də alağ...Görən müjtəhidlərin fikri bu məsələdə necədi?
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#20 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 21 февраля 2010 - 02:09

Necə fikirləşirsiz, ölüm hökmü ölkədə olan hansısa cinayətlərin qarşısını ala bilərmi?

Narkotikadan istiafdə edən insanlar sagalmaz bəlaya düçar olurlar və cəmiyyətdə onların varlıgı neqativ hallara gətirib çıxarır..
Bu cür insanalrı cəmiyyətdən neytrallaşdırmaq üçün ən münasib vasitə..... ölüm hökmdür.

Amma belənçinə bir şey də vardaa, biz ona axı o həyatı verməmişik ki. biz də alağ...Görən müjtəhidlərin fikri bu məsələdə necədi?

Səhv fikirdi. Misal üçün, müharibə zamanı özünü müdafiə etmək üçün bu " biz ona axı o həyatı verməmişik ki. biz də alağ" prinsipi yarıyarmı? Bir nəfər digər bir insanı öldürmək, haqqını taptalamaq istəyəndə həmin prinsip yarıyarmı? Təbii ki, yox. Ölüm hökmü nəinki bir, bir çox cəmiyyətləri haqq taptalayanlardan və fitnəkarlardan qoruyur.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#21 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 21 февраля 2010 - 07:41

Narkotikadan istiafdə edən insanlar sagalmaz bəlaya düçar olurlar və cəmiyyətdə onların varlıgı neqativ hallara gətirib çıxarır..
Bu cür insanalrı cəmiyyətdən neytrallaşdırmaq üçün ən münasib vasitə..... ölüm hökmdür.


Istifade edenleri demezdim,onu satnlari 100% , neinki oldurmek derilerini de soymag olar.Iranin ozunde norkamanlara muxtelif dozalarda narkotik madde verirler ki,eziyyet cekmesinler,cur be cur xestelikler tapmasinlar ve cinayetler toretmesinler.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#22 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 21 февраля 2010 - 16:39

İrandakı narkotik və ölüm cəzası haqqında bunları deyə bilərəm:
İstifadə edənlər...
İranda narkotik aludəçilərinə xəstə insan kimi baxılır. Onları müalicə kurslarına dəvət edir və anonimlik qorunmaqla, onların müalicəsi aparılır. Onlar üçün müəyyən məkanlarda narkotik vasitələri tərgitmək üçün müxtəlif dərslər təşkil olunur. Bunlardan əlavə dövlət onları 1 qram əlavə narkotikə görə tutmur. Polis kiminsə cibinə narkotika atmır. Və s.
Amma satanlar...
Satanlar və istehsal edənlər üçün sərt cəzalar var. Məsələn 30 qramdan artıq heroinlə tutulan şəxsin cəzası ölümdür. Buna da səbəb kimi bu göstərilir ki, narkotik satanlar insanları tədrici olaraq öldürürlər.

Hər halda, İranda da qaçaqmalçılıq geniş vüsət alıb və heç kəs bu haqda dövlət qurumlarını xəbərdar etmir. Malın ucuz başa gəlməsi də buna səbəb yaradan amillərdəndir.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#23 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 21 февраля 2010 - 20:14

Casusların da hökmü ölümdür.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#24 indulqentsiya

indulqentsiya

    Mulazzim – lieutenant

  • Murid
  • 403 сообщений

Отправлено 22 февраля 2010 - 12:44

Şəriətlə idarə edilən ölkələrdə dinin dəyişən insanlara, yəni islamdan başqa bir dinə keçən insanlara ölüm hökmü varmı?

бахыр ёлкяйядя гардашым)




offtop da olsa yazajam)))

ay qardaş, fidan nikində qardaş heç eşitmisiz?
Mənə çox "qardaş" deyilib, amma bunu başa düşmək olur. Amma fidan qardaaaaaaaaaaaşş.... bəlkə var???? :flowers1:



halaldi sene..necede diqqetli ve ureyisaf bir insansan.indi neyneyek ki men senin kimi diqqetli deyilem?Yeqin ki Allah kecer gunahimnan,inshallah
senin de mene mesxere elemeyivi Allah kecer sene).....inshallah
Huseyni,Kerbelani ve Ashurani derk etmek ucun,en azi,gerek doqulduqun etek Peygember balasinin qatillerinin doqulduqlari etekden ferqlensin.
قال رسول اللّه (ص): ان الحسين مصباح الهدى و سفينة النجاة
-------------------------------------------------
"Ey Kitab Ehli! Niye haqqı batılla qarıştırır ve bile bile gerçeyi gizlidirsiniz?" (Âl-i İmrân, 3/71),...........
<Bu kishi sayiqlayir....ALLAHIN KITABI BIZE BES EDER>............
---------------------------------------------------

#25 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 февраля 2010 - 15:43

halaldi sene..necede diqqetli ve ureyisaf bir insansan.indi neyneyek ki men senin kimi diqqetli deyilem?Yeqin ki Allah kecer gunahimnan,inshallah senin de mene mesxere elemeyivi Allah kecer sene).....inshallah

qardaş, bunu Şəmsi bacı zarafatca yazmışdı, məsxərə kimi qəbul etməyin. Allah hamimizin günahindan keçsin inşAllah!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#26 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 29 марта 2010 - 22:39

bu gün Moskvada metroda həyata keçirilən terror hadisəsinə münasibət bildirən Rusiya kommunistlərinin rəhbəri G.Zyuqanov ölüm hökmünün yenidən CM - də nəzərdə tutulmasını tələb edib...
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#27 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 18 апреля 2010 - 22:27

Amerka olkesi demokratikdir lakin bezi statlarinda olum hokmu legv olunmayib.
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#28 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 18 апреля 2010 - 23:10

Amerka olkesi demokratikdir

Mən də kosmonavtam :whistling:

#29 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 19 апреля 2010 - 00:41

Amerka olkesi demokratikdir lakin bezi statlarinda olum hokmu legv olunmayib.


ABŞ-ın demokratik olub ya olmamağı ilə işim yoxdur. Sadəcə bir sualım var sizə. Demokratiya ilə ölüm hökmünün nə əlaqəsi var?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru