Перейти к содержимому

Фотография

Həzrəti Əli əleyhissəlama lənət oxuyanların hökmü?!

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 23

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 13 февраля 2010 - 17:07

İbn Kəsir özünün əl Bidayəsində qeyd edir ki, hər cümə xütbəsiində minbərlərdən həzrət Əliyə (əs) lənət yağdırılırdı. Bu qanunsuz və biyabırçı ənənəni Müaviyyə başlatmışdı, valiləri də davam etdirirdi. Vəziyyət elə yerə çatır ki, peyğəmbərin (saas) qəbrinin qarşısında, peyğəmbər məscidində də onun ən çox sevdiyi qohumları lənətlənir, hətta həzrət Əlinin (əs) ailəsi də bunu özləri eşidirlər.

(Təbəri cild 4, səhifə 188; İbn Əsir cild 3, səhifə 234; Əl Bidayə cild 8, səhifə 259 və cild 9, səhifə 80)
Gəlin cavabınızı da verim əgər çətinlik çəkərsizsə:

"Əlini lənətləyən məni lənətləmişdir"

1. al-Mustadrak, əl-Hakim, c.3, s.121, bu hədisin səhih olduğunu qeyd etmişdir.

2. Müsnad Əhməd ibn Hənbəl, c.6, s. 323

3. Fadail əl-Səhabə, Əhməd ibn Hənbəl, c.2, s.594, hədis #1011

4. Məcma əl-Zavaid, əl-Xeysəmi, c.9, s.130

5. Mişkat əl-Məsabih, İngilis dilində, hədis #6092

6. Tarix əl-Xüləfa, Cəlaluddin əl-Suyuti, s.173

7. Təbərani, Abu Yala və başqaları

Allah rəsulu (s) demişdir:

"Hər kim Əlini lənətləsə, məni lənətlədi, hər kim məni lənətləmisə o, Allahı lənətləmişdir, hər kim Allahı lənətləsə, onda Allah onu Cəhənnəm atəşinə atacaq." (Müsnəd Əhməd bin Hənbəl, c. 6, səh. 33)

İndi siz niyə səhabələri mühakimə etmirsiz?! Məgər Aişə, Həfsə və digər peyğəmbərin (s) xanımları Hz Əlidən üstündülər?! Birinci məsələnin kökünü səhabələrdə araşdırın. Biz bəzi səhabələrə lənət deyəndə oluruq rafizi, bəs Əli kimi əshaba lənət deyən Müaviyyə möminlərin əmiridir?!

#2 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 14 февраля 2010 - 13:14

Dünənnən bir dənə sələfi kişi kimi girib cavab yazmıyıb.Qorxmuyunda gəlin cavab yazın

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ

#3 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 31 марта 2010 - 17:54

Deyirəm adamda gərək ürək olsun belə şeyi ağlıva gətirə. Həzrətlə o dünyada görüşmək məsələsi var. Vay onların halına, vay!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#4 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 31 марта 2010 - 20:16

Böyük islam alimləri İmam Əli (ə)-ın şəxsiyyəti haqda bir çox fikirlər bildirib və onun misilsiz şəxsiyyətini insani kəramətin ölçü vahidi adlandırıblar.

Cahiz:

3-cü hicri qəməri əsrində yaşamış tanınmış islam alimi Cahiz, "Əlbəyan və Əl-Tibyan" kitabında yazır
: İmam Əli (ə) buyurub: Hər kəsin dəyəri onun biliyindən asılıdır. Ən yaxşı söz qısa və dəyərli olan sözdür ki, səni ondan artığından ehtiyacsız edir. Məna sözdə gizlənməyib, məna tam aydın və aşkardır. Sanki ulu tanrı bu cümləni deyən şəxsin pak niyyətinə və təqvasına uyğun olaraq bu kiçik cümlədə hikmət nurunu yerləşdirib.

İbn Şəhraşub:

İbn Şəhraşub "Mənaqib Ali Əbutalib" kitabında yazır
: Əli (ə)-ın fəzilətləri haqqında kitab yazmaq istədiyim zaman əlimin altında o həzrət haqqında 1000-dən çox kitab və məqalə var idi.

İbn Əbilhədid:

13-cü əsrdə yaşamış tanınmış alim İbn Əbilhədid yazır
: Bir insanda bu qədər böyük hikmət, bəlağət və fəzilət qərar verən Allah doğrudan da böyükdür. Məkkə ərəbinin övladı bu şəxs o zaman adi insanlar arasında böyüyüb başa çatıb. Alimlər, filosoflar və mütəfəkkirlər ilə heç bir əlaqəsi olmayıb. Amma bütün bunlara baxmayaraq ilahi elm və hikməti bütün dəqiqliyi ilə bilib. Sanki Əflatunu da geridə qoyub. Əxlaq alimləri ilə heç bir əlaqəsi olmasa da, Sokrat onun məktəbi qarşısında diz çökməlidir. O dünyanın ən şücaətli insanı idi. O qədər də təəccüblü deyil. Məhəmməd (s.ə.s) tərəfindən tərbiyə edilmiş bir şəxsin bu qədər yüksək istedada malik olması təbiidir. İlahi lütfə şamil olan şəxs belə olmalıdır.

Xətib Xarəzmi:

Hənəfi məzhəbinin tanınmış alimi Quran hafizi Xətib Xarəzmi deyir
: Görəsən Əli kimi şücaətli insan varmı? Görəsən Yer üzündə onun kimi pak rəhbər varmı? Əli (ə) gecələr mehrabda ağlayan, düşmənlərin gözündən kənar ürəyinin dərdini quyuya deyən, gündüzlər gülər üzlə insanlara təbəssüm edən şəxsdir. O müsəlmanların beytül-malına gözünün ucu ilə belə baxmadı və əlini o sərvətə uzatmadı. O ayağının peyğəmbərin çiyninə qoyaraq bütləri sındıran şəxsdir. Bir sözlə Əli (ə), bizim mövlamız bəşəriyyətin düşünən beyninə oxşayır.

Xacə Nəsrəddin Tusi:

13-cü əsrdə yaşamış tanınmış filosof Xacə Nəsrəddin Tusi Əli (ə) haqda yazır
: O hamıdan ağıllı idi. Güclü zəkaya malik idi. Hamıdan əliaçıq və mehriban idi. Peyğəmbərdən sonra Allahın ən mömin bəndəsi idi. İmanı hamıdan üstün, sözləri aydın idi. Allahın kitabını və dinini qorumaqda hamıdan güclü idi. Bəşəriyyət onun kimisini görməmişdi.

Şeyx Bəhai:

16-cı əsrdə yaşamış tanınmış alim Şeyx Bəhai deyir
: O elə bir şəxs idi ki, onun fəzilətləri haqda nə qədər danışsaq, bir o qədər azdır. O Qədir günündə peyğəmbər tərəfindən canişin təyin edildi. O insanlar arasında ən şərəflisi idi.

Seyyid Şərif Rəzi:

Nəhcül-Bəlağə kitabını şərh edən Seyyid Şərif Rəzi deyib
: Mən Nəhcül-Bəlağəni ona görə toplamışam ki, Əli (ə)-ın bəlağətdəki məqamını bəyan edim. O hikmətamiz sözlər söyləməkdə öncəki şəxsiyyətləri geridə qoyub. Əli (ə)-ın sözləri bəlağət bulağıdır. Bəlağət elminin sirləri və qaydaları Əli (ə)-dan mənşə alır. Heç bir insan bəlağətdə ona çata bilməyib. Onun sözlərində ilahi hikmət nişanələri aşkar olub.

Şeyx Məhəmməd Əbdəh:

Əl-Əzhər Universitetinin keçmiş rektoru Şeyx Məhəmməd Əbdəh deyib
: Ərəb dünyasında Əli (ə)-ın kəlamının Quran-Kərimdən və peyğəmbərin kəlamından sonra ən mənalı və kamil kəlam olmasına şübhə edəcək şəxs yoxdur. Mən hər dəfə Nəhcül-Bəlağəni oxuduğum zaman bir səhifədən başqa səhifəyə keçərkən söz pərdələrinin necə dəyişdiyini hiss edirəm. Hərdən özümü elə bir dünyada hiss edirəm ki, ruhlar o dünyanı gözəl sözlərlə bəzəyiblər və bu dünya sanki ürəklərə aydınlıq gətirir.

Mahmud Əqad:

Tanınmış misirli yazıçı Mahmud Əqad yazır
: Mən həmişə Əli (ə)-ın şəxsiyyətini və fəzilətini insani kəramət üçün ölçü vahidi hesab etmişəm. Beləliklə Məhəmməd peyğəmbərdən sonra onun qədər peyğəmbərin yerini tutmağa daha layiq bir şəxs görməmişəm. Mən bu sözlə şiələrin tərəfini saxlamaq istəmirəm. Mən tarixi bir həqiqəti bəyan edirəm.

Əllamə Təba Təbai:

Tanınmış təfsirçi "Əl-Mizan" əsərinin müəllifi Əllamə Təbatəbai yazır
: Əli (ə) dost və düşmənlərin etirafına və tarixi mənbələrə görə heç bir nöqsana malik olmayan kamil bir insan idi. İslami fəzilət baxımından peyğəmbər tərbiyəsinin kamil nümunəsi idi. Onun haqda yazılmış kitablar və deyilmiş sözlər tarixdə heç bir şəxsiyyət haqda müşahidə olunmayıb. Əli (ə) peyğəmbərin ən yüksək elmə malik olan tərəfdaşı idi. O islamda öz elmi çıxışları ilə azad elmi mübahisələrə yol açan ilk şəxs idi. O ərəb dilinin qaydalarını təyin etdi. O şücaətdə el arasında misala çevrilmişdi. Döyüşlərdə qorxu ona yad olan bir hiss idi. O heç bir zaman düşmənə arxa çevirmədi və islamı ən yüksək səviyyədə müdafiə etdi. O təqva baxımından da birinci idi. O pərvərdigara aşiq idi. Mehribanlıq və əliaçıqlıqda tayı bərabəri yox idi. Yetimlər və çarəsizlərin pənahı və dostu idi. Bütün var-dövlətini Allah yolunda kasıblara paylayardı. Əkinçiliyi çox sevərdi. Su quyuları qazardı. Ağac əkərdi və abadlıq işlər ilə məşğul olardı. Bu yolla əldə etdiyi sərvəti ehtiyaclılara paylayardı.

Əllamə Əmini:

Əl-Qədir kitabının müəllifi olan Əllamə Əmini Əli (ə) haqda yazır
: Əli (ə) Kəbədə dünyaya göz açıb və Allahın evini bütlərdən təmizləyib və Kufə məscidində qanı mehraba axdığı zaman onun ruhu göylərə uçdu və Allah evində bu dünyaya açılmış gözlər bu dünyaya vida etdi. Bu arada o həzrətin həyatı ilahi bir nur kimi dünyaya saçdı.

Mürtəza Mütəhhəri:

"Əli (ə)-ın cazibəsi və dafiəsi" kitabının müəllifi olan M. Mütəhhəri yazır
: Əli (ə)-ın həyatı bəşəriyyət üçün misilsiz bir dərs, təlim və hidayət çırağıdır.

Məhəmməd İbn İdris Şafii:

Şafii məzhəbinin öncülü Əli (ə) haqda deyib
: Əli (ə) ilə dostluq cəhənnəm odu qarşısında bir qalxandır.
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#5 Hakkani

Hakkani

    Raqib – Seargeant

  • Murid
  • 105 сообщений

Отправлено 12 мая 2010 - 15:59

İndi siz niyə səhabələri mühakimə etmirsiz?! Məgər Aişə, Həfsə və digər peyğəmbərin (s) xanımları Hz Əlidən üstündülər?! Birinci məsələnin kökünü səhabələrdə araşdırın. Biz bəzi səhabələrə lənət deyəndə oluruq rafizi, bəs Əli kimi əshaba lənət deyən Müaviyyə möminlərin əmiridir?!

Haqq etməyən birinə lənət etmək təhlükəlidir
zira lənət sahibinə geri dönə bilər
Allahu Aləm

səhabəyi lənətləmək böyük günahdır
Allah'ın lənətinə müstehak olmaya səbəb ola bilər

əli (ra) kimi böyük bir səhabəni lənətləmək
kişinin ağmaqlığını göstərir

bu vb bəzi şəyləri bəhanə ədərək ashabın geri qalanına söymə isə
Allah qorusun kişiyi dinsiz də edebilər

Allah bəzi böyük səvaplarından ötrü Muaviye'yi (ra) bağışlaya bilər
Əli (ra) də məhşərdə Muaviye'ye (ra)haqqını halal edə bilər
onlar qolqola cənnətə girərkən

onlara düşman olanlar cəhənnəmə gedə bilər.
Allah qorusun.

Mən nə Əli nə də Muaviə için cehennem təhlükəsini gözə
almam.

İbn Kəsir özünün əl Bidayəsində qeyd edir ki, hər cümə xütbəsiində minbərlərdən həzrət Əliyə (əs) lənət yağdırılırdı. Bu qanunsuz və biyabırçı ənənəni Müaviyyə başlatmışdı, valiləri də davam etdirirdi. Vəziyyət elə yerə çatır ki, peyğəmbərin (saas) qəbrinin qarşısında, peyğəmbər məscidində də onun ən çox sevdiyi qohumları lənətlənir, hətta həzrət Əlinin (əs) ailəsi də bunu özləri eşidirlər.
(Təbəri cild 4, səhifə 188; İbn Əsir cild 3, səhifə 234; Əl Bidayə cild 8, səhifə 259 və cild 9, səhifə 80)

Ayrıca verdiyin qaynaq bir tarix kitabı olub
ashabtan birinə düşman olmaq kimi buyuk olaylarda
tarix kirablarını delil qəbul etməmək
daha ağılıca olar qənayətimcə

Сообщение отредактировал Hakkani: 12 мая 2010 - 16:00

#6 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 12 мая 2010 - 16:35

Allah bəzi böyük səvaplarından ötrü Muaviye'yi (ra) bağışlaya bilər
Əli (ra) də məhşərdə Muaviye'ye (ra)haqqını halal edə bilər
onlar qolqola cənnətə girərkən

YEQIN ki sizin beynininz bele bosh bosh sheylerle dolub dashir, Hansi boyuk savab ???????
hansi boyuk savab Hz Elini lenetlemek boyda gunahla muqayise oluna biler.
yeqin ki bilirsen Nisa suresi 93 cu ayede ne deyilir. Bilmirsense de bil

Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!

qaldi ki Hz Elinin oz dilinde, Hz Eli buyurub ki qiyametde meni her kes gorecek. Dost tutanlar dost kimi dushman tutanlar da dushman kimi.

Indi eger kishisense de gorek minlerle insanin olumune sebeb olan ve Hz Eliye qarshi aciq dushmanciliqi olan adamin Hz Eli ile cennete qol-qola girmek shansi ne qederdir?????
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#7 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 12 мая 2010 - 18:10

Molla, sənin Müaviyənin fəzilətlərindən xəbərin yoxdur? Yoxdursa, gəl bu mövzulara bax:

Muaviyənin Peyğəmbərə (s) nifrəti
Muaviyə Əlidən (ə) qaçır?!
hz muaviye yezit hakta?
Müaviyyəni (L) yaxşı tanıyın
Səhabələr

#8 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 12 мая 2010 - 18:24

əli (ra) kimi böyük bir səhabəni lənətləmək
kişinin ağmaqlığını göstərir

Axırı ki, Müaviyənin axmaq olduğunu təsdiqlədiz :big_boss:

bu vb bəzi şəyləri bəhanə ədərək ashabın geri qalanına söymə isə
Allah qorusun kişiyi dinsiz də edebilər

Bə`zi səhabələr bir-birilərini söyürdülər, onlar dinsiz idilər? Özü də peyğəmbərin qabağında!

Allah bəzi böyük səvaplarından ötrü Muaviye'yi (ra) bağışlaya bilər
Əli (ra) də məhşərdə Muaviye'ye (ra)haqqını halal edə bilər
onlar qolqola cənnətə girərkən

onlara düşman olanlar cəhənnəmə gedə bilər.
Allah qorusun.

Qarşılıqlı:
ALLAH ƏbuLəhəbi də bağışlaya bilər. Məsələn siz özünüz iddia edirsiz ki, Peyğəmbərin (s) doğum xəbərini eşidəndə qul azad etdi.
Peyğəmbər (savv) və Əbu Ləhəb (l) cənnətə gedə bilərlər
Peyğəmbərin və Əbu Ləhəbin düşmənləri cəhənnəmə gedə bilər.
Və buradan bu nəticəyə gəlirik ki, hamı cənnətlikdir :rolleyes:

Ayrıca verdiyin qaynaq bir tarix kitabı olub
ashabtan birinə düşman olmaq kimi buyuk olaylarda
tarix kirablarını delil qəbul etməmək
daha ağılıca olar qənayətimcə

1. 3 tarix kitabıdır
2. hamısı əhli sünnənindir.
3. təkcə orda deyil ki? Səhiheyndə hətta keçir ki, Hz Əli barədə Müaviyə pis sözlərə təhrik edir. Bunu ki məndən yaxşı bilirsən!
4. Qoy ürəyin rahatlasın deyənə daha bir neçə mənbə gətirim

32- (...) Bize Kuteybe b. Saîd ile Muhammed b. Abbâd rivayet ettiler. Lâfız da birbirlerine yakındırlar. (Dediler ki) : Bize Hatim (bu zat İbni İsmail'dir) Bükeyr b. Mismar'dan, o da Âmir b. Sa'd b. Ebî Vakkas'dan, o da babasından naklen rivayet etti. (Şöyle demiş) : Muâviye b. Ebî Süfyân Sa'd'a emir verdi ve : — Ebû't-Türab'a [5] sövmekten seni ne menetti? dedi. O da : — Benim söyleyeceğim üç şey var ki; bunları onun için Resûlüllah (Satlallahü Aleyhi ve Setleın) söylemiştir. Binâenaleyh ben ona asla sövemem. Bu üç şeyden birinin benim olması bence kızıl develerden daha makbuldür. Ben Resûlüllah (SaHallahü A leyhi ve Sellem) 'i gazalarından birinde onu yerine bıraktığı, Ali de ona : — Yâ Resûlallah! Beni kadın ve çocuklarla beraber mi bıraktın? dediği zaman; «Benden Musa'ya nisbetle Harun yerinde olmana razı değil misin? Şu kadar var ki, benden sonra Peygamberlik yoktur.» buyururken işittim. Hayber gününde de : «Bu sancağı mutlaka Allah ve Resulünü seven, Allah ve Resulü de kendisini seven bir zata vereceğim.» buyururken işittim. Biz sancak için hepimiz uzandık. Fakat o: «Bana Ali'yi çağırın!» buyurdu. Ali gözlerinden rahatsız olduğu halde getirildi. Resûlüllah (Sallallahu Aleyhi ve Sellem) onun gözüne tükürdü ve sancağı kendisine verdi. Allah da ona fethi müyesser kıldı. Şu âyet: «De ki : Gelin, bizim ve sizin çocuklarınızı çağıralım...» [6] inince Resûlüllah (Sallallahu Aleyhi ve Sellem) Ali'yi, Fatıme'yi ve Hasan'la Hüseyin'i çağırarak: «Allahım! Benim ailem bunlardır.» buyurdu. Səhih Müslim

Həmçinin:
muaviye.png
Bu isə rusdilli oxuculara:
Почему шииты называют Муавию кафиром

#9 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 13 мая 2010 - 08:41

Molla, sənin Müaviyənin fəzilətlərindən xəbərin yoxdur? Yoxdursa, gəl bu mövzulara bax:

başqalarının gözündə müaviyənin fəziləti çoxdu, əsəs odur ki haqq göz ilə baxasan bu məsələlərə, o zaman görəcəyik ki müaviyə (allah ona lənət eləsin) heyvandan da aşağı olan bir varlıqdır.

Peyğambər salavatullahdan hədis var ki ``Xilafət Əbu Süfyan və ali Əbu Süfyana haram edilmişdir.``
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#10 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 16 мая 2010 - 10:57

Allah Muaviyəyə və onun kimi bütün Əhli Beyt (ə.s) düşmanlarına ləntə etsin.

#11 Hakkani

Hakkani

    Raqib – Seargeant

  • Murid
  • 105 сообщений

Отправлено 16 мая 2010 - 14:29

Axırı ki, Müaviyənin axmaq olduğunu təsdiqlədiz

axmaqliq kafir olmaqdan yaxşidir.
axmaqlar cənnətə girə bilməz deyə bir nas da yox.

ə`zi səhabələr bir-birilərini söyürdülər, onlar dinsiz idilər? Özü də peyğəmbərin qabağında!
Qarşılıqlı:
ALLAH ƏbuLəhəbi də bağışlaya bilər. Məsələn siz özünüz iddia edirsiz ki, Peyğəmbərin (s) doğum xəbərini eşidəndə qul azad etdi.
Peyğəmbər (savv) və Əbu Ləhəb (l) cənnətə gedə bilərlər
Peyğəmbərin və Əbu Ləhəbin düşmənləri cəhənnəmə gedə bilər.
Və buradan bu nəticəyə gəlirik ki, hamı cənnətlikdir

Müaviyə'nin Özünün doğrudan doğruya Əli'yə söydüyünə ya da lənətlədiyinə dair nass da yox
sadəcə tarix kitablarindan məlumat verirsən.

32- (...) Bize Kuteybe b. Saîd ile Muhammed b. Abbâd rivayet ettiler. Lâfız da birbirlerine yakındırlar. (Dediler ki) : Bize Hatim (bu zat İbni İsmail'dir) Bükeyr b. Mismar'dan, o da Âmir b. Sa'd b. Ebî Vakkas'dan, o da babasından naklen rivayet etti. (Şöyle demiş) : Muâviye b. Ebî Süfyân Sa'd'a emir verdi ve : — Ebû't-Türab'a [5] sövmekten seni ne menetti? dedi. O da : — Benim söyleyeceğim üç şey var ki; bunları onun için Resûlüllah (Satlallahü Aleyhi ve Setleın) söylemiştir. Binâenaleyh ben ona asla sövemem. Bu üç şeyden birinin benim olması bence kızıl develerden daha makbuldür. Ben Resûlüllah (SaHallahü A leyhi ve Sellem) 'i gazalarından birinde onu yerine bıraktığı, Ali de ona : — Yâ Resûlallah! Beni kadın ve çocuklarla beraber mi bıraktın? dediği zaman; «Benden Musa'ya nisbetle Harun yerinde olmana razı değil misin? Şu kadar var ki, benden sonra Peygamberlik yoktur.» buyururken işittim. Hayber gününde de : «Bu sancağı mutlaka Allah ve Resulünü seven, Allah ve Resulü de kendisini seven bir zata vereceğim.» buyururken işittim. Biz sancak için hepimiz uzandık. Fakat o: «Bana Ali'yi çağırın!» buyurdu. Ali gözlerinden rahatsız olduğu halde getirildi. Resûlüllah (Sallallahu Aleyhi ve Sellem) onun gözüne tükürdü ve sancağı kendisine verdi. Allah da ona fethi müyesser kıldı. Şu âyet: «De ki : Gelin, bizim ve sizin çocuklarınızı çağıralım...» [6] inince Resûlüllah (Sallallahu Aleyhi ve Sellem) Ali'yi, Fatıme'yi ve Hasan'la Hüseyin'i çağırarak: «Allahım! Benim ailem bunlardır.» buyurdu. Səhih Müslim

Müslimdən verdiyin dəlilin hansi bölümün neçənçi hədisi olduğunu da yazarsan bir bağaram.

#12 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 16 мая 2010 - 15:34

axmaqliq kafir olmaqdan yaxşidir.
axmaqlar cənnətə girə bilməz deyə bir nas da yox.

Axmaq bir rəhbər olsa... Bax o zaman vəziyyət çox qəlizdir. Nə isə, sizin əqidədə axmaq da olsa rəhbər, tabe olmalısan, deyəsən.

Müaviyə'nin Özünün doğrudan doğruya Əli'yə söydüyünə ya da lənətlədiyinə dair nass da yox
sadəcə tarix kitablarindan məlumat verirsən.

Mənbələr var. Elə 2 hədis kitabından da gətirdim. Bu sadəcə mənim tez bir zamanda tapdığım bir şey idi. Bir də lənətləməyi hansı kitablarda olmalı idi? Tarixi hadisələr tarixi kitablarda olacaq da! Nə isə bu məsələyə inşallah sonra qayıdarıq, ancaq sən Hz Əliyə lənət oxuyanın hökmünü bizə demədin? Sadəcə axmaq??? Özü də elə axmaq ki, cənnətə də girə bilər? Bilmirsən ki, Əlini lənətləyən Peyğəmbəri lənətləyib?

Müslimdən verdiyin dəlilin hansi bölümün neçənçi hədisi olduğunu da yazarsan bir bağaram.

Yadındadı, deyirdin ki, mən bu kitabların hamısını oxumuşam. Deyəsən sən Hz Əlinin fəzilətləri babını "yaddan çıxarmısan"

http://darulkitap.co...m#_Toc112565958
32-ci hədis

#13 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 16 мая 2010 - 17:20

“Ərəfatda İbn Abbasla bərabər idik.İbn Abbas insanların təlbiyə gətir mədiklərini görüb,nə üçün belə etdiklərini soruşdu. Mən də:”Muaviyədən qorxduqları üçün” dedim. Bu zaman ibn Abbas yüksək səslə:”LƏBBEYK ALLAHUMMƏ LƏBBEYK” deməyə başladı və:
"Əliyə qəzəbləndikləri üçün sünnəti tərk etmişlər”dedi.(imam Nəsai,Sünən 2956).

#14 Hakkani

Hakkani

    Raqib – Seargeant

  • Murid
  • 105 сообщений

Отправлено 17 мая 2010 - 15:09

Mənbələr var. Elə 2 hədis kitabından da gətirdim. Bu sadəcə mənim tez bir zamanda tapdığım bir şey idi. Bir də lənətləməyi hansı kitablarda olmalı idi? Tarixi hadisələr tarixi kitablarda olacaq da! Nə isə bu məsələyə inşallah sonra qayıdarıq, ancaq sən Hz Əliyə lənət oxuyanın hökmünü bizə demədin? Sadəcə axmaq??? Özü də elə axmaq ki, cənnətə də girə bilər? Bilmirsən ki, Əlini lənətləyən Peyğəmbəri lənətləyib?

Yadındadı, deyirdin ki, mən bu kitabların hamısını oxumuşam. Deyəsən sən Hz Əlinin fəzilətləri babını "yaddan çıxarmısan"

http://darulkitap.co...m#_Toc112565958
32-ci hədis

Gətirdigin dəlili oxudum və bax azacıq aşağısında nə tapdim:

Ulemânın beyânına göre zahir mânâsı itibariyle bir sahabiye müdahele sayılan hadîslerin te'vili icab eder. Burada Muâviye'nin sözü Ali‘ye sövmesi için açık bir emir değildir. O yalnız sövmesine ne mâni olduğunu sormuştur. Ve herhalde : «Vera' ve takvadan dolayı mı, yoksa korku gibi bir şey sebebiyle mi bundan vaz geçtin. Eğer takva ve ihtiram için sövmedinse isabet etmişsin, iyi yapmışsın, başka bir sebeple vazgeçtinse onun da cevâbı başkadır.» demek istemiştir, ihtimal Sa'd, Ali'ye söven taife ile berabermişdir. Fakat bu sefer onlarla beraber sövmemiştir. Muâviye bunu sormuştur.

Bu sözün başka te'vile de ihtimali vardır. O bununla : «Ali'nin rey ve ictihadında hata ettiğini söylemekten seni ne men etti. Bu meselede bizim rey ve ictihadımızın güzel, ofıunsa hatalı olduğunu halka açıklasaydın ya!» demek istemiş de olabilir.

Təkrar deyirəm: Müaviyə'nin Əli'yə lənət etdiyinin ya da ettirdiginin səhih qaynaqlardan bir dəlili var mı?

Сообщение отредактировал Hakkani: 17 мая 2010 - 15:18

#15 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 17 мая 2010 - 15:38

Gətirdigin dəlili oxudum və bax azacıq aşağısında nə tapdim:

Sənin gətirdiyin, hədisdən və ya hansısa rəvayətdən bir hissə deyil! Sadəcə şərhdir - yorum!

Deyilir ki,

Burada Muâviye'nin sözü Ali‘ye sövmesi için açık bir emir değildir.

Hədisdə açıq aşkar görsənir:

O yalnız sövmesine ne mâni olduğunu sormuştur.

Hə indi gəl mənə aydınlat. Necə yəni nə mane olduğunu soruşub? Deməli ki, söyməyə kimsə təşviq edib.

Təkrar deyirəm: Müaviyə'nin Əli'yə lənət etdiyinin ya da ettirdiginin səhih qaynaqlardan bir dəlili var mı?

Əgər burda məqsədin o olduğunu demirsənsə və tarix kitablarını qəbul etmirsənsə, bu scana bax: http://313news.net/f...&attach_id=1420
Qeyd olunur ki, Müaviyə Əli (ə) əleyhinə danışdı. Gör necə danışıb ki, Sa`d deyir, sən necə bu sözü onun üçün deyirsən?". Demək ki, təhqir edib Müaviyyə lənətullah!

Albani bu hədisə səhih deyib
http://islamport.com...

#16 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 мая 2010 - 16:12

“Həsən ibn Əli (ə) vəfat edən ildə Muaviyə Allah evinin ziyarətinə gəldi və Mədinəyə daxil oldu. O, qərara almışdı ki, Peyğəmbərin (s) minbərində Həzrət Əliyə (ə) lənət göndərsin. Muaviyəyə dedilər: “Səd ibn Əbu Vəqas (r.ə.) məsciddədir və zənnimizcə, o, sənin bu işinə dözə bilməyib kəskin reaksiya verəcək. Bir nəfər göndər göndər onun fikrini öyrənsin”.
Muaviyə bir nəfəri Sədin yanına göndərdi. Səd cavabında dedi: “Əgər belə bir şey olsa mən Peyğəmbər məscidindən çıxacaq və bir daha ora gəlməyəcəm!”.
Muaviyə Sədin bu cür reaksiyasını görəndən sonra Əlini (ə) söymədi. Nəhayət Səd (r.ə.) dünyadan getdikdən sonra Muaviyə minbərdə Əlini (ə) yenidən söyməyə başladı və özünün bütün işçilərinə və övladlarına yazdı ki, minbərlərdə o həzrəti söysünlər. Bu hadisə möminlərin anası Ümmu Sələməyə (r.ə.) çatdıqda o Muaviyəyə məktub yazdı: “Siz minbərlərdə Allahı və Peyğəmbəri (s) söyürsünüz! Məgər demirsinizmi ki, Əli ibn Əbu Talib və onu sevənlərə lənət göndərirsiniz?! Mən şəhadət verirəm ki, Allah da, peyğəmbəri də Əlini sevir. Deməli, siz əslində Allahı və elçisini lənətləyirsiniz!”. Muaviyə məktubu oxudu, amma bu sözlərə əhəmiyyət vermədi” (“əl-Əqdul fərid”, c. 4, səh. 366; “Cəvahirul-mətalib fi mənaqibi imam Əli ibn Əbu Talib”, c. 2, səh. 228, Məhəmməd ibn Əhməd Dəməşqi Şafei).

Сообщение отредактировал al-Islam: 17 мая 2010 - 16:13

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#17 Heqiqet ashiqi

Heqiqet ashiqi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 47 сообщений

Отправлено 17 мая 2010 - 16:33

muaviyyenin "feziletleri" heqiqeted de choxdur ve onun "feziletleri" baresinde minlerle sehife yazilsa kifayet etmez!

Allah muaviyyeye ve butun Ehli-Beyt(e) dushmenlerine LENET elesin.

#18 Hakkani

Hakkani

    Raqib – Seargeant

  • Murid
  • 105 сообщений

Отправлено 20 мая 2010 - 14:23

Əgər burda məqsədin o olduğunu demirsənsə və tarix kitablarını qəbul etmirsənsə, bu scana bax: http://313news.net/f...&attach_id=1420
Qeyd olunur ki, Müaviyə Əli (ə) əleyhinə danışdı. Gör necə danışıb ki, Sa`d deyir, sən necə bu sözü onun üçün deyirsən?". Demək ki, təhqir edib Müaviyyə lənətullah!

Verdiyin birinci linkdəki hədisdə də
Müaviyə'nin Əli'yə lənət ya da küfür etdiyi yazmir
sadecə əleyhində danışdığını yazır ki
bəzi səhabələr digə bəzilərinin əleyhində danışmışdır
bu isə onları təkfir etməmizə ya da əbədi cəhənnəmlik olduqların iddia etməmizə səbəb olmaz.

Albani bu hədisə səhih deyib
http://islamport.com...c%c9%20001.html

ikinci link isə Ərəbçə
Azəriç'yə çevirdim amma birşey başa düşmədim.

#19 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 20 мая 2010 - 14:57

Verdiyin birinci linkdəki hədisdə də
Müaviyə'nin Əli'yə lənət ya da küfür etdiyi yazmir
sadecə əleyhində danışdığını yazır ki
bəzi səhabələr digə bəzilərinin əleyhində danışmışdır
bu isə onları təkfir etməmizə ya da əbədi cəhənnəmlik olduqların iddia etməmizə səbəb olmaz.

Ağlımızı qoyaq bir yerə düşünək.
Səhih Müslimin onsuz da bütün hədislərini qəbul edirsən, İbn Macədən gətirdiyim hədisə də Albani səhih deyib. Demək hər ikisi səhih oldu sizin nəzərə görə. Bu aydındır.

İndi gəl 1-1 baxaq Sə`dlə Müaviyyənin söhbətinə.
İbn Macədə deyilir ki, Müaviyə onun əleyhində danışırdı
Müslimdə deyilir ki, Müaviyə soruşur Sə`ddən səni Əlini (ə.s) söyməkdən nə ayırdı? (nə mane oldu?)
Demək ki, Müaviyənin ibn Macənin dediyi kimi əleyhində danışdığı, Müslimə baxıb belə deyə bilərik ki, onu söyməyi idi. Daha sonra isə Səd Əlinin 3 fəzilətini qeyd edir. Hz Əlini söyənlər və lənətləyənlər barədə hədislər bilmirsən? Bilmirsənsə, problem yoxdur gətirərəm inşallah.

ikinci link isə Ərəbçə
Azəriç'yə çevirdim amma birşey başa düşmədim.

Albaninin həmən hədisə səhih dediyi göstərilir
Sən ərəbcədən azəriyə google translate`lə çevirmisənsə, Azərbaycan dili yeni açılıb. nə isə.

#20 Hakkani

Hakkani

    Raqib – Seargeant

  • Murid
  • 105 сообщений

Отправлено 24 мая 2010 - 15:32

Yuxardaki mesajın sənin yorumun
verdigin hər iki hədisdə də Muaviyə'nin Əli'yə lənət etdiyi ya da söydüyü ilə bağlı ən balaca bir emare yox
başqa hədislər gətirəcəyəm dedin onları gözleyecem.

#21 Abdullah313

Abdullah313

    Arif – Corporal

  • Murid
  • 57 сообщений

Отправлено 24 мая 2010 - 20:02

Əşi lənət nədür Müaviyyə hz Əli(ə) qanının halal bilirdi.
Пора не статус менять а что-то в жизни…

#22 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 24 мая 2010 - 22:00

Əşi lənət nədür Müaviyyə hz Əli(ə) qanının halal bilirdi.

Qisa və konkret.Əhsən!
Baxiram yollara.....

#23 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 24 августа 2010 - 01:10

( أخبرنا ) أحمد بن شعيب ، قال : أخبرنا العباس بن محمد الدوري قال : حدثنا يحيى بن زكريا ، قال : أخبرنا اسرائيل ، عن ابي اسحاق عن ابي عبد الله الجدلي ( 2 ) قال : دخلت على ام سلمة فقالت لي : أيسب رسول الله صلى الله عليه وسلم فيكم ؟ قلت : سبحان الله أو معاذ الله . قالت : سمعت رسول الله صلى الله عليه وسلم يقول : من سب عليا فقد سبني ( 3 ) .

abu abdullah said that i went to umm salma, she said

“do you insult holy porphet ?”

i said :”subhan allah rather maad allah”

she said

i heard prophet saying : “Whosoever insulted Ali, insulted me”

"Alini təhqir edən məni təhqir etmiş kimidir"

OTHER SOURCES

1- sunan kubra, nisai; 7/441/8422; new edition 5/133/8476

2-masnad ahmad; 6/323/27284

3- fadail us sahaba; 2/736/1011

4- mustadarak; 3/120/4673-4674-4676-4677

5-majma uz zawaid; 9/130/14740

6- tareekh damishq; 42/266

7-mokhtasir tareekh damishq; 17/366

8- riaz un nazara; 4/106

9- sair ul alaam nabala; dhabi-seerat; 624

10- al bidaya wa nihaya; 5/469 and new edition 7/584

11-miskhkat; narration 692

12- jami sagheer; 8736

13- izala tul khulafa; 4/450

14- silsila saheeha; albani; 3/288

15- manaqib ali wa hasnain wa ummaha fatima; page 32

HUKUM

1- abu ishaq

isnaad sahih

[page 79]

2- qari faizi

imam hakim said it is sahih, and dhabi agreed; and haithmi said narrators are narrators of sahih hadeeth

[page 463]

3- baloshi

narrators are thiqa, except aba abdullah jadli who was ghali shia

[page 111]

Muaviyeni və muaviyyə sifətləri ciz biz edirlər :flowers1:

Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

#24 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 12 сентября 2010 - 16:13

Bismillahir Rahmanir Rahim
Əlhəmdullah Rəbbil aləmin

Allahummə səlli əla Muhamməd və ali Muhamməd və əccil fərəcəhum !

Şair,

ALLAH razı olsun qardaş , sən 2 səhih hədisi müqayisə etməklə sübut elədin artıq Müaviyənin (l) Hz Əlini (ə) söyməyini ,Hz Əlini söyən Hz Muhammədi (s) söymüşdür ,Peyğəmbəri söyən Allahı söymüşdür !!!

Hakkani ,

Allah səni axirətdə Müaviyə ilə birlikdə həşr etsin məni isə Hz Əli ilə , Amin deyirsən ?!

Сообщение отредактировал reservoir engineer: 12 сентября 2010 - 16:15

Zillət bizdən uzaqdır !

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru