Перейти к содержимому


Фотография

Nafilə namazları


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 12

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 16 февраля 2010 - 22:53

qardaşlar, xahiş edirəm kim nafilə namazlarının qılınma qaydasını bilirsə bu haqda məlumat versin. gündəlik namazların nafilələri neçə rükətdir və necə qılınır?

#2 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 16 февраля 2010 - 23:58

Nafilə namazları hansılardı??Sunnətlər??Ümumiyyətlə, namazda sunnətləri bilmək istərdim, bağışlayın əgər uyğun yerdə sualımı vermədimsə..
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#3 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 17 февраля 2010 - 18:02

Bismillah. “Fiqh Təlimi”ndən (Ayətullah Xameneinin fətvaları əsasında) yavaş-yavaş yazacam inşallah. Bu kitab əllərində olanlar XXVII dərsə müraciət etsinlər, səh. 113. Qısaldacam, yalnız nafilələrdən yazmağa çalışacam inşallah.
Müstəhəb namazlar çoxsaylıdır və nafilə adlnaır. Nafilə namazları arasında yovmiyyə namazlarının nafiləsi daha çox tövsiyyə olunmuşdur.

Yovmiyyə namazlarının nafiləsi

1) Günün beş namazının hər birinin nafiləsi vardır. Bu nafilələri qılmağın çox böyük savabı vardır. Bundan əlavə gecənin axırıncı üçdə birində qılınan gecə nafiləsi adlı müstəhəb namaz da vardır. Bu namazın ruha çox böyük təsirləri vardır və onu qılmaq təkidlə tövsiyə olunmuşdur.

2) Yovmiyyə namazlarının nafilələri.

- Zöhr namazının nafiləsi: Səkkiz rəkətdir və zöhr namazından qabaq qılınır

- Əsr namazının nafiləsi: Səkkiz rəkətdir və əsr namazından qabaq qılınır

- Məğrib namazının nafiləsi: Dörd rəkətdir və məğrib namazından sonra qılınır

- İşa namazının nafiləsi: 2 rəkətdir və işa namazından sonra oturan halda qılınır

- Sübh namazının nafiləsi: 2 rəkətdir və namazdan qabaq qılınır

- Gecə nafiləsi: 11 rəkətdir və gecənin yarısından sübh namazına qədər olan vaxtda qılınır. Lakin gecənin axırıncı üçdə birində qılınması tövsiyə olunur.

Ardı var...

P.S: Həsənağa dərslərə gəl, soruşmağa ehtiyac olmayacaq  :victoryL:

#4 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 17 февраля 2010 - 18:45

MÜSTƏHƏBB NAMAZLAR
Məsələ 752: Müstəhəbb namazlar çoxdur və onlara «nafilə» deyilir. Müstəhəbb namazlardan gecə-gündüz nafilələrini qılmaq daha çox tövsiyə olunmuşdur. Onlar cümə günündən başqa günlərdə otuz dörd rük`ətdir ki, səkkiz rük`əti zöhrün nafiləsi, səkkiz rük`əti əsrin nafiləsi, dörd rük`əti şamın nafiləsi, iki rük`əti xiftənin nafiləsi, on bir rük`ət gecə nafiləsi və iki rük`ət sübhün nafiləsidir. Xiftən namazının nafiləsinin iki rük`əti vacib ehtiyata əsasən oturduğu yerdə qılındığına görə bir rük`ət hesab olunur. Amma cümə günündə zöhrlə əsrin nafiləsinin on altı rük`ətinə dörd rük`ət də artırılır. Daha yaxşısı odur ki, bu iyirmi rük`əti zəvaldan qabaq yerinə yetirsin. Amma onun iki rəkətini zəval vaxtı qılmaq yaxşıdır.

Məsələ 753: Gecə nafiləsinin on bir rük`ətindən səkkiz rük`əti gecə nafiləsi niyyəti ilə, iki rük`əti şəf` namazı niyyəti ilə, bir rük`əti «vitr» niyyəti ilə qılınmalıdır. Gecə nafiləsinin kamil göstərişi dua kitablarında deyilmişdir.

Məsələ 754: Nafilə namazlarını hətta ixtiyar halında belə, oturan yerdə qılmaq olar. Oturaq halda qıldığı iki rük`ət nafilə namazı bir rük`ət hesablamaq da lazım deyil, amma yaxşı olar ki, ayaq üstə qılsın. İşa namazının nafiləsini isə vacib ehtiyata görə gərək oturan halda qılsın.

Məsələ 755: Zöhr və əsr namazlarının nafiləsi səfər zamanı qılınmamalıdır. Amma xiftənin nafiləsinin rəca qəsdilə qılınmasının eybi yoxdur.



Gündəlik nafilələrin vaxtı

Məsələ 756: Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Onun vaxtı günortanın əvvəlindən başlayıb, onu günorta namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Ancaq əgər bir şəxs günortanın nafiləsini günortadan sonra görünməyə başlayan şaxisin kölgəsinin onun boyunun yeddidə ikisinə çatmasına qədər, yə`ni əgər şaxisin hündürlüyü yeddi qarışdırsa, kölgənin miqdarı iki qarışa çatarsa, artıq bu vaxtda günorta namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əgər nafilənin bir rəkətini ondan əvvəl qılıbsa, onda nafiləni fərizədən (zöhrdən) əvvəl tamamlaması daha yaxşıdır.

Məsələ 757: Əsrin nafiləsi, əsr namazından qabaq qılınır. Onun vaxtı əsr namazından əvvəl qılma imkanı oluncaya qədər davam edər; ancaq əgər bir şəxs əsrin nafiləsini şaxisin kölgəsinin yeddidə dördünə yetişincəyə qədər tə`xirə salarsa, artıq əsr namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əvvəlki məsələdə deyilən hal buraya da aiddir.

Məsələ 758: Şam nafiləsinin vaxtı şam namazının tamamlanmasından sonra, vaxt daxilində qılmaq imkanı olana qədər davam edir; lakin, bir şəxs onu günəşin batmasından sonra göy üzünün qərb tərəfində görünən qırmızılığın itdiyi zamana qədər tə`xirə salsa, əvvəlcə xiftən namazını qılması daha yaxşıdır.

Məsələ 759: Xiftən nafiləsinin vaxtı xiftən namazının tamamlanmasından, gecə yarısına qədərdir. Xiftən namazından sonra gözləmədən dərhal qılınması daha yaxşıdır.

Məsələ 760: Sübh nafiləsi sübh namazından əvvəl qılınır və onun vaxtı gecə namazı vaxtından gecə namazı qıla biləcək qədər bir müddət keçdikdən sonra başlayıb, onu sübh namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Amma əgər bir şəxs sübhün nafiləsini şərq tərəfdə qırmızılığın görünməsinə qədər tə`xirə salsa, bu vaxtda sübh namazını qılması daha yaxşıdır.

Məsələ 761: Məşhur nəzərə əsasən, gecə namazının əvvəl vaxtı, gecə yarısıdır. Bunun əhvət və daha yaxşı olmasına baxmayaraq, gecənin əvvəlindən olması, vaxtının azandan başlayıb sübh azanına qədər davam etməsi uzaq nəzər deyil. Amma sübh azanına yaxın qılınması daha yaxşıdır.

Məsələ 762: Əgər sübh açılan zaman oyansa, gecə namazını, əda və qəza niyyəti etmədən qıla bilər.
Ğufeylə namazı



Məsələ 763: Müstəhəbb namazlardan biri də ğufeylə namazıdır ki, şam və xiftən namazları arasında qılınır. Onun birinci rük`ətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur:

وَذَالنُّونِ اِذ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ

Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ənla ilahə illa əntə, subhanəkə inni kuntu minəzzaliminə fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-mu`minin.

İkinci rük`ətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur:

وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البر و البَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ

Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə yə`ləmu ma fil-bərri vəl-bəhr, və ma təsqutu min vərəqətin illa yə`ləmuha. Və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.

Qunutda bu dua oxunmalıdır:

اَللَّهُمَّ اِنَّى اَسأَلُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا

Əllahummə inni əs`əlukə bi məfatihil-ğəybil-ləti la yə`ləmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təf`ələ bi kəza və kəza.

«Kəza və kəza» kəlmələrinin əvəzində öz hacətlərini söylər və sonra bu duanı oxuyar:

اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا فَضَيتَهَالِى

Əllahummə əntə vəliyyu ni`məti vəl-qadiru əla təlibəti tə`ləmu hacəti fə əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd ələyhi və ələyhimus-səlam ləmma qazəytəha li.

İZAHLI ŞƏRİƏT MƏSƏLƏLƏRİ (Ayetullah Sistani)



#5 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 17 февраля 2010 - 19:54

Şair, təşəkkür. İnşaAllah qəzalarımı çalışım bitirim, sonra Allahın (s.t) izni ilə nafilə namazlarını da qılacam :rolleyes: İnşaAllah 5-ci gün MÜTLƏQ dərsə :)
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 17 февраля 2010 - 20:10

Dəyməz, amma onu deyim ki, orucdan fərqli olaraq qəza namazı olan müstəhəb namaz qıla bilər. Amma daha yaxşı olar ki qəzalar qılınsın
Dərs dərs dərs! :rolleyes: Gəlib səni "..." stansiyasından götürməyi məcbur eləmə dana məni :) amma yadımdan çıxmışdı flashka düzünü diyim, inşallah 5ci gətirəcəm...

#7 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 18 февраля 2010 - 10:42

Şair çox sağol, Allah razı olsun. bir şeyi soruşmaq istəyirəm bu 8 rükət nafiləni necə qılacağıq? 2 dörd rükətli namaz kimi yoxsa 4 iki rükətli? oturaq halda namaz necə qılınır? 4 rükətli nafilələri 2 rükətli 2 namaz kimi qılacaqı yoxsa bir 4 rükətli namaz kimi? xahiş edirəm bilirsənsə bunlara açıqlıq gətir.

#8 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 февраля 2010 - 17:06

4 rəkətli nafilə namazları 2 dəfə 2 rəkətlə qılınır.

Məftihül-də İmamlarımızdan hər günlük müstəhəb namazlar, Şaban, Rəcəb, və mövludlarda qılınan müstəhəb namazlar da var.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#9 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 19 февраля 2010 - 11:18

4 rəkətli nafilə namazları 2 dəfə 2 rəkətlə qılınır.

Məftihül-də İmamlarımızdan hər günlük müstəhəb namazlar, Şaban, Rəcəb, və mövludlarda qılınan müstəhəb namazlar da var.


Allah razı olsun bacı

#10 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 19 февраля 2010 - 17:16

4 rəkətli nafilə namazları 2 dəfə 2 rəkətlə qılınır.

Məftihül-də İmamlarımızdan hər günlük müstəhəb namazlar, Şaban, Rəcəb, və mövludlarda qılınan müstəhəb namazlar da var.


Allah razı olsun bacı

Amin qardaş, cümləmizdən. İcazə versəniz bütün müstəhəb namazlar haqqında yazılardı, bu da olardı bizim forumda namaz haqqında ensklopediyamiz.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#11 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 19 февраля 2010 - 21:30

4 rəkətli nafilə namazları 2 dəfə 2 rəkətlə qılınır.

Məftihül-də İmamlarımızdan hər günlük müstəhəb namazlar, Şaban, Rəcəb, və mövludlarda qılınan müstəhəb namazlar da var.


Allah razı olsun bacı

Amin qardaş, cümləmizdən. İcazə versəniz bütün müstəhəb namazlar haqqında yazılardı, bu da olardı bizim forumda namaz haqqında ensklopediyamiz.


əstəğfirullah. buyrun bacı.

#12 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 23 февраля 2010 - 13:49

Həftənin gündəlik nafilə namazları (mənbə Məfatihul-Cinan)

CÜMƏ gününün namazı

Peygəmbərimiz (s.a.a.s)-dən belə buyrulub
İki rəkət namaz qılınır, hər rəkətdə Fatihə və 15 dəfə İxlas surəsi deyilir.
Cumə günü qılınan digər bir namaz: 4 rəkət namaz qılınir, hər rəkətdə Fatihədən, İxlas, Mülk və Səcdə ayəsi oxunur.

Şənbə gününün namazı: 4 rəkətli namazdır, hər rəkətdə Fatihə, İxlas və Ayətəl-Kürsi oxunur.

Bazar gününün namazı: 4 rəkətli namazdır, hər rəkətdə Fatihə, Mülk surələri oxunur.

Bazar ertəsi gününün namazı: 10 rəkət namaz qılınir, hər rəkətdə Həmd və 10 dəfə İxlas surəsı oxunur.

Çərşənbə axşamının namazı: 6 rəkətli namazdır, Həmddən sonra Amənər-rəsulu (Bəqərə surəsinin son 2 ayəsi, 285-286), Zəlzələ surələri oxunur.

Çərşənbə gününün namazı: 4 rəkətli namazdır, Həmd, İxlas və Qədr surəsi oxunur.

Cümə axşamının namazı: 10 rəkətli namazdır, Həmd və 10 dəfə İxlas surəsi oxunur


Allah qəbul etsin!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#13 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 05 марта 2010 - 12:53

Ayət Namazı
Ayət namazı - Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır.

Qılınma qaydası
2 rəkətdir və sübh namazı kimi qılınır.

Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.

Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul əuzu birəbbil-fələq» – desin və rukuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xaləq» – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vaqəb». Yenidən rukuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqad». Rukuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra beşinci rukuya getsin və qalxandan sonra iki səcdə etsin və ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını versin. Həmçinin, beşdən az hissəyə bölməsi də caizdir. Lakin, nə vaxt surəni tamam etsə, sonrakı rukudan qabaq Həmdi oxuması lazımdır.

Mənbə
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru