Перейти к содержимому


Фотография

Səyahətləriniz )))


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 51

#1 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 17 февраля 2010 - 17:57

Hamiya Salamlar :victoryL:

Səyahət etdiyiniz ölkələr haqqında azacıq məlumatlar, təəssüratlar)) Haralarda olmusuz? Hansı ölkələrin adət-ənənələri, insanları daha maraqlıdır və s.?

Əvvəlcədən təşəkkürlər :)
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#2 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 18 февраля 2010 - 10:42

baci olkelerden demiyim amma azerbaycanin demek olar ki her terefinde olmusham, Ishgal altinda olan torpaglarin bezilerinden bashqa
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#3 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 18 февраля 2010 - 11:59

Birincisi Coxlariniz kimi Moskvada olmuwam:)Turkiyede olmuwam:)
Ve en gozeli iki Defe Mekke Ve Medinede olmuwam

Medine camaati Mekke camaatindan ferqlenir,hardasa Mekke camaatina nisbetde Medine camaati zevvara hormet eleyir,en esasi Medinede wiye mehlesinde oldum,ve ordaki abu hava tamamile fergli idi,hotelden cixdiq ki,mawin tutaq Imam Hasan eleyhisalamin mescidine gedek ve orda Imamin ozunun saldiqi xurma bagi var Allah getmiyenlere qismet elesin inwallah.Bextimizden taksi woferide wiye cixdi mawallah,apardi gezdirdi bizi,Ali Ibn Abu Talib kucesi var ki,orda wiyelerin cox olduqu yerdir.Getdik hemin mescide ve Baga mawallah bizi gozel qarwiladilar.Allah nesib eledi hemin bagin xurmasindan da daddiq.Neise daniwmaqnan dile gelmeyen hisslerdir Allah size nesib elesin inwallah
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#4 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 февраля 2010 - 13:18

baci olkelerden demiyim amma azerbaycanin demek olar ki her terefinde olmusham, Ishgal altinda olan torpaglarin bezilerinden bashqa

lap gözəl qardaş, onda özümüzünkülərin adət-ənənlərindən yazin :tommy:
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#5 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 февраля 2010 - 13:22

Birincisi Coxlariniz kimi Moskvada olmuwam:)Turkiyede olmuwam:)
Ve en gozeli iki Defe Mekke Ve Medinede olmuwam

Medine camaati Mekke camaatindan ferqlenir,hardasa Mekke camaatina nisbetde Medine camaati zevvara hormet eleyir,en esasi Medinede wiye mehlesinde oldum,ve ordaki abu hava tamamile fergli idi,hotelden cixdiq ki,mawin tutaq Imam Hasan eleyhisalamin mescidine gedek ve orda Imamin ozunun saldiqi xurma bagi var Allah getmiyenlere qismet elesin inwallah.Bextimizden taksi woferide wiye cixdi mawallah,apardi gezdirdi bizi,Ali Ibn Abu Talib kucesi var ki,orda wiyelerin cox olduqu yerdir.Getdik hemin mescide ve Baga mawallah bizi gozel qarwiladilar.Allah nesib eledi hemin bagin xurmasindan da daddiq.Neise daniwmaqnan dile gelmeyen hisslerdir Allah size nesib elesin inwallah

MaşAllah! Həm gözəl yerdə olmusuz, həm də Allah Təala qarşınıza gözəl insanlar çıxarıb. Allah qəbul eləsin, və yenə qismət eləsin İnşAllah. Həccə gedənlərin bir çoxundan sizin dediyinizə oxşar sözlər eşitmişəm. Demək olar ki, bir çoxu Mədinə camaatını daha istiqanlı olduğunu söyləyir. Alla cümləmizə nəsib etsin! Amin!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#6 Coldunya

Coldunya

    Mulazzim – lieutenant

  • Murid
  • 337 сообщений

Отправлено 18 февраля 2010 - 13:35

salam əleykim, xaricdə olmaq hələ ki, qismət olmayıb amma ölkədaxili səyahətlərə 1 neçə dəfə çıxmağa nail olmuşam. Qubada, Xızıda, İsmayıllıda, Qobustanda, Nabranda çox maraqlı və şən vaxtlarımız olub. Nabranın sonu amma 1 az faciəvi olacaqdı amma yüngül atlatdıq. Ailəlikcə hamımız bacımdan başqa istirahətin son günündə zəhərləndik :tommy: Yazıq bacım qalmışdı hansımıza baxsın. Başlayım Qubadan, deməli biz Uzun Meşə adlanan ərazidə qalırdıq, səhv etmirəmsə ora daha çox Qusara yaxındır. Nə isə təbiətindən və havasından söz ola bilməz çox gözəl yerlərdir. Hər tərəf alma ağacları bəh bəh. Yadıma gəlir ki, səhər tezdən hava təzə işıqlanmışdı bacımla qərara gəldik ətrafı razvedkaya çıxaq. Elə qaldığımız evin o tayı camaatın evləri alma bağları yerləşirdi. Dedik bir gedek alma yeyək, həyətə girməyimizlə bir dənə yekə it üstümüzə gəlməyi bir oldu. Amma sonra gördük ki, it qonaqpərvərdi biz bağı gəzə gəzə bu da yanımızda quyruq bulayırdı sahibinin gözündən iraq. 1 dənə kişi var idi adı yadımdan çıxıb bizi UAZ maşınında dağlara gəzməyə apardı çox yerləri göstərdi amma heyif Xınalığa gedə bilmədik dedi ki gecdir qayıda bilməyəcəyik, biz de elə dagda meşədə gəzib qayıtdıq kampa. Çox sadə və qonaqpərvər adamları var deyim ki, həmişə kömək etməyə hazırdılar :loool:

Сообщение отредактировал Coldunya: 18 февраля 2010 - 13:38

Хорошо быть черепахой – всю жизнь тащишься.

#7 surramanraa

surramanraa

    Raqib Awwal – Master Seargeant

  • Emir
  • 235 сообщений

Отправлено 18 февраля 2010 - 14:58

Azərbaycanın demək olar ki bütün bölgələrində olmusham, hətta Qarabag daxil (ushaqliqda). Indi de ishimle elaqedar tez-tez gedirem. En sevdiyim bolgeler Gencebasar ve Zaqatala tereflerdir.

Xaricde ise Sweden, Avstraliya, Turkiye ve Iran. En cox darixdigim yer Sweden ve Turkiyedir ki, oralara qayitmaq cox isterdim.
Irana ilk gedishim cox gozel tesurat yaratdi mende. Indi ise o tesuratdan bezileri galmayib )) Cunki tez-tez gedib gelirem.
Avstraliyadan gozlediyimden yaxshi tesuratlar az oldu.

Novbeti sefer Tailanda olacaq InshaaALLAH!

Inshaa ALLAH vaxt olanda butun tesuratlarimla daha etrafli bolusherem.
"Aglin zekati cahillere dozmekdir. Haqq shexsiyyetlerle taninmir, haqqi tani ki, onun ehlini de taniyasan. Hech kimin qulu olma, chunki Allah seni azad yaratmishdir.” Imam Ali (A)

#8 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 18 февраля 2010 - 15:01

Birincisi Coxlariniz kimi Moskvada olmuwam:)Turkiyede olmuwam:)
Ve en gozeli iki Defe Mekke Ve Medinede olmuwam

Medine camaati Mekke camaatindan ferqlenir,hardasa Mekke camaatina nisbetde Medine camaati zevvara hormet eleyir,en esasi Medinede wiye mehlesinde oldum,ve ordaki abu hava tamamile fergli idi,hotelden cixdiq ki,mawin tutaq Imam Hasan eleyhisalamin mescidine gedek ve orda Imamin ozunun saldiqi xurma bagi var Allah getmiyenlere qismet elesin inwallah.Bextimizden taksi woferide wiye cixdi mawallah,apardi gezdirdi bizi,Ali Ibn Abu Talib kucesi var ki,orda wiyelerin cox olduqu yerdir.Getdik hemin mescide ve Baga mawallah bizi gozel qarwiladilar.Allah nesib eledi hemin bagin xurmasindan da daddiq.Neise daniwmaqnan dile gelmeyen hisslerdir Allah size nesib elesin inwallah

MaşAllah! Həm gözəl yerdə olmusuz, həm də Allah Təala qarşınıza gözəl insanlar çıxarıb. Allah qəbul eləsin, və yenə qismət eləsin İnşAllah. Həccə gedənlərin bir çoxundan sizin dediyinizə oxşar sözlər eşitmişəm. Demək olar ki, bir çoxu Mədinə camaatını daha istiqanlı olduğunu söyləyir. Alla cümləmizə nəsib etsin! Amin!



Allah razi olsun ve sizede qismet elesin inwallah, teki hemiwe ele yerlere gedesizki orda axiret ucun nese qazanmiw olasiz.
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#9 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 18 февраля 2010 - 15:57

Heyder313,
qardaş, oxudum gözlərim yaşardı sizin yazdıqlarınıza. Dünən ərəb dili mövzusunda Malik Esterin dərsində "yənsuru" sözünü oxuyanda fikirləşdim, bəlkə də "ənsar" sözünün kökü də bu sözlə eynidir. Sizə də kömək ediblər. Onların qismətinə ənsarlıq yazılıb...
Allah razı olsun sizdən də, onlardan da

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#10 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 18 февраля 2010 - 23:59

Gürcüstanda, Latviyada, Litvada, Aşxabadda, Türkiyədə, Suriya, İordaniya, Məkkə və Mədinədə olmağı ALLAH qismət edib.
Ərəblərin hamısının barəsində demirəm, amma əksəriyyəti Nadürüst adamlardır, 3 alçaq tayfa olmuş olsa, bilin ki, 2-si ərəblərdir! Onlar elə qəliz və təkəbbürlüdürlər ki, inandırım əgər İslam dini və Peyğəmbər (S) onlara gəlməsəydi, O Müqəddəs Ziyarətgahlar orada olmasaydı, onlar heç vaxt İman gətirməzdilər!
Bu da mənim Xatirələrim!

HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#11 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 19 февраля 2010 - 02:49

İran və İraqda olmuşam!
İrana ilk səfərimi Qədr gecələrinə planlaşdırdım. Ramazan ayının ilk Qədr gecəsi Qumda idim. Əla dua və ibadət məclisi var idi. Milyonlarla insan deyirdi: Bikə Ya ƏLLAH... Hər Qədr gecəsi əla təəssürat olur. Sonda da taksi qıtlığı... :big_boss:
İranda ticarətə qoşulmuş amma saf qalmış adam olduqca azdır. Saf adamlarla rastlaşdıqda isə, adamın könlü açılır. Bu hər yerdə belədir.
İraqda isə, Kərbəla ziyarətinə getmişdik. Ərbəin günü Kərbəlada idik. 14 milyon adam var idi. Hər yerdə ehsanlar verilirdi... Şiə ərəblərin hərəmlərin zərihini ziyarət edib tez ayrıldıqları diqqətdən yayınmırdı. Adətən iranlılar daha çox zərihdən tutub qalırdılar. Bu isə ərənlərin xoşuna gəlmirdi. Bir də, ziyarət zamanı ərəblər, iranlılardan fərqli olaraq kimsəni kənara itələyib özlərini soxmurdular.
Hər halda mən belə gördüm.
P.S. Mövzuya görə təşəkkürlər.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#12 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 19 февраля 2010 - 16:11

MaşAllah gedənlərin bir çoxu müqəddəs məkanlarımızda olublar. Surramanraa baji da deyəsən Məşədıxanımdır. Allah qəbul eləsin :gizildish:

Saqi Günahkar qardaş Allah sizin də ziyarətlərinizi qəbul eləsin!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#13 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 19 февраля 2010 - 16:15

İran və İraqda olmuşam!
İrana ilk səfərimi Qədr gecələrinə planlaşdırdım. Ramazan ayının ilk Qədr gecəsi Qumda idim. Əla dua və ibadət məclisi var idi. Milyonlarla insan deyirdi: Bikə Ya ƏLLAH... Hər Qədr gecəsi əla təəssürat olur. Sonda da taksi qıtlığı... :gizildish:
İranda ticarətə qoşulmuş amma saf qalmış adam olduqca azdır. Saf adamlarla rastlaşdıqda isə, adamın könlü açılır. Bu hər yerdə belədir.
İraqda isə, Kərbəla ziyarətinə getmişdik. Ərbəin günü Kərbəlada idik. 14 milyon adam var idi. Hər yerdə ehsanlar verilirdi... Şiə ərəblərin hərəmlərin zərihini ziyarət edib tez ayrıldıqları diqqətdən yayınmırdı. Adətən iranlılar daha çox zərihdən tutub qalırdılar. Bu isə ərənlərin xoşuna gəlmirdi. Bir də, ziyarət zamanı ərəblər, iranlılardan fərqli olaraq kimsəni kənara itələyib özlərini soxmurdular.
Hər halda mən belə gördüm.
P.S. Mövzuya görə təşəkkürlər.

Sizcə bunlar ərəblərin daha mədəni olmagından irəli gəlirdiç yoxsa iranlılarin səbirsizliklə ziyarət istəyindən.

Ümumiyyətlə ərəb ölkələrinin hamısı haqqında eyni sözləri demək olmur. Misirlilər az qala sözləridə pul ilə deyirlər. Ço pulgirdirlər, həm də şəhərləri də çox natəmiz və çirklidir. Amma xanımları yaman hökmlüdür)))
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#14 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 19 февраля 2010 - 18:35

Allah ziyarətlərinizi qəbul etsin. Mən ziyarətdə olmamışam, amma səyahətlərdə olmuşam. Azərbaycanı doyunca gəzmişəm. İranı və Türkiyəni də addımbaaddım gəzmək istəyərəm.
Bir epizodu danışım)
Romaya təzə çatmışıq, mindik taksiyə ki, gedək otelimizə. Taksi sürücüsü bizlə söhbətə başladı. Həmişəki suallar. Hardansız, sizin şəhəriniz necədi, falan-filan kimi suallar. Söhbət gəldi dini məsələlərə. Dedim biz çox tolerant millətik, ölkəmizdə hər dindən, hər məzhəbdən insanlar sülh içində yaşayır. Tarix boyu azərbaycanda xristian-müsəlman davası, nə də sünni-şiə çatışması olmayıb. Sürücü də görür mən həvəslə danışıram. Qayıdıb nə desə yaxşıdı? Deyir italiyada hər gün toqquşma olur, gündə ən azı 5 müsəlman öldürülür xristianlar tərəfindən. Zorakılıq hökm sürür. Mən avam da tez inandım, üzün ifadəsi də 180 dərəcə dəyişdi ) Sürücü necə qorxdusa mənim sifətimnən, dedi zarafat eliyirəm)))
Amma indi bildiyimə görə, oralarda vəziyyət ürəkaçan deyil.
Xarici səfərlərimdə ən çox əziyyət çəkdiyim məsələ yemək olur. Ətsiz qalıram ((((((((

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#15 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 19 февраля 2010 - 18:45

Gürcüstanda ən çox xoşuma gələn dağ böyürtlənləri idi.
Rusiyada qədim arxitekturalı evlər, kilsələr çox xoşuma gəlmişdi. Uşaq vaxtı rus nağıllarını oxuyanda xəyalımda necə təsəvvür etmişdimsə, elə də gördüm. Bir də Sibir meşələrində qar və Günəşin sintezi çox qeyri-adi gözəlliyə səbəb olurdu. Ətraf bərq vururdu.
BƏƏ-də Dubayda oldum bu yaxınlarda. Gəzməli, maraqlı yerlər var, amma insan əliylə, texnika ilə düzəldilib.
Britaniya da da olmuşam, Londonu gəz gəz, qurtarmır. 1 ay bəs etmədi Londonun bütün görməli yerlərini gəzməyə. Yenə getsəm, bütün görmədiyim yerləri gəzsəm yenə 1 ay lazım olacaq, məncə.
Edinburq bir başqa aləmdi. Düzdü, soyuq şəhərdi. Sözün hər mənasında soyuq görünürdü.
Oksford da maraqlı, qədim şəhərcikdi.
Amma orda çooooooox darıxmışdım Bakı üçün. Hər təfə havada təyyarə görəndə fikirləşirdim, ilahi mənə qismət olacaq, təyyarəyə minib Bakıma qayıtmaq...
Bakının neftli qoxusunu heç nəyə dəyişmərəm. (Almas İldirim)
İtaliyada (Venesiya, Roma, Milan, Florensiya və Pisa) oldum. Başdan ayağa tarixdi, hər daşı tarixdi..
Yadıma düşdükcə yazaram xatirələrdən.
Allah mənə müqəddəs məkanları ziyarət etməyi nəsib etsin.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#16 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 20 февраля 2010 - 04:19

MaşAllah gedənlərin bir çoxu müqəddəs məkanlarımızda olublar. Surramanraa baji da deyəsən Məşədıxanımdır. Allah qəbul eləsin :flowers1:

Saqi Günahkar qardaş Allah sizin də ziyarətlərinizi qəbul eləsin!


ALLAH köməyiniz olsun və sizə də dəfələrlə məsumların (ə) məzarını ziyarət etməyi nəsib etsin!
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#17 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 20 февраля 2010 - 04:24


Adətən iranlılar daha çox zərihdən tutub qalırdılar. Bu isə ərənlərin xoşuna gəlmirdi. Bir də, ziyarət zamanı ərəblər, iranlılardan fərqli olaraq kimsəni kənara itələyib özlərini soxmurdular.


Sizcə bunlar ərəblərin daha mədəni olmagından irəli gəlirdiç yoxsa iranlılarin səbirsizliklə ziyarət istəyindən.


[size="4"][font="Palatino Linotype"]Xeyr. Səhv etmirəmsə, müctehidlər ziyarət üçün başqalarına mane olmağı işkallı bilirlər. Buna ərəblər iranlılardan daha dəqiq əməl edirlər. Həm də orada zərihi ziyarət etdikdən sonra tez ayrılmağı audio lent vasitəsilə tez-tez, ərəbcə deyirdilər.
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#18 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 20 февраля 2010 - 04:26


Allah mənə müqəddəs məkanları ziyarət etməyi nəsib etsin.


Xatirələriniz xoşuma gəldi. Dualarınıza isə "AMİN" deyirəm!
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#19 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 20 февраля 2010 - 04:27

Pardon, prdaon...
İrana ziyarətə gələcək hər bir şəxsin xidmətindəyəm... Əlimdən gələn qədər...
P.S. Yalnız Qumda...

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#20 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 21 февраля 2010 - 02:27

Ehhh bilmir’m hansı ölkədən başdıyım ,belə pis cıxmasın, ilk ziyaret ve axirinci ziyaret elediyim ölkələrdən yazmıyacam üzü Gərbdən başlıyıram

Böyükbritaniya – Şemsinin dediyi kimi paytaxtı gezmeknen bitmiyen bir yerdi , insanları menım fikrimcə mənasız həyat sürən ölkədi iş dalıncada PUB-pivəxanalar futbol və hər gün eyni şey təkrarlanır. İngilisdər naturaca cox təkkəbürlü olurlar məsələn sıravı mənim kimi qeyri ingilisnən danışıb qaynaşmaqdan cəkinirlər , amma Şotlandlar daha danışqan istiqanlı insanlardı. Nəmli havası olan ölkədən zəhləm gedir ilk 3 gün tərliyirsən durduğun yerdə.Bu belə.

Fransa - OOOOOOO PAĞİ PAĞİİİ , əsrarəngiz şəhər, Eyfel , pardon, gözəl gızlar :D tarixi abidələr , moda nefis yerdi . Menim icine girib baxmag üçün pulum olmuyub ,qarşısında şəkil cəkdirməknən kifayətləndiyim Luvr muzeyi və daha nələr nələr.

Almaniya - Berlin , Münxen , Bremen icində ən mənə od vuran Münxən şəhəri , Almaniyanın ən bahalı şəhəri di. Almannar yaxşı gülərüz , dostluğa sadiq millətdi. Həəəə birdə deyillər kiç Almannar dünyanın ən dəqiq millətidi booooooş söhbətdi inanmıyın, yalandı . Bir Almanı kecigdiyinə görə yarım saat , bəzən olub ki ğörüş üçün bir saat gözləmişəm.

Polşa - Həəəəəəəəə ki, sizə deyim ki, narod , Avropanın ən gözəl xanımları polyak qızdarıdı həmdə qulturnu otval verənlərdə onlardı :)Məsələn : "Девишка, не могли бы вы со мной попить кофе ?- О спасибо за Ваш прекрасное предложение , но очень извиняюсь увы у меня нет времени " Tesurat gəəəəşşşəəəh.

Latviya , Litva , Estoniya belə də həqiqətən fikiləşəndə ki, onnarda SSSR tərkibində olub bizdə Tadjiklərdə :) adam inanmağı gəlmir. Bİr təsurat qalıf o da özümü qərə azərilər kimi aparmağım. Yaxınlaşdim nömrə satan kyoska bir arvad sim nömrələr satırdı dedim verin siyahını nömrəyə baxım verdi :
-А этот номер 3333333 сколько стоит ?
-Один лат.
- А этот 3454545 ?
- Один лат
- А это 7777777?
- Один лат .
- А этот...
- Слушай парень ты меня закалибал все номера стоят один лат .
Belə :) Qərə ki qərə ağlım gedib bizim Bakıya.

Norvec, İsvec , Finlandiya – təbii ilərində ən gözəl şəhərə malik olan İsvecdi –Stokgolm gözəl yerdi orda məndə təsurat qalan bir bizim İcəri Şəhər kimi Gamle Stan köhnə şəhər var ora birdə quşlar və kəpənəklər evıdı. Gəəəəşəh donmuşdum soyoxdan.
Kopengagen cox gözəl şəhərdiş. İllahımda rusalocka :)

Bolqariya,Bosniya və Hersogovina , Serbiya , Slovakiya , Sloveniya , Macarlstan orda da olmuşam .Sizə deyim ki, iclərində Macarıstanı cixsaq qalanları adı sıradan ölkələrdi .Yanə hərəsinin özünəməxsus gözəllikləri var amma yene də maraxlı bir təsurat olmadı.

Portuqaliya , İspaniya suuper yerlərdi cox yazmaqa həvəs yoxdu amma doğurdan əla yerlərdi illahımda İspaniya , amma Sevilyada , Betisdə Ərəb xəlifəliyi zamanında mecidləri kilsəyə cöndərmələri məni nervləndirən təsuratlardan oldu. Həəə birdə İspannarda bizim kimi qərələrdi :)

İtalya – Roma , Milan , Venesiya Turin peeeeeeeh yazmıram eeey ağlamağım gəlir . Təsurat Turinın xəstəsi olduğum Yuventus komandasıynan Milanin İnter komandasının oyununa baxmaq .

Yunanıstan- gəəəəşəəəh. Təsurat Dədəmin Afinada Akropol, Parfenon Erextiyona baxıb : Bu nəəədi əəə bu xaraba xanaya nəyə gəldik , hara baxırsan sınıx sökük )))))

Avstriya – Viena – Salsburg birde Kitsbyuel de olmuşam : Kitsbyueldə xizəkdən yıxılanan sora üzü sulu xizəknən bir daha tovbe deyib onu sürməmək şərti ilə vidalaşmışam.

Türkiyə - İstanbuldan adam nə təsuratnan qayıda bilər ? Bakıdan ucuz olan marka şmətkələr ))))) təsuratım o olub ki, biz hecdə bir millət deyilik , nə mən onnarı başa düşürdüm nə də onnar məni.

İran : Radikallar kimi məndə Tehran , Qum , Məşəddə olmuşam. Qum da ki 3 günlük həyatım,ziyarəti cıxmaq şərti ilə, getsin birdə gəlməsin. Suyu şor , havası quru diri meyid idim. Bogaz gup guru siqaret cəkə bilmirəsn . Amma elə ki, düşdün Məşədə elə bil Bakı havasıdı yaşaaaa kef elə. Tehranında ki ancaq Şimal tərəfi gözəldi. Qayıdanda İranan profildən düyüyə oxşuyurdum. Ayəəə adam nə qədər düyü yüyər. İran haqqda tam başqa təsuratıardaydım getməmişdən , tamamilə dəyişdi fikirlərim. Zəhləm getdi o İranda özünü qərblilərə oxşatmaq istuyən gənclərə nə gündəydilər. Birdə dünyanın ən nufus qadınlari İrankalardi.

Orta Asiya iyrənci xanadı af diləsin məni orda yaşıyan mominlər oranəı kecirəm.

Yaponyada olmuşam təsurat odu ki, narod , bir ölkədə ki kücədə xüsusi yerlərdə sigaret cəkməyə icaze versinnər o ölkəni soyməh lazımdı ya yox :))))))) Yaponnar insan deyil robotdardi, birdı Yaponyada özdərin avropalılara oxşatmax istıyən gəncləri görəndə həyatıma nifrət elədim . Hec həyatınızda sarışın kimi özünü boyuyan yapon görmüsüz ? Əgər HƏ sizə gecmiş olsun , əgər yox ALLAH sizə o sıfatda insan görməyi nəsib eləməsin.

Çin - ən aj qaldığım ölkə .

Hindistan - ən aj qaldığım ikinci ölkə.

Tayland – profildən balığa oxşuyurdum balix yeməkdən. Ən gözəl ada Pi Pi və Djeym Bond adası. Elə bil cənnətdi.

Bu qədər. Allah Məkkə Mdinə ziyarəti nəsib eləsin.
Bir kəlmə deyim ki, dünyada ən gözəl yeməklər bizim ölkədədi. Hec bir ölkədə doyunca ağız dadıynan yemək yeye bilmədinsə oooo səyahətin başına bomba düşsün.

P.s.:)))) x e xe bu yuxarda yazdıqlrım ölkələrin hamısın yuxda səyahət eləmişəm. İnşallah realda edərəm ))))) Bu yazını oxuyanan sora mıni söymüyün :)
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!


#21 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:09

Əstəqfurullah,cənənnəmin bir necə bolgəsi.
Əfqanistan,Xorvatiya,
Cənnətin cəhənnəmə donmuş bolgəsi
Qarabağ.
Rusiyanin bir cox bolgələri.
Paris-Fransa
İstanbul.
Pribaltik Respublikalar.
Polşa.
Cexoslavakiya.
Qazaxistan.
Tacikistan.
Ozum də bilmədən-Pakistan.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#22 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 февраля 2010 - 16:09

Oxudum paxıllığım tutdu :flowers1: Gərək mövzunun adını da səyahətlərini və ziyarətləriniz qoyardim!

Dr.White-in postundan sonra gözlərim :respect: belə oldu, sonra aglamaq tutdu məni

Bu qədər. Allah Məkkə Mdinə ziyarəti nəsib eləsin.


Amin İnşAllah!!!

Сообщение отредактировал fidan: 22 февраля 2010 - 16:17

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#23 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 22 февраля 2010 - 16:11

Oxudum paxıllığım tutdu :flowers1: Gərək mövzunun adını da səyahətlərini və ziyarətləriniz qoyardim!

Dr.White-in postundan sonra gözlərim :respect: belə oldu, sonra aglamaq tutdu məni



Bajı, sən o ps-ya inanma. Mənnən sənə məsləhət )))

Сообщение отредактировал Shemsi: 22 февраля 2010 - 16:12

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#24 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 февраля 2010 - 16:15

Əstəqfurullah,cənənnəmin bir necə bolgəsi.
Əfqanistan,Xorvatiya,
Cənnətin cəhənnəmə donmuş bolgəsi
Qarabağ.
Rusiyanin bir cox bolgələri.
Paris-Fransa
İstanbul.
Pribaltik Respublikalar.
Polşa.
Cexoslavakiya.
Qazaxistan.
Tacikistan.
Ozum də bilmədən-Pakistan.

səyahətləırimdən daha çox müharibələrim-ə uyğun gəldi! Allah bundan sonrakı ömrünüzü daha da şərəfli etsin!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#25 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 22 февраля 2010 - 16:18

Yaponyada olmuşam təsurat odu ki, narod , bir ölkədə ki kücədə xüsusi yerlərdə sigaret cəkməyə icaze versinnər o ölkəni soyməh lazımdı ya yox :respect:)))))) Yaponnar insan deyil robotdardi, birdı Yaponyada özdərin avropalılara oxşatmax istıyən gəncləri görəndə həyatıma nifrət elədim . Hec həyatınızda sarışın kimi özünü boyuyan yapon görmüsüz ? Əgər HƏ sizə gecmiş olsun , əgər yox ALLAH sizə o sıfatda insan görməyi nəsib eləməsin.

:flowers1: gormushem bele sari bash yaponlunu ve hetta bir shirketde calishmisham!

ALLAH Sizi guldursun, ay Doxtur.

ALLAH her kese ureyi istediyi yerleri bu Dunyada gorub, ziyaret etmeyi nesib elesin, Diger Dunyada ise CENNET olsun gorduyunuz yer. AMİN!

ALLAH AMANINDA

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#26 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 22 февраля 2010 - 16:19

Doxtur ləzzət elədi. Heç birisinə getmədiyim halda səndən birgə səyahət elədim gəldim.
İtaliya və Afina səyahətlərin ələxsus. Birincisi sevimli komandam Qara Senyoraya görə, 2cisi də “Təsurat Dədəmin Afinada Akropol, Parfenon Erextiyona baxıb : Bu nəəədi əəə bu xaraba xanaya nəyə gəldik , hara baxırsan sınıx sökük )))))” – düz diyirdə kişi, fotolarına baxanda bizim tikilməkdə olan göydələnlərə oxşuyur. Amma P.s oxumağı heç kəsə məsləhət bilmirəm :flowers1:

#27 surramanraa

surramanraa

    Raqib Awwal – Master Seargeant

  • Emir
  • 235 сообщений

Отправлено 22 февраля 2010 - 16:44

Yaponyada olmuşam təsurat odu ki, narod , bir ölkədə ki kücədə xüsusi yerlərdə sigaret cəkməyə icaze versinnər o ölkəni soyməh lazımdı ya yox :respect:)))))) Yaponnar insan deyil robotdardi, birdı Yaponyada özdərin avropalılara oxşatmax istıyən gəncləri görəndə həyatıma nifrət elədim . Hec həyatınızda sarışın kimi özünü boyuyan yapon görmüsüz ? Əgər HƏ sizə gecmiş olsun , əgər yox ALLAH sizə o sıfatda insan görməyi nəsib eləməsin.

:flowers1: gormushem bele sari bash yaponlunu ve hetta bir shirketde calishmisham!

ALLAH Sizi guldursun, ay Doxtur.

ALLAH her kese ureyi istediyi yerleri bu Dunyada gorub, ziyaret etmeyi nesib elesin, Diger Dunyada ise CENNET olsun gorduyunuz yer. AMİN!

ALLAH AMANINDA


Я под стулом от впечатлений Дохтур меллиме )))

Кстати о сарыбаш японка-китайкалардан Австралияда о гедер иди ки, еле билдим Австралияда йох Китайын - Хынмынчинчу аялятиндейем. ))
"Aglin zekati cahillere dozmekdir. Haqq shexsiyyetlerle taninmir, haqqi tani ki, onun ehlini de taniyasan. Hech kimin qulu olma, chunki Allah seni azad yaratmishdir.” Imam Ali (A)

#28 surramanraa

surramanraa

    Raqib Awwal – Master Seargeant

  • Emir
  • 235 сообщений

Отправлено 22 февраля 2010 - 16:47

Doxtur ləzzət elədi. Heç birisinə getmədiyim halda səndən birgə səyahət elədim gəldim.
İtaliya və Afina səyahətlərin ələxsus. Birincisi sevimli komandam Qara Senyoraya görə, 2cisi də “Təsurat Dədəmin Afinada Akropol, Parfenon Erextiyona baxıb : Bu nəəədi əəə bu xaraba xanaya nəyə gəldik , hara baxırsan sınıx sökük )))))” – düz diyirdə kişi, fotolarına baxanda bizim tikilməkdə olan göydələnlərə oxşuyur. Amma P.s oxumağı heç kəsə məsləhət bilmirəm :flowers1:


Оз арамызда Дохтур еле йазыб ки, меним тессуратларымла там уст-устя дюшюб. Яни олдугум олкелерде.
Дохтур йегин сизин йахшы разведчикиниз вар. )))))))
"Aglin zekati cahillere dozmekdir. Haqq shexsiyyetlerle taninmir, haqqi tani ki, onun ehlini de taniyasan. Hech kimin qulu olma, chunki Allah seni azad yaratmishdir.” Imam Ali (A)

#29 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 февраля 2010 - 17:17

Mən yazıq Biləcəridən o tərəfə keçməmişəm)))
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#30 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 22 февраля 2010 - 17:21

Mən yazıq Biləcəridən o tərəfə keçməmişəm)))



Noolsun? Nizami Gəncəvi də Gənjədən o yana çıxmamışdı, amma 800 ildi yaşayır.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru