Перейти к содержимому


Фотография

Vahabi(SƏLƏFİ) Kimdi ?????


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 xayal

xayal

    Jundi – Soldier

  • Ibtidai
  • 3 сообщений

Отправлено 11 октября 2008 - 08:19

Biz islamdan, dindən və dindarlıqdan xəbəri olmayan vəhhabilərə fitnədən əl çəkmələrini və Həzrəti Peyğəmbərin (s.ə.a.s) gətirdiyi şəriətə düzgün əməl etmələrini tövsiyə edirik. Onlara bildirmək istəyirik ki, aynaya baxan şəxsə bədənində və ya libasında olan çirkinlik görsənərsə, o, bunun müqabilində aynaya təşəkkür etməlidir, onu günahkar bilib sındırmamalıdır. Əgər bir mömin həmvətənimiz tutduğunuz yolun nöqsanlarını və şəriətlə uyğunsuzluğunu sizə izah edirsə, onunla mücadilə etməkdənsə, bu nöqsanları özünüzdən uzaqlaşdırmalısınız. Əhli-beyt tərəfdarlarının dini mənbələrində sizin əqidənizlə uyğun gəlməyən bir rəvayət və ya fətva gördükdə bu məsələləri həddən artıq böyüdüb hər vasitə ilə (internet və s.) dünyaya yaymağa çalışırsınız. Bəs nə üçün öz dini mənbələrinizdə olan çirkin əqidələri və İslamdan uzaq fətvəları Qur'an və şəriətlə ziddiyyət təşkil etdiyi halda görmürsünüz? Müxtəlif məqalələr yazaraq Əhli-beyt (ə)-a tabe olan şiələrin tutduğu yol və onların müctəhidlərinin yazdığı fətvaları tənqid edib nalayiq sözlər işlədirsiniz. Biz bu cür məqalələri oxuduqdan sonra sizin halımıza, həmçinin bəyənilməyən kəlmələrdən istifadə etməyinizə təəssüflə yanaşırıq. Nə üçün sizlər özünüzü təbliğ etmək üçün başqalarına hörmətsiz yanaşırsınız. Sizin vaxtaşırı yazdığınız elmsiz, mənasız məqalələrə həmin tərzdə cavab yazmağı biz şəriətə uyğun və özümüzə layiq bilmirik. Bu səbəbə əsasən Mütəal Allahın Qur'anda buyurduğu "Və cadilhum billəti hiyə əhsən", "Onlarla gözəl tərzdə danış" ayəsini özümüzə əsas götürərək bu kiçik kitabı yazmağı qərara aldıq. Bu işdə əsas məqsədimiz xeyirxahlıq və haqqı çatdırmaqdır.

Görəsən, siz vəhhabilər tarix boyu şiələrin hansısa əqidəsini, işini və ya şiə alimlərinin yüksək səviyyəli kitablarını bəyənib təqdir etmisinizmi? Onlara din və vətən yolunda apardıqları müharibələrdə dəstək olmusunuzmu? Din yolunda şəhid olan insanlarını xoş fikirlə xatırlamısınızmı? Cənubi Livanda İsraillə müharibədə hansı vəhhabi şiələrə yardım edib, hansı vəhhabi İraqda və Fələstində olan müsəlmanlara yardım edir? Neçə vəhhabi indiyədək bu yolda can verib? Bəli, əslində elə bunlar kömək etməməlidirlər. Çünki bunlar həqiqətən şiələri müsəlman bilmirlər. Lakin Əbu Sufyan, Müaviyə, Yəzid, İbn Ziyad və Şimr kimi cinayətkar şəxsləri Peyğəmbərə (s) zülm etdikləri və onun Əhli-beytini qətlə yetirdikləri halda müsəlman bilib lə'nət etmirlər.

Bu cənablar şiələrin imamlarına, müqəddəs ziyarətgahlarına həqarətlə yanaşır, Əhli-beyt (ə) tərəfdarlarının azan, namaz, əqd-nigahlarını batil hesab edirlər. Lakin özlərinin saxta din və əqidələrini Səudiyyə Ərəbistanının muzdlu və saxta din xadimlərindən öyrəndikləri fikirləri İslam şəriətindən hesab edirlər. Məsələdən agah şəxslər bilirlər ki, bunların şiələrin məscidlərini və din alimlərini pisləməkdən məqsədləri özlərinə haqq qazandırmaq və bu yolla öz batil əqidələrini insanlar arasında yaymaqdır. Bəzi vaxt özlərini haqq tərəfdarı kimi göstərmək üçün İmam Baqir (ə) və İmam Sadiq (ə)-dan hədislər gətirib onların tarixdə yaşayış tərzindən danışırlar. Lakin Azərbaycan xalqı bilməlidir ki, bu bir hiylə və vəhhabiliyi yaymaq üçün bir gedişdir. Siz oxucular üçün bu firqənin cinsi məsələlərlə əlaqədar olan hökm və məsələlərinə öz mənbələrinə istinadən baxmaq kifayət edər. Biz o mənbələrdə yazılan məsələləri sizin üçün bu kiçik kitabda qeyd etmişik. Əminik ki, hər kəs bunların çirkin əqidələrindən xəbərdar olsa, onlara qız verib-qız almaz. Bu şəxslərlə ailə qurub özünü rüsvay etməz. Çünki qadına bu səviyyədə hörmətsizliyi ancaq onların mənbələrində tapmaq olar.

Əziz oxucular! Yuxarıda qeyd olunan məsələlərdə vəhhabilər dedikdə məqsədimiz bu əqidələri bilib inadkarlıqla onları müdafiə edənlərdir. Lakin bu həqiqətlərdən xəbəri olmayıb o firqədə olan kəslərə xüsusən də cavanlara biz dinin düşməni kimi baxmamalıyıq. Əksinə, onları başqa əqidəyə mənsub müsəlman hesab edib həqiqəti onlara sakit və əxlaqi tərzdə çatdırmalıyıq.

Məzhəb qardaşlarımızdan, yəni şiələrdən xahişimiz budur ki, bu mətləbləri vəhhabilərə izah edərkən mücadilədən, həmçinin bəyənilməyən kəlmələrdən istifadə etməsinlər. Çünki Allahın Qur'anda Peyğəmbərə (s) buyurduğunu əsas götürərək bu kiçik hazırlamaqda hədəfimiz haqqı vəhhabilərə çatdırmaqdır: "Və ma alər-rəsuli illəl-bəlağ", "Peyğəmbərin üzərinə düşən vəzifə haqqı insanlara çatdırmaqdır." Bu kitabda onların çirkin fətvalarını yazmaqla müsəlman adını daşıyan vəhhabilərin inandığı fikirləri xalqımıza, xüsusən də qeyrətli cavanlara və yeni nəsilə çatdırırıq ki, onların batil fikirlərinə aldanıb bu çirkaba bulaşmasınlar. Ərəblərdə belə bir məsəl var: "Evi şüşədən olan kəs özgəsinə daş atmaz." Vəhhabilərin bu qədər çirkin, nifrətəlayiq, mədəniyyətdən və müsəlmançılıqdan kənar fətvaları ola - ola digər şəxsləri töhmət etmələri və pisləmələri heç bəyənilmir. Görəsən, hansı namuslu bir qız, yaxud qeyrətli bir oğlan bu qədər çirkin və rüsvayçı fətvalardan sonra vəhhabi olmağa razı olar. Çünki vəhhabilik, həqiqətən islamdan və şəriətdən sayılmır. Əksinə, bu çirkin bir çibana bənzəyir ki, sağlam insanın bədəninin hansısa bir yerində törəyib bütün bədənə əziyyət verir
:scenic: :scenic: www.sahib-az-zaman.ucoz.ru

#2 Iu.M.

Iu.M.

    Jundi Awwal – Soldier 1st class

  • Emir
  • 30 сообщений

Отправлено 12 октября 2008 - 21:16

Bütün bunlar səlafilər haqda obyektiv məlumat yox, ittiham nitqidir...

Xahiş olunur, öz fikirlərini bu mözvuda əks edəsiniz. Artiq dərəcədə xahiş edirəm ki, klişe və təhqirlərdən istifadə etməyəsiniz.

Əks halda, mövzunu bağlamağa məcbur olacağam.

Bu rəsmi xəbardarlıqdır.

Сообщение отредактировал Iu.M.: 12 октября 2008 - 21:19





Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru