Görəsən, siz vəhhabilər tarix boyu şiələrin hansısa əqidəsini, işini və ya şiə alimlərinin yüksək səviyyəli kitablarını bəyənib təqdir etmisinizmi? Onlara din və vətən yolunda apardıqları müharibələrdə dəstək olmusunuzmu? Din yolunda şəhid olan insanlarını xoş fikirlə xatırlamısınızmı? Cənubi Livanda İsraillə müharibədə hansı vəhhabi şiələrə yardım edib, hansı vəhhabi İraqda və Fələstində olan müsəlmanlara yardım edir? Neçə vəhhabi indiyədək bu yolda can verib? Bəli, əslində elə bunlar kömək etməməlidirlər. Çünki bunlar həqiqətən şiələri müsəlman bilmirlər. Lakin Əbu Sufyan, Müaviyə, Yəzid, İbn Ziyad və Şimr kimi cinayətkar şəxsləri Peyğəmbərə (s) zülm etdikləri və onun Əhli-beytini qətlə yetirdikləri halda müsəlman bilib lə'nət etmirlər.
Bu cənablar şiələrin imamlarına, müqəddəs ziyarətgahlarına həqarətlə yanaşır, Əhli-beyt (ə) tərəfdarlarının azan, namaz, əqd-nigahlarını batil hesab edirlər. Lakin özlərinin saxta din və əqidələrini Səudiyyə Ərəbistanının muzdlu və saxta din xadimlərindən öyrəndikləri fikirləri İslam şəriətindən hesab edirlər. Məsələdən agah şəxslər bilirlər ki, bunların şiələrin məscidlərini və din alimlərini pisləməkdən məqsədləri özlərinə haqq qazandırmaq və bu yolla öz batil əqidələrini insanlar arasında yaymaqdır. Bəzi vaxt özlərini haqq tərəfdarı kimi göstərmək üçün İmam Baqir (ə) və İmam Sadiq (ə)-dan hədislər gətirib onların tarixdə yaşayış tərzindən danışırlar. Lakin Azərbaycan xalqı bilməlidir ki, bu bir hiylə və vəhhabiliyi yaymaq üçün bir gedişdir. Siz oxucular üçün bu firqənin cinsi məsələlərlə əlaqədar olan hökm və məsələlərinə öz mənbələrinə istinadən baxmaq kifayət edər. Biz o mənbələrdə yazılan məsələləri sizin üçün bu kiçik kitabda qeyd etmişik. Əminik ki, hər kəs bunların çirkin əqidələrindən xəbərdar olsa, onlara qız verib-qız almaz. Bu şəxslərlə ailə qurub özünü rüsvay etməz. Çünki qadına bu səviyyədə hörmətsizliyi ancaq onların mənbələrində tapmaq olar.
Əziz oxucular! Yuxarıda qeyd olunan məsələlərdə vəhhabilər dedikdə məqsədimiz bu əqidələri bilib inadkarlıqla onları müdafiə edənlərdir. Lakin bu həqiqətlərdən xəbəri olmayıb o firqədə olan kəslərə xüsusən də cavanlara biz dinin düşməni kimi baxmamalıyıq. Əksinə, onları başqa əqidəyə mənsub müsəlman hesab edib həqiqəti onlara sakit və əxlaqi tərzdə çatdırmalıyıq.
Məzhəb qardaşlarımızdan, yəni şiələrdən xahişimiz budur ki, bu mətləbləri vəhhabilərə izah edərkən mücadilədən, həmçinin bəyənilməyən kəlmələrdən istifadə etməsinlər. Çünki Allahın Qur'anda Peyğəmbərə (s) buyurduğunu əsas götürərək bu kiçik hazırlamaqda hədəfimiz haqqı vəhhabilərə çatdırmaqdır: "Və ma alər-rəsuli illəl-bəlağ", "Peyğəmbərin üzərinə düşən vəzifə haqqı insanlara çatdırmaqdır." Bu kitabda onların çirkin fətvalarını yazmaqla müsəlman adını daşıyan vəhhabilərin inandığı fikirləri xalqımıza, xüsusən də qeyrətli cavanlara və yeni nəsilə çatdırırıq ki, onların batil fikirlərinə aldanıb bu çirkaba bulaşmasınlar. Ərəblərdə belə bir məsəl var: "Evi şüşədən olan kəs özgəsinə daş atmaz." Vəhhabilərin bu qədər çirkin, nifrətəlayiq, mədəniyyətdən və müsəlmançılıqdan kənar fətvaları ola - ola digər şəxsləri töhmət etmələri və pisləmələri heç bəyənilmir. Görəsən, hansı namuslu bir qız, yaxud qeyrətli bir oğlan bu qədər çirkin və rüsvayçı fətvalardan sonra vəhhabi olmağa razı olar. Çünki vəhhabilik, həqiqətən islamdan və şəriətdən sayılmır. Əksinə, bu çirkin bir çibana bənzəyir ki, sağlam insanın bədəninin hansısa bir yerində törəyib bütün bədənə əziyyət verir

