Həmçinin gətirdikləri dəlil çox gülməlidi. Məgər Həzrət Məhəmməd (s) həm rəsul, həm nəbi deyilmi? Bunu Quran özü deyir axı ("Ali-İmran",144).
وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَنْ يَنْقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ
Və mə Muhammədun illə rasulun qad xalət min qablihir-rusulu ə fəim-mətə əv qutilən qaləbtum a'lə əaqabikum və mən yənqalib a'lə a'qibeyhi fələy-yədzurrallahi şeyə və səyəczilləhuş-şəkirin
Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.
Bu ayədə Həzrət Peyğəmbərin (s) rəsul olduğu və ondan əvvəl rəsulların gəlib getdikləri bildirilir. Amma ondan sonra olacağı deyilmir. Elə bu ayə təklikdə ən gözəl cavabdır. Əgər rəsul gəlsəydi "Ondan əvvəl rəsullar gəlmiş-getmiş, ondan sonra da rəsullar gəlib-gedəcəklər" şəklində deyilərdi.
Сообщение отредактировал al-Islam: 24 апреля 2010 - 15:14