Отправлено 07 марта 2010 - 10:30
Şair, ALLAH Səni var eləsin, Qardaşım! Gözəl temadır, hər şetin yerini bilən kəs, zarafatı ciddiyyətdən ayıra bilər! Gərək hər bir adamda yumor hissi olsun, yoxsa, həyatın gülər üzü də ona CƏHƏNNƏM kimi görünəcək! Özünü ağıllı göstərib, hər sözün başına ip salan adamlar isə, bu duyğudan məhrumdurlar! O ki, qaldı hər kəslə zarafata, mən bunun əleyhinəyəm! Bu, mənim şəxsi fikrimdir! Gərəkdir ki, zarafat elədiyin adamın zarafatı necə başa düşəcəyini biləsən, ola bilər ki, o adam zarafatı sənin demək istədiyin tərzdə yox, başa düşdüyü kimi qəbul etsin. Hər kəsin tutumu qədər zarafat etmək olar, həddi aşmamaq şərti ilə!!!!!!!!!!
Bir əlavə də edim:--- Ən əvvəl gərək bir adamın sənə qarşı rəğbəti olsun, səni tanısn (qiyabi olsa da ), sözünün onunçün mahiyyəti və dəyəri varsa, o şəxs zarafatı qəbul edəcək və bunun zarafat olduğunu biləcək, əks təqdirdə --- aləm bir-birinə dəyəcək! Hələlik bu qədər, zərurəti yazdım, kimin əlavəsi olsa, LƏBBEYK!
Hamının fikirlərinə hörmətlə: Saqi_73
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !