Перейти к содержимому


Фотография

Hicab Şəhidi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 16

#1 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 10 марта 2010 - 19:33

"Rədd ol, səni bir də bu formada görməyim" - deyə 00 -li orta məktəbin direktoru Yusif müəllim sinif otağından qovduğu bir şagirdin ardınca qışqırırdı: "Dünən atasına deyirəm ki, olmaz, dövlətin siyasəti var, Avropa, Amerika bizi vəhşi, mədəniyyətsiz adlandırıb gülürlər. O, isə mənə konstitusiyadan, insan haqqlarından danışır.Yox, mümkün deyil, belələrinin kökü kəsilməyincə, biz inkişaf edə bilməyəcəyik."

Dördüncü sinif şagirdi olan Afaq dindar ailədə dünyaya göç açmışdı. Hələ uşaq ikən rəhmətlik babası Hüseynəli kişi ilə obaşdanlığa durub, günortaya qədər oruc tutar, namaz qılanda onunla bir yerdə namaz qılardı. Babası - 37-ci ilin qurbanlarından olan Hüseynəli kişi olduqca mərd və cəsarətli insan idi. Nəvəsi Afaq ondan namaz və Quranla yanaşı, mərdlik və şücaət dərsini də öyrənmişdi.

Hüseynəli kişinin ailəsi həm də öz iffət və isməti ilə tanınırdı. Bu ailənin bütün qadınları örpək bağlayırdılar. Hicab qadınlara fövqəladə əzəmət və vüqar bəxş edir. Bu ailədə heç zaman narazılıq, söz-söhbət olmazdı və onlar çox mehriban ömür sürürdülər. Bir sözlə desək, Hüseynəli kişinin ailəsi İslam dininin təklif etdiyi kamil ailə formasının gözəl nümunəsi idi. Afaq məhz belə bir ailədə tərbiyə alıb, boya-başa çatmışdı.

Doqquz yaşı tamam olmasa da, Afaq birinci sinifdən məktəbə hicablı gedirdi. Xoşbəxtlikdən indiyə qədər o, bu sahədə heç bir problemlə qarşılaşmamışdı. Lakin bir neçə gün əvvəl başlayan tədris ilində sanki, hər şey dəyişilmiş, Yusif müəllim olduqca sərtləşmişdi. Afaq isə həddi-böluğa çatdığından mövcud şəraitlə heç cür ayaqlaşa bilmirdi. Afaqın atası Əsgərin, Yusif müəllimlə söhbəti baş tutmamışdı. Lakin buna baxmayaraq o, yenə də məktəbə hicablı gəlmişdi. Atası isə rayon Təhsil şöbəsinin müdiri ilə görüşəcəkdi.

Afaq həmin gün məktəbdən tez çıxsa da, evə tələsmədi. Ata-anası hadisəni bilib narahat olmasınlar deyə, məktəbə yaxın olan dayısı gilə gedib, bir neçə saat orada yubandı. O, həmişəki vaxtda evə döndü. Atası Təhsil şöbəsinə getməyi sabaha planlaşdırmışdı. Görünür o, bu məsələni çox da ciddi qəbul etmir, sadəcə bir direktorun özbaşınalığı kimi başa düşürdü. Axı bir çilingər haradan biləydi ki, məhz hicab məsələsi ilə əlaqədar olaraq, son üç ildə bir neçə nəfər ölkə vətəndaşlığından imtina edib, onlarla həmvətənlimiz müvəqqəti olaraq xarici ölkələrdə yaşamağı üstün tutmuşlar.

Afaq həmin gecəni yata bilmədi. Sanki təfəkkür dəryasına qərq olub, fövqəltəbii mətləbləri düşünmək istəyirdi. Amma necə? Görəsən, yaşının azlığı buna imkan verəcəkdimi? Bir məsələ görə, uşaqlar arasında dünya qədər yaşlı, yaşlılar arasında isə bir xeyli uşaq vardır. Kim bilir, bəlkə Afaq da dünya qədər yaşlaşmışdı. Amma hər halda düşünür və özü də yaşından çox-çox böyük şeylər barəsində düşünürdü.

O, çoxlarının düşünmədiyi, düşünə bilmədiyi və düşünmək istəmədiyi məsələlər barədə fikirləşirdi: "Görəsən bizdən nə istəyirlər? Niyə qoymurlar azad yaşayaq? Nə əsasla hesab edirlər ki, hicab gerilik, mədəniyyətsizlikdir?

Axı çılpaq gəzməyin harası mədəniyyətdir? Bizim məktəbdə mini yubka geyən, şalvarla gəzən qızlar var. Niyə onlara bir söz deyən yoxdur? Niyə hər yerdə bizə aşağı gözlə baxırlar? Anamın və bibilərimin hələ də şəxsiyyət vəsiqələri yoxdur. Nəyə görə onların hicablı şəkillərini qəbul etmirlər? Məgər bunlar müsəlman deyillər? Niyə qoymurlar öz vətənimizdə rahat yaşayaq? Yox, hicabımı açmayacağam. Qoy məni məktəbdən çıxarsınlar! Allah cəzanızı versin!"

Səhər tezdən hamı yuxudan oyandı. Atası işə, oradan da Təhsil şöbəsinə, Afaq isə məktəbə getməli idi. Nə edəcəyini bilmirdi. Həyası onun məktəbə getməsinə mane olurdu. Nəinki söz götürmək, danlanmaq, hətta Yusif müəllimi görmək belə istəmirdi.

Lakin nə etsin, ata-anasına nə desin? "Bəlkə dayım gilə gedim? Hə, deyəsən bu yaxşı olar. Gedib, bu günü də birtəhər keçirərəm". Lakin birdən-birə sifəti dəyişildi, qaşları çatıldı: "Axı niyə gizlənməliyəm? Nədən utanmalıyam? Qoy o adamlar utansınlar ki, şəxsiyyətlərini bir quruşa satırlar! Qoy o adamlar utansınlar ki, köləliyə adət edib, öz mənliklərini əldən vermişlər! Qoy çılpaq gəzənlər, əxlaqsız əməlləri ilə həya və ismətlərini itirənlər utansınlar!"

O, artıq qəti qərara gəlmişdi. Məktəbə gedəcək və lazım olsa direktorla özü danışacaqdı. Beləcə, çantasını götürdü. Atası artıq getmişdi. Anasını öpüb, bağrına basdı. Onu bərk-bərk qucaqladı. Anası onun bu qeyri-adi hərəkətindən təəccüblənsə də, üz vurmadı. Kim bilir, bəlkə də qızcığaz anasından mənəvi güc almaq istəyirdi!

Həmin gün 4-a sinfinin birinci dərsi Coğrafiya idi. Hamının sevdiyi Sədaqət müəllimənin bu dərsi olduqca maraqlı keçdi. Tənəffüs zəngi vuruldu. Afaq rəfiqəsi Sevda ilə sinifdən çıxıb, dəhlizdə irəliləməyə başladı. Onlar mehribancasına zarafatlaşır, nəyəsə baxıb gülürdülər.

Lakin bir səs onların gülüşünə son qoydu: -”Köpək qızı, mən sənə deməmişəm başındakı bu cındırı rədd elə?! Nə vaxta qədər öç bildiyinizi edəcəksiz?”

Bir anın içində dəhlizdəki bütün səslər kəsildi. Yusif müəllimin qulaqbatıran səsi bütün məktəbi vahiməyə saldı. Afaq çaşıb qalmışdı, nə edəcəyini bilmirdi. Çünki, o, belə təhqir gözləmirdi. Amma, sən demə insan da heyvan kimi quduzlaşa bilirmiş. Sən demə insanlar içində vəzifə, şan-şöhrət, yaltaqlıq və ucuz təriflər naminə insan adından imtina edən məxluqlar varmış.

O, nə isə deməli idi, çünki, təkcə özü yox, həm də hicab təhqir olunmuşdu. Birtəhər udqunub özünü topladı: "Bu cındır deyil Yusif müəllim, hicabdır!"

Bu cavabdan sonra elə bil Yusif müəllimin başına qaynar su tökdülər: "Hələ bunun söz güləşdirməyinə bax! Hicab-micab bilmirəm, bu cındırdır, cındır! İnanmırsan, bax!" - deyə Yusif müəllim əlini qızın başına apardı. Hicabı var gücü ilə dartıb ayaqları altına atdı. Toz-torpağa batmış ağ hicabı təpikləyə-təpikləyə çığırmağa başladı: "Al, bu da sizin hicabınız! Nifrət edirəm sizin kimilərə də, onların hicablarına da!"

Bütün məktəb tamaşaya durmuşdu. Onun qorxusundan heç kim səsini çıxara bilmirdi. Etirazlarsa sinələrdə həbs olunmuşdu. Bütün ölkəni bürüyən qorxu və sükut bu kiçik kütləyə də hakim idi. Lakin qəfil bir tappıltı səsi bu sükutu pozdu. O, Afaq idi. Bayaqdan bəri yerində donub qalmış qızcığaç yerə sərilmişdi. Müəllimlərin içindən qaçıb gələn Sədaqət müəllimə uşağa yaxınlaşdı. Öncə başını qaldırdı, nəbzini yoxladı. Sonra qulağını onun sinəsinə yaxınlaşdırdı və nəhayət sərt baxışlarla Yusif müəllimi süzməyə başladı. Zavallı qız keçinmişdi...

O artıq çoxdan bəri axtardığı azad aləmdə idi. Daha nə Yusif müəllimlər və nə də onlara tapşırıq verən "kişilər" yox idi. Dördüncü sinif şagirdi olan "hicab şəhidi" əbədi səadətə qovuşmuşdu.

Lakin bütün bunlarla yanaşı qızcığazın ruhu yenə də narahat idi. O, ana və bibiləri və ümumiyyətlə bütün hicablı qız və qadınlar üçün narahatlıq hissi keçirirdi.

O, hicablı qızların, direktor və müəllimlər tərəfindən təhqir olunan hicablı məktəblilərin halına yanırdı.

O, düşünülmüş şəkildə Allahdan və dindən uzaq salınan bütün millətin bu gününə və sabahına üzülürdü.

O, yenə də düşünür, bu dünyada fəryadını belə eşitməyən kar qulaqlara, ruhlar aləmindən zəif bir səslə nəsə pıçıldamağa çalışırdı:

"Daş qəlbli insanları neylərdin, İlahi!

Bizdə bu soyuq qanları neylərdin, İlahi!

Artdıqca həyasızlıq, olur el mütəhəmmil,

Hər zülmə dözən canları neylərdin, İlahi!"

Mənbə

Allah rəhmət eləsin :flowers1:

P.S. Çox üzr istəyirəm mənbəni qeyd etmək unutdum.

Сообщение отредактировал Hasan_AGA: 10 марта 2010 - 21:22

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#2 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 10 марта 2010 - 19:38

Bu hadise hansi mektebde bash verib, Qardash?
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#3 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 10 марта 2010 - 21:26

Bu hadise hansi mektebde bash verib, Qardash?

Düzü hansı məktəbdə baş verdiyini bilmirəm, mənbə göstərdiyim saytdan bu xəbəri bu gün gördüm, dedim paylaşım :flowers1:
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#4 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 10 марта 2010 - 23:07

Əzizlərim, bu bir hekayədir xəbər deyil. Özü də keçən ilin yayında inetdə yer almış hekayə.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#5 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 11 марта 2010 - 00:19

Əgər həqiqətən belədirsə, nə üçün məktəbin nömərsi hərbi hissənin nömrəsi kimi gizli qalmışdır?...

#6 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 11 марта 2010 - 02:10

:) Peygəmbərlər imamlar öldürən "insanlardan" nə desəniz gözləmək olar.

#7 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 11 марта 2010 - 09:31

Bu hadise hansi mektebde bash verib, Qardash?

Düzü hansı məktəbdə baş verdiyini bilmirəm, mənbə göstərdiyim saytdan bu xəbəri bu gün gördüm, dedim paylaşım :)

Qardashim, bir teklifim var (INSALLAH, xetrinize deymez). Vusal qardashimiz qeyd etdiyi kimi bu hekaye oldugu halda etiraziniz olmasa TEKLIF edirem ki bu movzunu ЛИТЕРАТУРА bolmesine kecirsinler
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#8 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 11 марта 2010 - 09:47

Əzizlərim, bu bir hekayədir xəbər deyil. Özü də keçən ilin yayında inetdə yer almış hekayə.



Mən də oxumuşdum bunu çoxdan. Hekayədir.

#9 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 11 марта 2010 - 09:52

Belə hallar ola bilir,amma bizim kənddə bu problem yoxdur,qizimin oxuduğu "nurcu" turklərin lisesində də hicabli balalar bəs deyincədir!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#10 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 11 марта 2010 - 10:38

Bu hekayəni mən də oxumuşdum. Hekayə də olsa, həqiqət var içində.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#11 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 11 марта 2010 - 18:05

Bu hekayəni saytlarda oxumuşdum,indiyədək elə bilirdim ki,sadəcə olaraq hekayədir,amma bu yaxınlarda qəzetlərin birində oxuyanda elə bildim realda olmu. bir hadisədir,hər-halda məktəblərdəki hicabla bağlı ilişkiləri nəzərə alsaq bu hekayə yaxın zamanın vədidir.
Tem bolee dinimizi artıq o dərəcədə sıxışdırıblar ki,axırıncı olaylardan sonra bunu da gözləmək olar...

#12 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 11 марта 2010 - 18:18

Eziz baci-qardashlarim,

Eslinde onceki postumda qeyd etdiyim kimi RICAM VAR. Bu hadise oldugu halda DEQIQ ssilka ve melumati elave edin. Hekaye oldugu halda LITERATURA bolumune kecirin.
Onsuzda zulmlu ve sinagli Dunyamizda etrafdan bunu oxuyanlar (ozumuz daxil) cox cekirik. Filan shey ola biler deye elave stress ve nifret oyatmag ile mence ozunuzu incitmeyin.

Her halda Edaletli olan ALLAH her iki dunyada her kesin layiq oldugunu mutleq verecek. Buna ise shubhem yox.

AMIN

Сообщение отредактировал AHMADIYYE: 11 марта 2010 - 18:33

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#13 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 11 марта 2010 - 23:08

Bu hadise hansi mektebde bash verib, Qardash?

Düzü hansı məktəbdə baş verdiyini bilmirəm, mənbə göstərdiyim saytdan bu xəbəri bu gün gördüm, dedim paylaşım ;)

Qardashim, bir teklifim var (INSALLAH, xetrinize deymez). Vusal qardashimiz qeyd etdiyi kimi bu hekaye oldugu halda etiraziniz olmasa TEKLIF edirem ki bu movzunu ЛИТЕРАТУРА bolmesine kecirsinler

Yoo, nöş xətrimə dəyirki?Mən özüm də bilmirəm bu hekayədi ya həqiqət, ona görə də İslama aid bir mövzu olduğundan "Ümumi islam" mövzularında bu mövzunu açdım, inşaAllah moderatorlar tədbir görərələr. Fikir bildirdiyiniz üçün təşəkkür ;)
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#14 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 11 марта 2010 - 23:12

Bu hekayəni saytlarda oxumuşdum,indiyədək elə bilirdim ki,sadəcə olaraq hekayədir,amma bu yaxınlarda qəzetlərin birində oxuyanda elə bildim realda olmu. bir hadisədir,hər-halda məktəblərdəki hicabla bağlı ilişkiləri nəzərə alsaq bu hekayə yaxın zamanın vədidir.
Tem bolee dinimizi artıq o dərəcədə sıxışdırıblar ki,axırıncı olaylardan sonra bunu da gözləmək olar...

Onu da qeyd edim ki, ola bilsin buna dair bir neçə hadisə olub və belə hadisənin təsirindən yazıçı hekayə kimi yazıb. Çünki, son zamanlar belə şeylərin olmasına inanmağım gəlir, bir halda ki, oxuduğum universitetdə bu gün "Tərbiyyə və təlim üzrə dekan" gəlib "Saqqalı tələbələr ayağa qalxın, sabahdan saqqalıvızı qırxmasoz universitetə buraxmıyacayıq" deyən " hadisənin şahidi oldum şəxsən bu gün...Haqqsızlıq...
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#15 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 11 марта 2010 - 23:57

konkret olaraq bu hadisəni deyə bilmərəm, ama bu məmurlar ki bu qədər islamdan və insanlıqdan kənarlaşır, məncə bundan sonra daha acı və dözülməz hadısələrin şahidi olacam ;)

Allah islam düşmənlərinə lənət eləsin.

#16 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 12 марта 2010 - 00:21

konkret olaraq bu hadisəni deyə bilmərəm, ama bu məmurlar ki bu qədər islamdan və insanlıqdan kənarlaşır, məncə bundan sonra daha acı və dözülməz hadısələrin şahidi olacam ;)

Allah islam düşmənlərinə lənət eləsin.

AMİN,AMİN,AMİN!1000 LƏNƏT!
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#17 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 22 октября 2011 - 22:02

Hicab Bayatısı


Əzizinəm, ay gününə,

Gün ayına, ay gününə.

Həya-arsız, hicabsız

Təhsilimin vay gününə!

Əzizinəm, yem oldu,

Quzu qurda yem oldu.

“Problemsiz ölkə”də

Hicab problem oldu.

Qaralıb tası millətin,

Silinmir pası millətin,

“Müasirlik” küləyilə

Gedir həyası millətin.

Buna görə dəyərsizik,

Hicabsızıq-hünərsizik,

Dildə “Əbəlfəz” deyirik,

Qeyrətindən xəbərsizik.

Əzizinəm sürətlilər,

Cürətsizdi sürətlilər.

Qeyrətimiz yoxa çıxır,

Həbsə düşür qeyrətlilər.

Hamı özun modern edir,

İnsana bu təsir edir,

Quranın hicab ayəsin

Hicabsızlar təfsir edir.

Çarəsizik biz hamımız,

Hədəfdədir inamımız,

Ya Rəbb, məgər yetişməyib,

Zühur edə imamımız?



Mənbə: "Abna.co" saytı.
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru