http://news.qaynar.info/42039.html
Türk -İslam Birliyi modeli hansı formada olacaq?
QayNar: 17.11.2010 Qurban Bayramı münasibəti ilə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi (GMİİ

tərəfindən Türk İslam Birliyi mövzusunda 300 nəfərin iştirak etdiyi konfrans təşkil edilib. Qaynar.info xəbər verir ki, konfransda dünya müsəlmanlarının zülmə məruz qalmasının səbəbləri və onların həlli yolları müzakirə edilib. Tədbir rəsmi və qeyri- rəsmi hissədən ibarət olub. Rəsmi hissədə İctimai Birliyinin üzvləri çıxışlar edib, təbriklərini çatdırıblar.
Qeyri-rəsmi hissə isə bayram süfrəsi ilə ətrafında davam etdirilib.
Konfransda birliyin üzvü Ramil Rüstəmov çıxış edərək Türk -İslam Birliyi (Tİ

modelinin hansı formada olacağı, birliyə daxil olan dövlətlərin statusu və birliyin əhəmiyyəti barəsində ətraflı məlumat verib. Onun sözlərinə görə, qurulacaq TİB bütün müsəlman və türk dövlətlərinin sevgi, qardaşlıq, sülh və əminamanlıq şəraitində yaşayacağı və hər bir dövlətin müstəqil, suveren olacağı bir birlikdir. Müsəlmanların birliyi yalnız mövcud gərgin vəziyyətin sona çatması üçün lazım olan siyasi tələbat deyil, eyni zamanda müsəlman olmağın tələblərindən biridir.
Daha sonra bütün dünyada kitabları ilə məşhur olan, Harun Yəhya olaraq tanınan Adnan Oktar konfransa canlı bağlanaraq bütün Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik etdi və Azərbaycan dövləti ilə bir millət iki dövlət olduğunu vurğuladı. Yaxın 10 il ərzində Türk İslam Birliyinin qurulacağı müjdəsini verdi. İslam Birliyinin nüvəsi olaraq ilk öncə türk dövlətlərinin viza-pasport və gömrük rejiminin ləğv edilməsinin vacibliyini vurğulayan Dr.Oktar Babuna digər müsəlman ölkələrinin də bu birliyə qoşulacaqlarını bildirdi. Daha sonra Dr.Oktar Babuna tədbir iştirakçıları tərəfindən ona ünvanlanan Türk İslam Birliyini haqqında sualları cavablandırdı.