Şer yazmaq istədim...
Şer yazmaq istədim, özümdən özgəsindən,
Param-parça, ya bütöv sevgi hekayəsindən.
Ömrüm boyu qovhaqov, qaçhaqaç oynadığım,
Taleyimin nazından, həm də ki, işvəsindən.
Şer yazmaq istədim, həzin nəğmələr kimi,
Qəlbimizi oxşayan bir körpənin səsindən.
Həyatın bəxş etdiyi,
Gah qədrini bildiyim, gah da ki, bilmədiyim,
Ən gözəl, ən səmimi hissin cazibəsindən.
Şer yazmaq istədim,
Ata, ana qayğısı heç görməyən, duymayan,
Bir yetimin olmayan kimindən, kimsəsindən.
Şer yazmaq istədim, sevgi və nifrətini
Bir ürəkdə bəsləyib yaşadan insanların
Məndə maraq doğuran əcaib xislətindən.
Şer yazmaq istədim, həm dindən, həm imandan,
Həqiqət aşiqinin yüksəldiyi məqamdan.
Həm aşikar, həm gizli dünya adlı bir evin
Onun “Ol” kəlməsilə necə yarandığından.
Şer yazmaq istədim, sevincimdən, qəmimdən,
Bəzən dinmək bilməyən,
Sel-su olub qəlbimə yayılan göz yaşımın,
Ahından, naləsindən.
Şer yazmaq istədim, mənə çox uzaq olan,
Dostumdan, əzizimdən...
Mənə çox yaxın olan özgələrin özündən.
Şer yazmaq istədim, bəlkə yenə də yazdım,
Söz, sənət dünyasının dolama yollarında,
Yazdıqca azdım, azdım...
Şer yazmaq istədim, günlük güzəranımdan,
Ayın öz şöləsini Günəşdən almağından.
Şer yazmaq istədim, ürək dolu olsa da,
Hər nə yaza bildimsə, yazdım bacardığımdan...
13.07.2009-cu il >>> SUBHAN
Ne qeder movzudan kenera cixmiwamsa, bir o qeder uzr isteyirem...