Перейти к содержимому


Фотография

İbrətamiz hekayətlər.


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 39

#1 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 12:40

Həyat yollarında addımladıqca,bu həyatın minbir sifəti ilə rastlaşdıqca ,özünü köməksiz korpəyə bənzədirsən.Bəzən dayaqlandığın meyarlar anlayışını,əqidə inamını,mərifər hədiyyəsini,tərbiyə gündəmini -başqa sifətdə görərkən necə də qəlbin sınır.Bu zaman bu qoca dünyanın anlamlarına nifrət edirsən.Amma elə bu qoca dünya kimi ,ahıl və aqil bir qocanın İBRƏTAMİZ HEKAYƏTLƏRİNƏ ehtiyac yaranır.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Evliliyindən bəri evində qalan atasına görə arvadı ilə çox davaları olmuşdu. Həyat yoldaşı onun atasınının onlarla yaşamağını istəmir və onun evdə artıq olduğunu fikirləşirdi. Bu səbəbdən bu evdə davalar çox olardı.
Bir gün davaların birində arvadı "Ya mən bu evdən gedəcəm ya da atan burda qalmayacaq" deyə bağırdı. Nə edəcəyini bilmədi. Arvadını itirmək istəmirdi. Atasına görə yaranan davalar nəzərə alınmasa xoşbəxt bir ailəsi, onu sevən arvadı, uşaqları var idi. Arvadını çox sevirdi. Çarəsizlik içində nə edəcəyini fikirləşdi və özünə görə bir həll yolu tapdı. Atasını, illər öncə ov marağına görə düzəltdirdiyi dağ başındakı komaya aparacaqdı. Həftədə bir dəfə yanına gedəcək, ehtiyacı olanları alacaq, beləliklə də bütün problemlər həll olunacaqdı.

Atasına lazım olan əşyaları toplayıb onu maşına əyləşdirdi. Oğlu "ata,mən də babamla getmək istəyirəm" dedikdə atası onu da özüylə götürdü. Hava çox soyuq idi və qar dizdən idi. Uşaq atasından tez-tez hara getdiklərini soruşurdu amma heç bir cavab ala bilmirdi. Qoca isə hara aparıldığını başa düşmüşdü, o gizli-gizli göz yaşları tökür, lakin bunu bəlli etmirdi.Uzun yoldan sonra dağ evinə çatdılar. Dağ evi uzun müddət baxımsız qaldığı üçün pis vəziyyətdə idi və çürüməyə başlayırdı. Evin bir küncünü təmizləyib atasına yer saldı. Sonra əşyaları içəri daşıdı. Nəhayət atasını yatağına uzatdı. Çarəsizlik içində atasına baxdı. Daxmanın içində belə fırtına əsdiyindən atası artıq üşüməyə başlamışdı. Sabah yenə gələr və bir neçə yorğan-döşək gətirərəm deyə fikirləşdi. Elə qəmgin idi ki, sanki dünya başına çökürdü. O bu duyğular içindəykən atası sakitcə dururdu. İllərcə uğrunda əziyyət çəkdiyi oğlu tərəfindən bir dağ evinə gətirilmişdi...Qürüru tapdanmışdı...İçi yanırdı...amma heç nə bildirmirdi...Uşaq isə olanlardan heç nə başa düşməyib təəccüblə baxırdı. Artıq getmək vaxtı idi. Atasının yanağına əyildi və yanaqlarını, əllərini dəfələrlə öpdü. Onu bağışlamasını deyirmiş kimi atasını qucaqladı. Artıq ikisi də ağlayırdı. Buna məcburam deyən baxışlarla atasına baxdı və uşağın əlindən tutub getdi.
Atası ilə maşına minən uşaq niyə babamı o soyuq yerdə qoydun deyib ağlamağa başladı. Atası deyəcək söz tapmırdı. "Anan belə olmasını istədi" də deyə bilmirdi. Uşaq, "Ata, sən yaşlananda məndəmi səni buraya gətirəcəm?" deyib soruşanda dünya başına yıxıldı. O sualın verildiyi anla maşının istiqamətini geri çevirməsi bir oldu. Dağ evinə qaçaraq "Ata, məni bağışla" deyib yalvarmağa başladı.Ata-oğul bir-birilərini qucaqladılar və uşaq kimi ağlamağa başladılar. "Ata, sənə bütün bunları yaşatdığıma görə məni bağışla" deyərkən qoca, "geri qayıdacağını bilirdim, oğlum. Mən atamı dağ başında atmadım ki sən də məni atasan. Məni bu dağda yalnız buraxmayacağını bilirdim..."dedi.
  • Shale это нравится
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#2 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 12:42

Çətin bir iş günü idi. Uşaq xəstəxanası çox sıx işləyirdi və yaralılar çox idi. Artıq günün yorğunluğu keçmiş, mən də otağıma gedib çay içməyə tələsirdim. Üst-başım çirkli saçlarım dağınıq idi. Güzgüyə baxanda özümü tanıya bilmədim. Tibb bacısının otağında telefon zəng çalırdı. Oturduğum yerdən yorğun bir halda ayağa qalxıb dəstəyi götürdüm. Telefondakı səs təcili tibbi yardımda yaralıların gəldiyini və aralarında çoxlu uşaqların da olduğunu dedi. Bütün yorğunluğuma baxmayaraq özümü pilləkanlara atdım. Təcili kömək etməyə başladım. Növbətçi həkimin səsi ortalığı qarışdırmışdı - "Nə edək?Buraxaq ölsünmü bu insanlar?Gəlmək məcburiyyətindəsiniz!" kimi sözlər deyən növbətçi həkim cərrahla telefonda danışırdı. Beyin cərrahı isə çox vacib bir dəvət aldığını və ora mütləq getməli olduğunu deyirdi.
Söhbət belə uzandıqca mən liftə minib təcili xəstələrin yanına qaçdım. Yaralı insanlar insanı dəhşətə gətirirdi. Hər kəs onlara kömək etməyə çalışırdı. Yaralılara kömək etdikdən sonra gözüm birdən birə onlarla yaralının içində olan 15-17 yaşlarında bir gənc gördüm. Onun halı çox pis olsa da yanında heç kim yox idi. Gərəkli tədbirlər görülmüş, lakin beyin cərrahı gəlmədiyinə görə heç nə edə bilmirdik. Onunla danışmağa başladım, mənə diqqətlə qulaq asır, dediklərimi başa düşür, lakin cavab verə bilmirdi. Həyatının son anlarını yaşadığını bilirdim amma əlimdən heç nə gəlmirdi. Yanında oturdum, əlimi bərk-bərk tutmuşdu. Gözlərindən demək istədikləri oxunulurdu. Əlimi buraxma deyən gözlərindən yaşlar axırdı... Əyilib yanağından öpdüm. "Səni tək qoymayacam, qorxma" dedim. Heç tanımadığım və daha əvvəl görmədiyim insana belə bir yaxınlıq hiss edirdim. Həm təkliyindən, həm də beyin zədəsindən çox əziyyət çəkirdi...
Onunla nə qədər vaxt keçirdiyimi xatırlamıram. O artıq aramızda deyildi... Mənsə bir dəvəti onlarla insanın həyatından vacib sayıb gəlməyən cərrahı günahlandırır, ona lənət yağdırırdım.
Birdən cərrah gəlib çıxdı... amma iş işdən keçmişdi artıq... Cərrah xəstənin, daha doğrusu ölmüş gəncin üzərindən parçanı qaldırmağımı istədi. Parçanı qaldıran anda cərrah heç bir şey demədən yerə yıxıldı. Nə baş verdiyini heç kim başa düşmədi. Getdiyi dəvətdəmi çox içmişdi...? Bəlkə ürək sarsıntısı keçirdi...? Bunları düşünərkən digər həkimlər müdaxilə etdilər... Ölən o gəncin atası dəvəti yaralıların canından əhəmiyyətli bilib köməyə gəlməyən cərrah idi... Oğluna kömək etmək üçün artıq çox gec idi... O oğlunun qədrini bilmədi... Amma mən o bir saatlıq dostumu heç vaxt unutmayacam...
  • Shale это нравится
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#3 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 12:45

Çətin bir iş günü idi. Uşaq xəstəxanası çox sıx işləyirdi və yaralılar çox idi. Artıq günün yorğunluğu keçmiş, mən də otağıma gedib çay içməyə tələsirdim. Üst-başım çirkli saçlarım dağınıq idi. Güzgüyə baxanda özümü tanıya bilmədim. Tibb bacısının otağında telefon zəng çalırdı. Oturduğum yerdən yorğun bir halda ayağa qalxıb dəstəyi götürdüm. Telefondakı səs təcili tibbi yardımda yaralıların gəldiyini və aralarında çoxlu uşaqların da olduğunu dedi. Bütün yorğunluğuma baxmayaraq özümü pilləkanlara atdım. Təcili kömək etməyə başladım. Növbətçi həkimin səsi ortalığı qarışdırmışdı - "Nə edək?Buraxaq ölsünmü bu insanlar?Gəlmək məcburiyyətindəsiniz!" kimi sözlər deyən növbətçi həkim cərrahla telefonda danışırdı. Beyin cərrahı isə çox vacib bir dəvət aldığını və ora mütləq getməli olduğunu deyirdi.
Söhbət belə uzandıqca mən liftə minib təcili xəstələrin yanına qaçdım. Yaralı insanlar insanı dəhşətə gətirirdi. Hər kəs onlara kömək etməyə çalışırdı. Yaralılara kömək etdikdən sonra gözüm birdən birə onlarla yaralının içində olan 15-17 yaşlarında bir gənc gördüm. Onun halı çox pis olsa da yanında heç kim yox idi. Gərəkli tədbirlər görülmüş, lakin beyin cərrahı gəlmədiyinə görə heç nə edə bilmirdik. Onunla danışmağa başladım, mənə diqqətlə qulaq asır, dediklərimi başa düşür, lakin cavab verə bilmirdi. Həyatının son anlarını yaşadığını bilirdim amma əlimdən heç nə gəlmirdi. Yanında oturdum, əlimi bərk-bərk tutmuşdu. Gözlərindən demək istədikləri oxunulurdu. Əlimi buraxma deyən gözlərindən yaşlar axırdı... Əyilib yanağından öpdüm. "Səni tək qoymayacam, qorxma" dedim. Heç tanımadığım və daha əvvəl görmədiyim insana belə bir yaxınlıq hiss edirdim. Həm təkliyindən, həm də beyin zədəsindən çox əziyyət çəkirdi...
Onunla nə qədər vaxt keçirdiyimi xatırlamıram. O artıq aramızda deyildi... Mənsə bir dəvəti onlarla insanın həyatından vacib sayıb gəlməyən cərrahı günahlandırır, ona lənət yağdırırdım.
Birdən cərrah gəlib çıxdı... amma iş işdən keçmişdi artıq... Cərrah xəstənin, daha doğrusu ölmüş gəncin üzərindən parçanı qaldırmağımı istədi. Parçanı qaldıran anda cərrah heç bir şey demədən yerə yıxıldı. Nə baş verdiyini heç kim başa düşmədi. Getdiyi dəvətdəmi çox içmişdi...? Bəlkə ürək sarsıntısı keçirdi...? Bunları düşünərkən digər həkimlər müdaxilə etdilər... Ölən o gəncin atası dəvəti yaralıların canından əhəmiyyətli bilib köməyə gəlməyən cərrah idi... Oğluna kömək etmək üçün artıq çox gec idi... O oğlunun qədrini bilmədi... Amma mən o bir saatlıq dostumu heç vaxt unutmayacam...
  • Shale это нравится
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#4 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 12:48

Nənəsinin sözləri əks-sədalandı qulaqlarında: "Oğlum namaz heç bu vaxta buraxılarmı?!" Nənəsinin yaşı yetmiş olardı, amma azan oxunduğu vaxt yerindən sıçrayar, yaşından gözlənilməyəcək bir sürətlə dəstəmazını alar və namazını qılardı.
Özü isə, nəfsini heç cür məğlub edə bilmirdi. Nə olursa, həmişə... Namaz son dəqiqələrə qalır, bu səbəblə namazını tələm-tələsik qılardı. Bunu düşünərək qalxdı yerindən, gözü saata dəydi. Şam azanının oxunmasına on beş dəqiqə qalmışdı. Başını hər iki istiqamətə peşmanlıqla yelləyərək, "Yenə gecikdirdim namazı." dedi öz-özünə. Cəld hərəkətlərlə dəstəmazını aldı və daha əlini üzünü tam qurulamadan özünü otağına atdı. Məcbur olaraq, sürətli hərəkətlərlə namazı qıldı. Təsbihatını edərkən nənəsini düşünmədən edə bilmədi. "Bu halımı görsə, şirin-sərt qızardı yenə mənə." dedi.

Çox sevirdi onu...Hələ elə bir namaz qılışı vardı ki, onu həmişə bir göy qurşağı heyranlığıyla seyr edərdi. Namazda elə bir duruşu vardı ki, hicabından rəngdən rəngə girərdi...Duasını edərkən, başını əllərinin arasına götürüb səcdəyə dayandı. Namazdan sonra bir müddət bu şəkil təfəkkür etməyi sevərdi. Gözləri bağlanar kimi oldu. "Nə qədər də yorulmuşam." dedi. Fikrə getdi eləcə...
Qiyamət qopmuşdu...Məhşəri bir izdiham vardı. Hər istiqamət insanlarla dolu idi. Kimi dona qalmış, hərəkətsiz bir şəkildə ətrafı izləyir; Kimi sağa sola qaçdırır, kimisi də diz çökmüş, başı əllərinin arasında gözləyirdi. Ürəyi yerindən atılacaq kimi atır, sanki qəfəsindən xilas olmağa çalışır, soyuq soyuq tərlər tökürdü. Həyatdaykən qiyamət, sorğu sual və mizan haqqında çox şey eşitmiş və axirət həyatı adına bu anlayışlar özü üçün künc daşı olmuşdu. Amma məhşər meydanında ürpərdi, qorxu və gözləyişin bu cür dəhşət verəcəyini düşünməmişdi.
Hesab və sorğu davam edirdi. Bu vaxt onun adını da oxudular. Heyrətlə bir sağa, bir sola baxdı. "Mənim adımımı oxudunuz?" dedi dodaqları titrəyərək...
İzdiham birdən yarılmış, bir yol olmuşdu qarşısında, iki adam qollarına girdi. Məhşər meydanının vəzifəliləri olduqları müəyyən idi. İzdiham arasından çaşmış baxışlarla getdi. Mərkəzi bir yerə gəlmişdilər. Mələklər hər iki yanından uzaqlaşdılar. Başı önündə idi bütün həyatı, bir film kimi keçirdi gözlərinin qarşısından...
" Şükrlər olsun " dedi, öz-özünə və davam etdi;" Gözlərimi dünyaya açdım, həmişə xidmət edən insanları gördüm. Atam söhbətlərdən söhbətlərə qaçır, malını İslam yolunda xərcləyirdi. Anam evə gələn qonaqları ağırlayır, yemək süfrələrin biri qalxıb , bir yenisi qurulurdu. Mən isə, həmişə bu yolda oldum. İnsanlara xidmətə çalışdım. Onlara Allahı izah etdim. Namazımı qıldım. Orucumu tutdum. Fərz olan nə varsa yerinə yetirdim. Haramlardan qaçındım. "Kirpiklərindən aşağı gözyaşları tökülərkən, "Rəbbimi sevirəm, heç olmasa sevdiyimi zənn edirəm." deyirdi. Amma bir tərəfdən də "Onun üçün nə etsəm az, Cənnəti qazanmama çatmaz." deyə düşünürdü. Tək sığınacağı Allahın rəhməti idi. Hesab sürdükcə sürdü. Muncuq muncuq tərləyirdi. İslaq olmuş, tir - tir titrəyirdi...
Gözləri tərəzinin əqrəbindəki nəticəni gözləyirdi. Sonunda hökm veriləcəkdi. Vəzifəli mələklər əllərində bir kağız, məhşər meydanındakı kütləyə döndülər. Əvvəl adı oxundu. Artıq ayaqları tutmaz olmuşdu. Haradasa yıxılıb qalacaqdı. Həyəcandan gözlərini bağlamış, oxunacaq hökmə qulaq kəsilmişdi. Məhşəri izdihamdan bir uğultu yüksəldi. Qulaqları səhvmi eşidirdi??? adı Cəhənnəmliklər Siyahısında idi. Dizlərinin üstünə yığıldı. Heyrətdən dona qalmışdı...

" Olmaaaazzzz " deyə qışqırdı. Sağa sola qaçdırdı. "Mən necə Cəhənnəmlik olaram? Həyatım boyunca ibadət edən insanlarla birliklə oldum. Onlarla birlikdə qaçdırdım. Həmişə rəbbimə ibadət edirdim." deyirdi.
Gözləri sağnaq olmuş, titrək bədənini isladırdı . Vəzifəli iki mələk qollarından tutdu. Ayaqlarını sürüyərək və izdihamı yararaq alovları göylərə yüksələn Cəhənnəmə doğru getməyə başladılar. Çırpınırdı. Mədət yox idimi? Bir kömək edən çıxmayacaq idimi?
Dodaqlarından sözlər qırıq dökük, yalvarmaqla qarışıq töküldü..
"Savablarım...
Oruclarım...
Oxuduğum Quranlar...
Namazım...
Heç biri məni qurtarmayacaqdı???" deyirdi.
Qışqıra qışqıra yalvarırdı. Cəhənnəm mələkləri onu sürüməyə davam etdilər. Alovlara çox yaxınlaşmışlardılar . Başını geriyə çevirdi. Son çırpınışları idi.
Rəsulullah (s.ə.s.),
"Evinin qarşısında axan bir çay içində gündə beş dəfə yuyunan bir insanı o çay necə təmizləyər, gündə beş defe namazda insanı günahlardan elə təmizləyər." buyururdu.
"Halbuki mənim namazlarımdamı məni qurtarmayacaq?" deyə düşünürdü.
" Namazlarım....Namazlarım....Namazlarım." deyə deyə hıçqırdı.
Vəzifəli mələklər heç dayanmadılar. Getməyə davam etdilər; Cəhənnəm çuxurunun başına gəldilər. Alovların hərarəti üzünü yandırırdı. Son bir dəfə dönüb geriyə baxdı. Artıq gözləri də qurumuşdu. Ümidləri sönmüşdü. Başını önə əydi. İkiqat oldu. Qollarını sıxan barmaqlar həll edildi. Cəhənnəm mələklərindən biri onu itələdi. Bədənini birdən birə havada tapdı. Alovlara doğru düşürdü. Tam bir iki metr düşmüşdü ki, bir əl qolundan tutdu. Başını qaldırdı. Yuxarıya baxdı. Uzun ağ saqqallı bir qoca onu düşməkdən qurtarmışdı, özünü yuxarıya çəkdi. Üstündəki , başındakı tozu silkələyərək qocanın üzünə baxdı.
"Sən də kimsən ?" dedi.
Qoca gülümsədi:
" Mən sənin Namazlarınam."
"Niyə bu qədər gecikdin???
Son anda çatdın???
Az qala düşürdüm!" dedi
Qoca üzünü gərərək, təkrar güldü; Başını yellədi;
" Sən məni həmişə son anda yetişdirərdin, xatırladınmı?
Səcdəyə qaldığı yerdən başını qaldırdı. Qan tər içində qalmışdı. Çöldən gələn səsə qulaq asdı. Şam azanı oxunurdu. Bir ox kimi yerindən atıldı. Dəstəmaz götürməyə gedirdi... "
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#5 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 12:53

Günlərin biri İlahi möcüzələrə adət edən, amma bir nəticə çıxarmayan İsrail övladları Musa Peygəmbərin (ə) yanına gələrək Allahı qonaq çağırmasını təklif edirlər. Onlar deyirlər: " Allaha de, buyurub gəlsin. Nəyimiz varsa, Ondan əsirgəmərik". Onların təklifindən təəccüblənən Musa (ə) buyurur: Allah yemək-içməkdən uzaq olan bir varlıqdır, belə fikri ağzınıza gətirməyin".

Bir neçə gün sonra Musa (ə) Tur dağına Allahla münacata gəlir. Allah-təala ondan soruşur: "Ey Musa! Nə üçün bəndələrimin dəvətini Mənə çatdırmadın?".

Musa (ə) təəccüblənib deyir: "Allahım! Belə bir dəvəti Sənə yetirməkdən həya etdim. Yemək-içməkdən uzaq olduğun halda bunu Sənə necə təklif edə bilərəm?".

Allah-Təala buyurur: "Bəndələrimə söylə ki, onların dəvətini qəbul edirəm, cümə axşamına hazırlıq görsünlər".

Musa (ə) qayıdıb xəbəri öz qövmünə çatdırır. Heyvanlar kəsilir, süfrələr salınır, qonaqlıq üçün lazımi tədbirlər görülür. Çünki, qonaq nə hər hansı bir zəngin insan, nə də padşah idi. Qonaq aləmlərin Rəbbi olan Allah idi. Hazırlıq işləri sona çatdıqdan sonra axşama yaxın qoca bir kişi gəlir və ac olduğunu söyləyib onlardan yeməyə bir parça çörək istəyir.

Yəhudilər ona bu cavabı verib deyirlər: "Get bu suqabını doldurub gətir, Allahı qonaq gözləyirik, O gəlsin, sənə də bir şey verərik". Qoca bir söz deməyib kor peşman dönüb geri qayıdır. Hava qaralır, amma gözlənilən qonaq hələ də gəlib çıxmır. Səhər açılır və beləcə iki gün keçir.

Musa (ə) yenidən Tur dağına gəlib deyir: "Ey mənin Allahım! Camaatımın içində yalançı çıxdım. Sənin onları ya aldatdığını, ya da sözünə əməl etmədiyini söyləyirlər".

Allah-Təaladan belə bir xitab olunur: "Gəldim ey Musa, amma siz Mənə bir parça çörək verməyib yorğun və ac ola-ola su gətirməyə göndərdiniz".

Musa (ə) deyir: "Ey Rəbbim! Doğrudur, həmin gün bir qoca kişi gəldi, amma o, adi bir insan idi, Allah deyildi".

Allah-Təala buyurur: "Ey Musa! Yoxsa Mənim insan surətinə düşüb aranıza yemək-içməyimi istəyirdiniz? Mənim nə məkanım var, nə də kimsəyə ehtiyacım. Mən yalnız əməlisaleh möminlərin qəlbində Özümə yer edərəm. Əgər onu doydursaydınız, Mənim də razılığımı qazanardınız. Unutmayın ki, Mənə xatir görülən hər iş sanki Mənim üçün görülmüşdür. Belələrindən həm Mən razı olaram, həm də onlar Məndən!"
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#6 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 12:55

Təzə-təzə imana gələn, ibadət edən gənc bir gün ürəyinin təlaş içərisində olduğunu görərək deyir:
- Niyə bu qədər təlaşlısan? Bunun səbəbi nədir?
- Mən təzə imana gəlmişəm, hidayət olunduqdan sonra azğınlığa düşməkdən qorxuram!-dedi ürək.
- Ya Bari! Ruhum Sənin əlindədir, bədənim Sənə əmanətdir, yoxluqda tərk etmə məni, qaranlıqda buraxma məni, çirkinliyə daldırma məni, gözəl et hər halımı. - deyə gənc dua etməyə başladı.
Bunu eşidən ürək növbəti sıxıntısının da bu cür dua ilə keçəcəyinə inanaraq dedi:
- Mən çox cahil olmuşam, indi də imana gec gəldiyim üçün çox peşmanam. Qorxuram ki, Allah etdiyim günahları bağışlamaz və məni Öz dərgahında qəbul etməz. Bunu düşündükcə çox sıxılıram, qorxuram.
- Ya Ğaffar! Gizli peşmanlıqlarımı bilən Sənsən, göz yaşlarıma dəyər verən Sənsən, amma bilirəm ki, rəhmət dənizlərini bulandıra bilməz günahlarım. Rəhmətinlə bağışla məni.
Ürək bunu eşidərək çox sevindi və növbəti duanı özü dedi:
- Ya Xaliq! Sən “Ol” deyərkən hər şey olur, ol de ki, olum, yaratdıqlarının arasında qalım. Haqqıyla əxlaqlı olum. Sən yaratdın deyə gözəl olum və həmişə belə gözəl qalım.
Bundan sonra ürək şox sevinir. Allaha gecə və gündüz zikr edərək dua edir, yalnızca Ona sığınır. Gənc də ürəyinin rahatlıq tapdığını görür və o da iman dolu ürəyilə Allaha ibadət edir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#7 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 12:56

Bir ölkənin padşahının bir vəziri olur. Bu vəzir hər səhər tezdən durub saraya gələr, və padşahı yatmağa qoymazdı və deyərdi ki, tezdən duran insan həmişə xeyir tapar. Lakin padşah yatmağı çox sevərdi və gec durardı. Bir müddət belə davam edəndən sonra padşah başqa vəzirlərdən məsləhət istəyir ki, necə etsin ki, vəzir bunu hər səhər oyatmasın və belə qərara gəlir ki, oğrular tutsun ki, vəzir səhər saraya gələnde onu soysunlar. Hətta paltarını da alsınlar.

Səhər vəzir öz adətinə sadiq qalaraq saraya gəlirdi. Oğrular bunu yolda soyurlar. Yazıq vəzir tez evə qayıdır və əynin dəyişir. Buna görə də, saraya gecikir. Padşah deyir:

- Nə səbəbə bu gün gecikdin?

- Çünki, bu gün saraya gəldikdə yolda məni soydular.

Padşah özündən razı deyir:

- Bəs deyirdin tezdən duranlar həmişə xeyir tapar.

Vəzir cavab verir:

- Görünür oğrular məndən də qabaq durublar.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#8 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 12:57

Bir Tacirin dəvəsi

Bir tacirin mehriban, qoçaq, sakit, üzüyola bir dəvəsi vardı, tacir səfərə çıxanda, dəvə özü gəlib, tacirin yanında durub, gözlədi. Bu adətlə illər keçirdi. Bir gün yenə tacir səfərə çıxmalı olur, tacir nə qədər gözləyir dəvə ayağa qalxmir, tacir dəvəyə yaxınlaşıb nə qədər çalışır, dəvəni qaldıra bilmir. Həzrət Muhamməd Peyğəmbərin (s.a.a.) dövrü idi. Tacir Həzrətin yanına gedib əhvalatı ona danışır. Həzrət deyir ki, get dəvəni bura gətir, tacir deyir dəvə sözümə baxmır, ayağa qalxmır. Həzrət deyir dəvənin qulağına de ki, səni Həzrət Peyğəmber cağırır, elə ki, tacir gəlib dəvənin qulağına belə deyir, dəvə tez sıçrayıb qalxır, tacirin qabağına düşüb Həzrətin yanına gəlir. Həzrət Allahın hökmü ilə dəvəni danışdırır, Həzrət deyir, ey Allahın heyvanı səbəb nədir ki, sahibin, tacirin sözünə baxmırsan? Dəvə dilə gəlib dedi: Ya RəsulAllah, sən mənim sahibim tacirdən soruş ki, o öz sahibi Allahın sözünə baxır ki, mən də onun sözünə baxım, mən öz sahibimin sözünə çox baxdım, sonra gördüm ki, tacir öz sahibinin sözünə baxmır. Mən də ona baxıb öz sahibimin sözünə baxmadım ki, tacir bilsin ki, sahibinin sözünə baxmamağın təsiri necə olur. Sonra Həzrət taciri danışdırıb sorğu-sual edir. Tacir deyir ki, bəli Ya RəsulAllah mən bu axır vaxtlar sübh namazını gah qılmıram gah da gecikirəm. Dəvə düz deyir. Həzrət tacirə dedi: get özünü düzəlt, namazı vaxtında qıl, dəvədə həmişəki kimi sözünə baxacaq.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#9 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 13:02

Nəcib Fazil bir dəfə Abidin Dinodan soruşur: " Nəyə görə inanmırsan?" Abidin Dino özünü çox şeydən məhrum etdirən,amma başqalarına iki cahan səadətini qazandıran bu möhtəşəm cavabı verir:
- Qorxuram, bir kərə inansam, bir daha başımı səcdədən qaldıra bilməyim.
Yəni siz elə bir ALLAH inanır, elə əzəmətli, elə mərhəmətli bir Zatdan bəhs edirsiziniz ki, əgər elə bir ALLAH varsa, nəinki Ona itaət etməmək və ya günah işləmək, Ona inanarkən başımı səcdədən qaldırmağa belə utanar, o cəsarəti belə özümdə tapmaram.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#10 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 13:03

Allah rəsulunun (s.a.s) yeməyi arpa çörəyi, şirin halva və yavanlığı isə xurma və rütəb olub (rütəb-xurma növüdü, qara xurmaya deyilir). Bəli, peyğəmbərin yediyi xurma çörək ya da rütəb çörək olub. Rəsulullahın (s.a.s) evində xurma ağacının budaqlarını qırıb, yarmaq və çubuqlarından odun kimi istifadə edərmişlər. Əllamə Məclisi :-Ən qiymətsiz kömür xurma ağacının kömürüdür. Ona görə ki, həm tüstüsü olur, həm də buğda iyi verir. Beləliklə, Ey fəqirlər, peyğəmbərimizin belə yaşayışı, yediyi o çörək və qiymətsiz odunu olduğu halda sizin sözünüz nədir?
Xülasə, əgər səbr tofiqi ilə olarsa, doğurdan da nemətdir. Onun üçün şükr edən az adam tapılır. Çünki həm dünyada, həm də axirətdə azad və rahatdır. Əlbəttə, əgər razılı, təslimilə qəbul olunarsa, həris olmayıb, onun atəşində yanmayacağına görə rahatdır. Malı yoxdur ki, onun çoxalmasını da tələb etsin. Elə malının olmadığına görə də, hesaba çəkilmədiyi üçün də axirətdə rahatdır...


Beləliklə, yediyimiz yavan cörəyə belə şükr etməliyik...
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#11 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 13:06

Övliyalardan biri yoldan ötərkən təsadüfən dəlixananın yanından keçir. Övliya görür ki, dəlixananın nəzarətçisi toxmaqla nə isə əzir. Soruşur:
- Nə edirsən?
- Dəlilərə dərman hazırlayıram - deyir.
- Mənə də bir dərman verərsənmi? - söruşur övliya.
Nəzarətçi ondan xəstəliyini soruşur.
Övliya deyir:
- Xəstəliyim günah xəstəliyidir, çox günah işlədirəm.
Nəzarətçi çiyinlərini çəkir:
- "Məndə belə bir xəstəliyə dərman yoxdur" deyir.
Onların söhbətini eşidən dəlilərdən biri "gəl sənə dərman deyim" söyləyir. Övliya maraqlanır:
-Nədir dediyin dərman?
Dəli deyir:
- Tövbə kökü ilə istiğfar yarpağını qarışdır, qəlb qabında tövhid toxmağı ilə əz. Sonra insaf ələyindən keçir, göz yaşıyla yoğur, eşq odunda bişir və səhər-axşam ye!
Övliya ah çəkir:
- Ehh, dünya! Günah xəstəliyindən qurtulduğumu bilsələr güman ki, sənin yanına salacaqlar!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#12 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 13:12

Əgər bir gün qapına yer üzünə indiyə qədər gələnlərin və bundan sonra gələcək insanların ən gözəli olan, istər idarəetmədə, istər mənəviyyat yönündən seçilmiş, ən yüksək mərtəbədə olan insan, Allahın aşiq olduğu bəndə, Allahın dostu olan qul- Həzrəti Məhəmməd s.a.s gəlsə nə edərsən?
Əgər bir gün qapına yer üzünə indiyə qədər gələnlərin və bundan sonra gələcək insanların ən gözəli olan, istər idarəetmədə, istər mənəviyyat yönündən seçilmiş, ən yüksək mərtəbədə olan insan, Allahın aşiq olduğu bəndə, Allahın dostu olan qul- Həzrəti Məhəmməd s.a.s gəlsə nə edərsən?
O dəqiqə qapıya qaçarsan. Göz yaşları içində, üzündə də təbəssüm qapını açarsan “Peyğəmbərimiz bizə qonaq gəlib” deyə...İndiyə qədər gələn ən gözəl qonaq və həyatımızın ən gözəl hissəsi... Bəlkə o gəlmədən öncə onun gəlişinə hazırlaşarsan? Tez yataq otağına qaçıb, şkafdakı müğənnilərin kaset və disklərini toplayıb, bir yerə gizlədərsən? Onların yerinə dini kassetlər və disklər qoyarsan. Sonra da divardakı Hollivud ulduzlarının şəkillərinin yerinə “Allah” yazısı olan şəkilləri yapışdırarsan. Pəncərənin qırağındakı mənasız romanlar kitablarını və boş-boş şairlərin mənasız kitablarını toplayıb bəlkədə balkondan aşağı atarsan. Onun yerinə dini elmihallar, Quran, dualar kimi gözəl kitablar yığarsan. Peyğəmbərimizin s.as. sevməyəcəyi bütün əşyaları toplayıb bir yerdə gizlədərsən.
Əziz müsəlman qardaşım! Bəlkə o gəlməmişdən öncə biraz saqqalını uzadarsan. Çünki Onun da saqqalı var və saqqal saxlamaq sünnətdir. Bəlkə diş fırçanın yanına bir dənə də misvak qoyasan?
Əziz müsəlman bacım! Peyğəmbərimizin qabağına açıq saçlarla, dar paltarla, üz-gözündə bir neçə kiloluq bəzək düzəkləmi çıxacaqsan? əgər Peyğəmbərin qabağına belə çıxsan o bəlkə də elə bilər ki- qapını səhv salıb və müsəlman olmayan kimsənin evinə gəlib. Bəlkə də gözlərini bağlayıb üzünə belə baxmazdı. Arxasını çevirib başqa bir qapıya gedərdi. Onda halın necə olardı?
Peyğəmbərimiz gələndə valideynlərinin üstünə qışqıracaq, söyəcəkdinmi? Onlarla bacardığın qədər gözəl rəftar edəcəkdinmi?
Əgər Peyğəmbərimiz səndən “sabah namazına qalxırsanmı? Məscidə camaat namazlarını qılmağa gedirsənmi? Və hamımızın problemi olan – Gecənin üçdə birində Allahla söhbət edirsənmi?” soruşsa CAVABın və olacaq? Yalandan – hər gün sabah namazlarını qılıram, hər gün hər gecə Allahla söhbət edirəm, gecələri namaz qılıram, hər gün namazlarımı camaatla qılıram –deyəcəkdinmi?
Yaxşı, Peyğəmbərlə oturub nə söhbət edəcəksən? Müğənnilərin ən son kliplərindənmi? Ən son Hollivud kinosundanmı? Bəlkə futboldan danışacaqsan? Bəlkə “cim-bom” deyib qışqıracaqsan? Bəlkə internetdə dostunun sənə yolladığı “anekdotu və ya açıq saçıq fotolaramı”göstərəcəksən?
Səni belə daşürəkli edən nədir? Səni Allahdan döndərən nədir? Sənin önündə 1000 qapı açan və ömrünü bərəkətləndirən Allahdan niyə qaçırsan? Sən bu sözləri Qiyamət günü mütləq xatırlayacaqsan. Şübhəsiz. Ya Allaha şükür edib yaxşıki bu sözlərə uydum və Cənnəti qazandım deyəcəksən ya da ki, Cəhənnəm odunda- heyiflər olsun mənə, niyə bu sözləri eşidəndə qulaqlarımı tutdum, eşitmədim deyəcəksən...
Allah hamımıza hidayət versin...
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#13 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 13:16

Ata hər gün olduğu kimi işdən evə gec və yorğun gəldi. Beş yaşlı oğul atanı qapının qarşısında səbirsizliklə gözləyirdi.
Oğul:
-Salam ata ! Sənə 1 sual verə bilərəm ?
Ata:
-Əlbəttə!
Oğul:
-Ata, sən işdə 1 saat ərzində nə qədər pul qazanırsan?
Ata:
-Heç vaxt atana belə suallar vermə - deyə sərt cavab verir.
Ogul başını aşağı salaraq sakitcə deyir:
-Ata, sadəcə nə qədər pul qazandığını bilmək istədim.
Ata :
-Çox bilmək istəyirsənsə, saatına 20$ qazanıram.
Usaq utanaraq:
-Ata olar mənə 10$ borc verəsən?
Ata qaşlarını çataraq cavab verir :
-Əgər oyuncaq almaq üçün atandan pul istəyirdinsə, bu axmaq sualı verməyə də bilərdin. İndi isə get otağına və yat !
Uşaq 1 söz demədən yataq otağına gedir və qapını astaca örtür. Ata bir qədər sonra sakitləşərək " bəlkə doğrudan da oğluma pul lazım idi, axı o məndən tez tez pul istəmir, gərək ona sərt cavab verməyəydim - düşünərək oğlunun otağına üz tutur.
Ata qapını sakitcə döyərək:
-Oğlum, yatmısan? - deyə soruşur.
-Xeyr, ata, yatmamışam - deyə usaq cavab verir.
Ata otağa daxil olur və cibindən 10$ çıxarıb oğluna uzadır. Uşaq pulu ğötürərək sevincək halda "Ata sağ ol!" deyir. Sonra yastığının altından əzilmiş digər xırda pulları çıxardıb saymağa başlayır.
Bunu görən ata təəccüblə, bir az da acıqlı halda soruşur:
-Sənin pulun vardısa niyə yenidən atandan pul istədin. O pullara nə alacaqsan?
Uşaq seving dolu körpə baxışları ilə atasına baxaraq cavab verir:
-Ata, mənim pulum kifayət qedər deyildi. İndi isə kifayət qədər pulum var. Al bu 20$. Mən sənin 1 saatını almaq istəyirəm. Ata xahiş edirəm sabah işdən evə 1 saat tez gəl və bizimlə nahar et !
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#14 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 13:18

Məsciddə oturmuşdum. Gözümə kənarları güllə bəzədilmiş tablo sataşdı. Mən də yaşlı kişiyəm və dini elmlərdən heç bir xəbərim yoxdur. Sizdən nə gizlədim, hətta Quran belə oxuya bilmirəm. Yalnız namaz qılıb oruc tumağı bilirəm, o da niyyətimə baxır, əgər ibadətlərimdə niyyətim pak olubsa, Allah qəbul edib, əks halda... Əlqərəz, nə başınızı ağrıdım. Məsciddə oturub azanı gözləyən cavan bir nurani oğlandan bu tabloda nə yazıldığını soruşdum. Cavan ah çəkdi, gözləri doldu və yavaş səslə: “yolunu həsrətlə gözlədiyimiz İmam Mehdinin (ə) duasıdır” -deyə cavab verdi. Başımı aşağı saldım və ürəyimdə “İmam Mehdinin (ə) duasıdır?” -deyə fikrə daldım. Çünki, mən İmam Mehdi (ə) gəldikdən sonra çoxunu qılıncdan keçirəcəyini bilirdim. Amma bu onu həsrətlə gözləyir, öz-özümə dedim deyəsən mənim bilmədiyim şeylər var. Azan səsi ucaldı, namaz başladı. Doğrusu, fikrim namazda yox, o cavanın dediyi sözdə idi, həsrət sözündə. Namaz bitəndən sonra gözlədim, cavan duasını bitirdi. Düzünü desəm, yaşıma görə belə sualı verməyə utanırdım, amma cürət edərək, “oğlum, əgər vaxtınız varsa, bir neçə sualım var” -dedim. Cavan, təvəzökarlığı üzündən, “çalışaram bacardığım qədər cavab verəm” -deyə dilləndi. Məscidin arxa tərəfində əyləşdik. Üzümü oğlana tutaraq dedim: “Oğlum, mən kənddən gəlmiş bir əkinçiyəm, yaşım da 60-ı keçib. Kasıbçılıq imkam vermir ki, başımız ayılsın bir şeylə maraqlanaq. Axı mən eşitmişəm İmam Mehdi (əc) gələn anda yetmiş nəfər kar olar, yetmiş nəfər öləcək, yetmiş nəfər də huşunu itirəcək, qalanlarını da İmam qılıncdan keçirəcək”. Cavan gülümsəyərək “heç Əlinin (ə) övladı da cinayət törədər?” -deyə cavab verdi. Cavabından anladım ki, cavan elmli insana bənzəyir. Birbaşa elə suallar yağdırmağa başladı ki, sanki ürəyini boşaldırdı.
“Düzdür, bir dəstə insanlarla mübarizə aparacaq ki, məzlumun haqqını zalımdan alsın. Amma bu, o demək deyil ki, bütün insanlara qarşı qiyam edim camaatı qırıb-tökə”.
Başladı Quran ayələrindən oxuyub izah etməyə: “Bax atam, Allah Rum surəsinin 4-5-ci ayələrində buyurur: “O gün möminlər Allahın köməyindən şad olacaqlar”. Bu ayənin barəsində İmam Sadiq (ə) belə buyurur: “İmam Mehdinin (əc) zühuru elə bir gündə olacaqdır ki, möminlər Allahın köməyindən şox şad olacaqlar. Yəni möminlər həddən artıq zülm gördükdən sonra Allah yer üzündə ədaləti bərqərar etmək üçün onu aşkara çıxarar. Hədisdə var ki, o gələndə tarixdə misli görünməmiş yağış yağar”. Soruşdum bizi selmi aparar? Yenə gülərək “Xeyr, atam! Yağışın hər bir damcısının düşdüyü yerdə gül bitəcək, hər yer yaşıl çəmən olacaq, quzu ilə qurd bir bulaqdan su içəcək, varlı insanlar kasıblarla mallarını paylaşacaq və s. bu kimi yüzlərlə gözəlliklər yer üzünü bürüyəcək” -deyə cavab verdi.
Artıq hiss edirdim ki, yavaş-yavaş ürəyim onun eşqilə döyünməyə başlayır.
“Bəs elədirsə, niyə Allah onu aşkara çıxarmır?” -deyə soruşdum və əlavə etdim ki, elə başa düşmə kef olar deyə soruşuram, bilirəm bunların hamısı onun ədalətindən doğacaq.
Cavan məni sadə dillə başa salmağa çalışaraq dedi: “Təsəvvür et ki, kəndinizdə təhlükəli bir yol var və gecələr camaata zərər gəlməsin deyə o yola bir işıq çəkmisən. Avam camaat da, o işığın onlara nə qədər xeyirli olduğunu düşünmədən onu sındırırlar. Sən yenə də bu savab işi görmək üçün sınmış lampanın yerinə təzəsini bağlayırsan. Eyni hal yenə təkrarlanır və bu minvalla bu işi bir neçə dəfə edirsən, amma görürsən ki, camaatın hələ təfəkkürü o qədər inkişaf etməyib ki, bu işığın onlara olan xeyirlərini düşünsünlər və belə qərara gəlirsən ki, insanların, onun xeyrini anlayana qədər yeni lampa bağlamayasan. Belə ki, bu yolda o qədər zülm görüb bezəndən sonra sənin yanına gəlib ora yeni bir lampa bağlamanı istəsinlər. Sən biləndə ki, artıq onlar səhvlərini başa düşüblər, onların xahişini yerinə yetirəcəksən. İndi fikirləşin Allah bu dünyanın şeytanlarla dolu olan yollarında 11 imam göndərdi ki, bizə doğru yolu göstərsinlər, amma biz isanlar onlara nə etdik...
“Aha, təqribən anladım nə demək istəyirsən, oğlum, yəni demək istəyirsən kəndimiz bu dünya, təhlükəli yol bu dünyanın şeytanla dolu olan yolları, sındırdıqları işıqlar isə həmin 11 imamdır” -deyə cavanın sözünü kəsdim.
Sözümü təsdiqləyərək əlavə etdi: “Atam! Sizcə hal-hazırda fəsadların tüğyan etdiyi bu zamanda əgər İmam Mehdi (əc) gəlsə, onu da ataları kimi öldürməzlərmi?”
Sonra məndən “Siz onun cinayətkar kimi zühur edəcəyini hardan eşitmişdiniz?” -deyə soruşdu.
Mən onun cavabında “saqqalı uzun, şalvarının balağı qısa cavan bir oğlan əlində olan vərəqlərdən birini mənə verərək yanımdan ayrıldı. Mən də o vərəqdə yazılanları oxudum. İmam Mehdi (əc) barəsində bildiklərimi həmin vərəqdən öyrənimşdim” -deyə cavab verdim.
Cavan başını tərpədərək dedi: “Bax, İmam Mehdiyə (əc) xəyanət edənlər onlar olacaqlar. Allah zalım qövmü doğru yola yönəltməz”.
Elə bu vaxt göy üzünü qara buludlar aldı və şimşək çaxmağa başladı. Cavan mənə, “elə bilirəm artıq gecdir, yağışa düçəcəksiniz, özünüzü marşuruta çatdırmalısınız” -dedi. Mən də ayağa qalxaraq ona “haqqını halal et, vaxtını aldım” -deyib əlindən tutdum. Cavan isə cavabımda “siz haqqınızı halal edin ki, dini elmlərə yiyələnirik, amma sizin kimi insanlara kömək etməkdə ya səhlənkarlıq edirik, ya da sizlərə əlimiz çatmır” –dedi.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#15 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 апреля 2010 - 13:20

Pis xarakterli bir gənc var idi. Bir gün atası ona bir taxta və mismarla dolu bir torba verir və deyir: "Dostlarında dalaşdığın hər zaman bu taxtaya bir mismar vur." Gənc oğlan həmin gün taxtaya 37 mismar vurmuşdu... Sonrakı həftələrdə özünü idarə etməyə çalışdı və daha az mismar vurdu...
Nəhayət bir gün gəldi ki, heç mismar vurmalı olmadı. Atasına gedir dedi və o da "indi isə dostlarınla hər dalaşmadığın gün taxtadan bir mismar çıxar."
Günlər keçdi və bütün mismarlar çıxarıldı. Atası oğlunu yanında əyləşdirib dedi: "Afərin,oğlum,dostlarınla yaxşı davranmağı öyrənmisən amma bu taxtaya yaxşı-yaxşı bax. Çox dəlik var. Artıq bu taxta keçmişdəki kimi gözəl olmayacaq. Dostlarda dalaşdığın vaxtlar kobud sözlər deyirsən, hər kobud söz onun qəlbində bir dəlik yaradır. O sənə unutduğunu deyə bilər amma bu dəliklər silinmir və qalır... Dostlar xəzinə kimidir. Dostlar səni güldürər, ürəkləndirər, ehtiyacın olduğunda sənə kömək edər, sənə qulaq asar, sənə ürəyini açarlar..."
"Afərin, oğlum, dostlarınla yaxşı davranmağı öyrənmisən amma bu taxtaya yaxşı-yaxşı bax. Çox dəlik var. Artıq bu taxta keçmişdəki kimi gözəl olmayacaq. Dostlarda dalaşdığın vaxtlar kobud sözlər deyirsən, hər kobud söz onun qəlbində bir dəlik yaradır. O sənə unutduğunu deyə bilər amma bu dəliklər silinmir və qalır... Dostlar xəzinə kimidir. Dostlar səni güldürər, ürəkləndirər, ehtiyacın olduğunda sənə kömək edər, sənə qulaq asar, sənə ürəyini açarlar..."
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#16 Coldunya

Coldunya

    Mulazzim – lieutenant

  • Murid
  • 337 сообщений

Отправлено 21 апреля 2010 - 14:21

Vəzir cavab verir:
- Görünür oğrular məndən də qabaq durublar.

:) maraqlı hekayətlərdir ən çoxu bu xoşuma gəldi. Allah razı olsun qardaş!
Хорошо быть черепахой – всю жизнь тащишься.

#17 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 21 апреля 2010 - 14:50

Allah razı olsun qardaş. Maraqlı hekayələrdir.
Birin də mən yazım :)

Bir hakim Mövlananın yanına gəlib ondan nəsihət istəyir. Mövlana bir az fikirləşib soruşur:
- Məncə Quranı əzbər bilirsən?
Hakim təsdiq edir. Mövalana yenidən sual verir
- Hədis elmin də oxumusan, elə deyilmi?
Hakim - Bəli cavabın verir.
Onda Mövlana ona belə cavab verir:
- Əgər Allahın kitabından,peyğəmbərin kəlamlarından nəsihət götürə bilməmisənsə,adi bəndənin nəsihətindən çətin sənə fayda ola.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#18 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 21 апреля 2010 - 21:01

Hekayələr çox gözəldir. təşəkürlər. Birini də mən yazım:

Bir gün Həzrəti Musa dua edərkən deyir: Ey, Rəbbim, mənə cənnətdə qonşu olacaq şəxsi nişan ver. Röyasında o, cənnətdəki qonşusunun bir qəssab olduğunu görür. Ayıldıqdan sonra o qəssabı axtarıb tapır və ona qonaq qalır. Qəssab evində kimi müsafir etdiyini bilmir. Qonağa süfrə açır. Bir boşqab da yemək çəkərək, yan otağa keçir. Həzrəti Musa da sakitcə onun ardınca gedir. Görür ki, qəssab təxminən 80 yaşlarında qoca anasına yemək yedizdirir. Qadın hər tikəni udduqca : Rəbbim sən məmin oğlumu cənnətində Musa peyğəmbərə qonşu et" - deyə dua edir.
Gördüyü hadisədən təsirlənən Həzrəti Musa :" Rəbbim sənə şükr olsun," deyir.
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#19 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 22 апреля 2010 - 02:11

Allah hər birinizdən razi olsun! Əyər bizim yazdıqlarımız bu fanı dünyada hec olmasa bir insanı düşümdürərsə,deməli bu həyatı hədər yaşamadıq!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#20 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 22 апреля 2010 - 09:51

HÖRMƏTLİ bacı və qardaşlar,rastlaşdığınız ibrətamiz hekayətləri bura qoyun.Əyər hekayətlər birbaşa dinə aiddirsə onları DİNİ BÖLÜMDƏKİ "DİNİ HEKAYƏLƏRƏ" QOYUN!

Сообщение отредактировал MIROTVORES70: 22 апреля 2010 - 09:55

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#21 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 22 апреля 2010 - 12:10

Fuzeyl ibn Əyyazın çox bilikli bir şagirdi var idi. Bir gün o, xəstələndi. Xəstəliyi ölümcül həddədək ağırlaşdı. Şagird ölüm ayağında idi. Fuzeyl şagirdinin yanına gəlib onun başı üstə Quran oxumağa başladı. O, "Yasin" surəsini oxuyurdu. Can verməkdə olan şagird gözünü açdı və dedi: “Bu surəni oxuma, ustad!” Fuzeyl heyrətlə dedi: “Övladım, "la ilahə illəllah" de!” Şagird etiraz etdi: "Yox, deməyəcəyəm, mən ondan bezmişəm!" Şagird bu sözləri təkrarlayaraq kafir halda can verdi...

Fuzeyl çox narahat oldu. Yubanmadan evinə döndü. Baş vermiş hadisə barədə düşünürdü. Bir müddət çölə çıxmadı. Nəhayət, bir gecə yuxuda gördü ki, şagirdini cəhənnəmə aparırlar. Fuzeyl ondan soruşdu: “Bu nə işdir ki, baş verdi?! Sən mənim ən üstün şagirdlərimdən idin. Nə oldu ki, ALLAH səndən mərifəti aldı, aqibətin pis qurtardı?”
Şagird dedi: “Mənim üç əməlim bədbəxtliyimə səbəb oldu. Birincisi budur ki, mömin qardaşlarımın arasında söz gəzdirirdim. İkincisi həsəd idi. Heç bir kəsi özümdən üstün görə bilmirdim. Üçüncüsü, xəstələndikdə həkimə müraciət etdim. O, nüsxə yazıb hər il bir qədəh şərab içməyi mənə tövsiyə etdi, əks təqdirdə xəstəliyimin davam edəcəyini söylədi. Mən də onun dediyi kimi şərab içdim. Bu üç əməl aqibətimin pis sonluğuna, kafir halda ölməyimə səbəb oldu.”
Fuzəylin şagirdi öldü, amma...
Bu qısa hekayəti oxuyan, əziz dost! Bir an gözlərini bağla və təsəvvür et ki, ölüm anındasan, can verirsən. Fuzeyl də sənin yanında oturub, deyir “la ilahə illəllah” de! Diqqət et, anla ki, kəlmeyi-şəhadəti demək istəsən, hansı əməl mane olub dilini bağlaya bilər? Sən özünü daha yaxşı tanıyırsan. Sənin də dilini bağlaya biləcək üç əməli özündə axtar tap! Bu elə də çətin deyil. Sən ki, özünü daha yaxşı tanıyırsan! İndi isə gözünü aç və de: Bismillahir-rəhmanir-rəhim! Onları tərk etməyi qərara al!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#22 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 22 апреля 2010 - 12:12

Yolda qarşılaşdığımızda azan oxunurdu. -“Gəl səni məscidə aparım.” dedim. “Bugün “Müqqəddəs Cümə” günüdür bilirsən” -“Səndə mənim məscidə getmədiyimi bilirsən.” dedi. -“Bilirəm amma səbəbini həqiqətən də bilmək istəyirəm çox maraqlıdı.” -“Nə bilim olumur da. Həm şalvarımın ütüsü pozulur, dizləri çıxar deyə narahat oluram.” dedi. Qeyri səmimi gülməyə başladım. -“Her halda zarafat edirsən. Bunun üçün heç mescidi terk etmek olar?”-“Ciddi deyirem. Geyimimə və xüsusilə yaşıl rəngi sevdiyimi və necə diqqət etdiyimi bilirsən” dedi. Həqiqətəndə elə idi. Geydiyi bir birindən gözəl paltarları, mütləq yaşılın bir başqa tonundan seçər və hər zaman ütülü olardı paltarları. -“Yaxşı” dedim.”Heyatında heç məscidə getməmisən?” -“Uşaqikən babamla bir iki dəfə getmişdim. Həm o yaşlarda şalvarımın dizləri çıxacaq deyə hər halda narahat olmurdum. Lakin artıq məscidə gedəcəyimi zənn etmirəm.” Dedikləri məni son dərəcə təəcübləndirmiş və söhbəti açdığıma peşman etmişdi. Daha sonra sağollaşıb ayrıldıq. Onunla söhbət etməyimizdən iki ay sonra; onun məsciddə olduğunu dedilər mənə. Həmin an getdim. Məscidin bağındakı namaz qılınan yerlərin qarşısında durmuşdu. Və yenə də yaşıllar var idi üzərində. Yavaşca yanına yaxınlaşdım və yavaş bir səslə:
-“Bəs məscidə gəlməyəcəkdin?” dedim. Heç səsini çıxartmadı. Çünki musalla daşının üzərində yaşıl örtüklü bir tabutun içində yatırdı…
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#23 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 22 апреля 2010 - 12:16

Bir gün Cüneyd Bağdadi həzrətləri mesciddə olarkən onun yanına bir gənc gələr. Və:
- “ALLAH rızası üçün mənə kömək edin... Mən yardıma möhtac bir insanam.” deyər.
Cüneyd Bağdadi həzrətləri baxır ki, bu cavan sap-sağlam bir insandır. “Belə cavan halıyla dilənçilik etməyə utanmırmı? Niyə özü işləyib qazanmır, dilənib özünün ucuzlaşdırır.” deyə düşünür.

O gecə Cüneyd Bağdadi həzrətləri bir yuxu görür:
Yuxusunda; məsciddə gördüyü oğlanın bədəninin ətindən kabab bişirilib onun qabağına gətirilir. Cüneyd Bağdadi həzrətlərinə:

-Bunu yeyəcəksən deyirlər. O isə: bu insan ətidir, heç yeyilərmi? Deyə cavab verdiyində:
Bəs dünən məsciddə nece yeyirdin... Yenə elə yeyəcəksən! deyərlər. Daha sonrasını Cüneyd Bağdadi belə danışır:

- Məyər qiybət etmişəm! Qorxu ilə yuxudan oyandım. Dəstəmaz alıb 2 rükət namaz qıldım. Tövbə istiğfar etdim....

Səhər olduğunda o haqqında danışdığım cavanı axtarmağa çıxdım.... Axtardım, axtardım... Nəhayət gənci Diclə çayı kənarında tapdım ki, qarşısına tərə qoyub, ondan yeyirdi.

- “Ey Cüneyd! Məsciddə mənim haqqımda pis düşündüyün üçün tövbə edib peşmançılıq duydunmu?” Deyə soruşdu.

- Mən də “bəli” dedim.

Haqqında danışdığım gənc mənə:

- O halda üzülmə get! Dedi və bu ayəni oxuyaraq qeyb oldu: “Və O Zattır ki, qullarından tövbə qəbul edər, günahlarını əfv edər və etdiklərini bilər...”

Hərdən qarşımıza çıxan insanları, sınaq mələyimiz olduğunu görməyi bacaraq....
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#24 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 23 апреля 2010 - 10:06

Düşünməyə və düzgün nəticə cıxartamaq üçün gözəl vasitədir - bu hekayə. İnan ki, hammı oxuyur, emosiyalarını bildirməsələrdə. Odur ki Allah qüvvət versin! Özüvüzə və digərləri üçün böyük faydalı iş görürsünüz! Allah razı olsun!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#25 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 апреля 2010 - 12:56

Bir gün, kiçik bir qız uşağı, küçənin qırağında oturmuş, yeyəcək bir şey, pul ya da ala biləcəyi bir şey üçün dilənirdi. Əynində yırıq-yırtıq, üzü-gözü kir içində və pərişan bir haldaydı.
Qız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gözü almışdı amma bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi. Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylərə etiraz edirdi. Sonra asan yolu seçdi və etirazlarını Allaha yönəltdi. Belə vəziyyətlərin var olmasına icazə verdiyi üçün?
Və içindən belə bir cümləylə şikayətləndi:
"-Belə bir şeyin olmasına necə icazə verirsən? Niyə o kiçik qıza kömək üçün bir şeylər etmirsən Allahım?"
Sonra ruhunun dərinliklərindən gələn bir cavab eşitdi:
"-Etdim. Səni yaratdım!"
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#26 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 апреля 2010 - 12:58

Bankda bir hesab sahibi olduğunu düşün,hesabına hər gün 86400 manat pul qoyurlar amma bu pulun hamısını axşamadək xərcləməlisən. Pulun qalığı o biri günə saxlanıla bilməz. Pulu xərcləsən də xərcləməsən də hesab hər axşam sıfırlanır. Nə edərsən? Əlbəttə ki hamımız xərcləməyə çalışarıq. Hamımız ZAMAN adlı bu bankın müştəriləriyik.
Hər səhər 86400 saniyəyə sahib oluruq və bu sabaha saxlanıla bilməz. Hər sabah hesabımız dolar, axşamsa boşalar. Geri dönüş yoxdur, bu anı yaşayaraq xərclə, ən yaxşısı həyatını mənalı yaşa. Xoşbəxtlik, sağlamlıq və qələbə üçün. Hər gün ən yaxşısını et.
Bir ilin dəyərini sinifdə qalmış şagirddən soruş.
Bir ayın dəyərini 8aylıq bir uşaq dünyaya gətirən anadan soruş.
Bir həftənin dəyərini həftəlik jurnal çap edən redaktordan soruş.
Bir saatın dəyərini qovuşmağı gözləyən sevgililərdən soruş.
Bir dəqiqənin dəyərini qatara gecikən sərnişindən soruş.
Bir saniyənin dəyərini avtomobil qəzasından qurtula bilməyən sürücüdən soruş...
Bir saniyənin yüzdə birinin dəyərini bilmək üçün olimpiyadada sürətli qaçışda gümüş medal almış idmançıdan soruş.
Allah insanlara zamanı dəyərləndirmək üçün verir. Unutma, artıq geridə qalan zaman bir tarixdir, gələcək isə sirli məchullarla doludur.
Zamanını dəyərləndir və Allahın buyurduğu kimi yaşa...o zaman hər şey öz yolu ilə gedəcəkdir.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#27 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 апреля 2010 - 13:01

Adamın biri hər zaman etdiyi kimi saç və saqqalını düzəltdirmək üçün bər-bərə getdi. Onunla maraqlanan bər-bərlə gözəl bir söhbətə başladılar. Müxtəlif mövzular üzərində danışdılar. Birdən ALLAH ilə bağlı mövzu açıldı…
Bər-bər: “Bax dostum, mən sənin dediyin kimi ALLAHın varlığına inanmıram.”
Oğlan: “Bəs niyə belə deyirsən?”
Bər-bər: “Bunu izah etmək çox asanddı. Bunu görmək üçün çölə çıx. Rica edirəm mənə söylə görüm əgər ALLAH olsaydı bu qədər çox problemi olan, sıxıntı içərisində yaşayan, xəstə insanlar olardımı, tərk edilmiş uşaqlar olardımı? ALLAH olsaydı, kimsəyə acı çəkdirməz, bir-birini üzməzdilər. ALLAH olsaydı, bunların olmasına icazə verəcəyinə inanmıram…”
Oğlan bir an durdu və düşündü, amma gərəksiz bir mübahisəyə girmək istəmədiyi üçün cavab vermədi. Bər-bər işini bitirdikdən sonra oğlan çölə çıxdı. Tam o vaxtda küçədə uzun saçlı və saqqallı bir adam gördü. Adam bu qədər dağınıq göründüyünə görə bəlli ki, bər-bərə getməyəli uzun bir müddət keçmişdir. Oğlan bər-bərin yanına qayıtdı.
Oğlan: “Bilirsən nə var, məncə bər-bər deyə bir şey yoxdu”
Bər-bər: “Bu necə ola bilər ki? Mən burdayam və bər-bərəm.”
Oğlan: “Xeyir, yoxdu. Çünki olsaydı, küçədə gəzən uzun saçlı və saqqallı adamlar olmazdı.”
Bər-bər: ” Hımmm… Bər-bər deyə bir şey var amma o insanlar mənə sarı gəlmirlərsə, mən nə edə bilərəm ki?”
Oğlan: “Təbii ki doğrudur! Əsas da odur elə! ALLAH var və insanlar ALLAHa sarı getmirlərsə, bu getməyənlərin seçimidir. Budur dünyada bu qədər çox acı və kədər olmasının səbəbi!”
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#28 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 23 апреля 2010 - 13:03

Bir nəfər arvadın boşamaq istəyir. Ondan səbəbin soruşanda deyir: "kişiyə yaraşmaz öz arvadının eybini özgələrə desin".
Boşanandan sonra arvadı başqası ilə ailə qurur.Yenə həmin kişidən soruşurlar ki, indi deyərsən nə səbəbə boşanmısan? daha sənin arvadın deyil ki. Kişi cavabında deyir: "İndi də o başqasının arvadıdır, kişiyə yaramaz başqasının arvadınını qeybetini eləyib, eyiblerin acsın".
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#29 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 23 апреля 2010 - 13:10

Əməvi xəlifələrindən olan Hişam ibn Şbdülməlik öləndən sonra nökəri onun qəbrinin üstündə aglayirmış:
- Ay mənim sahibim, sən öləndən sonra başımıza nə qədər bəlalar gəldi, əgər bilsəydin!
Yoldan keçən bir nəfər nökərə deyir:
- Hişamın danışmaq imkanı olsaydi indi sənə deyərdi ki, onun o biri dünyada gördükləri sənin gördüyündən qat-qat müsibətli və dəhşətlidir
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#30 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 апреля 2010 - 13:22

Gözəl bir bazar səhəri idi... Yuxudan təzə oyanan ata bazar günün keyfi ilə sevincək əlinə qazeti alıb, bütün günü evdə oturub dincələcəyəm deyə düşünürdü. Tam bunları düşündüyü zaman otağa oğlu girir və nə vaxt kinoteatra gedəcəyini atasından soruşur. Ata oğluna söz vermişdi ki, bu bazar onu kinoya aparacaq... Ata heç bir şey deməyib, necə kinoya getməməyi düşünürdü. Birdən ağlına çox maraqlı fikir gəlir. Oxuduğu qəzetə baxanda onun bir səhifəsində iri dünya xəritəsi tapır. Bu zaman onu xırda-xırda hissələrə bölərək, oğluna deyir: “Əgər bu xəritəni yenə əvvəlki halına sala bilsən səni kinoya aparacam.” Ata bunu deyərkən tam əmin idi ki, oğlu o xəritəni yığa bilməyəcək. Nəinki oğlu, hətta, dünyanın ən bilikli coğrafiaşünasını da gətirsən yenidən o xəritəni yığa bilməz. Ancaq möcüzə... Oğlu 15 dəqiqədən sonra otağa girir və atasına xəritəni yığdığını deyir. Bu zaman oğlunun sözlərinə inanmayan ata öz gözləri ilə görmək istəyir və o biri otağa geçərkən gözlərinə inanmır. Xəritə eynilə əvvəlki kimi idi, sanki onları hissələrə ayırmamışdı. Bunu görən ata şok bir vəziyyətdə oğlundan bu xəritəni necə yığdığını soruşur. Cavabında oğul deyir: “Mənə verdiyin xəritənin arxasında bir insan şəkli var idi. İNSANI DÜZƏLTDİYİM ZAMAN DÜNYA ÖZ-ÖZLÜYÜNDƏN ARTIQ DÜZƏLMİŞ OLDU...”
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru