Перейти к содержимому


Фотография

İbrətamiz hekayətlər.


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 39

#31 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 апреля 2010 - 13:32

Bir balıqçı ailəsi ilə bilikdə dəniz sahilində yaşayırdı. Bir gün o, dostları ilə birlikdə balıq ovuna dənizə çıxır. Bir neçə gün keçir, onlar açıq dənizdə azırlar. Hansı yönə istiqamət alırdılarsa, yenə də sahilə yol tapa bilmirdilər. Balıqçılar nə edəcəklərini bilməyərək ümidlərini itirmişdilər. Elə bu vaxt balıqçının evində anidən yanğın baş verir. Balıqçının biçarə arvadı uşaqları sinəsinə sıxıb haray salır. Qadın qışqıra-qışqıra bu sözləri təkrar edir: “Ay Allah! Axı mən ailəmin, evimin-eşiyimin salamat olmasını Səndən istəyirdim, dua edirdim! Mən artıq necə Sənə ümid, arxayın ola bilərəm?” Qadın Allahdan inciyir, artıq dua etməməyi qərara alır. Bu vaxt möcüzə baş verir! Balıqçının evi yananda yanğının alovu çox yüksəkliklərə ucalır. Gəmidəkilər alovu görüb yanğın olan tərəfə üzürlər. Bir azdan onlar doğma sahillərə yetişirlər. Balıqçılar doğmaları ilə qucaqlaşıb, sevincdən nə edəcəklərini bilmirdilər. Ölümlə üz-üzə gəldiyi halda bu yanğın onların həyatlarını xilas etdi. Təkcə balıqçı öz ailəsini qəm içində görür. Arvadı hər şeyi ona danışır. Balıqçı gülümsəyərək qadına deyir: “Allaha şükür et! Sənin yanına sağ-salamat gəlməyimin səbəbi evimizin yanması oldu! Biz bundan da yaxşı ev tikə bilərik, ancaq məni heç kim dirildə bilməz! Allahım! Sənə şükürlər olsun! Nəyin xeyrimizə, nəyin ziyanımıza olmasını yalnız Sən bilirsən!...” Qadın ərini qucaqlayıb, Allah qarşısında tövbə etdi və əvvəlkindən də çox Allaha şükür və dua etməyə başladı..
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#32 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 апреля 2010 - 14:01

Həyat yoldaşım birinci uşağı dünyaya gətirəndə mənim heç otuz yaşım da yox idi. O gecəni heç vaxt unuda bilmirəm. Boş danışıqlarla, qeybətlə və ədəbsizliklə keçmiş yuxusuz bir gecə... Mən, əsasən nağılbaz idim və başqaları barədə danışıb camaatı güldürürdüm. Onlar da uğunub gedirdilər, sanki ocağa neft atırdılar... Mənim qeyri-adi “talantım” var idi – camaatı məsxərəyə qoyub onları ələ salırdım. Hər hansı bir adamı səsindən tutmuş tələffüzünə kimi parodiya edə bilirdim... Hətta yaxın dostlarım da mənim istehzalarımdan yaxa qurtara bilmirdilər. Gülüş obyektinə çevrilməmək üçün bəziləri məndən aralı gəzməyə başlamışdılar.
Elə həmin gecə mən bazarda ələ saldığım kor bir dilənçi barədə danışırdım. Günorta bazarda olarkən, mən ona badalaq vermişdim, o da kontaycasına yıxılmişdı. Ətrafdakılar isə onun yıxılmağına gülməkdən birtəhər olmuşdular, onlara ləzzət etmişdi.
Adətim üzrə evə yenə gec gəlmişdim. Xanımım məni gözləyirdi. O, hamilə idi və azad olmağının vaxtı azalmışdı. Titrək səslə soruşdu:
- Rəşid, harda idin?
Mən də istehza ilə:
- Marsda idim. Özüm ağılda olanlarla bir yerdə.
O, çox zəif görünürdü. Danışanda göz yaşları onu boğurdu:
- Rəşid, bərk xəstələnmişəm. Təsəvvürünə də gətirə bilməzsən necə... Vaxt da çatıb, uşaq hər an dünyaya gələ bilər...
Dodaqlarını sıxdı. Göz yaşları isə məcrasından çıxan çay kimi yanaqlarından axırdı. Başa düşdüm ki, o, dünyaya uşaq gətirməlidir, mən isə daha ciddi olmalıydım, daha çox ona vaxt ayırmalıydım. Axı o, doqquzuncu ayda idi... Tez onu xəstəxanaya çatdırdım.
Həyat yoldaşımı doğum şöbəsinə apardılar. Orada uzun müddət iztirab çəkdi...
Onun azad olmasını səbrlə gözləyirdim. Doğuş ağır olduğundan mən artıq onu gözləyə bilmədim. Yorulub evə getdim. Xəstəxanada telefon nömrəmi qoydum ki, uşaq dünyaya gələn kimi mən zəng edib xəbər versinlər.
Təqribən bir saatdan sonra mənə zəng edib uşağın doğulduğunu xəbər verdilər. O saat xəstəxanaya qaçdım. İlk soruşduğum isə həyat yoldaşımın palatasının nömrəsi oldu.
Lakin mənə məsləhət üçün onun doğuşunu qəbul edən həkimlə görüşməyi tövsiyyə etdilər.
Mən yenə istehza ilə “əşi, nə həkim, mənə ancaq uşağım lazımdı”, - dedim. Cavabımda isə “elədir, lakin hər şeydən əvvəl mütləq həkimlə görüşməlisiniz”, - eşitdim.
Həkim xanımın yanına getdim. O dedi ki, doğuş agır keçib, uşağın gözləri formasını (ölçüsünü) dəyişib. Ona görə də mən övladımın kor qalacağı ilə barışmalıyam.
Əllərimi başıma vurub yerə oturdum. Ələ saldığım, badalaq verib yıxdığım, camaatın da buna böyük zövqlə güldüyü həmin kor dilənçi gözlərim önünə gəldi.
Subhan Allah! Bu nədir? Gözə göz?
Dinməzcə oturmuşdum... Sonradan yoldaşım və uşağım yadıma düşdü. Həkimə təşəkkür edib xanımımı ziyarət etməyi xahiş etdim. Yoldaşım ruhdan düşməmişdi, nə də mənim kimi qəm-qüssə içində deyildi. Allahın ona yetirdiyindən razı idi, Ona həmd edirdi. Mənə “bəlkə də bu, sənə başqalarını ələ salmayasan, onları məsxərəyə qoymayasan deyə bir xəbərdarlıqdır”, - dedi.
O, həmişə təkrar edərdi: “Adamları ələ salma”.
Tezliklə onları xəstəxanadan buraxdılar və oğlum Səlim artıq bizimlə idi.
Əslində isə oğlumun yanımda olub-olmamağını hiss etmirdim. Onun ağlamağı dözülməz olanda isə, boyük otağa keçib qapını bərk bağlayırdım ki, rahat yatım. Yoldaşım isə əksinə, özünü tam ona həsr etmişdi, onu çox sevirdi.
Ondan imtina etmirdim, xeyr, sadəcə, özümü onu sevməyə məcbur edə bilmirdim.
Səlim böyüyürdü, iməkləməyə başlamışdı. 1 yaşında isə artıq gəzirdi. Onda biz onun axsadığını gördük. Bu məni daha da kədərləndirdi.
Səlimdən sonra yoldaşım Öməri və Xalidi dünyaya gətirdi. İllər ötürdü. Səlim böyüyürdü. Qardaşları da böyüyürdü.
Evdə oturmağı sevmirdim. Vaxtımın çoxunu dostlarımın əhatəsində keçirirdim. Əslində isə onların əlində bir oyuncağa çevrildiyimdən xəbərim yox idi. Demək olar ki, onları əyləndirən bir təlxək idim.
Həyat yoldaşım isə, hələ mənim düzələcəyimə ümid edirdi. Məni hər zaman haqq yoluna dəvət edirdi. Mənim yüngül hərəkətlərimə qəzəblənmirdi, sadəcə yazığı gəlirdi.
Səlimə qarşı etinasızlığım, o biri oğlanlarıma isə diqqət göstərməyim yoldaşımı çox kədərləndirirdi.
Səlim böyüdü, onunla bir yerdə əziyyətləri də böyüdü...
Yoldaşım onu korlar məktəbinin birinə qoymaq istəyəndə mən etiraz etmədim. İllərin necə ötdüyünü heç hiss etmirdim. Hər gün iş, yatmaq, yemək, məsxərələr...
Cümə günlərinin birində...
Saat 11:00-da yuxudan ayıldım. Mənim üçün o qədər də gec vaxt deyildi. Həmin gün bir toya dəvətli idim. Yerimdən qalxdım, geyinib-kecindim, ətirləndim və evdən çıxmağa hazırlaşırdım ki... Boyük otaqda Səlimin hönkürtü və ağır-ağır ağlamağı diqqətimi cəlb etdi. Bu, mənim ötən 10 ildə ona yetirdiyim birinci fikir, diqqət idi. Adətən onu anası sakitləşdirər, mən isə onun ağlamağını otağımın bağlı qapıları arxasından eşidərdim.
Dayandım. Ona yaxınlaşıb soruşdum:
- Səlim, niyə ağlayirsan?
Səsimi eşidən kimi ağlamağını kəsdi. Hiss etdi ki, haradasa yaxındayam və onu görürəm. Balaca əllərini nəsə axtarırmış kimi hərəkət etdirməyə başladı. Başa düşdüm ki, məndən aralanmaq istəyir... Sanki mən özgəsiyəm... Mənə dedi:
- İndi gözünə sataşıram? Bu 10 ili harada idin?
Və ayaqları dolaşa-dolaşa otağına getdi. Yerimdə donub qalmışdım. Xəcalət çəkə-çəkə onun ardınca getdim. Əvvəlcə mənimlə danışmaq istəmirdi. Lakin onunla bir az qayğı ilə, diqqətlə söhbət edəndən sonra mənə ağlamağının səbəbini – faciəsini açıqladı. Həmin gün cümə idi. Qardaşı Ömər isə onu məscidə aparmalı idi. Səlim qorxurdu ki, birdən cüməyə gecikər və qabaq səflərdə yer tapa bilməz. O, qardaşını, anasını səsləyib, lakin heç kəs ona cavab verməyib deyə oturub ağlayırmış. Onun kor gözlərindən axan yaş yanaqları ilə süzülürdü. Bilmədim uşağa nə deyəm. Başını sinəmə sıxıb soruşdum:
- Buna görəmi ağlayırsan, Səlim?
- Hə.
Dostlarım və toy həmin an yadımdan çıxdı:
- Kefini pozma, oğlum, heç bilirsən səni bu gün məscidə kim aparacaq?
- Məncə, Ömər, amma o həmişə gecikir.
- Xeyr, bu gün səni məscidə özüm aparacağam.
Səlim təəccübləndi. Uşaq fikirləşdi ki, yəqin onu ələ salıram və yenə yanaqlarından gözünün yaşı töküldü. Onun göz yaşlarını silib balaca əlini yavaşca ovcuma sıxdım.
Onu maşınla aparmaq istəyirdim. Lakin Səlim məscidin uzaqda olmadığını söyləyərək piyada getməmizi istədi. Axırıncı dəfə məscidə getməyim yadıma gəlmirdi. Amma birinci dəfə idi ki, həyəcan içindəydim. Keçirdiyim laqeyd və faydasız həyatım üçün çox pərişan idim.
Məscid ibadət edənlərlə dolu idi. Buna baxmayaraq, Səlim üçün 1-ci səfdə yer tapa bildim. Xütbəyə qulaq asdıq. Sonra o, mənim yanımda namaz qıldı, daha doğrusu, mən onun yanında namaz qıldım. Namazdan sonra Səlim ona Qur`ani-Kərimi verməmi istədi. Heyrətləndim: Kor uşaq Qur`anı necə oxuya bilər? Onun xahişini mənasız hesab etsəm də, sözünü yerə salmaqla onu incitməkdən qorxdum və Qur`anı götürüb ona verdim.
Məndən ər-Kəhf (Mağara) surəsini açmağı xahiş etdi. Qu`anı açdım, xeyli vərəqləyəndən, mündəricata baxandan sonra surəni tapıb ona verdim. Məndən kitabı alib qarşısına qoydu və oxumağa başladı. Soyuq tər məni basdı – gözləri görməyə-görməyə!.. Aman Allah! O, surəni mükəmməl öyrənmişdi!
Bərk utandım və mən də Qur`anı götürüb oxumağa başladım. Hər səhifəni oxuduqca Allahdan bağışlanma diləyirdim və dua edirdim ki, məni haqq yola yönəltsin. Yalvarmağa başım elə qarışmışdı ki, uşaq kimi ağladığımdan xəbərim yox idi. Camaatın bəzisi məsciddə qalıb nafilə namazlarına və digər ibadətlərinə davam edirdilər. Onlardan utanaraq içimdə alovlanan həyəcanı söndürmək istədim. Amma hisslərim mənə üstün gəlirdi və yanaqlarımdakı göz yaşlarımı silən balaca uşaq əlindən başqa heç nə hiss edə bilmirdim... Bu, Səlim idi. Onu bağrıma basıb daha da hönkürdüm. Sonra onun üzünə baxdım:
- Oğlum, sən kor deyilsən. Kor mənəm, mən! Məni cəhənnəmə doğru sürükləyən əxlaqsızlığımı görmürdüm.
Evə qayıdanda yoldaşımın Səlimə görə həyəcan keçirdiyini gördüm. Amma bizi bir yerdə məsciddən döndüyümüzü görəndə onun narahatlıq hissi sevinc hissi ilə əvəzləndi.
O gündən bəri məsciddə bir namaz da olsun buraxmıram.
Bütün aşnalarımla əlaqələri üzdüm. Əvəzində məsciddə yeni dostlar qazandım. Onlardan çox şeyi öyrəndim, imanın tamını hiss etdim. Dünyanın məndən gizlətdiklərini mənə söylədilər. Onlarla birgə vaxt keçirməyə, Qur`an oxumağa, ibadət və Allahı zikr etməyə daha çox çalışırdım. Ayda bir neçə dəfə Qur`anı xətm edirdim. Dilim ən çox Allahı zikr edirdi ki, bəlkə O, etdiyim günahlarımı və səhvlərimi bağışladı... Ailəmi daha çox sevməyə və onlarla daha çox vaxt keçirməyə başladım.
Həyat yoldaşım daha mənim fikrimi çəkmirdi, o, xoşbəxt idi. Oğlum Səlimin üzünü isə təbəssüm tərk etmirdi. Mənə verdiyi nemətlərə görə Allaha həmd edirdim.
Bir dəfə mənim yeni dostlarım ucqar bir kəndə çağırışa gedəsi oldular.
Mən də səfərə hazirlaşdım, Allahdan xeyir dilədim və həyat yoldaşımla məsləhətləşdim. Fikirləşirdim ki, o, buna razı olmayacaq, amma əksinə alındı. Buna çox sevindim, özümü xoşbəxt hiss edirdim. Əvvəllər, əxlaqsız həyat tərzi sürəndə, onunla bir iş barədə heç məsləhətləşmirdim də. Sonra Səlimə tərəf yönəlib ona səfərə çıxdığımı söylədim. O məni bərk-bərk qucaqlayıb sağollaşdı.
Üç ay yarım ailəmdən ayrı düşdüm. Hər dəfə imkan düşəndə evə zəng edir, yoldaşımın və uşaqlarımın səslərini eşidirdim. Onlar üçün darıxırdım. Səlim üçün isə necə darıxırdım? Sözlə deyə bilmirəm. Onu evdə tapa bilmirdim ki, səsini eşidim – gah məktəbdə idi, gah da məsciddə. Həyat yoldaşıma Səlim üçün nə qədər darıxdığımı deyəndə o, gülür və sevinirdi. Lakin axırıncı dəfə onunla danışanda, səsi məni narahat etdi. O, həmişəki kimi şən idi, amma mən onun qəhqəhəli gülüşünü eşitmədim. Səsi dəyişmişdi. Ona dedim: “Səlimə məndən salam çatdır”. O da “inşa Allah”, - deyib susdu.
Sonra mən evə döndüm. Qapını döydüm. Gözləyirdim ki, qapını Səlim açacaq. Lakin qapını təzəcə dörd yaşı tamam olmuş kiçik oğlum Xalid açdı. Onu qucağıma alıb bağrıma basdım. O isə sevinib qışqırırdı: “Ata! Ata!”. Evə daxil olarkən, bilmirəm nədənsə, ürəyim sıxıldı, mən də “Əuzubilləh” kəlməsini işlətdim. Sonra həyat yoldaşıma yaxınlaşdım və gördüm ki, onun sifəti dəyişilib. Sanki üzündən təbəssüm və sevinci siliblər. Soruşdum, “sənə nə olub?”. “Heç nə”, - cavabını verdi. Anidən Səlim yadıma düşdü və dedim: “Səlim hanı?” Xalid sözümü kəsib dedi: “Səlim Allaha qovuşub”.
Yoldaşım elə hönkürdü ki, ayaqları titrədi. Onun qollarından tutub kresloya otuzdurdum.
Sonradan bildim ki, gəlməyimə iki həftə qalmış Səlim bərk xəstələnib. Qızdırması olduğundan həyat yoldaşım onu xəstəxanaya aparıb. Güclü qızdırma və titrəmə ruhu bədənindən ayrılmayanacan ona əziyyət verib.
Əgər dünya sənə dar gəlirsə, yolun daralırsa, ürəyin sıxılırsa və ümidsizlik ümidi üstələyirsə, bircə bu kəlmədən başqa heç nə işlətmək istəmirsən: “Allahım!”
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#33 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 апреля 2010 - 14:04

Dünyada varlıq sahibi, hər şeyə gücü yetən böyük bir Zat günlərin birində iki xidmətçisini yanına çağırıb onlara bir iş tapşırır. Hərəsinə 24 qızıl verib belə deyir:
Uzun bir səyahətə çıxacaqsınız. Başqa diyardakı kəndimə gedib orada yaşamağınızı istəyirəm. Mən sizi təkrar hüzuruma çağıracağam. O zamana qədər orada qalmağınızı istəyirəm. Kəndim sizə əmanətdir. Verdiyim 24 qızıldan həm yol pulunuzu, həm bilet pulunuzu, həm də ki, kənddəki yaşayış ehtiyaclarınızı ödəyərsiniz. Səyahəti maşın, təyyarə yaxud qatar ilə edə bilərsiniz. Seçim sizindir. O iki xidmətkar böyük Zatın dediklərini diqqətlə dinləyib 24 qızılla yola düşdülər. Dünyada heç bir varlığa sahib olmadıqları halda böyük bir ərazinin əmanətçisi oldular. Bu zənginliyin əvəzində onlardan birinin ağlı çaşdı, gözü çevrildi, qızıllarını qumarda bir-bir itirdi. Dostu onun bu halına çox üzüldü. Və ona nəsihət verdi:

Bax, dostum, indi mən 24 qızıldan biri ilə bilet alıb təyyarəyə minib 1 saata kəndə gedəcəyəm. Bəs sən? 23 qızılı zərərli bir oyunda əyləncə və nəfsin xatirinə puç etdin. Ağlını başına yığ. O 1 qızılla bir bilet də sən al və qurtul. Əks halda tamamilə zərər içində olacaqsan. Sahibimiz də verdiyi vəzifəni yerinə yetirmədiyin üçün səni cəzalandıracaqdır. Əgər səhv etdiyini və bunu anladığını bildirib ondan bağışlanmağı diləsən O səni bağışlayacaqdır. Çünki O rəhməti böyük olandır. Əlindəki bir qızılla bilet al. Əks halda həlak olub gedəcəksən.

Bəli, hekayə burada bitir. İndi soruşacaqsınız ki, o axmaq adam dostunun sözünə qulaq asıb bilet aldımı?

Ümid edirəm ki, o düşüncəsiz adam, dostunun məsləhətini dinləmişdir. Çünki, bu kiçik hekayədə bizə bildirilən O böyük zat, Rəbbimizdir. O, 24 qızıl 24 saatımızdır. O dayanacaq məzara açılan qapıdır. O bilet ruhlar aləminə etdiyimiz yolculuq üçündür. O bir qızıl isə 5 vaxt namaz üçün ayırdığımız 24 saatdan biri kimidir. Bizə qəbir qaranlığında işıq, axirət yolçuluğunda minikdir. O iki xidmətçi isə Rəbbini tanıyan, namazını qılan bir adamla Rəbbinin nemətlərini inkar edən namazsız bir adamı təqdim etməkdədir. O kənd isə Cənnətdir. Beləliklə, bu hekayə bizə anladır ki, namazını düzgün qılan və bir gündə 24 saatın heç olmazsa bir saatını Rəbbinə şükür və ibadət içində keçirən insan, çox böyük asanlıqlar və rahatlıqlarla qarşılaşacaq. Namazını qılmayan və Rəbbinin nemətlərini inkar edib şükürsüzlüyə düşənlərin aqibəti bərbad olacaqdır. Onlar nəinki itkiyə məruz qalacaq, üstəlik böyük bir cəzaya düçar olacaqlar.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#34 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 апреля 2010 - 14:06

Yaponiyada 10 yaşlı bir balaca uşaq yaşayırdı. Ağır avtomobil qəzasından sonra sol qolunu itirən uşaq, demək olar ki gələcəyə olan bütün arzusunu da itirmişdi. Böyüyəndə məşhur cudo ustası olmağı arzulayan uşaq, arzusuna çata bilməyəcəyini düşünüb bütün günlərini depresiya içərisində sürürdü. Bunu görən atasının ürəyi dözmür, şəhərin ən məşhur cudo ustasının yanına gedərək ondan məsləhət almağı qərara gəldi. Usta bir az fikirləşəndən sonra: “Uşağı sabah gətir yanıma”, dedi. Səhər açıldı... Atası uşağı da götürüb ustanın yanına getdi. Usta diqqətlə uşağa baxdı, sonra gülümsəyərək dedi: “Balaca, mən səndə gələcəyin ən məşhur cudo ustasını görürəm. Sabah əşyalarını da götür gəl.” Bu sözlər uşağa ümid vermişdi. Səhər həvəslə yuxudan oyanan balaca ilk işi ustanın yanına getmək oldu. Usta ona çox maraqlı bir hərəkət göstərdi, sonra ona bu hərəkət üzərində işləməyi dedi. Uşaq bir həftə məşq etdi, hərkəti tam öyrənəndən sonra ustanın yanına yenidən gəldi. “Usta, mən hərəkəti tam öyrəndim. Mənə yeni hərəkət öyrətməyəcəksiz?” dedi. Usta cavabında: “Hələ bir az da məşq et, sonra...” 2 ay, 3 ay, 6 ay... beləcə 1 il keçdi... Hərəkətləri mükəmməl bilən balaca ustasına yenə müraciətlə dedi: “Usta, bir ildir ki, mən eyni hərəkəti təkrarlayıram. Yeni hərəkəti nə vaxt öyrədəcəksiz?” Usta yenə də: “Səbirli ol, balaca... Bir az da məşq et!” dedi. 2 il, 3 il, 5 il deyərkən, tam 10 il oldu. Uşaq artıq gənc olmuşdu. Cudonu da çox sevirdi. Ancaq onun bir qolu və cudoda bildiyi bir hərəkəti var idi. Bir gün usta gəncin yanına gələrək:”Hazırlaş, sənin adını yarışmaya yazdırdım. Sabah cudo üzrə yarışmanın ilk maçına qatılırsan.” Bunu eşidən gənc şok oldu. “Axı mənim bir qolum və bildiyim bir hərəkət var, necə olacaq? Həm də yarışmada şəhərin ən məşhur cudo ustaları olacaq. Mənim şansım yoxdur”. Deyə fikirləşirdi ancaq ustasına hörmət edir və səsini də çıxartmadı. Həyacanlı gün... Gənc yarışmanın ilk maçına çıxdı. Birinci rəqibinini tək qolu və tək hərəkəti ilə qalib gələn gənc beləcə yarımfinal və nəhayətdə finala çıxdı. Finalda son 10 ilin çempionu ilə üz-üzə gəlməli idi, bunun çətin və məsuliyyətli iş olduğunu bilən gənc ustasının yanına getdi və: “Usta, şükür ALLAH, bura qədər gəlib çıxdım. Ancaq bir qolum və bildiyim bir hərəkətlə belə çempiona qalib gələ bilməyəcəm. Çıxıb rəzil olmaqdansa icazə verin mən gedim”, dedi. Usta: “Yox!!! Olmaz!!! Sən gedə bilmərsən!!! Çıx və döyüş!!! Özünə güvən! Uduzsan da namusunla uduz”, dedi. Çarəsiz gənc bütün gücünü toplayaraq yarışmaya çıxır. Maç başladı... Bildiyi tək hərəkəti yerinə yetirir ki birdən... Rəqibinə qalib gəlir və çempion olur. Sevincindən ustasının yanına atılır və deyir:”Usta, mən qalib oldum... Ancaq necə? Tək qolum və tək hərəkətim... Usta bu necə oldu? Bunun hikməti nədir?” Usta gənci qucaqlayır və: “Bax oğlum, sən 10 il dayanmadan eyni hərəkəti öyrəndin, o qədər mükəmməl öyrəndin ki, artıq yer üzündə o hərəkəti səndən yaxşı bilən yoxdur ”- bu bir. İkincisi isə, “o hərəkətin tək bir qarşı hərəkəti var, onun üçün də sənin sol qolun lazımdı.” Sonda isə usta dedi: “İnsanların əksikllikləri bəzən, eyni zamanda ən güclü tərəfləri ola bilər. Ancaq yetər ki, bu əksikliklər onların ağıllarında və inamlarında olmasın.”

ALLAH heç bir bəndəsinə gücü yetməyəcək qədəri ilə yükləmir. Nə olursa olsun insan inamını itirməməli və həyatının bütün sınaqlarından inamla keçməlidir. Ümid varsa demək ALLAHA inam və sevgi də var.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#35 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 апреля 2010 - 14:10

Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu çox həvəslə izləyirdi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Əslində mallar lüks sayılmazdı ancaq, kiçik bir dükan üçün uyğun idi.Onların ən gözəlini ön tərəfə qoyduqca, uşaq vitrinə doğru bir az daha axınlaşdı.Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə... Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sol qismi,dizinin alt qismindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar,sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan çıxıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:
- Balaca...- deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər bir möcüzədir... Uşaq,ona dönərək:
- Həqiqətən çox gözəldirlər...- deyə təbəssüm etdi. Amma mənim bir ayağım doğuşdan əskikdir.
- Məncə əhəmiyyətli deyil...- deyə, atıldı adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki! Kiminin əli əskik, kiminin də ayağı. Kiminin də ağılı ya da imanı. Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdi:
- Kaş ki imanımız əskik olacağına, ayaqlarımız əskik olsaydı. Uşağın ağlı yaxşıca qarışmışdı. Bu səfər adama doğru yaxınlaşıb:
- Anlaya bilmədim...- dedi. Niyə elə olsun ki?
- Çox sadə...- dedi, adam. Əgər imanımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orda bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər... Kiçik uşaq, bir dəfə daha təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar, yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:
- Baxdığın ayaqqabı, sənə yaraşar...-dedi. Sınamaq istəyirsənmi? Uşaq, başını yanlara yelləyib:
- Üzərində 30 manat yazır, dedi. Almağım mümkün deyil ki!
- Endirim mövsümünü, sənin üçün bir az önə alaram!. dedi adam. Bu halda 20 manata düşər. Onsuz da sən bir tayını alacaqsan, o da 10 manat edər. Uşaq bir az düşünüb:
- Ayaqqabının digər tayı işə yaramaz!- dedi. Onu kim alacaq ki?
- Aaaa... Balaca söhbəti fırlatma- deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa sataram. Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:
- Üstəlik də şagirdsən elə deyilmi? deyə soruşdu. İkiyə gedirəm!-deyə atıldı uşaq. Üçə keçdim sayılır. Lap yaxşı!-dedi adam. 5 manat da şagird endirimi etsək, geri qalar 5 manta. O da bazarlıq payı olar. Bu vəziyyətdə ayaqqabı sənindir, satdım getdi!
Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər, onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam, vitrində olanı çıxartdı. Bir taburetka götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geyindirdi. Və çıxartdığı köhnəni göstərərək...
- Mənim satış əməliyyatım bitdi!- dedi. Sən də mənə, bunu satsan çox şad olaram.
- Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi?
- Sən çox cahil qalmısan ay yoldaş...- dedi, adam. Antikvar əşyalardan xəbərin yoxdur hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çox pul məbləği edər. Buna görə də ayaqqabın, məncə ən az 30- 40 manat edər.
Kiçik uşaq, dalbadal yaşadığı şokları, üzərindən ata bilmirdi. Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu. Adamın, həyəcandan tərləyən ovuclarına sıxıştırdığı kağız pullara göz gəzdirdikdən sonra,10 manatlıq banknotu geri verərək:
- Mənə görə 20 manat bəsdir..dedi. Endirim mövsümünü başlatdınız axı!.. Adam onu qıra bilməyib pulu götürdü. Və bu vaxt yanağına bir öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı.Əgər bütün mallarını bir gündə satsa,
belə bir xoşbəxtliyi tapa bilməzdi. Uşaq, yavaşca yerindən qalxdı.Sanki qoltuqağacına ehtiyac duymurdu. İsti bir təbəssümlə təşəkkür edib:
- Atam haqlıymış!-dedi. Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac yoxdur!!! demişdi...


ALLAH HEÇ KİMDƏN MƏRHƏMƏT HİSSİNİ ƏSKİK ETMİR!!! Daim ürəklərinizdə Ona ümidlə, duanızla əllərinizi ALLAHA uzadın! Sevgi dolu dualarla, iman dolu ürəklə, ALLAHA yaxın olun! İnanın, ALLAH heç bir bəndəsini tək qoymur! ALLAH bizlərin üzərindən mərhəmət və rəhmət hissini əskik etməsin! AMİN!!!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#36 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 28 апреля 2010 - 23:51

Bir ailəli kasıb ruzi əldə etmək üçün evdən çıxdı. Bilmirdi hara getsin. Təsadüfən yolu məscidə düşdü. Moizə edən alim məclisi coşduraraq insanları salavat göndərməyə həvəsləndirirdi. Kasıb kişi orada dayandı və moizə edənin sözlərinə qulaq asmağa başladı.
O, deyirdi ki, salavat göndərməkdə səhlənkarlıq etməyin! Əgər varlı şəxs salavat desə Allah Təala onun malına bərəkət verər. Əgər kasıb səlavat desə, Allah Təala onun ruzisini asimandan göndərər.
Kasıb məclisdən xaric olaraq yol gedə-gedə salavat göndərməyə başladı: " Allahummə səlli əla Mühəmmədin və ali Muhəmməd."
Üç gün bu hadisədən keçdi. O, hələ də salavat göndərirdi. Yolu bir xarabalığa düşdü. Ayağı bir daşa dəydi. O, daşı qaldırdı və gördü ki, altında qızılla dolu bir bağlama var. Öz-özünə dedi: -Mənim ruzimin vədəsi asimandandır. Mən yerin ruzisini istəmirəm.
Daşı yerə qoydu. Evə qayıdaraq əhvalatı yoldaşına danışdı. Kasıb kişinin yəhudi bir qonşusu vardı. Əhvalatı danışarkən damda dayanıb onun sözlərinə qulaq asırdı. Bunu eşidən kimi özünü xarabalığa çatdırdı və bağlamanı evinə gətirdi. Onu açdıqda gördü ki, içi ilan və əqrəblə doludur. Ailəsinə dedi: -Bizim bu müselman qonşumuz bizim düşmənlərimizdir. Mən damda olanda o, bu sözləri danışırdı ki, mən tamaha düşüm gedib o şeyi evə gətirdim, ilan və əqrəblər bizi sancsın! İndi ki, belə oldu mən bunu dama qaldırıb onların başlarına tökəcəyəm, qoy həlak olsunlar. Bizim üçün zərər istəyirdilər qoy öz başlarına gəlsin. O, dama qalxaraq gördü ki, kasıb kişi yoldaşı ilə mübahisə edir.
həyat yoldaşı deyir: -Ay kişi, heç rəvadırmı ki, sən bu qədər var dövlət tapasan və onu götürməyəsən, biz də bu kasıbçılıqda qalaq?
Kasıb kişi dedi: -Mən ümüd edirəmki, Allah bizim ruzimizi asimandan nazil edəcək.
Elə bu vaxt yəhudi kişi bağlamanın ağzını açaraq, içindəkini onların başına tökdü. Kasıb kişi gördü ki, damdan səs gəlir. Başını qaldiranda evə qızıl yağdığını gördü. Səsləndi: -Ay arvad, bax göydən qızıl tökülür.
Tez salavat göndərməyə başladı və qızılları topladı. Yəhudi gördü ki, bağlamadan qızıl səsi gəlir. Onu qaldırıb içinə baxdıqda ilan və əqrəb gördü. Yenidən onu aşağı əyərək qalanını da tökdü. yəhudi anladı ki, bu qeybi sirlərdəndir. Xatırladı ki, bu hadisə Musa(ə)-nın zamanında baş vermiş əhvalat kimidir. Nil suyu Qutbilər üçün qan, Sibtilər üçün su olmuşduş. Yəhudi o anda kasıb kişini evinə dəvət elədi və onun vastəsilə müsəlman oldu.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#37 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 28 апреля 2010 - 23:55

Göl kənarında yaşlı bir adam dalğın-dalğın sürətlə axan suya baxırdı. Gənc adam ona yaxınlaşıb: “Əmi, çox dalmısan, nəyə baxırsan elə?” deyə soruşunca qoca baba içini çəkərək: “Axan ömrümə baxıram” dedi. Gənc adam bəmbəyaz saqqallı, nur üzlü yaşlıdan maraqla soruşdu: “ Bir insan ömrü nə qədər olur ki?” Yaşlı adam şirin bir gülümsəmə ilə “Azanla namaz arası qədərdir” deyincə o özünü saxlaya bilməyib həyəcanla “Necə yəni, ömür bu qədər qısadırmı?” deyə soruşar. Qoca baba: “Bəli, ömür namazsız azanla azansız namaz arası qədərdir”. Gənc adamın təəccüblü baxışlarını görüncə izah etməyə başladı qoca baba. Yəni, dünyaya bir körpə gələr, onun qulağına azan oxunar eləmi? Bax, o azanın namazı qılındımı? Qılınmadı. O azan “Namazsız azan”dı. İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur. O da “Azansız namaz”dır. Əslində o namazın azanı insan doğulunca oxunmuşdu qulağına...
Bax ey insan! Doğuldun, amma bir gün öləcəksən, ömür dediyin nədir ki? Tez qurtarar. Vaxtını boşa ziyan etmə, həyatını yaxşı dəyərləndir. Ömrünü dolu-dolu, doya-doya yaşa, bir nəfəs belə boşluq buraxma!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#38 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 28 апреля 2010 - 23:59

Bir gün bir adam yol ilə gedirdi... Birdən 3 kişi və bir qadının bir cənazə tabutu apardığını gördü. Tez qadının yerini alaraq məzar başına getdilər. Ora çatanda həmin kişi qadından soruşdu:
- Rəhmətlik sənin nəyindir?
- Oğlumdur,-deyə qadın cavab verir.
- Bəs sizin qonşunuz yoxdurmu?-soruşdu.
- Var, ancaq cənazəyə gəlmədilər, dedi.
- Qüsuru nədi idi ki bu gəncin?
- Biz çox kasıb insanlarıq, oğlum da daim sakitcə öz işi ilə məşğul olardı... Ona heç kim qiymət vermirdi...
Bunu eşidən kişi çox pis olur. Bəlli idi ki, kasıblıqdan oğlan bütün günü iş axtarır, bir iş tapdıqda isə onun fəhləlik və ya süpürgəçilik olmağına baxmırdı, namusla işləyirdi. Ona görə hər halı ilə imkanlı qonşulardan heç kim onu basdırmaq üçün gəlməmişdi. Kişi qadının halına çox acıyır. Onu evinə kimi yola salır, yiyəcək alır və qadına çoxlu pul verərək ordan ayrılır. Gecə yatarkən yuxuda bir nurani oğlanı görür. Oğlanın üzündən o qədər nur yağırdı ki, onun üzünü görmək kişiyə mümkün olmurdu. Ay kimi parlayan gənc ona öz təşəkkürünü bildirdi. Bu zaman kişi yuxuda onun kim olduğunu soruşanda, “Mən bügün dəfn etdiyiniz o adamam”, dedi. “İnsanlar məni özlərinə yaraşdırmadılar və mənim cənazəmə gəlmədilər. Ancaq Allah-Təala mənə rəhmət etdi”, dedi. “Sənin də mənim ixtiyar anama kömək etdiyin üçün burada çoxlu dua edəcəm.” Gənc yenə də ona təşəkkürünü bildirib ayrıldı. Beləcə kişi yuxudan oyandıqdan sonra baş verənləri və yuxuya çox qiymət verərək, tez-tez həmin ananın evinə gedir və əlindən gələn köməyi edirdi...
  • Shale это нравится
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#39 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 29 апреля 2010 - 07:58

Göl kənarında yaşlı bir adam dalğın-dalğın sürətlə axan suya baxırdı. Gənc adam ona yaxınlaşıb: “Əmi, çox dalmısan, nəyə baxırsan elə?” deyə soruşunca qoca baba içini çəkərək: “Axan ömrümə baxıram” dedi. Gənc adam bəmbəyaz saqqallı, nur üzlü yaşlıdan maraqla soruşdu: “ Bir insan ömrü nə qədər olur ki?” Yaşlı adam şirin bir gülümsəmə ilə “Azanla namaz arası qədərdir” deyincə o özünü saxlaya bilməyib həyəcanla “Necə yəni, ömür bu qədər qısadırmı?” deyə soruşar. Qoca baba: “Bəli, ömür namazsız azanla azansız namaz arası qədərdir”. Gənc adamın təəccüblü baxışlarını görüncə izah etməyə başladı qoca baba. Yəni, dünyaya bir körpə gələr, onun qulağına azan oxunar eləmi? Bax, o azanın namazı qılındımı? Qılınmadı. O azan “Namazsız azan”dı. İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur. O da “Azansız namaz”dır. Əslində o namazın azanı insan doğulunca oxunmuşdu qulağına...
Bax ey insan! Doğuldun, amma bir gün öləcəksən, ömür dediyin nədir ki? Tez qurtarar. Vaxtını boşa ziyan etmə, həyatını yaxşı dəyərləndir. Ömrünü dolu-dolu, doya-doya yaşa, bir nəfəs belə boşluq buraxma!



Super!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#40 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 29 апреля 2010 - 08:09

Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu çox həvəslə izləyirdi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Əslində mallar lüks sayılmazdı ancaq, kiçik bir dükan üçün uyğun idi.Onların ən gözəlini ön tərəfə qoyduqca, uşaq vitrinə doğru bir az daha axınlaşdı.Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə... Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sol qismi,dizinin alt qismindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar,sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan çıxıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:
- Balaca...- deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər bir möcüzədir... Uşaq,ona dönərək:
- Həqiqətən çox gözəldirlər...- deyə təbəssüm etdi. Amma mənim bir ayağım doğuşdan əskikdir.
- Məncə əhəmiyyətli deyil...- deyə, atıldı adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki! Kiminin əli əskik, kiminin də ayağı. Kiminin də ağılı ya da imanı. Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdi:
- Kaş ki imanımız əskik olacağına, ayaqlarımız əskik olsaydı. Uşağın ağlı yaxşıca qarışmışdı. Bu səfər adama doğru yaxınlaşıb:
- Anlaya bilmədim...- dedi. Niyə elə olsun ki?
- Çox sadə...- dedi, adam. Əgər imanımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orda bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər... Kiçik uşaq, bir dəfə daha təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar, yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:
- Baxdığın ayaqqabı, sənə yaraşar...-dedi. Sınamaq istəyirsənmi? Uşaq, başını yanlara yelləyib:
- Üzərində 30 manat yazır, dedi. Almağım mümkün deyil ki!
- Endirim mövsümünü, sənin üçün bir az önə alaram!. dedi adam. Bu halda 20 manata düşər. Onsuz da sən bir tayını alacaqsan, o da 10 manat edər. Uşaq bir az düşünüb:
- Ayaqqabının digər tayı işə yaramaz!- dedi. Onu kim alacaq ki?
- Aaaa... Balaca söhbəti fırlatma- deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa sataram. Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:
- Üstəlik də şagirdsən elə deyilmi? deyə soruşdu. İkiyə gedirəm!-deyə atıldı uşaq. Üçə keçdim sayılır. Lap yaxşı!-dedi adam. 5 manat da şagird endirimi etsək, geri qalar 5 manta. O da bazarlıq payı olar. Bu vəziyyətdə ayaqqabı sənindir, satdım getdi!
Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər, onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam, vitrində olanı çıxartdı. Bir taburetka götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geyindirdi. Və çıxartdığı köhnəni göstərərək...
- Mənim satış əməliyyatım bitdi!- dedi. Sən də mənə, bunu satsan çox şad olaram.
- Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi?
- Sən çox cahil qalmısan ay yoldaş...- dedi, adam. Antikvar əşyalardan xəbərin yoxdur hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çox pul məbləği edər. Buna görə də ayaqqabın, məncə ən az 30- 40 manat edər.
Kiçik uşaq, dalbadal yaşadığı şokları, üzərindən ata bilmirdi. Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu. Adamın, həyəcandan tərləyən ovuclarına sıxıştırdığı kağız pullara göz gəzdirdikdən sonra,10 manatlıq banknotu geri verərək:
- Mənə görə 20 manat bəsdir..dedi. Endirim mövsümünü başlatdınız axı!.. Adam onu qıra bilməyib pulu götürdü. Və bu vaxt yanağına bir öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı.Əgər bütün mallarını bir gündə satsa,
belə bir xoşbəxtliyi tapa bilməzdi. Uşaq, yavaşca yerindən qalxdı.Sanki qoltuqağacına ehtiyac duymurdu. İsti bir təbəssümlə təşəkkür edib:
- Atam haqlıymış!-dedi. Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac yoxdur!!! demişdi...


ALLAH HEÇ KİMDƏN MƏRHƏMƏT HİSSİNİ ƏSKİK ETMİR!!! Daim ürəklərinizdə Ona ümidlə, duanızla əllərinizi ALLAHA uzadın! Sevgi dolu dualarla, iman dolu ürəklə, ALLAHA yaxın olun! İnanın, ALLAH heç bir bəndəsini tək qoymur! ALLAH bizlərin üzərindən mərhəmət və rəhmət hissini əskik etməsin! AMİN!!!



Gözlərim doldu qardaş, Allah razı olsun! Çox ibrətli hekayədir!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru