Перейти к содержимому

Фотография

Şeyx Mufidin yuxusu

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 8

#1 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 19 ноября 2008 - 16:20

Şeyx Əbul Həsən Əli ibn Məhəmməd ibn Bənan rəvayət edir ki, Şeyx Mufid belə nəql etmişdir:" Yuxuda gördüm ki, bir neçə küçədən sovuşaraq gedirəm.Birdən bir qrup insanların dairə şəklində toplaşdığını gördüm.Soruşdum ki, bu nədir? Dedilər ki, bir kişi camaata xütbə edir.Onun kim olduğunu soruşanda dedilər ki, bu, Ömər ibn əl Xəttabdır.İzdihamı yararaq söhbət edənə yaxınlaşdım.Gördüm ki, bir kişi camaata nəsə danışır.Onun dediklərini başa düşə bilmədim və sözünü kəsib soruşdum:" Quran ayəsinin (...Onlar mağarada olduqları zaman o iki nəfərdən ikinci (şəxs) idi...) dostun, Əbu Bəkr ibn Əbu Quhafənin fəzilətinə dəlalət etməsi haqqında nə deyə bilərsən?
Cavabında belə dedi:" Bu ayədə 6 nöqtə qeyd edilmişdir:
Birinci nöqtə: Allah təala peyğəmbəri xatırlamış sonra isə Əbu Bəkri ikinci şəxs qərar verib birlikdə qeyd edərək buyurmuşdur:" ...O iki nəfərdən ikinci (şəxs) idi..."
İkinci nöqtə: Allah təala onları aralarında olan ünsiyyətə görə bir məkanda cəm olduqlarını qeyd edərək buyurmuşdur:" ...Onlar mağarada olduqları zaman..."
Üçüncü nöqtə: Allah təala onları malik olduqları rütbəyə əsasən cəm edib Əbu Bəkri peyğəmbərə həmsöhbət qərar vermişdir.Qurani Kərim belə buyurur:" ...Öz həmsöhbətinə belə dedi..."
Dördüncü nöqtə: Allah təala Əbu Bəkrin peyğəmbər yanında olan məqamına işarə edərək peyğəmbərin ona göstərdiyi rəhmət və şəfqətdən xəbər verərək buyurur:" ...Qəm yemə!..."
Beşinci nöqtə: Allah təala xəbər verir ki, onların hər ikisinə eyni səviyyədə yardımçı olub müdafiə edəcəkdir.Belə ki, Qurani Kərim buyurur:" ...Allah bizimlədir!..."
Altıncı nöqtə: Allah təala xəbər verir ki, " səkinə " (ruhi səbat və yəqin) Əbu Bəkrə nazil olmuşdur.O ki, qaldı peyğəmbərə, ruhi səbat və yəqinlik heç vaxt ondan ayrılmamışdır.Qurani Kərim buyurur:" ...Beləcə, Allah " səkinəni " (ruhi səbat və yəqini) ona nazil etdi..."
Beləliklə, Mağara ayəsindəki bu altı nöqtə Əbu Bəkrin fəzilətinə dəlalət edir.Buna görə də nə sən, nə də başqası bu dəlillərin müqabilində bir söz deyə bilməz."
Mən ona dedim:" Artıq dəlillərini dedin və başqasının əlavə edə biləcək bir şeyi unutmadın, lakin Allahın köməyi ilə sənin dediklərini " tufanlı gündə şiddətlə əsən külək müqabilindəki kül kimi " edəcəyəm!
Birinci nöqtəyə gəlincə, onu demək olar ki, Allah təala Əbu Bəkri ikinci şəxs qərar verdiyi zaman yalnız və yalnız mağarada olanların sayını qeyd edərək iki nəfər olduqlarını xəbər vermişdir.Canıma and olsun ki, doğrudan da iki nəfər idilər! (Məgər bu fəzilətdirmi?!) Məlumdur ki, mömin və kafir birlikdə iki nəfərdilər.(Həmçinin, mömin şəxs başqa bir möminlə iki nəfər sayılır) Elə isə, sənin dediyin iki rəqəmində Əbu Bəkr üçün bir fəzilət yoxdur!
İkinci nöqtəyə gəlincə, onu deməliyəm ki, bu, elə birinci nöqtə kimidir.Peyğəmbərlə Əbu Bəkrin bir məkanda cəm olması olduqca adi bir şeydir.Çünki hər hansı bir məkanda möminlər və kafirlər cəm ola bilər! Peyğəmbər məscidi mağaradan daha üstün və şərəflidir, lakin Allah təala Qurani Kərimdə buyurur:" Kafirlərə nə olub ki, sağdan və soldan dəstə-dəstə (cənnət arzusu ilə) boyunlarını uzadaraq qarşına gəlirlər ?!" ( Əl Məaric surəsi, 36 və 37-ci ayələr ) Həmçinin, Nuhun gəmisində həm Nuh peyğəmbər, həm Şeytan, həm də heyvanlar bir məkanda cəm olmuşdular.Beləcə, dediyin iki fəzilət puç oldu!
Üçüncü nöqtəyə gəlincə isə, bu, əvvəlki iki nöqtədən daha zəif və əsassızdır.Çünki həmsöhbət kəlməsi mömin və kafir haqqında da işlədilə bilər.Belə ki, Allah təala Qurani Kərimdə buyurur:" (Mömin, qiyamət gününü inkar edən) həmsöhbətinə onunla söhbət edən zaman belə dedi:" Səni torpaqdan, sonra isə nütfədən, sonra isə kamil bir insan yaradıb xəlq edənə küfr etdinmi ?!" ( Əl Kəhf surəsi, 37-ci ayə ) Bundan əlavə, qeyd etmək lazımdır ki, həmsöhbət kəlməsi insan və heyvan haqqında da işlədilə bilər.Buna ərəb dilindən misal gətirmək olar.Çünki Qurani Kərim bu dildə nazil olmuşdur.Allah təala belə buyurur:" Biz hər bir peyğəmbəri yalnız öz qövmünün dilində göndərdik..." ( İbrahim surəsi, 4-cü ayə ) Ərəblər öz şerlərində uzunqulaq və qılınc barəsində həmsöhbət kəlməsi işlətmişdir.Əgər həmsöhbət kəlməsi həm insan, həm heyvan, həm də cansız əşya haqqında işlədilmişdirsə onda hansı fəzilətdən söhbət gedə bilər! Yəni, yalnız kiminləsə həmsöhbət olmaq fəzilət sayılması üçün kifayət deyildir!
O ki, qaldı dördüncü nöqtəyə, onu deməliyəm ki, " Qəm yemə! " ifadəsi yasaq mənasındadır.Bu da yasağın yönəldiyi şəxsin nöqsanına və onun hər hansı bir xətaya yol verməsinə işarədir." Qəm yemə! " ifadəsi yasaq mənasını verdiyi üçün Əbu Bəkrin gördüyü iş ya itaət, ya da ki, günah olmalıdır.Əgər itaət olarsa onda belə çıxır ki, peyğəmbər Əbu Bəkrə itaəti yasaq etmişdir.Bu da mümkün deyil! Çünki peyğəmbər itaəti yasaq etməz! Deməli, Əbu Bəkrin gördüyü iş günah olmuşdur! Çünki, Qurani Kərim özü işarə edir ki, peyğəmbər bu işi ona yasaq etmişdir!
Beşinci nöqtəyə gəlincə isə, qeyd etməliyəm ki, peyğəmbərin " Allah bizimlədir " sözü Allahın yalnız onunla (peyğəmbərlə) olmasından xəbər verir.Peyğəmbər tək olmasına baxmayaraq öz sözünü cəm halında ifadə etmişdir.Bu, ərəb dilində geniş yayılmış bir fenomendir.Qurani Kərimdə Allah təala dəfələrlə özü haqqında cəm forması işlətmiş və ayələrin birində belə buyurmuşdur:" Biz Zikri (Quranı) nazil etmiş və biz də onu qoruyacağıq." (Əl Hicr surəsi, 9-cu ayə) Bunun müqabilində başqa bir ehtimal da vardır.Əbu Bəkr peyğəmbərə belə deyir:" Ey Allahın rəsulu, sənin qardaşın Əli ibn Əbu Talibin başına gələ bilən hadisəyə qəmlənirəm." Peyğəmbər də onun cavabında belə buyurur:" Qəm yemə! Allah bizimlədir! (yəni mənimlə və qardaşım Əli ibn Əbu Taliblə)"
Axırıncı nöqtəyə gəlincə isə, əgər iddia edirsən ki, " səkinə " Əbu Bəkrə nazil olmuşdur, onda bu, təmamilə küfrdür! Çünki, " səkinə " nazil olan, elə həmin insandır ki, Allah təala onu görünməz ordu ilə dəstəkləmişdir! Bu barədə Qurani Kərim belə buyurur:"... Allah "səkinəni" (ruhi səbat və yəqini) ona nazil edib görünməz ordu ilə dəstəklədi... Əgər "səkinə" Əbu Bəkrə nazil olubsa, deməli, o, görünməz ordu sahibidir.Və hər kim belə iddia edərsə peyğəmbəri peyğəmbərlikdən çıxarmış olur!!! Əgər susub bu sözləri dostun Əbu Bəkr haqqında deməsəydin daha yaxşı olardı! Çünki, Allah təala "səkinəni" peyğəmbərə iki yerdə nazil etmiş və həmin yerdə peyğəmbərlə birlikdə möminlər də olmuşdur.Allah təala möminləri də bu fəzilətə şərik etmişdir! Belə ki, o yerlərdən birində buyurur:" Sonra "səkinəni" peyğəmbərə və möminlərə nazil edib sizin görə bilmədiyiniz ordunu endirdi..." (Əl Tövbə surəsi, 26-cı ayə) Digərində isə belə buyurmuşdur:"...Allah " səkinəni " öz peyğəmbərinə və möminlərə nazil edib onlara həqiqi təqvanı vacib etdi..." (Əl Fəth surəsi, 26-cı ayə)
Beləliklə, mağarada tək olduğu üçün Allah təala " səkinəni " yalnız ona məxsus etmişdir! Əgər orada peyğəmbərlə birlikdə mömin olsaydı, onu da " səkinədə " peyğəmbərə şərik edərdi! Belə ki, bundan əvvəl iki ayədə möminləri də " səkinədə " peyğəmbərə şərik qərar vermişdir.Deməli, Əbu Bəkrin " səkinədən " çıxarılması onun möminlikdən çıxarılmasına işarədir!
Şeyx Mufid sözünə davam edərək dedi:" Bu sözlərdən özünə gələ bilməyən Ömər cavab verə bilmədi.Beləcə izdiham dağıldı və mən də yuxudan oyandım."

«لبيــــــــك خــــــــامنئي »

#2 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 20 ноября 2008 - 14:13

1-ci yuxuda batil olan shey peyqemberlerden bashqa butun insanlara haqq kimi gostere biler sheytan allahin izni ile ! bunu bilmek mumkun deyil, yani vefat etmeyivi gorursen yuxuda sonrada durub deyirsen ki, sabah oleceyem ! bu qeybdir, bunu allah peyqemberlere bildirer ! yuxuynan yeqinliye chatmaq olar , ta o vaxtacan ki, bu yuxunu allah subhanveteala heyatda da reallashdirsin

Əgər "səkinə" Əbu Bəkrə nazil olubsa, deməli, o, görünməz ordu sahibidir.Və hər kim belə iddia edərsə peyğəmbəri peyğəmbərlikdən çıxarmış olur!!! Əgər susub bu sözləri dostun Əbu Bəkr haqqında deməsəydin daha yaxşı olardı! Çünki, Allah təala "səkinəni" peyğəmbərə iki yerdə nazil etmiş və həmin yerdə peyğəmbərlə birlikdə möminlər də olmuşdur.Allah təala möminləri də bu fəzilətə şərik etmişdir!

2-ci odur ki, ruhul yeqin hazil olmasinda sen neyi qesd edirsen ?
eger achiqdan-achiqa gormeyi deyirsense bu peyqemberlere xas olan xusuiyyetdi ! insanda gorecek ölum ayaqinda, ruhu boqazindan chixanda, bu haaqda quranda ayeler var !
o ki qaldi gorunmez orduya momin gorunmez orduya sahib ola biler, misal verim .Xeyber doyushunde ali r.a qala qapasini bir eliynen saxlayib, o biri eliynen vurushurdu ! yani qala qapisini ozune qalxan etmishdi ! doyushden sonra 5 nefer momin (sehabeler :lol: )qapini yerinden terpede bilmedi !
buna ele deyirler gorunmez ordu, allah terefden gelen gucde ola biler,allahin gonderdiyi meleklerde ola biler , bu ne sozuvuz ?

3 cu de
abubakr özunun öldurulmesine yox ! resul sas-min öldurulmesine qorxurdu ! chunki resul sas dan qabaqda peyqemberleri öldurmushduler !
ve sonra eger özu sax qalsaydi, danlanacaqdi mominler terefinde ki, sen niye sax qaldin resul sas öldu, yani bu cur fikirler choxdu !
4 cu de eger abubakr r.a özunun öldurulmesine qorxurdusa , yani dunyani axiret evinden ustun tutmushdusa ,(munafiqidise) daha neye lazim idi , bu boyda
eziyyete duchar olmaq , butun qohum eqrabasina qarshi chixdi, atasini ayaqinin altina saldi doydu( resul sas söyduyu uchun) hetta o vaxti elinin altinda
qilinci yox idi , yoxsa bashini kececekdi atasinin , sonra resul sas gelib saxlayir onu ! var dovletini momin qullari azad etmeye daqitdi !
sizde ele bir ceasaret ola biler ki, resul sas söyeni tutub tepiyin altina salasiz !? demirem ki, bunu etmeyen momin ola bilmez ! sadece olaraq bu emel abu bakrin imanin bashqa sehabelerdende ustun olduqunu gosterir ! bu imandan ireli gelir !!!!!!!!!!!!! bunu etmek uchun allahdan momine gelen bir guc olsun !
bundan ashaqi inkar ise söznendir,, sonrada qelbnendir, ondan o terefe ise iman ola bilmez insanda !
siz indi baxin gorun qelbnen inkar ede bilirsiz allaha qarshi kufur eden insanlari ?

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#3 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 20 ноября 2008 - 17:04

ahmed

1-ci yuxuda batil olan shey peyqemberlerden bashqa butun insanlara haqq kimi gostere biler sheytan allahin izni ile ! bunu bilmek mumkun deyil, yani vefat etmeyivi gorursen yuxuda sonrada durub deyirsen ki, sabah oleceyem ! bu qeybdir, bunu allah peyqemberlere bildirer ! yuxuynan yeqinliye chatmaq olar , ta o vaxtacan ki, bu yuxunu allah subhanveteala heyatda da reallashdirsin

Yuxuda baş verən hadisələr, hər nə olursa olsun, onların bəzisi həqiqi və düzgün ola bilər; belə ki, əhli beytdən varid olan hədislərdə buna işarə olunmuşdur.Daha düzgün desək, yuxuların bəzisi peyğəmbərliyin bir hissəsi hesab olunur.Buna baxmayaraq, yuxu özü-özlüyündə elmin hər hansı bir sahəsində istinad oluna bilən dəlil deyildir.Lakin, bununla belə, bəzən müstəqil bir dəlili təşkil etmək iqtidarında olduğuna görə yuxuların məzmunu dəqiq və mətin ola bilər.Bəzən də yuxu insanın gün ərzində ayıq vaxtı fikirlərinin, çalışdığı və gördüyü işlərin təcəllisi ola bilər.Belə olan halda, bu kimi yuxuların təhqiq edilmədən inkar edilməsi düzgün deyildir.Əksinə, bu kimi yuxular öyrənilməli, təhqiq olunmalı və yuxunu təşkil edən dəlillərin nə dərəcədə həqiqətə uyğun gəlməsi araşdırılmalıdır.Şeyx Mufidin gördüyü yuxu da, özündə nizamla təşkil olunmuş elmi dəlilləri əhatə etdiyinə görə, elə bu kimi yuxulardandır.

2-ci odur ki, ruhul yeqin hazil olmasinda sen neyi qesd edirsen ?
eger achiqdan-achiqa gormeyi deyirsense bu peyqemberlere xas olan xusuiyyetdi ! insanda gorecek ölum ayaqinda, ruhu boqazindan chixanda, bu haaqda quranda ayeler var !
o ki qaldi gorunmez orduya momin gorunmez orduya sahib ola biler, misal verim .Xeyber doyushunde ali r.a qala qapasini bir eliynen saxlayib, o biri eliynen vurushurdu ! yani qala qapisini ozune qalxan etmishdi ! doyushden sonra 5 nefer momin (sehabeler )qapini yerinden terpede bilmedi !
buna ele deyirler gorunmez ordu, allah terefden gelen gucde ola biler,allahin gonderdiyi meleklerde ola biler , bu ne sozuvuz ?

3 cu de
abubakr özunun öldurulmesine yox ! resul sas-min öldurulmesine qorxurdu ! chunki resul sas dan qabaqda peyqemberleri öldurmushduler !
ve sonra eger özu sax qalsaydi, danlanacaqdi mominler terefinde ki, sen niye sax qaldin resul sas öldu, yani bu cur fikirler choxdu !
4 cu de eger abubakr r.a özunun öldurulmesine qorxurdusa , yani dunyani axiret evinden ustun tutmushdusa ,(munafiqidise) daha neye lazim idi , bu boyda
eziyyete duchar olmaq , butun qohum eqrabasina qarshi chixdi, atasini ayaqinin altina saldi doydu( resul sas söyduyu uchun) hetta o vaxti elinin altinda
qilinci yox idi , yoxsa bashini kececekdi atasinin , sonra resul sas gelib saxlayir onu ! var dovletini momin qullari azad etmeye daqitdi !
sizde ele bir ceasaret ola biler ki, resul sas söyeni tutub tepiyin altina salasiz !? demirem ki, bunu etmeyen momin ola bilmez ! sadece olaraq bu emel abu bakrin imanin bashqa sehabelerdende ustun olduqunu gosterir ! bu imandan ireli gelir !!!!!!!!!!!!! bunu etmek uchun allahdan momine gelen bir guc olsun !
bundan ashaqi inkar ise söznendir,, sonrada qelbnendir, ondan o terefe ise iman ola bilmez insanda !
siz indi baxin gorun qelbnen inkar ede bilirsiz allaha qarshi kufur eden insanlari ?

Sözün düzü mən bu mövzunu mübahisə üçün açmamişam. Ve istəmridim kimsə mənə cavab verə. Sözü olan gerek Çeyx Mufide müracieət edə. Amma məndə öz növbəmdə sənin yazını cavabsız qoymaq istəmirəm. Çünki, hörmətsizlik olar.
Əvvələ gərək bunu biləsən ki. Peyğəmbər Əbu Bəkri özü ilə aparmasınin səbəbləri olub. Bu səbəbləri biləndən sonra məsələ aydınlaşacaq. bə᾿zi əhli-sünnə alimləri yazırlar ki, Peyğəmbər (s) Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu özü ilə apardı. Məşhur əhli-sünnə alimi Şeyx Әbul Qasim ibni Səbbağ «Әn-nuru vəl-bürhan» kitabında Məhəmməd ibni İshaqdan, o isə Həssan ibni Sabitdən nəql edir:

«Hicrətdən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getmişdim. Kafirlər Peyğəmbəri (s) və müsəlmanları söyür, incidirdilər....

Peyğəmbər (s) Әliyə əmr etdi ki, gecə onun yatağında yatsın. Sonra Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu da özü ilə götürüb mağaraya getdi...»

Ayədə heç bir ad çəkilmədən «o» əvəzliyindən istifadə olunur, ilahi kömək və rahatlıqdan danışılır. Heç bir əlamət və izah olmadan əvəzliyi məhz Әbu Bəkrə aid etmək qrammatik qaydalarla uyğun gəlmir.

Daha sonra buyurulan «və onu gözə görünməz bir ordu ilə müdafiə etdi» cümləsi açıq şəkildə göstərir ki, bu rahatlıq Peyğəmbərə (s) nazil olmuşdur. Şübhəsiz ki, Allah-taala gözəgörünməz bir ordu ilə Öz peyğəmbərini müdafiə etməsindən söhbət açır.

Qarşıya belə bir sual çıxır: Peyğəmbərin (s) qeyd olunan rahatlığa, ilahi köməyə ehtiyacı var idimi?

Cavab: Məqam və şəxsiyyətindən asılı olmayaraq, bütün insanların ilahi köməyə, çətinlik zamanı ruhi təskinliyə (Allah tərəfindən) ehtiyacı vardır. Qur᾿ani-Kərimin digər ayələri bu həqiqəti təsdiq edir:

«Sonra Allah Öz təskinlik və rahatlığını Rəsuluna və mö᾿minlərə əta etdi....»Tovbe:26
Әhli-sünnə qardaşlarımızın bu ayədən istifadə edərək üzə çıxardıqları nöqtələri təhlil etdikdən sonra ayədə mövcud olan digər bir həqiqəti də aşkarlamaq yerinə düşərdi.

Ayədə deyilir: O iki nəfər mağarada olarkən Peyğəmbər (s) öz yoldaşına (Әbu Bəkrə) dedi: Qorxma, Allah bizimlədir.

Ayədə açıq şəkildə Peyğəmbərin (s) Әbu Bəkrə «qorxma» deməsi onun bu zaman qorxduğundan xəbər verir. Çünki, Peyğəmbərin qorxmayan bir şəxsə «qorxma» deməsi əbəs və mə᾿nasız görünür.

«Allahın dostları (ona qəlbən bağlı olan kəslər) qorxu və qəmginlik bilməzlər»Yунис-62

Bu ayə Әbu Bəkrin nə dərəcədə Allah dostu olmasını çox gözəl bəyan edir.

«لبيــــــــك خــــــــامنئي »

#4 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 21 ноября 2008 - 21:01

Ayədə açıq şəkildə Peyğəmbərin (s) Әbu Bəkrə «qorxma» deməsi onun bu zaman qorxduğundan xəbər verir. Çünki, Peyğəmbərin qorxmayan bir şəxsə «qorxma» deməsi əbəs və mə᾿nasız görünür.

yani duz buyurursuz maqarada resul sas qorxmayan, qemlemmeyen birine qorxma demez,---yani cumlenin sherhi bu cur ola biler ---menim (resul sas) öldurulmeyimden qorxub qemlemme ey abu bakr ! : :lol:

«Allahın dostları (ona qəlbən bağlı olan kəslər) qorxu və qəmginlik bilməzlər»Yунис-62

getirdiyin ayede yersizdi, bu dunyani itirmeklerinden qorxan kesler uchundur !

yani bu ayenin demek isteyirsiz ki, eger resul sas -mi bedr doyushunde öldurulseydi , momin qem yememelidir ?
ona gore momin qemlenir ki, peyqemberlerden yaxshi fitnenin qabaqini kesen olmayib,
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#5 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 21 ноября 2008 - 21:04

«Allahın dostları (ona qəlbən bağlı olan kəslər) qorxu və qəmginlik bilməzlər»Yунис-62

yani bu ayenin eksi dunayni itirmeklerinden qorxan kesler uchundur, esil mominler ise bele sheye gore qemlenmezler !
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#6 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 22 ноября 2008 - 15:06

ahmed
Sənin dediklərin bəid nəzərə gəlir. Çünki, Peyğəmbər üçün qorxan Əbu Bəkr döyüşdən gərək qaçmayardı. Döyüşdən qaçan kəsin mağarada Peyğəmbərə görə qorxması ağıla batan deyil.

«لبيــــــــك خــــــــامنئي »

#7 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 24 ноября 2008 - 14:01

men basha dushmedim hansi doyushu nezerde tutursuz ?
abubekr bedr ve uhudda ishtiralk edib !
xendek doyushunde mushruklerin pehlevaniynan vurushmaqdan qachmaq o demek deyil ki, qorxurdu ölmeye, sadece olaraq, onun ölmeyi muselmanlari daha da ruhdan sala bilerdi ! onsuzda her terfden muhasireye alinmishdilar, hele bir terefdende tek be tek doyushde uduzmaq ! bu daha da aqir zerbe olarda
muselmanlar uchun, chunki, o anda 1000 muselmandan 400 yaxin muselman qalmisdi doyushde, munafiqlernen bir yerde otutrub evlerinde gozleyirdiler doyushun neticesini !
aliden bashqa mushruknen vurushmaqadan boyun butun sehablerer boyun qachirdi ! demek isteyirsiz ki, butun sehablerer munafiq idi ? (salman el fariside orda idi)
chunki, guc-cesaret allahdan gelir, o da ki, o anda aliye verilmishdi ! l
lakin ele vaxta olubki, o sekine(ruhul yeqin) abu-bakr gelib , zekat vermeyen özune muselman deyenleri deyirem ! o anda cesarete bax ki, abu bakr de o boyda qabileynen tek vurushmaq isteyirdi! deyirdi...siz mene komek elemesez bele
men mushruklernen tek vurushacam .Zekati vermemek kufur deyil, lakin abu -bakrdan bashqa hech kes onlarin sozlerinde olan kufru gormedi ! chunki, soz ele salmaq me'nasinda da deyilmishdi !chetin anlarda allahdan gelen yeqinlik olmalidi, bashqa cur mumkin deyil (bu sohbet movzuynan elaqelidi)
yani doqurdanda ciddi shekilde deyirdilerse onda deyerdiler ki, biz ancaq ALININ xilafeti olanda zekat vereceyik ! bunuda demediler ! yani islami 2-3 gun qebul edenler özude qilinc gucune, sonrada durub deyir ki,resul sas saqiydi verirdik, yoxdu vermirik, sozunu bele merdiydizse resul sas min saqliqinda deyerdiz, islami qebul edende ! resul sas- a deyerdiz ki, senin vefatindan sonra bizden gerek bir nefer xelife olsun, ! biz ancaq bu cur qebul edirik islami ! (yani burda variantlar choxdu, hele chox variant getirmek olar !)
eger alinin xilafeti olsaydi, ve sonra bunlar boyun qachirsaydilar !siz gore alinin xilafetine zekat vermeyen ne sayilir?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#8 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 24 ноября 2008 - 15:50

Əvvəla sənə məsləhət görürəm Əbu Bəkrin vaxtında zəkat vermiyənlərin məsələsinə toxunmayasan. Birinci ona görə ki, mövzuya dəxli yoxdur. İkinci ona görəki, onlar Peyğəmbərdən dər hal sonra Hz.Əlinin(ə) xəlifəs olmasını bilirdilər. Bu səbəbdəndə ona zəkat verməkdən boyun qaçırırdılar. Bununlada onla zəkatı öz sahibınə yəni Hz.Əliyə vemərk istətyirdilər.

O ki, qaldı Əbu Bəkrin və Ömərin döyüşdən qaçmasına.
Он сам признал что убежал в горы как джейран. :loool2:

Вот История от Табари.
Изображение Изображение
На странице 177 вы можете ознакомиться с тем, как Осман оставляет Пророка(с), который доверил ему свою жизнь и бежал в горы. А Али(а) тем временем сражался рядом с Пророком(с). Пророк(с) там говорит: " Али киби игит йоктур, Зульфугар киби гылыч йоктур"
Изображение

На странице 183 описывается как Омар, Абу Бакр, Зубайр и Талха думая что Пророк(с) погиб сидели под скалой в то время когда шло сражение. Они там так и просидели бы если бы их не пристыдил Анас бин Надр. Он сказал, "чего вы здесь сидите", они ответили " пророк умер поэтому и сидим". Анас бин Надр ответил " Нет нам жизни без пророка, погибнем на его пути". В этом сражении Анас погиб. Там Абу Бакр также красноречиво описывает то как сражался Талха. Он говорит, что это был день Талхи и т.д. Хотя на другой странице выше Пророк(с) говорит, что нет равных Али(а). мы можем судить об искренности слов Абу Бакра из этого сравнения. Али весь бой оставался на поле боя, в отличии от тех кто убежал с концами оставив тело Пророка(с) (ведь они думали что Пророк(с) умер) и тхе кто сидел бы под горой до тех пор пока им проходящий мимо Анас бин Надр не разъяснил, что "не жить им без Пророка". Али же как видим из этой страницы не ушел с поля боя даже когда ему сказали, что Пророк(с) умер. Ему не нужно было объяснять, что если Пророк(с) погиб то он также должен погибнуть на поле боя.
Изображение

на странице 185 говорится о том, как после боя искали Османа и думали, что он храбро погиб в бою. Но... Осман оказывается до конца боя прятался между горами и подошел позже.
Изображение
Я привел только факты, я ничего из себя не выдумал, я привел суннитский источник. Я выставил страницы. Бегут только те кто трусят. А трусость собрат очень многим отрицательным качествам.

«لبيــــــــك خــــــــامنئي »

#9 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 30 ноября 2008 - 21:27

На странице 183 описывается как Омар, Абу Бакр, Зубайр и Талха думая что Пророк(с) погиб сидели под скалой в то время когда шло сражение. Они там так и просидели бы если бы их не пристыдил Анас бин Надр. Он сказал, "чего вы здесь сидите", они ответили " пророк умер поэтому и сидим". Анас бин Надр ответил " Нет нам жизни без пророка, погибнем на его пути". В этом сражении Анас погиб. Там Абу Бакр также красноречиво описывает то как сражался Талха. Он говорит, что это был день Талхи и т.д. Хотя на другой странице выше Пророк(с) говорит, что нет равных Али(а). мы можем судить об искренности слов Абу Бакра из этого сравнения.

birincisi daqin eteyinde oturmaq hechde qorxaqliq elameti deyil, chunki, resul sas doqurdanda öldurulmesi
eshiden momin qachib özune gelmek uchun bir yer axtarmaldi, yani bu normal hadsedi,
ancaq sonra ayeden gorduyumuz kimi, mominlerin bu cur hadiselere gore ruhdan dushmesi, allah terefden
beyenilmir !yani resul sas dan qabaq chox peyqember öldurubler kafirler !
sonra maraqlisi odur ki, abubakr bu sozleri umara deyir resul sas vefat edende

Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar. 3. Ali-İmran 144

o ki qaldi ,
xendek doyushunde mushruklerin pehlevaniynan vurushmaqdan qachmaq o demek deyil ki, qorxurdu ölmeye, sadece olaraq, onun ölmeyi muselmanlari daha da ruhdan sala bilerdi ! onsuzda her terfden muhasireye alinmishdilar, hele bir terefdende tek be tek doyushde uduzmaq ! bu daha da aqir zerbe olarda
muselmanlar uchun, chunki, o anda 1000 muselmandan 400 yaxin muselman qalmisdi doyushde, munafiqlernen bir yerde otutrub evlerinde gozleyirdiler doyushun neticesini !
aliden bashqa mushruknen vurushmaqadan boyun butun sehablerer boyun qachirdi ! demek isteyirsiz ki, butun sehablerer munafiq idi ? (salman el fariside orda idi)
chunki, guc-cesaret allahdan gelir, o da ki, o anda aliye verilmishdi ! l
ali ve resul sasmdan bashqa hamisi munafiq idi xendek doyushunde ?
chunki, resul sas 2 DEFE CAQIRIR MOMINLERI MUSHRUKNEN TEK-be tek doyushe, lakin hech kim chixmir aliden bashqa ! aliden ve resul sas-dan bashqa hamisi munafiq idi ?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru