Перейти к содержимому


Фотография

Mütənin sual yaradan məsələri


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 24

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 25 апреля 2010 - 17:20

Zinakar qadınla mütənin hökmü
Müvəqqəti nigah (mütə) Quran və sünnə əsasında səhihdir və onun halallığına heç bir şübhə yoxdur. Lakin bu gün müvəqqəti nigahın bəzi məsələləri gənclər arasında böyük sual doğrurur. Bəzi hallarda mütənin şərtlərini düzgün anlamayanlar bu naqis şəkildə əməl etməklə öz işlərini şübhə altında qoyurlar. Biz bu məqalədə fahişə və bakirə qadınla mütə məsələsinə aydın gətirəcəyik,inşallah.



Fahişə (zinakar) qadınla mütə etməyin hökmü. Bu gün sual doğuran məsələlərdən biri də məhz budur. Bəzi ölkələrdə (bizim ölkə kimi) çoxlarının mütə anlayışından bixəbər olması qadınları bu işdən çəkindirir. Çarələri tükənən gənclər zinakar qadınla mütə etməyin hökmü barədə sual edirlər.



İshaq ibn Əbu Sarə deyir ki, İmam Cəfər Sadiqdən (ə) mütə barəsində soruşdum. İmam (ə) buyurdu: "Müvəqqəti nigah sizə halaldır. Amma iffətli və möminə qadından başqasını (zinakar qadını) mütə etmə! Çünki Allah-Təala buyurur ki, "Onlar öz ayıb yerlərini (zinakarlardan) qoruyarlar”. Elə isə sən də əmin olmadığın şəxsə (hər adamla oturub-durana) pur xərcləyib onu mütə etmə!” ("Təfsiru nuris-səqəleyn”, c. 5, səh. 419, həd. 35).



Lakin yuxarıda nəql edilən rəvayətə diqqətlə baxsaq görərik ki, İmam Sadiq (ə) iffətli qadınlardan başqası ilə mütə haqqında "Haramdır”, "Caiz deyil” kimi ifadələr işlətmir. Sadəcə olaraq o Həzrət bu əməli möminlər üçün bəyənməyərək, onlara bu işdən çəkinməyi tövsiyə edir. Elə buna əsasən İmamın "Fələ tədza fərcəkə” ifadəsinin nəhyi-mövləvi (təhrimi) deyil, nəhyi-irşadi və tənzihi olduğunu düşünürük və bu nəhydən çıxan nəticə odur ki, zinakar qadını mütə etmək məkruhdur.



Elə buna əsasən zinakar qadını mütə etmək ehtiyata əsasən tərk olunmalıdır. Çünki İmamın (ə) o cümləni deməkdə məqsədi budur ki, mömin bir şəxs üçün bu cür qadınlarla müvəqqəti nigah qurmaq məsləhət deyil.



Başqa bir hədisdə Əli ibn İbrahim mötəbər sənədlərlə Məhəmməd ibn Fuzeyldən rəvayət edir ki, İmam Museyi Kazımdan (ə) soruşdum ki, kişinin zinakar gözəl bir qadınla bir və ya bir neçə günlük mütə etməsi məsləhət görürsünüzmü? İmam (ə) buyurdu: "Əgər o qadın müxtəlif kişilərlə oturub durursa və zinakarlıq məşhur olubsa onu mütə etməsin və onunla daimi nigah da qurmasın!” ("Vəsəilüş-şiə”, c. 21, səh. 28).



Qeyd etmək lazımdır ki, İmamın (ə) burada məqsədi odur ki, həmin qadınlar tövbə edənədək onunla nigah qurulmasın. Çünki digər rəvayətlərə əsasən belə qadınlar tövbə edib, haqqa qayıtsalar, onlarla daimi və müvəqqəti nigah qurmaq olar.



Məhəmməd ibn Feyz deyir ki, İmam Sadiqdən mütənin halal olub-olmaması barəsində soruşdum. O Həzrət buyurdu: "Bəli, möminə qadınlarla müvəqqəti nigah qurmaq olar. Lakin zina etməklə məşhur olan və ərlərindən şəriət yolu ilə boşanmayan qadınlardan çəkinin, onları mütə etməyin!” ("Vəsəilüş-şiə”, c. 21, səh. 28, həd. 26435).



Əli ibn İbrahim mötəbər sənədlərlə Abdullah ibn Əbu Cəfurdan rəvayət edir ki, İmam Sadiqdən (ə) "Zinakar olub-olmaması bilinməyən qadınla necə tanımaq olar?”. İmam (ə) buyurdu: "Kişi kəbin kəsdirmədən o qadınla əlaqədə olmaq istəməsini təklif etməklə onu sınaya bilər. Əgər qadın kəbinsiz yaxınlıq etməyə razılıq versə onu mütə etməsin” ("Kafi”, c.5 , səh. 454, həd. 4).



Bu məsələ fiqhi olduğu üçün dövrün bir neçə məşhur müctəhidinin nəzərini qeyd etmək yerinə düşər. Mərhum Lənkərani, Sistani, Məkarim kimi mərceyi-təqlidlər bu işi ehtiyata-əsasən caiz görmür. Vilayəti-fəqih Ayətullah Xameneyi isə bu iş barəsində məkruh hökmü verib.

ARDI VAR...

  • Şair это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 25 апреля 2010 - 17:22

Bakirə qızla mütənin hökmü
Müvəqqəti nigah haqqında bəhslərdən məlum olur ki, boşanmış və əri vəfat etmiş qadınla mütə etmək olar. Bəzi şəxslərdə belə bir sual yaranır ki, görəsən ərə getməmiş bakirə qızla mütə etmək olarmı? Bu barədə əziz oxuculara deyə bilərəm ki, dul qadınlarla müvəqqəti nigah qurmağın hallah olmasına nəzər salsaq məlum olur ki, bunun səbəbi onların daimi nigah qurmasının çətin olmasıdır. Məumdur ki, kişilərin əksəriyyəti daimi nigahla evlənərkən dul qadınlara yox, bakirə qızlara üstünlük verirlər. Buna görə də əgər həmin qadınların daimi nigah qurması mümkün olsa, bəyənilir ki, onlar daimi nigaha üstünlük verib evlənsinlər. Çünki mütə qurmaq kişilərin, bəzi hallarda qadınların müvəqqəti ehtiyaclarını ödəmək üçündür.

Buna əsasən bakirə qızlar gərək heç bir kişi ilə müvəqqəti nigah qurmağa razılıq verməsinlər. Bu onlara heç bir cəhətdən məsləhət deyil. Çünki onlar kiməsə müvəqqəti ərə getsələr, daha sonra onların daimi nigah qurmaları çətinləşər, kişilər bəkarəti pozulmuş qadınlarla evlənməyə meyl göstərməzlər.



Əli ibn Əsbat mötəbər sənədlərlə rəvayət edir ki, İmam Cəfər Sadiq (ə) bakirə qızları mütə etmək, onlarla müvəqqəti evlənməyə dair verilən sualın cavabında buyurur:

"Siz elə güman edirsiniz ki, Allah-Təala qızlarda olan bəkarəti onların xeyrinə qərar verməyibmi? Bəli, bu onların xeyrinədir ki, bəyənilməyən şəxslər onlardan sui-istifadə etməsinlər. Buna görə də onlar gərək naməhrəm kişilərdən uzaq olub öz iffətlərini qorusunlar”.



Əbu Səid əl-Qammət tanıdğı mötəbər bir şəxsdən rəvayət edir ki, o dedi ki, İmam Sadiqə (ə) dedim: "Bakirə bir qız ata-anasının xəbəri olmadan məni özü ilə oturub-durmağa, əylənməyə dəvət edir. Mən onu mütə edə bilərəmmi?”. İmam buyurdu: "Onunla oturub-durma və onun sözünə baxma!...”.



Həfs ibn Buxtəri deyir ki, İmam Sadiqdən (ə) bakirə qızla müvəqqəti nigah hökmünü soruşdum. O, buyurdu: "Məkruhdur, çünki bakirə qızın mütə etməsi onun ailəsi üçün böyük eyibdir”.



Əbdülməlik ibn Əmr deyir ki, İmam Cəfər Sadiqdən (ə) mütənin halal olub-olmaması barədə sual etdim. İmam (ə) buyurdu: "Mütənin şərtləri ağırdır. Amma bakirə qızları mütə etməkdən çəkinin” ("Vəsailüş-şiə”, c.21, səh. 35, həd. 26460).



Bu hədisin sözlərinə diqqət yetirsək, görərik ki, İmam (ə) bakirə qızların mütə olunmasına razılıq vermir və bu kişiləri bu işdən çəkindirir. Çünki mütə bakirə qızlara eyib gətirir və onların daimi ərə getməsini çətinləşdirir. Lakin bəzi rəvayətlərdə görürük ki, atanın icazəsi ilə bakirə qızı mütə etməyə icazə verilir:



əl-Bəzənti rəvayət edir ki, İmam Rza (ə) buyurdu: "Bakirə qızı atasının razılığı olmadan mütə etmək olmaz” ("Vəsailüş-şiə”, c.21, səh. 33, həd .26451).



Onu da qeyd edək ki, bakirə qızla mütə etmək atasının (atası olmasa, babasının) icazəsi olmadan caiz deyil.

Əli Hicrani Təbrizi, "İslamda müvəqqəti nigah” kitabından

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 25 апреля 2010 - 17:56

Bu məsələ fiqhi olduğu üçün dövrün bir neçə məşhur müctəhidinin nəzərini qeyd etmək yerinə düşər. Mərhum Lənkərani, Sistani, Məkarim kimi mərceyi-təqlidlər bu işi ehtiyata-əsasən caiz görmür. Vilayəti-fəqih Ayətullah Xameneyi isə bu iş barəsində məkruh hökmü verib.


Rəhbərdən başqa Ayətulahul-üzma Vəhid Xorasani də bunu məkruh bilir. Mərhum Behcət Fumeni də bunu məkruh bilirdi.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#4 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 28 апреля 2010 - 17:13

Bu məsələ fiqhi olduğu üçün dövrün bir neçə məşhur müctəhidinin nəzərini qeyd etmək yerinə düşər. Mərhum Lənkərani, Sistani, Məkarim kimi mərceyi-təqlidlər bu işi ehtiyata-əsasən caiz görmür. Vilayəti-fəqih Ayətullah Xameneyi isə bu iş barəsində məkruh hökmü verib.


Rəhbərdən başqa Ayətulahul-üzma Vəhid Xorasani də bunu məkruh bilir. Mərhum Behcət Fumeni də bunu məkruh bilirdi.

Ayenin evvelinde yazir axiki evli qadinlarlada yaxinliq haramdir.Iddesin chixmiyibsa onlarada aiddirde yeqinki he?
Bunuda butun alimler haram bilir.

Сообщение отредактировал Mumin: 28 апреля 2010 - 17:14


#5 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 28 апреля 2010 - 17:54

Ayenin evvelinde yazir axiki evli qadinlarlada yaxinliq haramdir.Iddesin chixmiyibsa onlarada aiddirde yeqinki he?
Bunuda butun alimler haram bilir.


Zina evlilik deyil. Və buna görə zinadan sonra iddə gözlənilmir. Sadəcə müctehidlərin bəzisi bunu haram bəziləri isə məkruh bilirlər.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#6 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 02 мая 2010 - 11:05

nee? zinakar qadinla mutanin hokmi?heee!? yegin demek isteyirsiniz evli qadinla.yoxsa bele 4ixir ki,subay ve ya dul qadin size gore zinakar ola biler? axi luboy moment muta nikahinin qapisi uzune aciqdir.Daha niye zina edsin ki?
257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#7 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 02 мая 2010 - 11:13

nee? zinakar qadinla mutanin hokmi?heee!? yegin demek isteyirsiniz evli qadinla.yoxsa bele 4ixir ki,subay ve ya dul qadin size gore zinakar ola biler? axi luboy moment muta nikahinin qapisi uzune aciqdir.Daha niye zina edsin ki?

Şiələrin üzərinə atılan növbəti iftira : eli qadınla mütə. Ümumiyyətlə heç olmazsa bir şiə alimindən sitat gətirə bilərsən?
"Daha niyə zina etsin"ə bu gözəl cavabdır:
Hz Əli:
"Əgər, Ömər müt'ə nigahını qadağan etməsəydi, yalnız bədbəxtlər zina edən olardı".
Yəqin ki bədbəxtdirlər.
Eynən mən də deyə bilərəm, niyə zina etsin ki? Gedib misyar nigahı bağlasın da!


#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 03 мая 2010 - 17:38

nee? zinakar qadinla mutanin hokmi?heee!? yegin demek isteyirsiniz evli qadinla.yoxsa bele 4ixir ki,subay ve ya dul qadin size gore zinakar ola biler? axi luboy moment muta nikahinin qapisi uzune aciqdir.Daha niye zina edsin ki?


Qamət Süleymanov da yaxında belə bir böhtan atmışdı. O, cəhənnəmin ən alt təbəqələrini qazanamaqda davam edir, siz də ona qoşulmaq istəyirsiniz?
Birdəfəlik yadda saxlayın! Necə ki, evli qadınla 2-ci nigah bağlamaq olmaz, müvəqqəti nigah da eləcə!

Сообщение отредактировал al-Islam: 03 мая 2010 - 17:39

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 04 мая 2010 - 15:07

Bismillah

Səlamun Əleykum!
Bu zinakar da iki yerə bölünür məşhurə və qeyri-məşhurə. Bizim gənclər ən çox bu məsələdə çaşırlar. Xahiş edirəm mərcələrin və Ayətullah Xamenei ağanın məhşurə barəsində fətvalarını qeyd edin.
Əvvəla bu məhşurə kimə deyərlər və məhşurə ilə müvəqqəti əqd caizmidir.

İltimasi dua
نحن أبناء الدليل نميل اين يميل

#10 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 04 мая 2010 - 15:57

Bismillah

Səlamun Əleykum!
Bu zinakar da iki yerə bölünür məşhurə və qeyri-məşhurə. Bizim gənclər ən çox bu məsələdə çaşırlar. Xahiş edirəm mərcələrin və Ayətullah Xamenei ağanın məhşurə barəsində fətvalarını qeyd edin.
Əvvəla bu məhşurə kimə deyərlər və məhşurə ilə müvəqqəti əqd caizmidir.

İltimasi dua

Məkruhdur. Fətvanı tapmadım.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#11 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 04 мая 2010 - 16:20

Məkruhdur. Fətvanı tapmadım.


Zinakarla məkruhluğunu bildik. Söhbət bundan gedir ki, Məhşurə olan zinakarla da məkruhdurmu yoxsa caiz deyilmi?
نحن أبناء الدليل نميل اين يميل

#12 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 05 мая 2010 - 17:40


Məkruhdur. Fətvanı tapmadım.


Zinakarla məkruhluğunu bildik. Söhbət bundan gedir ki, Məhşurə olan zinakarla da məkruhdurmu yoxsa caiz deyilmi?


Caiz deyil.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#13 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 05 мая 2010 - 21:13


Məkruhdur. Fətvanı tapmadım.


Zinakarla məkruhluğunu bildik. Söhbət bundan gedir ki, Məhşurə olan zinakarla da məkruhdurmu yoxsa caiz deyilmi?


Caiz deyil.


Çox gözəl!mümkünsə fətvani da qeyd edin. indi qaldı bir şey: Məhşurə kimə deyərlər?

Сообщение отредактировал Zəbur: 05 мая 2010 - 21:19

نحن أبناء الدليل نميل اين يميل

#14 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 10 мая 2010 - 16:50

Ayətullah Xameneyinin fətvasına görə qadın istər zinada məşhur olsun, istər yox, onunla mütə etmək məkruhdur.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#15 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 10 мая 2010 - 23:45

Ayətullah Xameneyinin fətvasına görə qadın istər zinada məşhur olsun, istər yox, onunla mütə etmək məkruhdur.


Sened! Sened! :)
نحن أبناء الدليل نميل اين يميل

#16 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 11 мая 2010 - 16:35

Ayətullah Xameneyinin fətvasına görə qadın istər zinada məşhur olsun, istər yox, onunla mütə etmək məkruhdur.


Sened! Sened! :gizildish:


Nəyin sənədi? Fətvanın? Bu fətva Rəhbərin çap olunan istiftaatında yoxdur. Amma onun dəftərxanasına müraciət edib öyrənə bilərsiniz.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#17 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 11 мая 2010 - 18:35

Peyğəmbər (s) və imamlar (ə) mütə etmişlərmi?

Ola bilər ki, bəzi şəxslər sual versinlər ki, şəriət baxımında müvəqqəti nigah doğrudan da bəyənilərək halal buyurulubsa, görəsən İslam peyğəmbərinin (s) özü bu nigahdan istifadə etmişdirmi?

Əvvəla əziz oxuculara bunu deməliyəm ki, bir şeyin halal və caiz olmasında Həzrət Peyğəmbərin (s) ona əməl etməsi vacib deyil. Çünki İslamda bir çox əməllər var ki, halal və caizdir, amma Peyğəmbər (s) ömründə bir dəfə də olsun onu yerinə yetirməyib. Məsələn, başda Peyğəmbər (s) olmaqla bütün müsəlmanlara caizdir ki, xarici ölkələrə səfər etsinlər və yaxud da halaldır ki, hind toyuğu və ya balıq yesinlər. Fərz edək ki, Peyğəmbər (s) xarici səfərə çıxmayıb və ya yuxarıda qeyd olunanlardan yeməyib, bu o demək deyil ki, əgər bunlar halal olsaydı, Peyğəmbər (s) onlardan istifadə edərdi. Əgər Peyğəmbər (s) xaricə səfərə çıxmağa ehtiyacı olmayıbsa və ya həmin təamlardan yeməyə ehtiyacı olmayıbsa, bu, qeyd edilənlərin haram olmasına dəlalət etməz.

Əgər mütə halal bir əməldirsə, Peyğəmbərin (s) ondan istifadə edib-etməməsinin bu əməlin halal olmasına aidiyyatı yoxdur. Çünki ola bilər Peyğəmbərin (s) mütə etməyə heç vaxt ehtiyacı olmayıb.



Lakin bunu da qeyd etməliyəm ki, bir çox mötəbər sənədlərə əsasən Peyğəmbər (s) mütə nigahından istifadə etmişdir.

Mərhum Şeyx Səduq rəvayət edir ki, İmam Sadiqin (ə) səhabələrindən birinin mütə etməyə ehtiyacı var idi. Lakin o, mütə etməkdən çəkinirdi. İmam Sadiq (ə) ona buyurdu:

"Zərurət halında ehtiyac duyularsa, insan gərək Allahın əmri, Peyğəmbərin (s) sünnətindən (halal buyurduğu mütədən) istifadə etsin. Çünki mən hər hansı bir kişinin Peyğəmbərin (s) əməl etdiyi sünnətdən istifadə etmədən dünyasını dəyişməsini bəyənmirəm”.

O kişi deyir ki, İmam Sadiqdən (ə) soruşdum:

"Görəsən Peyğəmbər (s) də müvəqqəti nigahdan istifadə etmişdirmi?”.

İmam "Bəli” deyərək, sözünə "Təhrim” surəsinin (3-5-ci ayələrini) "Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (öz xadiməsi Mariya Qibtiyyə ilə mütə etdiyini) demişdi. (Həfsə) bu sirri (Aişəyə) xəbər verdi (və onlar Peyğəmbər haqqında xoşagəlməz sözlər danışdılar). Allah-Təala onlara xitab edərək buyurdu: "(Ey iki qadın!) Sizin qəlbləriniz (Peyğəmbər haqqında pis fikirləşdiyinizə görə) günaha meyl edib. Elə isə tövbə edin” ayələrini şahid gətirdi” ("Vəsailüş-şiə”, c. 21, həd. 26389; "əd-Durrul-mənsur Siyuti”, c. 6, səh. 241).




Ola bilsin bəzi oxucularda sual yaransın ki, haradan məlumdur ki, ayədəki iki qadın Aişə və Həfsədir?! Bir çox müfəssirlər bu iki qadının kimliyi barəsində araşdırma aparıblar. Bunlardan bəzisi:



Təbərani və ibn Mərdəveyh ibn Abbasdan rəvayət edirlər ki, o, həmin ayənin təfsrirində deyir:

"Peyğəmbər (s) Mariyeyi Qibtiyyə ilə müvəqqəti nigah bağlamışdı. Həfsə bu işdən xəbər tutdu. Peyğəmbərin (s) bu işi Həfsənin xoşuna gəlmədi. Peyğəmbər (s) Həfsəyə bu işin aralarında qalmasını, hətta Aişəyə də deməməsini tapşırmışdı. Lakin Həfsə buna məhəl qoymaraq Aişəyə xəbər verdi. Onlar Peyğəmbər (s) barəsində bəyənilməyən sözlər danışdılar. Allah da onlara müraciətlə "Təhrim” 3-5-ci ayələrini nazil etdi”.

İbn Abbas sözünün davamında deyir: "Mən bilirəm ki, Peyğəmbərin (s) mütə etməsindən xoşu gəlməyən iki qadın Həfsə və Aişə idi. Lakin bunu Ömərin dilindən eşitmək mənim üçün daha çox maraqlı idi. Elə buna görə də çalışdırdım ki, bunu Ömərin özündən soruşum. Bir müddət sonra onunla birlikdə həcc səfərinə çıxdıq. Yolda mən və Ömər dəstəmaz almaq üçün camaatdan ayrıldıq. Mən su tökürdüm ki, Ömər əl-üzünü yuyub dəstəmaz alsın. Bu əsnada ondan "Təhrim” surəsinin 3-5-ci ayələrində zikr olunan iki qadının kim olduğunu soruşdum. Ömər mənim sualıma təəccüb edərək dedi: "Əcəb sual verirsən, ibn Abbas!” (Sanki verdiyim sualdan xoşu gəlmədi) Sonra dedi: "O iki qadın Həfsə və Aişədir” ("Təfsirul-kəşşaf”, Zəməxşəri, c. 4, səh. 566; "əl-Mizan”, Təbatəbai, c. 19, səh. 339).




Yuxarıda qeyd olunanlara əsasən İslam Peyğəmbəri (s) müvəqqəti nigahdan istifadə etmişdir. Bununla yanaşı Peyğəmbərin (s) canişini Əli ibn Əbu Talib (ə) də bu nigahdan istifadə etmişdir.

İbn Babəveyh mötəbər sənədlərlə rəvayət edir ki, "Əmir əl-möminin Əli (ə) Kufədə olarkən Bəni-Nəhşəl qəbiləsindən olan bir xanımla müvəqqəti nigah qurmuşdur” ("Vəsailüş-şiə”, c. 21, həd. 26378).

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#18 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 15 мая 2010 - 02:55

Rəhbərdən başqa Ayətulahul-üzma Vəhid Xorasani də bunu məkruh bilir. Mərhum Behcət Fumeni də bunu məkruh bilirdi.


Hamıdan dönə-dönə üzr istəyirəm amma Vəhid Xorasaninin nəzəri bu cür deyil. Ağayi Vəhidin nəzərinə görə vacib-ehtiyatə əsasən olmaz. 36-cı sual-cavab. Artıq neçənci dəfədir ki, haqqyolu saytının işçilərinin suallara düzgün cavab verməməsinin şahidi oluram.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#19 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 15 мая 2010 - 11:26

Rəhbərdən başqa Ayətulahul-üzma Vəhid Xorasani də bunu məkruh bilir. Mərhum Behcət Fumeni də bunu məkruh bilirdi.


Hamıdan dönə-dönə üzr istəyirəm amma Vəhid Xorasaninin nəzəri bu cür deyil. Ağayi Vəhidin nəzərinə görə vacib-ehtiyatə əsasən olmaz. 36-cı sual-cavab. Artıq neçənci dəfədir ki, haqqyolu saytının işçilərinin suallara düzgün cavab verməməsinin şahidi oluram.


Mən də şahidi olmuşam. Amma yaxşı olar ki, bunu onların özlərinə bildirəsiniz ki, sual-cavabı oxuyan başqa müqəllidlər səhvə düçar olmasınlar.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#20 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 15 мая 2010 - 18:25

sohbet bilirsen neden gedir?mumkundu biri molla kebinile evlenib indi zinakarliq edir men bunu deyirem.Evli sayilir telaq olunmayanacan ve idde gozlemelidir.

#21 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 16 мая 2010 - 17:25

sohbet bilirsen neden gedir?mumkundu biri molla kebinile evlenib indi zinakarliq edir men bunu deyirem.Evli sayilir telaq olunmayanacan ve idde gozlemelidir.


Heç kəs evli qadınla istəyir zinakar olsun istəyir lap əri başqası ilə yatmağa icazə versin mütə nikahı bağlamağa icazə vermir. Zinakar qadın dedikdə məqsəd əri olmayan və zina edən qadındır.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#22 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 16 мая 2010 - 17:26

Mən də şahidi olmuşam. Amma yaxşı olar ki, bunu onların özlərinə bildirəsiniz ki, sual-cavabı oxuyan başqa müqəllidlər səhvə düçar olmasınlar.


1-2 dəfə bildirmişəm. Çi fayda?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#23 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 27 мая 2010 - 19:34

Ayətullah Xameneyinin fətvasına görə qadın istər zinada məşhur olsun, istər yox, onunla mütə etmək məkruhdur.


Rəhbərin rəmi saytından aldığım cavab siz deyəni təsdiq edir. Bəli, itər məşhurə istər qeyri-məşhurə ilə mütə nigahı bağlamaq məkruhdur.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#24 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 20 сентября 2010 - 09:02

Ayetullah Sistani
Soru: Fahişe bir bayan ile evlenmenin hükmü nedir?
Cevap: İhtiyat-ı vacip gereği tövbe etmeden önce evlenilmemelidir.

Сообщение отредактировал Atella: 20 сентября 2010 - 09:04


#25 Raykard

Raykard

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 01 января 2013 - 22:33

Sened! Sened! :)/>/>


Sənəd istiyirsən sənəd verimdə qardaşım :rolleyes:/>

Bəzi ailələrdə qız 18 yaşına çatdıqdan sonra ona azadlıq verilir. Belə qızlarla müvəqqəti evlənmək üçün atalarından icazə almaq vacibdirmi?

Cavab: Əgər ata öz vilayət haqqından imtina edərsə, həmin qızla daimi və ya müvəqqəti evlənmək caizdir. Əgər belə qızlar zinada məşhurdurlarsa, lazım ehtiyata əsasən, onlarla əqd etmək caiz deyil.


Ayətullahul-uzma Şeyx Fazil Lənkəraninin ofisi

Ayətullahul-uzma Seyid Əli Sistani, "Qərbdə yaşayan müsəlmanlara fiqh"


Mənbə



Qeyd: Bir sözlə caiz deyil, Lakin Ayətullah-üzma Seyyid əli Xamenei ağa bu barədə şiddətli kərahət hökmünü verib.

Сообщение отредактировал Raykard: 01 января 2013 - 22:34





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru