Перейти к содержимому


Фотография

«İstimna». İstimnanın fiziki və ruhi ziyanları.


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 26 апреля 2010 - 20:46

İSTİMNA
Haqqında əzab vədəsi verilmiş böyük günahlardan biri “İstimna”dır. “İstimna” – bir insanın özündən qeyri-təbii yollarla məni (sperma) xaric etməsidir. «Cəvahirul-kəlam» kitabının hüdud fəslinin sonunda belə yazılır:

«Öz əli və ya başqa bədən üzvləri ilə istimna edən şəxs, haram və böyük günaha batdığı üçün cəzalandırılmalıdır.»

Necə ki, Həzrət imam Sadiq(s)-dan onun hökmünü soruşduqda buyurdu:

«(İstimna) Allah-taalanın Quranda nəhy etdiyi böyük günahlardan biridir. İstimna edən özü ilə evlənən kimidir və mən belə işlə məşğul olanı tanısam, onunla birlikdə bir süfrə başında əyləşmərəm. Hədisi nəql edən soruşdu: İstimnanın hökmü Quranın harasında başa düşülür? Həzrət buyurdu: Onun hökmü «Öz yoldaşı və kənizindən başqa yolla şəhvətini (doyduranlar) təcavüzkarlardı» ayəsindən (başa düşülür). Soruşdu: Zinanın günahı böyükdür, yoxsa istimnanın? Həzrət buyurdu: İstimna böyük bir günahdı.»

Həmçinin imam(s)-dan “İstimna”nın hökmü soruşulduqda buyurdu:

«İstimna böyük günahlardandı və çox çirkin əməldir.»

Bir heyvanla yaxınlıq etmək və ya istimna vasitəsi ilə şəhvətini doyduranlardan soruşduqda isə buyurur:

«Şəhvəti bu və bu kimi yollarla soyutmaq, zinakarlıq hökmündədir. Yəni zinakarlıqla bərabərdi.»

Həzrət imam Sadiq(s) buyurur:

«Allah-taala üç dəstə ilə danışmaz, onlara rəhmət nəzərini salmaz və onları paklaşdırmaz Həmçinin onlar üçün dərdli əzab vardır:

1. Özünü cavan göstərmək üçün ağ tükünü yolan;
2. Öz bədən üzvü ilə şəhvətini xaric edən;
3. Ləvat olunan şəxs»


Həzrəti Peyğəmbər (s.a.s) buyurur:

«Öz əli ilə şəhvətini xaric edən məlundur (lənətlənmişdir)»

«Cəvahirul-kəlam» kitabının müəllifi buyurur:

İnsanın öz yoldaşı və ya kənizi ilə istimna etməsinin caiz olduğu dəlillərdən istifadə olunur, amma onu da tərk etmək daha yaxşıdır. «Məsalik» kitabında da bu məzmuna yaxın nəql olunmuşdur. Lakin ehtiyyat yolu bu növ istimnanın tərk edilməsindən ibarətdir.
  • Şair это нравится
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#2 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 26 апреля 2010 - 20:49

İSTİMNANIN YAYILMASI

Eşidilən məlumatlara əsasən evlənmək üçün hədsiz və hesabsız çətinliklər üzündən insan həyatını korlayan bu böyük günah həddindən artıq yayılaraq əziz gənclərimizi bilərəkdən və ya bilmədən müxtəlif xəstəliklər və bəlalara mübtəla etmişdir.

Bu günahın axirət əzabına baxmayaraq valideynlərin vəzifəsi öz övladlarını agah edib onlardan ehtiyatlı olmasından ibarətdir. Həmçinin ikinci növbədə dini təlimlər və sanitar müəllimlərin gəncləri bu bəlanın ruhi və fiziki baxımından qorxulu nəticələri ilə tanış etməsi də zəruridir. Burada istimnanın bir sıra zərərlərini bir neçə mütəxəssis məqalələrindən ibarət olan “Natavanihaye cinsi” kitabından nəql edirik.



İSTİMNANIN FİZİKİ VƏ RUHİ ZİYANLARI

Bu əməl ona mübtəla olanların şəhvət qüvvəsinin zəifliyinə səbəb olaraq, onları qorxaq və halsız edir, həmçinin düzlük və şücaəti onların əlindən alır. Hətta gənclik dövranında bu çirkin əmələ mübtəla olmuş şəxs ruhi və fiziki baxımdan elə zəifləyib ki, narkotik maddələrə qurşanmış adamlar onlardan güclü və hallı olurlar. Qeyri təbii cinsi əməl sayılan “istimna” insanın 5 hissiyat üzvilərinə (yəni görmək, eşitmək, dadmaq, iyləmək və hiss etmək qüvvələri) və xüsusi ilə ilk növbədə insanın gözü və qulağına öz pis təsirini qoyur. Belə ki, insanın görmə və eşitmə qabiliyyətlərini zəiflədərək müəyyən bir həddə qədər işdən salır. Adətən bu bədbəxtçiliyə giriftar olan fiziki cəhətdən zəif insanlar öz qarşılarında olan bircə milçəkdən şiddətlə əsəbləşir və gözlərini yumduqda belə onun əziyyətindən amanda qalmırlar. Bu iş hər dəfə bir neçə dəqiqə davam etdiyi halda gözləri qaralaraq, başları gicəllənir və yerə yıxılırlar. Həmçinin ardıcıl şəkildə öz qulaqlarında qeyri adi və çox narahat edici səslər eşidirlər. Bundan əlavə fiziki və ruhi qüvvələri aradan getdiyi üçün onlarda qan azlığı, rəngsizlik, yaddaşsızlıq, arıqlıq, həddindən artıq zəiflik və süstlük, iştihasızlıq, əxlaqsızlıq, əsəbiyyət, baş gicəllənməsi və bu kimi işlərlə xəstəliklər istimna adlanan çirkin əmələ adət etmiş şəxsin görəcəyi bədbəxtliklərdir.

Əlbəttə fiziki baxımdan güclü olanlar bu bədbəxtçiliklərə bir az gec giriftar olacaq və bunların həyata keçməsi qeyri adi bir işdir. İstər-istəməz bu çirkin əməli əncam verən şəxs, bu xəstəliklər və bəlalara mübtəla olmalıdır.

İstimna xəstəliyinə düşmüş şəxslərin bədbəxtçiliklərindən biri də onların iradə qüvvələrinin tamamilə aradan getməsindən ibarətdir. Elə buna görə də öz çirkin işlərinin pis nəticələrindən xəbərdar olduqda, onu tərk etmək üçün heç bir iradələri olmur. Elə buna görə də istimnanın ruhi ziyanlara malik olması sözü heç də dəlilsiz deyil.

İstimna əməli insanın cismini korlamaqdan əlavə onun cinsi qüvvələrinə də ən pis təsirlərini də qoyur. Məsələn, daxili tərəşşüh damarını işdən salır, onların biri də spermanı hazırlayandır ki, beləliklə də onu və ərəblər demişkən həyat suyunu hazırlamaqdan aciz qalıb insanı həmişəlik olaraq cinsi bəhrədən məhrum edir.

İstimna edən şəxs bu cür kişilikdən düşməsi də, bir sıra başqa cinsi çatışmamazlıqlar və nöqsanlar ilə üzləşəcəkdir ki, spermanın ixtiyarsız olaraq axması və s. O cümlədəndir. Hətta bəzi vaxtlar, istimna əməlinə adət etmiş cavanın az bir müddətdən sonra, sidik əvəzinə qanın xaric olması da müşahidə olunmuşdur.

Qeyd etmək lazımdır ki, bu çirkin əməli əncam verən şəxsləri gənclik dövranında belə ölüm qorxusu hədələyir. Çünki belə şəxslər heç bir cinsi bəhrə almadan birdən-birə onlardan sperma xaric olur və beləliklə də yol gedərkən qəfildən yerə yıxılıb, özlərindən gedirlər.

Tehranın dəlixanasına baş vurduqda orada yatan hər on nəfərdən doqquzunun istimna ilə məşğul olduğu aydınlaşır.Yəni bu həlak edici əmələ giriftar olduqdan sonra dəli olmuş və dəlixananın bir güşəsinə düşmüşlər. Çünki bu çirkin və xoşagəlməz əməlinin insan beynində çox təsir olur. Bir insanın beyin qüvvələri zəiflədikdə isə dəliliklə nəticələnəcəkdi.

Vərəm xəstəlikləri sanatoriyalarında yatmış hər on nəfərdən dördü bu çirkin əməli əncam verdikləri üçün vərəm xəstəliyinə mübtəla olmuşlar. Bunlar iddia deyil, əksinə alimlər və mütəxəssislər on illər təcrübə üzündən etdiyi həqiqətdir.

Bu günün dünyası deyir: «Yaxşı qidalan, heç bir işdə ifratçılıq etmə və xəstələnməyəsən deyə möhkəm ol.»

İstimnaya mübtəla olan isə yaxşı yemək üçün iştəhası olmadığı, həmçinin cinsi işlər də qeyri-təbii yollardan istifadə etdiyi üçün zəif olur və buna görə də hər növ xəstəliyə tutulmaq üçün hazırdır. Çox vaxtlar bu çirkin əmələ giriftar olanların bu pis işdə ifratçılıq etdikləri üçün «Sadisim»-ə bənzəyən bir növ istimna dəliliyinə düşməsi müşahidə olunmuşdur. Belə şəxslər heyvanı gördükdə belə istimna fikrinə düşürlər. Hətta şəhvətbaz şəxslərin beş və ya altı ay ərzində öz cinsi qüvvəsindən bu tərzdə istifadə edə bilmədiyindən, bu cür şəxslərin də cinsi qüvvələri aradan gedir və yaxud çox pis vəziyyətdə ölümə pənah aparırlar. Bədəni güclü olan və ya bu çirkin əmələ təzə başlayan bəzi şəxslərin, indiyədək xəstələnmədən onun pis nəticələrini görməyib bu barədə yazdığımız ziyanları şişirtmə sayması və belədirsə «nə üçün bu xəstəliklərə düşməmişik?» sözünü dedikdə onların cavabında qeyd etmək lazımdır ki:

Bu gün bu çirkin əməlin ziyanlarını görməməyiniz, bədənizin güclü olması və ya bu işə təzə başladığınızdan irəli gəlir. Lakin gec-tez bu xəstəliklər sizində sorağınıza gələcəkdir.

Digər tərəfdən biz heçdə bir həftə ərzində bu nalayiq işi əncam versin bütün ziyan və xəstəliklərə mübtəla olmasını iddia etməmişik. Çünki insanların daxili vəziyyətləri bir-birindən fərqlidir. Məsələn, bu çirkin əmələ mübtəla olan bəzi şəxslərin ilk növbədə əsəblərinin korlanması, eşitmə və ya görmə qabiliyyətinin zəiflənməsi və ya başın gicəllənməsi kimi xəstəliklərdən birinə giriftar olması mümkündür. Amma get-gedə başqa xəstəliklərə də giriftar olacaqdır. Elə buna əsasən «istimna» həm şəriət, həm ürf və həm də bütün nəzərlərdə haram və xoşagəlməz bir iş sayılır.

Сообщение отредактировал Hasan_AGA: 27 апреля 2010 - 20:49

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#3 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 18 октября 2010 - 06:45


qardas dara dusan kimi sunnular icaza veriblar ki istimna elayasan ozuda yolunu da gorsadiblar :loool:
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#4 yezide lenet

yezide lenet

    Arif – Corporal

  • Murid
  • 63 сообщений

Отправлено 27 мая 2012 - 23:31

İSTİMNANIN YAYILMASI

Eşidilən məlumatlara əsasən evlənmək üçün hədsiz və hesabsız çətinliklər üzündən insan həyatını korlayan bu böyük günah həddindən artıq yayılaraq əziz gənclərimizi bilərəkdən və ya bilmədən müxtəlif xəstəliklər və bəlalara mübtəla etmişdir.

Bu günahın axirət əzabına baxmayaraq valideynlərin vəzifəsi öz övladlarını agah edib onlardan ehtiyatlı olmasından ibarətdir. Həmçinin ikinci növbədə dini təlimlər və sanitar müəllimlərin gəncləri bu bəlanın ruhi və fiziki baxımından qorxulu nəticələri ilə tanış etməsi də zəruridir. Burada istimnanın bir sıra zərərlərini bir neçə mütəxəssis məqalələrindən ibarət olan “Natavanihaye cinsi” kitabından nəql edirik.



İSTİMNANIN FİZİKİ VƏ RUHİ ZİYANLARI

Bu əməl ona mübtəla olanların şəhvət qüvvəsinin zəifliyinə səbəb olaraq, onları qorxaq və halsız edir, həmçinin düzlük və şücaəti onların əlindən alır. Hətta gənclik dövranında bu çirkin əmələ mübtəla olmuş şəxs ruhi və fiziki baxımdan elə zəifləyib ki, narkotik maddələrə qurşanmış adamlar onlardan güclü və hallı olurlar. Qeyri təbii cinsi əməl sayılan “istimna” insanın 5 hissiyat üzvilərinə (yəni görmək, eşitmək, dadmaq, iyləmək və hiss etmək qüvvələri) və xüsusi ilə ilk növbədə insanın gözü və qulağına öz pis təsirini qoyur. Belə ki, insanın görmə və eşitmə qabiliyyətlərini zəiflədərək müəyyən bir həddə qədər işdən salır. Adətən bu bədbəxtçiliyə giriftar olan fiziki cəhətdən zəif insanlar öz qarşılarında olan bircə milçəkdən şiddətlə əsəbləşir və gözlərini yumduqda belə onun əziyyətindən amanda qalmırlar. Bu iş hər dəfə bir neçə dəqiqə davam etdiyi halda gözləri qaralaraq, başları gicəllənir və yerə yıxılırlar. Həmçinin ardıcıl şəkildə öz qulaqlarında qeyri adi və çox narahat edici səslər eşidirlər. Bundan əlavə fiziki və ruhi qüvvələri aradan getdiyi üçün onlarda qan azlığı, rəngsizlik, yaddaşsızlıq, arıqlıq, həddindən artıq zəiflik və süstlük, iştihasızlıq, əxlaqsızlıq, əsəbiyyət, baş gicəllənməsi və bu kimi işlərlə xəstəliklər istimna adlanan çirkin əmələ adət etmiş şəxsin görəcəyi bədbəxtliklərdir.

Əlbəttə fiziki baxımdan güclü olanlar bu bədbəxtçiliklərə bir az gec giriftar olacaq və bunların həyata keçməsi qeyri adi bir işdir. İstər-istəməz bu çirkin əməli əncam verən şəxs, bu xəstəliklər və bəlalara mübtəla olmalıdır.

İstimna xəstəliyinə düşmüş şəxslərin bədbəxtçiliklərindən biri də onların iradə qüvvələrinin tamamilə aradan getməsindən ibarətdir. Elə buna görə də öz çirkin işlərinin pis nəticələrindən xəbərdar olduqda, onu tərk etmək üçün heç bir iradələri olmur. Elə buna görə də istimnanın ruhi ziyanlara malik olması sözü heç də dəlilsiz deyil.

İstimna əməli insanın cismini korlamaqdan əlavə onun cinsi qüvvələrinə də ən pis təsirlərini də qoyur. Məsələn, daxili tərəşşüh damarını işdən salır, onların biri də spermanı hazırlayandır ki, beləliklə də onu və ərəblər demişkən həyat suyunu hazırlamaqdan aciz qalıb insanı həmişəlik olaraq cinsi bəhrədən məhrum edir.

İstimna edən şəxs bu cür kişilikdən düşməsi də, bir sıra başqa cinsi çatışmamazlıqlar və nöqsanlar ilə üzləşəcəkdir ki, spermanın ixtiyarsız olaraq axması və s. O cümlədəndir. Hətta bəzi vaxtlar, istimna əməlinə adət etmiş cavanın az bir müddətdən sonra, sidik əvəzinə qanın xaric olması da müşahidə olunmuşdur.

Qeyd etmək lazımdır ki, bu çirkin əməli əncam verən şəxsləri gənclik dövranında belə ölüm qorxusu hədələyir. Çünki belə şəxslər heç bir cinsi bəhrə almadan birdən-birə onlardan sperma xaric olur və beləliklə də yol gedərkən qəfildən yerə yıxılıb, özlərindən gedirlər.

Tehranın dəlixanasına baş vurduqda orada yatan hər on nəfərdən doqquzunun istimna ilə məşğul olduğu aydınlaşır.Yəni bu həlak edici əmələ giriftar olduqdan sonra dəli olmuş və dəlixananın bir güşəsinə düşmüşlər. Çünki bu çirkin və xoşagəlməz əməlinin insan beynində çox təsir olur. Bir insanın beyin qüvvələri zəiflədikdə isə dəliliklə nəticələnəcəkdi.

Vərəm xəstəlikləri sanatoriyalarında yatmış hər on nəfərdən dördü bu çirkin əməli əncam verdikləri üçün vərəm xəstəliyinə mübtəla olmuşlar. Bunlar iddia deyil, əksinə alimlər və mütəxəssislər on illər təcrübə üzündən etdiyi həqiqətdir.

Bu günün dünyası deyir: «Yaxşı qidalan, heç bir işdə ifratçılıq etmə və xəstələnməyəsən deyə möhkəm ol.»

İstimnaya mübtəla olan isə yaxşı yemək üçün iştəhası olmadığı, həmçinin cinsi işlər də qeyri-təbii yollardan istifadə etdiyi üçün zəif olur və buna görə də hər növ xəstəliyə tutulmaq üçün hazırdır. Çox vaxtlar bu çirkin əmələ giriftar olanların bu pis işdə ifratçılıq etdikləri üçün «Sadisim»-ə bənzəyən bir növ istimna dəliliyinə düşməsi müşahidə olunmuşdur. Belə şəxslər heyvanı gördükdə belə istimna fikrinə düşürlər. Hətta şəhvətbaz şəxslərin beş və ya altı ay ərzində öz cinsi qüvvəsindən bu tərzdə istifadə edə bilmədiyindən, bu cür şəxslərin də cinsi qüvvələri aradan gedir və yaxud çox pis vəziyyətdə ölümə pənah aparırlar. Bədəni güclü olan və ya bu çirkin əmələ təzə başlayan bəzi şəxslərin, indiyədək xəstələnmədən onun pis nəticələrini görməyib bu barədə yazdığımız ziyanları şişirtmə sayması və belədirsə «nə üçün bu xəstəliklərə düşməmişik?» sözünü dedikdə onların cavabında qeyd etmək lazımdır ki:

Bu gün bu çirkin əməlin ziyanlarını görməməyiniz, bədənizin güclü olması və ya bu işə təzə başladığınızdan irəli gəlir. Lakin gec-tez bu xəstəliklər sizində sorağınıza gələcəkdir.

Digər tərəfdən biz heçdə bir həftə ərzində bu nalayiq işi əncam versin bütün ziyan və xəstəliklərə mübtəla olmasını iddia etməmişik. Çünki insanların daxili vəziyyətləri bir-birindən fərqlidir. Məsələn, bu çirkin əmələ mübtəla olan bəzi şəxslərin ilk növbədə əsəblərinin korlanması, eşitmə və ya görmə qabiliyyətinin zəiflənməsi və ya başın gicəllənməsi kimi xəstəliklərdən birinə giriftar olması mümkündür. Amma get-gedə başqa xəstəliklərə də giriftar olacaqdır. Elə buna əsasən «istimna» həm şəriət, həm ürf və həm də bütün nəzərlərdə haram və xoşagəlməz bir iş sayılır.

mənim sualım var:-
kənizin və zövcənin əli ilə halaldır deyirlər istimna.kənizin əli ilə edilmiş istimna ilə öz əli ilə edilmiş istimnanın fiziki və ruhi ziyanları baxımından nəsə fərq varmı?

ikinci sualım isə budur:-mumiinun surəsini dəlil kimi subay şəxslərə tətbiq edib təcavüzkar demək dogrudurmu?axı onların nə zövcəsi nə də kənizi yoxdur.

#5 Nasir

Nasir

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 36 сообщений

Отправлено 27 сентября 2012 - 22:28

Salam aleykum.Mende yezide lenet qardaşın sualının cavabını gözleyirem.İnşaALLAH cavablandırarsınız.

#6 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 27 сентября 2012 - 23:35

mənim sualım var:-
kənizin və zövcənin əli ilə halaldır deyirlər istimna.kənizin əli ilə edilmiş istimna ilə öz əli ilə edilmiş istimnanın fiziki və ruhi ziyanları baxımından nəsə fərq varmı?

ikinci sualım isə budur:-mumiinun surəsini dəlil kimi subay şəxslərə tətbiq edib təcavüzkar demək dogrudurmu?axı onların nə zövcəsi nə də kənizi yoxdur.


Bismillah. Mən ümumiyyətlə bu mövzuda çox danışmaq istəmirəm. Amma qısaca onu deyim ki, insanın öz-özü ilə əlaqəyə girməsi və hansısa "əxlaqsız" fantaziyalarla orqazma çatması, bütün ağıl sahiblərinin nəzərində iyrənc bir əməldir. Amma insanın öz halalı ilə əlaqə zamanı zövq almaq üçün yaxud cinsi akta maneə törədən səbəb olduqda bu yolla ehtiyacını ödəməsi heç də birinci halla eyni deyil, əksinə tammamilə müxtəlifdir. Çox üzr istəyirəm, əsas məsələ ondan ibarətdir ki, normal insan öz cinsi ehtiyacını 2 nəfərlik münasibətlə ödəməlidir. Təkbaşına yox. Bu Allahın qanunudur ki, insanın fitrətində öz əksini tapıb. Necə ki, insan bioloji təlabatını 2 nəfərlə birlikdə ödəsə əxlaqsızlıq olar. Hər şeyin öz qanunu-qaydası var.

2-ci suala gəldikdə isə فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ "Bundan artığına can atanlarsa həddi aşanlardır". Allah hədlərini müəyyən edib. Həddi aşanın isə subay və ya evli olmasının fərqi yoxdur.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru