Перейти к содержимому


Фотография

Ümmətin ixtilafı rəhmətdirmi?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 19

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 26 апреля 2010 - 22:31

4 əhli sünnə məzhəbi peyğəmbərin buyurduğu bu hədisə əsaslanaraq, özlərini rəhmət içində hiss edirlər:
"Ümmətimin ixtilafı geniş bir rəhmətdir"
Bəs həqiqətənmi ümmətin ixtilafı rəhmətdir? Yoxsa bu zəlalətdir?


#2 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 26 апреля 2010 - 22:48

Mən bilən əl-Albani bu hədisi zəif hesab edib. Digərləri barədə xəbərim yoxdur, hərçənd bu hədis mübahisə mövzusudur.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 27 апреля 2010 - 20:21

Ümumiyyətlə bu sünnə əhlində məşhur ifadədir: "Məzhəblər rəhmətdir". Onlar 4 məzhəbə bölünmələrini bu cürə izah edirlər.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 апреля 2010 - 12:19

Rəsulullah buyurub
اختلاف أمتي رحمة
"Ümmətimin ixtilafı rəhmətdir." buyurmuşlar.

Bu hədis barədə ixtilaf edilən bir çox mövzunun hətta insanları çox vaxt səhvlərə sürüsə belə rəhmət olduğu aydın olur.

Bir-birindən fərqli sayda məzhəb, camaat, təriqət və təriqətlərin bu halıyla rəhmət olduğu hətta nə qədər bölünüb parçalansa ixtilaf nə qədər çox olsa da çox rəhmət olacağını anlayırıq.

Tarixdə ümmətin mextəlif məzhəb və təriqətləri arasında meydana gələn ixtilafların, mübahisələrin hətta döyüşlərin əslində rəhmət olduğu aydın olur.

Səhabələrin öz arasında yaşadığı problemlərin, ixtilafların hətta on minlərlə insanın ölümünə gətirib çıxaran döyüşlərin əslində rəhmət olduğunu anlayırıq.

Bir mövzuda ictihad edən iki adamdan birinin doğrunu tapdığı üçün böyük savab aldığı, səhv edənin də bu hədisə əsasən rəhmətə məzhər olacağı və az da olsa savab qazanacağını anlayırıq.

Yaxşı görəsən doğrumu anlayırıq?
yoxsa bizim anlayışımızda bir problemmi var?

Ümmətin ixtilafı rəhmət olacaq, amma eyni zamanda bu ixtilaf 73 təriqətdən 72-sini cəhənnəmə göndərəcək bu həqiqətən ağılasığan bir şey deyildir.

Məlumdur ki, bu ixtilaflar bu ümməti 73 təriqətə böldü amma nədənsə həm ixtilaf rəhmət olur amma eyni zamanda 72-sini atəşə göndərir.

Bəziləri bu uydurma hədisdəki ixtilafdan qəsdin ictihad olduğunu bəyan edir.

ALLAH Elçisi İctihadla, ixtilafın nə olduğunu bilmir idimi? İctihad demək o qədər çətinmi ki ixtilaf desin? Fərz edək deyilən doğru olsun!

O zaman ittifaq nədir? Və ya ittifaq sözünün şərhini necə edəcəyik?

Və bəzilərinin ictihad dediyi ixtilaf bu qədər ayrılığa səbəb olmuşkən və hətta fiqhi mənada belə 4 məzhəb arasında qarşıdurmalar yaşamışsa bunun harası ictihad harası rəhmət olan ixtilafdır?


#5 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 апреля 2010 - 12:24

QURANDAN DƏLİLLƏR

وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِي


(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.
Ali İmran 105

إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعاً لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفْعَلُونَ


(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!
Ənam 159

وَلَوْ شَاء رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلاَ يَزَالُونَ مُخْتَلِفِينَ{} إِلاَّ مَن رَّحِمَ رَبُّكَ وَلِذَلِكَ خَلَقَهُمْ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لأَمْلأنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ


Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi. Onlar (yəhudi, xaçpərəst, atəşpərəst və i. a. olmaqla dinləri barəsində) hələ də ixtilafdadırlar.Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır...
Hud 118-119

وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعاً وَلاَ تَفَرَّقُواْ


Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!
Ali İmran 103

Ayələrdən göründüyü kimi Allah ixtilafı başdan ayağa qınamaqdadır və mərhəmət etdiyi insanların isə, ixtilaf içərisində olmayanlar olduğunu bildirməkdədir. Həmçinin bu dəlillərdə ixtilaf edənlərin ancaq mərhəmət edilməyən insanlar olduğu bəyan edilməkdədir.

Сообщение отредактировал Şair: 28 апреля 2010 - 12:27


#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 апреля 2010 - 12:41

Hədislərdən dəlillər

"... Şübhəsiz ki, sizdən əvvəlki ümmətlər ixtilaf etdilər, ixtilafları onları həlak etdi…. "

BUXARİ : 11.C.5155.S

" Camaata yapışın, camaatı iltizam edin. Firqələrə bölünmədən və ixtilafdan çəkinin. Şeytan tək adamla bərabərdir, iki adamdan bir az daha uzaqdır. "

TİRMİZİ : 4 2254.N - ƏL- KENZ : 8.c. 207.S

" … Numan ibn Bəşirdən nəql olunur Rəsulullah s.ə.v belə buyurdu : " … Camaat - yəni birlik və bərabərlik - rəhmət, bərəkət, ayrılıq isə əzabdır. "

ƏHMƏD : 4 / 278 - 17981.N - C. SAĞİR : 2.C.1825.N

" … Əbu Musadan nəql olunur Rəsulullah s.ə.v buyurdu : " … Bir-birinizi sevin, ixtilaf etməyin. "
BUXARİ : 6.C.2828.S


#7 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 апреля 2010 - 13:55

Bu hədisə rəylər

Şeyx Muhamməd Nasir əd-Din əl-Albani:

"...Hədis səhih deyildir, lakin batildir və heç bir əsli yoxdur. əl-Alləmə əs-Subki deyir: “Onun nə səhih, nə zəif, nə də uydurma sənədi yoxdur.”
Biz də deyirik ki, bu hədis bir çox ləfz ilə rəvayət olunmuşdur: “Səhabələrimin ixtilafı sizin üçün rəhmətdir...” və “Səhabələrim ulduzlar kimidir, onlardan hansının yoli ilə getsəniz hidayəti taparsız.”
Bunların hər ikisi də səhih deyildir. Birinci hədis çox zəifdir, digəri isə uydurmadır. Bütün bunlar haqqında “Silsilə əl-Əhədis əd-Daifə val-Məvdua” kitabında (rəq: 58, 59, 61) ətraflı araşdırma etmişəm.
...Hədis zəif olmaqla bərabər Qurani Kərimə müxalifdir. İxtilafı nəhy edən və ittifaqı əmr edən ayalər o qədər məşhurdur ki, zikr olunmasa da məlumdur...
...Sübut olunmuşdur ki, bu hədis nə sənəd, nə də mətn etibarı ilə səhih deyildir, o zaman açıq-aydın bəlli olur ki, imamların əmr etdiyi kmi Kitab və Sünnətə əmək etməkdə təvəqqüf edib şübhəyə dayanmaq caiz deyildir.

"Sifətu Salətin-Nəbi", səh: 58-60
Məktəbə əl-Məarif, Riyad

İbn Abdilbərr nəql edir:

وقال أشهب :
( سئل مالك عمن أخذ بحديث حدثه ثقة عن أصحاب رسول الله صلى الله عليه وسلم أتراه من ذلك في سعة ؟ فقال : لا والله حتى يصيب الحق ما الحق إلا واحد قولان مختلفان يكونان صوابا جميعا ؟ ما الحق والصواب إلا واحد )

"Əşhab dedi: "Malikdən Allahın Elçisinin - salləllahu aleyhi va səlləm - səhabələrindən siqa birinin rəvayət etdiyi hədisi götürən biri haqqında soruşdular: "Bunda bir genişliyin olduğunu düşünürsənmi?" Dedi: "Xeyr, Allaha and olsun ki, haqqa isabət etməyənə qədər olmaz. Yalnız bir fikir doğrudur. İki fərqli görüşün ikisi də birlikdə doğru ola bilərmi? Yalnız biri haqq və doğru ola bilər."

"Cəmi Bəyan əl-İlm", 2/82 və 88 və 89

İbn Həzm əl-Əndəlusi deyir:


و هذا من أفسد قول يكون ، لأنه لو كان الاختلاف رحمة لكان الاتفاق سخطا ، و هذا ما لا يقوله مسلم ، لأنه ليس إلا اتفاق أو اختلاف ، و ليس إلا رحمة أو سخط .

"Bu, ola biləcək ən fəsadlı sözdür, çünki əgər ixtilaf rəhmət olsaydı, ittifaq qəzəb olardı. Bu, bir müsəlmanın söyləyə biləcəyi bir söz deyildir. Çünki ittifaq və ya ixtilaf ya rahmətdir, ya da qəzəbdir."

"əl-İhkəm fi Usul əl-Əhkəm", 5/64

SUYUTİ :
Bütün mühəddislər nəznində nə səhih, nə zəif və nə də mevzu olaraq sənədi mövcud deyil.
CAMİUS SAĞİR : 1.0.165

ƏLLAME ƏS-SUBKİ:
Bu hədisin nə Məvkuf nə Mərfu və nə də zəif və uydurma olaraq sənədini tapa bilmədim...


#8 Hakkani

Hakkani

    Raqib – Seargeant

  • Murid
  • 105 сообщений

Отправлено 30 апреля 2010 - 17:09

4 əhli sünnə məzhəbi peyğəmbərin buyurduğu bu hədisə əsaslanaraq, özlərini rəhmət içində hiss edirlər:
"Ümmətimin ixtilafı geniş bir rəhmətdir"
Bəs həqiqətənmi ümmətin ixtilafı rəhmətdir? Yoxsa bu zəlalətdir?

o hədisin səhih olmadığını oxumuşdum diyəsən
tam sənədini bilmirəm

amma ixtilaf caiz olan və olmayan diyə ikiyə ayrılır
əqidə və muhkem nasslarda ixtilaf etmek
və qarşısındakini təhqir etmək zemmedilmiş ikən
müteşabihatta qarşısindaki incitmədən ixtilaf caiz görülmüş

bu məsələ haqqinda oxuduqlarim bax beledir.


#9 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 30 апреля 2010 - 17:49

müteşabihatta qarşısindaki incitmədən ixtilaf caiz görülmüş

Bəs həmən mütəşabehləri anlatacaq biri yoxdurmu?Yoxsa Allah bizə bildirməmişdir həmən mütəşabehlərdə məqsəd nədir?

Qeyd: Yuxarıda yazdığım əhli sünnə və sələfi alimlərindən başqa digər alimlər də bu hədisə zəif demişlər. Ehtiyac olsa, onların da rəyini gətirərəm. Digər bir qrup sənəd baxımından rəy bildirməsə də, mətninə görə məqbul hesab edib, müxtəlif cür yozmuşlar.

#10 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 апреля 2010 - 18:02

«Əbdulmömin Ənsari İmam Sadiqə (ə) ərz etdi:«Bir dəstə insan rəvayət edir ki, Allahın Peyğəmbəri (s) buyurub:«Mənim ümmətimin ixtilafı rəhmətdir.» İmam (ə) buyurdu: «Doğru deyirlər» (Əbdulmömin deyir) Əzr etdim:«Əgər onların ixtilafı rəhmətdirsə, onda onların vəhdəti əzabdır?» Həzrət buyurdu:«Bu hədisin mənası sənin və onların başa düşdüyü kimi deyil. Əslində peyğəmbər Allahın bu «Niyə onların hər bir dəstəsindən müəyyən sayda camaat köçmür…» kəlamını nəzərdə tutmuşdur. Allah onlara əmr etdi ki, hər yerdən Peyğəmbərin (s) yanına gəlib dərs alsınlar, sonra öz xalqlarının yanına qayıtsınlar və öz biliklərini onlara öyrətsinlər. Peyğəmbərin (s) məqsədi ixtilaf dedikdə dində olan ixtilaf və parçalanma deyil, onların öz şəhərlərindən gəliş-gedişidir. Çünki din vahiddir.» Məanil-Əxbar, səh.157, hədis 1

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#11 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 30 апреля 2010 - 18:15

«Əbdulmömin Ənsari İmam Sadiqə (ə) ərz etdi:«Bir dəstə insan rəvayət edir ki, Allahın Peyğəmbəri (s) buyurub:«Mənim ümmətimin ixtilafı rəhmətdir.» İmam (ə) buyurdu: «Doğru deyirlər» (Əbdulmömin deyir) Əzr etdim:«Əgər onların ixtilafı rəhmətdirsə, onda onların vəhdəti əzabdır?» Həzrət buyurdu:«Bu hədisin mənası sənin və onların başa düşdüyü kimi deyil. Əslində peyğəmbər Allahın bu «Niyə onların hər bir dəstəsindən müəyyən sayda camaat köçmür…» kəlamını nəzərdə tutmuşdur. Allah onlara əmr etdi ki, hər yerdən Peyğəmbərin (s) yanına gəlib dərs alsınlar, sonra öz xalqlarının yanına qayıtsınlar və öz biliklərini onlara öyrətsinlər. Peyğəmbərin (s) məqsədi ixtilaf dedikdə dində olan ixtilaf və parçalanma deyil, onların öz şəhərlərindən gəliş-gedişidir. Çünki din vahiddir.» Məanil-Əxbar, səh.157, hədis 1

Bu hissə heç cür 4 məzhəbin dediyinin eynisi deyil.
Bir də, İmam Xomeyni bildiyim qədərilə, "Ümmətin ixtilafı rəhmətdir" deyənlərlə razılaşmır.
Əgər hədis səhihdirsə, o zaman onun şərhinə fikir vermək lazımdır ki, bu da dinlə bağlı deyil, şəhərlərə gediş və gəlişlə bağlıdır.
Məgər şiələr "Ümmətin ixtilafı rəhmətdir" hədisini səhih hesab edirlər? Hansı alimlər?

#12 Hakkani

Hakkani

    Raqib – Seargeant

  • Murid
  • 105 сообщений

Отправлено 04 мая 2010 - 14:23

müteşabihatta qarşısindaki incitmədən ixtilaf caiz görülmüş

Bəs həmən mütəşabehləri anlatacaq biri yoxdurmu?Yoxsa Allah bizə bildirməmişdir həmən mütəşabehlərdə məqsəd nədir?


Müteşabihlerin bir qismini diger ayelerde
bir qismini Rasulullah'ın hedisleri
bir qismini diger alimler
bir qismini da zaman tefsir eder.


#13 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 04 мая 2010 - 14:38

müteşabihatta qarşısindaki incitmədən ixtilaf caiz görülmüş

Bəs həmən mütəşabehləri anlatacaq biri yoxdurmu?Yoxsa Allah bizə bildirməmişdir həmən mütəşabehlərdə məqsəd nədir?


Müteşabihlerin bir qismini diger ayelerde
bir qismini Rasulullah'ın hedisleri
bir qismini diger alimler
bir qismini da zaman tefsir eder.


Ömrümdə ilk dəfədi Aykutla müəyyən qədər razılaşmalı oluram :gizildish: Buna da şükür, böyük irəliləyişdir.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#14 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 26 мая 2010 - 22:34

Şair, səninlə bu barədə söhbətimiz olmuşdu deyəsən....
Həmin hədis barədə... az da olsa, istifadə etmək olar.

"Ümmetinim ihtilafı rahmettir" hadisi.

Bu hadisi Ehl-i Sünnet alimleri, "bir fıkhi hükümde mezheplerin ihtilafı müslümanlar için rahmettir, zira o konuda herkes kendi haline uygun olan istediği hükme göre amel eder, bu da onun için bir rahmettir," şeklinde yorumluyorlar. "Mesela bir konuda İmam Malik şiddet ve katılık gösteriyorsa aynı konuda kolaylık gösteren Ebu Hanife'nin görüşüne göre amel edebilir." diyorlar.
Ama şia bu hadisin başka bir anlamda olduğunu söylüyor. Çünkü Şia'nın hadis kaynaklarında nakledilen bir hadiste şöyle kaydedilmiştir. İmam Ca'fer Sadık (a.s)'tan "Ümmetimin ihtilafı rahmettir" hadisi için bu nasıl olur diye sorulunca, Hz. İmam Ca'fer Sadık(a.s) "Allah'ın Resulü doğru söylemiştir" dedi. O zaman soruyu soran şahıs "Eğer ihtilafları rahmet ise birlikleri bela mıdır, dedi. İmam: "Hayır, senin anladığın ve onların anladığı (yani Ehl-i Sünnet alimlerinin anladığı) şekilde değildir. Bundan Hz. Rasulullah (s.a.a) Müslümanların karşılıklı ilim almak için birbirlerinin nezdine gitmelerini kastediyor" diyerek Tövbe suresinin 122. ayetine istinad etti. Bu ayette Allah-u Teala şöyle buyuruyor
"Onlardan her bir fırkadan bir grup yok mu gidip ilim öğrensin ve döndüklerinde kendi kavimlerini korkutsunlar belki onlar sakınırlar." Daha sonra imam Cafer Sadık (A.S) sözlerine şöyle devam ettiler. "Eğer dinde ihtilaf etseler şeytanın hizbi olurlar." (Yani, hadiste geçen "ihtilaf" kelimesi Arapça'da bir çok anlamda kullanıldığı gibi "gidip-gelmek" anlamındadır. Bu hadiste ise ümmetin ilim için sefere çıkması anlamındadır, tefrika ve görüş ayrılığı anlamında değildir.)
Görüldüğü üzere bu açıklama doyurucu bir tefsir olup inanç birliğine davet etmekte ve tefrikayı reddetmektedir.'1) Oysa Ehl-i Sünnetin geçen hadise getirdikleri yorumları makul bir yorum değildir. Zira bu yorum fırkalara bölünüp Müslümanların çeşitli mezheplere ayrılmasına sebep olmaktadır.
Dolayısıyla da tek bir inanç etrafında toplanmaya davet eden Kur'an-ı Kerim'in ayetleriyle bağdaşmıyor. Allah-u Teala Mu'minun suresinin 52. ayetinde şöyle buyuruyor: Yani "Bu sizin tek ümmetinizdir. Ben de sizin Rabbinizim, benden sakının."
Al-i imran suresinin 203 ayetinde de buyuruyor: Yani “Hep birlikte Allah’ın ipine sarılın ve tefrikaya düşmeyin.”
1- Bu ihtilafın küçük bir örneği şudur: Besmele'yi namazda söylemek Malikilere göre mekruh, Şafiilere göre farz, Hanefilere göre müstahaptır. Hanbeliler ise cebren kılınan namazlarda sessiz olarak okunmasını söylüyorlar.
Yine Enfal suresinin 46. ayetinde de buyuruyor. Yani, "Birbirinizle çekişmeyin, sonra zayıflarsınız ve kuvvetiniz kalmaz."
Bir ümmetin, fertlerini birbirlerine düşman kılan ve neticede birbirlerini küfre düşmekle suçlamağa ve hatta başkalarının kanını dökmeği bile helal saymaya sebep olan tefrikadan yani mezhebi bölünmelerden daha kötü bir ayrılık düşünülebilir mi? Tarih boyunca vuku bulan olaylar bunun en büyük şahitleridir. Oysa Allah-u Teala Müslümanları bölündükleri takdirde ne gibi korkunç sonuçlarla karşılaşacaklarından haberdar etmiştir. Al-i İmran suresinin 105 ayetinde şöyle buyuruyor
Yani: "kendilerine apaçık deliller geldikten sonra da gene bölük-bölük olanlara, gene ayrılığa düşenlere benzemeyin."
  • Şair это нравится
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#15 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 26 мая 2010 - 22:35

Ve En'am suresinin 159. ayetinde buyuruyor, ve yine Rum suresinin 21 ve 21 ayetlerinde de buyuruyor ki: Yani: "Müşriklerden olmayın; onlar ki dinlerini böldüler ve grup-grup oldular, her bir hizip kendi sahip olduğuyla sevinmektedir."
Burada şu noktaya işaret etmekte yarar görüyorum: Ayette geçen şiye'an (grup-grup) kelimesinin bazı insanların zannettiği gibi şia ile hiç bir ilgisi yoktur. Bir defasında bir cahil gelip bana nasihat ederek şunları söyledi: "Şia'yı bırak! Zira onları Allah sevmemektedir. Resulünü de onlardan olmaktan sakındırmıştır." O'na "Bu hususta bir delilin var mıdır?" dediğimde, cevap olarak yukarıda okuduğumuz "Onlar ki dinlerini bölüp grup-grup oldular sen onlardan değilsin" ayetini okudu. Ona ayette geçen şiye'an kelimesinin grup-grup demek olduğunu ve bunun şia ile hiç bir ilgisi olmadığı hususunda ikna etmeğe çalıştım, fakat ne yazık ki o, yine kendi batıl sözünde Israr etti.'1' Zira ona Allah'ın cisim olduğunu öğreten Cami
l - Oysa ki Kur'an-ı Kerim'de Şia kelimesi bazen övgü makamında da kullanılmıştır. Mesela Saf f at suresinin 83. ayet-i Kerimesin "Gerçekten İbrahim, Nuh un şiasındandır." Yani iman ve hidayette ona uyanlardandır"
İmamı(!) böyle öğretmişti ve Şia'dan uzak durmasını tavsiye etmişti. O, artık kendi kafasına yerleşenden başkasını kabul edemezdi!
Şimdi asıl konuya dönmek istiyorum. Ben hakikati bilmeden önce "Ümmetimin ihtilafı rahmettir" hadisini okuyup, Hz. Rasulullah (s.a.a)'den nakledilen yani: "Yakında ümmetim yetmiş iki fırkaya bölünecek onların içinden bir grup hariç hepsi Cehennem'e gidecek'1) (1 - Sünen-i İbn-i Mace, Kitabul Fiten, c.2. Hadis 3993 Müsned-i Ahmed, c3. s.120. Sahih-i Tirmiîi, Kitabul İman.) Hadisiyle karşılaştırdığımda devamlı olarak hayrete kapılıyor kendi kendime şöyle soruyordum. Nasıl olur da ümmetin bölünmesi rahmet olduğu halde ateşe girmesine de sebep oluyor?
Fakat Hz. İmam Sadık(a.s)'ın geçen hadisle ilgili açıklamasını gördükten sonra artık sözkonusu hayretim ortadan kalktı ve Ehl-i Beyt İmamlarının hidayet İmamları ve karanlığı aydınlatan nur, ve gerçekten de onların Kur'an'ın ve sünnet'in tercümanları olduklarını ve onlar hakkında Hz. Resulullah (s.a.a)'ın: Yani: "Benim Ehl-i Beyt'im sizin aranızda aynen Nuh'un gemisine benzer. Her kim o gemiye bindiyse kurtuldu ve her kim ondan geriye kaldıysa boğulup helak oldu. Onlardan öne geçmeyin helak olursunuz. Onlardan geri kalmayın (yine) helak olursunuz. Onlara bir şey öğretmeğe kalkmayın, çünkü onlar sizden daha çok biliyor.1 (1 - Savaiku'l Muhrika, s.136 ve 227 Cami’us Sağir, c.2, s.l31 Musned-i Ahmed, c.3, s.l7 ve c.4, s366. Hilyet'ul Evliya, c.4, s306. Mustedrek'us Sahiheyn. c2, s.151. Talhis-i Zehebi-ElMu'cem'us Sağir-i Tabarani. c2, s22) diye buyurduğu hadisinin hak olduğunu iyice anladım.
Hz. imam Ali (a.s) hak olarak Ehl-i Beyt hakkında şöyle Buyuruyor: "Peygamberinizin Ehl-i Beyt'ine bakınız ve onlara sarılın; onlara tabi olun; onlar sizi hidayetten çıkarmaz ve sizi kötülüye çevirmez. Eğer onlar otursalar siz de oturun; eğer onlar kalksalar siz de kalkın Onlardan öne geçmeyin sapıklığa düşersiniz; onlardan geri kalmayın helak olursunuz.'1 (1 - Nehc'ul Belaga, c2. s.190.)
Yine Hazret Ali (a.s) Ehl-i Beyt'in değerini açıkladığı başka bir hutbede şöyle buyuruyor: "Onlar ilmin hayatı, cehaletin ölümüdürler, onların hilmi, onlann ilminden, onların zahiri onların batınından, onların susması mantıklarının hikmetinden haber vermektedir. Onlar hakka muhalefet etmezler ve onda ihtilafa düşmezler. Onlar İslam'ın direkleri ve kurtuluş sığınaklarıdırlar. Onlarla hak, kendi haddine (kemaline) ulaştı; ve batıl yerinden koparılıp dili kökünden kesildi Onlar dini koruma ve uygulama aklıyla taakkül etmişler;
duymak ve nakletmek aklıyla değil; ilmi nakledenler çok olur ama ona riayet eden ise az olur.2 2 - Nehc'ul Belaga, c3, s.439.
Evet, ilmin kapısı olan Hz. İmam Ali(a.s) doğru söylemiştir. Gerçekten de dini korumak ve riayet etmek için dinleyip düşünenle nakletme amacıyla dinleyen kimsenin arasında çok büyük bir fark vardır. Dinleyip de nakledenler çoktur. Resulullah'ın (s.a.a) meclisinde hazır olup o hazretten hadis dinleyip hadisin anlamım doğru şekilde kavramadan nakleden sahabeler az değildir. Bunlar bazen de O hazretin maksadının aksini nakletmişlerdir. Ama hadisi anlayarak nakledenler ise pek azdır, insan bazen ömrünü ilimde harcamasına rağmen ancak belli bir dalda kendini yetiştirebiliyor. Hatta bazen belli bir ilmin veya sanatın ancak bir dalında uzman olabiliyor ama bütün dallarına yönelemiyor. Ama Ehl-i Beyt imamlarının bütün ilimlerin muhtelif dallarında derin bir ilme sahib oldukları tarihi araştıran için bellidir. Tarih Hz. İmam Ali (a.s)'nın derin ilahi ilmini ispatlayan örneklerle doludur. Bunun diğer bir şahidi de Hz. İmam Muhammed Bakır ve İmam Cafer Sadık'ın oluşturduğu ilim mektepleridir. Bu mekteplerde binlerce bilgin; fıkıh, kelam, tefsir, kimya, vb. ilim dallarında öğrenim görmüştür.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#16 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 27 июня 2010 - 20:15

Saqi, təşəkkür edirəm. Hz İmam Sadiqdən nəql olunan hədis hər şeyi cavablayır. Ancaq sünnülərin dediyi o hədis sənəd cəhətdən zəifdi, həm də Kitabus Sittədə də keçməyib. Bəzən mənasını təhrif edib deyirlər. Ancaq İmam Sadiqdən nəql olunan hədisdə "ixtilaf" sözünün tam başqa bir mənada olduğu aydınlaşır

#17 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 28 июня 2010 - 00:21

Saqi, təşəkkür edirəm. Hz İmam Sadiqdən nəql olunan hədis hər şeyi cavablayır. Ancaq sünnülərin dediyi o hədis sənəd cəhətdən zəifdi, həm də Kitabus Sittədə də keçməyib. Bəzən mənasını təhrif edib deyirlər. Ancaq İmam Sadiqdən nəql olunan hədisdə "ixtilaf" sözünün tam başqa bir mənada olduğu aydınlaşır

Şair Qaqaş, sünniçoklar hər yerdə öz "TUPOYLUQLARI" İLƏ MƏŞHURDULAR, BURDA DA BELƏDİR! Şeydi - zaddı aliləri Nasibilərin Rəisi Məhəmməd Nəsirəddin Albani bu hədisi öz TUPOY BAŞINA görə təhlil edib, lakin, " qandığı qrafası" olmadığı üçün, URUS demişkən " ne vyexal!" Tək bu məsələ olsaydı, dərd yarı olardı! Görüm bir hədis var eşələyib tapsam, baxarsan, Sünniçoklar bu hədis barədə də GİRİNC qalıblar! Bir dəfə mən Suriyada təhsil almış bir tələbə ilə söhbət əsnasında bu hədisi onunçün " xırdaladım", gic oldu, dedim ki, " demək, təfəkkür tərzinizdə qüsur olduğu üçün qəbul edə bilmirsiniz!" Yaman pərt olmuşdu, nə isə... ALLAH Hidayət eləsin, Hidayət də olmasa, axırı bir şey eləsin, məsələn, Afət, Bəşir, Nikolay, İvan və s.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#18 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 28 июня 2010 - 00:27

Şair, tapdım, buyurub nəzər edərsən, inşəALLAH!
Quran buyurur:

“Ətrafda elə adamlar vardır ki, hamısını simalarından tanıyırlar.”
“Əraf” surəsi, ayə 46.
İmam Sələbi “Təfsiri Kəbir” kitabında bu ayənin təfsirində yazır: “Əraf, Sirat körpüsünün ən uca yeridir ki, Abbas, Həmzə, Əli (Ə) və Cəfər Təyyar orada oturublar. Onlar dostlarını ağ üzlərindən və düşmənlərini qara üzlərindən tanıyırlar.”
Hakim öz sənədlərinə əsasən, Əli (Ə) haqqında nəql etmişdir: “Biz Qiyamət günü Behiştlə Cəhənnəm arasında dayanacağıq. Bizə kömək edənləri üzlərindən tanıyırıq, onları Behiştə daxil edəcəyik. Bizimlə düşmənçilik edənləri də simalarından tanıyırıq.” Salman Farsidən çatmışdır ki, Peyğəmbər (S) Əiyə (Ə) buyururdu: “Sən və övladların ki, Canişinlərinizdir, Ərafda yerləşəcəksiniz.”
Bunu təsdiq edən hədis ibni Həcərin “Əs Səvaiqül Mühriqə” kitabının 2 – ci fəslinin 9 – cu babında Darqutninin hədisidir: “Əli (Ə) Ömər ibni Xəttabın 6 nəfəri arasında xilafəti müzakirəyə qoyduğu şəxslərə uzun nitq söyləyən vaxtda dedi: “Siz ALLAH, deyin görüm aranızda Məndən başqa elə bir adam vardır ki, Peyğəmbər (S) ona buyurmuş olsun – Sən Qiyamətdə Behişt ilə Cəhənnəmi bölüşdürəsən?” Dedilər: “ALLAH bilir ki, yox.”
İbni Həcər deyir: “Bu sözün mənası Əntərənin imam Rzadan (Ə) nəql etdiyi hədisdir: “Peyğəmbər (S) Əliyə (Ə) buyurur “Ey Əli! Sən Behiştlə Cəhənnəmi bölüşdürənsən. Qiyamət günü Cəhənnəm oduna deyərsən: “Bu Məndəndir, o biri səndən.”
İbni Həcər deyir: “İbni Səmman nəql etmişdir ki, Əbu Bəkr Əliyə (Ə) dedi: “Peyğəmbərdən eşitdim ki, Əlinin (Ə) icazəsi olmadan heç kəs Siratdan keçməyəcək.”
Peyğəmbər (S) buyurur: “Əli (Ə) Cənnət və Cəhənnəmin bölücüsüdür.”
Şeyx Süleyman Bəxla Hənəfi “Yənabiul Məvəddə”, 7 – ci bab.
Bu bölmü Şeyx Süleyman Bəxla Hənəfi belə adlandırmışdır: “Həzrət Əlinin (Ə) Rəsulallaha (S) nəfsi kimi olmasının bəyanı və Əli Məndəndir və Mən də Ondanam.” Bu bölümdə Əli (Ə) barədə Peyğəmbərdən (S) 24 hədis nəql etmişdir: “Peyğəmbər (S) buyurmuşdur: “Əli (Ə) Mənim nəfsim mislindədir.” Həmin babın sonunda “Mənaqib” kitabından Cabirdən belə nəql edir: “Rəsulallahın belə buyurduğunu eşitdim: “Əlidə (Ə) bir qrup xislətlər (xüsusiyyətlər) vardır ki, əcər onlardan biri hər hansı bir kəsdə olsaydı, fəzillər və şərəf baxımındanona kifayət olardı.”
Əhli Sünnə alimi Məhəmməd ibni Yusif Gənci Şafei “Kifayətut Talib” kitabının 3 – cü babının sonunda sənədlə Məhəmməd ibni Mənzur Tusidən belə rəvayət edir: “Biz imam Əhməd ibni Hənbəlin yanında idik. Bir nəfər ondan soruşdu: “Ey Əbu Əbdullah, Həzrət Əlinin (Ə) “Mən Cəhənnəmi bölənəm” – sözü haqqında nə deyə bilərsiniz?” İmam Hənbəl belə cavab verdi: “Bunu heç kim inkar edə bilməz, çünki Rəsulallah Həzrət Əliyə (Ə) belə buyurmuşdur: “Səni yalnız mömin sevər və ancaq münafiq nifrət edər.” Mən də “Bəli, elədir” dedim. İmam Hənbəl daha sonra mövzunu izah edərək belə dedi: “Söyləyin, möminin yeri hardadır?” Biz: “Cənnətdədir” – dedik. Təkrar soruşdu: “Münafiqin yeri haradadır?” Biz: “Cəhənnəmdədir” dedikdə, imam Hənbəl dedi: “Bu halda, Əlinin (Ə) Cəhənnəmi bölən olduğu doğrudur.”
  • Şair это нравится
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#19 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 29 июня 2010 - 18:51

Bu da balaca əlavə....
İMÂM ALİ (A.S), CENNET VE CEHENNEMİ BÖLENDİR

500- Senetli bir hadiste Resulullahın (s.a.a) Hz. Aliye (a.s) hitaben şöyle buyurduğu nakledilmiştir: "Ya Ali, sen cenneti ve (cehennem) ateşini bölensin; senin muhabbetinle iyiler kötülerden tanınır; hayır ve şer ehli insanlar ve müminlerle kâfirler birbirinden ayrılır." [556]
501- Resulullah (s.a.a): "Ya Ali, sen cenneti ve (cehennem) ateşini bölensin." [557]
502- Resulullah (s.a.a): "Ali, cenneti ve (cehennem) ateşini bölendir." [558]
503- Hz. Aliden (a.s) Resulullahın (s.a.a) kendisine hitaben şöyle buyurduğu nakledilmiştir:
"Ya Ali, sen Kıyâmet günü cenneti ve (cehennem) ateşini bölecek kimsesin. Ateşe şöyle hitap edeceksin: Bu senindir, bu da benim!" [559]
504- Emirül-Müminin Ali (a.s): "Kıyâmet gününde (cehennem) ateşini ben böleceğim. Ateşe bu senindir bu da benim diye hitap edeceğim."
Bir kalkandır Alinin muhabbeti
O muhabbet böler nârı, cenneti
Mustafânın vasîsidir hak üzre
Farzdır inse-cine hak imâmeti. [560]
505- Ebû Saîd, Resulullahtan (s.a.a) nakletmiştir; şöyle buyurdu:
"Kıyâmet günü olduğunda cennetle görevli Rıdvan ve cehennemle görevli Malik isimli melekler, cennet ve cehennemin anahtarlarıyla bana gelecekler; ben onlara Anahtarları Aliye verin diyeceğim." [561]
506- Abdullah İbn Abbâs Resulullahın (s.a.a) kendisine hitaben şöyle buyurduğunu nakletmiştir:
"Ey İbn Abbâs, Aliden asla ayrılma; hiç şüphesiz hak onun dilinde ve kalbindedir. O cennetin ve cehennemin kilidi ve anahtarıdır. Onunla (insanlar) cennete ve cehenneme gireceklerdir." [562]
507- Senetli bir hadiste Resulullahtan (s.a.a) şöyle nakledilmiştir:
"Ya Ali, sen (cehennem) ateşini ve cenneti bölensin. Sen cennet kapısını çalıp sevenlerini sorgusuz bir şekilde ona sokacaksın." [563]
508- İmâm Muhammed Bâkır (a.s) kanalıyla Hz. Emi-rül-Müminin Aliden (a.s) şöyle rivâyet edilmiştir:
"Cenneti ve (cehennem) ateşini bölen benim; sevenlerimi cennete, düşmanlarımı ise cehenneme sokacağım." [564]
509- Bir rivâyette şöyle geçmektedir: "Emirül-Mumi-nin Ali (a.s) ayağa kalkarak bir hutbe okudu; Allaha hamd u senâdan sonra şöyle buyurdu:
"Ey insanlar topluluğu, bizi seven birisi ateşe girmez ve bize düşmanlık besleyen kimse de cennete girmez. Cenneti ve (cehennem) ateşini bölen benim. Cennet ve cehennem arasını ben taksim edeceğim; Bu sağdan cennete girsin ve bu soldan ateşe girsin diye hitap edeceğim. Yine Kıyâmet gününde cehenneme şöyle hitap edeceğim: Bu senin, bu da benim. Bilahare bütün Şîalarım, çakan yıldırımlar, şiddetli şimşekler süratli kuşlar ve koşan atlar gibi Sırât üzerinden geçeceklerdir!"
510- Câbir-i Cufî vasıtayla, Resulullahın (s.a.a) Âi-şeye şöyle buyurduğu nakledilmiştir:
"Ali hakkında bana eziyet etme; zira hiç şüphesiz o, Müminlerin Emiri ve Müslümanların efendisidir. Allah Kıyâmet gününde onu Sırâtın üzerinde oturtacaktır; böylece o, dostlarını cennete ve düşmanlarını da (cehennem) ateşine sokacaktır." [565]
511- İmâm Muhammedül-Bâkır (a.s), babalarından, Resulullahın (s.a.a) şöyle buyurduğunu nakletmiştir:
"Ya Ali, nasıl olacaksın, cehennemin kenarında durduğunda ve Sırâta geldiğinde; (o gün ki) insanlara geçin denilecek ve sen cehenneme şöyle hitap edeceksin: Bu senin, bu da benim! Hz. Ali (a.s) Ya Resulallah, (bunlar da benim diyeceğim) o kimseler, kimlerdir? diye sorduğunda, şöyle buyurdu. Onlar senin Şîalarındır; sen nerede olursan, onlar da seninle olacaklardır." [566]
512- Resulullah (s.a.a): "Kıyâmet günü Allah-u Teâlâ, bana ve Ali b. Ebî Tâlibe şöyle buyuracaktır: Sizi sevenleri cennete ve size buğz edenleri (cehennem) ateşine sokun. Allah-u Teâlânın Kurândaki Atın her inatçı kâfiri cehenneme [567] sözü de bunu ifade etmektedir." [568]
513- İbn Abbâs, Resulullahtan (s.a.a) şöyle nakletmiştir:
"Kıyâmet günü olduğunda, Allah, Cebrâîle cennetin kapısında oturmasını ve ancak Ali b. Ebî Tâlibden aldıkları berat belgesini taşıyanları cennete sokmasını emredecektir." [569]
[556]- El-Emâlî (Şeyh Saduk), s.48
[557]- Nurüs-Sekaleyn Tefsiri, c.5, s.441
[558]- El-İsnâ Aşeriyye, s.61, El-Emâlî (Şeyh Sadûk), s.81, Câmiül-Ahbâr, s.15
[559]- Yenâbîül-Mevedde, s.86
[560]- Ferâidüs-Simtayn, c.1, s.326
[561]- İhkâkül-Hak, c.6, s.210.
[562]- İhkâkül-Hak, c.6, s.214.
[563]- Uyûnu Ahbârir Rızâ, c.2, s.27, İhkâkül-Hak, c.7, s.172
[564]- Besâirüd-Derecât, s.415
[565]- İlâmül-Verâ, s.189.
[566]- El- Emâlî (Şeyh Tûsî), c.1, s.93.
[567]- Kâf, 24.
[568]- Bişâretül-Mustafâ, s.144.
[569]- Menâkıbu Ali b. Ebî Tâlib, s.131.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#20 dilaver

dilaver

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 14 августа 2010 - 15:36

Ümumiyyətlə bu sünnə əhlində məşhur ifadədir: "Məzhəblər rəhmətdir". Onlar 4 məzhəbə bölünmələrini bu cürə izah edirlər.


Eziz İslam qardasim.. Əgər ixtilaf barəsində başa düşmədiyin bir sey varsa sene bunu oxumağı meslehet görürəm
“Ümmətimin ixtilafı rəhmətdir” – hədisinə dair bir qeyd
“Ümmətimin ixtilafı rəhmətdir” – hədisinə dair bir qeyd

“Ümmətimin ixtilafı rəhmətdir”. İmam Beyhəqi, Deyləmi kimi mühəddislərin öz əsərlərində yer verdiyi bu hədisi bir çox İslam alimi mötəbər, səhih saymamış, hətta uydurma olduğunu iddia etmişlər. Biz burada bu hədisin istinad zəncirini – sənədini müzakirə etməyəcək, yalnız onun ifadə etdiyi mənadan bəhs edəcəyik.

Bu hədisin məzmununu – mətnini də tənqid edən qardaşlarımız istisna deyildir. Onlar sual verirlər ki, ixtilaf necə ola bilər ki, rəhmət olsun? İxtilaf, parçalanma, qarşıdurma necə rəhmət ola bilər? Çünki sağlam ağıl birliyin, bütövlüyün üstün olduğunu, insan cəmiyyətinə fayda verdiyini qəbul edər. Mənbəyi Allahın vəhyi olan din sağlam ağla zidd olaraq ixtilafın rəhmət olduğunu bildirərmi və i.a.

Əvvəla, burada yanıldığımız bir məsələ var. Bu, hədisdəki “ixtilaf” sözü ilə bağlıdır. Ərəb dilindən bu kəlməni dilimiz də qəbul etmişdir, ancaq bir azca fərqli məna ilə. Belə ki, ərəbcədə ixtilaf “fərqlilik, müxtəliflik” mənasında olub bir məsələ üzərində həmrəy (həmfikir) olmamaq deməkdir (bax: Möcəm əl-Vəsit, I cild, Qahirə, 1985, səh., 260). Azərbaycan dilində isə bir mənası “fikir ayrılığı və bunun nəticəsində bir məsələdən doğan ziddiyyət”dir (Bax: Azərbaycan dilinin izahlı luğəti, II cild). Hədisdə isə “ümmətimin parçalanması və ziddiyyəti” ifadəsi keçmir. Peyğəmbər: “Ümmətim arasındakı fərqlilik, müxtəliflik rəhmətdir”, - deyir ki, bu da Allahın qoyduğu bir qanuna – məxluqatın, insanların, onların fitrətlərinin, bilik və dərketmə səviyyələrinin tərzlərinin fərqliliyinə işarə edir.

Təbii ki, din insan cəmiyyətinin mənafeyini qorumaq üçündür. Buna görə də din heç vaxt ixtilafı – ziddiyyəti, qarşıdurmanı əmr etməz. Necə ki, Allah kitabında buyurur: “Allah və Onun peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!” (əl-Ənfal 46).

Bu ayədə parçalanmadan, ziddiyətdən müsəlmanların uzaq durmalarının zəruriliyi əmr edilmiş və bunun müsəlman cəmiyyətini hansı müsibətlərə məruz qoyacağı da göstərilmişdir.

Eyni zamanda digər bir ayədə oxuyuruq: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran, 103).

Habelə, Quran əhli-kitaba (xristian və yəhudilərə) belə müraciət edir: “(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” (Ali-İmran, 64).

Bu ayələr İslamın, əslində, birləşdirici mahiyyətini ortaya qoyur, onun parçalanma və ziddiyyətdən nəinki müsəlmanları, eləcə də bütün bəşəriyyəti qorumağa çalışdığını göstərir.

Deməli, sözügedən hədis parçalanmanı deyil, fərqliliyi, müxtılifliyi iqrar edir. Müxtəliflik (ixtilaf) isə bu ümmətin donuqluq və ətalətdən uzaq olması üçün bir vasitə kimi nəzərdən keçirilmişdir. Bu səbəbdən ilk İslam mücəddidi (novatoru) Ömər ibn Əbdüləziz demişdi: “Səhabələrin ixtilafsızlığı məni sevindirməzdi. Əgər onlar yalnız eyni bir fikrin dalınca getsəydilər, bu, ümmətə çətinlik yaradardı” (Məhəmməd əbu Zəhra. Məzhəblər tarixi).Həmçinin, bu mənada cavabı İmam Malik Harun ər-Rəşidə onun fiqhini bütün İslam məmələkətlərində hakim etmək fikrinə düşdüyü zaman vermişdir.

Beləliklə, bu rəvayəti və ya onun ifadə etdiyi mənanı bir çox müsəlman elm adamı təsdiqləmiş və hədis müsəlman kütlələrin dilində əzbər olmuşdur. Nə üçün? Çünki o, əslində, Allahın dəyişməyən bir qaydasından (sünnətullahdan) xəbər verir. Yaradılmış hər bir şeydə fərqlilik, müxtəliflik vardır. Əslində, bu, həyatın davamlılığı, tərəqqisi vasitədir. Bu prinsip olmadan həyatın inkişafı mümkün deyildir.

Bəli, fərqlilik (ixtilaf) rəhmətdir. Bu hədis səhih olsa da olmasa da, İslama görə müxtəlifliyin ilahi bir rəhmət, lütf olması bir mədəniyyətdir. Bu isə müsəlmanların ictihad anlayışında, müsəlman cəmiyyətindəki qeyri-müsəlman ünsürlərə olan münasibətdə, müsəlmanların elmə baxışlarında tarixən öz əksini tapmışdır.
Allah razı olsun!




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru