Təklifim budur ki,bu mövzuda on-line meyxana yarışmasi kecirək! Birinci qafiyəni Sizin icazənizlə mən qoyum.
Mənə verirsən zülüm,halımı bilməyirsən,
Bundan yaxşıdır ölüm,halımı bilməyirsən.
__________________________________
Gundə yorub cismimi,danışmır-gulməyirsən,
Ay gozumun ziyasi,bir kəlmə deməyirsən,
İndi soylə bir mənə,zalım sənsən ,ya ki mən,
Məni gundə öldurub,özunsə ölməyirsən,
Mənə verirsən zülüm,halımı bilməyirsən,
Bundan yaxşıdır ölüm,halımı bilməyirsən.
__________________________________
Ay şair hardasan,cıxginən seyranəyə,
Qurdum burda dairə,girginən ümmanəyə,
Qəlbin evin acginən ,döndərmə viranəyə,
Tərk edib bu forumu,gedirsən gəlməyirsən.
Mənə verirsən zülüm,halımı bilməyirsən,
Bundan yaxşıdır ölüm,halımı bilməyirsən.
__________________________________
Сообщение отредактировал MIROTVORES70: 25 апреля 2010 - 11:09