Перейти к содержимому


Фотография

Buxari və Muslimin tövhidi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 6

#1 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 21 мая 2010 - 16:07

عن عبدالله بن عمر: ان رسول الله (ص) راي بصاقاً في جدار القبلة فحكه بيده، ثم اقبل علي الناس، فقال: اذا كان احدكم يصلي فلا يبصق قبل وجهه، فان الله قبل وجهه اذا صلي

Əbdullah ibn Ömər deyir: Allahın Rəsulu (s) məscidin qibləsi tərəfində ağız suyu gördü və oranı təmizlədi. Sonra üzünü camaata tutaraq buyurdu : Sizlərdən hər biriniz namaz qılan zaman öz qarşınıza ağzınızın suyunu atmamalısınız. Çünki namaz qılınan vaxt Allah sizin qarşınızda dayanır.
Səhih Buxari c.1, Kitabus-salat bab-حك البزاق بايد من المسجد ;
Səhih Müslüm c.2, Bab-Ənnəhyu ənil busaq fil məscidi fis-səlati və ğeyriha.



عن عبدالله ره قال: بينا النبي (ص) يصلي رأي في قبلة المسجد نخامة فحكها بيده، ثم قال: ان احدكم اذا كان في الصلوة فان الله حيال وجهه، فلا يتخمن حيال وجهه في الصلوة

Əbdullahdan nəql olunmuşdur: Peyğəmbər (s) namaz qılarkən məscidin qibləsində ağız suyu gördü. Əli ilə onu təmizlədi. Onun üzündən qəzəblənməsi və naraht olması bilinirdi. Sonra belə buyurdu:- Sizlərdən hər biriniz namaz qılarkən Allah onun qarşısında durur. Namaz qılarkən öz qarşınıza ağzınızın suyunu atmayın.
Səhih Buxari c.1, Kitabus-səlat, bab: həl yəltəfet liəmri ...; və c.8 Kitabul ədəb bab: Ma yəcuzu minəl ğəzəbi vəşşiddəti li əmrillah!



عن ابي هريرة: ان رسول الله (ص) يصلي رأي نخامة في قبلةالمسجد فأقبل علي الناس، فقال: ما بال احدكم يقوم مستقبل ربه فيتنخع امامه ، ايحب احدكم ان يستقبل فيتنخع في وجهه؟! فاذا تنخع احدكم، فليتنخع عن يساره تحت قدمه، فان لم يجد فليفعل هكذا . ووصف القاسم، فتفل في ثوبه، ثم مسح بعضه علي بعض

Əbu Hüreyrə deyir: Peyğəmbər (s) məscidin qibləsində ağız suyu gördü. Üzünü camaata tərəf çevirib buyurdu:- Nəyə görə sizlərdən biri Allahla üz-üzə durarkən öz qarşısına ağzının və sinəsinin suyunu atır?! Sizin qarşınızda duraraq üzünüzə ağzının və sinəsinin suyunu atan bir kəsin bu əməlini sevirsinizmi?! Əgər sizlərdən hər kəs ağzının, ya sinəsinin suyunu atmaq istəsə, sol ayağının kənarına atsın. Mümkün olmasa əvvəlki kimi etsin.

Hədis ravisi Qasim dedi: Peyğəmbər (s) öz paltarının ətəyini açdı və ağzının suyunu ora atdı. Sonra ətəyini bir-birinə sürtdü. Ravinin özü də əyani surətdə bu işi gördü.Bu hədisi Müslüm iki yolla Əbu Hüreyrədən nəql edir.

Səhih Müslüm c.2, bab: Ənnəhyu ənil busaqi fil məscidi fis-səlati və ğeyrih
Sunən İbn Macə, Kitabus-səlat bab 61


Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 мая 2010 - 21:02

Əhsən, qardaş.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 22 мая 2010 - 23:32

Salamun aleykum.Yeqinki hedisi sehih saysaq bele basha dushulurki bashqa muteshabih ayeleri mohkeme qaytarib netice aldiqimiz kimi meqsed tevil olunaraq basha dushunulen olmalidir.Mescidin ve qible terefin hormetin saxlamaq mescidi bulashdirmamaq namaz qilanda sanki Allahla uzbeuz durub razu niyaz etmeymizin qaydina qalmaq.

#4 bakigeceleri

bakigeceleri

    Arif – Corporal

  • Murid
  • 88 сообщений

Отправлено 30 января 2012 - 02:07

bes deyirler Allah cc (estegfurullah) goydedi?

#5 elmir

elmir

    Arif – Corporal

  • Murid
  • 62 сообщений

Отправлено 30 января 2012 - 11:46

Buxari və Müslimdən ağlasığmaz hədisləri Muhəmməd Səmavi Ticaninin "Zikr Əhlindən Soruşun" kitabından da öyrənə bilərsiz.

#6 ƏLİ HAQDİR

ƏLİ HAQDİR

    Jundi – Soldier

  • Ibtidai
  • 7 сообщений

Отправлено 11 февраля 2012 - 23:09

Səhih-Muslim(Allahin nurlu ayaği) Ebu bekri Sıddıkı(r.a)'in faziletleri babı.

1-(2381)-filankəs,filankəs,filankəsdən deyir ki,Ebu bekr şöyle demiş:Bir mağarada iken başlarimızın üzerinde müşriklerin ayaklarını gördüm.Ve:
-Ya Rasulallah,birisi ayaklarina baksa,ayaklarının altında bizi görecek! dedim.
"Ya Eba Bekr!Üçüncüsü Allah olan iki kişiyi sen ne zannediyorsun!" buyurdular.




Allahin Beli

Əbu Hureyrə deyir:- Peyğəmbər (s) buyurdu:- Allah mövcudatı yaratdıqdan sonra rəhm və qohumluq əlaqəsi qalxaraq Allahın belini tutdu!! Allah buyurdu:- Sakit ol! Ərz etdi:- Bura qohumluqdan əlaqəsini kəsən və sənin dərgahına pənah gətirənlərin yeridir. Allah cavabında buyurdu:- Razı deyilsən sənin ehsan edənlərinə ehsan və səndən qohumluq əlaqəsini kəsənləri isə öz rəhmətimdən ümüdsüz edim? Ərz etdi:- Bəli Pərvərdigara! Razıyam.
Allah buyurdu:- Sənə ehsan edənlərlə və qohumluq əlaqəsini kəsənlərlə bucür rəftar edəcəyəm....

عن ابي هريرة: عن النبي (ص) قال: خلق الله، فلما فرغ منه، قامت الرحم، فاخذت بحقوالرحمن فقال: مه! قالت: هذا مقام العائذبك من القطيعة. قال: الا ترضين ان اصل من وصلك ، واقطع من قطعك؟ قالت: بلي يا رب قال فذالك.

Buxari c-6, Əlləzinə kəfəru surəsinin təfsiri



Müaviyət ibn Həkəm Səkəmidən Peyğəmbər (s) tərəfindən onun kənizinin i`manının yoxlanması barədə belə nəql etmişdir:
Peyğəmbər (s)-a ərz etdim:- Bu kənizi azad edimmi?! Buyurdu onu mənim yanıma gətir. Eləki kənizi Peyğəmbər (s)-in yanına gətirdim, ondan soruşdu: - Allah hardadır? Dedi:-Göydə! Sonra sual etdi:- Mən kiməm? Cavab verdi:-Sən Allahın elçisisən.
Bu yerdə Peyğəmbər (s) buyurdu:- Bu kənizi azad et. Çünki onun i`mani var.

Səhihi Müslüm c-2, Kitabus-salat, bab-Təhrimul kəlami tis-səlat.; Sunəni Davud c-1, Kitabus-səlati bab-Təşmitul atisus-səlat.; Sunəni Nəsai c-2, Kitabul iman bab-Filmərqəbətil muminə.; Sunəni Nəsai c-3, Kitabus-səhvi bab-Əlkəlamu fis-səlat;Muvəttəi Malik c-2? Kitabur-riqaq,bab- la yəhvəzu minəl itiqi fir-riqab. Musnədi Əhməd c-2, s-291, və c-5, s-447,448,449.




Bir gün Əbdullah ibn Ömər Kəbə evini tavaf edirdi. Bir kişi ona yaxınlaşıb soruşdu:- Ey Ömərin oğlu! Allahın öz bəndəsi ilə bir kənarda söhbət etməsi barədə Peyğəmbər (s)-dan bir şey eşitmisənmi? Ömər cavabında dedi:- Bəli eşitmişəm ki;- Peyğəmbər (s) buyurdu: -Qiyamət günü bəndə Allaha o qədər yaxın olarcaqdır ki, onun yanında duraraq bir biri ilə söhbət edəcəklər. Allah bəndəsindən soruşacaq: - Yadındadırmı filan günahı etmışdin? Bəndə deyər:- Bəli, bəli. Bu yolla bəndə öz günahlarının hamısına e`tiraf edəcəkdir. Allah tə`ala deyər:- Arxayın ol! Dünyada sənin günahlarını ifşa etmədiyim kimi bu gün də onların hamısını bağışlayacağam.



Səhihi Buxari c-6, hud surəsinin təfsiri; Səhihi Buxari c-8 Kitabul ədəb; Səhihi Buxari c-3 Kitabul məzalim vəl qəzəb; Səhihi Müslüm c-8, bab- Qəbulu tovbətil qatil; Sunəni İbn Macə c-ع bab- Fima inkərətil cəhmiyə.



Allahim Bizləri Zəlalət Əhlindən Qorusun

#7 ƏLİ HAQDİR

ƏLİ HAQDİR

    Jundi – Soldier

  • Ibtidai
  • 7 сообщений

Отправлено 11 февраля 2012 - 23:21

"Bizə Abdullah ibn Məsləmə, Malikdən; o da ibn Şihabdan; o da Əbu Sələmə ilə Əbu Əbdillah əl-Əğarrdan; bunların hər ikisi Əbu Hureyreden təhdis etdilər ki, Rəsulullah (s) belə demişdir: "Gecənin son üçdə bir hissəsi qalan zaman Təbarək və Taala (Uca) Rəbbimiz hər gecə dünya səmasına enər və: "Mənə kim dua edər ki, onun duasını isticab (qəbul) edim! Məndən kim bir ehtiyac istəyər ki, onun diləyini verim! Məndən kim bağışlanmaq istəyər ki, mən də onu bağışlayım!"-deyə buyurar".
(Buxari, "Əs-Səhih", Təhəccüd namazı kitabı, hədis 26)



Allah ayağını Cəhənnəmə qoymayınca dolmayacaqdır
Bu hədisi “Səhiheyn”in müəllifləri (Müslüm və Buxari) Əbdürrəzzaqdan, o da Müəmmərdən, o da Həmmamdan, o da Əbu Hüreyrədən və o da Həzrəti Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir:
“Cənnət ilə cəhənnəm bir-birləri ilə mübahisəyə başlayarlar. Cəhənnəmin şö”lələnən alovu (özünü öyərək) deyər: Mən səndən daha üstünəm. Çünki zalım və sitəmkar insanlar mənim odumda cəzalandırılacaqlar.
Cənnət bu sözləri eşidib çox narahat olar və xeyli gileylənər: Nə üçün zəif və düşgün insanlar yalnız mənə daxil olurlar?!
Allah-təala cənnətə deyər: Mən öz rəhmətimi istədiyim şəxsə şamil edərəm və onlar sənin təbəqələrində sakin olarlar. (Sonra cəhənnəmə deyər:) Sən isə Mənim bəndələrimə verdiyim cəza və əzablar məkanısan. Bəndələrimdən istədiyimi əzaba düçar edər və sənin atəşinə ataram.
Onların hər birisinin (cənnət və cəhənnəmin) müəyyən tutumu vardır. Amma Allah-təala ayağını cəhənnəmin ortasına qoyub “bəsdir!” deməyincə günahkar və zalım insanlar oraya atılarlar (“Səhihi-Buxari”, 3-cü cild, səh. 127, “Qaf” surəsinin təfsiri; “Səhihi-Müslüm”, 2-ci cild, səh.482; “Zülmkarlar cəhənnəmə, zəif və düşgünlər isə cənnətə daxil olarlar” babı.



Hə birdə Qardaşlar Bu Hədislər Təhrif Olunmuş Tövrata və İncilə Əsasən SƏHİHDİR
yəni Şəkk Eləmiyin :lol: :loool: :loool:




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru