Bu mövzu "Nehcül Belağe" kitabına tutulan iradlardan birine hesr olunub. Bezi müxalifler "Nehcül Belağe"-nin senedlerinin etibarsız olduğunu bildirirler. Bunun evezinde Ahli-Beyt (a) mezhebinin ardıcıları "Nehcül Belağe" kitabını tam etibarlı menbe hesab edirler. Bu yaxınlarda alim Bəxtiyar İsmayılzadənin "Nehcül Belağe" barede yazdığı bir meqalesi ile rastlaşdım. Hele hemin meqaleni esas götürerek bu mövzunu açmaq qerarına geldim.
Bəziləri deyiblər ki, Seyyid Rəzi, İmam Əlinin (ə) bütün xütbə, kəlam və namələrini rəvayət eləyib. Hətta bəzi məktubları da qısaldıb. Və güya bu kəlamların elmi mənbəyi yoxdur, sənədsiz olaraq yazılmışdır. Fiqhdə də onu dəlil kimi istifadə etmək olmaz.
“Nəhcul bəlağə”nin mötəbər kitab kimi cap olunması ;
Qeyd etdiyimiz kimi təhqiqatlatrdan bəzisi “Nəhcul bəlağə”nın sənədlərini təsdiq edən vaxt başa düşürlər ki, Seyyid Rəzi, İmamın (ə) bütün kəlamlarını nəql etmişdir. Çox səliqə ilə işlənmiş və yalnız gözəl hissələrini qeyd edib, onların ardını yazmışdır. Başqa təhqiqatçılar bir daha zəhmət çəkib, İmam Əlinin (ə) bütün xütbə, məktub və qısa kəlamlarını əsl mənbədə olduğu kimi kamil surətdə cəm edib , yazıblar və öz sənədlərində qeyd ediblər ki, həqiqətən “Nəhcul bəlağə” möhkəm sənədli və etibarlı bir kitabdır, ona etimad etmək olar.
“Nəhcul bəlağə”nin sənədləri;
Çox saylı alim və tədqiqatçılar “Nəhcul bəlağə”nin mötəbərliyini təsdiq edən sənədlər barəsində kitablar yazıblar. Burada, “Nəhcul bəlağə”nin sənədlərini qeyd edən alimlərin təkcə bir neçəsinin adını çəkmək istərdik;
1.Hadi , “Kaşiful-fəta” (Hadi Kaşiful-Ğita) ləqəbli bir alim olub. “Mustədrkun Nəhcul Bəlağə “ yəni “Nəhcul bəlağənin sənədləri” adlı bir kitab yazıb. Orada “Nəhcul bəlağə”nin xütbə, namə və hikmətli sözlərinin bütün sənədlərini başqa bir mənbədən gətirir.
2. Məhəmməd Baqir Məhmudi, “ Nəhcül fəsahə fimüstədrəkul Nəhcul bəlağə” adlı səkkiz cilddən ibarət kitab yazır. Birinci, ikinci və üçüncü cildlər xütbələr, dörd və beş namələr, altı dua və hacətlər, yeddi və səkkizinci cildlər isə qısa kəlamlar və vəsiyyətlərin sənədlərindən bəhs edir.
3. Seyyid Huseyn Mircəhani , hicri qəməri tarixi ilə 1387-ci ildə “ Mibahul-bəlağə” adlı bir kitab yazıb. Bu kitab dörd bölmədən təşkil olunub. Adını şəkdiyimiz kitablar “Nəhcul bəlağə”nin tam etimadlı bir kitab olmasını təsdiqləyir.
Bextiyar İsmayılzadə, "Nehcül Bəlağə" meqaləsi
Yani, "Nehcül Belağe"-nin senedleri bir çox alimler terefinden yoxlanılıb ve kitabın tam etimadlı olması sübuta yetirilib. İrad tutula biler ki, bes Seyyid Razi "Nehcül Belağe"-ni yazanda orda heç bir sened qeyd etmemişdir ve kitabın senedleri alimler terefinden nece yoxlanılmışdir. Bu irada cavabı diger bir hemyerlimiz Qum telebesi Elşən İsmayilzadə cavablandırmışdır.
Seyid Rəzi, bu kəlamları toplayarkən həzrətin bəzi kəlamlarını və hətta gətirdiyi xütbə məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alimlərin səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful-Ğita “Müstədrəkün-Nəhcül-bəlağə” və Rza Ustadi ”Mədarike-Nəhcül-bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışlar. Buna misal olaraq, bir nümunəni nəzərinizə çatdırırıq. Nəhcül-bəlağənin 3-cü xütbəsi- “Şiqşiqiyyə” xütbəsini Seyid Rəzi öz kitabında gətirmiş, amma haradan nəql etdiyini qeyd etməmişdir. Necə ki, başqa mənbələrə əsasən, Seyid Rəzidən qabaq yaşayan, Şeyx Səduqun “İləlüş-şəraye” və “Əlcəməl” adlı əsərlərində bu xütbə vardır.
Bunu da qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) mübarək kəlamlarını hələ Seyid Rəzidən öncə həzrətin öz səhabə və silahdaşı olan Zeyn ibn Vəhab (37 h. q. t.-i ilə Süffeyn döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə Əbu Süleyman Zeyd ibn Vəhab (vəfatı h. q. t. ilə 96-cı ildə), İsmayıl ibn Mehran Səkuni (h.q. t. ilə 3, miladi ilə 9-cu əsr), Əbül Qasim Əbdul Əzim Həsəni (təvəllüdü h. q. t.-i ilə 173-cü il, vəfatı 252-ci il,) Həzrət Əlinin (ə) bir çox xütbələrini toplayaraq, hər üçü “Xütəbu-Əmiril-Möminin” adlı kitab yazmışlar.
Сообщение отредактировал Subhani: 09 декабря 2008 - 02:37