Перейти к содержимому


Фотография

Allahın zatı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 19

#1 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 11 июня 2010 - 12:26

Bismillah

Allahın salamı həqq əhlinə olsun.

"Şiə məbudunun sifətləri" mövzusunda bir çox bəhslər açıldı və demək olar ki, hamısı da yarıda qaldı. Arada cavablandırılmamış suallar da çox oldu. Onların biri də Allahın zatı ilə bağlı edilmiş söhbət idi.

Qardaw adlı user belə bir iddiada çıxış elədi ki, Allahın zatı onun özü demək deyil. Və hətta dedi ki, Allahın zatını onun özü bilmək küfrdür.

Bu isə sitatlar:

Bunu sən demisəndə, deməli ”Zat” Allahdırsa, onda belə çıxır ki, “ZAT”-dan nəsə istəmək olar. Bax bu sənin əqidəndir.

Sən bu qədər ponyatkasızsan? Köməyi kimdən istiyirlər? Allahdan, düzdür? Sənində əqidən budur ki, “Zat” Allahdır, deməli bu cür dua etmək olar, “Ey zat məni bagışla”. Küfür. Təbrik edirəm.


. Day səni kimi demirəm ki, “əl” Allahdır, Zat Allahdır. Bax buna görə də Əhli sünnə alimləri sizi islam dinindən görmüyüb, elə düz eliyiblər.


Bəli gördüyünüz kimi bu user Allahın zatını onun özü saymağı küfr bilir. Yəni kim desə ki, Allahın Zatı onun elə özüdür həmin adam Qardaw-a görə küfr edib. Hətta bu şey onu islamdan da çıxarır..

İndi isə qardaşın əqidədaşlarının saytından "Allah barədə Quran və sünnədə varid olmuş sifətlər" adlı kitabdan sitat:
يصح إضافة لفظة (الذات) إلى الله عَزَّ وجَلَّ ؛ كقولنا : ذات الله ، أو : الذات الإلهية ، لكن لا على أنَّ (ذات) صفة له ، بل ذات الشيء بمعنى نفسه أو حقيقته

Zat ləfzini Allaha izafət etmək səhihdir. Necə ki, deyirik: Allahın zatı yaxud ilahi ZAT. Lakin ZAT Allahın sifəti deyil. Əksinə bir şeyin zatı yəni onun özü yaxud həqiqəti.
Mənbə:
صفات الله عز وجل الواردة في الكتاب والسنة

Həmçinin Əl-Qazi əl-İyaz adlı sələf alimi də buyurur:
فذات الشيء نفسه،
Zat şeyin özüdür!
مشارق الأنوار، 1/272
Məşariqul Ənvar cild 1 səh 272

İndi isə QARDASH nikli istifadəçiyə sual:

Sənə görə bu şəxslər də küfrmü edib? Yoxsa sənin bu barədə mənə yazdığın xəta idi?


P.s. Ama xahiş edirəm əlavə sözlər və təhqirlər olmasın. Normal şəkildə yazışaq...

نحن أبناء الدليل نميل اين يميل

#2 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 11 июня 2010 - 18:42

Zəbur!


Təəccüblənmədim, çünki savadsızdan hər şey gözləmək olar. Nə oldu ini bəcbur oldun buna "əl" atdın?

Sən dogurdan da axırıncı savadsızlardansan. Bu nədi yazmısan? Çıxış yolun qalmamışdır? Bu yazın mənə gülməkdən başqa heçnə vermədi.

Fikir verin camaat, savadsız yazır ki, “Bəli gördüyünüz kimi bu user Allahın zatını onun özü saymağı küfr bilir, Yəni kim desə ki, Allahın Zatı onun elə özüdür həmin adam Qardaw-a görə küfr edib. Hətta bu şey onu islamdan da çıxarır..”

Cavab; Yalançı, iftiraçı, savadsız. Sən ya özüvü cahilliyə qoymusan, ya da ki, bu prosta variantlardan biridir.

Mən deməmişəm ALLAHIN ZATI, yalançı, duxun var bir yazımda görsət ki, mən demişəm ki, ALLAHIN ZATI. Sən mənə öz əqidəmi öyrədəcəksən? Mən Rəbbimi yaxşı tanıyıram və öz əqidəmdə Əlhəmdulilləh hələk ki sabitəm, Allahdan istiyirəm ki ölənə qədərdə sabit etsin.

Savadsız, diqqətlə oxu. Sən mənə yazmısan ki, ZAT ALLAHDIR. Məndə bu sözün müqabilində yazmışam ki, əgər ZAT ALLAHDIRSA deməli ZATDAN kömək istəmək olar, sən isə bunu inkar etmisən. və mənim bu sözümdən tutmusan ki, guya bu söz o deməkdir ki, Allahın zatı ondan ayrıdır. Ay Cahil, Ay savadsız, mən heç vaxtı demərəm ki, ALLAHIN ZATI ONDAN AYRIDIR. Camaat diqqətlə fikir verin, mən heç yerdə deməmişəm ki, ALLAHIN ZATI ondan ayrıdır. Kimin cürəti çatırdsa gətirsin görsətsin.Yəni, əgər zat Allaha izafət olunubsa, yəni əgər bu cür deyilibsə “ALLAHIN ZATI” göründüyü kimi söhbət ALLAHIN ZATINDAN GEDİR, indi biri görsətsin ki mən demişəm ki ALLAHIN ZATI ONDAN AYRIDIR. Mən bunu necə deyə bilərəm ki, agzında deyirsən ki, ALLAHIN ZATI. Əgər Allahın zatı deyilirsə deməli Allahın zatı var da, mənası isə budur ki, Allahın zatı, yəni “ONUN ÖZÜ” Necə ki özün yuxarda qeyd etmisən. Bu mənim etiqadımdır.

Sübhənallah, gör insan necə də tupoy olarmış.

Yenə izah edirəm, sən savdaszız olsanda qoy camaat oxusun hökm versin.

Sən mənə yazmışdın ki, “Əl” Allahdır, “Zat” Allahdır və s. Məndə bu sözün müqabilində yazmışdım ki, əgər ZAT ALLAHDIRSA, fikir verin camaat məgər mən yazmışam ki, “ALLAHIN ZATI?” mən demişəm ki, əgər ZAT, Allahdırsa. Allahın zatından söhbət getmir, söhbət müstəqil ZATDAN gedir, aydındır ZAT sözündən, hələm özündə dəlildə yazmısan ki, (يصح إضافة لفظة (الذات) إلى الله عَزَّ وجَلَّ ؛ كقولنا : ذات الله ، أو : الذات الإلهية )

Zat ləfzini Allaha izafət etmək olar, misal üçün, bu cür demək, "Allahın zatı" Savadsız fikir verdin? ALLAHIN ZATI. Sən isə mənə demişdin ki, ZAT ALLAHDIR. İndi buyur mənə görsət ki, mən hardasa yazmışam ki, ALLAHIN ZATIN ONUN ÖZÜ DEYİL.

Ay savadsız başa düşdün? Sən mənə dedin ki, ZAT ALLAHDIR, məndə deim ki, əgər ZAT Allahdırsa onda ZATDAN kömək istəmək olar. Mən bunu dedim, bununlada sənin batil əqidən üzə çıxdı. Əgər Zat sən deyən kimi Allahdırsa onda bu cür dua etməyin nə problem var ki, "Ey Zat məni bagışla” Demirsən ZAT Allahdır? Onda bu duanın nə problemi var ki? Amma sən bu duanı inkar etdin, hələm utanmaz utanmaz gəlib mövzu açırsan.

Yəqin ki, hamıya aydın oldu. Yenə deyirəm, mən demişəm ki, “Əl” Allah deyil, zat Allah deyil. Amma deyəndə ki, Allahın əli, Allahın zatı, burda uje açıq aydın görsənir ki, söhbət Allahın əlindən, Allahın zatında gedir. Allahın Əli isə onun zatı sifətlərindədnir, heç vaxt ondan ayrılmazdır. Allahın zatı deyəndə isə, onun özü nəzərdə tutulur, Allahın zatı, yəni Allahın özü. Mən yenə deyirəm, zat Allah deyil. Bu savdsız cahil isə bu sözümdən başa düşüb ki, mən bununla guya demək istəmişəm ki, Allahın zatı onun özü deyil, fikir verin, “Allahın zatı önun özü deyil”, bax kim bacarır bu sözü tapsın gətirsin. Xülasə mən nə demək istəmişəmsə yuxarda qeyd etdim. Bu Savadsız insan isə hələm utanmaz utanmaz dəlillərdə gətirib, hansı ki, mən bu dəlilləri……..nəisə. Ehtiyac yoxdur özümü tərifləməyə.

Zəbur onsuzda savadsız idi, bu yazmagı ilə birdə sübut etdi ki, həqiqətəndə savadsızdır. Zəbur və Zəburun mislində olan bütün forum isifadəçiləri öz Rəbblərini tanımırlar. Qalıblar havada, heç bilmirlər kimə ibadət edirlər.

Userin təhqiri! Reytinq 10%!

Сообщение отредактировал JAFAR: 12 июня 2010 - 09:40


#3 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 11 июня 2010 - 22:00

Bismillah

Allahın salamı həqq əhlinə olsun!


Dedim axı təhqirlərə yol verməyək.. Çalış bir az əxlaqlı olasan. Tupoy, savadsız sözlərini gəl işlətməyək...

Sən guya mənə cavab yazdın?? Mən bəyəm dedim ki, sən Allahın zatını ondan ayrı sayırsan?!
Uzun-uzadı yazmısan, postunun yarısını isə "savadsız" və "tupoy" sözləri təşkil edir. Amma onu deyim ki, söz fırlatmağı yaxşı bacarırsan.

Həm də elə qəliz danışmısan ki.. Gah belə deyirsən gah elə.. Deyirsən "Allahın zatı onun özüdür. Amma zat Allah deyil." Bunu hansı mənaya yozaq??
Diqqətlə qulaq as. Əgər sən deyirsənsə ki, Allahın zatı onun elə özüdür deməli mən deyəni deyirsən. Yəni mən də deyirəm Allahın zatı onun elə özüdür.

Yəni Allahın zatı elə Allahın özüdürsə, ərəb ifadəsi ilə desək "nəfsidirsə" yəni o Zat (hansı ki, o zatla Allahı qəsd edirik) elə Allahdır daa.. Allahın zatı onun elə özüdür nə deməkdir? "Özü" sözünü kimə aid edirsən?? Məgər Allaha aid etmirsən? Özü kim? Yəni Allah.. Deməli Allahın zatı elə Allah dediyimizdir. Məsələn deyəndə ki, ey əbədi və əzəli olan Zat. Sözümüzün mənası bu deyilmi ey əzəli və əbədi olan Allah?! Mən deyəndə ki, Zat Allahdır yəni zatı ümumi mənada qəsd eləməmişəm ki. Yəni Allahın zatı onun özüdür. Yəni Allahın zatı elə Allahdır.

İndi sən mənim bir sualıma cavab ver:
Gətirdiyim mənbələr də deyir ki, bir şeyin zatı deyiləndə onun özü başa düşülür. Məsələn sənin Zatın elə sənin özünsən. Yəni sənin zatın elə sənsən.. Allahın da zatı deyiləndə onun özü başa düşülür. Yəni Allahın zatı elə onun özü-Allahdır.
İndi sual budur ki, Allahın zatı elə Allahdırmı?

Mənim də gətirdiyim mənbələrdən də məlumdur ki, Allahın zatı elə onun özüdür-yəni elə Allahdır. Hətta səhv etmirəmsə Əl-Qazi İyaz zatı izah edərkən deyir: Yəni sən elə sənsən.
Məgər bu demək deyil ki, Allahın zatı elə Allahdır??
Yəni Zat (Allahın zatı) Allahdır.

İndi bu sözlərimin hansı hissəsi ilə razı deyilsən?

نحن أبناء الدليل نميل اين يميل

#4 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 11 июня 2010 - 23:36

Məndə bu sözün müqabilində yazmışdım ki, əgər ZAT ALLAHDIRSA, fikir verin camaat məgər mən yazmışam ki, “ALLAHIN ZATI?” mən demişəm ki, əgər ZAT, Allahdırsa. Allahın zatından söhbət getmir, söhbət müstəqil ZATDAN gedir, aydındır ZAT sözündən


Bəyəm mən ZAT deyəndə sənin zatının Allah olmasını demişdim??? Nəuzu billah.. Deməmişdim ki, ümumilikdə ZAT deyilən şey Allahdır! Zat Allahdır deyəndə Allahın zatından söhbət gedir də, yəni onun Zatı elə odur. Yəni Zat (Allahın zatı) elə Allahdır...

İndi əgər Allahın Zatı elə Allahdırsa, onun zatını nəzərdə tutaraq "Ey Zat, yaxud ey nöqsanlardan münəzzəh Zat deyib dua etmək olar ya yox??"

Zat ləfzini Allaha izafət etmək olar, misal üçün, bu cür demək, "Allahın zatı" Savadsız fikir verdin? ALLAHIN ZATI. Sən isə mənə demişdin ki, ZAT ALLAHDIR. İndi buyur mənə görsət ki, mən hardasa yazmışam ki, ALLAHIN ZATIN ONUN ÖZÜ DEYİL.


Hə həmin dəlildə nəyə görə elə deyir? Yəni Allahın zatı deməkdə heç bir işqaı yoxdur. Amma bu mənadaki, O ZAT elə onun özüdür..

Bunu mən də demişdim:

QARDASH məllim, bizi və bütün bu aləmi yaradan bir ZAT var! Bizə ruzi verən, rəhm edən , lütf edən bir ZAT var! Peyğəmbərlər göndərən onlara elm və hikmət öyrədən bir ZAT var! Din gününün sahibi olan bir ZAT var!
İndi sən mənə sual edirsən nədir o zat yaxud kimdir o ZAT?
Cavab verirəm: Qul: Huve Allahu (O Allahdır)!! Yəni O ZAT ALLAHDIR... Burdan da məlum olur ki, Allahın zatı elə onun özüdür! Sonra deyirəm O ZAT ƏHƏDDİR. Yəni O ZAT kim ?-Allah! Nədir? -Əhəddir! Burdan da məlum olur ki, Bizi yaradan ZAT-ALLAH əhəddir. Yəni Allah əhəddir, yəni O ZAT əhəddir.. Sonra deyirsən : Zəbur qardaş başqa nə deyə bilərsən o ZAT haqqında? Deyirəm : O ZAT SAMƏDDİR... Yəni Allah SAMƏDDİR. ZAT elə Allahdır. Allah da Saməddir. Deməli elə o ZAT Saməddir. Sonra yenə deyirsən başqa ? Deyirəm o ZAT ləm yuləddir. Yəni Allah ləm yuləddir və ləm yəliddir. Yəni o ZAT yəni Allah nə doğmuyub nə də doğulmuyub.. Sonra deyirsən başqa ZƏBUR qardaş?? Deyirəm: O ZAT , Səmidir, Bəsirdir, Əlimdir, Mütəkəllimdir, Qadirdir, Səttardır, Cəbbardır. Yəni bunların hamısı bir zatdır. Bunların hamısı Həmin Allah dediyimiz ZATDIR... Ona nə sonradan nə də əzəli və əbədi olaraq bir şey əlavə deyil. Çünki o ZAT mürəkkəb deyil...


Mən ZATI ümumi mənada deyib dua etmirəm ki, ZAT bir ləfz kimi ümumi ləfzdir. Şəxsə də şamil olar, Allaha da.. Amma Allahı nəzərdə tutub ZAT deməyin nə işqalı var ki..

Qaldi ki, Allah zatdir, demeyimden Allahin zatinin olmamagi menasi cixirsa, yene de senin "mentiqivin" hansi seviyyede olmasindan xeber verir. Men sadece olaraq lefzi xirdaliga vardim. Yeni Allahin zati var demeyimiz, Allahin ayri zatin ayri olmasi kimi anlashilmasin. Yeni neuzu billah Allah ayriliqda bir shey deyil ki, zata kenardan sahib olmush olsun! Ona gore de dedim ki Allah Zatdir. Ve illa Allahin zati var da demeyin ishqali yoxdu bu menada ki, "O (Zati-Allah) Allahdir Eheddir." Sadece olaraq lefzi xirdaliga vardigim ucun ele dedim. Ve o sozum de sene sehv tutmaq qesdi dashimirdi.





Əl-qərəz Allahın Zatını nəzərdə tutub dua eləməyin işqalı var??
نحن أبناء الدليل نميل اين يميل

#5 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 12 июня 2010 - 08:33

Zəbur!

Birincisi, mən bilimirəm sən bu mövzunu nöşü açmısan, sənin belə bir mövzu açmaqda nə məqsədin var ki? Sən bu addımın mənasızdır. Sən sadəcə olaraq bu mövzunu bir məqsədlə açmışdın, o da görsənir məqsədin hasil olmadı, çünki burda hər şey aydındır, prosta sən camaata sıramaq istəmisən ki, guya mən Allahın zatını onun özü saymıram, bu isə səndə alınmadı, çünki mən belə söz yazmamışam və yazmaramda, əlhəmdulilləh mən öz əqidəmi yaxşı bilirəm.

Mən sənə yuxarda qeyd etdim ki, bu söhbət necə olub, odur ki təkrarlamaq istəmirəm.
Keçim sənin yazdıqın sözlərə, yazmısan ki, “Deyirsən "Allahın zatı onun özüdür. Amma zat Allah deyil." Bunu hansı mənaya yozaq??

Cavab; Bəli, Allahın zatı onun özüdür, diqqət yetirdin? Allahın zatı. Deməli, əgər biz Allahın zatı deyiriksə, bu sözdən bir başa onu başa düşürük ki, Allahın zatı, yəni onun özü, çünki açıq aydın deyirik ki, “Allahın zatı”. Sən isə deyirsən ki, (Zat, Allahdır). Hələm durub bunun yozumunu istiyirsən, hələm bunnan da dəhşəti deyirsən ki, guya mən sən deyəni deyirəm. Xeyir mən sən deyəni demirəm.

Sonra yazmısan ki, “Yəni mən də deyirəm Allahın zatı onun elə özüdür.”

Cavab; Bəli, buifadən düzgündür, burda heç bir işkəl yoxdur, bunu rahat demək olar ki, mən deyən kimi deyirsən. Amma, sən əlavə olaraq deyirsən ki, (Zat Allahdır).Yəni, bu sənin əlavəndir, məndən isə belə söz çıxmayıb, bunu sən demisən. Mən də sənə deyirəm ki, əgər sənin bu ibarən yəni, (zat Allahdırsa)-əgər bu düzdürsə, onda bu duanın nə problemi bar ki? Məs; biri dua edir ki, “Ey Zat məni bagışla”, bu dua niyə düz deyil ki? Axı sənin dediyin bu kəlmə (Zat Allahdır)-bir başa onu göstərir ki, bu cür dua caizdir. Sən niyə bu dua ilə razılaşmırsan? əgər razılaşmırsansa deməli sənin bu sözün (Zat Allahdır) batildir. Nəticə isə bu olur ki, sən sözün batil, mənim ki, isə haqqdır. Yəni, haqq budur ki, Allahın zatı onun özüdür.

Sonra bir qədər bu barədə yazdıqdan sonra qeyd etmisən ki, “İndi bu sözlərimin hansı hissəsi ilə razı deyilsən?”

Cavab; Mən səni tam başa düşdüm. Əgər sən yazdıgın kimi düşünürsənsə, bəs onda niyə bu dua ilə razı deyilsən? (EY ZAT MƏNİ BAGIŞLA). Mən sənin deiklərivi tam başa düşürəm, sadəcə olaraq mənə çatmıya budur ki, sən bu qədər söz yazırsan, amma mən deyən duanın əleyhinəsən. Bu isə o deməkdir ki, Sən heç bilmirsən nə danışırsan.

Allah kömək olsun.

#6 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 12 июня 2010 - 11:42

Yəni Zat (Allahın zatı) elə Allahdır..

Bu cümləmdə işqal var?

Varsa nədir? Yoxdusa niyə yox?
نحن أبناء الدليل نميل اين يميل

#7 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 13 июня 2010 - 13:10

Mənə bu sualın verməyi nə mənası var ki? Mən başa düşmürəm nə yapışmısan bu məsələdən? Əgər sən deyən kimi Allahın Zatı elə Allahdırsa onda mən deyən duanın nə problemi bar ki? Əgər sən mən deyən dua ilə razılaşırsansa deməli sənə görə Allahın zatı elə Allahdır, amma mən deyən dua ilə razılaşmırsansa deməli sənə görə Allahın zatı Allah deyil. Məsəıəni uazatmagın adı yoxdur. Sən konkret duanın icazəli olub olmamagına cavab ver hər şey aydın olsun.

#8 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 13 июня 2010 - 13:37

Mənə bu sualın verməyi nə mənası var ki? Mən başa düşmürəm nə yapışmısan bu məsələdən? Əgər sən deyən kimi Allahın Zatı elə Allahdırsa onda mən deyən duanın nə problemi bar ki? Əgər sən mən deyən dua ilə razılaşırsansa deməli sənə görə Allahın zatı elə Allahdır, amma mən deyən dua ilə razılaşmırsansa deməli sənə görə Allahın zatı Allah deyil. Məsəıəni uazatmagın adı yoxdur. Sən konkret duanın icazəli olub olmamagına cavab ver hər şey aydın olsun.


Sən mənim sualıma cavab ver, mən o duaya da münasibətimi bildirəcəm.. Yəni sən qəbul eləmirsən ALLAHIN zatı elə ALLAHDIR?
نحن أبناء الدليل نميل اين يميل

#9 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 13 июня 2010 - 14:04

Mən qəbul edirəm, Allahın zatı elə Allahdır, çünki Zat, nəfs, şey, mövcud bunların hamsı Allah barəsində xəbərdir.

#10 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 13 июня 2010 - 14:22

Indi Allahın zatını nəzərdə tutaraq ey ZAT məni bağışla demək olar?(bilirik ki, bu zat rahməndir, rəhimdir, əlimdir, həkimdir və s.)

Yazmısan :

Əgər sən deyən kimi Allahın Zatı elə Allahdırsa onda mən deyən duanın nə problemi bar ki?


indi isə özün dedin ki, Allahın zatın elə Allahdır. İndi sən deyən duanın nə problemi var ki?
نحن أبناء الدليل نميل اين يميل

#11 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 13 июня 2010 - 14:29

Sən narahat olma, mən bu suala cavab verəcəm. İndi birinci sən mənə cavab ver, çünki sən mənə dein ki, sənin cavabından sonra mən o duaya münasibətimi bildirəcəm. İndi buyur bildir.

#12 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 13 июня 2010 - 14:37

Allahın zatını nəzərdə tutaraq ey ZAT məni bağışla demək olar..(bu şərtlə ki, bilirik, O Zat rahməndir, rəhimdir, əlimdir, həkimdir və s.)

İndi buyur sən cavab ver))
نحن أبناء الدليل نميل اين يميل

#13 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 13 июня 2010 - 16:13

Allah təala quranda buyurur ki, " وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا "

(Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin). Zat-isə Allahın husnə adlarından deyil, odur ki, bu cür dua etmək olmaz. Allahı gərək öz adı ilə çagırasan. Yəni, müsəlmanlar səndən fərqli olaraq, daha dogrusu (şiələrdən)-fərqli olaraq, Allahı onun gözəl adları ilə çagırırlar, çünki Allah təala özü bunu deyib ki, məni o adlarla çagırın. Aydındı?

#14 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 13 июня 2010 - 16:37

Vətəndaş dedim axı, bu şərtlə ki, bilirik o rəhmandır, rəhimdir, əlimdir, həkimdir, səburdur... Sən isə yazmısan ki, bu şür dua etmək küfrdür.. Allahın Rahmən və Rəhim Zat olduğunu bilərək, Ey Zat məni bağışla deməyin nə işqalı var?! (Yəni ey Rahmən və Rəhim olan Zat)

Məsələn, sizin kitablarda yazılır ki, Allahın sifətlərindən biri də "müstəhziun bil-Kafirin". Yəni Allah kafirlərə istehza edəndir. Amma bu Allahın əsmaul-Husnasından deyil. İndi demək olmaz ki, Ey kafirlərə istehza edən məni bağışla?! Bu küfrdür?

Bu bir...

İkincisi söhbət həmin duanın edilə bilinəcəyindən getmir. Sözü fırlama xahiş edirəm. Özün mənə dedin ki,"Əgər Allahın Zatı sən deyən kimi elə Allahdırsa onda mən deyən duanın nə problemi bar ki?"

Sonra isə yazmısan:
Əgər sən mən deyən dua ilə razılaşırsansa deməli sənə görə Allahın zatı elə Allahdır, amma mən deyən dua ilə razılaşmırsansa deməli sənə görə Allahın zatı Allah deyil.

Deməli sən bu yazında həmin duanın edilə bilinəcəyini Allahın zatının elə Allah olması ilə şərtləndirirsən. Yəni o duanı etmək mümkündürsə deməli Allahın zatı elə Allahdır. Yox o duanı etmək olmazsa deməli Allahın zatı elə Allah deyil. Yoxsa bu yazından başqa şey qəsd etmisən?

Söhbət bundan gedir ki, sən mənə demişdin ZAT Allahdırsa, bu cür dua etmək olar: Ey Zat məni bağışla! Bu isə küfrdür!-demişdin.. İndi isə durub deyirsən ki, yox Allahın zatı elə Allahdır. Xahiş edirəm söhbəti fırladaraq demə ki, mən ZAT demişdim Allahın Zatı yox.. Mən bəyəm ZAT deyəndə sən onu ümumi mənada başa düşmüşdün? Allahın zatından danışırdıq daa.. Əgər sən onu ümumi başa düşsəydin sənin birinci işqalın bu olmalı idi ki, onda belə çıxır ki, bizim Zatımız da Allahdır.. Nəuzu billah.. Sən isə çox gözəl başa düşmüşden ki, mən ZAT deyəndə elə Allahın zatını deyirdim..

Nə isə. İndi qəbul edirsən ki, Allahın zatı elə Allahdır. Bir addım qabaqdasan! İndi sənin sualını sənə verirəm, cavab ver:

Əgər sən deyən kimi Allahın Zatı elə Allahdırsa onda mən deyən duanın nə problemi var ki?

Bu suala cavab ver.. Yuxarıda qara ilə yazılmış və xətt çəkilmiş yerlərə də aydınlıq gətir...
نحن أبناء الدليل نميل اين يميل

#15 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 13 июня 2010 - 17:21

Zəbur.

Sən nəyi qoyub nəyi axtarırsan heç özündə bilmirsən. Əvvəla onu deyim ki, mən özüm əqidəmi yaxşı bilirəm və Əlhəmdulilləh bu mövzuda da Peygəmbərin və onun səhabələrinin etiqadı necə olubsa bu barədə malumatım var. Əgər hardasa səhvə yol versəm və görsəm ki, qabaq dediyim sözü xəta eləmişəm dərhal səhvimi düzəldərəm. Sadəcə olaraq mən Əlhəmdulilləh bilirəm nə yazıram və kimə nə yazıram.

Mən küfür deyəndə, bunu nəzərdə tuturdum. Məs; biri dua edir ki, ( Ey zat, məni bagışla). Çünki Zat açıq aydın görüünür ki, Allaha izafət olunmayıb və məndə bu baxımnan dedim ki, bu Allahdan qeyrsini çagırmaqdır, Allahdan qeyrisini çagırmaq isə şirkdir. Bu belə.

Sosnra mənə sual verdin ki, “Allahın zatı Allahdır?”, mən də cavabında dedim ki, “bəli”.

Sonra dedin ki, əgər Allahdırsa bu duada nə işkəl var ki? Məndə cavabında dedim ki, işkəl burasındadır ki, Allahı gərək öz adları ilə çagırasan və buna sübut olaraq Allah təalanın sözünü gətirdim, Allah təala buyurur ki, (وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا )

Zat, isə Allahın adlarından deyil, Yəni, Allahın zat adı yoxdur. Zat sadəcə olaraq Allah barəsində xəbərdir, yəni Allahın zatı. Məs; Nəfs, məlumdur ki, Allahın nəfsi deməkdə düzgündür. Nəfs yəni Allahın özü, bu da Allah barəsində xəbərdir, amma (Ey nəfs, məni bagışla)- bu cür dua etmək olmaz, çünki dua Allahın adları ilə olunur, nəfs, zat isə Allahın adlarından deyil. Odur ki, belə dua etmək olmaz.

Dua adlarnan olunur. Amma sifətlə, fellə, xəbərlə Allah çagırılmır. Məs; Allahın “mutəkəllim” sifəti var, amma bu cür dua etmək olmaz-(Ey mutəkəllim məni bagışla), Yəni siz bu cür dua ediursiniz? Nəbili, sizdən hər şey gözləmək olar. Deməyim odur ki, “mutəkəllim”-lə dua edilmir, çünki Allahın “mutəkəllim” adı yoxdur. Həmçinin sən dediyin- “Musəhzi”- bu sifətdir, ona görədə (Ey musəhzi) məni bagışla demək olmaz. Xülasə dua yalnız Allahın adları ilə edilir, necə ki, buna Quranda açıq aydın dəlil var.

Sonra yazmısan ki, “Əgər sən mən deyən dua ilə razılaşırsansa deməli sənə görə Allahın zatı elə Allahdır, amma mən deyən dua ilə razılaşmırsansa deməli sənə görə Allahın zatı Allah deyil.”

Cavab; Mən sən deyən dua ilə razılaşmıram və deyirəm ki, Allahın zatı elə Allahdır. Bunun isə iazhını yuxarda qeyd etdim.

#16 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 13 июня 2010 - 17:49

Qardash..

Sonra yazmısan ki, “Əgər sən mən deyən dua ilə razılaşırsansa deməli sənə görə Allahın zatı elə Allahdır, amma mən deyən dua ilə razılaşmırsansa deməli sənə görə Allahın zatı Allah deyil.”

Cavab; Mən sən deyən dua ilə razılaşmıram və deyirəm ki, Allahın zatı elə Allahdır. Bunun isə iazhını yuxarda qeyd etdim.


Sən öz sözünü mənim adımnan qələmə verirsən? Qara hərflərlə qeyd olunanlar sənin sözündür mənim yox.. Bunu sən yazmışdın mənə ki, ƏGƏR SƏN QƏBUL EDİRSƏNSƏ Kİ, ALLAH ZATI ELƏ ALLAHDIR ONDA "EY ZAT MƏNİ BAĞIŞLA" DEMƏYİN İŞQALI YOXDUR! Bax bu fikir sənin fikrindir. Məgər sitatdaki sözündən elə çıxmır? Yoxsa burda da nəsə başqa şey qəsd eləmisən.. İndi isə fikrini dəyişib demisən ki, Allahın zatı elə Allahdır. Onda öz məntiqin özünə şamil olur:
Əgər sən mən deyən dua ilə razılaşırsansa deməli sənə görə Allahın zatı elə Allahdır, amma mən deyən dua ilə razılaşmırsansa deməli sənə görə Allahın zatı Allah deyil.

Bax bu söz sənindir. İndi sənin sözünü özünə qarşı deyirəm: QARDASH, əgər sən mən deyən dua ilə razılaşırsansa, deməli sənə görə Allahın zatı elə Allahdır, Amma mən deyən dua ilə razılaşmırsansa deməli Allahın zatı sənə görə Allah deyil.
Bax sənin mənə qarşı dediyin məntiqdir. İndi bunu sənin özünə deyirəm cavab ver..

Dua adlarnan olunur. Amma sifətlə, fellə, xəbərlə Allah çagırılmır. Məs; Allahın “mutəkəllim” sifəti var, amma bu cür dua etmək olmaz-(Ey mutəkəllim məni bagışla), Yəni siz bu cür dua ediursiniz? Nəbili, sizdən hər şey gözləmək olar. Deməyim odur ki, “mutəkəllim”-lə dua edilmir, çünki Allahın “mutəkəllim” adı yoxdur. Həmçinin sən dediyin- “Musəhzi”- bu sifətdir, ona görədə (Ey musəhzi) məni bagışla demək olmaz. Xülasə dua yalnız Allahın adları ilə edilir, necə ki, buna Quranda açıq aydın dəlil var.


Allahın Əsmaul-Husnalarını qeyd elə, görüm sizin alimlər kitablarında sən verəcəyin siyahıdan başqa cür dua ediblərmi?!

Bir də bir sual verim. Belə dua etmək olar?

"Ya mən qalə lilməlaikə inni cailun fil-ərzi xəlifə ...."

"Ey o kəs ki, mələklərə dedin mən yer üzündə xəlifə qərar verirəm...."

Bu cür dua etmək küfrdür? Günahdır? Yoxsa səhihdir?

Mən küfür deyəndə, bunu nəzərdə tuturdum. Məs; biri dua edir ki, ( Ey zat, məni bagışla). Çünki Zat açıq aydın görüünür ki, Allaha izafət olunmayıb və məndə bu baxımnan dedim ki, bu Allahdan qeyrsini çagırmaqdır, Allahdan qeyrisini çagırmaq isə şirkdir. Bu belə.

Sizdə belədi? Sözün zahirinə baxan kimi camaata küfr, şirk damğası vurursuz? Yaxınlaşıb soruşmursuz bala bu sözdən qəsdin nə idi? Gərək izafətnən olsun? Ey Allahın zatı məni bağışla demək olar onda???

Bir dənə də sual verim. Ama səmimi ol: Sən orda küfrü nəyə demişdin? Zatın Allah olmasına yoxsa duaya?
نحن أبناء الدليل نميل اين يميل

#17 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 13 июня 2010 - 18:22

Qardaş, mənim sənə bütün məslələri incəliklərinə kimi başa salmaga vaxtım yoxdur. Xüsusəndə bu mövzuda, çünki bu söhbət də mənim heç bir məqsədim yoxdur, bunu sən başlamısan və yersiz yerə uzadırsan. Mənim istəyim başqa şey idi onu da almışam.

Bu məsələdə isə, nə lazım idisə dedim. Uzatmaga ehtiyac yoxdur.

Sən deyən bu duanı isə "Ya mən qalə lilməlaikə inni cailun fil-ərzi xəlifə ....", bəli, etmək olar. Özüdə rahat şəkildə. Çünki Allah təala özünü belə vəsf edib, səndə onu öz vəsfi ilə çagırırsan, odur ki, burda heç bir problem yoxdur. Problem yenə deyirəm, sifəti çagırmaqdadır. Misal üçün bax belə ( EY ALLAHIN RƏHMƏTİ MƏNİ BAGIŞLA) Bax bu sifəti çagırmaqdır, bu isə şirkdir olmaz.

Sonra yazmısan ki, “Ey Allahın zatı məni bağışla demək olar onda???”

Yox olmaz. Səbəbini qeyd etmişəm.

#18 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 14 июня 2010 - 18:05

Qardaş, mənim sənə bütün məslələri incəliklərinə kimi başa salmaga vaxtım yoxdur. Xüsusəndə bu mövzuda, çünki bu söhbət də mənim heç bir məqsədim yoxdur, bunu sən başlamısan və yersiz yerə uzadırsan. Mənim istəyim başqa şey idi onu da almışam.

Bu məsələdə isə, nə lazım idisə dedim. Uzatmaga ehtiyac yoxdur.

Sən deyən bu duanı isə "Ya mən qalə lilməlaikə inni cailun fil-ərzi xəlifə ....", bəli, etmək olar. Özüdə rahat şəkildə. Çünki Allah təala özünü belə vəsf edib, səndə onu öz vəsfi ilə çagırırsan, odur ki, burda heç bir problem yoxdur. Problem yenə deyirəm, sifəti çagırmaqdadır. Misal üçün bax belə ( EY ALLAHIN RƏHMƏTİ MƏNİ BAGIŞLA) Bax bu sifəti çagırmaqdır, bu isə şirkdir olmaz.

Sonra yazmısan ki, “Ey Allahın zatı məni bağışla demək olar onda???”

Yox olmaz. Səbəbini qeyd etmişəm.

Gif huna, ile eyn rekezte????
Dayan buralarda ol, ela sizin sozlardi, gacma buralarda ol)))))

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#19 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 14 июня 2010 - 18:06

Zabur!! Allah sani bu mubarek movlud gunu(imam Bagir. a.) shad eladin ehsen)))))))))))))))

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#20 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 15 июня 2010 - 10:40

Allah təala quranda buyurur ki, " وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا "

(Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin). Zat-isə Allahın husnə adlarından deyil, odur ki, bu cür dua etmək olmaz. Allahı gərək öz adı ilə çagırasan. Yəni, müsəlmanlar səndən fərqli olaraq, daha dogrusu (şiələrdən)-fərqli olaraq, Allahı onun gözəl adları ilə çagırırlar, çünki Allah təala özü bunu deyib ki, məni o adlarla çagırın. Aydındı?

Onda sənin digər mövzuda qoyduğun sualın mənası nə idi? Biz "zat"-dan danışdığımız halda, sənin dua barədə sualıvın mövzuya nə adiyatı var idi? Orda məgər necə dua etməkdən bir söz danışılırdı ki, dua məsələsin ortaya atmışdın? Sən də deyirsən ki, Allahın zatı helə Onun özüdür, mən də onu deyirəm. Misal üçün, Allahın elmi onun zatı ilə eyni olması baxımından əzəli və sonsuzdur. Bu bir məsələ. Bu məsələnin "duanı necə etməliyik" barədə olan mövzuya nə dəxlisi?! Elm Allahın zatıynan eynidir, fəqət Allah bəyənir ki, onu bu sifət ilə vəsf edən "Ya Alim" çağırışıynan çağıraq.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم





Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru