Перейти к содержимому


Фотография

Unuldulmaz xatirələr


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 18 июня 2010 - 16:04

Məktəb illəri
ömrümün ən şirin,duyğulu,qayğısız günləri
Hər anı bir ömrə bərabər sehrli günləri
ən təmiz arzulu günləri.

Həyatda yadda saxladıgınız ən şirin xatirələri bölüşün.


#2 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 20 июня 2010 - 10:16

Həqiqətən də İnsan öz əməllərilən yaddaşlarda qalır.
Məktəb illərini xatırladıqca yadıma həmişə məktəb direktoru düşür. Məktəbin Diretoru çox zabitəli bir qadın idi. Onun yerişi-duruşu məgrur bir insan təsiri bagışalyırdı. Səhv etmirəmsə bu qadın milliyətcə əslən tatar idi.
mən aşagı sinifə oxuyurum.
fasilə zəngi çalındı.biz hamısı tələsik bufete tərəf qaçdıq. Bufetdə yuxarı snif şagirləri növbəyə durmadıqlarına görə bizim növbəmiz çox uzun çəkdi. Artıq ikinci zəng vurulmuşdu. biz hələ də əlimizdə pul növbə gözləyirdik, Bufetçi qadın isə buna əhəmiyyət vermirdi.
mən ona dedim:
-axı , niyə bizim pulumuzu alırsınız? biz də dərsə gecikirik?
elə bunu demişdim ki, bufetçi qadın nəyin ki məni hətta valideyinləri belə təhqir etdi.
Mən onun söğzlərindən sonra çox pis olmuşdum.həm haqsizligla üzləşmişdim, həm də tehqir olunmuşdum. nə edəcəyimi, nə deyəcəyimi bilmirdim.
Birdən arxadan direktorun səsini eşitdim. Mən onu belə əsəbi görməmişdim.
-Sənin nə ixtiyarın var ki, şagirdi təhqir edəsən? Kimsən sən? niyə təbiyəsizlik edirsən? Tez təcili gəl mənim otagıma .
Bufetçi qadının üzünə baxdım. Onun rəngi deyişmişdi.

#3 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 30 июня 2010 - 14:14

yadıma gəlir ki, sinifdə müəllimlər dərslərini oxumayan şagirdləri arxa cərgədə oturdadılar
sinifin arxa partalar bir növ təcridxana kamerasına bənzəyrdi)
artıq məktəbin rəhbərliyi savadsız şagirdləri sinifdə saxlamaq metodundan əl çəkmişdilər..
çünki getdikcə bu cür tənbeh etmə praktikası özünü dogrultmurdu.
və eyni zamanda şagirdlərin sinifdə qalmasıda məktəbin adına nöqsan gətirirdi
Məktəbin müəllim heyəti 8 il müddət ərzində savadsız şagirdləri sinfdən-sinifə keçirməyə məcburiyyəti qarşısında qalmışdılar
belkə də bu tolerantntlıq ən gözəl nümunəsi sayıla bilərdi))
bu şagirdləri xatırlarkən məndə belə bir təssəvür yaranırdı ki, onlar məktəbə oxumaga deyil, "gün keçirmək" üçün gəlirdilər
hərdən öz həyatımı onların məktəb həyatı ilə müqayisə edirəm
və görürəm ki...
məndə bu həyat adlı məktəbdə oxumuram.. sadəcə "gün keçirmək" üçün gəlib-gedirəm).

Сообщение отредактировал Atella: 30 июня 2010 - 14:19


#4 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 24 августа 2010 - 10:28

Bir məktəbə getdiyim ilk gün çox sevinirdim, bir də məktəbi bitirəndə)
Tətillər başlayanda da bir ayrı sevinc olurdu.

Bir də hər yeni dərs ili başlayanda yuxum qarışırdı, müəllimlərimizi irtifə sifətində görürdüm :flowers1:


Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#5 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 24 августа 2010 - 11:23

Məktəb illəri))) Doğurdan da bu illər ömür adlanan yolda oz dərin izlərini coox məharətlə qoydu!Bu izləri hec bir küləklər silməz,hec bir yağıntılar örtməz! 20 nömrəli məktə:unsure:))Ehh. Yadımdadı,Sevinc adlı qizin təpəsinə portfelimi cırpdığım vaxtlar.Məni müəllimə "satmışdı".İllər kecdi) Artıq 8-ci sinifdə Sevinc qəşəng bir qız oldu.Bir gün ona deyəndə ki:Sevinc ,özün qəşəng qızsan,amma ağlın yoxdur,-Sevinc cavab verdi ki:portfeli bağıma az vurmusan?ağıl hardan qalsın?))
Əfqanıstanda hər gün evə gəldiyim gün mütləq səhəri Bəyim müəlliməmi gorəcəyimi arzuladım.gƏLDİM,GETDİM GÖRÜŞƏ... Bəyim müəllim məni gozləməmişdi..Mən "orada" olanda rəhmətə getmişdi...İndi də o məktəbin yanından kecəndə elə bilirəm ki,indi qacışan uşaqlar arasında özümü,sinif yoldaşlarımı gorəcəm,Bəyim müəlliməni gorəcəm.Müəlliməmi gorəcəyim şəksizdi- AMMA BU DÜNYADA YOXX!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#6 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 24 августа 2010 - 15:04

Xatirələr tək məktəblə bitmir.Qəribə deyil ki, ən şirin xatirələri-andıqca ,anmaq istəyirsən. Hərbi məktəbdə oxuduğumuz zaman Moldovanın kəndlərinə məhsul yığımına gedərdik.Axşamlar ikiləşib,moldavan qızları ilə cay kənarına gedərdik,söhbətləşərdik.Hec bir pis şey ağlımıza belə gətirməzdik. İnam vardı insanlara o zamanlar.Psixoloji durum da fərqli idi.Hec kim ağlına belə gətirməzdi ki, kiməsə qarşı əclaflıq edə.Yoxsa indiki kimi. Dişlərini göstərib özlərindən samalyot qanadlı mələk düzəldirlər- hec gözünü qırpmamış gorürsən ki,KAMAZ kimi mindi boynuna.Hamı da dindar-mömin!Nə isə qeybətə doğru yonəldi. Allah sırtıq şeytana lənət eləsin!
Bir də Bolqrad şəhəri yadımdadır. İlk hərbi hissəmiz olan ,Ukraynanın balaca bir şəhəri.Nə isə mənə elə gəlir ki- o zamanlar cənnətdə olmuşam- QANMAMIŞAM!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru