Перейти к содержимому


Фотография

Plyonka və pərdə vurmaqa rəsmi icazə verildi


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 23 июня 2010 - 09:35

Azərbaycan, Bakı, 22 iyun

Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında "Yol hərəkəti qaydaları haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun qəbul olunub.

"Dəyişikliklərə görə, yaşayış zonalarında və həyətlərdə avtomobillərin hərəkət sürəti 20 km/saatadək məhdudlaşdırılır",
Sürücü sükan arxasında mobil telefonla danışığa görə 50 manat həcmində cərimə olunacaq.
Qeyri-iş günlərində qanunu pozmuş sürücü cərimənin məbləğini yol müfəttişliyinin səlahiyyətli əməkdaşına ödəyə bilər. Müxtəlif nəqliyyat vasitələrinin idarə olunması hüququ üzrə yaş məhdudiyyətlərini nəzərdə tutan dəyişikliklərə görə, avtomobil yollarında velosiped sürmək hüqüqü 14 yaşdan az olmayan şəxslərə verilir.
Yollarda asma mühərriklərlə təchiz edilmiş mopedləri, velosipedləri və "A12 kateqoriyasından olan nəqliyyat vasitələrini yaşı 16-dan aşağı olmayan şəxslər idarə etmək hüququna malikdirlər. "A", "B" və "C" kateqoriyasından olan avtomobilləri idarə etmək hüququna 18 yaşdan az olmayan, "BE" kateqoriyası üzrə isə 19 yaşdan az olmayan şəxslər idarə edə bilərlər.
Yolun sağ hissəsi boş olduğu halda nəqliyyat vasitəsinin yolun sol tərəfinə keçməsi qadağan edilir. Bu qaydalar yaşayış məntəqələrindən kənarda yerləşən avtomobil yollarında tətbiq olunacaq.
"Yol hərəkəti qaydaları haqqında" qanuna təklif olunan digər dəyişikliyə əsasən, avtomobil və avtobuslarda hər iki tərəfdən arxanı göstərən xarici güzgülər olduqda, pəncərələrdən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
Digər bir dəyişikliyə görə, taksilər avtobus dayanacağında sifariş qəbul etmək üçün dayana bilməzlər.

Hərbçilərə CE, D və DE kateqoriyalarından olan avtomobilləri idarə etmək hüququ 19 yaşdan verilir.


MƏNBƏ BURADA
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#2 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 23 июня 2010 - 09:50

Gic ölkənin gic qanunvericilik orqanı olur ... Gic qanunvericilik orqanındada ancaq gic qanunlar qəbul olunur...

Mən bu plyonkadı,jalyuzdu bunun luzumluğun başa düşmədim də bu fani dünyada . Nəyə lazımdı , mənə başa salan olsaydı olardı xub.

Qanunda bu zadda var "qanuna təklif olunan dəyişikliyə əsasən, yaşayış zonalarında və həyət ərazilərində sürət saatda 20 kilometrdən çox olmamalıdır”. "

gülməlidi ... amma qəribi ,görürsən hərdən, ağlamaxda tutur...
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru