Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.
(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” - dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi.
(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” - dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam! (Ənam, 76-78)
İddia edirlər ki, bu ayələrdə də açıqlandığı kimi, Həzrət İbrahim (ə.s), üç dəfə üç ayrı şeyə "Rəbbim budur" -demişdir. Halbuki onlar onun Rəbbi deyildi. Bu da onun ömürünün bir hissəsində bunların "Rəbb" olduğuna inandığını göstərir. Yenə deyirlər ki, əgər Həzrət İbrahimin bunlara həqiqətdə deyil, inanmadığı halda zahirdə "Rəbb" olaraq söylədiyini desək də, bu da istər yalan olsun, istər olmasın, bir peyğəmbərə yaraşan şey deyil. Bu səbəbdən iddia edilən məsumiyyətə zidd bir şeydir.
Cavab: Bu iddiaya müxtəlif cavablar verilmişdir. Bunlardan biri budur ki, İbrahim (ə.s) kafirlərə həqiqi Rəbbi tanıtmaq məqsədiylə, bir neçə fərziyyə ortaya atıb, sonra əməli olaraq o fərziyyələri rədd etməyə çalışmışdır. Yəni Həzrət İbrahimin "Bu mənim rəbbimdir" cümləsi bir xəbər cümləsi deyil, inşa cümləsi idi. Yəni fərz edək ki, bu rəbbimizdir; indi baxaq görəsən bu iddia doğru ola bilərmi? Bu səfər hər birisində bir əskikliyi təsbit edib, "Xeyr bu əskikliyindən ötrü Rəbb ola bilməz" deyirdi. Yəni əməli olaraq müşriklərə Rəbb olaraq inandıqları şeylərin ləyaqətsizliyini göstərirdi. Bu tip isbat metodları biz insanlar içində də çox məşhurdur və kimsə onların yalan olduğunu söyləyə bilməz. Demək ki, Həzrət İbrahimin bu sözləri ulduzlara, aya və günəşə tapınanlara gerçək rəbbi tanıtmaq üçün "onların məntiqləri ilə onları rədd etmək" metodudur. Yoxsa (haşa) onun inandığı bir şeyi ifadə etmək üçün deyilən xəbəri bir cümlə deyil. Necə ki sözlərinin sonunda "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam!" deyə söylədiyi cümlə də bunun isbatıdır. Çünki əgər iddia edildiyi kimi (haşa) əvvəldən özü də bunlara inanmış olsaydı, bu cümlə yerinə belə deməli idi: "Ey camaatım, mən artıq əvvəllər rəbb olaraq inandığım və Allaha şirk qoşduğum şeylərdən uzağam!". Bunun bir başqa dəlili budur ki, yuxarıda verdiyimiz ayələrdən dərhal əvvəlki iki ayə Həzrət İbrahimin bu sözləri söyləmədən əvvəl muvahhid olduğundan bəhs edir:
(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”
Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun! (Ənam, 74-75)
Xülasə, Həzrət İbrahimin Azərə söylədiyi söz və yenə Allah Təalanın ona göylərin və yerin mülkünü göstərməsi, muvahhid olmayan bir kimsənin vəziyyəti ilə uyğun gələrmi?!
Сообщение отредактировал Şair: 28 июня 2010 - 19:19