Перейти к содержимому


Фотография

Ravilərin halı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 9

#1 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 30 июня 2010 - 03:21

İnşaallah bu mövzuda məqsəd ravilər barədə alimlərin nəzərlərini öyrənməkdir. Bütün istifadəçilərdən əsasən sual verməkdə yox cavab verməkdə aktiv olmalarını rica edirəm. Digər bir ricam isə bir ravi barədə mə`lumatı əldə etməyənə qədər digərləri barədə sualın olunmamasıdır.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 июля 2010 - 12:16

qardaş, mövzu sadəcə imamiyyə məzhəbinin kitablarında keçən ravilər haqqındadır yoxsa əhli sünənin raviləri də buraya daxildir?

#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 июля 2010 - 22:04

siftəni mən edim amma hər zamankı kimi suallarla :flowers1:

İbn Şihab əz-Zührü bu şəxs haqqında əhli sünnənin rical kitablarında nə deyilib? əz-Zührü Hz. imam Əlidən ə.s "Rəsulullah eşşəklərin ətini və mutəni Xeybərdə qadağan etdi" hədisini nəql edib və çox maraqlıdır ki, Xeybər savaşı ilə əlaqədar gələn hədislərdə sadəcə əz Zührünün rəvayətlərində mutənin qadağan edildiyi iddası var. başqa rəvayətlərdə isə sadəcə eşşəklərin ətinin qadağan edildiyi bildirilir.


#4 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 02 июля 2010 - 22:12

Mütə barədə Həzrəti Əliyə (ə.s) istinad edilən hədisə cavab
.....................

Xeybər hədisinin bütün rəvayət yolları İbn Şihab əz-Zühridə birləşir. əz-Zühri, hər nə qədər Əhli Sünnə qardaşlarımızın "çox siğə bir hədis hafizi" sayıb rəvayətlərinə çox güvəndikləri biri olsa da biz eyni qənaətdə deyilik. Bizim tərəfimizdən o çox məhkum bir ravidir və rəvayətlərinə güvənməyimiz mümkün deyil.

a) İbn Şihab əz-Zühri, Urve b. Zübeyr ilə hər fürsətdə bir araya gəlib İmam Əliyə (ə.s) sataşan və ona olan düşmənliklərini aşkar edən iki yaxın! Bu mövzuda etibarlı yollarla gələn bir çox rəvayət vardır ( İbn Əbil-Hədid, IV, 102 )

:flowers1: əz-Zühri həmçinin, Əbdülməlik b. Mərvan kimi böyük qan tökücü Əməvi sultanlarının məclis yoldaşlarındandır! (İbn Sad, VII, 447 Eyni yerdə o məşhur diktatorun hədiyyə(!)lərinə məzhər olduğu da qeyd edilib.)

c) İbn Sa'dın Buxari ilə Müslimin şərtlərinə görə səhih bir sənədlə rəvayətinə görə, biri əz-Zühriyə gələrək, dişləri qızıl tellərlə bağlamanın hökmünü soruşur. O da "qorxusu yoxdur" deyir. Bu olsa dərd yarı. Əsl problem, əz-Zührinin bu fətvanı verərkən Əbdülməlik b. Mərvanı mənbə göstərməsidir. əz-Zühri, "Əbdülməlik b. Mərvan da dişlərini qızılla bağlatmışdı!" deyərək, "Qorxusu yoxdur; əgər olsaydı Əbdülməlik etməzdi!" -demək istəyir. Tək bir valinin, Həccaci Zalımın, yersiz səbəblərlə, bir çoxu Əhli Beyt tərəfdarı 100.000-dən çox baş kəsməsini təsdiqləyən belə bir diktatorun tətbiqini dəlil göstərmək; bir möminə yaraşarmı!?

d) Həmçinin əz-Zühri tədlis ilə də məşhur biridir. (əz-Zəhəbi, IV, 40) Yəni rəvayət etdiyi hədisin başqaların tərəfindən etibarlı sayıla bilməsi üçün sənəddə və daha başqa yerlərdə oynama edə bilir!!! əz-Zührinin hədislərin mətn və sənədlərində etdiyi oynamalara nümunə görmək istəyirsinizsə; onun rəvayət etdiyi hədislərə "səyahət etməlisiniz"

e) Yəhya b. Main belə "O Ümeyyə oğullarına çalışardı!" dedikdən (Hakim, əl-Maarifə:54) sonra, əz-Zührini kim siğə sayırsa saysın, bir qiyməti varmı?

P.S. Müvəqqəti nigaha aid bölmədə bunun barədə yazılıb. Həmçinin Hacı Zülfüqarın "Müvəqqəti nigah" kitabında da bu raviyə toxunulur. Bildiyim bu qədər. İnşallah qardaşlar daha geniş əlavə edər.


#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 03 июля 2010 - 09:09

Şair, məlumata görə çox sağol. mən o və digər cavablarla tanışam. sadəcə bilmək istəyirəm əhli sünnənin rical alimlər onun haqqında nə deyirlər.

#6 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 03 июля 2010 - 11:51

Şair, məlumata görə çox sağol. mən o və digər cavablarla tanışam. sadəcə bilmək istəyirəm əhli sünnənin rical alimlər onun haqqında nə deyirlər.


Burada əz-Zöhri barədə kifayət qədər məlumat tapa bilərsən (ingiliscə)

Burada isə türkçə (PDF-in 5-ci səhifəsində)

Vaxt olduqca tərcümə edərik inşallah.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#7 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 июля 2010 - 22:56

Şair qardaşın bildirdiyi kimi o, əhli-sünnə nəzərində siqadır.

Muhəmməd b. Muslim b. Şihab əz-Zuhri

10978-ci ravi


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#8 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 мая 2012 - 19:45

araşdırma aparan qardaşlardan xahiş edirəm araşdırmalar zamanı cərh edilmiş ravilər haqqında əldə etdikləri məlumatları bura əlavə etsinlər.



5639 سهل بن زياد
5639-cu ravi: Səhl b. Ziyad:

قال النجاشي : سهل بن زياد أبو سعيد الآدمي الرازي كان ضعيفا في الحديث
Nəcaşi r.a dedi: Səhl b. Ziyad Əbu Səid əl-Adəmi ər-Razi, hədisdə zəifdir.

و قال الشيخ سهل بن زياد الآدمي الرازي يكنى أبا سعيد ، ضعيف
və Şeyx (Tusi r.a) belə dedi: Səhl b. Ziyad əl-Adəmi ər-Razi, künyəsi Əbu Səid, zəifdir.

و قال الكشي في ترجمة صالح بن أبي حماد الرازي ( 543 ) قال علي بن محمد القتيبي : كان أبو محمد الفضل ( بن شاذان ) يرتضيه و يمدحه و لا يرتضى أبا سعيد الآدمي و يقول : هو الاحمق
və Kəşşi r.a Saleh b. Həmmad ər-Razi’nin tərcüməsində dedi: Əbu Muhəmməd Fəzl b. Şazan Əbu Səid əl-Adəmi (yəni haqqında danışdığımız ravi) haqqında dedi: o bir axmaqdır.

و قال ابن الغضائري سهل بن زياد أبو سعيد الآدمي الرازي : كان ضعيفا جدا فاسد الرواية و المذهب
və ibni Ğədairi r.a dedi: Səhl b. Ziyad Əbu Səid əl-Adəmi ər-Razi: çox zəifdir, məzhəbi və rəvayətləri fasiddir.

Seyyid Əbul Qasim əl-xoi r.a, "Mucəm ricalil hədis", 5639-cu ravi



#9 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 17 сентября 2013 - 13:36

məndə sual yaranır ki
əgər ravi kafirdirsə,ondan hədis ötürmək olar siz şiyələrdə?əgər hədisin mətni qurana zidd gedmirsə,kafir olan ravidən ötürülən hədis niyə qəbul deyil ?



bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#10 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 16 июня 2015 - 11:56

məndə sual yaranır ki
əgər ravi kafirdirsə,ondan hədis ötürmək olar siz şiyələrdə?əgər hədisin mətni qurana zidd gedmirsə,kafir olan ravidən ötürülən hədis niyə qəbul deyil ?

kimdir ki kafir və şiə mənbələri o kafirdən səhih hədis götürüblər???
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru