Перейти к содержимому

Фотография

Aşıq sənəti və meyxana sənəti

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 14

#1 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 22 июля 2010 - 17:13

Buyurun, forumun şeir-sənət sevərləri :)

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#2 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 22 июля 2010 - 20:34

Aşıq sənəti meyxana sənətinə nisbətən nə qədər köklü olsa da iddia edirəm ki heç bir aşıq meyxana deyənlə üz üzə ədəbiyyatın qaydalarını (vəzn, heca vs) pozmamaq şərti ilə durub deyişə bilməz.
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#3 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 22 июля 2010 - 20:56

Aşıqlar bədahətən demirlər,cox az aşıqlar bunu bacarır,o da cox zaman dalay-dalayla qurtarır.Meyxana sənəəti başqa bir faktordur,bunu aşıq sənəəti ilə tutuşdurmaq-yanlışdır!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#4 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 23 июля 2010 - 15:30

Aşıq sənəti meyxana sənətinə nisbətən nə qədər köklü olsa da iddia edirəm ki heç bir aşıq meyxana deyənlə üz üzə ədəbiyyatın qaydalarını (vəzn, heca vs) pozmamaq şərti ilə durub deyişə bilməz.

Nisbətən deyil, qardaş. Mənbələrdə deyilir ki, saz sənətinin ən azı iki min il yaşı var. Çində iki min yaşı olan qopuz aləti tapılıb.
Dədə Qorqudu oxuduqda da bunun şahidi oluruq.

İkincisi, deyişmək elə aşıq sənətindən qalıb. 18-19cu əsrlər Azərbaycan ədəbiyyat tarixinə nəzər salsaq kifayətdir.

Üçüncüsü, bədahətən şeir demək bütün təbi olan əsl şairlərdə hər zaman olub.

P.S. Əruz vəznini də heca vəzni ilə qarışdırmaq lazım deyil. Heca vəzni türk ədəbiyyatına xasdır, əruz vəzni isə ərəb ədəbiyyatındandır. Baxmayaraq ki, dahi klassiklərimiz türk ədəbiyyatının janrı olan tuyuğları məharətlə əruz vəzninə qazandırıblar.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#5 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 23 июля 2010 - 15:33

Aşıqlar bədahətən demirlər,cox az aşıqlar bunu bacarır,o da cox zaman dalay-dalayla qurtarır.Meyxana sənəəti başqa bir faktordur,bunu aşıq sənəəti ilə tutuşdurmaq-yanlışdır!

Bir vaxt məşhur estrada müğənnimiz muğamata dalay-dalay demişdi. Əsl aşığın sözü qurtarmaz.
Meyxana sənətinin tarixi haqqında bir bilginiz var? Ən qədim meyxana nümunəsi hansı əsrə məxsusdur? Məlum olan ən qədim meyxana deyən kimdir?

PS.PS :gizildish:)
Bir meyxana sevən olaraq, bu bəhsi dəstəkləmirəm, əslində. Amma dünən yeri gəlmişdi deyə açdım :gizildish:)

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#6 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 23 июля 2010 - 16:22

qınamıram söz tapılmayanda həmişə tarixə müraciət olunub :gizildish:
yuxarıdakı postumda qeyd eləmişdim ki aşıq sənəti müyxana sənətində köklü sənətdi
mirotvores 70 - də sözünə qüvvət olaraq deyə bilərəm ki həqiqətən heç bir aşıq heç bir meyxana diyenlə deyişə bilməz. Baxmayaraq ki deyişmənin əsası aşıq sənəti ilə bağlıdır, türklər demişkən Artıq buynuz qulağı keçib. Bir şeyi də qeyd edim ki biz iki sənətin tarixini araşdırmırıq.
PS--bir şeyi də qeyd edim ki dərviş sayağı meyxanaların kökü gedir sufilərə və onların davamçıları olan dərvişlərə dirənir.
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#7 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 23 июля 2010 - 16:28

qınamıram söz tapılmayanda həmişə tarixə müraciət olunub :gizildish:

PS--bir şeyi də qeyd edim ki dərviş sayağı meyxanaların kökü gedir sufilərə və onların davamçıları olan dərvişlərə dirənir.

Məntiqlə bu iki cümlə ard-arda yazılıbsa, deməli, söz tapılmayıb və tarixə müraciət edilib :gizildish:

həqiqətən heç bir aşıq heç bir meyxana diyenlə deyişə bilməz. Baxmayaraq ki deyişmənin əsası aşıq sənəti ilə bağlıdır,

2 fərqli kateqoriyaları müqayisə etmək olmaz. Biri çox ağır və zəngin bir irsdi, biri yeni yaranmış, sevilən, amma hələ yaşayıb yaşamayacağı bəlli olmayan bir sənət növü.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#8 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 23 июля 2010 - 16:58

fərqli kateqoriyaları müqayisə etmək olmaz. Biri çox ağır və zəngin bir irsdi, biri yeni yaranmış, sevilən, amma hələ yaşayıb yaşamayacağı bəlli olmayan bir sənət növü.

Əgər həqiqətən də tarixlə götürsək dərviş stilində meyxanalr indiyənə qədər sevilir və hətta tez tez dillərdə həm dini həm də dünyəvi mövzularda Bəhri-təvillər eşidirik.

Məntiqlə bu iki cümlə ard-arda yazılıbsa, deməli, söz tapılmayıb və tarixə müraciət edilib

:D :gizildish: :gizildish:

inşallah bir xeyr iş olsun siz terefden aşiq gələr biz tərəfdən də meyxana diyən onda xalq gerçəkləri görər :gizildish:
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#9 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 24 июля 2010 - 10:43

Aşıqlar bədahətən demirlər,cox az aşıqlar bunu bacarır,o da cox zaman dalay-dalayla qurtarır.Meyxana sənəəti başqa bir faktordur,bunu aşıq sənəəti ilə tutuşdurmaq-yanlışdır!

Bir vaxt məşhur estrada müğənnimiz muğamata dalay-dalay demişdi. Əsl aşığın sözü qurtarmaz.
Meyxana sənətinin tarixi haqqında bir bilginiz var? Ən qədim meyxana nümunəsi hansı əsrə məxsusdur? Məlum olan ən qədim meyxana deyən kimdir?

PS.PS :))
Bir meyxana sevən olaraq, bu bəhsi dəstəkləmirəm, əslində. Amma dünən yeri gəlmişdi deyə açdım :))

Aşıq sənəəti qədim olsa belə əsasən bu aşıqların əvvəlcədən hazırlaşıb,sonra nə isə ərsəyə cixartmaları ilə səciyyələnir,nə qədər güclü aşıq olsa belə 5-6 qafiyədən sonra ,söz ehtiyatı tükənir,cünki aşıq hec zaman bədahətən( sözə yerindəcə cavab taparaq-qoşma qoşmaq) söz demir.
Meyxana isə əsasən anca bədahətən sız deməkdən ibarətdir,burada qafiyənin bitməsi anca deyənlərin(deyişənlərin) razılığışdan və hansı birininsə digər tərəfi təzkib olunmaz dərəcədə"bağlamasından" sonra bitər.Bu sənəətin qədmiliyi şəksizdir,bu haqda informasiya qoyacam!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#10 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 24 июля 2010 - 11:08

Aşıq sənəəti qədim olsa belə əsasən bu aşıqların əvvəlcədən hazırlaşıb,sonra nə isə ərsəyə cixartmaları ilə səciyyələnir,nə qədər güclü aşıq olsa belə 5-6 qafiyədən sonra ,söz ehtiyatı tükənir,cünki aşıq hec zaman bədahətən( sözə yerindəcə cavab taparaq-qoşma qoşmaq) söz demir.
Meyxana isə əsasən anca bədahətən sız deməkdən ibarətdir,burada qafiyənin bitməsi anca deyənlərin(deyişənlərin) razılığışdan və hansı birininsə digər tərəfi təzkib olunmaz dərəcədə"bağlamasından" sonra bitər.Bu sənəətin qədmiliyi şəksizdir,bu haqda informasiya qoyacam!

Haqlısız bir şeydə ki, aşıqlar şeir əzbərləyiblər. Amma təkcə şeir yox, dastanlar, nağıllar, hikmətli tapmacalar, kəlamlar və s. Onların güclü yaddaşı və elmləri olub.
Bədahətən şeir demək qabiliyyəti isə, tək meyxanaçılara məxsus deyil. Bütün təbi olan insanlarda bədahətən şeir demək var. Aşıq deyişmələri haqqında heç eşitməmisiz? Bağlamalar??
Özdə onların dediklərində dərin hikmət olub, qafiyə xətrinə söz yığını düzəltməyiblər, nə də ki, aşıq yaradıcılığında jarqon ifadələr yoxdur.
Aşıq sənəti özündə bir neçə sənəti birləşdirir. Həm saz ifaçılığı, həm şairlik, məclis aparmaq, müğənnilik, rəqs etmək və s.
Aşıq sənəti ƏVƏZSİZ sərvətimizdir.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#11 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 24 июля 2010 - 12:01

Şəksiz bacı- aşıq sənəəti -indiki aşıq sənəətinə bənzəməz.Bu cox güclü və böyük incəsənəəti özündə daşıyan qədim bir sənəətdir!
Tarixdə ABBAC TUFAQANLI,ƏLƏSGƏR,ŞAKİR və s. kimi sənətkarlar olub- və bu sənəəti danmaq sadəcə olaraq nadanlıqdır.
Başqa tərəfdən isə aşıq sənəətinin bir spesifik xüsusiyyəti də vardır ki, dastanlar,rəvayətlər,əfsanələri onlar özləri qoşmur- bu xalq ədəbiyyatından nümunələrdir.
Meyxana sənəətində isə hec bir yerdən nümunə yoxdur- olur ki,qafiyəni kimsə özündən verir və buna rəğmən isə deyişmə aparılır. Bu daha cətindir. Cün sözün mənasından başqa ,qafiyənin oturması da vacibdir.Siz fikir vermisinizsə aşıq sənəətində misra təkrarı minlərlə dəfə olsa belə buna qəbahət kimi baxan olmur. Amma meyxanada bu boyük minusdu
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#12 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 10 января 2011 - 19:23

Azərbaycanın məşhur meyxanaçısı intihar edib
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#13 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 10 января 2011 - 22:59

Tanınmış meyxanaçı özünü niyə yandırıb?
Изображение
Məşədibaba Aydəmirovun həyat yoldaşı onu tərk edibmiş

Meyxanaçı Məşədibaba Aydəmirovun özünə qəsd etməsinin səbəbləri məlum olub. Rayon Prokurorluğundan verilən məlumata görə, mərhumun həyat yoldaşı bir neçə gün əvvəl onunla dava edərək atası evinə gedib. Məşədibaba dəfələrlə onu evə qaytarmaq istəsə də, bu mümkün olmayıb. Dünən də o, son dəfə qayınatası evinə gedərək həyat yoldaşının geri qayıtmasını istəyib. Buna nail olmadıqda isə, başından benzin tökərək özünə od vurub. M.Aydəmirov ruhi-əsəb dispanserində qeydiyyatda olub.

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#14 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 января 2011 - 02:08

Tanınmış meyxanaçı özünü niyə yandırıb?
Изображение
Məşədibaba Aydəmirovun həyat yoldaşı onu tərk edibmiş

Meyxanaçı Məşədibaba Aydəmirovun özünə qəsd etməsinin səbəbləri məlum olub. Rayon Prokurorluğundan verilən məlumata görə, mərhumun həyat yoldaşı bir neçə gün əvvəl onunla dava edərək atası evinə gedib. Məşədibaba dəfələrlə onu evə qaytarmaq istəsə də, bu mümkün olmayıb. Dünən də o, son dəfə qayınatası evinə gedərək həyat yoldaşının geri qayıtmasını istəyib. Buna nail olmadıqda isə, başından benzin tökərək özünə od vurub. M.Aydəmirov ruhi-əsəb dispanserində qeydiyyatda olub.

Qədrimi ey baba, millət o zaman dərk edəcək ki,
olacaq vücudi-canım o zaman məzar içində...!

#15 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 01 февраля 2011 - 21:33

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru