Перейти к содержимому


Фотография

AZPROMO ucun PR manecer teleb olunur


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Urfan

Urfan

    Raqib – Seargeant

  • Murid
  • 119 сообщений

Отправлено 13 августа 2010 - 10:24

Vəzifənin adı: PR Meneceri və Himayəçilər Şurasının Koordinatoru
Hesabat verir: AZPROMO-nun Prezidenti

Vəzifə haqqında ümumi məlumat

PR Meneceri və Himayəçilər Şurasının Koordinatorunun vəzifə öhdəliklərinə AZPROMO-nun PR strategiyasının həyata keçirilməsi, AZPROMO-nun müsbət imicinin formalaşması üzrə fəaliyyətlərin həyata keçirilməsi və Himayəçilər Şurasının üzvləri ilə əlaqəlındirmənin təmin oluması daxildir.

PR Meneceri və Himayəçilər Şurasının Koordinatoru AZPROMO-nun Prezidentinə tabedir.

PR Meneceri və Himayəçilər Şurasının Koordinatorunun əsas vəzifə və öhdəlikləri aşağıdakılardan ibarətdir:

1. PR strategiyasının həyata keçirilməsi üzrə

1.1. AZPROMO-nun inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
1.2. AZPROMO-nun müsbət imicinin formalaşmasına əsaslanan PR strategiyasının hazırlanması və həyata keçirilməsinə cavabdehdir.
1.3. Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları ilə əlaqələrin/şəbəkənin qurulması, AZPROMO-nun təşkil etdiyi tədbirlərdə media nümayəndələrinin iştirakı, tədbirlərin mətbuatda işıqlandırılması, press relizlərin yazılması, mətbuat konfransları və müsahibələrin təşkili kimi fəaliyyətləri həyata keçirir.
1.4. AZPROMO-nun web-səhifəsinin professional səviyyədə qurulması, lazımi informasiyanın vaxtında yerləşdirilməsi və mütəmadi olaraq yeniləndirilməsinə cavabdehdir.
1.5. İxracın Təşviqi və İnvestisiyaların Təşviqi departamentləi ilə əlaqəli şəkildə publikasıyaların və digər təbliğat materiallarının hazırlanmasına cavabdehdir.
1.6. AZPROMO-nun aylıq, illik bülleten və hesabatlarının hazırlanmasına cavabdehdir.
1.7. Beynəlxalq mətbuat orqanları ilə əlaqələrin qurulması, AZPROMO haqqında məqalələrin təqdim edilməsi kimi fəaliyyətləri həyata keçirir.
1.8. Azərbaycanda biznes və investisiya mühiti ilə əlaqədar yerli və beynəlxalq mətbuatda çap edilmiş materialları toplayır və AZPROMO işçilərinə çatdırır.
1.9. AZPROMO və təşkil etdiyi tədbirlər haqqında çap edilmiş materialları, foto-şəkilləri və digər PR sənədlərini toplayır və saxlayır.
1.10. Beynəlxalq səviyyədə ölkə imicinin təşviqi kompaniyası üzrə təklifləri AZPROMO rəhbərliyinə təqdim edir.

2. Himayəçilər Şurası (HŞ) ilə koordinasiya üzrə

2.1. HŞ-nın üzvləri ilə işgüzar münasibətlərin / şəbəkənin qurulması və mütəmadi olaraq əlaqə saxlanılmasına cavabdehdir.
2.2. HŞ üzvləri üzrə məlumat bazası yaradır və vaxtaşırı yeniləndirir.
2.3. HŞ-nın illik iclaslarının cədvəlini AZPROMO Prezidenti ilə razılaşdırır və iclasları təşkil edir.
2.4. HŞ üzvlərinin təkliflərini AZPROMO-nun rəhbərliyi və müvafiq strukturları ilə əlaqələndirir.
2.5. HŞ üzvləri ilə fəaliyyətlər üzrə illik hesabat hazırlayır.

3. Kvalifikasiyası

• Jurnalistika, siyasi elmlər, sosiologiya, iqtisadiyyat və ya oxşar sahədə universitet təhsili
• Müvafiq sahədə ən azı 3 illik professional iş təcrübəsi
• Ölkədə gedən iqtisadi inkişaf meylləri və biznes mühiti haqqında biliklərin olması
• Müvafiq kompüter proqramlarında işləmək bacarığı
• Azərbaycan, ingilis və rus dillərini sərbəst bilməsi

4. Xüsusi bacarıqlar

• Koordinasiya və işin idarəedilməsi bacarıqlarının olması
• Analitik düşüncə və planlaşdırma bacarıqlarının olması
• İnformasiya mübadiləsi, ideyaların bölüşməsi və informasiyanın idarəedilməsi bacarıqlarının olması
• Əla ünsiyyət (şifahi və yazılı), danişiqlar aparmaq, inandırma qabiliyyətlərinin və komandada işləmək bacarığının olması
• Konfliktləri həll etmə bacarığının olması
• Özünə inamlı, yaradıcı və intizamlı olması


Muraciet etmek ucun tecilie CVzi bu e-mail adresine yollayin: love_vibration@hotmail.com




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru