Hərbi xəbərlər. Военные вести.
#1
Отправлено 17 августа 2010 - 14:07
Ermənistan-Rusiya hərbi münasibətlərinin dərinləşməsi bölgədə yeni situasiya yaradır. Qeyd edək ki, hazırda Rusiya Ermənistandakı hərbi kontingentinin 2049-cu ilə qədər bu ölkədə qalması, hərbi bazalarda canlı kontingentin sayının artırılması, silah-sursatın moderinləşdirilməsi qərarını verib və hətta bununla bağlı müqavilənin imzalanacağı da gözlənilir. Aydın məsələdir ki, bütün bunlar həm də Azərbaycana qarşı edilir.
Çünki, indi Ermənistanla yeganə problemi olan ölkə Azərbaycandır. Bəzi ekspertlər hesab edirlər ki, son illər Azərbaycanın hərbi sahəyə ayırdığı maliyyənin miqdarını ildən-ilə artırması rəsmi İrəvanda müəyyən narazılıq yaradıb. Ancaq Rusiya bu addımı ilə bir daha göstərir ki, o Ermənistanın yanındadır, onun müttəfiqidir və lazım gələrsə onu hər an müdafiə edəcək. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hərbi saziş imzalanandan sonra Ermənistanın siyasi hakimiyyətinə bu ölkədəki rus hərbi bazasından istifadə etmək hüququ veriləcək. Məhz elə bu səbəbdən də son günlər Azərbaycanla Türkiyə arasında hərbi müqavilənin imzalanması, Azərbaycanda türk hərbi bazalarının yerləşdirilməsi məsələsi gündəmə gəlir. Bu məsələlərlə bağlı “Turan”ın eksperti, politoloq Zəfər Quliyev “Bizim Yol” a danışıb. Onun sözlərəinə görə, Azərbaycanda türk hərbi bazalarının yerləşdirilməsi məsələsi əslində uzun illərdir ki, gündəmdədir: «Həm türk, həmdə Azərbaycan ictimaiyyətində bu mövzu uzun illərdir ki, müzakirə edilir. Azərbaycanın əksər siyasətçiləri və ekspertləri hesab edirlər ki, Türkiyə ilə hərbi saziş imzalamaq ölkəmiz üçün çox vacibdir. Hələ söhbət hərbi bazadan deyil, hərbi müttəfiqliklə bağlı sazişin imzalanmasından gedir. Hərbi bazalar isə ikinci mərhələnin işidir. Bu Azərbaycan üçün prioritet məsələdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın həm Qarabağ problemi var, həm də elə bir regionda yerləşir ki, ölkənin milli təhlükəsizliyi ilə bağlı hərbi sahədə müttəfiqliyi olmalıdır. Aydın məsələdir ki, hərbi müttəfiqlik rolunda Azərbaycan ictimaiyyəti ilk olaraq Türkiyəni görmək istəyir. Türkiyədə əslində bu rolda çıxış etməyə hazır olduğunu daima nümayiş etdirir. Hesab edirəm ki, indiki mərhələdə Türkiyə regionda fəal siyasət aparır. Həm Qarabağ probleminin həllində Türkiyənin rolu artır, həm də enerji təhlükəsizliyi məsələsində Ankara Azərbaycanla ciddi işlər qurur. Həmçinin Türkiyə - Rusiya münasibətləri də fəallaşır”.
Zəfər Quliyev hesab edir ki, indiki mərhələdə Azərbaycan və Türkiyə bu məsələni incə formada gündəmə gətirməli və həll etməlidirlər: “Çünki bunu faktiki olaraq Rusiya-Ermənistan hərbi əməkdaşlığına qarşı qoymaq əlavə konfrantasiya yaradacaq. Odur ki, bu prosesdə aparıcı rolda Türkiyə çıxış etməlidir. Azərbaycan isə bu məsələni hazır formaya gətirməlidir. Ola bilsin ki, bəlkə də bu məsələ tərəflər arasında mütəmadi müzakirə olunur. Hər halda bunu yetişdirib, hazırlayıb yenidən gündəmə gətirmək olar. Hesab edirəm ki, bu olduqca vacibdir, ancaq buna ehtiyatla və incə formada yanaşmaq lazımdır”.
Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsinin bəzi ölkələr tərəfindən birmənalı qarşılanmayacağını qeyd edən politoloq xatırladır ki, Azərbaycan burada xarici hərbi baza yerləşdirmək istəmədiyini elan edib: «Əgər xatırlayırsınızsa, qərb, eləcədə Rusiya bu məsələləri qaldıranda buna sərt təpgi verilib. Hətta Azərbaycan Milli Məclisi bununla bağlı qərar da verib. Bəyan edilib ki, Azərbaycan öz ərazisində xarici hərbi baza yerləşdirməyi məqsədə uyğun hesab eləmir. Əksinə neytral mövqedə qalmağa çalışır. Bu mövqe daha çox Rusiya və İran siyasəti ilə bağlı nümayiş etdirilir. İranı sakit edirdi ki, Azərbaycanda nə ABŞ-ın, nə də NATO-nun hərbi qüvvələri olmayacaq. Odur ki, indi qəfildən mövqeni dəyişəndə, Türkiyənin burada hərbi bazalarının yerləşdirilməsi məsələsini qoyanda, bu Rusiya və İranı qıcıqlandıracaq. Düzdür, bu məsələ də Ermənistan hay-küy qaldıracaq, çün ki, düşmən ölkədir. Ancaq ona əhəmiyyət vermək lazım deyil. Amma Rusiya və İranla birdən-birə münasibətləri gərginləşdirmək indiki mərhələdə Azərbaycanın maraqlarına uyğun deyil. Odur ki, bu məsələ risklidir. Lakin Rusiya və İrana görə, bu məsələdən qaçmaq da doğru deyil. Məncə, bu məsə incə formada həyata keçirilməlidir. Mən hesab edirəm ki, bu mövzuda Azərbaycan və Türkiyə rəsmiləri arasında söhbət getməmiş olmaz. Çünki daimi hər iki ölkənin birinci şəxsləri və hökumət nümayəndələri görüşəndə təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Aydın məsələdir ki, bu konteksdə müzakirələr aparılarkən iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri gündəmə gəlib. Belə bir sazişin imzalanması məsələsi də müzakirə edilib. Ehtimal edirəm ki, prezident Abdulla Gülün səfəri zamanı bu mövzu da nəzərdən keçiriləcək».
Nemət
www.bizimyol.az
#2
Отправлено 17 августа 2010 - 14:17
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdulla Gül avqustun 16-da “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” imzalayıblar.
İmzalanma mərasimi avqustun 16-da Bakıda, İlham Əliyevin və Abdulla Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdən sonra olub.
Abdulla Gül avqustun 16-da rəsmi səfərlə Azərbaycana gəlib, geniş tərkibdə görüşdən əvvəl prezidentlər arasında təkbətək görüş keçirilib.
Mil.az
Сообщение отредактировал MIROTVORES70: 17 августа 2010 - 14:21
#3
Отправлено 17 августа 2010 - 14:24
Ermənistan və Rusiya arasında yeni hərbi sazişin imzalanması Yerevanın xarici siyasətinə təsir edəcək". Bunu erməni ekspert Sergey Minasyan deyir.
O, sazişdən sonra rus bazasının Ermənistanın təhlükəsizliyinin təmin edilməsində daha geniş səlahiyyətlər alacağını Yerevan üçün müsbət hadisə adlandırıb.
Minasyanın fikrincə, hərbi əməkdaşlıq haqda 1995-ci il sazişinə indiki əlavələrin mənası odur ki, Qarabağda hərbi əməlyyatlar bərpa olunarsa, Rusiya Ermənistanı müdafiə edəcək.
“Əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu təkcə Qarabağda yox, həm də Ermənistan-Azərbaycan sərhədində gedəcək. Və bu halda Rusiyanın Ermənistanı müdafiə etməsi mümkündür”.
Amma politoloq onu da deyir ki,
RUSİYANIN BU TƏMİNATININ "HAQQI DA VAR”
Onun sözlərinə görə, bu, Ermənistanın çox vektorlu siyasət yürütmək imkanlarını daraldır.
Avqustun 19-da Ermənistana rəsmi səfərlə Rusiya prezidenti Medvedev gəlir. Gözlənilir ki, rus hərbi bazasının səlahiyyətlərinin genişləndirilməsi haqda saziş onun səfəri zamanı imzalanacaq.
Əlavələrə görə, rus bazasının Ermənistanda qalma müddəti daha 25 il - 2044-cü ilə qədər uzadılır.
Bundan başqa rus bazası Ermənistanda olduğu müddətdə Rusiya Federasiyasının maraqlarınn qorumaqdan əlavə həm də Ermənistan Silahlı Qüvvələri ilə birlikdə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edəcək.
Politoloq rus bazasının belə geniş səlahiyyətlər alacağı halda Ermənstanın daxili işlərinə qarışacağı ilə bağlı narahatlıqları bölüşmür.
Minasyan düşünür ki, əgər Rusiya Ermənistana təzyiq etmək istəsəydi, bunu daha effektiv rıçaqlar vasitəsilə edərdi, məsələn, iqtisadi rıçaqlara əl atardı, yaxud
AZƏRBAYCANLA HƏRBİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRƏRDİ
Əgər Ermənistanda bəzi siyasi qüvvələrin və politoloqların narahatlığı Ermənistanın suverenliyi ilə bağlıdırsa, Azərbaycanda insanları daha çox Ermənistan-Rusiya hərbi əməkdaşlığının genişlənməsinin Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyi maraqlandırır.
Hazırda sülh danışıqları yenə dalana dirənib. Azərbaycan ATƏT-in Minsk qrupunun təklif etdiyi son nizamlanma paketini – Madrid prinsiplərinin yeni variantını qəbul edib, Ermənistan tərəfi isə bu təklifə reaksiya vermir.
Azərbaycan prezidenti isə bildirib ki, sülh danışıqlarının uğursuzluğa düçar olması Azərbaycanı digər vasitələrə əl atmağa məcbur edə bilər.
Azərbaycanlı politoloq Ərəstun Oruclu deyir ki, Azərbaycan axır illərdə öz hərbi potensialını gücləndirsə də, Yerevanla Moskva arasında imzalanması gözlənilən yeni hərbi əməkdaşlıq sazişi Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla bərpa edilməsini müşkülə çevirə bilər.
"Bu saziş bağlanarsa, Azərbaycan işğal olunmuş torpaqlarını güc yoluyla qaytarmaq haqda
GƏRƏK AZI 50 İL DÜŞÜNMƏSİN
Çünki Rusiya Qərbdən fərqli olaraq iqtisadi baxımdan cəlbedici olmadığını anlayır və regionda öz maraqlarını yeritmək üçün yenə də silah faktoruna istinad edir".
Ərəstun Oruclu deyir ki, Rusiyanın Ermənistanla bağlamaq istədiyi yeni saziş həm də Azərbaycana təzyiqdir ki, o, strateji seçim etsin, NATO-dan üz döndərib Ermənistan kimi Rusiyameylli siyasət yürütsün.
Ərəstun OrucluPolitoloq prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Azərbaycan və Rusiyanın gələcək strateji müttəfiqliyi haqda səsləndirdiyi son fikirləri misal çəkərək Kremlin bu istəyinə çatmağa yaxın olduğunu bildirib.
O ki qaldı Azərbaycan rəsmilərinə, onların Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın dərinləşməsindən ciddi narahatlıq büruzə verməsi müşahidə edilmir.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov Medvedevin Ermənistana səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi haqda yeni sazişin bağlanacağı ilə bağlı yayılan məlumatları "ehtimal" adlandırıb və bildirib ki, səfər baş tutmamış bu tip ehtimallara münasibət bildirmək istəmir.
www.azadliq.org
#4
Отправлено 17 августа 2010 - 14:30
Dünən Biləsuvar rayonunda 2009-cu ildə tikilən Liseyə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib. Bundan başqa, Biləsuvar rayonunda böyük bir küçə Milli Qəhrəmanın şərəfinə adlandırılıb. Bu barədə M.Piriyev adına Əliabad kənd orta məktəbində çalışan Milli Qəhrəmanın müəlliməsi Bəsirə Rüstəmova ANS PRESS-ə açıqlamasında bildirib. O, Milli Qəhrəman haqqında olan xatirələri bizimlə bölüşüb. “Şagirdim Mübariz İbrahimovun şəhid olduğunu biləndə, ilk günlər qəhər məni boğurdu. Bütün günü onun varlığı gözümün önündən getmirdi. Amma onun məktubunda “şəhid olsam, ağlamayın” yazısını oxuyandan sonra göz yaşlarım qurudu. İçimdə fərəh və qürur hissi mənə toxtaqlıq verdi. İndi onun adının verildiyi liseydə, şərəfinə adlandırılan küçədə olarkən sözlə ifadə olunmayan hisslər keçirirəm. Biz Mübarizi tərbiyəli, savadlı, alicənab və vətənpərvər oğlan kimi tanımışıq. Onun haqqında fikirlərimizdə yanılmadıq. O hər zaman qəlbimizdə yaşayacaq”, - deyə Bəsirə Rüstəmova vurğulayıb.
Qeyd edək ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov iyun ayının 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü də şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.
Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova
Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Milaz.
Сообщение отредактировал MIROTVORES70: 17 августа 2010 - 14:31
#5
Отправлено 17 августа 2010 - 14:37
Elə əməllər var ki, onun mükafatı heç kimə məlum deyil. Uca və qüdrətli Yaradan hətta belə əməllərin savabını öz əziz Peyğəmbərindən (s) də gizli saxlayır. Qeyd edir ki, mənim üçün olunan əməlin mükafatını ancaq mən özüm verəcəm. Bir az da dərinə gedib, deyir: “Mənim üçün görülən işin mükafatı elə mən özüməm”. Ona görə də bu kimi əməllərin mükafatlanmasında üçüncü şəxsə ehtiyac qalmır. Dini ədəbiyyatlarda və müqəddəs hədislərdə bədəli Allah özü olan əməllər bunlardır; Oruc tutmaq, gecə namazı və şəhid olmaq.
Söz şəhidlikdən düşmüşkən, fəxrlə deyə biləcəyimiz bir isim yaddaşlarda xatırlanır. Təbii ki, tarix boyu Azərbaycan qeyrətli və şücaətli oğullar yertişdirib. Onlardan biri də MÜBARİZ İBRAHİMOVdur. Xatırladaq ki, Azərbaycan ordusunun giziri Mübariz İbrahimov iyunun 19-da cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində 4 erməni əsgərini məhv edib, elə o sayda da yaraladıqdan sonra qəhrəmanasına həlak olaraq, şəhadət zirvəsini fəth etməklə, adını hər bir azərbaycanlının daş yaddaşına yaza bilmişdi. Onun cəsədi hələ də düşmən tərəfindədir.
Özünü ilahi mərtəbəyə hazırlayan şəhidimizin valideynlərinə yazdığı məktubundan anlamaq olur ki, o şəhidliyin nə olduğunu çox yaxşı anlayıb və atacağı addımı düşünərək edib. Sevindirici haldır ki, hər bir şəxsi Allaha həqiqi bəndə olmağa səsləyən MÜBARİZ-in göstərdiyi qəhrəmanlıq yavaş-yavaş xalq nağılına çevrilir. Eyni zamanda milli qəhrəmanımızla bağlı hər gün yeni məlumatlar da eşidilir. Belə ki, redaksiyamıza daxil olan qeyri-rəsmi xəbərə görə, şəhid İbrahimov erməni tərəfə keçib onlara öz yerlərini göstərəndən sonra Ermənistan Silahlı qüvvələrindən xüsusi təyinatlı dəstələr Azərbaycan ordusundan bir neçə əsgərimizi aparıblar. Məlumatda bildirilir ki, müharibə təhlükəsinə görə və xalq təşvişə düşməsin deyə xəbərin yayılmasına ciddi qadağa qoyulub.
Məlumatı dəqiqləşdirmək üçün FaktXeber.com olaraq, Müdafiə Naizrliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin əməkdaşı Teymur Abdullayev sualımıza sualla cavab verdi: “Siz belə boş-boş və cəfəng məlumatları hardan alırsınız? Belə bir məlumat ola bilməz. Bir daha təkrar edirəm ki, belə məlumat yoxdur”.
Hər halda nə deyirik ki, təki yalan olsun. Axı, Azərbaycan ordusundan aparılan əsgərlər, elə bizim qohum-əqrəbadan, ən azı soydaşlarımızdır.
Allah səni rəhmət etsin, Mübariz İbrahimov!
Sən uzun illər yatmış bir milləti oyada bildin.
Ona görə də nə qədər AZƏRBAYCAN var SƏN yaşayacaqsan. Özü də ən yüksək zirvədə!
Əli Mövlud
Milaz
#6
Отправлено 17 августа 2010 - 14:45
Azərbaycanın Çindən döyüş təyyarələri almasını müstəqil hərbi ekspertlər də dəstəkləyir. Ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun fikrincə, müharibə şəraitində yaşayan Azərbaycan müdafiə qüdrətini möhkəmləndirməlidir.
Xəbər verdiyimiz kimi, Azərbaycan hərbi hava qüvvələrini möhkəmləndirmək məqsədilə Çinlə Pakistanın birgə istehsalı olan 24 ədəd “JF-17 Thunder” qırıcı təyyarə almaq üçün önəmli bir sövdələşməyə imza atıb. “JF-17 Thunder”ləri “MİQ-29"larla müqayisə edən ekspert birincilərin göstəricilərinin daha keyfiyyətli olduğunu bildirdi:
”Türkiyə silahlı qüvvələrində yüksək vəzifə tutan dostlarımız bildirir ki, Azərbaycan hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunlarını möhkəmləndirməlidir. Yadınıza gəlirsə, bir müddət əvvəl Bakıda türk ulduzları öz ustalıqlarını nümayiş etdirəndə bildirdilər ki, Azərbaycan tərəf təyyarəçilərini Türkiyə tərəfə göndərməlidirlər ki, onlar həm də qardaş ölkə ərazisində uça bilsinlər. Təyyarələrin texniki xarakteristikasına gəlincə, sözsüz ki, onların imkanları MİQ-29-un imkanlarından daha çoxdur. Deməzdim ki, “JF-17"lər dünyada ən super təyyarələrdi, amma hər halda, son illərin istehsalıdır. Silahlı qüvvələrdə 30 ildən artıqdır işlədilir və zaman-zaman modifikasiya olunur. Yeni aeronaviqasiya avadanlıqları ilə təchiz olunur, istənilən halda ”JF-17"lərin imkanları daha genişdir. Onların Azərbaycanın işğal altında olan ərazilərində istifadə olunması bizə fayda verəcək ."
Ü.Cəfərovun fikrincə, məsələ daha çox siyasi xarakter daşıyır: “Pakistan Azərbaycana dəstək verən müsəlman ölkələrindən biridir. Bununla yanaşı bu təyyarələr Pakistanın öndə gedən istehsallarından biridir. Pakistanın özündə, eləcə də qonşu dövlətlərdə də bu təyyarələrdən istifadə olunub. Pakistan həm dostluq, həm də iki ölkə arasında münasibətlərin xətrinə pis texnika satmaz. Düşünürəm ki, bu texnika Azərbaycanın Hərbi Hava Qüvvələrini daha da gücləndirəcək”.
Ekspert bildirdi ki, hərbi sənaye kompleksi yaradan Azərbaycan artıq özünün zirehli maşınlarını və silahlarını təqdim edib. Onu da əlavə etdi ki, dünyada 20 ildir həmin silahları təkmilləşdirən, ancaq bazarlarda satış çətinlikləri ilə üzləşən ölkələr var: “Müdafiə sənayesi nazirimiz Yavər Camalov deyir ki, biz artıq hərbi məhsullar buraxırıq. Bundan sonra da hərbi mallarımızı daha da artıracağıq. Hərbi sənaye kompleksimizi inkişaf etdirəcəyik. ”JF-17"-lərin üstün keyfiyyətləri çoxdur. Amma yəqin ki, hərbi rəhbərlik bunlardan harada necə istifadə olunacağını bilir. Azərbaycanın müəyyən ərazisi dağlıqdır. Ola bilər ki, bunda problemlər yarana. Amma düzən ərazilərdə sərbəst şəkildə işləyə bilərlər. Gəncə yaxınlığında yüksəklikdə işlədə biləcəyimiz təyyarələrimiz də var. Onlar hərbi aerodromda daim döyüş növbəsindədir. “JF-17"-lər Füzuli və Ağdam istiqamətində düşmən hədəflərini məhv etmək üçün işlədilə bilər. Eləcə də Naxçıvan ərazisində. Bilirsiniz ki, bu bölgəmiz də blokada şəraitindədir. Nə qədər ki, erməni həyasızlığı var, bu təhlükə qalacaq”.
Leyla İLQAR
www.musavat.com
#7
Отправлено 17 августа 2010 - 14:46
Rusiya Abxaziya ərazisində S-300 raket əleyhinə müdafiə sistemi, Cənubi Osetiyada isə raket əleyhinə müdafiə sistemlərinin bəzi elementlərini yerləşdirib. Bu barədə məlumatı Rusiya Hərbi Hava Qüvvələrinin komandanı, general polkovnik Aleksandr Zelin verib.
“Məqsəd nəinki Abxaziya və Cənubi Osetiya ərazisinin müdafiəsi, eləcə də hava məkanında dövlət sərhədlərinin pozulmasının qarşısını almaqdır və bu ərazilərin hava məkanında hər hansı məqsədlə uçan aparatların məhv edilməsidir",- deyə Zelin bildirib
Milaz
#8
Отправлено 17 августа 2010 - 14:51
İranda keçirilən “Fədayan-vilayat” adı altında şifrələnmiş hərbi təlimlərin son günündən görüntülər ölkənin dövlət televiziyasinda nümayiş etdirilib. Kadrlarda İran Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin yalançı hədəflərə atəş açması göstərilir. Təlimlər zamanı hərbi təyyarələr düşmən hədəflərinə bomba ilə zərbə endirmək qabiliyyətini nümayiş etdirib.
Təlimlərdə iştirak edən pilotlar Təbriz, Ahvaz, Dəzful, Tehran, Bəndər-Abbas və Həmədan şəhərlərində yerləşən müxtəlif bazaların pilotları olub. Rəsmilərin verdiyi məlumata görə, hərbi təlimlərə “F-4”, “F-5”, “F-7” və “Su-24” tipli 43 hərbi təyyarə cəlb edilib.
Qeyd edək ki, Fars körfəzində olan ABŞ gəmilərinin İrana hücum edə biləcəyi ilə bağlı məlumatlar yayıldıqdan sonra İranda hərbi təlimlərə başlanılıb.
Milaz.
#9
Отправлено 17 августа 2010 - 14:52
İranda keçirilən “Fədayan-vilayat” adı altında şifrələnmiş hərbi təlimlərin son günündən görüntülər ölkənin dövlət televiziyasinda nümayiş etdirilib. Kadrlarda İran Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin yalançı hədəflərə atəş açması göstərilir. Təlimlər zamanı hərbi təyyarələr düşmən hədəflərinə bomba ilə zərbə endirmək qabiliyyətini nümayiş etdirib.
Təlimlərdə iştirak edən pilotlar Təbriz, Ahvaz, Dəzful, Tehran, Bəndər-Abbas və Həmədan şəhərlərində yerləşən müxtəlif bazaların pilotları olub. Rəsmilərin verdiyi məlumata görə, hərbi təlimlərə “F-4”, “F-5”, “F-7” və “Su-24” tipli 43 hərbi təyyarə cəlb edilib.
Qeyd edək ki, Fars körfəzində olan ABŞ gəmilərinin İrana hücum edə biləcəyi ilə bağlı məlumatlar yayıldıqdan sonra İranda hərbi təlimlərə başlanılıb.
Milaz.
#10
Отправлено 17 августа 2010 - 14:58
İmperiya varisi olan şimal qonşumuz Qafqaz regionunda növbəti fəlakət nöqtələri yaratmaq istiqamətində addımlar atmaqdadır. Bu arada bəlli olub ki, Rusiyanın Ermənistan ərazisində olan hərbi bazası ilə bağlı iki ölkə arasında 1995-ci ildə imzalanmış müqaviləyə dəyişiklikləri nəzərdə tutan protokol Rusiya prezidenti Dmitri Medvedyevin avqustun 19-da İrəvana səfəri zamanı imzalanacaq.
Dəyişikliklərə əsasən, Rusiya hərbi bazalarının Ermənistan ərazisində qalma müddəti 1995-ci ildən hesablanmaqla əvvəldən nəzərdə tutulmuş 25 ildən 49 ilədək uzadılacaq. Rusiya tərəfi Ermənistanın müasir və uyğun hərbi (xüsusi) texnika və silahlarla təchiz edilməsinə də yardım göstərəcək.
Bundan əvvəl isə Rusiyanın Abxaziyada da S-300 raketləri yerləşdirəcəyi ilə bağlı məlumatlar narahatçılığı daha da artırır. Rusiyanın sürətlə Cənubi Qafqazda silahlanması artıq regionda marağı olan dövlətləri də həyəcanlandırıb.
ABŞ-da “Heritage Foundation”un eksperti Ariel Koen Obama administrasiyasının postsovet ölkələri ilə bağlı siyasətinə dəyişiklik etməli olduğunu deyib. Azərbaycanda isə hesab olunur ki, rəsmi Bakı təcili Türkiyə ilə hərbi ittifaqa girməlidir.
Sabiq dövlət müşaviri Vəfa Quluzadənin sözlərinə görə, Ankara ilə Bakı arasında ya açıq, ya heç olmasa gizli anlaşma olmalıdır ki, təhlükə anında Türkiyə köməyimizə gəlsin. “Hesab edirəm ki, Türkiyə bunu açıq şəkildə bəyan etməlidir. Rusiya 1997-ci ildə Ermənistanla hərbi müqavilə bağlayıb və bundan utanmır. Ermənistanda külli miqdarda qoşun, hərbi baza, texnika saxlayır. Azərbaycanın 20 faiz torpaqlarını birgə işğal edirlər. Türkiyə ilə Azərbaycan arasında isə heç bir hərbi müqavilə yoxdur. Türkiyə ilə Azərbaycan mütləq hərbi müqavilə bağlamalıdır”-deyə, politoloq “Azadlıq” qəzetinə bildirib. Rusiyanın Ermənistanla hərbi ittifaqının qarşılığında Türkiyə qoşunlarının Azərbaycana çağırılması da səslənən təkliflərdəndir.
Politoloq Qabil Hüseynlinin də çıxış yolu kimi öz təklifləri var. Ekspertə görə, Rusiyanın Ermənistanı silah anbarına çevirməsi tək Azərbaycan üçün deyil, həm də Türkiyə və deməli NATO üçün də çox təhlükəli məsələdir: “Sözün həqiqi mənasında Rusiya burada bütün prinsip və normaları aşıb keçir. Məsələn, Avropada adi silahların və silahlı qüvvələrin saxlanılmasına dair cinah sazişi mövcuddur. Bu sazişə uyğun olaraq Cənubi Qafqaz respublikaları, o cümlədən Ermənistan üçün də silahlı qüvvələrin strukturuna daxil olan bütün silah və qoşun növləri üçün kvota müəyyənləşdirilir. Ermənistan onsuz da çoxdandır ki, həmin kvotaya əməl etmir və kvotadan artıq silah və texnikaya malikdir. Amma Rusiya ilə imzalanması nəzərdə tutulan yeni hərbi saziş və ona əlavə ediləcək protokol bir tərəfdən bazaların daha 49 il Ermənistanda qalmasını təmin edir. Üstəlik də bazaların həm şəxsi heyətinin çoxaldılmasını, buraya yeni-yeni silah növlərinin gətirilməsini nəzərdə tutur. Məsələn, Rusiya istehsaldan yenicə çıxmış və sınaqları yeni başa çatmış mürəkkəb hava hücumundan müdafiə sistemi olan SS-400-ləri Ermənistanda yerləşdirməyə qərar verib. Həmçinin Ermənistandakı SU-29 bombardmançı və MİQ-31A qırıcı bombardmançı 62 təyyarədən ibarət iki hərbi eskadrilyasının sayını 3-ə, gələcəkdə isə 4-ə çatdırmaq istəyir. Eyni zamanda ən müasir T-94 tanklarından ibarət batalyonunun həm sayını, həm də dislokasiya yerlərini çoxaltmaq istəyir. Bir sözlə Rusiyanın bu militarist siyasəti nəticəsində Ermənistan bir barıt çəlləyinə çevrilir. Bu da həm Türkiyə və Qərb alyansı, həm də Azərbaycan və Cənubi Qafqaz üçün ciddi təhlükə mənbəyi deməkdir. Belə olan tərzdə Türkiyə və Azərbaycanın müxtəlif tədbirlərə əl atmasına çox ciddi ehtiyac yaranır”.
Q.Hüseynli bunun üçün konkret təkliflərə malikdir: “Çoxdan söylənilən, lakin hələ ki, reallaşdırılmayan Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasına başlanılmalıdır. Bundan başqa Azərbaycanla Türkiyə arasında ya hərbi saziş, ya da hərbi əməkdaşlıq sazişi imzalanmalıdır. Bu sazişə Gürcüstanı da cəlb etmək olar. Beləliklə bu məsələlərlə bağlı dünya ictimaiyyətinin diqqətini bölgəyə cəlb etmək mümkündür”.
XİN-in mətbuat katibi Elxan Poluxov isə deyir ki, hələlik Rusiya-Ermənistan hərbi anlaşması barədə onlarda məlumat yoxdur: “Ermənistanda müqavilə imzalanacaqsa, yalnız ondan sonra məsələyə münasibət bildirmək olar”.
E.PAŞASOY ,
www.musavat.com
#11
Отправлено 18 августа 2010 - 10:20
“Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq bu gün başlamayıb, Azərbaycanın müstəqilliyi bərpa olunduğu gündən mövcuddur”. Politoloq Rasim Musabəyov avqustun 16-da iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni “Turan”a şərh edərkən belə deyib.
Müqavilənin mətni ilə tanış olmadığını deyən Musabəyov qeyd edib ki, sənəddə hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı yeni məqamların olduğunu istisna etmir. Politoloqun fikrincə, bu, yeni Rusiya-Ermənistan hərbi razılaşmasına cavab reaksiyası ola bilər: “Reallıqda Ermənistandakı Rusiya hərbi bazasının statusu artmır. İndiyədək qeyd olunurdu ki, baza Rusiyanın maraqlarına xidmət edir. İndi əlavə olunur ki, Ermənistanın da maraqlarının təminatını nəzərdə tutur. Elə bunsuz da baza Ermənistanın maraqlarını müdafiə edirdi və onun şəxsi heyətinin yarısını yerli ermənilər təşkil edir. 5 min nəfərlik Rusiya bazası ilə Azərbaycanı qorxutmaq olmaz, üstəlik, Rusiyanın bu bazanın təchizatı ilə bağlı imkanları olduqca məhduddur.
Ermənistan və Rusiya öz hərbi razılaşmalarına yenidən baxırlarsa, Azərbaycanla Türkiyə də bunu edə bilər. Məsələn, iki ölkə boru kəmərlərinin təhlükəsizliyinin təminatına dair razılaşmaya malikdir. Bu əməkdaşlıq dərinləşdirilə bilər. Ermənistan və İran boru kəmərləri ilə bağlı hədə-qorxu gəliblər, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana qarşı müharibəsi isə boru kəmərlərinə real təhlükə yaratmışdı. Türkiyə boru kəmərlərinin hava hücumundan müdafiəsini təmin edə bilər. Bundan əlavə, o, Gəncədə mobil qüvvələr yerləşdirə bilər”.
Politoloq Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasını real hesab edir: “Qoy Ermənistan düşünməsin ki, onun sərhədləri qorunur və rahat şəkildə öz qoşunlarını Qarabağa göndərə bilər. Naxçıvanda Türkiyə bazasının yaradılması erməniləri Naxçıvandakı Azərbaycan korpusundan müdafiə olunmaq barədə düşünməyə vadar edəcək”.
"Media forum"
#12
Отправлено 18 августа 2010 - 10:23
Azərbaycan-İran sərhədinin Yardımlı rayonu hissəsində müəyyən narahatlıqlar var, əməliyyat şəraiti gərgin olaraq qalmaqdadır.
APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib.
Narkotik vasitələrin silahlı şəxslər tərəfindən bu istiqamətdə dövlət sərhədindən keçirilməsi hallarının davam etdiyini deyən E. Quliyevin sözlərinə görə, bir neçə gün əvvəl Yardımlı istiqamətində yenə belə hal baş verib: “Sərhəd naryadının gördüyü zəruri tədbirləri nəticəsində bu hadisənin qarşısı alınıb. Külli miqdarda siqaret məmulatları və narkotik vasitə aşkar edilib. Silahlı sərhəd pozucularından isə biri zərərsizləşdirilib”.
DSX rəisi İran tərəfinin viza rejimini ləğv etməsinin sərhədin qeyri-qanuni keçilməsi, sərhəd pozuntularının sayının azalmasına ciddi təsir göstərmədiyini bildirib.
Konkret statistik rəqəmləri açıqlamayan DSX rəisi onu da vurğulayıb ki, Azərbaycanın dövlət sərhədlərinin daha çox pozulması faktları cənub sərhədlərində baş verir.
Milaz
#13
Отправлено 18 августа 2010 - 10:27
Türkiyə səfirliyinin Tel-Əvivdəki səfirliyinə soxulan adam vurulub və yaralanıb. Röyters agentliyi adını açıqlamayan İsrailli rəsmiyə istinadən bu xəbəri yayıb. İsrail mediası vurulan adamın yaraqlı fələstinli olduğunu yazıb. Məlumata görə, fələstinli qısa bir müddətə də olsa iki səfirlik işçisini girov saxlamağa macal tapıb.
İsrail radiosunun xəbərinə görə, yaraqlı həm İsrail, həm də Fələstin xüsusi xidmət orqanları tərəfindən axtarıldığı üçün Türkiyədən siyasi sığınacaq istəyirmiş.
Xəbərə görə, yaraqlı şəxs pəncərədən görünən kimi polis snayperi tərəfindən vurulub. Səfirliyin yanından keçən geniş yol hərəkətə bağlanıb və hadisə yerində təcili yardım maşınları gətirilib.
Türkivə və ənənəvi müttəfiqi olan İsrailin münasibətləri may ayında fələstinə yardım aparan türk gəmisinə hücumdan sonra korlanmışdı. İsrail komandoslarının gəmiyə hücumunda 9 Türkiyə vətəndaşı həlak olsa da, İsirail hadisəyə görə üzr istəməkdən imtina etmişdi.
Milaz
#14
Отправлено 18 августа 2010 - 10:29
Rusiyada, Şimali Qafqaz Federal Dairəsinin paytaxtı Pyatiqorskda terror aktı baş verib. Yerli vaxtla saat 16:15 radələrində kafelərdən birinin qarşısında saxlanılan avtomobilin partladılması nəticəsində 20 nəfər yaralanıb. Partladılan avtomobilin “VAZ 2106” markalı maşın olduğu bildirilir. Bu artıq son sutka ərzində Qafqazda baş verən ikinci terror hadisəsidir. Rusiya prezidenti terror hadisəsinin araşdırılması ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə və Baş prokurorluğa göstərişlərini verib.
Şəhərin mərkəzində, insanların sıx olduğu yerdə törədilən partlayışda avtomobilin hissələri və şüşə qırıntıları geniş əraziyə səpələnib ki, bu da xeyli sayda insanın yaralanmasına səbəb olub.
APA
#15
Отправлено 18 августа 2010 - 10:32
Hərbi xidmətini başa vuran, İsrail ordusunda xidmət etmiş qadın əsgərin “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi şəkil ciddi narazılığıa səbəb olub. Qadının gözləri və əlləri bağlı fələstinlilərlə çəkirdiyi şəkilləri yayımlaması və həmin alboma “həyatımın ən gözəl anları” adını verməsi İsrail ordusu tərəfindən kəskin tənqid olunub.
Ötən il hərbi xidmətini başa viran Eden Abergilin yayımladığı şəkillər və “İDF (İsrail müdafiə qüvvələri) – həyatımın ən gözəl anları” albomu dərhal şəbəkədən silinsə də, artıq bir çox informasiya portalları bu şəkilləri yayımlayıblar.
Eden Abergilin bu şəkilləri isə İraqdakı “Əbu-Qreyb” həbsxanasında baş verən oxşar hadisəni yada salır. Belə ki, Amerika ordusunda xidmət edən qadın əsgərlərdən birinin başlarına torba keçirilmiş, əlləri bağlı və lüt soyundurulmuş əsgərlərlə çəkdirdiyi şəkillər bütün dünyada narazılıq dalğası doğurmuşdu. Həmin insidentələ bağlı aparılan araşdırmada bir neçə əsgərin təqsirli olması müəyyənləşdirilmişdi.
http://www.milaz.info/photo/15172.jpg
#16
Отправлено 18 августа 2010 - 10:40
Qarabağ məsələsi ilə bağlı aparılan danışıqların mənasızlığı vaxt keçdikcə daha geniş dairələrdə dərk edilir və problemin ədalətli həll yolunun savaşdan keçəcəyi etiraf olunur. Torpaqları işğalda qalmasına baxmayaraq, danışıq yolundan imtina etməyən Azərbaycanın konstruktiv mövqeyinə rəğmən, Ermənistan rəhbərliyinin qeyri-konstruktivliyi savaş variantını qaçılmaz edir.
Bu mənada rəsmi Bakının Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində daha ciddi addımlar atması başadüşüləndir. Xəbər verdiyimiz kimi, Azərbaycan hərbi hava qüvvələrini möhkəmləndirmək məqsədilə Çinlə Pakistanın birgə istehsalı olan 24 ədəd “JF-17 Thunder” qırıcı təyyarə almaq üçün önəmli bir sövdələşməyə imza atıb. “JF-17 Thunder”ləri “MİQ-29"larla müqayisə edən mütəxəssislər birincilərin göstəricilərinin daha keyfiyyətli olduğunu bildirirlər. Digər tərəfdən, hərbi sənaye kompleksi yaradan Azərbaycan artıq özünün zirehli maşınlarını və silahlarını da təqdim edib.
Ali Baş Komandan İlham Əliyevin son vaxtlar açıq şəkildə hərbi bəyanatlar səsləndirməsi də mövcud reallıqlardan irəli gəlir. Ölkə başçısının dediyi kimi, Qarabağ müharibəsinin ikinci mərhələsi başlayarsa, təbii ki, bu, təkcə bölgə dövlətləri üçün deyil, regionda maraqları olan güclər üçün də ciddi sınaq olacaq. Ancaq Azərbaycan xalqının və hakimiyyətinin yekdil mövqeyi bundan ibarətdir ki, Azərbaycan torpaqlarının itirilməsi ilə heç zaman razılaşmayacaq. Ölkə başçısının iki aydır meyiti belə erməni girovluğunda saxlanılan şəhid gizirimiz Mübariz İbrahimova milli qəhrəman adını verməsi də ermənilərə ciddi mesaj sayılmalıdır.
Digər tərəfdən, Ermənistanda ağır həyat tərzinin hökm sürdüyünü, erməni ordusundakı dərəbəyliyi, düşmən ordunun bir qrup əsgərinin canını qurtarmaq üçün Azərbaycana qaçmasını xatırladan ekspertlər düşmənə sarsıdıcı zərbə vurmağın əsl vaxtının olduğunu güman edir.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri də savaş vaxtının çatdığı qənaətindədir. O, Moskva ilə İrəvan arasındakı hərbi ittifaqı təhlükəli saymır: “Rusiya-Ermənistan hərbi müqaviləsinin zamanının artırılması ilə bağlı əlavə protokolun imzalanması əslində Ermənistan dövlətinin xeyrinə deyil. Bu protokol təhlükəsizlik baxımından Ermənistana qısamüddətli müəyyən çətir yaratsa da, siyasi-iqtisadi müstəqillik və gələcək perspektiv nöqteyi-nəzərdən inkişafın üstündən xətt çəkir. Bu, yaxın tarix üçün Sərkisyanın ən səhv qərarı olacaq və bunun məsuliyyətini daşımalı olacaq. Doğrudur, bu qərar Ermənistanın düşdüyü indiki ”xoşagəlməz" vəziyyətdə nisbətən əlini gücləndirəcək və ermənilər danışıqlarda daha barışmaz mövqe tutacaq. Bu isə müharibə riskini artıracaq. Çünki belə bir vəziyyətdə torpaqlarını azad etməkdə qərarlı olan Azərbaycana başqa seçim yeri qalmayacaq".
Ekspert Bakının müharibə bəyanatlarının sadəcə ictimai rəyə hesablandığını güman etmir: “Azərbaycan çox ciddi surətdə müharibəyə hazırlaşır. Ölkənin bütün poliqonlarında intensiv hərbi təlimlər keçirilir və müharibənin tələb etdiyi addımlar atılır. Bunu prosesin iştirakçısı olan dövlətlər də bilməmiş deyil. Cənubi Qafqaza olan səfərlərin artması və artacağı da məhz bunun nəticəsi kimi dəyərləndirilməlidir”. N.Miriyə görə, regionda müharibə təhlükəsi gözlənildiyindən də tez başlaya bilər: “Bu həftə xüsusilə kritik hesab oluna bilər. Belə ki, avqustun 21-də Rusiyanın İranın Buşəhr AES-ni işə salması gözlənilir. Əgər o günə qədər İrana İsrailin hərbi müdaxiləsi olmasa, bundan sonra bu nüvə obyektlərinin bombalanması çətinləşəcək. Çünki belə bir bombalanma bizim regionda ikinci Çernobıl faciəsinə gətirər ki, bunun da fakturasının kimə kəsilməsindən asılı olmayaraq, onsuz da kövrək olan geosiyasi vəziyyəti dramatikləşdirər və digər regionları da ağuşuna almaqla yeni müharibələrə yol aça bilər. Ona görə də bu gün Qarabağ münaqişəsinə həm də İran kontekstində yanaşmaq lazım gələcək. Reginda baş verən diplomatik trafikin bir səbəbi də məhz budur”.
Hərbi ekspert Üzeyir Cəfərova görə, torpaqları azad etmək üçün hər zaman uyğun vaxt hesab olunmalıdır: “Kimsə deyirsə ki, istidir, sərini gözləmək lazımdır, yaxud soyuqdur, havaların qızmasını gözləmək lazımdır, bu, düzgün yanaşma deyil. Şəxsən mən istəyirəm ki, torpaqlarımız tezliklə azad olunsun. Qarabağ müharibəsinin tarixinə ekskurs eləsək, bizdə ilin istənilən fəslində savaş olub. Elə avqust ayı bizim bir sıra rayonlarımızın işğal olunduğu aydır. Biz elə günü sabah döyüşə başlaya bilərik”. Ancaq ekspert Azərbaycanda savaş əhval-ruhiyyəsini hiss etmədiyini də vurğuladı: “Döyüşü təkcə ordu aparmır, millət aparır. Amma bu gün bizdə tamam fərqli situasiyadır. Xüsusilə də müharibə ilə bağlı o qədər də təbliğat aparılmır. Televiziyalarda çal-çağır baş alıb gedir, hərə öz işindədir. Lakin istək olan yerdə hər şey mümkündür”. Bununla belə, Ü.Cəfərov Azərbaycan və Ermənistan arasında müqayisə apararkən ölkəmizin üstünlüklərini sadaladı: “İnsani resurs baxımından Azərbaycan Ermənistandan qat-qat güclüdür. Həmçinin maddi imkanlarımız xeyli genişdir. Sadəcə, bu imkanlardan bəhrələnmək lazımdır. Amma indiki halda inanmıram ki, hərb qərarı verilsin. Hər halda, atılsa, düzgün qərar olar”.
Rusiya ilə Ermənistan arasında hərbi müqaviləyə gəldikdə, hərbi ekspert Moskvanın hegemon siyasətini yeritmək üçün hər şeydən yararlandığını qeyd etdi: “Hesab edirəm ki, bu da bizim üçün maneə olmamalıdır. Azərbaycan Türkiyədən möhkəm yapışmalıdır və Türkiyə ilə bütün münasibətlərdə tərəqqi yolunu tutmalıdır, xüsusən hərbi sahədə. Çünki bizim arxalanacağımız, bizə arxa-dayaq ola biləcək yeganə ölkə Türkiyədir və qardaş ölkənin potensialından kifayət qədər yararlanmalıyıq. Mən Türkiyə əsgərinin Azərbaycanda yerləşdirilməsini, yaxud Türkiyə bazasının Naxçıvan ərazisində yerləşdirilməsi təklifinə də normal yanaşıram. Bu, bizim suveren hüququmuzdur, bundan kifayət qədər bəhrələnə bilərik. Sadəcə istək olmalıdır”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə Azərbaycan ordusunun Cənubi Qafqazda ən güclü olduğunu xatırlatdı: “Azərbaycan ordusunun maddi texniki bazası və döyüş hazırlığı hamıya bəllidir. Elə bizim hərbçimiz Mübariz İbrahimovun timsalında ordumuzun nə vəziyyətdə olduğu göründü. Əgər Ali Baş Komandan, cənab prezident tərəfindən torpaqlarımızın müharibə yolu qaytarılması qərarı verilərsə, Azərbaycan ordusu hər an bu əmri icra etməyə hazırdır”.
Elşad PAŞASOY
www.musavat.com
#17
Отправлено 18 августа 2010 - 11:57
İran mümkün hərbi təcavüzə verəcəyi tutarlı cavabın taktiki planının məğzini açıqlayıb.
İslam-Azeri.az İnternet qəzetinin İran KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Qərargahın operativ şöbəsinin rəisi general Əli Şadəmani bəyanat verib.
O, deyib: "İlk növbədə Hörmüz boğazı nəzarətə alınacaq. Bununla da xarici gəmilərin hərəkətləri iflic vəziyyətinə düşəcək. İkinci addım olaraq ABŞ-ın İraqda və Əfqanıstanda yerləşdirdiyi hərbi kontingent zərərsizləşdiriləcək. Bu qüvvələr daim İslam İnqilabının Keşikçiləri Korpusunun nəzarətindədirlər. Və əlbəttə ki, sonuncu və həlledici mərhələ - İsrailə sarsıdıcı zərbə. Sionist qurum ABŞ-ın forpostudur. Həm ABŞ, həm də İsrail gözəl anlayırlar ki, biz bu planı həyata keçirməyə qadirik".
General çıxışı zamanı həmçinin qeyd edib ki, İran İslam Respublikasının Hərbi Qüvvələri daim yüksək döyüş hazırlığına malikdirlər. İstənilən an onlar təcavüzkara tutarlı cavab verməyə qadirdilər.
Xatırladaq ki, bir neçə gün öncə Rusiya Buşerdəki Atom Elektrik Stansiyasının işə salınması haqqında bəyanat verib. Bundan sonra Qərb mətbuatında İranın bu və digər nüvə obyektlərinə hərbi zərbə endirilməsinin mümkünlüyü haqqında fikirlər səslənməyə başlayıb.
Lakin İran tərəfi bunları ciddi qəbul etməyərək, psixoloji kampaniyanın bir hissəsi hesab edir.
İslam-Azeri.az
- MIROTVORES70 это нравится
#18
Отправлено 18 августа 2010 - 13:56
Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Rusiya ilə Ermənistan arasında 49 il müddətinə bağlanacaq hərbi müqavilədir. Məsələ gündəmə gəldikdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi məsələni araşdıracaqlarını bildirdi. Bu arada Ermənistan Medvedyevin avqustun 19-da İrəvana planlaşdrılan səfərini səbirsizliklə gözləyir. Gözlənilən anlaşmaya görə, Rusiya bazadan istifadə müddətinin uzadılmasının əvəzində Ermənistanı yeni silahlarla da təchiz edəcək. Bəs qərb və şimal qonşularımızın bu addımına cavab olaraq Azərbaycan Türkiyə ilə analoji müqavilə imzalaya bilərmi?
Politoloq Qabil Hüseynli bildirdi ki, Türkiyə tərəfi bu məsələdə bir az çəkinir. Müsahibimizin fikrincə, bunda Rusiyanın təhdidləri də müəyyən rol oynayır: “Amma son zamanlar Türkiyənin baxışlarında müəyyən dəyişikliklər yaranıb. Əvvəla, Türkiyə Qars müqaviləsinə uyğun olaraq Naxçıvanın təhlükəsizliyi və unitar Azərbaycan yapısını dəstəkləyən dövlətlərdən birincisidir. Bu, səbəbdən də Türkiyə Naxçıvanda hərbi baza yaradılmasına dair Azərbaycanda danışıqlar aparır. Məncə, bu danışıqlar mütləq nəticə verəcək. Baza məsələsi bəlli hüquqi saziş üzərində həyata keçirliməlidir. Qars müqaviləsinə əsaslanıb bu işi həyata keçirmək məsələnin tarixi tərəfidir. Bu, həm də hərbi- siyasi əməkdaşlığa dair yeni bir müqavilənin imzalanmasına yol aça bilər. Naxçıvanda hərbi baza yaradılmasını, yaxud Azərbaycana hərbi yardım göstərilməsini izah etmək o qədər də asan olmayacaq. Viza rejiminin aradan götürülməsi kimi məsələlər xırda məsələlərdir. Türkiyə ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardıma dair müqavilə imzalandı. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Bodrumda bir sıra türkdilli respublikaların xarici işlər nazirləri ilə bir arada oldu. Bodrumda toplanan nazirlər arasında türk dünyasına daxil olan ölkələr arasında hər cür əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə edilib. Müzakirələrin praktiki işə çevrilməsi xüsusi vurğulandı. Güman edirəm ki, xarici işlər nazirlərinin görüşü zamanı yekdil rəy əldə olunub. Abdulla Gül Azərbaycanla əlaqələri dərinləşdirməklə bu məsələnin bünövrəsini qoydu”.
Politoloq dedi ki, Türkiyənin Azərbycanla münasibətləri spesifik xarakter daşıyır: “Çünki Rusiya sürətlə bölgəyə daxil olur. Özü də beynəlxalq hüquq normalarını ayaqları altına atır. Ermənistanda olan hərbi bazaların müddətini 49 il uzadır. Üstəlik, həmin hərbi bazaların həm əsgər, həm də hərbi sursat kontingentini genişləndirir. Bir baza beş bazanın funksiyasını yerinə yerirəcək gücə gətiriləcək. Abxaziyadakı hərbi bazanı da nəzərə alsaq, Qafqazda böyük bazalar yaranır. Bunlar bölgədə ciddi iqtisadi və siyasi maraqları olan Qərbin nəzərləri qarşısında baş versə də, həyəcanlar özünü göstərməkdədir. Gürcüstan bu məsələdə xüsusi aktivlik göstərir. Azərbaycan, Gürcüstan və Türkiyənin daxil olduğu konfederativ birlik yaradılması ideyası irəli sürülür. Qərb Gürcüstanın bu ideyasını ciddi şəkildə dəstəkləyir və hər cür kömək göstərəcəyini vəd edir. Konfederativ birlik Avroatlantika məkanı ilə birgə aparılan proses olsa, Rusiyanı dayandıra biləcək bir qüvvəyə çevriləcək. Əks təqdirdə, Rusiya bölgədə narahatlıq doğuran vəziyyət yarada bilər. Vəziyyəti sonradan bərpa etmək daha çox qüvvə və vəsait tələb edə bilər”.
Q.Hüseynli bildirdi ki, Ermənistana toplanan silahlı qüvvələr və silahlar ilk növbədə Türkiyəyə, sonra da NATO-ya qarşı çevrilib: “Yaranmış vəziyyət Türkiyəni də narahat etməyə başlayıb. Türkiyə həm Azərbaycanın, həm də Gürcüstanın potensialından istifadə edəcək və bu prosesdə NATO-nun da gücündən yararlanmağa çalışacaq. Azərbaycan hərbi müttəfiq axtarışına çıxıb. Rumuniya ilə strateji tərəfdaşlığa dair müqavilə imzlamışıq”.
Q.Hüseynlinin fikrincə, bu müqavilənin gələcəkdə hərbi ittifaqa çevrilməsi ehtimalı var.
Leyla İLQAR
www.musavat.com
#19
Отправлено 18 августа 2010 - 13:59
Cari ilin oktyabr ayında Bakıda Mərkəzi Asiya və bu regionda yerləşən digər ölkələrin sərhədçiləri üçün regional təlim kursunun təşkili planlaşdırılır.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, təlim kursu DSX-nın NATO ilə əlaqələri çərçivəsində təşkil olunacaq.
Qeyd edək ki, hazırda region ölkələrindən İraq və Əfqanıstan sərhədçilərinin DSX-nın bazasında təhsilə cəlb edilməsi ilə bağlı işlər aparılır.
Milaz.
#20
Отправлено 18 августа 2010 - 14:03
İranın müdafiə naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında avqustun 22-də qeyd olunacaq Müdafiə Sənayesi Günündə yeni raket və pilotsuz hərbi təyyarələrin sınaqdan keçiriləcəyini bildirib.
“Media forum” saytının məlumatına görə, Əhməd Vəhidi deyib ki, yüksək hündürlükdə uçmağa qadir olan “Kərrar” adlı pilotsuz hərbi təyyarə və “Qiyam” adlı yeni raketdən başqa bir sıra hərbi sursat və avadanlıqlar da sınaqdan keçiriləcək
Milaz
#21
Отправлено 18 августа 2010 - 23:23
Vəziyyəti ağır olan həmyerlimiz xüsusi təyyarə ilə Moskvaya göndəriləcək
Pyatiqorskda baş verən partlayışda yaralananlar arasında azərbaycanlı Həsənov Qərib Mustafa oğlu da var. Pyatoqirsk şəhər xəstəxanasından APA-ya verilən məlumata görə, Qərib Həsənovun vəziyyəti ağırdır və onun müalicə olunmaq üçün Moskvaya göndərilməsinə qərar verilib: “Hazırda Qərib Həsənov aeroportdadır və müalicə üçün Moskvaya göndəriləcək”.
Ümumilikdə terror aktı zamanı yaralanmış 29 nəfərdən beşinin - bir qadın və dörd kişinin Moskvaya göndərilməsinə qərar verilib. Onları paytaxta aparmaq üçün Mineralnıye Vodıya xüsusi tibbi avadanlıqla təchiz olunmuş YAK-42 təyyarəsi göndərilib.
Xatırladaq ki, dünən Pyatiqorsk kafelərindən birində partlayış baş verib. Kafenin qarşısında saxlanmış partlayışı yüklənmiş maşın uzaqdan idarəetmə yolu ilə partladılıb. 30-40 qram trotil ekvivalentinə bərabər terror aktı nəticəsində 29 nəfər yaralanıb. Onlardan 23 nəfəri hazırda xəstəxanalarda həkim nəzarəti altındadır
#22
Отправлено 19 августа 2010 - 13:42
ABŞ-ın İraqda mənzillənən sonuncu döyüş briqadası ölkəni tərk etməyə başlayıb.
Amerikanın sönuncu döyüş hərbi hissəsi İraqdan cızılmış cədvəldən 2 həftə erkən çıxarılır.
ABŞ 4cü döyüş briqadası İraqdan prezident Barak Obamanın bəyan etdiyi İraq strategiyasına uyğun çıxarılır.
Həmin plana görə, ABŞ qoşunları İraqda döyüş əməliyyatlarını Avqust ayının sonuna dək başa çatdırmalıydılar.
Briqadanın hərbi texnikası son saatlar ərzində İraq sərhədini keçərək Küveytə üz tutub.
Təxminən daha 50 minlik Amerika qoşunu İraqda gələn ilin sonlarına qədər qalacaq.
.
Həmin qoşunlar yalnız özünümüdafiə əməliyyatlarında iştrak edəcəklər. və İraq hökümətinin xaişi əsasında hərəkət edəcəklər.
#23
Отправлено 19 августа 2010 - 13:44
İran Silahlı Qüvvələri Baş Qərargahının idarə rəisi Əli Şadmani jurnalistlərə açıqlamasında ölkənin nüvə təsisatlarına qarşı mümkün xarici hücuma qarşı 3 plan hazırladıqlarını bildirib.
“Media forum” saytının məlumatına görə, Əli Şadmani ABŞ-ın İraq və Əfqanıstandakı qüvvələrinə qarşı hücumun, İran körfəzindəki Hörmüz boğazını bağlamağın bu planların tərkib hissəsi olduğunu deyib: “Mümkün xarici təcavüzün qarşısını almaq üçün nəzərdə tutulan planların birincisi Hörmüz boğazını bağlamaq və onu tamamilə ələ keçirməkdir. Bununla da hər hansı gəminin burada hərəkət etməsinə icazə verməyəcəyik. Biz bu xüsusda bir neçə hərbi təlim də keçmişik. ABŞ-ın İraq və Əfqanıstandakı bütün hərbi bazalarını və qüvvələrini diqqət mərkəzində saxlayırıq. Ölkəmizə qarşı hər hansı hücuma cavab olaraq bu bazaları iflic vəziyyətə salaraq onlara hərəkət imkanı verməyəcəyik. Üçüncü planımız isə İsraillə bağlıdır. İsrail ABŞ-ın yaxın müttəfiqidir. Biz bu müttəfiqin asayişini pozacağıq”.
#24
Отправлено 19 августа 2010 - 13:46
Ankara sentyabrda NATO təlimlərinin keçirilməsi üçün Ermənistanla sərhədi açmayacaq. Türk milli kəşfiyyatının keçmiş analitiki Mahir Kaynak belə hesab edir.
"Türkiyə, hətta NATO təlimlərinin keçirilməsi üçün belə, sərhədlərin açılması ilə bağlı məsələdə mövqeyini dəyişməyib", - Trend-ə telefonla Kaynak bildirib. - "Sərhədlər Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək bağlı qalacaq".
Bundan əvvəl bildirilmişdi ki, Türkiyə 2010-cu il sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək NATO hərbi təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin qismən və müvəqqəti açılması imkanını istisna etmir, lakin Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bu informasiyanı təkzib edib.
Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
"Türkiyənin bu məsələdə mövqeyi aydındır. Hakim partiya (Ədalət və İnkişaf) referendum ərəfəsində belə addım atmaz", - Kaynak hesab edir.
Sentyabrın 12-də Türkiyədə qüvvədə olan konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı ümumi referendum keçiriləcək.
Dəyişikliklər Prezidentin səlahiyyət müddətinin uzadılmasını, səlahiyyət müddəti başa çatmış Prezidentin öz namizədliyini yenidən irəli sürməsini, ölkədə obudsman fəaliyyətinin həyata keçirilməsini və siyasi partiyaların bağlanması məsələsinin çətinləşdirilməsini nəzərdə tutur.
Milaz.
- _MOLLA_ это нравится
#25
Отправлено 19 августа 2010 - 13:51
Ermənistandakı Rusiya hərbi bazasının funksiyalarına dəyişiklik etmək nəzərdə tutulmur. Rusiya xarici işlər naziri Sergey Lavrov belə bir bəyanatla çıxış edib.
«Ermənistandakı Rusiya hərbi bazasının yerləşməsinə dair sazişə əlavə protokolun əsas mahiyyəti vaxt perspektivinin olması, daha uzunmüddətli planlaşdırmadır. Rusiya hərbi bazasının Ermənistanda yerinə yetirdiyi bütün digər funksiyalar dəyişməz qalır», deyə o əlavə edib.
Avqustun 18-də Ermənistan XİN başçısı Edvard Nalbandyan Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyət müddətini 25 ildən 49 ilədək artıracaq yeni saziş imzalanacağını bildirib.
- _MOLLA_ это нравится
#26
Отправлено 19 августа 2010 - 19:39
Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına tarixi ərzində ən böyük həcmli silah satışını reallaşdırmaq niyyətindədir. Bu barədə İngiltərənin “Financial Times” qəzeti xəbər yayıb.
Qəzet iddia edir ki, ümumilikdə satılan silahların qiyməti 60 milyard dollar olacaq. O da qeyd olunub ki, saziş sənədi ABŞ Konqresindən heç bir problem olmadan keçəcək.
Satılan silahlar arasında 84 ədəd F-15 döyüş təyyarəsi və “Blackhawk” və “Apache” helikopterləri də var.
Qəzet yazır ki, satış sənədi ABŞ Konqresindən ona görə rahat keçəcək ki, İsrail bu sənədə qarşı müqavimət göstərmir. Çünki həm İsrail, həm də Səudiyyə Ərəbistanı İranın təhdidlərindən narahatdır. Bu səbəbdən İsrail silah satışı ilə bağlı məlum sənəddən əndişəli deyil.
O da bildirilir ki, ABŞ hakimiyyəti əvvəldən İsrailin müdafiə nazirinə söz verib ki, satılacaq F-15-lər daha üstün texnologiya ilə təchiz edilməyəcək. Satışla bağlı Amerika Konqresi gələn ay rəsmən məlumatlandırılacaq.
MILAZ
#27
Отправлено 19 августа 2010 - 19:40
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində perspektiv layihələri müəyyənləşdirmək üçün şirkətlərin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməyi planlaşdırır.
Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı avqustun 16-da Türkiyənin Müdafiə Sənayesi katibi Murad Bayarın nazir Yavər Camalovla görüşündə təkliflər səsləndirilib.
Tərəflər əməkdaşlıq məqsədi ilə İşçi Qrup yaratmağı və müntəzəm görüşlər keçirib yeni layihələri müzakirə etmək, tenderlər barədə bir-birlərini məlumatlandırmaq, beynəlxalq müdafiə sərgilərində birgə iştirak, tərəflərin marağında olan layihələrdə birgə iştirakı təmin etmək barədə razılıq əldə edib.
Qeyd edək ki, indiyədək Türkiyə tərəfi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazırda həyata keçirilən Milli Gəmi İnşası, Müştərək Hücum Helikopteri (ATAK), Milli Tank Proyekti və yeni Piyada Tüfəngi, pilotsuz uçan aparatların istehsalı layihəsində iştirakında maraqlı olduğunu bəyan edib.
MILAZ
#28
Отправлено 19 августа 2010 - 19:47
Bu barədə APA-ya açıqlamasında şirkətin «Bozena» ofisinin direktoru Valer Repko məlumat verib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) satılmış mexaniki minatəmizləyən maşınlardan 2-si «Bozena-5», 3-ü isə «Bozena-4» modelidir.
«Biz bu günəcən dünyanın 23 ölkəsinə 190-dan artıq «Bozena» maşını çatdırmışıq. Bu çərçivədə Azərbaycanla əməkdaşlıqdan çox məmnunuq. Azərbaycanda bu maşınlar çox peşəkarlıqla istifadə olunur», - deyə V. Repko vurğulayıb.
Şirkət nümayəndəsi hazırda Azərbaycandan yeni maşınlar üçün sifariş almadıqlarını qeyd edib.
Ötən 2 il ərzində istehsal etdikləri mexaniki minatəmizləyən maşınları təkmilləşdirdiklərini deyən şirkət nümayəndəsinin sözlərinə görə, «Bozena-4» və «Bozena-5» modellərinin üzərində işləməklə müvafiq olaraq «Bozena 4+» və «Bozena 5+» yeni modelləri yaradılıb. Aparılan yeniləşmə nəticəsində maşınların mühərriklərinin gücü artırılıb, təmizləmə imkanları genişləndirilib.
V. Repko bildirib ki, təmsil etdiyi şirkətin araşdırma və inkişaf şöbəsi müntəzəm olaraq dünyada fərqli bölgələrində minaçıxarma layihələrində istifadə olunan «Bozena» maşınları ilə bağlı müştərilərdən məlumatları və təklifləri toplayır, bunun əsasında maşınların üzərində yeniləşmələr aparır.
V. Repko bu yaxınlarda təmsil etdiyi şirkətin «Bozena»nın yeni və fərqli modelini istehsal etdiyini də qeyd edib. Polis qüvvələri üçün nəzərdə tutulan «Bozena Riot Control» adlanan bu model ictimai asayişin pozulduğu, kütləvi iğtişaşlar zamanı küçələrdə asayişin təmin olunması, ərazilərin dövrələnməsi əməliyyatlarında sipər kimi istifadə olunur. Bu maşınlar kütlənin qarşısını almaqla yanaşı, şəxsi heyəti zərbələrdən qorumağa da kömək göstərir. Bu maşın bu ilin mayında Bratislavada keçirilmiş “İDEB-2010”, iyulda Parisdə keçirilmiş “Eurosatory 2010” sərgisinə çıxarılıb. Bu maşının oktyabr ayında İsraildə keçiriləcək “ISDEF 2010” sərgisində nümayişə etdirilməsi də nəzərdə tutulur.
#29
Отправлено 19 августа 2010 - 19:53
Hərbi hissədə məni zorlamağa cəhd etdilər, insan ləyaqətini alçaldan təhqirlərə məruz qaldım”
Bakı. Viktoriya Dementyeva – APA. Ordudan fərarilik edərək Azərbaycan tərəfə keçmiş Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Karen Harutunyan bu addımının səbəblərini APA-ya açıqlayıb. K. Harutunyan hərbi hissədə hər gün döyüldüyünü, ondan pul tələb edildiyini söyləyib: “Bildirirdilər ki, pul verməsəm, məni öldürəcəklər. Hətta məni zorlamağa cəhd etdilər, insan ləyaqətini alçaldan təhqirlərə məruz qaldım. Ayaqyolu təmizləməyə məcbur edildim. Barmağımı sındırdılar. Bundan sonra qaçmağa qərar verdim”.
K. Harutunyan bu cür halların Ermənistandakı bütün hərbi hissələrdə baş verdiyini vurğulayıb: “Dağlıq Qarabağa yalnız kasıbları göndərirlər. Qarabağa getməmək üçün 6-8 min dollar rüşvət verməlisən”. Karen Ermənistanda yaşamaq və çalışmağın mümkün olmadığını, insanların normal qidalana bilmədiyini, hər kəsin Serj Sarkisyanın hakimiyyətdən getməsini istədiyini, bu tələblə mitinqlər keçirildiyini deyib. O, hərbi hissədən qaçarkən Türkiyəyə keçməyi planlaşdırdığını, sərhədi keçdikdən sonra Türkiyədə olduğunu zənn etdiyini bildirib: “Sərhədi keçərkən bir uşaq gördüm. Əl işarələri ilə izah etdim ki, su və yemək istəyirəm. O, məni evinə apardı. Mənə siqaret, su və yemək verdilər. Sonra dincəldim”.
K. Harutunyan üçüncü ölkəyə getmək niyyətində olsa da, Azərbaycanda özünü yaxşı hiss etdiyini söyləyib: “Bura gəldikdən sonra məni müalicə etdilər. Yeməklə bağlı problem yoxdur, hər şey normaldır. Ailəm mənə görə narahat olmasın”.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü Karen Norikoviç Arutunyan 2009-cu ilin iyulunda xidmət etdiyi 549 saylı motoatıcı alayı tərk edərək Gədəbəy istiqamətindən Azərbaycana keçib.
#30
Отправлено 23 августа 2010 - 23:09
İsrail işğalçılarının Qüds Bələdiyyəsi Birus-Səba qəsəbəsində "Türk qəbiristanlığı" adı ilə tanınan məzarlığı dağıdaraq yerində ticarət mərkəzi tikilməsini göstəriş verib.
İslam-Azeri.az internet qəzetinin "Fələstin İnformasiya Mərkəzi"nə istinadən verdiyi xəbərə görə, "Əl Əqsa" mədəniyyət müəssisəsi buna etiraz olaraq bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bu türk qəbiristanlığını dağıtmaqla sionist işğalçılar din və mədəniyyətlərə hörmət göstərməməsini açıq-aşkar sübut edir.
Türkiyə tərfi isə hələ ki, bu faktla bağlı açıqlama verməyib.
İslam-Azeri.az
Количество пользователей, читающих эту тему: 2
0 пользователей, 2 гостей, 0 скрытых пользователей