İmam Müslimin rəvayətində Cabir ibn Abdullah belə deyir: “Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) qəbirlərin üstünü bərkitməyi, onların üzərində oturmağı və tikili qurmağı qadağan etmişdir.”
İmam Buxari və Müslimin “Səhih” adlı əsərində Aişədən belə rəvayət olunur: “Ummu Sələmə Həbəşistanda gördüyü məbədi Allah Elçisinə (s) təfərrüatı ilə danışdı. O isə buyurdu: “Həmin insanlar arasında əməlisaleh kişi və yaxud əməlisaleh qul ölərdisə, onların qəbirləri üzərində məsçidlər tikər, üstünə şəkillər çəkərdilər. Belə insanlar Allah qatında yaradılanların ən pisləridir.”
1. Xalid b. Vəlid
2. Müaviyə b. Əbu Süfyan
3. Əbu Hüreyrə
4. Buxari
5. Əbu Hənifə
6. İbn Teymiyyə
İmamlarımızın qəbirlərini, türbələrini bombalayan vəhhabi fitnəkarları öz şeyxlərinin qəbirlərini niyə diqqətdən kənar saxlayırlar?
(İbn Teymiyyənin şagirdi) İbn əl-Qəyyim deyir: «Məzarlar üzərində inşa edilən tikililər bütləri təmsil edir və pərəstiş olunurlar. Bu növ tikililəri uçurmaq vacibdir. Uçurulmasına imkan olduğu təqdirdə onları bir gün belə saxlamaq düzgün deyil. Çünki onlar, «Lat» və «Üzza»ya (cahillik dövrünün iki ən böyük bütü) bənzəyir və ən böyük şirkdir».
İraqın Samarra şəhərində İmam əl-Həsən əl-Əskərinin (ə) qəbrinin hücumlara məruz qalması
Görəsən, bu vəhhabi fitnəkarları Əhli Beyt (ə) sevgisindən danışarkən nə düşünürlər? Əbu Hənifənin, Buxarinin və yüzlərlə digərlərinin qəbirlərini də bombalamaq fikirlərindən keçirmi? Yoxsa, ikili standartların təkmilləşdirilməsi üzrə daha da çox baş sındırırlar?
Allah insaf əhlinə vəhhabi fitnəsinin təsirindən çıxmaqda yardımçı olsun və bizləri bu fitnədən qorusun.