Hər halda, biz bu məqalədə bir daha Rəsullahdan (s) sonra peyğəmər ola biləcək “elm və qüdrətə sahib” bu şəxsin “elm dəryasından” nümunəyə nəzər yetirək:
4399
حدثنا عثمان بن أبي شيبة ثنا جرير عن الأعمش عن أبي ظبيان عن ابن عباس قال « أتي عمر بمجنونة قد زنت فاستشار فيها أناسا فأمر بها عمر أن ترجم فمر بها على علي بن أبي طالب رضوان الله عليه فقال ما شأن هذه؟ قالوا مجنونة بني فلان زنت فأمر بها عمر أن ترجم قال فقال ارجعوا بها ثم أتاه فقال يا أمير المؤمنين أما علمت أن القلم قد رفع عن ثلاثة عن المجنون حتى يبرأ وعن النائم حتى يستيقظ وعن الصبي حتى يعقل؟ قال بلى قال فما بال هذه ترجم؟ قال لا شىء قال فأرسلها قال فأرسلها قال فجعل يكبر. »
Osman b. Əbi Şeybə - Cərir - Aməş - Əbu Zəbian yolu ilə gələn rəvayətə görə İbn Abbas deyir:
“Zina etmiş dəli bir qadını Ömərin yanına gətirirlər. O camaatla məsləhətləşir və qadının rəcm edilməsini əmr edir.
Yoldan keçən Əli ibn Əbu Talib (ə) ayaq saxladı və dedi: “Bu qadına nə olub? Cavab verdilər: “Bu dəli qadın filan ailəyə mənsubdur. O zina etmişdir. Ömər əmr edib ki, bu qadın rəcm edilsin.
O (Əli ibn Əbu Talib) dedi: “Onu geri qaytarın. Sonra Hz.Əli (ə) Ömərin yanına gəldi və dedi: “Əmirəlmöminin, bəyəm bilmirsən ki, 3 cür insanın: dəli (ağlı başına gəlməyənə qədər), yuxudan olan kəs (oyanmayana qədər) və cinsi yetişkənliyə çatmamış oğlan uşağının əməlləri yazılmır?
Ömər dedi: “Bəli, bilirəm”.
Hz.Əli (ə) yenə soruşur: “Bəs o zaman nə olub ki bu qadın rəcm edilir?”
Ömər : “Heç nə olmayıb”.
Hz.Əli (ə) deyir: “Onu azad et. “
Ömər qadını azad edir və təkbir gətirməyə başladı.
Sünən Əbu Davud, 2/545, hədis 4399
Albani bu hədisin "səhih" olduğunu deyir.
.
.
Hədisin digər mənbələri:
“Səhih İbn Xüzeymə” 4/348, hədis 3048 Albani: səhihdir
“İrvə əl-Ğəlil” (2/5) Albani: səhihdir
“Müsnəd Əhməd”, (1/140, hədis 1183) Şeyx əl-Arnaut: səhihdir
“əl-Müstədrək əs-Səhiheyn”, (1/389, hədis 949) Hakim: Buxarinin şərtləri ilə səhihdir. Zəhəbi də onunla razıdır
“Səhih ibn Hibban”, 1/356, hədis 143 Şeyx əl-Arnaut: raviləri siqədir, Müslimin raviləridir
Bizi bir az da düşünməyə vadar edən məsələ budur ki, Ömər bu haqda bilmədiyini dərk edərək digər səhabələrlə məsləhətləşir. Ancaq onlar da günahsız qadının rəcm edilməsini məsləhət görürlər.
Elə bura qədərmiş “ədalətli” sələfin elmi, biliyi? İndi biz öz dinimizi, əqidəmizi bu cür insanların “elmi” əsasında qurmalıyıq?
Görəsən Ömər daha neçə yanlış fətvalar vermiş və ancaq Hz.Əli olmadığı üçün o fətvalar həyata keçirilmişdir?
Hələ də düşünürsünüz ki, Rəsulallahdan (sas) sonra Peyğəmbər gəlsəydi, buna ən layiqli şəxs Ömər olacaqdı?
Əgər yenə də Öməri Hz. Əlidən üstün səhabə hesab edirsinizsə, deməli nəsibilik ruhu hələ qəlbinizdən çıxmayıb.
Allah bizləri Quran və Əhli Beytdən uzaq salmasın!