Перейти к содержимому


Фотография

Hansı imamın dövründə yaşamaq istərdiniz?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 32

#31 weyxulecem

weyxulecem

    Arif – Corporal

  • Murid
  • 57 сообщений

Отправлено 18 марта 2012 - 14:47

Bismillahir-Rəhmanir-Rəhim. Biz sonuncu imamın, İmam Zamanın (ə) dövründə yaşayırıq. Təəssüf ki, imamımız qeybdədir və hələ də zühur etməyib.
Amma tarixə baxsaq 11 imamın məşəqqətli ömür yolunu görərik. İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Səccad, İmam Baqir, İmam Sadiq, İmam Rza, İmam Təqi, İmam Nəqi, İmam Həsən Əskəri-onlardan hər biri zülmə məruz qalıblar, haqları tapdalanıb. Meydanda tək qalıblar.

Bəs biz hansı imamın imamət dövründə yaşamaq istərdik? Əgər bu gün bizə yalnız 1 seçim verilsə, qayıtmaq şansımız olsa hansı imamın səhabəsi olmaq, onunla çiyin-çiyinə olmaq istərdik? Məncə hər bir şiə user münasibət bildirməlidir.

Belke biz qeybdeyik belke bizim Imami ( E ) gormemeyimiz bizim belamizdi belkede Imam ( E ) bizi gormek istemir deye biz gore bilmirik
  • Arif это нравится
وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًاوَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.

#32 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 01 апреля 2012 - 16:44

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

İmam Huseynin(ə) dövründə.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#33 Isra71

Isra71

    Jundi – Soldier

  • Ibtidai
  • 2 сообщений

Отправлено 12 января 2014 - 02:50

Imam Sadiq (ə) : “Əgər onun (İmam Məhdinin (ə.f)) zamanında yaşasaydım bütün ömrümü Ona xidmət etməklə keçirərdim”. (Ğeybət, Numani, səh. 245) .
İmamlarımız belə İmam Mehdi (əf)-nin dövründə olmağı arzu ediblər, bizlərə Allah lütf edib, qeybət dövründə xidmət etmək şansı verib. İndiki dövrdə dünyaya gəldiyim üçün Allaha çox şükür edirəm, O Həkimdir, nə edəcəyini yaxşı bilir.
Başqa İmamlar (ə) çox zülmə məruz qalıblar, amma İmam Mehdi (əf)-nin qəlbində bütün o zülmlərin ağrısı var. İmam (əf) hər il Aşura görür, bütün Məsumların müsibətinə ağlayır neçə əsrdi. Əli (ə) çox müsibət görüb, amma hərdən Salman, Əbuzərə deyirdi dərdini, ürəyini boşaldırdı. Onun yanında Malik Əştər kimi köməkçisi var idi. Amma İmam Mehdi (əf) ulduzlara çobanlıq edir, tənhalıqdan və şiələrinin laqeydliyindən əziyyət çəkir. Məsumların müsibətlərindən əlavə, mənim kimi günahkarların günahına görə ağlayaraq Allaha yalvarır, bizim halımıza bizdən çox yanır. Bütün İmamlar (ə) Onun (əf) görüşünün şövqündə və zühurunun intizarında olublar. Allah bizə fürsət verib ki, qeybət dövründə xidmət edək və zühuru görmək şansımız var.




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru