Перейти к содержимому


Фотография

Milli Qəhrəman Cingiz Mustafaevin ad günü


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 8

#1 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 28 Август 2010 - 20:52

http://www.youtube.com/watch?v=N-U3RywEm6U&amp;feature=related<br>Rekviyem

Hə dostum! Dostumsan axı,sən də bizimlə qarış-qarış cəhənnəm yollarını addımladın! Bu yollar nə qədər şərəfli olsa belə adı müharibə adli-CƏHƏNNƏMDİR! Yadımdadır,Şeli yolunda acılamışdım səni.O zaman yolda oturub cəkməmin bağlarını bağlayan zaman sənin zarafatına tuş gəldim:- Deyəsən baş leytenant özünü ayaqqabı bağı ilə boğmağa hazırlaşır-deyib şaqqanaq cəkdin.Hirsləndim düzü.-Cəhənnəm ol burdan,indi durub avtomatın qundağı ilə başını dağıdaram dedim.SƏNsə məni qucaqlayıb-qaqamın xətrinə kim dəyib -deyə yenə məzəndən qalmadın.Qeyri ixtiyarı mən də güldüm.SƏN-gəl səni elə bu toz-torpaqda eşələnən yerdə cəkim-dedin.Mənsə -yoox CİNGİZ- evdə demişəm ki,Türkiyəyə komandirovkaya getmişəm- efirdə görsə,anamın bağrı cartlar- dedim.Yenə məni qucaqladın.Kaş cəkəydin məni-indi xronikalarda gorünmək ücün yox,Sənin kameranın şərəf yaddaşına yazılmaq ücün!
Doğum günündü ,52-ci doğum günün.Amma zaman bu sayı sayır,say Sən haqq dünyasına qovuşan gündən dayanıb.Boynuma alım ki, qibtə edirəm sənə.Milli qəhrəman adına görə yox! Tankcı vurulursa-tank durur,əsgər vurulursa-silahı susur.Amma SƏN yıxılandan sonra da kameran cəkməyə davam etdi.Bununla SƏNƏ sədaqətini isbat etməyə calışdı!
Arzulayımmı sənə ki,bir gün yenə məni Şelli yolunda hirsləndirəsən? Arzulayıram axı.Arzulayıram ki,o günləri ALLAHIM mənə bir daha nəsib eləsin və həmin anda canımı alsın! Amma absurddur bu.Cün həqiqət daha acıdır- oradan qayıdan yoxdur!
Cox şeylər ucuzlaşdı dünyamızda SƏN gedəndən.SƏN getdin- biz də şərəfimizi dalımıza şələləyərək AĞDAMDAN getdik.Məcbur olduq-tənə ilə baxma bizə o dünyadan.Məcbur elədilər.Amma bu şərəf ağrısını hər günümdə-hər saatımda cəməkdəyəm CİNGİZ.
SƏN-XOCALIDA hönkürəndə AZƏRBAYCAN hönkürdü.Coxları səni -"araqarışdıran " adlandırdı-cün gozləri sən cəkənləri görmək istəmədi-qorxdular!Qorxdular ki,qəflət yuxusuna getmiş vicdanları oyanar və tutar hulqimundan və hayqırar -QEYRƏTSİZ-ŞƏRƏFSİZ!
Qorxdular ki bu başıbəlalı millətin taeyi ilə "domino" oynadıqlarını anlarlar! QORXDULAR!
EEHHH,NƏ İSƏ DEDİM YENƏ,bu nə isələr axır zamanlar dilimin bəzəyinə cevrilib.
Amma sən hər zaman yaşayacaqsan-nəsillər bizi unudacaq-SƏNİ İSƏ YOX! Unutmayacaqlar-UNUDA BİLMƏYƏCƏKLƏR!
CÜNKİ SƏN TARİX YAZDIN-SƏN TARİXƏ YAZILDIN!
Doğum günün mübarək GİNGİZİMİZ! VƏ ALLAH SƏNİ CƏNNƏT ƏHLİ QƏRAR VERSİN
AMİN!
http://www.youtube.com/watch?v=caaJRtq3HaU

Сообщение отредактировал MIROTVORES70: 28 Август 2010 - 22:15

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#2 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 28 Август 2010 - 21:09

Allah rəhmət eləsin!

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 28 Август 2010 - 21:14

Allah rəhmət eləsin!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 28 Август 2010 - 21:23

Rekviyem

Hə dostum! Dostumsan axı,sən də bizimlə qarış-qarış cəhənnəm yollarını addımladın! Bu yollar nə qədər şərəfli olsa belə adı müharibə adli-CƏHƏNNƏMDİR! Yadımdadır,Şeli yolunda acılamışdım səni.O zaman yolda oturub cəkməmin bağlarını bağlayan zaman sənin zarafatına tuş gəldim:- Deyəsən baş leytenant özünü ayaqqabı bağı ilə boğmağa hazırlaşır-deyib şaqqanaq cəkdin.Hirsləndim düzü.-Cəhənnəm ol burdan,indi durub avtomatın qundağı ilə başını dağıdaram dedim.SƏNsə məni qucaqlayıb-qaqamın xətrinə kim dəyib -deyə yenə məzəndən qalmadın.Qeyri ixtiyarı mən də güldüm.SƏN-gəl səni elə bu toz-torpaqda eşələnən yerdə cəkim-dedin.Mənsə -yoox CİNGİZ- evdə demişəm ki,Türkiyəyə komandirovkaya getmişəm- efirdə görsə,anamın bağrı cartlar- dedim.Yenə məni qucaqladın.Kaş cəkəydin məni-indi xronikalarda gorünmək ücün yox,Sənin kameranın şərəf yaddaşına yazılmaq ücün!
Doğum günündü ,52-ci doğum günün.Amma zaman bu sayı sayır,say Sən haqq dünyasına qovuşan gündən dayanıb.Boynuma alım ki, qibtə edirəm sənə.Milli qəhrəman adına görə yox! Tankcı vurulursa-tank durur,əsgər vurulursa-silahı susur.Amma SƏN yıxılandan sonra da kameran cəkməyə davam etdi.Bununla SƏNƏ sədaqətini isbat etməyə calışdı!
Arzulayımmı sənə ki,bir gün yenə məni Şelli yolunda hirsləndirəsən? Arzulayıram axı.Arzulayıram ki,o günləri ALLAHIM mənə bir daha nəsib eləsin və həmin anda canımı alsın! Amma absurddur bu.Cün həqiqət daha acıdır- oradan qayıdan yoxdur!
Cox şeylər ucuzlaşdı dünyamızda SƏN gedəndən.SƏN getdin- biz də şərəfimizi dalımıza şələləyərək AĞDAMDAN getdik.Məcbur olduq-tənə ilə baxma bizə o dünyadan.Məcbur elədilər.Amma bu şərəf ağrısını hər günümdə-hər saatımda cəməkdəyəm CİNGİZ.
SƏN-XOCALIDA hönkürəndə AZƏRBAYCAN hönkürdü.Coxları səni -"araqarışdıran " adlandırdı-cün gozləri sən cəkənləri görmək istəmədi-qorxdular!Qorxdular ki,qəflət yuxusuna getmiş vicdanları oyanar və tutar hulqimundan və hayqırar -QEYRƏTSİZ-ŞƏRƏFSİZ!
Qorxdular ki bu başıbəlalı millətin taeyi ilə "domino" oynadıqlarını anlarlar! QORXDULAR!
EEHHH,NƏ İSƏ DEDİM YENƏ,bu nə isələr axır zamanlar dilimin bəzəyinə cevrilib.
Amma sən hər zaman yaşayacaqsan-nəsillər bizi unudacaq-SƏNİ İSƏ YOX! Unutmayacaqlar-UNUDA BİLMƏYƏCƏKLƏR!
CÜNKİ SƏN TARİX YAZDIN-SƏN TARİXƏ YAZILDIN!
Doğum günün mübarək GİNGİZİMİZ! VƏ ALLAH SƏNİ CƏNNƏT ƏHLİ QƏRAR VERSİN
AMİN!

Komandir Allah razi galsin senden, cox sagol.
Allah cami shehidlere rehmet elasin

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 28 Август 2010 - 21:23

Allah rəhmət eləsin!



#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 Август 2010 - 21:43

Allah rəhmət eləsin!



#7 Emil

Emil

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 28 Август 2010 - 22:08

Allah rəhmət etsin.

Çingiz Mustafayevin Azərbaycan xalqı qarşısında xidmətləri çox dəyərlidir. Onun lentə aldığı kadrlar bir daha bizə düşməni unutmamağı, onu daha da yaxından tanımağı öyrədir. Düşünürəm, Çingiz Mustafayev öz üzərinə düşən vətən borcunu layiqincə yerinə yetirdi. Çingiz Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Allah bizə belə oğullar hər bir zaman nəsib etsin, inşa`Allah.

Allah Çingizin ruhunu hər bir zaman şad etsin, inşa`Allah.

#8 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 28 Август 2010 - 22:22

http://www.youtube.com/watch?v=pNhzT0assN0&feature=related
http://www.youtube.com/watch?v=_NPpCGq2fLg&feature=related
TARIXƏ YAZILAN YAZILAR-operator CİGİZ MUSTAFAEV!
YAD EDƏK!

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#9 Nezaket1983

Nezaket1983

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 250 сообщений

Отправлено 31 Август 2010 - 10:54

Qəbri nur ilə dolsun inşallah.
Insanın vücudu üç hisseden ibaretdir. Bunların biri Allaha aid, digeri özüne aiddir, o biri ise ilan-çayır ve heşeratlar üçündür. Allaha aid olan hisse ruhdan ibaretdir. İnsanın özüne aid olan hisse onun emelleridir. İnsanın bedeni ise (ölenden sonra) ilan-çayır ve heşeratlara qalar. İlan-çayırdan ötrü (yeni öz cismani istekleri üçün) çalışan adam ziyan çekmişdir.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru