Allah-taala bu ayədə peyğəmbərə (s) xitab edərək buyurur:
(Həqiqətən sən qorxudansan və hər bir qövmün və millətin hidayətçisi var.) "Rəd- 7."
Əhli- sünnənin böyük alimlərindən sayılan Fəxri-Razi ayənin təfsirində üç nəzər nəql edir:
1- Münzir (qorxudan) və Hadi (hidayətçi) sözləri eyni mənanı çatdırır. Bu təfsirə əsasən ayənin mənası belə olacaq: Sən fəqət hər bir millətin və qövmün qorxudanı və hidayət edənisən.
2- Qorxudan Peyğəmbər (s) və hidayət edən Allahdır.
3- Qorxudan Peyğəmbər (s) və hidayət edən Əlidir (ə). Çünki ibni Abbasdan nəql olunan bir hədisdə buyurulur: Peyğəmbər (s) bu ayənin təfsirində buyurub: Mən qorxudanam. Sonra Həzrət Əli (ə)-ə işarə edərək buyurdu: Ya Əli (ə) sən hidayət edənsən. Məndən sonra hidayət olanlar sənin vastənlə hidayət olunacaq. " Əl-kəbir, təfsiri. c-19. s-14."
Bəzi təfsirçilər ayənin təfisirinin yuxarıda qeyd olunan birinci və ya ikinci təfsir olduğuna israr edirlər. Onların iddiaları aşağıdakı dəlillərə əsasən batildir:
1- Birinci təfsir ayənin zahiri ilə uyğun gəlmir. Çünki belə olan halda gərək ayə aşağıdakı kimi nazil olardı:
Həqiqətən sən hər millətin qorxudan və hidayətçisisən.
2- Ikinci təfsir də yanlışdır. Çünki ayənin zahiri hər dövrdə bir hidayətçini çatdırır. Halbuki, Allah birdir. Allah-taalanın yeganəliyi ayədəki "Hər bir ümmətin hidayətçisi var" cümləsindəki çox saylılıqla uyğun deyildir.
Deyilənlərə əsasən ayə üçün qəbul olunan təfsir budur: Peyğəmbər (s) qorxudandır və o Həzrətdən sonra hər bir ümmətin imamı və hidayətçisi olmalıdır. Qeyd olunan təfsirin təsdiqində aşağıdakı hədis kifayətdir. Əhli-sünnənin məşhur təfsirlərindən bir Əd-durrul mənsur təfsirində ayənin təfsirində bu hədis nəql olunmuşdur:
Əbu Bərzə (Bəzzə) Əsləmi deyir: Peyğəmbər (s) əlini sinəsinə qoydu və buyurdu: Həqiqətən sən qorxudan və Əlinin (ə) sinəsinə qoyaraq, buyurdu: Hər bir millətin hidayətçisi var. "Əd-durrul mənsur. c-4. s-45."
Сообщение отредактировал Unit: 10 сентября 2010 - 10:23