Перейти к содержимому


Фотография

"Uçan fil" hədisi


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 12 сентября 2010 - 07:53

Salam aleykum.
Bu yaxınlarda vəhhabilərin bəzi saytlarında yerləşdirilmiş və şiələrə irad tutulmuş bir hədisə rast gəldim. Ölkəmizin bəzi vəhhabiləri də sevincək halda, heç bir araşdırma aparmadan (əksər hallarda olduğu kimi) bu hədisə istinad edərək Əhli-beyt (ə) məktəbinin nümayəndələrinə yersiz irad tutmuşlar. Biz, öz növbəmizdə, elmi şəkildə hər bir iradı cavablandırdığımız kimi, bu mövzudan da yan keçə bilmərik.

Vəhhabilər yazırlar:

Cabir ibn Yəzid əl-Cəfi rəvayət edir:
“Mən imam əl-Baqirin (ə.s) gildən fil hazırladığını gördüm və o, onun üzərində oturaraq Məkkəyə uçdu və yenidən geriyə qayıtdı. Mən onun bu sözünə inanmadım və əl-Baqirlə rastlaşanda soruşdum: “Cabir mənə sənin haqqında belə dedi.... O bunu eşitcək məni öz filində otuzdurub Məkkəyə uçduq və geriyə qayıtdıq”.
Mənbə: Mədinət əl-Məəcz
madinatul_maaciz_p10.jpg


"Mütərcimə" qısa sözümüz:
Bu hədisi ərəbcədən tərcümə edən kəs, görünür ki, ümumiyyətlə elm əhlindən deyil. "Birtəhər" tərcüməsindən göründüyü kimi, sözlərin "müfrəd" və "cəm"-inin seçə bilməyən, "bab"-lardan xəbəri olmayan, həmçinin adi "izafə"-nin nə olduğunu bilməyən bu cür kəslərin Əhli-beyt (ə) məktəbinə irad tutmaları gülünc bir haldır. Keçək hədisə...

Hədisin araşdırması:
Mədinətul-Məaciz" kitabı Ayətullah Seyyid Haşim Bəhrani tərəfindən qələmə alınıb. Kitab hədislər toplusudur. Müəllif məsum imaların (ə) möcüzələrinə dair, müxtəlif kitablarda gələn bir çox rəvayətləri toplayıb, mütaliyə əhlinin hüzuruna gələcək araşdırmalar üçün qoymuşdur.

Seyyid Haşim Bəhrani bu hədisi Təbərinin "Dəlailul-İmamət" (s. 220) kitabından nəql etmişdir və hədisin sənədi bu vasitəylə ələ gəlmişdir:

قال أبو جعفر: و حدثنا أحمد بن منصور الرمادي ، قال : حدثنا شاذان بن عمر ، قال : حدثنا مرة بن قبيصة بن عبد الحميد ، قال : قال لي : جابر بن يزيد الجعف



Əhməd b. Mənsur Rəmadi (Ziyadi):
Hədisin sənədində göründüyü kimi Əhməd b. Mənsur Rəmadi mövcuddur ki, onun imamiyyə-şiəsi və bizim yanımızda dolğun bir ravi olması isbatlanmamışdır.
"Mədinətul-Məaciz" (5/10) kimi, digər mənbələrdə bu ravi Əhməd b. Mənsur Ziyadi kimi də gəlmişdir. Bu ravi İbn Kəsirin "Təfsir"-ində də (6/17) Əhməd b. Mənsur Ziyadi kimi gəlmişdir:

و قال ابن أبي حاتم: حدثنا أحمد بن منصور الزيادي



Bu ravi Əhli-Sünnənin çox mühəddisləri tərəfindən dolğun ravilərdən sayılmışdır ki, şiəliyə heç bir aidiyyatı yoxdur. Uzun sözün qisası, hədis, Əhli-beyt (ə) məktəbində dürüstlüyü isbatlanmayan, Əhli-Sünnənin dolğun bildiyi bir ravidən nəql olunub.

Digər ravilərin halı barədə isə ümumiyyətlə danışmağ gərəksizdir, çünki digər iki ravi ümumiyyətlə məchul ravilərdandir.

Şazan b. Ömər:
Məchul.

İbn Əbdul-Həmid:
Məchul.

Bu cür sənədi hər baxımdan zəif olan hədisi Əhli-beyt (ə) ardıcılarına irad kimi gətirmək nə dərəcədə düzgündür? Üstəlik, əgər imamların (ə) hər hansısa birində bu cür kəramət həqiqətən görsənsəydi, bunun kəlami baxımdan nə işkalı vardı? Allah öz peyğəmbərləri (ə), imamları (ə) və övliyalarına bundan daha artığ kəramət bəxş etmişdir ki, bunu Qurani Kərim də isbatlayır. Məgər İsa (ə), Allahın izniylə, gildən quş düzəlmədimi? Məgər Musa (ə) öz əsasın, Allahın izniylə, canlı əjdahaya çevirmədimi? İslamda məsumların, övliyaların möcüzə göstərməsi nə vaxtdan tənqid atəşinə tutulub? Sözsüz ki, bu cür yersiz və cılız iradlar yalnız vəhhabilər tərəfindən tutula bilər.

Əlhəmdulillah!

Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)





Количество пользователей, читающих эту тему: 5

0 пользователей, 5 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru