Bu mövzunu açmağ zahirən mənasız görsənsə də, şəxsən mənim üçün xüsusi önəm daşıyır. Mövzu Peyğəmbərdən (s) yetişən: "Əlini (ə) söyən, məni söymuş olar" hədisi barəsindədir. Səhihliyi böyük alimlər tərəfindən təstiqlənmiş hədisə yalnız cılız vəhhabilər barmağ qoymuşdular. Osman Xəmis və onun məqalərinə söykənən (oxuyanlardan üzr istəyirəm) şərəfsiz nasibilərin Əliyə (ə) qarşı düşmənçiliyinin bu dərəcədə olduğunu bilməzdim. Həmişəki kimi vəhhabilər, hədisin alimlərinin tərəfindən "səhih" kimi qiymətləndirilməsinə baxmayağ, özlərinin Əhli-beytə (ə) qarşı təblığatını davam etdirdiyinin və bu cür "səhih" hədisləri "zəif" çıxartmağ cəhtlərini görüb nasibiliylərinə, cılızlığlarına bir daha əmin oluram. Gözlərini tutub Günəşin olmadığını iddia edənlərin problemi Günəşdə deyil, zahiri-batini kor olmuş gözlərindədir. Keçək hədisə və onun səhih olduğunun isbatlanmasına.
Bu hədis İmam Nəsainin "Xəsais" (hədis №86, bizim dilə tərcümədə №88 ) kitabında gəlmişdir:


88 - Əbu Abdullah əl-Cədəli - radıyallahu anhu – rəvayət edir ki, Ummu Sələmə - radıyallahu anhə – nin yanına girdim və: «Sizdə Rəsulullaha söyürlər?» deyə soruşdu. Mən: «Subhənallah və ya Məazallah!» dedim. O, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Kim Əli - radıyallahu anhu – ya söyərsə, mənə söymüş olar».
Sələfi mütərcim hədisdən sonra əl-Albaninin hədisə dair rəyini gətirir:
Bu hədisn isnadı həsəndir. Əhməd 6/323, əl-Həkim 3/121.
Nəsainin "Xəsais" kitabında hədislərin halını bildirən Əbu İshaq Huveyni (s. 79) bu hədisdə sadalanan ravilərin halının göstərəndən sonra yazır:
إسناده صحيح
İsnadı (sənədi) səhihdir.
Nəsainin "Xəsais"-inin (Huveyninin təliqiylə birlikdə) skanı:
