Перейти к содержимому

Фотография

Maidə 55 - Əlinin (ə.s) rukuda üzük verməsi haqda

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 30

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 16 сентября 2010 - 12:49

qardaşlar, xahiş edirəm kim bu ayənin imam Əli ə.s haqqında nazil olduğuna dair əhli sünnə hədis kitablarından hədis bilirsə yazsın. təfsir kitablarında xeyli var, baxmışam. amma hədis kitablarında heç görməmişəm.

#2 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 16 сентября 2010 - 19:05

عن عمار بن ياسر رضي الله عنه، يقول: وقف على علي بن أبي طالب رضي الله عنه سائل وهو راكع في تطوع، فنزع خاتمه فأعطاه السائل، فأتى رسول الله صلى الله عليه وآله وسلم، فأعلمه ذالك، فنزلت على النبي صلى الله عليه وآله وسلم هذه الآية: {إنَّمَا وَلِيُّكُمُ اللهُ وَرَسُوْله وَالَّذِيْنَ آمَنُوا الَّذِيْنَ يُقِيْمُوْنَ الصَّلاةَ وَيُؤْتُوْنَ الزَّكَاةَ وَهُمْ رَاكِعُوْنَ} فقرأها رسول الله صلى الله عليه وآله وسلم، ثم قال: من كنت مولاه فعلي مولاه، اللهم! وال من والاه، وعاد من عاداه.

“Əmmar bin Yasirdən rəvayət olunur ki, bir dilənçi gəlib Əlinin (ə) yanında durur. O namazda rüku halında idi. Hz.Əli dilənçiyə işarə etdi və o, üzüyü çıxartdı. Sonra Əli (ə) Peyğəmbərə (s) bu barədə danışdı. BU zaman bu ayə nazil oldu: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər." Allahın Rəsulu (s) bu ayəni oxudu və dedi: Mən hər kimin vəlisiyəmsə, Əli də onun vəlisidir. Rəbbim! Onunla dost olana dost, düşmən olana düşmən ol."

1. Təbərani “əl- Mucəm’ül-əvsat” (7/129-130, hədis 6228), “əl-Mucəm’ül-kəbir” (4/174, hədis 4053; 5/195, hədis 5068-69; 5/203-204, hədis 5092 və 5097), və “əl-Mucəm’üs-sağir” (1/65);
2. Əhməd b. Hənbəl, “əl-Müsnəd (1/119, 4/372);
3. Həkim, “əl-Müstədrək” (3/119, hədis 4576; 3/371, hədis 5594);
4. Diyə Məqdisi “əl-Əhədis’ül-muxtarə” (2/106, hədis 480; 2/174, hədis 553);
5. Heysəmi, “Məcmə’üz-zəvaid” (7/17); “Məvarid’uz-zaman”, səh.544, hədis 2205);
6. İbn Əsir, “Əsəd’ül-ğabə fi mərifətis-səhabə” (2/362, 3/487);
7. Hindi, “Kənz’ül-ümmal” (11/332-333, hədis 31662; 13/104, hədis 36340; 13/169, hədis 36511);
8. Xətib Bağdadi, “Tarix-i Bağdad” (7/377).

Hindi “Kənz’ül-ümmal” kitabında (11/609, hədis 32950) yazır:

Təbərani bu hədisi Əbu Hureyrə və digər 12 səhabədən , Əhməd b. Hənbəl isə Əbu Əyyub əl-Ənsaridən (r.a.) və o cümlədən, çox sayda digər səhabələrdən nəql etmişdir. Həkim “əl-Müstədrək”də Əli (ə) və Təlhədən rəvayət edir. İmam Əhməd b. Hənbəl və Təbərani bu hədisi Əli, Zeyd b. Ərqəm və digər 30 səhabədən rəvayət ediblər. Əbu Nüeym “Fədail’us-səhabə”də Səddən, Xətib Bağdadi isə Ənəsdən nəql edir.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#3 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 16 сентября 2010 - 19:09

1.

شواهد التنزيل للحسكاني الحنفي 1/161 ح 216 .
2. تاريخ دمشق لابن عساكر الشافعي، ترجمة الإمام علي بن أبي طالب2/409 ح 908
3. تفسير الطبري: 6 .
4. أنساب الأشراف للبلاذري 2/150 ح 151 ، ط بيروت .
5. الصواعق المحرقة لابن حجر

.

Hakim səhih sənədlə nəql edib:

روى الحاكم الحسكاني بسند صحيح عن ابن عباس : ان رسول الله (ص) صلى يوماً بأصحابه صلاة الظهر وانصرف هو وأصحابه فلم يبق في المسجد غير علي قائماً يصلي بين الظهر والعصر , إذ دخل المسجد فقير من فقراء المسلمين , فلم ير في المسجد أحداً خلا علياً , فأقبل نحوه فقال : يا ولي الله بالذي تصلي له أن تتصدق عليّ بما أمكنك ,وله خاتم عقيق يماني أحمر كان يلبسه في الصلاة في يمينه , فمد يده فوضعها على ظهره وأشار إلى السائل بنزعه , فنزعه ودعا له , ومضى , وهبط جبرئيل , فقال النبي (ص) لعلي : فقد باهى الله بك ملائكته اليوم , اقرأ : (( إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ )) شواهد التنزيل للحاكم الحسكاني النيسابوري 1/212 في سبب نزو ل آية (( إِنَّمَا وَلِيُّكُمُ اللّهُ ... ))

Mənası:
"Bir dilənçi Məscidun-nəbidə bütün müsəlmanlardan yardım istədiyi zaman məyus olan dilənçi məsciddəkilərdən birinin işarəsi ilə namaz qılan İmam Əliyə (ə) yaxınlaşır. Həzrət elə namazın rüku halında ikən ona işarə ilə barmağındakı üzüyü hədiyyə edir. Bu hadisədən sonra "Maide" surəsinin 55-ci ayəsi nazil oldu".

#4 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 17 сентября 2010 - 00:35

İbn Kəsir öz Quran təfsirində bir neçə isnad nəql edib.

İSNAD 1.

وروى ابن مردويه من طريق سفيان الثوري عن أبي سنان عن الضحاك عن ابن عباس قال : كان علي بن أبي طالب قائما يصلي فمر سائل وهو راكع فأعطاه خاتمه فنزلت { إنما وليكم الله ورسوله } الآية الضحاك لم يلق ابن عباس

İbn Mərdəveyh - Süfyan b. Sövri - Tariq Sunən - Dəhhak b. Müzahim - İbn Abbas kaalı gələn rəvayətdə deyilir Hz.Əli (ə) rüku halında olarkən üzüyünü dilənçiyə verdi, sonra İnnəmə vəlliyyukumullahu" ayəsi nazil oldu. Hədisin ravilərindən olan Dəhhak Abdullah ibn Abbas ilə qarşılaşmamışdır.

Təfsir ibn Kəsir, 2/97

O vaxt bu nəsibi ruhlu insanlar fikirləşməyiblər ki, 5 dəqiqə içində google.com-da axtarıb Dəhhak və Abdullah ibn Abbasın görüşüb-görüşmədiyini aydınlaşdrıb goruna söyəcəklər.

Bu isnadda heç bir zəiflik yoxdur! Çüni Dəhhak və ibn Abbasın görüşməyində qeyri-adi bir məqam yoxdur. Buxari özünün "Tarix əl-Kəbir" kitabında (cild 4, səh.332) Dəhhakın hicri 102, yaxud 105-ci ildə 80 yaşında öldüyünü yazır. Həmin kitabda Buxari (cild 5, səh.3) İbn Abbasın hicri 70 yaxud 68-ci ildə dünyasını dəyişdiyini yazır. Bu o deməkdir ki, təxminən hicri 22 yaxud 25-cı ildə dünyaya gələn Dəhhak ibn Abbasın minimum 43 il müasiri olub.

Sələfin 20-ci əsr hədisşünaslarından Şeyx Əhməd Şakir "Müsnəd Əhməd"-in təliqində Dəhhakın İbn Abbasdan olan rəvayətlərini (3/39, hədis 2262; 3/227, hədis 2754; 3/394, hədis 3268) SƏHİH olaraq qeyd etmişdir. Həmçinin Heysəmi "Məcməüz-Zəvaid"də bu barədə heç bir söz deməmişdir.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 17 сентября 2010 - 10:29

1. Təbərani “əl-Mucəm’üs-sağir” (1/65);
2. Əhməd b. Hənbəl, “əl-Müsnəd (1/119, 4/372);

qardaş, mən bu hədisləri tapa bilmədim. xahiş edirəm əgər mümkündürsə hədis nömrəsini də qeyd et

Əhməd b. Hənbəl, "Müsnəd"
Təbərani, "Mucəmus sağir"

Сообщение отредактировал Elmeddin.88: 17 сентября 2010 - 10:30

#6 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 17 сентября 2010 - 12:05

ümumiyyətlə mən Müsnədi Əhməddə nə mənzilət hədisini, nə Qədiri Xum hədisini və nədə buna bənzər hədislərin heç birini tapa bilmirəm. bəlkə tükcə olan Müsnədin müxtəsər formasıdır

#7 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 17 сентября 2010 - 18:02

1. Təbərani “əl-Mucəm’üs-sağir” (1/65);
2. Əhməd b. Hənbəl, “əl-Müsnəd (1/119, 4/372);

qardaş, mən bu hədisləri tapa bilmədim. xahiş edirəm əgər mümkündürsə hədis nömrəsini də qeyd et

Əhməd b. Hənbəl, "Müsnəd"
Təbərani, "Mucəmus sağir"

Sağ-salamat evə çatım baxaram. ;)
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#8 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 17 сентября 2010 - 18:03

İSNAD 2.

وحدثنا أبو سعيد الأشج حدثنا الفضل بن دكين أبو نعيم الأحول حدثنا موسى بن قيس الحضرمي عن سلمة بن كهيل قال : تصدق علي بخاتمه وهو راكع فنزلت { إنما وليكم الله ورسوله والذين آمنوا الذين يقيمون الصلاة ويؤتون الزكاة وهم راكعون }

Əbu Səid əl-Əşəc - Əbi Nəim əl-Fadl b. Dukeyn - Musa b. Qeys əl-Hədrəmi - Sələmə b. Küheyl: Əli rükuda ikən üzüyünü sədəqə olaraq verdi, bunun üçün də "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər" ayəsi nazil oldu.

İbn Kəsir bu hədisi "Təfsir ibn Əbi Hətim"dən (cild 4, səh.1162) gətirir və onun barəsində heç nə demir. Lakin Allah (c.c), Peyğəmbər (s) və Hz.Əli (ə) düşmənlərinin bu günkü dostları Sələmə b. Küheylin səhabələrlə görüşməməsinə irad tuturlar və bu hədisin zəif olduğunu iddia etmək istəyirlər. Bu mövzuya daha sonra toxunacağıq, indi isə ümumən ravilərin halına baxaq.

Əbu Səid əl-Əşəc

İbn Həcər: "Siqə" - Təqrib əl-Təhdib, c.1, səh.497
Zəhəbi: "Şeyxül-İslam" - Təzkirət əl-Hüffaz, c.2, səh.501
İbn Əbi Hətim: "Siqə Səduq" - əl-Cərh vəl-Tədil, c.5, səh.73
İbn Hibban: "Siqə" - əs-Siqat, c.8, səh.365
Nəsai: "Səduq", Yəhya b. Müin: "Haqqında pis bir şey deyilməyib", əl-Xəlili: "Siqə", Müslim b. Qasım: "Siqə", Murə: "O zamanının imamı idi" - Təhdib əl-Təhdib, c.5, səh.208

Əbi Nəim əl-Fadl b. Dukeyn

İbn Həcər: "Siqə Səbt" - Təqrib əl-Təhdib, c.2, səh.11
Zəhəbi: "Hafiz səbt" - Təzkirət əl-Hüffaz, c.1, səh.372
İbn Əbi Hətim: "Siqə" - əl-Cərh vəl-Tədil, c.7, səh.61
İbn Hibban: "Siqə" - əs-Siqat, c.7, səh.319
Əhməd b. Hənbəl: "Siqə", Əbu Zəra: "Əbu Nəimdən daha doğruçu ravi görmədim", əl-Əcli: "Siqə Səbt" - Təhdib əl-Kamal, c.23, səh. 209
İbn Səd: "Siqə", Nəsai: "Siqə", əl-Xətib: "Siqə" - Təhdib əl-Təhdib, c.8, səh.248

Musa b. Qeys əl-Hədrəmi

İbn Həcər: "Səduq" - Təqrib əl-Təhdib, c.2, səh.228
Zəhəbi: "Siqə" - əl-Kəşif, c.2, səh.308
İbn Əbi Hətim: "Onun haqqında pis bir şey deyilməyib" - əl-Cərh vəl-Tədil, c.8, səh.157
İbn Hibban: "Siqə" - əs-Siqat, c.7, səh.455
Əhməd b. Hənbəl: "Onun hqqında ancaq yaxşı şeylər bilirəm", Yəhya b. Müin: "Siqə" - Təhdib əl-Kamal, c.29, səh. 134
İbn Nümeyr: "Siqə", Əbu Nəim: "güclü ravidir" - Təhdib əl-Təhdib, c.10, səh.327

Sələmə b. Küheyl

İbn Həcər: "Siqə" - Təqrib əl-Təhdib, c.1, səh.378
Zəhəbi: "Siqə" - əl-Kəşif, c.1, səh.454
İbn Əbi Hətim: "Siqə" - əl-Cərh vəl-Tədil, c.4, səh.170
İbn Hibban: "Siqə" - əs-Siqat, c.4, səh.317
Yəhya b. Müin: "Siqə", Əhməd b. Hənbəl: "Mutqan", əl-Əcli: "Siqə", Muhəmməd b. Səd: "Siqə", Əbu Zəra: "Siqə", Yaqub b. Şeybə: "Siqə", Nəsai: "Siqə Səbt" - Təhdib əl-Kamal, c.11, səh.316

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#9 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 18 сентября 2010 - 00:21

1. Təbərani “əl-Mucəm’üs-sağir” (1/65);
2. Əhməd b. Hənbəl, “əl-Müsnəd (1/119, 4/372);

qardaş, mən bu hədisləri tapa bilmədim. xahiş edirəm əgər mümkündürsə hədis nömrəsini də qeyd et

Əhməd b. Hənbəl, "Müsnəd"
Təbərani, "Mucəmus sağir"

Mücəmül-Əvsata ilk verdiyim ünvan elektronda azca fərqli nömrədədi. Mümkündür ki, o biri ünvanlar da fərqli olsun. Buyur internet ünvanlar qulluğunda hazır.

Mücəmül-Əvsat, hədis 6232

Məcməüz-Zəvaid, 7/80, hədis 10978

İnşaAllah vaxt olduqca tapıb qoyaram linkləri...

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#10 shamsi84

shamsi84

    Jundi – Soldier

  • Ibtidai
  • 4 сообщений

Отправлено 25 января 2012 - 18:20

بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ

“Maidə” surəsinin 55-ci ayəsinin təfsir-xətaları haqqında
(Siələrin etdiyi səhvlər)

Günümüzdə aktual məsələlərdən biri də təfsir və şərhlərdə bəzi xətaların olmasıdır. Bu xətalardan biri də “əl-Maidə” surəsinin 55-ci ayəsini bəziləri təfsir edəndə ortaya çıxır. Onlar hesab edirlər ki, bu ayə Əli ibn Əbu Talibə (radıyallahu ənhu) görə nazil olub. Biz də bu ayə ətrafında kiçik bir araşdırma apardıq.
Mövzu nədədir? Məsələ belədir: bəziləri deyir ki, Əli İbn Əbu Talib (radıyallahu ənhu) məsciddə namaz qılarkən, məscidə bir yoxsulun girib kömək istədiyini eşidir, sonra isə namaz qıldığı yerdə rüku halında öz əlini uzadaraq, barmağındakı üzüyü zəkat kimi o yoxsula verir. Onlar bundan bəzi nəticələr də çıxardılar ki, guya bu ayə onun imamətinə də işarə edir. Bizdə Əliyə (radıyallahu ənhu) qarşı heç bir şey yoxdur, çünki o əməli-saleh mömin, müsəlmanların rəşidi-xəlifəsi və əmiridir. Apardığımız araşdırmanın məqsədi isə həqiqəti öyrənməkdir, həqiqətən bu ayə Əliyə (radıyallahu ənhu) görə nazil olub yoxsa yox. Nəticəyə gəldik ki, baxmayaraq Əliyə (radıyallahu ənhu) görə başqa ayələr nazil olub, bu ayənin ona görə enməsini demək xətadır, aşağıdakı amillərə görə:
1. Bu ayənin Əliyə (radıyallahu ənhu) görə nazil olması heç bir hədis toplusunda qeyd olunmayıb, fəqət Təbəri bu ayənin şərhində müxtəlif rəvayətlər gətirir və Əli (radıyallahu ənhu) haqqında olduğuna dair iki rəvayət gətirir, lakin İbn Kəsir bu iki rəvayətin zəif olduğunu deyir;
2. Rəvayət nəinki sənəd cəhətdən, həmçinin mətnə görə də zəifdir. Çünki namazın fəziləti oldur ki, orada artıq hərəkət olmasın;
3. Əgər bu doğru olsa idi, onda ən fəzilətli zəkat rükuda olardı, ancaq bunu heç bir alim deməyib;
4. Rüku kəlməsi ərəb dilində müxtəlif mənalar verir: Allahdan qorxmaq, təvazökar olmaq, zəlil olmaq, həmçinin namazda duruşun adıdır. Cəhalət dövründə ərəblər bu sözü həniflərə deyirdilər, çünki onlar bütlərə ibadət etmirdilər. Bu da Quranda mövcuddur: Bax “əl-Bəqərə” surəsi ayə 43, “Sad” surəsi ayə 24. “əl-Maidə” surəsi 55-ci ayəsinin axırında “hum rakiun” ifadəsi həmin mənadadır. Yəni: “Allah və elçisinə iman gətirən odur ki, rüku halında namaz qılıb zəkat verərlər”. Burada namazda olan duruş növü olan rükudan söhbət getmir. Ayədəki rüku məs ixlas və təvazökarlıq ənasındadır, çünki ayədə namaz qeyd olunmuşdu və namaz halına ikinci dəfə qayıtmağa ehtiyac yoxdur. Göründüyü kimi, burada ayənin rüku kəlməsi namazı və zəkatı nə cür verilməyini göstərir;
5. Ayədə sözlərə fikir versək indiki zamanda işlədildiyini görəririk. Bu ayədə keçmiş hadisədən bəhs edilmir, əksinə, davamlı əməldən söhbət gedir. Yəni möminlərə keçmiş hadisədən bəhs edilmir, əksinə, davamlı bu halda olsun (yəni Allahdan qorxaraq, ixlasla, riyasız). Bu davamlı bir əməldir və zamana görə məhdudlaşmır;
6. Bəziləri deyirlər ki, bu əməl Əli (radıyallahu ənhu) ilə qurtarmır, hətta bütün imamlar rükuda zəkat veriblər. Belə olsa idi, onda niyə bu fəzilətli əməli Peyğəmbər (səllallahu əleyhi və səlləm) etməyib???
7. Həmçinin bu uydurma rəvayətə baxanda, görə bilərik ki, namaz qılanların namazı bitəndən sonra yoxsul zəkatı istəsə verilsin. Məgər əfzəl olmazdımı ki, namaz qılanlar namazı bitirdikdən sonra zəkatı ona versin? Elə bir zəruriyyət nədə idi?
8. Bilmək lazımdır ki, ibrət ləfzin xüsusiliyində yox, ümumiliyindədir. Əgər doğurdanda bu ayə Əlinin (radıyallahu ənhu) əməlinə görə olubsa, onda bu təkcə ona xas deyil. Yəni kim bu cür etsə, onlara aid olur;
9. Vəli kəlməsinin mənası bunlardır: idarəçi, rəhbər, kömək edən, dost və s. Məs bu ayə göstərir ki, ayədə keçən vəli sözünün mənası çox aydındır. Bunu bilmək üçün bu ayədən əvvəl və sonra gələn ayələri oxuyana aydın olar ki, söhbət nədən gedir. Məlum olur ki, söhbət kafirlə dostluq və sevgi əlaqəsindən gedir. Allah kafirlərə kömək və dostluq etməyi qadağan edir. Daha aydın olsun deyə “Tövbə” surəsiini 71-ci, “Nisə” surəsinin 89-cu və 139-cu ayələrinə müraciət etməyi məsləhət bilirəm. Onda “vəlinin” bu ayədə hansı mənada olduğu aydın olar. Həmçinin “Maidə” surəsinin 51-ci ayədən 57-ci ayəyə kimi oxuyun. Belə etdikdə ayədə söhbətin nə haqda getdiyi aydın olur, çünki ayədə kimlərlə vəli olmaq (dostluq etmək) qadağan olunur və kimlərlə vəli olmaq əmr olunur. Məlum olar ki, əvvəl və sonra qadağan edilən vəlilik, məs dində olan sevgi haqqındadır. Əvvəl və sonra ayələrin arasında keçən “Maidə” surəsinin 55-ci ayəsində də həmin vəlilikdən söhbət gedir. Ancaq başqa mənada olması üçün, güclü dəlilə ehtiyac duyulur, çünki dostluq və sevgi mənasında gələn ayələrdən sonra, “vəlilik” sözünün dərhal bir ayədə rəhbərlik mənasında işlədilməsi və sonradan yenə “vəlilil” sözünün dostluq və sevgi mənasına qayıtması, təfsir elminə və dilçiliyə görə (xüsusən Quranın dilinə görə) güclü səbəb tələb edir ya da düzgün hall deyil;
10. Başqa cəhətdən isə, burada imamət haqqında heç bir söhbət yox idi, əksinə, sevmək və dost mənasında işlədilmişdir;
11. Sonra bu cür demək, Əliyə (radıyallahu ənhu) eyb etməkdir. Çünki Allah “əl-Möminun” surəsinin 1-ci və 2-ci ayəsində olduğu kimi: “Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında muti olub boyun əyərlər!”. Şək yoxdur ki, Əli (radıyallahu ənhu) namazı bu cür qılardı və şək yoxdur ki, biz Əlini (radıyallahu ənhu) ayədə vəsf ounan mömin kimi namaz qılanlardan tanıyırıq. Əgər siz deyən olsa, onda elə çıxır ki, namaz qılarkən Əli (radıyallahu ənhu) qulaq asardı, kim məscidə girir, nəyi istəyir və s., hətta o, bunu rüku halında eşidərdi, hələm üzüyü də çıxarıb verərdi. Sizin dediyinizə görə, o, çox gözləyən idi və xilafəti 25 il gözləyirdi, bəs niyə namazın bitməsinə bir neçə dəqiqə gözləmədi?
12. Əgər bir adamın boynuna zəkat düşərsə, zəkatın şərtlərinə görə o gözləməməlidir ki, kimsə istəsin və zəkatı özü çıxartmalıdır;
13. Tarix göstərir ki, Əli (radıyallahu ənhu) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında yoxsul idi, hətta Fatiməni (radıyallahu ənhə) alanda onun mehri qalxan olub;
14. Əgər bu hadisə olubsa, onda niyə nə Peyğəmbər (səllallahu əleyhi və səlləm) nə də Əli (radıyallahu ənhu) “Nərçul-bəlağə”-də bunu deməyib?
15. Ayədə Allah namazı artıq qeyd etmişdir və namaz dedikdə qiyam, rüku, səcdə və s. nəzərdə tutulur. Siz deyən olsa, onda rüku olan namazdan sonra, təzədən rükuya qayıtmağın nə mənası var? Bu onu göstərir ki, burada rüku başqa mənadadır;
16. O ki qaldı ayənin nazil olma səbəbinə, bu səbəb tamamilə başqadır. O vaxt Bəni-Qeynuda qəbiləsi Peyğəmbərə (səllallahu əleyhi və səlləm) xəyanət etdilər və Übadə bin Samitin yanına ona qoşulmaq məqsədi ilə getdilər. Lakin Übadə bin Samit isə onlardan üz çevirib Allah və elçisinə tərəf döndü. Elə bu vaxt ayə nazil oldu;
17. Bəzilər iddia etdiyi kimi, hamı iddia edə bilər ki, bu ayə filankəsə və yaxud filankəsə gözə nazil olub. Hamı istədiyi adamın adını çəkə bilər. Yəni bu ayə Əlinin (radıyallahu ənhu) xəlifə olmasına işarədirsə, onda açıq-aydın ona işarə etməliydi, belə isə hər kəs istədiyinə uyğun yoza bilər. Ona görə, xəlifə təyin etməyə aid olsaydı, vacib məsələ olduğuna görə aydın işarə olunmalı idi;
18. Hətta qəbul etsək ki, Əliyə (radıyallahu ənhu) görə nazil olub, yenə də onun xəlifə olmasına dəlalət etmir. Fəqət onu sevməyin vacibliyini göstərərdi, biz isə onu bu ayəsiz də sevirik!
19. Ayədə kəlmələrə fikir versək, hamısının cəm şəkildə olduğunu görərik. “əl-ləzinə” o kəslər ki, “yuqimunə” qılarlar, “yutunə” verərlər, “hum” onlar. Gördüyünüz kimi sözlər cəm şəkildədir və şübhəsiz ki, Əli (radıyallahu ənhu) təkdir.
20. Sonra Əlinin (səllallahu əleyhi və səlləm) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında heç bir üzüyü yox idi və o vaxt üzük taxmazdılar, fəqət Peyğəmbər (səllallahu əleyhi və səlləm) sonradan zəruriyyət olduğuna görə özü üçün üzük taxtı. Buna səbəb var idi, amma Əli (radıyallahu ənhu) üçün səbəb yox idi, həm də imkansız idi. Bu da hamıya məlumdur;
21. Tərif (mədh) vacib və ya müstəhəb əməl üçün olunur, amma namazda zəkat vermək nə vacibdir, nə də müstəhəb, əksinə, artıq bir hərəkətdir;
22. Sabitdir ki, Əli (radıyallahu ənhu) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında zəkat verənlərdən deyildi;
23. Həmçinin, taxılan üzüyə zəkat düşmür;
24. Onu da bilmək lazımdır ki, bir adamın zəkat verməsi üçün, əvvəl zəkatın şərtləri təmin olunmalıdır: 1. gərək miqdarı 85 qr. qızıl və yaxud 85 qr. gümüşə çatsın (ya da bu miqdarda pul); 2. bir il tamam olmalıdır;
25. Sonra soruşmaq istəyirik ki, bu rəvayətin sənədi səhihdir yoxsa yox?
26. Onu da bilmək lazımdır ki, bu rəvayət Səhləvinin təfsirində olması kifayət deyil, çünki onun təfsirində uydurma rəvayətlər də mövcuddur. Həmçinin onun tələbəsi Vahidi və başqa təfsirçilər səhih və zəif rəvayətçiləri öz kitablarında cəm edirlər. Buna görə də, Bəğəvi Səhləvinin təfsinini müxtəsər edib, orada olan uydurma rəvayətləri tərk etmişdir, bu isə Bəğəvinin hədis elmində mahir olduğundan irəli gəlir. Səhləvinin isə hədis elmində təcrübəsi az idi, bunu da kitabı göstərir;
27. Sonra əgər desək ki, vilayəti qazanan rüku halında zəkat versin, onda ortaya sual çıxır ki: bəs qiyamda, səcdədə və yaxud təşəhhüddə verərsə ona da vilayət düşürmü? Yoxsa ancaq rükuda verməlidir?
28. Fəqət hər hansı bir rəvayətin məstərdə olmağı, onun səhih olmağına dəlil deyil. Xüsusən də bu rəvayət. Çünki bu rəvayətin əsas məstəri Səhləvinin təfsiri, Vahidinin “Əshabul-Nüzul” və “Kənzul-Ummal” kitablarındadır. Bu kitablarda qeyd edilən rəvayətin olması onun səhihliyini sübut etmir. Qeyd etmək istəyirəm ki, bəzi təfsirçilər bu ayənin başqaları üçün nazil olduğunu deyirlər. Məsələn məşhur şiə təfsirçisi Əbu Bəkr ən-Nəqqaş Baqirdən rəvayət edir ki: “Bu ayə mühacir və ənsarlara görə nazil olub. Bu vaxt biri soruşdu: - Ya imam! Axı biz eşitmişik ki, Əliyə (radıyallahu ənhu) görə nazil olub. İmam isə dedi: Əli (radıyallahu ənhu) də onlardandır!”. Bəzi təfsirçilər isə İkrimədən rəvayət edirlər ki, bu ayə Əbu Bəkrə (radıyallahu ənhu) görə nazil olub, çinki o bütün malını İslam yolunda xərcləmişdi. Bəziləri də Übadə bin Samitə (radıyallahu ənhu) görə nazil olduğunu söyləyirlər. Görünür ki, Əlidən (radıyallahu ənhu) başqa bu ayə hamıya münasibdir. Çünki mühacir və ənsarlara görə nazil olmağı ayədə olduğu kimi cəm halında olanları göstərir. Həmçinin Əbu Bəkrə (radıyallahu ənhu) də münasib etmək olar, çünki ayədən qabaq mürtədlərdən söhbət gedir, Əbu Bəkrin (radıyallahu ənhu) isə mürtədlərə qarşı olan hadisəsi məşhurdur. Təbəri isə yahudilərdən üz döndərib uzaqlaşdığına görə, bu ayənin Übadə bin Samitə görə nazil olduğunu bildirir;
29. Vəli kəlməsinə gəlincə isə, bu Vilayə və Vəlayə sözləri kimi işlədilir, yəni “fəthə” və “kəsrə” ilə. Bu iki sözlərin fərqi isə ço böyükdür. Vəlayə (fəthə ilə olanda) sözünün mənası “düşmənin və düşmənçiliyin ziddi” deməkdir, yəni “dost” və “sevmək” deməkdir. Ayədə də məhz bu sözdür. Ancaq Vilayə (kəsrə ilə olarsa) “rəhbər, idarəçi” mənasındadır. Ayədə isə söhbət bundan getmir. Buna görə də, ayə ümumi möminlər barəsindədir, rəhbərlik isə ümumi ola bilməz;
30. Əgər rəhbər mənasını vermək istəsək, onda ayə gərək belə olsun:
innəmə yətəvallə aleykumullahu va rasuluhu vəl-ləzinə əmənu...
Bu cür düz olmaz, cünki Allah əmir kimi vəsf olunmayıb, yəni demək olmaz ki, Allah möminlərin əmiridir. Həmçinin peyğəmbərə də aid belə bir şey gəlməyib. Ən birinci Ömər (radıyallahu ənhu) belə vəsf olunub. Amma Vəlayə isə (fəthə ilə) düşmənçiliyin ziddi, dost və sevgi Allah və elçisinə vəsf oluna bilər;
31. Əgər birdən bəziləri desələr ki, burada zəkat sədəqə mənasındadır, onda biz onların bu rəyinə cavab olaraq deyərik: - Xeyr! Bu ayədə zəkat sədəqə mənasında ola bilməz, çünki bütün ayələrdə zəkat namaz sözündən sonra gələndə, sədəqə yox məhz zəkat mənasını verir.
32. Deməli zəkatdırsa, onda onu bir kəs istəməklə vermək olmaz, əgər verilsə, onda verilən şey zəkatdan sayılmaz, fəqət sədəqə olar. Aləyə isə namazdan sonra olan əsl zəkatdan söhbət gedir.
33. Həmçinin ayədə keçən “valləzinə” sözündə “vav” hərfi hall deyil, yəni rüku halına adi deyil, çünki o hall olsaydı, onda ayəyə görə yalnız rükuda zəkat verənlərlə dost olub, vəli seçmək olardı;
34. Ayınin əvvəlində “innəmə” ləfzi xüsusiyyətlik bildirir. Bu ayədə isə deyilir ki, dostluq, sevgi, məhəbbət xas Allaha, elçisinə və möminlərə aid edilir və bunu belə şərh edən dəlil odur ki, ayə nazil olan vaxt möminlərin bir-birinə kömək, sevgi, dostluq və s. hissiyatlarına uyğun olmuşdur. O zaman imamətdən söhbət ola bilməzdi.
35. Eyni zamanda ortaya sual çıxır ki, əgər rükuda zəkat vermək əfzəl əməldirsə, onda bu əməl niyə heç bir fiqh kitablarında qeydə alınmamışdır?

Сообщение отредактировал shamsi84: 25 января 2012 - 18:24

#11 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 25 января 2012 - 21:31

Bu zir-zibil yığınını sən yazmısan yoxsa hansısa axmaqdan kopyalamısan?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#12 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 25 января 2012 - 21:34

بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ[b]
30. Əgər rəhbər mənasını vermək istəsək, onda ayə gərək belə olsun:
innəmə yətəvallə aleykumullahu va rasuluhu vəl-ləzinə əmənu...
Bu cür düz olmaz, cünki Allah əmir kimi vəsf olunmayıb, yəni demək olmaz ki, Allah möminlərin əmiridir. Həmçinin peyğəmbərə də aid belə bir şey gəlməyib. Ən birinci Ömər (radıyallahu ənhu) belə vəsf olunub. Amma Vəlayə isə (fəthə ilə) düşmənçiliyin ziddi, dost və sevgi Allah və elçisinə vəsf oluna bilər;

Ömər harada belə vəsf olunub?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#13 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 25 января 2012 - 23:57

demeli bele.sabah men sizin mescidinize gelib sizin dediyiniz kimi ruku halinda (yeni tavazo)namaz qilacam ve sizin imaminiz rehberiniz olacam he?
Ona gore bu gundesinizde.hezret Ali es imametliyini inkar elemeye 1000 dene delil axtarirsiz.amma biri deyir abubekir Peygemberimizin saas yerinde namaz qilib demek ele ilk xelife de o olmalidir. Axtarmadan arashdirmadan.cox yox hec olmasa 1 defede eksini axtarmisiz?qoy men deyim yox.cunki siz omerin sunnetisiniz.
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#14 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 26 января 2012 - 00:38

Bəhsi burada davam etdirin.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#15 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 26 января 2012 - 12:35

Bismillah,görək sizin təfsirçilər nə deyir,bir-bir yazıram.

Ebu Cafer, Muham-med.b. Ali b, el-Hüseyin b. Ali b. Ebi Talib (r.anhum)'a: "Sizin asıl veliniz ancak Allahtır, Onun peygamberidir ve... mü'minderdir" buyruğunun an­lamı hakkında burada kastedilen Ali b. Ebi Talib midir diye sorulmuş, O da: Ali'de mü'mirilerdendir diyerek bu buyruğun bütün mü'minler için sözkonu-su olduğu kanaatinde olduğunu ortaya koymuştur.

Bunu Qurtubi deyir,bu hədisin mənbəsini siz vəhhabilər yazarsız ki bilək səhihdir,ya yox.

İbn Abbas da der ki: Bu âyet-i kerime, Ebu Bekr (r.a) hakkında nazil ol­muştur. Bir başka rivayette de şöyle demiştir: Su âyet-İ kerime Ali b. Ebi Ta-llb (r.a) hakkında nazil olmuştur.

Əhli-beytin(ə) şəninə nazil olan və bir az ixtilaflı olan elə ayə yoxdur ki,digər yozumu Ömərə,ya da Əbu bəkrə aid olmasın.Allah hidayət versin.

Mücahid ve es-Süddî de böyle demiştir. On­ları bu şekilde görüş beyan etmeye iten yüce Allah'ın: "Namazını kılan ve rükû halinde iken zekâlını veren aıü'mirilerdir" buyruğudur. Bunu da bir sonraki başlıkta ele alalım.

Maraqlı bir məqam var,müfəssir burdan oyana nədən danışırsa,təfsir edəndə elə mövzu Hz.Əlinin(ə) rükuda üzüyü verməsidir.İnkar da edə bilmirləəər,qəbul da,çünki qəlblərində Ömərin sevgisi var,o da imkan verməz buna...

Mənbə:İmam Qurtubi,əl-Camuil Əhkamil-Quran,Maidə 55

#16 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 26 января 2012 - 12:38

Bizdə Əliyə (radıyallahu ənhu) qarşı heç bir şey yoxdur, çünki o əməli-saleh mömin, müsəlmanların rəşidi-xəlifəsi və əmiridir. Apardığımız araşdırmanın məqsədi isə həqiqəti öyrənməkdir, həqiqətən bu ayə Əliyə (radıyallahu ənhu) görə nazil olub yoxsa yox.

bu sözləri mən sadəcə təqiyyə olaraq görürəm çünkü sizin dininiz haqqında azacıq məlumatı olan hər kəs sizin Əhli Beyt immalarına a.s düşmən olduğunuzu; mənbələrinizin imamları a.s təkfir edən xaricilərə, imamlara a.s buğz edən və kin bəsləyən nasibilərə və əhli kitaba əsaslandığını; sizin nəzərinizdə Əhli Beyt a.s qatillərinin "səhabə", "müçtehid", "imam", Hüccət" və s. olduğunu bilir.

amma bunları bilməyən hər kəs belə sizin imamlara a.s düşmənlik etdiyinizi çox asan şəkildə başa düşə bilər. bilirsiniz necə? sadəcə sizin məqalələrinizə baxaraq. nə üçün sizin araşdırmalarınız Əhli Beyt a.s haqqında olan hədislərər və ayələrin təfsirinə yönəlib? niyə hər məqsəd ilə onlar haqqındaki ayələrin təfsirini və hədisləri dəf etməyə çalışırsınız? məgər bu sevgidəndir? əgər elədirsə məsləhət görürəm mənbələrinizdə Əbu Bəkir və digərləri haqqında olan qondarma hədisləri araşdırın.

Nəticəyə gəldik ki, baxmayaraq Əliyə (radıyallahu ənhu) görə başqa ayələr nazil olub, bu ayənin ona görə enməsini demək xətadır

inşaAllah verəcəyimiz cavab sonrasında hamıya məlum olacaq ki, ayə imam Əli a.s haqqında nazil olmuşdur və bu Əhli Beyt a.s, səhabə r.a və tabeninin təfsiridir və digər məsələlərdə olduğu kimi Əhli Beyt a.s, səhabə r.a və tabeinə itaət edən bizik.

1. bu ayənin Əliyə (radıyallahu ənhu) görə nazil olması heç bir hədis toplusunda qeyd olunmayıb, fəqət Təbəri bu ayənin şərhində müxtəlif rəvayətlər gətirir və Əli (radıyallahu ənhu) haqqında olduğuna dair iki rəvayət gətirir, lakin İbn Kəsir bu iki rəvayətin zəif olduğunu deyir;

bu yalandır. çünkü bu ayənin imam Əli a.s haqqında nazil olduğunu sadəcə Təbəri deyil Təbərani, ibni Əbu Hatim, ibni Mərdəveyh, Abdurrəzzaq əs-Sənani kimi əhli sünnə mühəddis və müfəssirləri də səhabə və tabeindən rəvayət etmişdirlər. indi nümunər üçün onlardan bir neçəsini yazırıq:

1. səhabələrin təfsiri: bu ayənin təfsiri haqqında bir çox səhabədən hədislər nəql edilmişdir. biz ixtisar üçün birini qeyd edirik:

قال الطبراني: حدثنا عبد الرحمن بن مسلم الرازي حدثنا محمد بن يحيى بن ضريس العبدي، حدثنا عيسى بن عبد الله بن محمد بن عمر بن علي بن ابي طالب، حدثني أبي، عن ابيه عن جده عن علي قال: نزلت هذه الآية على رسول الله صلى الله عليه وسلم (إنما وليكم الله ورسوله والذين آمنوا الذين يقيمون الصلاة ويؤتون الزكاة وهم راكعون) فخرج رسول الله صلى الله عليه وسلم فدخل المسجد والناس يصلون بين راكع وقائم واذا سائل فقال يا سائل هل اعطاك احد شيئا؟ فقال: لا ؛ الا هاذاك الراكع لعلي اعطاني خاتمه
...Əli dedi: bu ayə "sizin vəliniz ancaq Allah, O'nun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər" Rəsulullha s.a.a nazil olduğu vaxt o evindən çıxıb Məscidə gəldi. o zaman insanların bir hissəsi rüku halında, bir hissəsi isə qiyam halında idilər. Rəsulullah s.a.a bir dilənçi gördü və ona dedi: "ey dilənçi! sənə bir şey verən olub?" dilənçi dedi: "yox! ancaq -Əlini göstərərək- bu rüku halındakı adam mənə üzüyünü verdi"

ibni Kəsir, "əl-Bidayə vən Nihayə", 7/358

ibni Kəsir bu hədisi Təbəranidən nəql etmişdir. ancaq hədisi qeyd etdikdən sonra deyir ki, bu səhih deyil. və mən cavab olaraq deyirəm ki, bu hədisin sənədindəki bütün ravilər güvənilir və hüccətdir. indi ravilər haqqında məlumat verəndə bu hər kəs üçün aşkar olacaq:

1-1. Əbdürrəhman b. Müslüm ər-Rzai (عبد الرحمن بن مسلم الرازي): güvənilirdir, əz-Zəhəbi onun haqqında deyir:

عبد الرحمن بن محمد بن سلم الحافظ الكبير أبو يحيى الرازي
Əbdürrəhman b. Muhəmməd b. Səlam ər-Razi, böyük hafiz, Əbu Yəhya ər-Razi

وكان من الثقات
Siqatdan (güvənilirlərdən)dir.

əz-Zəhəbi, "Təzkirət əl-Huffaz", 2/690-691

1-2. Muhəmməd b. Yəhya (محمد بن يحيى بن ضريس العبدي): güvənilirdir, ibni Hibban "əs-Siqat" kitabında zikr etmişdir: ibni Hibban, "əs-Siqat", 9/107, 15450-ci ravi

1-3. İsa b. Abdullah (عيسى بن عبد الله بن محمد بن عمر بن علي بن ابي طالب): Buxari "tarix əl-Kəbir"də zikr etmiş və haqqında heç bir cərh gətirməmişdir: Buxari, "Tarix əl-Kəbir", 6/390, 2740-cı ravi

1-4. Abdullah b. Muhəmməd (عبد الله بن محمد): öncəki ravi İsanın atasıdır, güvənilir ravidir. əz-Zəhəbi onun haqqında deyir:

عبد الله بن محمد بن عمر بن علي بن أبي طالب
Abdullah b. Muhəmməd b. Ömər b. Əli b. Əbu Talib

ثقة
siqə (güvənilir)dir.

əz-Zəhəbi, "Kəşşaf", 1/595, 2964-cü ravi

1-5. Muhəmməd b. Ömər (محمد بن عمر): öncəki ravinin atasıdır, əz-Zəhəbi deyir:

محمد بن عمر بن علي بن أبي طالب
Muhəmməd b. Ömər b. Əli b. Əbu Talib

ثقة
siqə (güvənilir)dir.

əz-Zəhəbi, "Kəşşaf", 2/205, 5073-cü ravi

1-6. Ömər b. Əli (عمر بن علي): öncəki ravinin atası və imam Əli a.s-ın oğludur, tabeindəndir, güvənilirdir. əl-İcli deyir:

عمر بن علي بن أبي طالب تابعي ثقة
Ömər b. Əli b. Əbu Talib, tabeindəndir, siqə (güvənilir)dir.

əl-İcli, "Mərifət əs-Siqat", 2/170, 1359-cu ravi

1-7. Əli b. Əbu Talib (علي بن أبي طالب): səhabə, imam, Nəbi s.a.a-in vəsisi, möminlərin əmiri, mütəqqilərin imamı.

yəni, hədis heç olmasa həsəndir, harada qaldı ki, uydurma olsun. və bu hədis ayənin təfsiri haqqında səhabələrdən nəql edilmiş hədislərdən sadəcə biridir, bundan əlavə ibni Abbas, Əmmar b. Yasir və Əbu Zərr r.a-dan da qyənin təfsiri haqqında hədislər nəql edilmişdir. ancaq vaxt məhdudiyəti səbəbindən və uzunçuluq olmaması istəyimizdən bununla kifayətlənitik.

2. tabeindən Sələmə b. Kuheyl, Utbə b. Hakim və Mücahid əl-Məkkinin təfsirləri: əhli sünnənin böyük hədis, təfsir və rical alimi ibni Əbu Hatim ayənin təfsiri haqqında tabeindən Sələmə b. Kuheyldən nəql edir:

حَدَّثنا أَبُو سَعِيدٍ الأَشَجُّ، ثنا الْفَضْلُ بْنُ دُكَيْنِ أَبُو نُعَيْمٍ الأَحْوَلُ، ثنا مُوسَى بْنُ قَيْسٍ الْحَضْرَمِيُّ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ، قَالَ: "تَصَدَّقَ عَلِيٌّ بِخَاتَمِهِ وَهُوَ رَاكِعٌ، فَنَزَلَتْ: إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
...Musa b. Qeys əl-Xadrəmi Sələmə b. Kuheyldən nəql etdi: Əli rüku halında ikən üzüyünü sədəqə olaraq verdi və bu ayə nazil oldu: "sizin vəliniz ancaq Allah, O'nun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər"

ibni Əbu Hatim, "Təfsiri ibni Əbu Hatim", hədis 6587

yuxarıda "master_ier" nicki ilə yazan qardaşımız bu hədisin raviləri haqqında məlumat vermişdir, Allah ondan razı olsun. əlavə olaraq mən deyirəm ki, ibni Əbu Hatim təfsirin müqəddiməsində təfsirinə ancaq səhih hədislər aldığını qeyd etmişdir.

ibni Əbu Hatim bu ayənin təfsirində yenə nəql edir:

حَدَّثنا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ الْمُرَادِيُّ، ثنا أَيُّوبُ بْنُ سُوَيْدٍ، عَنْ عُتْبَةَ بْنِ أَبِي حَكِيمٍ، فِي قَوْلِهِ: "إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا"، قال: عَلِيُّ بْنُ أَبِي طَالِبٍ
...Əyyub b. Suveyd Utbə b. Əbu Hakimdən "sizin vəliniz ancaq Allah, O'nun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər" ayəsi haqqında dedi: "Əli b. Əbu Talib (haqqında nazil olub)"

ibni Əbu Hatim, "Təfsiri ibni Əbu Hatim", hədis 6585

mən deyirəm, ibni Əbu Hatim təfsirin müqəddiməsində sadəcə səhih hədislər topladığını demişdir və əlavə olaraq bir digər əhli sünnə müfəssiri Təbəri başqa bir sənəd ilə eyni hədisi Utbə b. Əbu Hakimdən nəql etmişdir: Təbəri, "Təfsir ət-Təbəri", 10/426, hədis 12213

Təbəri ayənin təfsiri haqqında Mücahid əl-Məkkidən belə nəql etmişdir:

حدثني الحارث قال، حدثنا عبد العزيز قال، حدثنا غالب بن عبيد الله قال: سمعت مجاهدا يقول في قوله: "إنما وليكم الله ورسوله"، الآية، قال: نزلت في علي بن أبي طالب، تصدق وهو راكع
...Qalib b. Abdullah dedi: Mücahidin "sizin vəliniz ancaq Allah, O'nun rəsulu..." ayəsi haqqında belə dediyini eşitdim: "rüku halında sədəq verən Əli b. Əbu Talib haqqında nazil olub"

Təbəri, "Təfsir ət-Təbəri", 10/426, hədis 12214

əgər tabeinin təfsiri haqqında "bunlar hüccət deyil" deyilsə cavab olaraq deyirəm ki:

1. onsuzda biz bu ayə haqqında səhabə imam Əli a.s-dan bir hədis nəql etmişik, tabeinin sözünü nəql etməkdə məqsəd bu təfsirin tabeinlər arasında da bilindiyini göstərmək idi.

2. tabeninin mürsəli əhli sünnə nəzərində hüccətdir:

قلت: مرسل التابعي حجة عند الجمهور، فكيف مرسل من اختلف في صحة صحبته
deyirəm: tabeinin mürsəl (hədis)i əhli sünnə cumhurunun nəzərində hüccətdir.

Əli əl-Qari, "şərh mişkətul məsabih", 9/434

http://shiavoice.com/play-Uhwoo.html

#17 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 26 января 2012 - 12:51

səbirli olun, inşaAllah davam edəcək. və bu məqaləni buraya kopyalayan vəhhabiyə təşəkkürümü bildirirəm. çünkü bununla biz xidmət etmişdir. əvəzində Allahın onu hidayət etməyini arzulayıram.

#18 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 11 февраля 2012 - 13:50

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#19 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 26 февраля 2012 - 11:38

Əbu Bəsir nəql edir ki, Əbu Abdullahdan (İmam Sadiq əliyhissəlam) Allahın “Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!...” ayəsi (Nisa, 59) haqqında soruşdum. Buyurdu ki: “Bu ayə Əli b. Əbu Talib, Həsən və Hüseyn (ə) haqqında nazil olmuşdur.” Dedim ki: “Camaat deyir ki, nə üçün Əli və onun Əhli-beytinin (ə) adı Allah kitabında çəkilməmişdir?” İmam (ə) buyurdu ki: “Bunu soruşanlara deyin ki: “Namaz ayəsi Peyğəmbərə (s) nazil oldu. Amma namazın rəkətlərinin sayı bu ayədə bəyan olunmamışdı. Bunu Allahın elçisi (s) camaata izah etdi. Zəkat ayəsi nazil oldu. Amma qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (s) camaata izah etdi. Həccə getmək əmr olundu. Amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (s) açıqladı…”

“Üsuli-kafi”, 1/286-87, hədis №1

Əllamə Məclisi bu hədis barədə deyir: “Səhihdir”
Mirat əl-Uqul, c.3, səh.213

#20 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 марта 2012 - 19:07

Velayet ayeti « velayet

#21 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 30 сентября 2012 - 02:00

İbn Teymiyyə Həzrət Əli (ə.s)ın ruku halında üzük vermə həqiqətinin var-gücü ilə inkarına çalışır. Ümumi şəkildə bütün elm əhlinin adından, xüsusi şəkildə isə beş böyük əhli xilaf aliminin adından yalan danışır.

Mənbə:

Müəllif: İbn Teymiyyə, "Minhacus Sünnə" kitabı, Abdullah Mahmud Muhamməd Ömərin təhqiqilə IV cild, səh 5-6

".....nəql əhli icma etmişlər ki, bu ayə xüsusən Əlinin haqqında nazil olmayıb. Əli namaz halında üzüyünü sədəqə verməyib. Hədis elminin alimləri icma edirlər ki, bu mövzuda nəql olunan hadisə uydurma yalandır....."

"Bəğəvi hədis alimidir. Hədis elmində Sələbi və Vahididən daha ələmdir.....Bəğəvi öz təfsirində Sələbi ki,Muhamməd ibn Cərir Təbərinin təfsiri kimi, Bəqi ibn Məxlət kimi, ibn Əbi Hatim kimi.....öz təfsirlərində buna bənzər uydurmalar qeyd etməmişlər.....bu cür uydurmaları Əbd ibn Humeyd nə də ki, şiə meyilli olan Əbdür Rəzzaq nəql etməmişlər....."

Görək bu hədisləri Əhli-Sünnə alimləri nəql ediblər,ya yox? Allah elim əhlinin elminə bərəkət versin. Allah Şeyx Caviddən razı olsun.Buyurun dinləyin.

http://www.youtube.com/watch?v=2GoXyOSjPJE

Əli (ə.s) rukuda üzük veribmi? (2)

http://www.youtube.com/watch?v=WBznQICn5dg

İbn Teymiyyənin yalanı və Əhli-Sünnə alimlərinin bu hədisləri nəql etmələrinin linki.
"İbn Teymiyyənin misilsiz yalanı" http://burhani.info/az-newss/36.2.html

#22 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 30 сентября 2012 - 02:09

İmam Səyutinin maidə surəsi 55-ci ayə haqqında rəyi.

http://www.youtube.com/watch?v=TN1S6v4gpn8

"İbn Teymiyyənin misilsiz yalanı" http://burhani.info/az-newss/36.2.html

#23 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 19 февраля 2015 - 06:58

Tez-tez rafizilərin Maidə 55-ci ayə istinad edərək İmaməti isbat etmək cəhdlərində bulunduğunu görürük. Əcaba, ayənin imamətə dəlalət edən yönü nədir, görəsən?

#24 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 20 февраля 2015 - 22:06

Tez-tez rafizilərin Maidə 55-ci ayə istinad edərək İmaməti isbat etmək cəhdlərində bulunduğunu görürük. Əcaba, ayənin imamətə dəlalət edən yönü nədir, görəsən?

Mutleg Vaciben gerek selefiler Azerbaycanda Allahshukure Pashazadeye
tabe olsunlar.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#25 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 01 марта 2015 - 19:15

Mutleg Vaciben gerek selefiler Azerbaycanda Allahshukure Pashazadeye
tabe olsunlar.

Lağlağıya çevirmə. Bu ayenin Əli barədə nazil olduğunu önümüzə qoymaq ilə nəyi isbatlamaq istəyirsiniz?

#26 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 03 марта 2015 - 15:33

Tez-tez rafizilərin Maidə 55-ci ayə istinad edərək İmaməti isbat etmək cəhdlərində bulunduğunu görürük. Əcaba, ayənin imamətə dəlalət edən yönü nədir, görəsən?

1. Əgər Əlinin (ə) haqlı olduğunu müdafiə etmək, Allahın və rəsulunun (s.a.s), eləcə də əhli-beytinin düşmənlərindən üz döndərmək rafizilikdirsə, rafizi olmaq qəbahət deyil.

2. Əsl rafizilər Əhli-beytə (ə) zülm etməklə Allah və rəsuluna (s.a.s) düşmənçilik edənlər və onları əzizləyib "Allah onlardan razı olsun" deyənlərdir.

3. Möminlər ( həqiqi əhli-sünnə olan şiələr ) müsəlmanlara yalnız həqiqətləri izah edirlər. Ayələrin həqiqi təfsirini çatdırırlar. Qəbul edib etməmək öz işləridir. Möminlərin müsəlmanlara təqdim etdikləri dəlillərdən vəhhabilər də istifadə edib hidayət ola bilərlər.

4. Əgər söhbətin nədən getdiyini bilmək istəyirsinizsə yerləşdirilən materiallara nəzər salın. İnşaAllah ki, suallarınızın cavabını tapacaqsınız.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#27 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 03 марта 2015 - 20:16

sorusuram ki bu aye ile neyi isbat etmek isteyirsiniz. Bunun cavabini hele ala bilmemisem sizden

yuxaridaki postlarda bu hedisin kecdiyi menbeleri yaziblar. Hedis ile neyi isbat etmek istediklerini demirler. Siz deye bilersiniz?

#28 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 03 марта 2015 - 23:20

sorusuram ki bu aye ile neyi isbat etmek isteyirsiniz. Bunun cavabini hele ala bilmemisem sizden

4. Əgər söhbətin nədən getdiyini bilmək istəyirsinizsə yerləşdirilən materiallara nəzər salın. İnşaAllah ki, suallarınızın cavabını tapacaqsınız.

Materiallar arasında Şeyx Cavidin çıxışı da var. Ona baxın inşaAllah.Video materiala baxdıqdan sonra cavab ala bilməsəz sualınızı yenidən verərsiz.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#29 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 09 марта 2015 - 10:33

Mövzuya aid olmayan bütün yazılar pozuldu.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#30 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 09 марта 2015 - 17:57

Mövzuya aid olmayan bütün yazılar pozuldu.

Al-Fath, zəhmət olmasa, nəzarət edin. Biz sual veririk, cavab vermək əvəzinə, lağ-lağı edirlər burda.

Сообщение отредактировал Anti-Rafa: 09 марта 2015 - 18:01

Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru