MƏNBƏ 1.
Məhəmməd b. Bəşir - Übeydullah b Ömər - Zeyd b. Əsləm - atası Əsləm:
Peyğəmbər (s) həyatdan köçdükdən sonra Əbu Bəkrə beyət olunduqda, Əli (ə) və Zübeyr məsləhət üçün Fatimənin (ə) evinə doğru yola çıxdılar. Ömər bu barədə xəbər tutduqda, Fatimənin (ə) evinə gəlib dedi: "Ey Peyğəmbər qızı, heç kim sənin atandan daha çox əziz deyil, ondan sonra isə ən əziz insan sənsən. Allaha and olsun, əgər onlar sənin evindədilərsə, mənim bu evi və içindəkiləri yadırmağı əmr etməyimdən heç nə çəkindirə bilməz. (İsnadı səhihdir).
İbn Əbi Şeybə, cild 7, səh.432, hədis 37045 (Beyrut: Dar əl-Tac, 1989)
Hədisin bütün raviləri Buxari və Müslimin raviləridir. Bu şərtlə qane olmayanlar üçün davam edək...
Məhəmməd b. Bəşir:
Zəhəbi: "Səbt" - əl-Kəşif, c.2, səh.159
İbn Həcər Əsqəlani: "Siqə" - Təqrib əl-Təhdb", c.2, səh.58
Übeydullah b Ömər:
Zəhəbi: "Səbt" - əl-Kəşif, c.1, səh.685
İbn Həcər Əsqəlani: "Siqə Səbt " - Təqrib əl-Təhdb", c.1, səh.637
Zeyd b. Əsləm:
Zəhəbi: "Höccətdir" - Siyər ələm ən-Nübəla, c.5, səh.316
İbn Həcər Əsqəlani: "Siqə" - Təqrib əl-Təhdb", c.1, səh.326
Əsləm əl-Quraşi (Ömərin köləsi):
Zəhəbi: "Fəqih, imam" - Siyər ələm ən-Nübəla, c.4, səh.98
İbn Həcər Əsqəlani: "Siqə" - Təqrib əl-Təhdb", c.1, səh.88
Fərhan Həssan əl-Maliki, "Qəra fi kütub əl-Əqaid", səh. 52-də maraqlı fikirlərlə tanış oluruq:
”Ömərin Əbu Bəkr dövründə Fatimənin evinə hücumu və Hz. Əli ilə birgə olan səhabələrə Əbu Bəkrə beyət etmələri üçün təzyiq göstərməsi - hansı ki, səhih isnadlarla sübut olunub - onlar üçün xatırlamaq istəmədikləri xatirədir."
Daha sonra davam edir:
"Mən düşünürdüm ki, Fatimənin evinə hücum hadisəsi yalandır. Ta ki, ibn Əbi Şeybənin "Müsənnəf"ində qeyd edilən hədis kimi səhih isnadlara rast gələnə qədər. Ancaq hər halda bu hadisə həm şiələrin etdiyi kimi şişirdilməməli, həm də ekstremist hənbəlilər kimi inkar edilməməlidir."
Bu cür fikirlərə Mühəddis Şah Vəliyullah Dehləvinin bu hədisi Buxari və Müslimin şərtləri ilə SƏHİH olmağını qeyd etdiyi "əl-Bəyan İzalatül Xifa", c.2, səh.2-da də rast gəlmək olar.