Перейти к содержимому


Фотография

Fatimə (ə)-ın evinə hücum...


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 18 сентября 2010 - 02:26

Salam Aleykum forum əhli. Mövzular bir-birinə qarışmasın deyə, ayrıca mövzu açmağı qərar aldım.

MƏNBƏ 1.

Məhəmməd b. Bəşir - Übeydullah b Ömər - Zeyd b. Əsləm - atası Əsləm:

Peyğəmbər (s) həyatdan köçdükdən sonra Əbu Bəkrə beyət olunduqda, Əli (ə) və Zübeyr məsləhət üçün Fatimənin (ə) evinə doğru yola çıxdılar. Ömər bu barədə xəbər tutduqda, Fatimənin (ə) evinə gəlib dedi: "Ey Peyğəmbər qızı, heç kim sənin atandan daha çox əziz deyil, ondan sonra isə ən əziz insan sənsən. Allaha and olsun, əgər onlar sənin evindədilərsə, mənim bu evi və içindəkiləri yadırmağı əmr etməyimdən heç nə çəkindirə bilməz. (İsnadı səhihdir).


İbn Əbi Şeybə, cild 7, səh.432, hədis 37045 (Beyrut: Dar əl-Tac, 1989)

Digər mənbə: 1994-cü il çapı



Hədisin bütün raviləri Buxari və Müslimin raviləridir. Bu şərtlə qane olmayanlar üçün davam edək...

Məhəmməd b. Bəşir:

Zəhəbi: "Səbt" - əl-Kəşif, c.2, səh.159
İbn Həcər Əsqəlani: "Siqə" - Təqrib əl-Təhdb", c.2, səh.58


Übeydullah b Ömər:

Zəhəbi: "Səbt" - əl-Kəşif, c.1, səh.685
İbn Həcər Əsqəlani: "Siqə Səbt " - Təqrib əl-Təhdb", c.1, səh.637


Zeyd b. Əsləm:

Zəhəbi: "Höccətdir" - Siyər ələm ən-Nübəla, c.5, səh.316
İbn Həcər Əsqəlani: "Siqə" - Təqrib əl-Təhdb", c.1, səh.326



Əsləm əl-Quraşi (Ömərin köləsi):

Zəhəbi: "Fəqih, imam" - Siyər ələm ən-Nübəla, c.4, səh.98
İbn Həcər Əsqəlani: "Siqə" - Təqrib əl-Təhdb", c.1, səh.88



Fərhan Həssan əl-Maliki, "Qəra fi kütub əl-Əqaid", səh. 52-də maraqlı fikirlərlə tanış oluruq:

”Ömərin Əbu Bəkr dövründə Fatimənin evinə hücumu və Hz. Əli ilə birgə olan səhabələrə Əbu Bəkrə beyət etmələri üçün təzyiq göstərməsi - hansı ki, səhih isnadlarla sübut olunub - onlar üçün xatırlamaq istəmədikləri xatirədir."


Daha sonra davam edir:

"Mən düşünürdüm ki, Fatimənin evinə hücum hadisəsi yalandır. Ta ki, ibn Əbi Şeybənin "Müsənnəf"ində qeyd edilən hədis kimi səhih isnadlara rast gələnə qədər. Ancaq hər halda bu hadisə həm şiələrin etdiyi kimi şişirdilməməli, həm də ekstremist hənbəlilər kimi inkar edilməməlidir."


Bu cür fikirlərə Mühəddis Şah Vəliyullah Dehləvinin bu hədisi Buxari və Müslimin şərtləri ilə SƏHİH olmağını qeyd etdiyi "əl-Bəyan İzalatül Xifa", c.2, səh.2-da də rast gəlmək olar.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#2 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 16 апреля 2012 - 23:22

BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Quranı Şərif ayələri və hər iki məzhəbin qaynaqları işığında İslam həqiqətlərini sənədli bir şəkildə, səhih hədislər ilə ortaya qoymağa davam edirik. bu günki işimiz Nəbi s.a.a-nın vəfatı sonrasında xilafəti qəsb edən Əbu Bəkirin əmri ilə Ömər ibn Xəttabın adamları ilə birlikdə vəhy evinə hücumu üzərinə olacaq. hər vaxt etdiyimiz kimi, qaynaqların şəkillərini, orijinal ərəbcəsini və tərcüməsini əlavə edəcəyik.

1.hədisin keçdiyi qaynaqlar: şübhəsiz ki, bu hadisə məşhur bir hadisədir və bunu həm Şiələr və həm də Sünnilər səhih sənədlər ilə öz tarix və hədis kitablarında rəvayət etmişdirlər. biz inşaallah bu işimizdə əhli sünnə qaynaqlarından "Tarix Təbəri"də bu hadisə haqqında olan rəvayətlərdən birini təqdim edəcək, daha sonra isə onun sənədini araşdıracağıq.


vahiy-evine-hucum-taberi.jpg

şəkildə gördüyünüz əhli sünnənin böyük təfsir, hədis və tarix imamı Təbərinin "Tarix et-Təbəri" adı ilə məşhur olan kitabıdır. işarələnilmiş yerdə bu ifadələr var:

حدثنا ابن حميد قال حدثنا جرير عن مغيرة عن زياد بن كليب قال أتى عمر بن الخطاب منزل علي وفيه طلحة والزبير ورجال من المهاجرين فقال والله لأحرقن عليكم أو لتخرجن إلى البيعة فخرج عليه الزبير مصلتا السيف فعثر فسقط السيف من يده فوثبوا عليه فأخذوه

…Zeyd ibn Kuleyb dedi ki: Ömər, Təlhə və Zübeyr ilə mühacirlərdən bir qrupunun sığınmış olduğu Əlinin evinə hücum etdi. Zübeyr qılıncını çəkərək ona etiraz etmək istədi. Lakin tam o sırada ayağı sürüşərək qılınc əlindən yerə düşdü. Bunun üzərinə evə hücum edənlər toplanaraq onu həbs etdilər.

Təbəri, "Tarix et-Təbəri", 2/233


bu hədis Nəbi s.a.a-nın vəfatı sonrasında səhabələrin bir qrupunun Əbu Bəkirə beyəti qəbul etmədiyinin və imam Əli ə.s ətrafına toplaşaraq onu xəlifə olaraq gördüklərinin və buna görə qəsbi hökumətin onlara döyüş açdığının ən gözəl şahididir və sənədi səhihdir ki, inşaallah bu sənəd haqqında analiz hissəsində sizlərə əhli sünnət rical qaynaqları ilə sübut edəcəyik.

2. hədisin səhhəti: bu hədis və gerçəklər nəsibilərin üzünə yumruq kimi dəydiyindən nəsibilər bu hədisin zəif olduğunu iddia etməkdədirlər, halbuki hədis səhihdir və bütün raviləri əhli sünnə nəzdində etibarlıdırlar. indi hədisimizin ravilərini bir-bir araşdırırıq:

2-1. ibni Humeyd (ابن حميد): hədisimizin ilk ravisidir, əhli sünnə rical alimlərindən Yəhya ibn Main və son dövr nəsibi muhaddislərindən əl-Albani onu siğə olaraq görmüşdürlər. əhli sünnə rical alimi əl-Mizzi onun tərcümeyi-halında deyir ki:

محمد بن حميد بن حيان التميمي أبو عبدالله الرازي
Məhəmməd ibn Humeyd ibn Hayyan et-Temimi, Əbu Abdullah ər-Razi


Əbu Bəkir Əbi Haysemə dedi ki: Yəhya ibn Mainə Məhəmməd ibn Humeyd ər-Razi haqqında soruşdum. dedi ki: "siğə (etibarlı)dir, onda problem yoxdur"
və Əli ibn Hüseyn Cüneyd ər-Razi dedi ki: Yəhya ibn Mainin belə dediyini eşitdim: "ibni Humeyd siğə (etibarlı)dir"
və Əbul Abbas ibn Səid dedi ki: Cəfər ibn Əbu Osman et-Tayalisinin belə dediyini eşitdim: "ibni Humeyd siğə (etibarlı)dir"

əl-Mizzi, "Tehzib əl-Kamal", 25/100, 5167-ci ravi

və son dövr nəsibi şeyxlərindən əl-Albani onun siğə (etibarlı) olduğunu ("Silsiletu ahadis es-Səhihə", 3/1225) söyləmiş və hədislərini səhih saymışdır (Tirmizi, "Sünen", 606, 1762, 2478, 2936 və 3533 nömrəli hədislərin təhqiğində).


2-2. Cərir ibn Abdulhamid (جرير بن عبد الحميد): hədisimizin ikinci ravisidir, etibarlı bir ravidir. əz-Zehebi onun haqqında deyir ki:

جرير بن عبد الحميد ابن يزيد الإمام الحافظ القاضي أبو عبد الله الضبي الكوفي
Cərir ibn Abdulhamid ibn Yezid, imam, hafiz, qazı Əbu Abdullah et-Dabbi əl-Kufi

قال ابن سعد: كان ثقة كثير العلم ، يرحل إليه
وقال النسائي: ثقة .
وقال ابن خراش: صدوق .
وقال أبو القاسم اللكائي: مجمع على ثقته
وقال ابن أبي حاتم : سألت أبي عن الأحوص وجرير في حديث حصي ….. قال: نعم، جرير ثقة
ibni Sad dedi ki: "siğə (etibarlı) və böyük elm sahibidir"
Nəsai dedi ki: "siğə (etibarlı)dir"
və ibni Harraş dedi ki: "sadiqdir"
Əbul Qasim əl-Kai dedi ki: "siğə (etibarlı)dir"
ibni Əbu Xatəm dedi ki: atam (Əbu Xatəm ər-Razi)yə Cərir haqqında soruşdum "Carir siğə (etibarlı)dir dedi"

əz-Zehebi, "Siyer", 9/10-11-17


2-3. Muğire ibn Muksim (مغيرة بن مقسم): hədisimizin üçüncü ravisi olan bu şəxs də əhli sünnə nezdində etibarlı etibarlı bir ravidir, əz-Zehebi tərcümeyi-halında deyir ki:

مغيرة بن مقسم
الإمام العلامة ، الثقة ، أبو هشام الضبي ، مولاهم ، الكوفي
Muğire ibn Muksim, imam, Allame,siğə (etibarlı), Əbu Hişam ed-Dabbi əl-Kufi

وقال أحمد بن أبي مريم ، عن يحي بن معين : ثقة ، مأمون
وقال ابن أبي حاتم : سألت أبي : مغيرة عن الشعبي ، أحب إليك ، أم ابن شبرمة ؟ فقال : جميعا ثقتان
قال العجلي : مغيرة ثقة
Əhməd ibn Əbi Məryəm Yəhya ibn Maindən (onun haqqında) dedi ki: "siğə (etibarlı), memundur"
və ibni Əbu Xatəm dedi ki: atam (Əbu Xatəm ər-Razi)-yə "Muğirenin Şabidən olan rəvayətinimi sevməliyəm yoxsa ibni Şübrümeninmi Şabiden olan rəvayətini?" dedi ki: "hamısı siğədir (etibarlılardan)dir.
və İcli dedi ki: "Muğire siğə (etibarlı)dir"

əz-Zehebi, "Siyer", 6/11-12


2-4. Ziyad ibn Kuleyb (زياد بن كليب): hədisimizin sonuncu ravisi olan bu şəxs də əvvəlkilər kimi etibarlı bir ravidir, əl-Mizzi onun tərcümeyi-halında deyir ki:

زياد (5) بن كليب، التميمي، الحنظلي، أبو معشر الكوفي
Ziyad ibn Kuleyb et-Temimi əl-Hanzeli, Əbu Maşir əl-Kufi

قال أحمد بن عبدالله العجلي (1): كان ثقة في الحديث
وقال أبو حاتم (2): صالح
وقال النسائي: ثقة
روى له مسلم، وأبو داود، والترمذي، والنسائي
Əhməd ibn Abdullah əl-İcli dedi ki: "hədisdə etibarlıdır"
və Əbu Xəttim dedi ki: "Salehdir"
və Nəsai dedi ki: "siğə (etibarlı)dir"
Müslim, Əbu Davud, Tirmizi və Nəsai ondan rəvayət etmişdirlər.

əl-Mizzi, "Tehzib əl-Kamal", 9/504-506, 2065çi ravi

Mənbə: http://velayet.wordpress.com



#3 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 16 апреля 2012 - 23:24


Əbu Bəkir: "Kaş ki Fatimənin evinə hücum etməsəydim":sünni qaynaqları


BİSMİLLAHİR RAHMANİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Bilindiyi kimi Rəsulullahın s. a. a vəfatından sonra bəzi "səhabələr" Həzrətin cənazəsini yerdə buraxaraq Sakifədə xilafət döyüşünə alovlanmış, özlərini xəlifə elan edib Rəsulullahın s. a. a xəlifəsini isə bu mövqedən Rəsulullahın s. a. a əmrinə baxmayaraq uzaq tutmuş, bununla da kifayətlənməmişlər, Rəsulullahın s. a. a xəlifəsindən özləri üçün beyət istəmişdirlər və imam Əli ə.s ilə sadiq səhabələr beyət tələbini rədd etmiş, Hz. Fatimə s.a-nın evinə toplanaraq müxalifət bayrağı açmış, bunun üzərinə ərəb kralı Rəsulullahın s. a. a xəlifəsinin və qızının evinə əsgər göndərmişdir. bunlar hər iki məzhəbin hədis, tarix və digər qaynaqlarında ittifaq ilə köçürülmüş gerçəklər, həqiqətlərdir. amma nə var ki, bu günlərdə nəsibilər bunu inkar etməyə, belə bir şeyin olmadığını, bunun əsassız bir şey olduğunu iddia etməyə başladılar. biz inşaallah arxa-arxaya yapacağımz bir neçə işi bu mövzuya ayıracağıq. bu mövzudakı ilk işimizi də Əbu Bəkirin öz etirafı ilə başlamaq istədik. inşaallah nəsibilər öz xəlifələrini yalançılıq ilə günahlandırmazlar.

1çi hissə: hədisin keçdiyi əhli sünnə qaynaqları:

ebu-bekir-kec59fke-hc3bccum-etmeseydim-taberani.jpg
şəkildə gördüyünüz əhli sünnənin böyük muhaddisi Taberaninin "Mucem əl-Kəbir" adlı kitabının 1-ci cildinin 62-ci səhifəsidir. işarələnmiş yerdə bu hədis vardır (hədis uzundur lakin bizə lazımlı qisimini və hədisin keçdiyi digər qaynaqları da əlavə edirik):

حدثنا أبوالزنباع روح بن الفرج المصري ثنا سعيد بن عفير حدثني علوان بن داود البجلي عن حميد بن عبد الرحمن بن حميد بن عبد الرحمن بن عوف عن صالح بن كيسان عن حميد بن عبد الرحمن بن عوف عن أبيه قال دخلت على أبي بكر رضي الله تعالى عنه أعوده في مرضه الذي توفي فيه فسلمت عليه وسألته كيف أصبحت فاستوى جالسا فقلت أصبحت بحمد الله بارئا فقال أما اني على ما ترى وجع وجعلتم لي شغلا مع وجعي جعلت لكم عهدا من بعدي واخترت لكم خيركم في نفسي فكلكم ورم لذلك أنفه رجاء أن يكون الامر له ورأيت الدنيا قد أقبلت ولما تقبل وهي جائية وستنجدون بيوتكم بسور الحرير ونضائد الديباج وتألمون ضجائع الصوف الاذري كأن أحدكم على حسك السعدان ووالله لان يقدم أحدكم فيضرب عنقه في غير حد خير له من أن يسيح في غمرة الدنيا ثم قال أما اني لا آسي على شئ الا على ثلاث فعلتهن وددت أني لم أفعلهن وثلاث لم أفعلهن وددت أني فعلتهن وثلاث وددت أني سألت رسول الله صلى الله عليه وسلم عنهن فأما الثلاث اللاتي وددت أني لم أفعلهن فوددت أني لم أكن كشفت بيت فاطمة وتركته وأن أغلق علي الحرب ووددت أني يوم سقيفة بني ساعدة كنت قذفت الامر في عنق أحد الرجلين أبي عبيدة أو عمر فكان أمير المؤمنين وكنت وزيرا ووددت اني حيث كنت وجهت خالد بن الوليد إلى أهل الردة أقمت بذي القصة فإن ظفر المسلمون ظفروا والا كنت ردءا أو مددا وأما اللاتي وددت أني فعلتها فوددت أني يوم أتيت بالاشعث أسيرا ضربت
عنقه فإنه يخيل إلي أنه يكون شر الاطار إليه ووددت أني يوم أتيت بالفجاة السلمي لم أكن أحرقه وقتلته سريحا أو أطلقته نجيحا ووددت أني حيث وجهت خالد بن الوليد إلى الشام وجهت عمر إلى العراق فأكون قد بسطت يدي يميني وشمالي في سبيل الله عز وجل وأما لثلاث اللاتي وددت أني سألت رسول الله صلى الله عليه وسلم عنهن فوددت أني كنت سألته فيمن هذا الامر فلا ينازعه أهله ووددت أني كنت سألته هل للانصار في هذا الامر سبب ؟ ووددت أني سألته عن العمه وبنت الاخ فإن في نفسي منهما حاجة


…Ulvan ibn Davud əl-Beceli, Humeyd ibn Abdirrahman-Salih ibn Keysan-Humeyd b. Əbdürrəhman ibn Avf isnadı ilə atası Əbdürrəhman ibn Avftan belə rəvayət edər: Vəfat etdiyi xəstəliyində ziyarət üçün Həzrəti Əbu Bəkrin hüzuruna gedib salam verdim… Əbu Bəkr belə dedi: Mən isə, dünyada etdiyim üç şeyə kaş ki etməsəydim, etmədiyim üç şeyi də kaş ki etsəydim, üç şeyə də nə ola bunları Peyğəmbərə s. a. a soraydim deyə kədərlənirəm. Kaş ki etmeyeydim dediyim üç şey:

1- Kaş ki Fatimənin evini açmayıb buraxsaydım və üzərimə hərb qapılarını örtsəydim.
….
….
Taberani, "Mucem əl-Kəbir", 1/62
Taberi, "Tarix et-Taberi", 2/353
ibni Asakir, "Tarix", 30/417-418
əz-Zehebi, "Tarix əl-İslam", 3/118


hədis Əbu Bəkirdən daha bir çox qaynaqda rəvayət edilmişdir. Belazurinin "Ensab əl-Eşraf", Əbu Nuaymın "Hilyetul Evliya" kitabları bunlardan yalnız bir neçə dənəsidir. lakin biz sözün çox uzanmaması və "hər budaqda məşhur olan qaynaqlardan dəlil gətirmə" prinsipinə görə bunlarla kifayətlənirik.


2-ci hissə: hədisin səhihliyi:

nəsibilər Əbu Bəkirin bu etirafına söykənimədikləri üçün deyirlər ki, hədisin sənədində Ulvan ibn Davud vardır. Məndə deyirəm ki, hədisin sənədində Ulvan ibn Davudun olduğu və əhli sünnə rical elminə görə Ulvan ibn Davudun zəif olduğu doğrudur lakin bu hədis yalnız Ulvan ibn Davud yolu ilə rəvayət edilmiş deyil. çünki yuxarıda bu hədisin keçdiyi digər qaynaqlar arasında zikr etdiyim Taberi bu hədisi Ulvan ibn Davud yolu ilə köçürməmişdir əksinə başqa bir sənədlə köçürmüş hədisdən sonra isə bu qeydi düşmüşdür:

قال لي يونس قال لنا يحيى ثم قدم علينا علوان بعد وفاة الليث فسألته عن هذا الحديث فحدثني به كما حدثني الليث بن سعد حرفا حرفا وأخبرني أنه هو حدث به الليث بن سعد وسألته عن اسم أبيه فأخبرني أنه علوان بن داود

Mənə Yunus Yəhya ibn Abdullahdan nəql etdi: Leysin ölümündən sonra bizə Ulvan gəldi. Mən bu hədisi soruşdum, eynilə Leysin bunu rəvayət etdiyi sözlərlə izah etdi və bunu Leysdən belə eşitdiyini söylədi.

Taberi, "Tarix et-Taberi", 2/353

yenə hədisin keçdiyi bir başqa qaynaq olan ibni Asakirdə bu hədisi Ulvan ibn Davud yolu ilə deyil tamamilə dəyişik bir sənəd ilə köçürmüşdü. indi ibni Asakirin sənədini görək:

2kir1.jpg

şəkildə gördüyünüz ibni Asakirin "Tarix" kitabının 30-cu cildinin 417-ci səhifəsidir. işarələnilmiş yerdə bu sənəd var:

أخبرنا أبو البركات عبد الله بن محمد بن الفضل الفراوي وأم المؤيد نازيين المعروفة بجمعة بنت أبي حرب محمد بن الفضل بن أبي حرب قالا أنا أبو القاسم الفضل بن أبي حرب الجرجاني أنبأ أبو بكر أحمد بن الحسن نا أبو العباس أحمد بن يعقوب نا الحسن بن مكرم بن حسان البزار أبو علي ببغداد حدثني أبو الهيثم خالد بن القاسم قال حدثنا ليث بن سعد عن صالح بن كيسان عن حميد بن عبد الرحمن بن عوف عن أبيه


ibni Asakir, “Tarih”, 30/417


Azda olsa ərəbcə oxumağı bilənlər bu sənəddə Ulvan ibn Davudun adının keçmədiyini görə bilərlər. ibni Asakir hədisi bu sənəd ilə köçürdükdən sonra Taberi kimi Ulvan ibn Davud sənədini də bildirmişdir.

yenə bu hədisi öz tarix kitabında Ulvan ibn Davud yolu rəvayət edən əz-Zehebi isə hədisdən sonra deyir ki:

رواه هكذا وأطول من هذا ابن وهب، عن الليث بن سعد، عن صالح بن كيسان، أخرجه كذلك ابن عائذ
Bu xəbəri bu tərzdə daha uzunca olaraq İbnu Vehb, ibn Leys ibn Sad yolu ilə Saleh ibn Keysandan nəql edir. İbnu Aiz də bunu rəvayət edir.

əz-Zehebi, "Tarix əl-İslam", 3/118

yəni bu hədis dəyişik sənədlərlə rəvayət edilmişdir. Bu sənədlərdən yalnız birində Ulvan ibn Davud vardır, digərlərində Ulvan ibn Davud yoxdur. Taberi və ibni Asakirin dəyişik sənədlərlə köçürməsi və əz-Zehebinin bir başqa sənədi daha zikr etməsi də dediklərimizin açıq dəlilidir.

Digər tərəfdən onsuz da əhli sünnə və nəsibilərin alimləri hədisin səhhətini təsdiqləmişdirlər. İndi də hədisin səhhətini təsdiqləyən əhli sünnə alimlərini görək:

1. Səid ibn Mənsur: hədisin həsən olduğunu söyləyən əhli sünnə alimlərindən biri Səid ibn Mənsurdur:

أَبو عبيد في كتاب الأَمْوَالِ، عق وخيثمة بن سليمان الطرابلسي في فضائل الصحابة، طب، كر، ص، وقال: إِنَّه حديث حسن إِلاَّ أَنَّهُ ليس فيه شيءٌ عن النب
Bu hədisi Əbu Ubeyde "Kitab el-Emval"da, Akili və Tabelsi "Fedail es-Sahabe"də, Taberani "Mucem el-Kebir"də, ibni Asakir "Tarixi Medin ed-Dimeşk"də və Səid ibn Mənsur "Sünen"də rəvayət etmişdir. Və Səid ibn Mənsur hədisin həsən olduğunu söyləmişdir.

Es Siyuti, "Müsnedi Fatimə", səhifə 34-35
Muttaki əl-Hindi "Kenzul Ummal", 5/252



Yaxşı Səid ibn Mənsur kimdir? İndi də Səid ibn Mənsurun əhli sünnə nəzdində sahib olduğu mövqesini öyrənək:

سعيد بن منصور (ع) ابن شعبة، الحافظ الامام، شيخ الحرم
Səid ibn Mənsur ibn Şeybe, hafiz, imam, hərəmin şeyxi

əz-Zehebi, "Siyer", 10/586, 207-ci ravi

2. Dia əl-Makdisi: əhli sünnənin bu alimi də hədisin həsən olduğunu bildirmişdir:


3.jpg

şəkildə gördüyünüz əhli sünnə alimi Dia əl-Makdisinin "Ehadis əl-Muxtara" adlı kitabının 1-ci cildinin 90-cı səhifəsidir. işarələnilmiş yerdə bu ifadələr var:

قلت وهذا حديث حسن عن أبي بكر إلا أنه ليس فيه شيء من قول النبي ص
Deyirəm ki, bu hədis həsəndir.

Dia əl-Makdisi, "Ehadis əl-Muxtara", səhifə 90


yaxşı Dia əl-Makdisinin əhli sünnə nezdində mövqesi nədir? əhli sünnəyə görə kimdir Dia əl-Makdisi? əz-Zehebiyi dinləyək (uzun tərcümeyi-halından bir parça köçürürük):

الضياء المقدسي محمد بن عبد الواحد بن أحمد بن عبد الرحمن بن إسماعيل بن منصور ، الشيخ الإمام الحافظ القدوة المحقق المجود الحجة
Dia əl-Makdisi Məhəmməd ibn Abdulvahid…. Şeyx, imam, hafiz, muhakkik, hüccet

əz-Zehebi, "Siyer", 23/126


P.S:Mənim sadəcə özünü müsəlman hiss edənlərə bir sualım var,Həzrəti Məhəmməd (s.a.a.s) peyğəmbərimizin doğmaca qızı,canın parçası,özünün və Allahın sevdiyi cənnətə daxil olacaq ilk insan Həzrəti Fatimə (s.ə) yalançı ola bilərdimi?Məsum,Quranda pak qərar verilən Əhli Beytin anası Xanım Zəhranı yalançı hesab edib Əbu Bekr cə Ömerin doğru olduqunu deyənlərə sadəcə Allahın hidayətini arzu edirəm.



http://velayet.wordpress.com/

#4 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 19 апреля 2012 - 09:22





#5 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 19 апреля 2012 - 09:23








Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru