Перейти к содержимому


Фотография

“17000 ayə hədisi” barədə yeni araşdırma.


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 8

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 27 сентября 2010 - 14:07

Bismillahir-rəhmanir-rəhim.

Şükr olsun aləmlərin Rəbbinə! Salam olsun Məhəmməd (s) və onun pak Əhli-beytinə(ə)!



Bu günə qədər şiələri Quranın təhrifinə etiqad bəsləməkdə ittiham etməyə əsas verən ən məşhur və “ən səhih” hədislərdən biri və bəlkə də ən birincisi “əl-Kafi” kitabında rəvayət olunan “17000 ayə hədisi”dir.

علي بن الحكم، عن هشام بن سالم، عن أبي عبدالله عليه السلام قال: إن القرآن الذي جاء به جبرئيل عليه السلام إلى محمد صلى الله عليه وآله سبعة عشر ألف آية.

Əli b. əl-Həkəm, Hişam b. Səlimdən rəvayə edir ki, Əbu Əbdullah (ə) dedi: “Cəbrayılın Hz.Məhəmməd əleyhissəlama gətirdiyi Quran 17000 ayə idi.”

“əl-Kafi”, Nadirlər fəsli, 2/634, №28



(3) nömrəli izahda oxuyuruq:

قد اشتهر اليوم بين الناس أن القرآن ستة آلاف وستمائة وست وستون آية وروى الطبرسى (ره) في المجمع عن النبى صلى الله عليه وآله أن القرآن ستة آلاف ومائتان وثلاث وستون آية.

“Bu gün camaat arasında məşhur olan budur ki, Quran 6666 ayədir. ət-Təbərsi (r.) "əl-Mucmə"də peyğəmbər s.a.s.-dən 6263 ayə olduğunu nəql etmişdir. Ola bilsin ixtilaf ayələrin təhdidi səbəbinədir.”


Bu hədis barədə şiə alimləri müxtəlif fikirlər səsləndirmişdir.


Mərhum Kuleyni bu hədisin şazz
[1] olduğunun fərqində olub və ona görə də bunu “Nadirlər” fəslində zikr edib.


Şeyx Səduq isə deyir:

بل نقول: إنه قد نزل الوحي الذي ليس بقرآن، ما لو جمع إلى القرآن لكان مبلغه مقدار سبعة عشر ألف آية.

Əksinə, biz deyirik: Quran olmayan vəyhlər nazil olmuşdur ki, əgər Quranda cəm olunsa idi 17 000 ayə olardı.

Şeyx Səduq, “əl-Etiqadat”, səh.84-85.



Müxaliflərə bizə irad tutmaq əvəzinə öz mənbələrində olan hədislərə izah vermələrini xahiş edirik. Siyahını çox uzatmadan bir misalla kifayətlənirik:

Ömər ibni Xəttab nəql edir: "Quran hərflərinin sayı bir milyon iyirmi yeddi min hərf idi." (Cəlaləddin Suyuti, "Ət-itqan fi ulumil-Quran, c. 2, s. 53)

Bu isə təxminən Qurandan 3 dəfə çox deməkdir.

Bəzi əxbarilər hədisə olan münasibətin zəruriyyətindən irəli gələn (əxbarilər üsuli şiələrdən xüsusən hədisə münasibətdə fərqlənirlər) məsələlərə görə Quranın təhrif olduğunu deyərək, böyük xətaya yol vermişlər. Bəs görəsən doğrudanmı bu hədis “səhih”dir?


Əldə bayraq edilən məsələlərdən biri budur ki, Şeyx Məclisi bu hədisi “səhih” adlandırıb. Əvvəla qeyd etmək lazımdır ki, “səhih” yox, “müvəssəq”
[2].


İkincisi, Əllamə Məclisi məsum imam, yaxud peyğəmbər deyil ki, səhvlərdən uzaq olsun. Sələfi “qardaşlar” demişkən, ictihadında səhv edib, 1 savab qazanıb. :flowers1:


İlk baxışdan hədisin isnadına baxsaq, onun “zəif” olması nəticəsinə gəlmək olar. Çünki, İmam Sadiq (ə)-a qədər cəmi iki ravi Əli b. əl-Həkəm və Hişam b. Səlim iştirak edir. Mərhum Şeyx Kuleyni isə Əli b. əl-Həkəmi görməyib. Ancaq bu, heç də belə deyil.

Məlumdur ki, Şeyx Kuleyni “əl-Kafi” külliyatında, əgər bir hədis öncəki hədisin isnadı ilə müəyyən raviyədək eynidirsə, həmin hissəni təkrarən yazmır.

“17 000 ayə hədisi”nin ravi zənciri belə idi:

علي بن الحكم، عن هشام بن سالم، عن أبي عبدالله عليه السلام قال

Əli b. əl-Həkəm - Hişam b. Səlim - Əbu Əbdullah...



Bu hədisdən öncəki hədisə nəzər salsaq, oradakı isnadın ...

محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم، عن عبدالله بن فرقد والمعلى بن خنيس قالا


Məhəmməd b. Yəhya - Əhməd b. Məhəmməd - Əli b. əl-Həkəm ...


... kimi olduğunu görərik.


Bu, o deməkdir ki, əslində “17 000 ayə hədisi”nin də isnadında Əli b. əl-Həkəmdən öncə Məhəmməd b. Yəhya Əhməd b. Məhəmməd var. Yəni, tam sənəd belədir:

محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم، عن هشام بن سالم، عن أبي عبدالله عليه السلام قال

Məhəmməd b. Yəhya - Əhməd b. Məhəmməd - Əli b. əl-Həkəm - Hişam b. Səlim - Əbu Abdullah (ə) ...


İstənilən rical alimi, yaxud mühəddis bu isnada baxıb ilk baxışdan “güclü ravilərdir” qərarını verər. Ancaq bir az dərindən analiz etsək, bunun heç də belə olmadığını görərik.

Yol verilən yanlışlıqlar isnaddakı أحمد بن محمد Əhməd b. Məhəmməd ilə bağlıdır. İlk baxışdan onun Əhməd b. Məhəmməd b. İsa olduğunu düşünənlər xəta ediblər. Əslində, o, Əhməd b. Məhəmməd Səyyardır (əs-Səyyari), hansı ki, zəifliyində ittifaq edilib. İrəlidə bu fikrə gəlməyimizin səbəbini açıqlayacağıq inşaAllah.


Əhməd b. Məhəmməd əs-Səyyari aşağıdakı alimlər tərəfindən “çox zəif”, “ğuluv”, “batil məzhəbli” adlandırılmışdır:

1.
İbn əl-Qədairi, Kitab əl-Duəfa, səh. 40, ravi №11

2. əl-Nəcaşi, Rical, səh.80, ravi №192

3. əl-Tusi, Fehrist, səh.57, ravi №70

4. əl-Hilli, əl-Xülasə, səh.203, ravi №9 və səh. 268, ravi №27

5.
əl-Xoi, Mucəm Rical əl-Hədis, c.2, səh.282, ravi №874



Şeyx Tusi onun haqqında yazır:

أحمد بن محمد بن سيّار أبو عبد اللّه الكاتب، بصري، كان من كتّاب آل طاهر، في زمن أبي محمد عليه السلام ويعرف بالسيّاري، ضعيف الحديث، فاسد المذهب، مجفو الرواية، كثير المراسيل، وصنّف كتباً كثيرة، منها: كتاب ثواب القرآن، كتاب الطب، كتاب القراءة، كتاب النوادر.
أخبرنا بالنوادر خاصّة: الحسين بن عبيداللّه، عن أحمد بن محمد بن يحيى، قال: حدّثني أبى، قال: حدّثنا السيّاري، ألاّ بما كان فيه من غلوّ وتخليط.


Əhməd b. Muhəmməd b. Səyyar Əbu Əbdullah əl-Katib, bəsrəli, Əbu Muhəmmədin (a) zamanında Ali Tahirin katiblərindən olmuşdur. əs-Səyyari kimi tanınır. Hədisdə zəifdir, məzhəbi xarabdır, mursəl hədisləri çoxdur. Çoxlu kitabların müəllifidir. Səvab əl-Quran, ət-Tibb, əl-Qiraə, ən-Nəvadir kitabları onun yazmış olduğu kitablarındandır.

Bizə nadirləri (nadir hədisləri) xəbər verdi: Xüsusəndə əl-Huseyn b. Ubeydullah Əhməd b. Muhəmməd b. Yəhyadan. Dedi: Atam (yəni, Məhəmməd b. Yəhya) mənə təhdis etdi. Dedi: əs-Səyyari bizə içərisində ğuluv və qarışıqlar olanlardan başqa təhdis etdi.

əl-Tusi, Fehrist, səh.57, ravi №70



“əl-Qiraət” kitabı barədə bir az sonra danışacağıq. Diqqət edin ravilər zəncirinə: Əhməd b. Məhəmməd b. Yəhya, atası Məhəmməd b. Yəhyadan rəvayət edir və Məhəmməd b. Yəhya isə Əhməd b. Məhəmməd əs-Səyyaridən rəvayət aldığını qeyd edir.

له كتب وقع إلينا منها كتاب ثواب القرآن، كتاب الطب، كتاب القراءات، كتاب النوادر، كتاب الغارات، أخبرنا الحسين بن عبيد الله قال حدثنا أحمد بن محمد بن يحيى و أخبرنا أبو عبد الله القزويني قال حدثنا أحمد بن محمد بن يحيى، عن أبيه قال حدثنا السياري، إلا ما كان من غلو و تخليط .


Onun kitabları vardır. Bizim əlimizə həmin kitablardan Səvab əl-Quran, ət-Tibb, əl-Qiraə, ən-Nəvadir, əl-Ğarat gəlib çatmışdır. əl-Huseyn b. Ubeydullah bizə xəbər verdi, dedi: Əhməd b. Muhəmməd b. Yəhya və Əbu Əbdullah əl-Qazvini bizə təhdis etdi, dedi: Əhməd b. Muhəmməd b. Yəhya bizə atasından (Məhəmməd b. Yəhya) təhdis etdi, dedi: əs-Səyyari bizə ğuluv və qarışıq olanlardan başqa təhdis etdi.

əl-Nəcaşi, Rical, səh.80, ravi №192




Şeyx Tusi kimi, Nəcaşi də eyni ravilər silsiləsini qeyd etmişdir. Bu silsilədə “17000 ayə hədisi”ni əs-Səyyaridən rəvayət edən Məhəmməd b. Yəhya da var.

Həmin bu Əhməd b. Məhəmməd əs-Səyyarinin kitablarından biri olan “əl-Qiraə”də eyni ilə “əl-Kafi”dən gətirdiyimiz “17000 ayə hədisi” eyni sözlərlə və eyni ravi silsiləsi ilə qeyd edilmişdir. Nuri Təbərsidə əs-Səyyarinin “əl-Qiraə” kitabı var idi və o, bu hədisi öz kitabında olduğu kimi qeyd edib:

احمد بن محمد السياري في كتاب القراءات عن علي بن الحكم عن هشام بن سالم قال قال أبو عبدالله عليه السلام : القرآن الذي جاء به جبرئيل(ع) إلى محمد صلى الله عليه وآله عشرة الف آية

Əhməd b. Məhəmməd əs-Səyyari özünün “əl-Qiraə” kitabında Əli b. əl-Həkəmdən, o da Hişam b. Səlimdən rəvayət edir ki, Əbu Abdullah (ə) dedi: “Cəbrayılın Hz.Məhəmməd əleyhissəlama gətirdiyi Quran 10000 ayə idi.”

əl-Nuri ət-Təbərsi, “Fəsl əl-Kitab”, səh.235



Bu hədisin ardınca əl-Nuri ət-Təbərsi yazır:

كذا في نسختي وهي سقيمة والظاهر سقوط كلمة سبعة قبل عشرة لاتحاده متناً وسنداً لما في الكافي

Mənim nüsxəmdə də bu cürdür. Onda yanlışlıq var. əl-Kafidə olanla (hədislə) mətn və sənəd baxımından eyni olduğundan zahir olan budur ki, yeddi sözü on sözünün əvvəlindən düşmüşdür.

əl-Nuri ət-Təbərsi qeyd edir ki, onda olan əs-Səyyarinin kitabının nüsxəsində “on” sözündən qabaqkı “yeddi” sözü düşübdür və əslində hədisdə 10 000 ayə yox, 17 000 ayə nəzərdə tutulub. Həmçinin, bu hədisin "əl-Kafi"dəki hədislə eyni sənədə malik olmasını da qeyd edir.

əs-Səyyarinin kitabı hal-hazırda əlimizdədir, Əlhəmdülillah. Biz bu hədisin həqiqətən olub-olmadığını, hansı sənədlə gəldiyinə baxaq.


sayyaar_kitaab_qiraa-at_front cover.jpg sayyaar_kitaab_qiraa-at_pg_9_h_6.jpg


Göründüyü kimi, hədis “əl-Kafi”də olan hədisdir və eyni sənədlə rəvayət olunur. O cümlədən, mübahisə doğuran ravinin açıqca Əhməd b. Məhəmməd əs-Səyyari kimi qeyd edildiyini görürük. Bu isə yuxarıda da qeyd edildiyi kimi hədisin “zəif” olduğunu isbat edir.

Müsəlmanlara qarşı Quranın təhrifinə dəlalət edən digər hədislər də gətirilir. Bu cür hədislərin araşdırılması zamanı əsasən aşağıdakı nəticələr hasil olur:

1. Hədis “zəif”dir.
2. Hədis Quran ayələrinin nə üçün, kimin barəsində nazil olmasını bəyan etmək üçün deyilən təvildir.


Bəziləri hədis gətirə bilər ki, Quranda İmamlarımızın (ə) adları qeyd edilib. Sənəd baxımından belə hədislər zəif olmasa belə, digər səhih hədislərə müxalifdir.

أبي بصير قال سألت أبا عبدالله (عليه السلام) عن قول الله عزوجل: " أطيعوا الله وأطيعوا الرسول وأولي الامر منكم " فقال: نزلت في علي بن أبي طالب والحسن والحسين (عليهم السلام): فقلت له: إن الناس يقولون: فما له لم يسم عليا وأهل بيته (عليهم السلام) في كتاب الله عز و جل؟ قال: فقال: قولوا لهم: إن رسول الله (صلى الله عليه وآله) نزلت عليه الصلاة ولم يسم الله لهم ثلاثا ولا أربعا، حتى كان رسول الله (صلى الله عليه وآله) هو الذي فسر ذلك لهم، ونزلت عليه الزكاة ولم يسم لهم من كل أربعين درهما درهم، حتى كان رسول الله (صلى الله عليه وآله) هو الذي فسر ذلك لهم، ونزل الحج فلم يقل لهم: طوفوا اسبوعا حتى كان رسول الله (صلى الله عليه وآله) هو الذي فسر ذلك لهم، ونزلت …



… Əbu Bəsir nəql edir ki, Əbu Abdullahdan (İmam Sadiq əliyhissəlam) Allahın “Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!...” ayəsi (Nisa, 59) haqqında soruşdum. Buyurdu ki: “Bu ayə Əli b. Əbu Talib, Həsən və Hüseyn (ə) haqqında nazil olmuşdur.” Dedim ki: “Camaat deyir ki, nə üçün Əli və onun Əhli-beytinin (ə) adı Allah kitabında çəkilməmişdir?” İmam (ə) buyurdu ki: “Bunu soruşanlara deyin ki: “Namaz ayəsi Peyğəmbərə (s) nazil oldu. Amma namazın rəkətlərinin sayı bu ayədə bəyan olunmamışdı. Bunu Allahın elçisi (s) camaata izah etdi. Zəkat ayəsi nazil oldu. Amma qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (s) camaata izah etdi. Həccə getmək əmr olundu. Amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (s) açıqladı…”

“Üsuli-kafi”, 1/286-87, hədis №1



Əllamə Məclisi bu hədis barədə deyir: “Səhihdir”

Mirat əl-Uqul, c.3, səh.213



Əlavə olaraq qeyd edək ki, bu hədis 6 müxtəlif sənədlə nəql edilmişdir. Bu hədis göstərir ki, Allah Təala İmamların (ə) adlarını Quranda xüsusi olaraq göstərməmişdir. Çünki, bu iş Quranın üzərinə düşən vəzifə deyil. Necə ki, namaz, zəkat, həcc ayələrinin geniş izahını vermək Peyğəmbərin vəzifəsi idi, İmamlar (ə) barədə geniş açıqlamalar vermək də Peyğəmbərin (s) vəzifəsi idi.

“Biz Zikri (Quranı) onlara nazil olanları, düşünərlər deyə, xalqa açıqlaman üçün sənə nazil etdik…” (Nəhl, 44)

Həmçinin, Əhli-beytin (ə) adlarının çəkilməməsinin səbəblərindən biri də bunun vasitəsilə müsəlmanların sınaqdan keçirilməsi, həqiqi müsəlmanlar ilə qeyriləri arasında fərqin bilinməsindən ibarət ola bilər.

“…Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu (müxtəlifik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görmədə bir-birinizi ötməyə çalışın. Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!” (Madiə, 48)

Ona görə də, İslam düşmənlərinə sözümüz budur ki, əziyyət çəkib guya Quranda İmamların (ə) adlarının açıqlandığı barədə hədisləri müsəlmanları çaşdırmaq üçün istifadə etməsinlər.


______________________________________
[1] Şazz: Bu kəlmə ərəbcə «şəzzə» felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu da tək-tənha, yana çəkilmiş mənaları ifadə edir. İstilahi mənada isə - rəvayəti məqbul [«səhih», yaxud «həsən»] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olaraq rəvayət etdiyi hədis şazz adlanır.
[2] "Müvəssəq" hədis o hədisə deyilir ki, onun rəvayətçilər silsilsəsi məsuma çatsın və habelə onu nəql edən şəxsləırin hamısı "Əhli-beyt" məzhəbinin "Rical" elmi baxımından etibarlı sayılsınlar. Lakin onların hamısı və yaxud bəzisinin "Əhli-beyt" məzhəbindən olmamasının (yəni öz zamanının məsum İmamını qəbul etməməsinin) heç bir eybi yoxdur. Burada əsas məsələ onların etibarlı sayılmasından ibarətdir.

Сообщение отредактировал master_ier: 27 сентября 2010 - 14:11

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 27 сентября 2010 - 14:28

Allah razı olsun.

#3 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 27 сентября 2010 - 14:37

Əvvəla Administratordan üzr istəyirəm qırmızı rəngdən istiadə etdyimə görə. Nə cəzam varsa versin, amma o qırmızıları dəyişməsin. :) Çünki, diqqət cəlb edən rəngdi, məqalədə diqqət çəkmək istədiyim məqamları rəngləmişəm. Həm də çalışdım oxucu çətinlik çəkməsin, məqalə bir az uzundu, xüsusən məsələ ravilər üzərindədir, ona görə ravilər silsiləsini qarışıq salmamalı üçün hər birinə fərdi rəng seçdim.

Abu Sufyan Ordusu qardaşımıza dərin təşəkkür edirəm ərəbcədən tərcümədə köməkliyinə görə.

Məqalənin əsli ingilis dilində idi. Yəni, bu mənim işim deyil. Sadəcə tərcümə etmişəm.

Müzakirəyə açıqdır, məqalənin daha da təkmilləşməsi üçün dəyərli fikirlərinizi gözləyirik.


Bilirəm, düşünənlər olacaq ki, necə olur Əllamə Məclisi belə səhvə yol verir? Məqalədə də qeyd edildiyi kimi, Əllamə Məclisi Peyğəmbər deyil, İmam deyil.

Sözügedən hədisin sənədində qısa olaraq Əhməd b. Məhəmməd yazılıb. Əllamə Məclisi isə onun Əhməd b. Məhəmməd b. İsa (məşhur və güclü ravi olub) olduğunu düşünüb. Yuxarıda isə isbat olundu ki, bu heç də həmin şəxs deyil.

İkincisi, bu gün əlimizin altında internet var, istədiyimiz ravi haqqında 2 dəqiqəyə məlumat ala bilirik. Bu bizə indi asan gələ bilər. Amma 17-ci əsrdə 110 cildlik hədis yığmaq, "əl-Kafi"ni 26 cildlik "Miratul Uqul"da dəyərləndirmək sizə elə də asan gəlməsin.

Сообщение отредактировал master_ier: 27 сентября 2010 - 14:43

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#4 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 27 сентября 2010 - 16:32

master_ier çalış başqa rəng ilə qeyd elə.Bu dəfə güzəşt olur amma gələn dəfə .......
Факты не перестают быть фактами, когда их игнорируют

#5 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 01 октября 2010 - 11:23

Allah razı olsun! Gözəl araşdırmadır. Bu məqaləyə əlavələr dəstəklənirmi? :rolleyes:
Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)


#6 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 01 октября 2010 - 11:29

Fajr sənin postların daim maraqla oxunur.
Факты не перестают быть фактами, когда их игнорируют

#7 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 01 октября 2010 - 11:35

Fajr sənin postların daim maraqla oxunur.



Xaiş edirik fikirlərivi mövzuya aid yazarsınız. Belə yollara postlarıvızın sayını artırmaq sizə yaraşmaz.
Simpatiyavızı - reytinq qaldırmaqlada bildirə bilərsiniz. :whistling:

Ay Omar bəy, sizin işiniz ondan bundan eyib tutmaqdırda. Amma özüvuzə baxanda tam tərsinə yaşayırsınız. Olmada ki.....

Moderə göstəriş verməyin.Mən əgər hardasa qayda qanunu pozmuşamsa bunu adminə xəbər verə bilərsiz.
Forumun qaydaları ilə tanış ol.
Bidə mənə nə isə göstəriş versən reytinqivi qaldıracam.

Сообщение отредактировал Omar: 01 октября 2010 - 11:43

36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#8 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 01 октября 2010 - 17:21

Allah razı olsun! Gözəl araşdırmadır. Bu məqaləyə əlavələr dəstəklənirmi? :rolleyes:



Müzakirəyə açıqdır, məqalənin daha da təkmilləşməsi üçün dəyərli fikirlərinizi gözləyirik.


;) Gör neynirsən də. Məsələ nə qədər dərin araşdırılsa, bir o qədər yaxşıdır.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#9 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 01 октября 2010 - 18:18

Ümumiyyətlə təhrifə dair hədislərin çoxununda sənədində yuxarıda adı çəkilən ravi (Səyyari) müşahidə olunur ki və onu Əhməd b. Muhəmməd b. İsa olaraq qeyd etmək xətadan başqa bir şey deyildir. Bu qeyri-məqbul ravidən bu məsələyə dair olduğca çox zəif rəvayət gəlmişdir.

Şeyx Fazil Lənkərani qeyd edir:

"Təhrif müddəasını qəbul edənlərin ən mühüm dəlilləri Şiə və Əhli-sünnə kitablarında qeyd olunmuş rəvayətlərdir...Bu hədislərin çoxunun sənədində Əhməd ibn Məhəmməd Səyyari olduğu müşahidə olunur. “Rical” alimlərinin fikrincə, o, dinə əhəmiyyət verməyən və zəif hədislər nəql edənlərdəndir. Nəcaşi onu “ğülüvv” etməkdə (Peyğəmbər (s) və imamlara (ə) pərəstişdə ifrata varıb, bəzi ilahi xüsusiyyətləri onlara aid etmək) etməkdə ittiham edir. ("Rical", Nəcaşi, səh. 58. ) İbn Qəzairi isə onu yolunu azmış adlandırır.(Qamusur-Rical, 1/403 )"


"Quran təhrif olunmayıb", Şeyx Fazil Lənkərani, səh. 56-57


Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru