Salam Aleykum əziz forum əhli.
Bu mövzunu açmaqda məqsədim oxuduğumuz kitablar barədə məlumat vermək, hansısa mövzuda şiənin mövqeyini öyrənmək istəyənlərə kitab seçməkdə köməkilk göstərmək və sair və ilaxır xeyirli işlərdir İNŞƏALLAH.
İlk olaraq açılışı özüm edim.

Təvəssül mövzusunda mütləq şəkildə oxunmalı kitablardan biri, bəlkə də birincisi Ayətullah Şeyx Cəfər Sübhaninin "Əməli tövhid" kitabıdır. Kitab 2010-cu ildə "Parlayan Günəş" tərəfindən nəş edilib. Cəmi 128 səhifəlik bu balaca kitabda aşağıdakı mövzular öz əksini tapıb:
1. İbadətdə tövhid və şirk
2. Peyğəmbərin doğum gününü qeyd etmək
3. Allah övliyalarının qıbirlərinin kənarına məscid tikmək
4. Allah Rəsulununun (s) qəbrini ziyarət etmək məqsədilə səfərə çıxmaq
5. İslam rəhbərlərinin qəbirlərinin təmiri və ya ucaldılması
6. Məsumların (ə) qəbirlərinin ziyarəti
7. Peyğəmbərimizin(s) zamanında olan abidə və yadigarlar
8. Hz.Peyğəmbərdən (s) qalan yadigarlara təbərrük etmək
9. Övliyaların çağırılması
10. Övliyalardan kömək istəmək
11. İslam rəhbərlərinə təvəssül etmək
12. Allah yanında əziz olanlara and içmək
13. Şəfaət və ya ümid yeri
14. Allahın saleh bəndələrinə nəzir etmək
15. Alllah övliyalarının qeybi qüdrətlərinə iman bəsləmək